Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2813/2025 01.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə köçürülmə, bağışlama müqaviləsinin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” və “bağışlama müqaviləsinin ləğv edilməsi” tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 19 may 2025-ci il tarixli 2(103)-234/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydas ında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh xx.xx.2011-ci ildə rəsmi nikaha daxil olublar və onların nikahından xx.xx.2011-ci ildə Aysel və xx.xx.2016-cı ildə Ayan adlı uşaqları doğulmuşdur.
2. İddiaçı ilə Cavabdeh birgə nikah dövründə Xəzər rayonu, Qala qəsəbəsi, Elman Hüseynov küçəsi, 1-ci dalan, 4B ünvanında yerləşən evdə yaşayıblar. Həmin ev Səbinə Quliyevanın atası X5 mülkiyyətində olmuş və Natiq Quliyev bu evi xx.xx.2014-cü il tarixdə Bakı şəhəri 7 saylı notariat kontorunda bağlanmış bağışlama müqaviləsi əsasında Səbinə Quliyevaya bağışlamışdır.
3. Səbinə Quliyeva, yaşadıqları həmin evi xx.xx.2015-ci il tarixdə Bakı şəhəri 7 saylı notariat kontorunda bağlanmış bağışlama müqaviləsi əsasında əri Cavabdeh bağışlamış, bu bağışlama müqaviləsi əsasında Xəzər rayonu, Qala qəsəbəsi, Elman Hüseynov küçəsi, 1-ci dalan, 4B ünvanında yerləşən ev üzərində Cavabdeh mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır.
4. Sonralar cavabdehlə iddiaçı arasında münasibətlər pisləşmiş və Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onların nikahı pozulmuş, uşaqların anaları İddiaçı yanında saxlanması və uşaqların yetkinlik yaşına çatana kimi Cavabdeh aliment tutulması qət edilmişdir.
5. Tərəflər arasında olan nikah pozulduqdan sonra Hüseynov X2 Səbinə Natiq qızını uşaqları ilə birlikdə evdən çıxarmışdır. Hazırda iddiaçı mənzilə köçürülməsini, həmçinin mənzilə dair bağışlama müqaviləsinin ləğv olunmasını xahiş edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsin də icraat İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iş üzrə
6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı uşaqları ilə birlikdə ünvan 1 ünvanda yerləşən evə köçürülməsi, onların həmin evdən istifadə etmələrinə cavabdeh və digər şəxslər tərəfindən yaradılan qanunsuz maneələrin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi belə əsaslandırılıb ki, mübahisəli mənzil iddiaçının atası tərəfindən ona verilmişdir. Evləndikdən sonra tərəflər həmin evə köçüblər. Sonradan cavabdeh iddiaçıya onun atasının adına olan evdə yaşaya bilməyəcəyini bildirmiş və evin cavabdehin adına keçirilməsini istəmişdir. Bununla əlaqədar olaraq ev bağışlama nəticəsində əvəzsiz qaydada Cavabdeh adına keçmişdir. Tərəflərin nikahları pozulduqdan so nra cavabdeh iddiaçını uşaqları ilə birlikdə evdən çıxarmışdır və iddiaçının həmin evə daxil olmasına imkan vermir. Həmin ev iddiaçının atasının olmuş, onun atası tərəfindən tikilmişdir. Cavabdeh qanunsuz olaraq iddiaçını yaşadığı evdən məhrum etmək istəyir. Nikaha daxil olduqdan sonra iddiaçı mübahisəli evdə uzun müddət cavabdehlə bərabər təsərrüfat aparmışdır. Hazırda onların nikahları pozulmuşdur. İddiaçının özünə məxsus olan daimi yaşayış yeri yoxdur.
8. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iştirak etməmiş, iddia tələbinə qarşı yazılı etiraz və mülahizə bildirməmişdir.
9. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2(003)966/2024 saylı qətnaməsi ilə (hakim Əkrəm Qəhrəmanov) iddianın təmin edilməsi, İddiaçı uşaqları xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X10 ilə birlikdə ünvan 1 nömrəli evə köçürülməsi, onların həmin evdən istifadə etmələrinə Cavabdeh və digər şəxslər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbinə əsasən daimi yaşayış üçün yararlı, ayrıca sahə olan mübahisəli ev yaşayış sahəsi sayılır və iddiaçının daimi (və ya daha çox) yaşadığı ev olaraq onun yaşayış yeridir, cavabdehin onun həmin ünvanda yaşamasına imkan verməməsi səbəbindən öz yaşayış yerini müəyyən müddətə tərk etməsi isə yaşayış yerini itirməsi üçün əsas deyil. İddiaçının başqa yaşayış yeri olmadığından, mübahisəli ev iddiaçının və uşaqların yaşayış yeri sayıldığından iddiaçı uşaqları ilə birgə həmin evə köçürülməli, onlar ın həmin evdən istifadə etmələrinə cavabdeh və digər şəxslər tərəfindən yaradılan qanunsuz maneələr aradan qaldırılmalıdır.
11. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıların hal-hazırda ünvan 2 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evində qeydiyyatda olmaları halını da nəzərə almışdır. Belə olan təqdirdə, iddiaçıların ünvan 2 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evində yaşamalarını təmin etmək məqsədi ilə, iddia təmin edilərək, iddiaçı X3 və X4, onun yetkinlik yaşına çatmayan övladı X1 ilə birlikdə qeyd olunan fərdi yaşayış evinə köçürülməlidirlər.
12. Məhkəmə həmin nəticəyə gələrkən Mülki Məcəllənin 27, 152.5-ci, Mənzil Məcəlləsinin 30.1,30.2,30.4-cu maddələri və MPM-in 14.2, 119.1, 217.4, 218.3-cü maddələrinə istinad etmişdir. İddiaçı Cavabdeh qarşı bağışlama müqavilə sinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə
13. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 3 ünvanında yerləşən mənzilin cavabdehə bağışlanması haqqında xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflərin evləndikdən sonra yaşadıqları ünvan 1 ünvanda yerləşən ev iddiaçının atası tərəfindən ona verilmişdir. Cavabdeh bildirmişdir ki, o, arvadının adına olan evdə yaşaya bilməz, buna görə də evin onun adına keçirilməsini istəmişdir. Bundan sonra ev xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsi ilə əvəzsiz olaraq cavabdehin adına keçmişdir. Nikah pozulduqdan sonra cavabdeh yenidən iddiaçını dağlıq evə qaçırmış və ailəsindən gizlətmişdir. Bakıya qayı tdıqdan sonra isə barışıb uzun müddət ailə kimi yaşamışlar. Sonradan münasibətləri yenidən pisləşmiş, ayrılmışlar və cavabdeh iddiaçını evə buraxmamışdır. Baxmayaraq ki, həmin evi cavabdehə iddiaçının özü bağışlamışdır. İddiaçı evi həyat yoldaşı olduğu üçün ona bağışlamışdır. Hazırda bu evdə cavabdeh yaşayır.
15. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirib ki, iddiaçı sözügedən bağışlama müqaviləsinin ləğv edilməsi barədə təklif göndərməmişdir. Eyni zamanda iddia müddətinin tətbiq olunması haqqında ərizə təqdim edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
16. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dindirilmiş şahid X9 bildirib ki, iddiaçı 2000-ci ildən onun qonşusudur. O vaxtı bu torpaqlar alınıb və tikinti işləri aparılıb. İddiaçı yetkinlik yaşına çatanda nişanlanıb və bu torpaq ona verilib. Səbinə bu evə gəlin gəlib.
17. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3611/2024 nömrəli 15 oktyabr 2024- cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
18. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, işin müəyyən olunmuş hallarına görə tərəflərin birgə nikah dövründə xx.xx.2015-ci il tarixli bağışlanma müqaviləsi ilə ünvan 1 ünvanında yerləşən ev cavabdehə bağışlanmışdır. Sonralar cavabdehlə iddiaçı arasında münasibətlər korlanmış, nikahlarına xitam verilmişdir. Həmçinin iddiaçı bağışlama müqaviləsinin ləğv edilməsi barədə məhkəməyə xx.xx.2024-cü il tarixdə, bağışlama müqaviləsi bağlandıqdan sonra daşınmaz əmlakın cavabdehin adına rəsmi qeydiyyata alındığı tarixdən, yəni xx.xx.2015-ci il tarixdən 9 ildən çox müddət keçdikdən sonra məhkəməyə müraci ət etmişdir.
19. Məhkəmə hesab edib ki, mübahisə edilən mənzilin bağışlama müqaviləsinin ləğv edilməsi üçün heç bir əsas olmadığı üçün iddiaçının tələbi təmin edilə bilməz. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Cavabdeh Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2(003)-966/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli ev Cavabdeh mülkiyyətindədir. Mənzil birgə nikah dövründə bağışlama müqaviləsi əsasında cavabdehin adına keçirilmişdir. Belə olan halda iddiaçının mənzildə pay hüququ qalmır, belə bir hüquq yaranmır. Həmçinin tərəflərin nikahı Xəzər Rayon Məhkəməsinin x x.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikah pozulduğu dövrdən qanunun tələbinə əsasən iddiaçının mənzilə olan istifadə hüququna da xitam verilmişdir. Mənzil Məcəlləsinin tələblərinə görə yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri mülkiyyətçi ilə birlikdə yaşadığı halda həmin yaşayış sahəsinə istifadə hüquqları yaranır (Mənzil Məcəlləsi maddə 30.1). İşin hallarından aydındır ki, iddiaçı ilə cavabdeh arasında olan ailə münasibətlərinə Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xitam verilmişdir. Uşaqlar isə məhkəmə qətnaməsi əsasında anasının himayəsinə verilmişdir. Tərəflərin ailə münasibətlərinə xitam verildiyindən, cavabdehin mülkiyyətində olan yaşayış sahəsindən iddiaçının istifadə hüququ saxlanmır (Mənzil Məcəlləsi 30.4). Bundan əlavə, mənzildən is tifadə ilə bağlı tərəflərin arasında hər-hansı bir razılaşma mövcud deyildir. Məhkəmə qətnamə qəbul edərkən Mənzil Məcəlləsinin 30.4 və 30.1-ci maddələrinin tələbini pozmuşdur.
22. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3611/2024 nömrəli 15 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı Səbinə Quliyeva apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Apelyasiya şikayəti iddia tələbinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə işə baxarkən təqdim edilmiş sübutlara və onun izahatına düzgün qiymət verməmişdir.
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6783/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin icraatın da olan, İddiaçı Cavabdeh qarşı “mənzilin bağışlanması müqaviləsinin ləğv edilməsi tələbinə dair” mülki iş, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə tələbinə dair” 2(103)-3819/2024 nömrəli mülki işlə bir icraatda birləşdirilmişdir.
25. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiya məhkəməsi) 2(103)-234/2025 nömrəli 19 may 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Sabit Bəhrəmzadə) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2(003)-966/2024 saylı qətnaməsi ləğv edilmiş və həmin iş üzrə yeni qətnamə qəbul edilməklə evə köçürmə tələbi tələbi təmin edilmiş, İddiaçı uşaqları ilə birlikdə ünvan 1 nömrəli evə köçürülməsi, İ ddiaçı uşaqları ilə birlikdə həmin ünvandan istifadə etmələrinə Cavabdeh və digər şəxslər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir. Həmçinin İddiaçı tərəfindən verilmiş digər apellyasiya şikayəti də təmin edilmiş, Xəzər Rayon Məhkəməsinin 2(003)-3611/2024 nömrəli, 15 oktyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş, həmin tələb üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilmiş, X6 ilə X13 arasında bağlanmış, ünvan 1 ünvanında yerləşən evin xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsi bağışlamadan imtina qəbul edilməklə ləğv edilmişdir.
26. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırıb ki, ilk növbədə ikinci iş üzrə verilən apellyasiya şikayətinin dəlillərinə qiymət verilməsi zəruridir. Çünki bu iddia və şikayət üzrə ilə müəyyən edilmiş halların birinci iş üzrə verilən şikayətin dəlillərinə qiymət verilməsinə hüquqi təsiri vardır.
27. Məhkəmə tərəflərin arasında olan nikahın pozulması barədə məhkəmə qətnaməsinə, mübahisəli evlə bağlı bağışlama müqavilələrinə və tərəflərin izahatlarına istinadla qeyd etmişdir ki, tərəflərin işdə olan izahatlarından görünür ki, boşanma olmasına baxmayaraq, tərəflər yenə də ər-arvad kimi bir yerdə yaşamış, 2023-cü ilin axırlarında isə cavabdeh iddiaçını mübahisəli evə buraxmamışdır (i.v.146-147). İddiaçı 2023-cü ilin sentyabr ayında evdən çıxmış, xx.xx.2024-cü il tarixdə iddiaçı cavabdehə poçt vasitəsilə bildiriş göndərərək göstərmişdir ki, o evliliklə bağlı vədlərinə əməl etmədiyi üçün bağışlamanın şərtlərini pozduğu və ailə münasibətlərini dəyərdən saldığı üçün bağışlamadan imtina edir (i.v.157). Cavabdeh tərəf isə iddia ilə razılaşmasa da, konkret irəli sürülən bu dəlilləri heç bir formada təkzib etmədiyindən məhkəmə kollegiyası işin bu hallarını mübahisəsiz hallar kimi qiymətləndirib.
28. Məhkəmə kollegiyası bildirib ki, iş materiallarından da göründüyü kimi, tərəflərin nikahları xx.xx.2021-ci il tarixdə pozulmasına baxmayaraq, faktiki olaraq 2022-ci il də daxil olmaqla birlikdə yaşamışlar. Sonradan iddiaçı evdən çıxmış və özünün bildirdiyinə görə cavabdeh onu qaçıraraq bir müddət ayrı ünvanda yaşadıqdan sonra yenidən mübahisəli ünvana qayıtmış və yaşamaqda davam etmişlər. Buna baxmayaraq ailə münasibətləri yenidən korlandığındın 2023-cü ilin sentyabr ayında evdən çıxmış, yenidən evə qayıtmaq istəyərkən isə cavabdeh onu evə buraxmamış, xx.xx.2023-cü ildə evə köçürmə iddiası ilə müraciət etmiş, 07 mart 2023-cü ildə qətnamə qəbul edilmiş, lakin cavabdeh xx.xx.2024cü ildə apellyasiya şikayəti verdiyindən qətnamə qanuni qüvvəsini almamışdır. Sonradan isə iddiaçı xx.xx.2024-cü ildə cavabdehə onun evliliklə bağlı vədlərinə əməl etməməsi, bağışlamanın şərtlərini pozması, beləliklə də ailə münasibətlərini dəyərdən saldığı üçün bağışlamadan imtina etməsinə dair poçt vasitəsilə bildiriş göndərmiş, daha sonra isə məhkəməyə hazırkı iddia ilə müraciət etmişdir (i.v.157).
29. Məhkəmə kollegiyası, iddiaçı tərəfindən müqavilənin ləğv edilməsi barədə təklif göndərilməməsi və iddia müddətinin keçməsinə dair cavabdehin dəlilləri ilə bağlı qeyd edib ki, əvvəla işdə cavabdehə iddiaçı tərəfindən müqavilənin ləğv edilməsi barədə təklif göndərilməsini təsdiq edən poçt qəbzi mövcuddur (i.v.187). İkincisi, yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə əsasən imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Başqa sözlə, tərəflərin arasında nikah pozulduqdan sonra ailə münasibətərinin fasilələrlə də olsa 2023-cü ilin sentyabr ayına kimi davam etmiş, buna baxmayaraq iddiaçı evə yenidən köçə bilmədiyi üçün məhkəməyə müraciət etmiş, lakin cavabdeh tərəfindən verilmiş şikayət əsasında qətnamə qüvvəsini almamış, bundan sonra iddiaçı cavabdehə bağışladığı əmlakla bağlı sonuncunun hərəkətlərini görərək ona əsaslandırılmış məzmunda bildiriş göndərmişdir.
30. Məhkəmə kollegiyası iddiaçı tərəfindən göndərilən qeyd edilən bildirişinin məzmunu ilə bağlı vurğulayıb ki, həmin ev bağışlanmas a idi, təbii cavabdeh iddiaçını onun öz mülkiyyətindən məhrum edə bilməzdi. Həm də ki, bu ev 2015-ci ilə kimi iddiaçının və onun atasının mülkiyyəti idi. Lakin iddiaçı 2015-ci ildə öz iradə ifadəsi ilə evi bağışlama yolu ilə cavabdehin adına rəsmiləşdirərkən niyyət heç də mülkiyyətindən imtina olmamış, bağışlama şərtli olmuşdur. Bu şərtlər özündə bildirişdən də göründüyü kimi, evliliklə bağlı verilmiş vədlərə əməl edilməsi, ailə münasibətlərini dəyərdən salmayaraq etibarlı ailə münasibətlərinin davamlı olmasını özündə ehtiva etmişdir.
31. Həmçinin cavabdehin iddiaçının vaxtilə onun mülkiyyəti olmuş, hazırda isə məhz iddiaçının razılığı ilə cavabdehin mülkiyyətinə keçmiş evə sonuncu tərəfindən buraxılmaması buna bariz nümunədir və onun tərəfindən də hüquqdan sui-istifadədir.
32. Məhkəmə kol legiyası daha sonra qeyd edib ki, ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarında göstərilmişdir ki, əmlakın bağışlama nəticəsində və ya hədiyyə edilmiş vəsait hesabına əldə olunması barədə ərin (arvadın) dəlillərinə (sübutlarına) qiymət verərkən, əmlakı bağışladığı iddia edilən şəxslərin iradə ifadəsinin nədən ibarət olduğu (əmlakı məhz kimə bağışladığı - ərarvaddan birinə, yaxud bütün ailəyə), ər-arvadın nikahda olduğu müddət və digər diqqətəlayiq hallar nəzərə alınmalıdır ( 5.6-cı bənd)
33. Məhkəmə kollegiyası hesab edib ki, cavabdeh tərəfindən Mülki Məcəllənin 673.1.2-ci maddəsinin “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qo yulmuş vəzifələr” müddəasının tələbləri pozulduğundan və cavabdehin də bağışlamadan sonrakı dövrlərdə iddiaçıya münasibətdə hərəkətləri (xüsusən nikahın pozulmasından sonrakı) qiymətləndirmə tələb edən əlamətlər olmaqla araşdırma zamanı təsdiqləndiyindən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
34. Belə ki, hazırda mübahisələndirilən bağışlama müqaviləsindən uzun müddət keçməsinə baxmayaraq, cavabdeh tərəfindən ailə qanunvericiliyi ilə müəyyən edilən hallarda və həddə əmlak və şəxsi qeyri-əmlak münasibətlərindən irəli gələn vəzifələri icra etməmiş, iddiaçının razılığı ilə adına mülkiyyət kimi rəsmiləşdirilmiş evə əvvəlki mülkiyyətçisi olmuş iddiaçını uşaqları ilə birlikdə evdən istifadəsinə maneələr yaratmış və yaratmaqdadır. Bu onun iddiaçının ona qarş ı qaldırdığı hər iki iddia üzrə mövqeyindən də aydın görünür.
35. Lakin müqavilənin ləğvinə dair iddia tələbi ilə bağlı kollegiya qeyd edib ki, məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir.
36. Məhkəmə kollegiyası qeyd edib ki, iddiaçı tələbində bağışlama müqaviləsinin ləğv edilməsini qoysa da, işdən göründüyü kimi faktiki olaraq tələbinin maddi əsası kimi istinad etdiyi normalar bağışlamanın imtinası ilə bağlıdır. Buna görə də kollegiya hesab edib ki, tələb ünvan 1 ünvanında yerləşən evin xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinin ləğvinin əsası kimi bağışlamadan imtina kimi qiymətləndirilməlidir.
37. Həmçinin kollegiya qey d edib ki, işin araşdırılmış halları iddiaçı tərəfindən Mülki Məcəllənin 673.3-cü maddəsinin dispozisiyasında qanunvericinin müəyyən etdiyi bir illik müddətin ötürülməsi halına da yol verilməməsi qənaətinə gəlməyə tam əsas verir.
38. Məhkəmə kollegiyası hesab edib ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, iş üzrə düzgün qətnamə qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmişdir.
39. Birinci işə münasibətdə isə kollegiya qeyd edib ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə nəticəyə gələrkən hesab etmişdir ki, iddiaçının başqa yaşayış yeri olmadığından, mübahisəli ev iddiaçının və uşaqların yaşay ış yeri sayıldığından iddiaçı uşaqları ilə birgə həmin evə köçürülməli, onların həmin evdən istifadə etmələrinə cavabdeh və digər şəxslər tərəfindən yaradılan qanunsuz maneələr aradan qaldırılmalıdır.
40. Şikayətin dəlillərinə əsasən isə, nikah pozulduğu dövrdən qanunun tələbinə əsasən iddiaçının mənzilə olan istifadə hüququna da xitam və uşaqlar məhkəmə qətnaməsi əsasında anasının himayəsinə verildiyindən, bir sözlə işə baxılarkən tərəflərin hazırki münasibətlərinə tətbiq edilməli Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbələri pozulduğundan məhkəmə qətnaməsi qanuni sayıla bilməz.
41. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan əsaslandırması ilə razılaşmasa da, şikayətin dəlillərini də qəbul etməyib və bildirib ki, əslində məhkəmə vaxt rejimində həmin iddiaya baxarkən mülkiyyətçi olmuş cavabdehlə ailə münasibətlərinə xitam verilməsinə baxmayaraq iddiaçının evə köçürülməsi barədə qənaətə düzgün olaraq gəlsə də, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbələri baxımından keçmiş ailə üzvü kimi iddiaçının göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun məhkəmənin qərarı əsasında saxlanıla bilməsini müzakirə etməli olduğu halda bunu etməmişdir.
42. Məhkəmə kollegiyası hesab edib ki, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair iş üzrə qətnamə qəbul edilərkən düzgün nəticəyə gəlinsə də, maddi hüquq normasının tələbinə düzgün əməl edilmədiyindən qətnamə qanuni sayıla bilməz.
43. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyası 29-cu maddəsinə, Mülki Məcəlləsinin 27, 152.5, 423.2, 666.1, 666.2, 666.3, 673.3-cü, Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü, MPM-in 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
44. Cavabdeh (vəkili Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
45. Kassasiya şikayətində Mülki Məcəlləsinin 673.1-ci maddəsinə istinad edilərək qeyd olunub ki, bağışlama müqaviləsi üzrə hər hansı öhdəlik qoyulmayıb. Ailə münasibətləri pozulmasını tələb edən tərəf iddiaçı Səbinə Quliyeva olub. Hərçənd ki, bağışlama müqaviləsində heç belə bir şərt və ya öhdəlik yoxdur ki, tərəflərin nikahı pozulacağı təqdirdə hədiyyə verən hədiyyə ver məkdən imtina edə bilər.
46. Hədiyyə alan Cavabdeh hədiyyəverənin və ya onun yaxın qohumu barəsində heç bir cinayət əməli, o cümlədən ağır cinayət əməli törətməyib. Bu barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir izahat və ya sübut təqdim edilməmişdir. Eləcə də, hədiyyə alan Cavabdeh ailə münasibətlərinə uyğun olaraq ailə qanunvericiliyi ilə müəyyən olunmuş vəzifələri hədiyyə verənə və onun yaxın qohumlarına münasibətdə heç bir formada, o cümlədən kobudca pozmamış, bu barədə sübut təqdim edilməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
47. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
48. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir.Mülkiyyət hüququ, o cümlədən x üsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq,əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
49. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
50. Maddə
27. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir.
51. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol ver məyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
52. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
53. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə al anın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur
54. Maddə 666.2 və 666.3. Bağışlama müqaviləsinin predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır.
55. Maddə 670.1. Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər.
56. Maddə 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə.
57. Maddə 673.2. Hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi aşağıdakı hallarda ləğv edə və onun icrasından imtina edə bilər: 673.2.1. bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda; 673.2.2. vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə; 673.2.3. vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda.
58. Maddə 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana ç atdığı halda qüvvədədir Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
59. Maddə 30.1Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər..
60. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşmayoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməy ə və onun saxlanmasını təmin etməyə borcludurlar.
61. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqarazılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respubli kasının Mülki Prosessual Məcəllə
62. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
63. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
64. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
65. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
66. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
67. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyy ətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
68. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
69. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
70. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
71. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
72. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının cavabdeh tərəfindən tam ləğvi xahi ş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
73. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
74. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şik ayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
75. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddianı rədd edən brinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırmasını təşkil edirdi və apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən ləğv etməklə, həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
76. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbu l etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
77. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
78. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 26 aprel 2024-cü il tarixli Qərarında bağışlama münasibətlərinin hüquqi təbiəti, bağışlamanın ləğvi və bağışlamaqdan imtina ilə bağlı qanunvericilik müddəalarının izahı verilmişdir. Həmin Qərarda göstərilmişdir ki, «Konstitusiyanın 17-ci maddəsinin İ hissəsində ailənin cəmiyyətin əsas özəyi olduğu təsbit edilərək, onun dövlətin xüsusi himayəsində olduğu vurğulanmışdır. Bu səbəblə də etibarlı və sağlam ailə münasibətlərinin qorunması və gücləndirilməsi vəzifəsi Konstitusiya ilə dövlətin üzərinə qoyulan pozitiv öhdəlikdir. Dövlətin daşıdığı bu vəzifə isə ailə dəyərlərinin pozuntulardan qorunmasını və buna yol vermiş şəxslərin müvafiq məsuliyyətə cəlb edilməsini labüd edir. Ailə anlayışı hüquqi bağlar və nəticələr yaradan, ailə dəyərləri ilə bağlı münasibətləri ehtiva edən birliyi ifadə edir. Burada ailə dəyərləri dedikdə, qarşılıqlı qayğı, insanların mənsub olduqları ailəyə hörmət və ehtiram göstərməsi kimi mənəvi və əxlaqi münasibətləri n qorunması nəzərdə tutulur. Ailə hüquq münasibətləri ailə qanunvericiliyinin predmeti olmaqla, məzmununu ailə üzvlərinin qarşılıqlı hüquq və öhdəlikləri təşkil edir və bu münasibətlər müəyyən hüquqi faktların baş verməsi ilə (nikaha daxil olma, doğulma və s.) yaranır. Ailə hüquq münasibətləri dedikdə, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində müəyyən edilən hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətləri başa düşülür. Ailə hüquq müstəvisində şəxsi qeyri-əmlak münasibətlərinə aşağıdakılar aiddir: - nikahın bağlanması və nikaha xitam verilməsi; - ailə həyatına aid məsələlərin həlli zamanı ər-arvad arasında yaranan münasibətlə - nikah bağlanarkən və nikah pozulduqdan sonra soyadı seçimi; - uşa qların tərbiyəsi və təhsili zamanı valideyn və uşaqların münasibətləri və s. Əmlak münasibətlərinə isə ər-arvadın, keçmiş ər-arvadın, valideynlərin və uşaqların aliment öhdəlikləri, onların birgə və şəxsi əmlaka dair münasibətləri və s. aiddir. Ailə Məcəlləsinin 1.3-cü maddəsinə əsasən, ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. Ailənin ümumbəşəri prinsiplər əsasında qurulması, ailə münasibətlərinin qadın və kişinin könüllü ni kah ittifaqı, bütün ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti, dostluğu və hörmət hissləri əsasında qurulması, ailədə uşaqların ictimai tərbiyə ilə üzvi əlaqədar şəkildə vətənə sədaqət ruhunda tərbiyə edilməsi və s. Ailə Məcəlləsinin vəzifələri kimi müəyyən olunmuşdur (Ailə Məcəlləsinin 3-cü maddəsi). Göstərilənlər baxımından nəzərə alınmalıdır ki, ailə üzvlərindən biri digərinə hədiyyə, xüsusən dəyərli hədiyyələr edərkən heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edir. Bu halda o, mənəvi dəyər verdiyi, yaxın bildiyi, qarşılığında da eyni əxlaqi münasibəti gözlədiyi ailə üzvünü əvəzsiz qaydada hədiyyə verməklə zənginləşdirir. Bunun isə sağlam və etibarlı ailə münasibətlərinin formalaşmasında, ailə üzvləri arasında mənəvi bağların güclənməsində əhəmiyyəti və rolu danılmazdır. Lakin buna rəğmən hədiyyə alanın hədiyyə verənin özünə və ya yaxın qohumuna qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə yol verməsi ailə qanunvericiliyinin məqsədinin realizəsini və vəzifələrinin icrasını mümkünsüz edir. Beləliklə, hədiyyə alan tərəfindən hədiyyə verənin özü və ya onun yaxın qohumları barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulması bağışlamanın motivini aradan qaldırdığından, bu hal hədiyyədən imtina üçün əsas kimi təsbit edilmişdir. Mülki Məcəllənin 673.1.2-ci maddəsinin “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyinin müvafiq normalarından irəli gələrək hədiyyə verən və onun yaxın qohumları barəsində hədiyyə alanın daşıdığı vəzifələri ehtiva edir. Bu vəzifələrin pozulması həm hərəkət, həm də hərəkətsizliklə baş verə bilər. Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan hal qiymətləndirmə tələb edən əlamət olduğundan, onu təşkil edə biləcək bütün ehtimal edilən halları əhatə etmək mümkün deyil. Bu baxımdan, məhkəmələr tərəfindən hədiyyə alanın daşıdığı vəzifələrin pozulmasının nədə ifadə olunması və pozuntunun kobud olubolmaması konkret işin hallarından (fiziki və psixoloji zərərin dərəcəsi, bəzi hallarda hədiyyə verənin və onun yaxın qohumlarının yaşı və səhhəti və s.) asılı olaraq müəyyən edilməlidir. Mülki Məcəllənin 673.3-cü maddəsinin dispozisiyasında qanunvericinin müəyyən etdiyi bir illik müddətin ötürülməsi ilə bağışlamaqdan imtina hüququnun xitamına səbəb olan müddət kəsici müddət kim i qiymətləndirilməlidir. Həmçinin bağışlama müqaviləsinin nə zaman bağlanılmasından asılı olmayaraq, hədiyyə verən məhz imtinaya əsas verən hallar ona məlum olduğu gündən yalnız bir il ərzində imtina haqqında bildirişi hədiyyə alana göndərə bilər. Bu müddətin bitməsi isə hədiyyə verənin hədiyyə predmetini geri tələb edə bilməməsi ilə nəticələnir».
79. Hər hansı əqdin qurucu elementi, əqdin iştirakçılarının niyyəti, hüquq və vəzifələrin yaranmasına, dəyişdirilməsinə və xitamına yönələn iradəsidir. Bu cür iradə ifadəsi onların niyyət və motivindən formalaşır. Niyyət, tərəflərin müqavilə bağlamaqda hansı məqsəd güddüklərini göstərir. Motiv isə, bu niyyəti doğuran daxili səbəblərdir. İddiaçının evi ərinə bağışlamasının motivi sırf "ailə münasibətlərinin davamlılığı"na bağlı olub. Yəni bu, klas sik təmənnasız, başqasının firavanlığını təmin etməyə yönələn öz şəxsi mənafeyini qurban verməkdən ibarət (altruistik) bağışlama deyil, əksinə ailə birliyinin qorunacağı gözləntisinə əsaslanmış bağışlamadır. Bu, faktiki olaraq "şərtli bağışlama" xarakteri daşıyır. Azərbaycan Mülki Məcəlləsi şərtli bağışlama əqdlərinə icazə verir, belə olan halda, bağışlayan şərt pozulduqda bağışlamaqdan imtina edə bilər.
80. Baxılan işdən görünür ki, nikah pozulduqdan sonra cavabdeh iddiaçı və uşaqların həmin evdə yaşamasına şərait yaratmamış, əksinə onların oradan çıxarılmasına nail olmuşdur. İddiaçının və azyaşlı uşaqlarının yaşayış yerinin olmaması, onların yaşayış şəraitinin kəskin pisləşməsi kimi qiymətləndirilir. Başqa sözlə, cavabdehin hərəkətləri, bağışlamanın motivini aradan qaldırmış, şəraiti bir tərəfli olaraq dəyişmişdir.
81. Hədiyyə alan tərəfindən hədiyyə verənin özü və ya onun yaxın qohumları barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulması bağışlamanın motivini aradan qaldırdığından, bu hal hədiyyədən imtina üçün əsas kimi təsbit edilmişdir. Buna görə də apelyasiya instansiyası məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur.
82. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. 8
3. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
84. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
85. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və M PM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 may 2025-ci il tarixli 2(103)234/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.