Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2819/2023 26.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: icbari sığorta münasibətlərində subroqasiya qaydasında pulun tutulması tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X4 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1181/2023 nömrəli, 14 mart 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərar ı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 2. “Mercedes Benz E200” minik markalı **-SK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyət hüququ ilə X2 məxsus olmuşdur. 3. “Mercedes Benz E200” minik markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixindən 1 il müddətində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığortası” növü üzrə sığortalanmışdır. Sığorta şəhadətnaməsi üzrə sığortalı Cavabdeh2 olmuşdur.
4. X3 ƏN-İİİ, 777131 seriyalı etibarnamə ilə ona məxsus olan “Mercedes Benz E200” minik markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2016-cı il tarixd ən idarə etmək səlahiyyətini Cavabdeh2 vermişdir.
5. Cavabdeh2 oğlu Cavabdeh1 20 aprel 2020-ci il tarixdə həmin nəqliyyat vasitəsini etibarnamə olmadan idarə edərkən sığorta hadisəsi törətmişdir. Hadisə nəticəsində xəsarət alan şəxs X9 ölmüş, məhkəmə tibbi-ekspertizasının xx.xx.2020-ci il tarixli, 906 №li rəyinə əsasən dəymiş zərərin məbləği 5.000 manat müəyyən olunmuşdur. X6 hüquqi varisi X8 sığortaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 5000 manat ödəniş edilmişdir.
6. Cavabdeh1 “BC” kateqoriyası üçün avtomobil idarə etmək üçün sürücülük hüququ vardır.
7. Abşeron Rayon Məhkəməsinin 1(012)-257/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarəetmək hüququndan məhrum edilməklə, 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, təqsirləndirilən şəxsin cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəsisəsində çəkməsi və s. hökm edilmişdir.
8. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Cavabdeh1 ifadəsində bildirmişdir ki, atası Cavabdeh2 məxsus avtomobili hər dəfə atasının razılığı ilə idarə etmiş və etibarnaməsi olmadığından atası yanında olmuşdur. Lakin 20 aprel 2020-ci ildə əmisi ona zəng edib avtomobili istədikdə atası həmin vaxt Siyəzən rayonunda olduğundan açarı evdən götürüb yola düşmüşdür.
9. Həmçinin məhkəmə istintaqında zərərçəkmiş şəxs Cavabdeh2 ifadəsində bildirmişdir ki, X1 mülkiyyətində olan Mercedes Benz minik markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobili Mərərrəm Mirbabayevdən xx.xx.2016-cı ildə satın almış və avtomobili idarə etmək üçün ona notariusda təsdiq edilmiş etibarnamə verilmişdir. Sonradan avtomobili öz adına sənədləşdirmək istəsə də, Məhərrəm vəfat etdiyindən bu mümkün olmamışdır. İlkinin etibarnaməsi olmamışdır, lakin onun avtomobili idarə etmək üçün BC kateqoriyalı sürücülük vəsiqəsi olmuşdur. İlkin maşının açarını evdən götürmüş, lakin evdə olsaydı belə yenə də İlkinə maşını verəcəyini və özü də sərnişin kimi maşında oturacağını qeyd etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarş ı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən birgə qaydada 5000 manat borcun və 70,40 manat dövlət rüsumunun, ümumilikdə 5070,40 manat vəsaitin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Mercedes Benz E200 minik” markalı, 90SK311 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci ilədək PDS********** nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi” ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində sığortalanmışdır. Müqavilənin qüvvədə olduğu müddət ərzində, xx.xx.2020-ci il, saat 21:50-də Bakı-Quba yolunda yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı X2 məxsus, etibarnamə əsasında Cavabdeh2 verilmiş “Mercedes Benz E200 minik” markalı, 90SK311 dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 etibarnamə olmadan idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş, nəticədə avtomobildə olan sərnişin X9 aldığı xəsarətlərdən vəfat etmiş, avtomobildə olan digər sərnişin X7 az ağır dərəcəli bədən xəsarəti almışdır. Hadisə ilə bağlı sığortalanmış avtomobilin sürücüsü Cavabdeh1 barəsində Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanmış və cinayət işi üzrə toplanmış material baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Sözügedən cinayət işi ilə əlaqədar Abşeron Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş xx.xx.2021-ci il tarixli, 1(012)- 257/2021 nömrəli hökmə əsasən, hadisə ilə əlaqədar “Mercedes Benz E200 minik” markalı, 90SK311 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli hesab edilərək cinayət məsuliyyətinə cəlb edilmişdir. Baş vermiş sığorta hadisəsi ilə əlaqədar iş üzrə 5783 nömrəli sığorta aktı tərtib edilməklə sığorta qanunvericiliyində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra mərhum X6 vərəsəsi, zərərçəkən X8 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bu səbəbdən şirkət tərəfindən cavabdehlərin törətdiyi mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi olaraq zərərçəkənə ödənilən pul “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1 və 25.1.3-cü maddələrinə uyğun olaraq cavabdehlərdən subroqasiya qaydasında tu tulmalıdır.
12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra- birinci instansiya məhkəməsi) e-2(001)-5244/2022 saylı 10 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim X15) iddia rədd edilmiş, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində sığorta hadisəsinin baş verməsi, təqsirli hərəkətin nəticəsində sığortalıya zərər vurulması və faydalanan şəxsə sığorta ödənişinin həyata keçirilməsi öz təsdiqini tapmışdır. Lakin iddiaçı “İcbari Sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsaslanaraq cavabdehlərdən sığorta ödənişini subroqasiya qaydasında tələb etməkdə haqlı olmamışdır. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25. 1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” ifadəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi nəzərdə tutur. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmur. Belə şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta hadisəsi baş verdikdə isə sığortaçı sığorta ödənişi verməli olur və son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur. Göründüyü kimi, qanunverici sığortaçının əsaslı mənafeyinin müdafiəsini təmin etmək üçün belə bir normanı qanuna daxil etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üz rə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə, hallara şamil olunur. Eyni zamanda həmin qanunun 6.2-ci maddəsində göstərilmişdir ki, mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Sözügedən maddədə “qanuni əsaslar” dedikdə yalnız etibarnaməni və ya digər yazılı sənədi deyil, avtomobilin istismar edilməsi üçün mülkiyyətçinin şifahi razılığını da nəzərdə tutur. İradənin yazılı və ya şifahi formada ifadə edilməsindən asılı olmayaraq avtomobilin istismarı mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun.
14. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, sığorta münasibəti inzibati xətalarla bağlı münasibət deyil, mülki münasibətdir və mülki hüquqa aid qanunlarla tənzimlənir. Mülki hüququn tələbi isə ondan ibarətdir ki, əşyanın başqasının sahibliyinə verilməsi üçün istifadə müqaviləsi bağlanmalıdır. Mülki hüquqa görə avtomobil əşyadır və onun idarə edilməsi əşyadan istifadə edilməsi kimi qəbul olunur. Əgər avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu o deməkdir ki, mülkiyyətçi ilə həmin şəxsin arasında istifadə müqaviləsi mövcuddur. Odur ki, nəqliyyat vasitəsini etibarnamə olmadan, lakin mülkiyyətçinin razılığı və iradə ifadəsinə uyğun olaraq idarə edən şəxs “İcbari sığortalar haqqında ” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsində göstərilən “hüquqi olmayan şəxs” kimi qəbul edilə bilməz. Həmin şəxslərə yalnız sürücülük hüququ olmayan şəxslər və nəqliyyat vasitəsini mülkiyyətçinin razılığı olmadan və onun iradəsinə zidd olaraq idarə edən şəxslər aiddir.
15. Məhkəmə hesab etmişdir ki, icbari sığorta fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir və tərəflərin mülki məsuliyyəti sığorta riskinin birbaşa əsasını təşkil edir. Yəni yüksək təhlükə mənbəyinin vurduğu zərər onsuz da sığortaçının üzərinə götürdüyü sığorta riskidir. Bununla belə icbari sığorta haqqında qanunvericiliyin normalarından müəyyən edilir ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququ o vaxt yaranır ki, sığortalı (və ya sığorta olunan) sığorta hadisəsinin baş verməsində qəsdən qanunazidd hərəkətlər törətmiş olsun, sığorta riskinin artmasına və nəticədə sığorta hadisəsinin baş verməsinə şərait yaratmış olsun, təqsirin müəyyən edilməsinə və sığorta hadisəsinin təfərrüatları ilə bağlı obyektiv araşdırmanın aparılmasına mane törətmiş olsun (avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır). Göründüyü kimi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququn un yaranması əsasları əsasən sığorta riskinin dəyişməsinə səbəb olan və məsuliyyət yaradan konkret qanunazidd hərəkətlərdən irəli gəlir. Çünki icbari sığorta müqaviləsi bağlamaq öhdəliyi hamı üçün məcburidir və həmin müqavilə tərəflərin iradəsinə uyğun şərtlərin daxil edilməsi qadağan olunan və şərtləri qanunla müəyyən edilən standart sığorta müqaviləsidir. Halbuki işin halları ilə müəyyən edildiyi kimi sığortalının avtomobili etibarnamə olmadan başqa şəxsə verməsi ona münasibətdə inzibati məsuliyyət yaratmır, avtomobilin başqa şəxsin idarəçiliyinə verilməsi həmin şəxsin Mülki qanunvericiliyə əsasən əmlakı istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs hesab edilməsinə əsas vermir, sığorta hadisəsi sığorta olunanın qəsdən etdiyi qanunazidd hər əkətlərinin nəticəsi deyildir, sığorta olunan əmlakın başqa şəxsin istifadəsinə verilməsi sığorta riskinin dəyişməsi ilə bağlı olan və bu barədə sığortaçıya məlumat verilməsini gərəkdirən hal deyildir.
16. Bununla yanaşı məhkəmə qeyd etmişdir ki, avtomobili etibarnamə olmadan idarə etmiş sürücülük hüququ olan Cavabdeh1 avtomobilə faktiki sahiblik edən sığortalı Cavabdeh2 oğludur. Cavabdeh2 dəfələrlə avtomobili idarə etməsi üçün özünün də iştirakı ilə idarəetməni oğluna verdiyini təsdiq etmişdir. Yəni tərəflər arasında avtomobilin sahibin iradəsinə zidd olaraq idarə edilməsi halları olmamışdır. Odur ki, sığorta olunanın etibarnaməsinin olması və ya sığortalının sığorta hadisəsi zamanı avtomobildə olmuş olması sığorta riskinə təsir edən amil olmadığından subroqasiya hüququ da yarana bilməz.
17. Məhkəmə Cavabdeh2 özünün nəqliyyat vasitəsini kiminsə istifadəsinə verməsinə səlahiyyətinin olub-olmaması barədə qeyd etmişdir ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, əmlaka sahiblik edən şəxsə də mənsubdur. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi z amanı o, mülkiyyətçi olmuşdur. Yəni həmin məsələ də mülkiyyətçi ilə əşyaya faktiki sahiblik edən şəxs arasında yaranan mübahisələrə aiddir və sığorta ödənişindən imtinaya, o cümlədən subroqasiya hüququnun yaranmasına əsas vermir.
18. Beləliklə, məhkəmə belə qənaətə gəlmişdir ki, sığorta olunanın etibarnaməsinin olması və ya sığortalının sığorta hadisəsi zamanı avtomobildə olmuş olması sığorta riskinə təsir edən amil olmadığından subroqasiya hüququ da yarana bilməz.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 386.1, 443.2, 443.3, 936.1, 936.2, 1096.1, 1096.2, 1097.1, 1108.1, 1108.2-ci, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 6.2, 13.4, 25.1, 25.1.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217. 4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
20. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. İddiaçı şikayətini, iddia ərizəsində göstərilənlərə uyğun əsaslandırmış, şikayətinin dəlili kimi Cavabdeh1 “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsində göstərilən “hüquqi olmayan şəxs” kimi nəqliyyat vasitəsini idarə etməsini və sözügedən qəzanı törətməsini göstərmişdir. Həmçinin qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, məhkəmə tərəfindən sübutlara düzgün qiymət verilməməsi və s. arqumentləri ilə əsaslandırmışdır.
22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1181/2023 nömrəli, 14 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – X11 (sədrlik edən və məruzəçi), X10 və X12) Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5244/2022 saylı iş üzrə 10 noyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
23. Apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsinin tələbləri baxımından Cavabdeh1 nəqliyyat vasitəsini istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs kimi qiymətləndirilməməlidir. Cavabdeh1 sürücülük hüq uquna malik olmaqla, nəqliyyat vasitəsini qanuni sahibi olan atasının razılığı əsasında idarə etmiş, onun iradəsinə zidd hərəkət etməmişdir. 24. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” ifadəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi nəzərdə tutur. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmur.
25. Belə şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta hadisəsi baş verdikdə isə sığortaçı sığorta ödənişi verməli olur və son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur. Göründüyü kimi, qanunverici sığotaçının əsaslı mənafeyinin müdafiəsini təmin etmək üçün belə bir normanı qanuna daxil etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə, hallara şamil olunur. Eyni zamanda həmin Qanunun 6.2-ci maddəsində göstərilmişdir ki, mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Sözügedən maddədə “qanuni əsaslar” dedikdə yalnız etibarnaməni və ya digər yaz ılı sənədi deyil, avtomobilin istismar edilməsi üçün mülkiyyətçinin şifahi razılığını da nəzərdə tutur. İradənin yazılı və ya şifahi formada ifadə edilməsindən asılı olmayaraq avtomobilin istismarı mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun.
26. Eyni zamanda qeyd edilməlidir ki, sığorta münasibəti inzibati xətalarla bağlı münasibət deyil, mülki münasibətdir və mülki hüquqa aid qanunlarla tənzimlənir. Mülki hüququn tələbi isə ondan ibarətdir ki, əşyanın başqasının sahibliyinə verilməsi üçün istifadə müqaviləsi bağlanmalıdır. Mülki hüquqa görə avtomobil əşyadır və onun idarə edilməsi əşyadan istifadə edilməsi kimi qəbul olunur. Əgər avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu o deməkdir ki, mülkiy yətçi ilə həmin şəxsin arasında istifadə müqaviləsi mövcuddur
27. Odur ki, nəqliyyat vasitəsini etibarnamə olmadan, lakin mülkiyyətçinin razılığı və iradə ifadəsinə uyğun olaraq idarə edən şəxs “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsində göstərilən “hüquqi olmayan şəxs” kimi qəbul edilə bilməz.
28. Həmçinin qeyd edilməlidir ki, avtomobili etibarnamə olmadan idarə etmiş sürücülük hüququ olan Cavabdeh1 avtomobilə faktiki sahiblik edən sığortalı Cavabdeh2 oğludur. Cavabdeh2 dəfələrlə avtomobili idarə etməsi üçün özünün də iştirakı ilə idarəetməni oğluna verdiyini təsdiq etmişdir. Yəni tərəflər arasında avtomobilin sahibin iradəsinə zidd olaraq idarə edilməsi halları olmamışdır.
29. Odur ki, sığorta olunanın etibarnaməsinin olması və ya sığortalının sığort a hadisəsi zamanı avtomobildə olmuş olması sığorta riskinə təsir edən amil olmadığından subroqasiya hüququ da yarana bilməz.
30. Bundan başqa, Cavabdeh2 özünün nəqliyyat vasitəsini üçüncü şəxsin istifadəsinə verməsinə səlahiyyətinin olub-olmaması ilə bağlı qeyd edilməlidir ki, işdə olan nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında ƏN-İİİ seriyalı, 777131 seriyalı etibarnaməyə əsasən isə X3 ona məxsus olan “Mercedes Benz e200” minik markalı, **SK-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 qanuni sahibliyinə və istifadəsinə vermişdir. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahibli k hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.
31. Göründüyü kimi, iddiaçının iddia tələbində göstərilən əsaslarla cavabdehlərə qarşı subroqasiya hüququ yaranmamışdır.
32. Beləliklə, iddia tələbi əsassız olduğundan, birinci instansiya məhkəməsi iddianı qalan tələblərlə bağlı hissədə də rədd etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuş, maddi və prosessual hüquq normalarının tələbləri gözlənilmişdir.
33. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 386.1, 443.2, 443.3, 936.1, 936.2, 936.6, 1096.1, 1096.2, 1097.1, 1108.1, 1108.2-ci, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 6.2, 13.4, 25.1, 25.1.3cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 81, 372.1, 384.0.1, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
34. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və yeni qərar qəbul edilməsini xahiş etmişdir.
35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, şirkət tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” müqaviləsi əsasında sığorta lanmış, “Mercedes Benz E200 minik” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 adına dövlət qeydiyyatına alınmış və sonuncu avtomobilin yeganə mülkiyyətçisi olmuşdur. Məhərrəm Mirbabayev sözügedən avtomobili “Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” etibarnamə əsasında Cavabdeh2 istifadəsinə vermişdir. Etibarnamə üzrə verilmiş səlahiyyətlər yalnız nəqliyyat vasitəsinin idarə edilməsindən ibarət olmuş, eyni zamanda həmin etibarnamə üzrə səlahiyyətlərin başqa şəxsə verilə bilməməsi müəyyən olunmuşdur. “İcbari sığortalar haqqında” AR Qanununun 25.1.3-cü maddəsinə görə, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etmiş olduğu qətnamənin 44-cü bəndinə görə, Qanunun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” ifadəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi nəzərdə tutur. Lakin işə baxmış məhkəmələr qanunun qeyd edilən normasını düzgün təfsir etməmişdir. Belə ki, məhkəmələr normaya istinad edərkən onun işin hazırkı hallarına tətbiq edilməli olan müvafiq hissəsinə deyil, digər hissəsinə istinad etmişdir. Belə ki, normanın yuxarıda fərqləndirilmiş hissələrini birləşdirsək, icbari sığorta şəhadətnaməsində göstərilə n əmlakın onu istifadə etməyə, yaxud işlətməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında subroqasiya hüququnun yaranması nəticəsinə gəlmək olur ki, işin hazırkı hallarına münasibətdə həmin hissə tətbiq olunmalıdır. Məhkəmə Cavabdeh1, ümumiyyətlə, nəqliyyat vasitəsini idarə etmək hüququnun olmasına münasibətdə doğru qənaətə gəlsə də, onun məhz icbari sığorta şəhadətnaməsində göstərilmiş avtomobili istifadə etməyə, yaxud işlətməyə səlahiyyətinin olub-olmamasına diqqət yetirməmişdir. Normanın dispozisiya hissəsində göstərildiyi kimi, burada məsələ məhz icbari sığorta şəhadətnaməsində göstərilmiş avtomobilin istifadə edilməsinə cavabdehin hüququnun olub-olmamasından ibarətdir.
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3- cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan ( əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. İstifadə hüququna qanunvericilikdə verilən anlayışın hazırkı işin hallarına tətbiqi kontekstindən çıxış edərək qeyd edilməlidir ki, Cavabdeh2 avtomobili etibarnamə əsasında yalnız istifadə etməyə səlahiyyətli olduğu, həmçinin etibarnamə üzrə səlahiyyətlərin başqa şəxsə verilə bilməməsi müəyyən olunduğundan, avtomobildən fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanını sonuncu, Cavabdeh1 verə bilməzdi. Sonuncu cavabdehin istifadəsində olan avtomobil iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündə qeyd olunmuş Cavabdeh2 verdiyi izahatdan mə lum olduğu üzrə, hadisə zamanı sonuncu cavabdehin iradəsindən kənar olaraq, yəni bu barədə məlumatı olmağa borclu olduğu halda, məlumatı olmadan Cavabdeh1 tərəfindən istifadə olunmuşdur. Cavabdeh2 vermiş olduğu izahatında “yenə də maşını İlkinə verərdim” deməklə, ondan hər hansı şikayətinin olmadığını əsaslandırmışdır. Lakin həqiqətdə həmin situasiyada maşının Cavabdeh1 tərəfindən istifadə edilməsi, Cavabdeh2 iradəsindənkənar olaraq baş vermişdir. Həmçinin izahatında qeyd edildiyi kimi, əvvəllər avtomobilin Cavabdeh1 yanında əyləşmədən istifadə etməyə verilməsi halı mövcud olmadığından, dolayısı ilə İlkin Baxışovun həmin avtomobili istifadə etməsinə Cavabdeh2 qeyri-iradi yol verməsi təsdiq olunur. Verilən izahatlardan o nəticəyə gəlmək olur ki, hadisə zamanı İlkin Baxışovun avtomobili, həm in avtomobili etibarnamə üzrə idarə edən şəxsin – Cavabdeh2 məlumatı olmadan istifadə etməsi avtomobilin qanuni əsaslar olmadan istifadə etməsi hesab olunduğundan, dolayısı ilə Cavabdeh1 avtomobili istifadə etməyə hüququ olmamışdır. 37. “Yol hərəkəti haqqında” AR Qanununun Xİİİ hissəsinə görə, Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə, etibarnamə əsasında başqa şəxsə verildikdə nəzərdə tutulmuş müvafiq orqanlarda təkrar dövlət qeydiyyatından keçirilməlidir. İstinad olunan nəqliyyat vasitələrinin başqa şəxsə verilməsi halında mütləq qaydada ya müqavilə bağlanmalı, yaxud etibarnamə verilməli olduğu təsbit edilir. Hazırkı işdə avtomobilin mülkiyyətçisi Mə hərrəm Mirbabayev onu etibarnamə əsasında Cavabdeh1 verməmiş, sonuncu avtomobili etibarnaməsiz idarə etmişdir. Etibarnamə avtomobilə sahiblik və ondan istifadə hüququnu təsdiq edən əqddir. Həmin əqdin yazılı formada bağlanması isə istinad olunan norma kontekstindən, qanunvericinin tələbi hesab olunur. Bu səbəbdən, etibarnamənin olmaması avtomobildən istifadə hüququnun olmamasını ehtiva edir ki, bu da Qanunun 25.1.3-cü maddəsində nəzərdə tutulmuş əmlakın onu istifadə etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi mənasına gəlməyə imkan verir.
38. Digər tərəfdən, qanunun təfsir edilməsində qanunvericinin məqsədini də diqqətə almaq zəruridir. Belə ki, şəhadətnamədə göstərilmiş əmlakın ona qanuni əsaslarla sahiblik edən şəxsin iradəsinə zidd olaraq digər şəxs tərəfindən istifadə edilm əsi sonuncunun əməlində sığorta hadisəsinin baş verməsi riskini də artırmış olur ki, bu halda sığortaçı Şirkətində əsaslı mənafeləri pozulmuş olur. Çünki həmin şəxs əmlakdan müxtəlif məqsədlər üçün istifadə edə bilər ki, bu məqsədlərin hansı yöndə olmasını qabaqcadan müəyyənləşdirmək qeyri-mümkündür. Bu riskin qarşısını almaq məqsədilə qanunvericinin belə bir normanı təsbit etməsindəki məqsədi, hesab edirik, ondan ibarətdir ki, əmlak sahibi qanuni əsaslarla sahibi olduğu əmlakın üzərində hərtərəfli nəzarətə malik olmalı, onu üçüncü şəxslərin istifadəsinə iradi olaraq verməli, əksi bir halın baş verməsinə qarşı mümkün olan bütün tədbirləri görməlidir.
39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə görə, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkət ləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məcəllənin qeyd olunan normasına əsasən, qeyd edilməlidir ki, yüksək təhlükə mənbəyinin – avtomobilin sahibi, yəni mülkiyyətçi avtomobilin sahibi olmaqla, həmin avtomobili istifadə edilməsi üçün Cavabdeh2 etibar etmişdir. Lakin avtomobil digər Cavabdeh1 tərəfindən hüquqa zidd götürülmüşdür. Ancaq sahib avtomobili qanuni əs aslarla, yəni etibarnamə əsasında Cavabdeh2 etibar etmişdir, bu halda sahibin avtomobilin onun sahibliyindən hüquqazidd götürülməsində hər hansı təqsiri yoxdur. Buna baxmayaraq, sonuncu cavabdeh ona etibar edilmiş avtomobilin üçüncü şəxsə qanuna zidd verilməsində təqsirli olduğundan, vurulmuş zərərin ödənilməsi sonuncunun üzərinə qoyula bilər.
40. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılmamış, tətbiq edilməli olan maddi hüquq normaları yanlış təhlil edilmiş, bu səbəbdən, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, istinad maddi hüquq normalarının birinci instansiya məhkəməsi tərəfindən pozulması ha l la rı apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən nəzərə alınsaydı, iş üzrə çıxarılmış birinci instansiya məhkəməsinin aktı ap ellyasiya qaydasında ləğv edilə bilərdi b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
42. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.
43. Maddə
732. Əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər.
44. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsul iyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
45. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu:
46. Maddə 25.1. Sığortaçının mülki məsul iyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikasının Prosessual Mülki Məcəlləsi:
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə g əldiyi nəticə və əsaslandırma ilə razılaşır.
56. Kassasiya instansiyası məhkəməsi aşağıdakılara əsasən kassasiya şikayətinin dəlilləri ilə razılaşmır.
57. İddiaçı tələbinin faktiki əsası kimi Cavabdeh2 avtomobili hüquqi əsas olmadan İ.Baxışovun istifadəsinə verməsinə, sonuncunun nəqliyyat vasitəsini müvafiq etibarnamə olmadan idarə etməsinə, qanuni əsası kimi Mülki Məcəllənin 1108.2-ci və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddələrinə istinad etmişdir.
58. Sonuncu normaya görə, icbari sığorta şəhadətnaməsində göstərilən əşya, hüququ olmayan şəxs tərəfindən istismar edildikdə subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Sığortalının və ya sığorta olunanın bu barədə məlumatlı olmağa borclu olduğu hallar isə istisnadır (§ 46).
59. Oxşar qayda Mülki Mə cəllənin ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyəti nəzərdə tutan 1108.2-ci maddəsində göstərilmişdir. Həmin normaya əsasən, yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər (§ 45).
60. Beləliklə, adı çəkilən Qanunun 25.1.3-cü maddəsindəki şərtləri MM-in 1108.2-ci maddəsinin şərtləri ilə eyni kontekstdə qiymətləndirdikdə bu nəticə hasil olur ki, subroqasiya tələbinin təmin olunması üçün şəxsin əşyaya sahibliyi və istifadəsi qanunsuz (hüquqa zidd) olmalı, habelə əşyanın sığortalının və ya sığorta olunanın sahibliyindən hüquqa zidd götürülməsində onların təqsiri olmalıdır.
61. Kollegiya vurğulayır ki, avtomobilin icbari sığortası ilə bağlı mübahisələr üzrə şəxsin əşyaya sahiblik və istifadəsinin qanuniliyi qiymətləndirilərkən maşını sürmək üçün notarial etibarnamənin olmaması meyar kimi qəbul edilə bilməz. Çünki, belə sənədin yoxluğu, mövcud qanunvericiliyə görə inzibati xəta münasibətlərində məsuliyyətə səbəb olsa da, sığorta münasibətləri baxımından bu hal şəxsin avtomobili istifadə etmək hüququ olmayan sayılmasına əsas vermir.
62. Ona görə ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsi yazılı etibarnamənin deyil, əşyadan istifadə hüququnun olmamasını nəzərdə tutur. Şəxsin əşyaya sahiblik və istifadə hüququnun olub-olmaması mülki hüquq normaları ilə müəyyən olunur.
63. Mülki qanunvericilikdə isə əşyaya sahiblik və ya istifadənin qanunsuz sayı lması üçün onun mülkiyyətçinin və ya digər sahibin əlindən iradəsi xaricində (iradəsinə zidd şəkildə) çıxması lazımdır. Başqa sözlə, əgər şəxs əşyanı iradəsinə uyğun digərinin sahibliyinə və ya istifadəsinə (əşya üzərindəki faktiki hakimiyyəti təmin edən əməli idarəçiliyinə) verirsə, sahiblik qanuni şəkildə verilmiş sayılır, istifadə hüququ da əmələ gəlir. Bu kimi hüquqi əməliyyatların etibarlı şəkildə baş tutması üçün yazılı (notarial) etibarnamə qanunda məcburi şərt kimi nəzərdə tutulmamışdır.
64. Belə ki, Mülki Məcəllənin 163.1-ci maddəsinə görə, sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur (§ 42).
65. Eyni qayda avtomobildən əvəzsiz istifadə edən şəxslər arasındakı münasibət lərdə də keçərlidir. Mülki Məcəllənin 732-ci maddəsinə görə, əşyanı kirayəyə verənin onu kirayəçinin istifadəsinə verməsi üçün yazılı bir etibarnamə tərtibləməsi tələb olunmur (§ 43).
66. Göründüyü kimi, əşya (o cümlədən avtomobil) sahibinin iradəsinə zidd şəkildə götürülmədikdə, belə sahiblik və istifadə mülki hüquqi baxımdan qanunsuz sayılmır, həmin şəxs əşyadan istifadə etmək hüququ olmayan hesab edilmir.
67. Başqa hüquq münasibətlərinə aid olan tələblər (məsələn, yol hərəkəti qaydalarını tənzimləyən normalara görə tələb edilən etibarnamə) mülki hüquq münasibətləri çərçivəsində şəxsin əşyaya sahibliyinin və ya ondan istifadəsinin qanuniliyinin müəyyənləşdirilməsi üçün meyar ola bilməz. Çünki, həmin qaydanın məqsədi mülki hüquq münasibətlərinə aid olmayan (məsələn, yol hərəkəti iştirakçı sı olan sürücü ilə yol polisi arasındakı) münasibətləri nizama salmaqdır.
68. Odur ki, başqa sahələrə aid tələblərin məqsədi xaricində, özü də mülki hüquq normalarının mahiyyətinə və funksiyasına uyğun gəlməyən şəkildə mülki hüquq münasibətlərinə tətbiqi yolverilməzdir. Əks yanaşma Mülki Məcəllənin mülki dövriyyənin azadlığını təmin etmək məqsədini nəzərdə tutan 1-ci maddəsinə, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı, habelə mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması prinsiplərini təsbit edən 6-cı maddəsinə zidd olardı.
69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hü quqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
70. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
71. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1181/2023 nömrəli, 14 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.