Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2816/2022 21.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı1 cavabdeh və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2816/22 Açar sözlər: fərdi yaşayış evindən çıxarılma AAAAZ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 aprel 2021-ci il tarixli, 2(105)-1112/2021 saylı qətnaməsindən və həmin Məhkəmənin 14 aprel 2021-ci il tarixli, 2(105)-1112/2021 saylı qərardadından cavabdeh X6, üçüncü şəxslər X2 və İddiaçı2 ayrıayrılıqda verdikləri kassasiya şik ayətləri üzrə işə 21 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı1 məhkəmədə X5 və digərlərinə qarşı iddia qaldıraraq, 31 may 2019-cu il tarixli Çıxarışa əsasən ona məxsus olan Abşeron rayonu, Novxanı kəndində, 0.08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin İbrahim Ağayevin hesabına boşaldılması və onun həmin yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı2 məhkəmədə İddiaçı1 və digərlərinə qarşı iddia qaldıraq, İddiaçı1 adına Reyest Xidməti tərəfindn verilmiş 31 may 2019-cu il tarixli Çıxarışın etibarsız hesab edilməsi və evə dair reyestr qeydiyyatı məlumatlarının əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş edib. X2 məhk əmədə İddiaçı1 və digərlərinə qarşı iddia qaldıraraq, İddiaçı1 adına Reyestr Xidməti tərəfindən verilmiş 31 may 2019-cu il tarixli Çıxarışın ləğv edilməsi və evə dair reyestr qeydiyyatı məlumatlarının əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş edib. X6 isə məhkəmədə İddiaçı1 və digərlərinə qarşı iddia qaldıraraq, Reyestr Xidməti tərəfindən İddiaçı1 adına verilmiş 31 mart 2019-cu il tarixli Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Abşeron Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.T.Məmmədov) İddiaçı1 iddiası təmin edilərək, 31 may 2019-cu il tarixli Çıxarışa əsasən onun mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində 0.08 ha torpa q sahəsində yerləşən fərdi yaşayış evinin İbrahim Ağayevin hesabına boşaldılması və İddiaçı1 həmin evə köçürülməsi, habelə İddiaçı2, Süleyman Allahquliyev və İbrahim Ağayevin iddia tələblərinin rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Cavabdeh1 26 iyul 2018-ci il tarixli təklifyi ilə borclu İbrahim Ağayevin tələbkar İddiaçı1 olan 40.000 ABŞ dolları borc pulun qarşılığında onun mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində 0.08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 51.000 manat dəyərində qiymətləndirilərək “İcra haqqında” Qanunun 53-cü maddəsinə əsasən borc əvəzi kimi tələbkar Təranə Ağayevaya təkilf edilib və sonuncu həmin əmlakı qəbul edib. 31 may 2019-cu il tarixli Çıxarışa əsasən sözügedən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə İddiaçı1 adına qeydə alınıb. Göründüyü kimi, tələbkar İddiaçı1 sözügedən evi vicdanlı yolla əldə edib və o, həmin evi dövlət orqanının təklifinə əsasən qəbul edib. Belə olan halda, İddiaçı1 dövlət təşkilatı olan icra orqanının hər hansı hərəkətinin legitimsizliyi ilə bağlı heç bir şübhə olmayıb və o, dövlət reyestrinin həqiqiliyi prezumpsiyasına inanaraq ona etimad göstərib. Həmçinin, X 08 yanvar 2018-ci il tarixli icarə müqaviləsinə istinad edərək, İddiaçı1 adına verilmiş 31 may 2019-cu il tarixli Çıxarışın ləğv edilməsi barədə tələb irəli sürməsi üçün subyektiv hüquqi nöqteyi-nəzərindən heç bir əsası yoxdur. Hazırda, Təranə X1rşı hər hansı bir tələbi yoxdur və sonuncunun 08 yanvar 2018-ci il tarixli icarə müqaviləs üzrə heç bir hüququ pozulmayıb. Mübahisəli ev İddiaçı1 mülki yyətində olduğundan və mülkiyyət hüququ dövlət tərəfindən qorunduğundan, İddiaçı2,X iddia tələbləri əsassız olduğundan rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 148.2, 699, 718-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Süleyman Allahquliyev apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, İddiaçı1 iddiasının rədd, öz iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. İbrahim Ağayev apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, İddiaçı1 iddiasının rədd, öz iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı2 apellyasiya şikayəti verərək, iş üzrə birinci i nstansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, İddiaçı1 iddiasının rədd, öz iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər T.O.Quliyev sədrlik edən, məruzəçi, G.F.Tağızadə və L.M.Məmmədova) apellyasiya şikayətləri qismən təmin edilərək, iş üzrə Abşeron rayon məhkəməsinin 06 noyabr 2020-ci il tarixli qətnaməsi qismən- İddiaçı2, Süleyman Allahquliyev və İbrahim Ağayevin iddia tələblərinə aid hissələrdə ləğv edilməsi və həmin hissələrdə ayrıca qərardad çıxarılması və qalan mübahisələndirilən hissələrdə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. Eyni zamanda, həmin məhkəmənin 14 aprel 2021-ci il tarixli qərar dadı ilə apellyasiya şikayətləri qismən təmin edilərək, iş üzrə Abşeron rayon məhkəməsinin 06 noyabr 2020-ci il tarixli qətnaməsi qismən İddiaçı2, Süleyman Allahquliyev və İbrahim Ağayevin iddia tələblərinə aid hissələrdə ləğv edilib, iş üzrə icraata işə ümumi məhkəmədə baxılmalı olmaması əsasına görə xitam verilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, işin birinci instansiya məhkəməsində müəyyən edilmiş hallarına görə, Cavabdeh1 26 iyul 2018-ci il tarixli təklifi ilə X10 Əfəndiyevaya olan 40.000 ABŞ dolları borc pulun qarşılığında RX seriyalı, ******* saylı Çıxarışa əsasən 0.08 ha torpaq sahəsinin üzərində yerləşən mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi yaşayış evini 51.000 manat dəyərində qiymətləndirilərək “İcra haqqında” Qanunun 53-cü maddəsinə əsasən, borc əvəzi kimi İddiaçı1 təklif edilib və sonuncu həmin evi vicdanlı yolla əldə edib. 31 may 2019-cu il tarixli Çıxarışa əsasən, Abşeron rayonu, Novxanı kəndi, 0.08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə İddiaçı1 adına qeydə alınıb. Belə olan halda, Azərbaycan Respublikasında mülkiyyət toxunulmaz və dövlət tərəfindən müdafiə edildiyindən, İddiaçı1 sözügedən ev üzərində mülkiyyət hüququ qorunmalı və müdafiə edilməlidir. Bundan başqa, Süleyman Allahquliyevin iddia tələbi ilə bağlı qeyd olunmalıdır ki, onun 08 yanvar 2018-ci il tarixli icarə müqaviləsinə istinad edərək İddiaçı1 adına verilmiş 31 may 2019-cu il tarixli Çıxarışın ləğv edilməsi barədə tələb irəli sürməsi üçün subyektiv hüquqi nöqteyi-nəzərindən heç bir əsası yoxdur. B elə ki, mülki qanunverciliyə görə, icarəyə verilən əşyanın mülkiyyətçisi dəyişərsə, bu hal icarə hüquq münasibətlərinin xitamına səbəb olmur, icarə münasibətləri saxlanılır.Yəni,öhdəlik dəyişmir, öhdəlikdə şəxslər dəyişir ki, bu hal da öhdəliyin mahiyyətinə xələl gətirmir. Ona görə də Süleyman Allahquliyevin hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsinin səbəbləri aydın deyil. Çünki, 08 yanvar 2018-ci il tarixli icarə müqaviləsi üzrə mülkiyyətçi olaraq Təranə X1rşı məhkəmədə hər hansı bir tələbinin olması, o cümlədən sözügedən icarə müqaviləsi üzrə İddiaçı1 tərəfindən Süleyman Allahquliyevin hüququnun hər hansı bir formada pozulması müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsi İddiaçı1 iddia tələblərini təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq norm alarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Eyni zamanda, mülki iş materialları ilə müəyyən olunur ki, İddiaçı2, Süleyman Allahquliyev və İbrahim Ağayev ayrı-ayrılıqda iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 adına Reyestr Xidməti tərəfindən verilmiş 31 may 2019-cu il tarixli Çıxarışın etibarsız hesab edilməsini və mübahisəli evə dair reyestr qeydiyyatı məlumatlarının əvvəlki vəziyyətə qaytarılmasını iddia edirlər. İnzibati Prosessual qanunverciliyə görə bu növ iddialara inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmədə baxılmalıdır. Birinci instansiya məhkəməsi sözügedən tələblər üzrə işə baxarkən məhkəmə aidiyyətini pozub. Belə olan halda qeyd olunan tələblər üzrə işə həmin hissədə ümumi məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilm əlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 148.2, 152.1, 152.5, 699-cu maddələrinin, Mülki Prosessual Məcəllənin 3.1, 31.1, 261.0.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri X və İddiaçı2 ayrı-ayrılıqda apellyasiya instansiyası məhkəməsinin həm qətnaməsindən, həm də qərardadından kassasiya şikayətləri verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş ediblər. Hər üç kassasiya şikayətl əri belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə və qərardad qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı1 etiraz ərizəsində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının dəyişdirilmədən, kassasiya şikayətlərinin isə təmin edilmədən saxlanılması xahiş olunub. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Həmin Məcəllənin 139-1.1 və 139-1.1.2-ci maddələrinin tələblərinə əsasən, da şınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol əsas hesab olunur. Həmin Məcəllənin 149.2-ci maddəsində göstərilir ki, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin ə vəzinin ödənilməsi üçün tələblər irəli sürməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Həmin Qanunun 8.0 və 8.0.2-ci maddələrinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol əsas hesab olunur. Azərbaycan Respublikasının Ali Məcəlləsi: Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 37.3-cü maddəsinə görə, ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 41.1-ci maddəsində göstərilir ki, ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ərarvad onları n hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu: Həmin Qanunun 50.1-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Məcəllənin 50.4 və 50.4.1-ci maddələrinin tələblərinə görə, borclunun əmlakı üzərinə, tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün və sair hallarda həbs qoyulur. Həmin Qanunun 53.1-ci maddəsinə görə, üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Res publikasının qanunverciliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsinə görə, hakimin özü də mübahisənin məhkəməyə aidiyyətinin olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 261.0.1-ci maddəsində göstərilir ki, iş məhkəmədə və ya mülki mühakimə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instan siyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Həmin Məcəllənin 2.2, 2.2.1 və 2.2.5-ci maddələrinin mənasına görə, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Hər üç kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətlərinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəmə sinin mövqeyi Kassasiya instansiyası məhkəməsı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Əvvəla, işin obyektiv həlli üçün ilk növbədə hazırki mübahisənin məhkəmə aidiyyətinə aydınlıq gətirilməlidir. Belə ki, işə əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, 05 yanvar 2015-ci il tarixli Çıxarışa əsasən, Abşeron rayonu, Novxanı kəndində, mülkiyyətlə olan 0.08 ha torpaq sahəsində yerləşən, 1-otaqlı, ümumi sahəsi 98,2 kv.metr olan fərdi yaşayış evi mülkiyyəti hüququ üzrə İbrahim Ağayevin adına qeydə alınıb. İddiaçı1 məhkəmədə İbrahim Ağayevə qarşı “pul tələbinə dair” iddia qaldırıb və Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 17 iyul 2017-ci il tarixli qərardadı ilə iddianın təmini tədbiri kimi İbrahim Ağayevin mülkiyyətində olan sözügedən evin üzərinə həbs qoyulub. Qanuni qüvvəyə minmiş Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 14 mart 2018-ci il tarixli qətnaməsi ilə Təranə X3rşı “pul tələbinə dair” iddiası təmin edilərək, İbrahim Ağayevdən ödəniş günü milli manata məzənnədə 40.000 ABŞ dollarının tutulub İddiaçı1 verilməsi qət edilib. 01 iyun 2018-ci il tarixdə qətnamə qanuni qüvvəyə minib və 01 iyun 2018-ci ildə qətnamə üzrə icra vərəqəsi verilib. 01 iyun 2018-ci il tarixdə icra məmurunun qərarı ilə icra sənədi üzrə icraata başlanılıb və borclu İbrahim Ağayevə icra sənədini 10 gün müddətində könüllü icra etməsi üçün vaxt verilib. Bundan sonra, icra məmurunun sifarişinə əsasən, "xxxx" MMC-nin 24 iyul 2018-ci il tarixli qiymətlən dirmə rəyinə əsasən, sözügedən fərdi yaşayış evinə 51.000 manat qiymət qoyulub. 26 iyul 2018-ci il tarixdə icra məmuru məktubla tələbkar İddiaçı1 müraciət edərək, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 53-cü maddəsinə əsasən, qeyd olunan fərdi yaşayış evini 51.000 manat dəyərində borc əvəzinə tələbkar İddiaçı1 təklif edib və həmin təklifə münasibət bildirməsini xahiş edib. 26 iyul 2018-ci il tarixdə tələbkar İddiaçı1 ərizə ilə icra məmuruna müraciət edərək, təkliflə razılaşdığını və borclu İbrahim Ağayevin ona olan 40.000 ABŞ dolları borcundan 51.000 manat (bu günə olan 1.70 manat məzənnəsi ilə) 30.000 ABŞ dolları borc əvəzinə silinməsinə etiraz etmədiyini göstərib və sözügedən fərdi yaşayış evinin onun adına rəsmiləşdirilməsini xahiş edib. 03 may 2019-cu il tarixdə icra məmuru mə ktubla Reyestr Xidmətinə müraciət edərək, göstərilənlərin nəzərə alınaraq, sözügedən fərdi yaşayış evinin “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 53.1-ci maddəsinə əsasən, borclu İbrahim Ağayevin mülkiyyətində olan həmin evin tələbkar İddiaçı1 adına rəsmilədirilməsini xahiş edib. 31 may 2019-cu il tarixli Çıxarışa əsasən, sözügedən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə İddiaçı1 adına qeydə alınıb. Apellyasiya instansiyası məhkəməsi, Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinin, habelə İnzabati Prosessual Məcəllənin 2.2.1, 2.2.2-ci maddələrinin və digər prosessual normaların tələblərinə istinad edərək, birinci instansiya məhkəməsinin qətnaməsini qismən- İddiaçı2, Süleyman Allahquliyev və İbrahim Ağayevin iddia tələblərinə aid hissələrdə ləğv edib, həmin hissədə işin icraatı na mülki mühakimə icraatı qaydasında baxılmalı olmaması əsasına görə xitam verərkən, gəldiyi nəticəni kifayət qədər əsaslandırmayıb. Belə ki, işdən görünür ki, İddiaçı2, Süleyman Allahquliyev və X8 Əfəndiyevaya qarşı tələbləri “mübahisəli fərdi yaşayış evinə dair onun adına verilmiş 31 may 2019-cu il tarixli Çıxarışın etibarsız hesab edilməsi, ləğv edilməsi və həmin fərdi yaşayış evinə dair reyestr qeydiyyatı məlumatlarının əvvəlki vəziyyətə qaytarılmasından ibarətdir. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Göründüyü kimi, mübahisənin məhkəmə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Həmçinin, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 1.1-ci maddəsində göstərilir ki, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəm ə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Bu normadakı “qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə” ifadəsi mülki-prosessual və inzibati xətalar qanunvericiliklərinin normalarını nəzərdə tutur. Habelə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə görə, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt- inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (ş əxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Normanın mənasından da göründüyü kimi inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı və hakimiyyət tədbiri olmalıdır. Apellyasiya instansiyası məhkəməsi sadalanan prosessual normaların tələbləri baxımından İddiaçı2, Süleyman Allahquliyev və İbrahim Ağayevin mübahisələndirdikləri 31 may 2019-cu il tarixli Çıxarışın inzibati akt olub-olmamasını, həmin Çıxarışın ümumi (publik) hüquq sahəsinə aid olan konkret məsələni nizama salınmasına yönəlmiş ictimai idaretmə ilə bağlı inzibat i akt olub-olmadığını, həmin Çıxarışın hər hansı inzibati akta əsasən deyil, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası qaydasında məhz icra məmurunun məktubuna əsasın verildiyini nəzərə almadan və ümümiyyətlə Çıxarışın verilməsinə əsas olmuş sənədləri məhkəməyə təqdim etməyi işdə iştirak edən şəxslərə, o cümlədən aidiyyəti Reyestr Xidmətinə təklif etmədən və icra məmurunun 03 may 2019-cu il tarixli məktubuna əsasən Reyestr Xidmətində mübahisəli fərdi yaşayış evinə dair mülkiyyət hüququ barədə İddiaçı1 adına aparlımış qeydiyyatın qanuniliyini aşağıda sadalanan maddələrin tələbləri baxımından yoxlamadan, İddiaçı2, X iddia tələblərinə məhkəmə aidiyyəti üzrə inzibati icraat qaydasında inzibati məhkəmədə baxılmalı olması nəticəsinə gəlib. Halbuki, Mülki Məcəllənin 139-1.1 və 139-1.1.2 -ci maddələrinin tələblərinə görə, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0 və 8.0.2-ci maddələrinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol əsas hesab olunur. Göründüyü kimi, icra məmurunun məktubuna əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası qaydasında sözügedən fərdi yaşayış evi tələbkar İddiaçı1 təklif olunsa da, sonuncunun həmin ev üzərində mülkiyyət hüququnun əmələ gəlməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilat tərəfindən hər hansı yekun protokol tərtib edilməyib və ümumiyyətlə işdə, belə bir sənəd yoxdur. Belə olan halda, icra məmurunun sözügedən məktubu mübahisəli fərdi yaşayış evi üzərində İddiaçı1 mülkiyyət hüququnun əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas he sab oluna bilməzdi. Digər tərəfdən, Mülki Məcəllənin 149.2-ci maddəsində göstərilir ki, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddənin mənasına görə, vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları o, vaxt saxlanılır ki, qeydiyyatın aparılması qanuni əsaslara söykənmiş olsun, hazırki halda isə icra məmurunun sözügedən məktubu İddiaçı1 fərd i yaşayış evi üzərində mülkiyyət hüququnun əmələ gəlməsi üçün əsas ola bilməzdi. Göründüyü kimi İddiaçı1 mübahisəli evə mülkiyyət hüququnun qeydiyyatı hər hansı inzibati akta əsaslanmayıb. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallara diqqət yetirmədən, verilmiş tələblərə əsasən işə mahiyyəti üzrə baxıb qətnamə çıxarmaq əvəzinə, İddiaçı2, Süleyman Allahquliyev və İbrahim Ağayevin verdikləri tələbləri müzakirə predmetinə çevirərək işə ümumi məhkəmədə baxılmamasına dair səhv nəticəyə gəlib və prosessual əsas olmadığı halda işin icraatına xitam verib. Halbuki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 04 saylı Qərarının 02-ci bəndində göstərilir ki, mübah isənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndində göstərilir ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranın hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etm ək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 5.1-ci bəndinə əsasən, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və sair ilə bağlı yaranın münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququn tanın ması və ya hüquqların həyata keçirilməsi ilə bağlı inzabati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktların ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisəndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmçinin, Konstitusiya Məhkəməsi Plenmunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İPMnin 2.2-ci və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” 19 may 2014-cü il tarixli Qərarında, eləcədə “Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinin şərh edilməsinə dair” 17 sentyabr 2014-cü il tarixli Qərarında hüquqi mövqeyi ondan ibarət olub ki, daşın maz əmlakın dövlət reyestrindən Çıxarış hüququn qeydiyyatını əks etdirən sənəddir və hər bir halda inzibati akt kimi qiymətləndirilə bilməz. Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarlarında eyni zamanda qeyd edilmişdir ki, müraciətdə iddianın predmetini Reyestr Xidməti tərəfindən mülkyyət hüququna dair verilən Çıxarışın etibarsız hesab edilməsi təşkil etdiyindən bu kateqoriyadan olan işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulm asına yol verilmir. Həmin Məcəllənin 261.0.1-ci maddəsində göstərilir ki, iş məhkəmədə baxılmalı deyildirsə məhkəmə iş üzrə icraata xitam verir. Maddənin mənasına görə, məhkəmə bu əsasla iş üzrə icraata o, vaxt xitam verə bilər ki, işə məhkəmədə baxılmalı olmasın. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən halları, habelə Çıxarışın verilməsinə əsasən olmuş sənədlərin qanunilyini yoxlamadan, İddiaçı2, Süleyman Allahquliyev və İbrahim Ağayevin hazırki iddia tələblərinə inzibati məhkəmədə baxılmalı olması qənaətinə gəlməklə, əslində onların Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə qorunan hüquq və azadlıqlarının inzibati və məhkəmə təminatı hüquqlarını pozub. Belə ki, həmin Maddənin İ bəndində göstərilir ki, hər kəsin hüquq və azadlıqlarının inzi bati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Eyni zamanda, qanuni qüvvəyə minmiş Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 14 mart 2018-ci il tarixli qətnaməsindən görünür ki, borclu X7 Əfəndiyevanın xeyrinə 40.000 ABŞ dolları pul tutulmalıdır. Kassasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 15-ci maddəsinin, “İcra haqqında” Qanunun 6.1.1, 43, 50, 53-cü maddələrinin, habelə Mülki Məcəllənin 1391.1 və 139-1.1.2-ci maddələrinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0 və 8.0.2-ci maddələrinin tələblərini əsas tutub hesab edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bütün fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Üzərinə həbs qoyulmuş əmlak... Azərbaycan Respublikasının qanun verciliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunmalıdır. Tələbkar əmlakı borcun əvəzinə qəbul etdikdən sonra, həmin əmlak üzərində onun hüququnun əmələ gəlməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol tərtib edilməlidir və əmlakın tələbkar tərəfindən əldə olunmasına dair yekun protokol hüququn qeydə alınması üçün əsas hesab olunur. Eyni zamanda, Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkə mə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ərarvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. İşdən, apellypasiya və kassasiya şikayətlərinin dəlillərindən görünür ki, 08 iyun 1987ci il tarixdə İddiaçı2 rəsmi nikah əsasında İbrahim Ağayevlə ailə qurub. 05 yanvar 2015-ci il tarixli Çıxarışa əsasən, sözügedən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə İbrahim Ağayevin adına qeydə alınıb. 28 avqust 2018-ci il tarixdə onlar arasında bağlanmış nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılıb. Hazırda, İddiaçı2 iddia ərizəsində sözügedən fərdi yaşayış evini İbrahim Ağayevlə birgə nikahları dövründə ümumi gəlirləri hesabına əldə etdiy ini iddia edir. Bu dəlilləri İddiaçı2 apellyasiya və kassasiya şikayətlərində də göstərib. Apellyasiya instansiyası məhkəməsi İddiaçı2 iddia ərizəsində, apellyasiya şikayətində göstərdiyi bu dəlillər üzrə heç bir araşdırma aparmadan, ümumiyyətlə sözügedən evin onunla İbrahim Ağayevin ümumi birgə mülkiyyəti sayılıb-sayılmamasını aydınlaşdırmadan, İddiaçı1 alınmış 40.000 ABŞ dollarının ailənin ehtiyacları üçün istifadə olunub-olunmadığını işin halları üzrə əlaqəli şəkildə təhlil etmədən, başqa sözlə İbrahim Ağayevin öhdəlikləri üzrə ödəmənin onunla İddiaçı2 ümumi əmlakı sayıldığı iddia edilən mübahisəli bağ evinə yönəldilməsinin qanuni olub-olmadığını yoxlamadan, yalnız İddiaçı1 gətirdiyi arqumentlərlə kifayətlənərək birinci instansiya məhkəməsinin qətnaməsini sonuncunun iddia tələbinə aid h issədə dəyişdirilmədən saxlayıb. Halbuki, Ailə Məcəlləsinin 37.3-cü maddəsinə əsasən, ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 41.1-ci maddəsində göstərilir ki, ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsində göstərilir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt ə sas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən hallarını, sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətlərində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayətləri təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadı ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh X6, üçüncü şəxslər X2 və İddiaçı2 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilsin, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 aprel 2021-ci il tarixli, 2(105)-1112/2021 saylı qətnaməsi və həmin Məhkəmənin 14 aprel 2021-ci il tarixli, 2(105)-1112/2021 saylı qərardadı ləğv edilsin, mülki iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2816/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-2816/2022
21.06.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver