Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2822/2025 29.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: müddətli əmək müqaviləsinə xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2342/2025 nömrəli, 29 may 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 29 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" MMC ilə X1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən X1 "xxxx" MMC-nə ibtidai sinif müəllimi vəzifəsinə işə qəbul edilmiş və müqavilə xx.xx.2019-cu ildən xx.xx.2024-cü il tarixədək 4 il 11 ay 17 gün müddətinə bağlanmışdır. 2. "xxxx" MMC-nin 69 nömrəli, xx.xx.2024-cü il tarixli əmrinə əsasən, “Bakı Avropa Liseyi MMC” bölməsində ibtidai sinif müəllimi vəzifəsində işləyən X1 ilə bağlanılmış əmək müqaviləsinə AR ƏM-in 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən “əmək müqaviləsinin müddəti”nin qurtarması əsasına görə xx.xx.2024-cü tarixdən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra- c avabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işəgötürənin xx.xx.2024-cü il tarixli, 69 nömrəli əmrinin ləğv edilməsi, onun cavabdehdə ibtidai sinif müəllimi vəzifəsinə işə bərpa edilməsi, ona məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqının, cavabdehin əmək müqaviləsinə qanunsuz olaraq xitam verməsi ilə əlaqədar hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin və 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2019-cu il tarixdə imzalanmış əmək müqaviləsi əsasında cavabdehdə ibtidai sinif müəllimi vəzifəsinə işə qəbul edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli, 69 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək M əcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən “əmək müqaviləsinin müddətinin qurtarması” əsasına görə xitam verilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti elektron informasiya sistemində yaradılan elektron kabinetə göndərilsə də, Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinin tələbi pozulmaqla, o bu barədə elektron poçt və SMS vasitəsilə məlumatlandırılmamışdır. Həmçinin o, təhsilverənlərin 2023-2028-ci illər üzrə sertifikatlaşdırma prosesindən uğurla keçmişdir. Yəni onun tutduğu vəzifəyə uyğunluğu Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir. O, işdən qanunsuz olaraq azad edildiyinə görə mediasiya təklifini cavabdehə xx.xx.2024-cü il tarixdə göndərsə də, cavabdeh təklifə münasibət bildirməmişdir. İlkin mediasiya sess iyasında iştirak üçün ərizə onun tərəfindən xx.xx.2024-cü il tarixdə Bakı 1 saylı Mediasiya Təşkilatına göndərilmişdir. xx.xx.2024-cü il tarixdə mediator tərəfindən mediasiya barədə cavabdehə bildiriş göndərilsə də, mediasiya sessiyası baş tutmamış və xx.xx.2024-cü il tarixdə mediasiya arayışı təqdim edilmişdir. O, xx.xx.2023-cü il tarixli şəhadətnamə əsasında nikaha daxil olmuş və soyadı “Əkbərova”dan “Şərifova”ya dəyişdirilmişdir. Lakin ƏMAS sistemində müvafiq inteqrasiya təmin edilmədiyi üçün ƏMAS-da onun soyadı dəyişilik olmadan saxlanılmışdır. Onunla bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsi müddətli olmaqla Əmək Məcəlləsinin 47-ci maddəsinin “ğ” bəndinə istinadən bağlanmışdır. Göründüyü kimi, cavabdeh bu zaman tərəflərin iradə ifadəsinə, yəni ƏM-in 47-ci maddənin “f” bəndinə deyil, “ğ” bəndinə, yəni qanunvericilikdə nəzərdə tutulan hansısa hala istinad etmişdir. Lakin həmin halın nədən ibarət olması aydın deyil. Beləliklə əmək müqaviləsi faktiki olaraq müddətsiz xarakter daşıyan işin yerinə yetirilməsi ilə bağlı olmuşdur. Cavabdeh isə əmək müqaviləsində müqavilənin müddətsiz bağlanmasına əsas olan halı dəqiq müəyyən etməmişdir.Məlum olduğu kimi, Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Cavabdeh, onunla bağlanmış əmək müqaviləsinin müddətsiz hesab edilməsinə cəmi 15 gün qalmış onu Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş müddətsiz əmək müqaviləsi kimi hüquqi təminatdan, habelə onun xx.xx.2023-cü il t arixə nikaha daxil olması ilə əlaqədar gələcəkdə sosial məzuniyyət imkanlarının yaranmasını ehtimal etdiyi üçün həmin hüquqi təminatlardan məhrum etmək məqsədilə, Əmək Məcəlləsinin 73.1, 45.4-cü, 45.5-ci maddələrinin və 47-ci maddəsinin “ğ” bəndinin tələblərini pozmaqla əmək müqaviləsinə xitam vermiş, beləliklə də onun konstitusion hüququnu kobud şəkildə pozmuşdur.
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)-205/2025 nömrəli qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddia qismən təmin edilərək, işəgötürənin 69 saylı, xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi, iddiaçının cavabdehdə “ibtidai sinif müəllimi” vəzifəsinə bərpa edilməsi və məcburi işburaxmaya görə ona əmək haqqının ödənilməsi qət edilmişdir.
6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaç ı xx.xx.2019-cu il tarixdə imzalanmış əmək müqaviləsi əsasında cavabdehdə ibtidai sinif müəllimi vəzifəsinə işə qəbul edilmişdir. İşəgötürənin xx.xx.2024-cü il tarixli, 69 nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilmişdir. İddiaçı ilə əmək müqaviləsinin xitamı barədə əmrin surəti elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərilsə də, Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinin tələbi pozulmaqla işçi bu barədə elektron poçt və SMS vasitəsilə məlumatlandırılmamışdır.
7. Məhkəmə, sübutları araşdıraraq həmçinin müəyyən etmişdir ki, Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin tələblərinə zidd olaraq cavabdeh müddət in bitməsinə görə müqaviləyə xitam verilməsi barədə iddiaçıya 1 həftə əvvəldən yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq göndərməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xəbərdarlığın göndərilməsi barədə poçt qəbzindən görünür ki, poçt qəbzi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 6 fevral 2016-cı il tarixli, 0001 nömrəli Qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”na uyğun tərtib edilməmişdir. Belə ki, poçt qəbzində “qapı bağlıdır’’ qeydi yazılsa da, poçt göndərişini çatdıran kuryer tərəfindən bu hal təsdiq edilməmiş və imzalanmamışdır.
8. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, cavabdeh tərəfındən Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin tələbləri pozularaq, iddiaçıya müddətin bitm əsinə görə müqaviləyə xitam verilməsi barədə 1 həftə əvvəldən yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq göndərmədiyindən, əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilməsi açıq-aşkar qanunsuz və əsassız olmuşdur. Əmək müqaviləsinin ləğv edilməsinin əsaslılığını təsdiq edən sübutların olmaması, onun ləğv edilməsi zamanı əmək qanunvericiliyinin pozulmasını təsdiq edir. Deməli, cavabdehin göstərilən hərəkətləri qanunsuzdur.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının işdən azad edilməsi əmək qanunvericiliyinin kobud pozulması nəticəsində baş vermişdir, ona görə də, iddia tələbi qismən təmin edilməli, iddiaçı əvvəlki işinə bərpa olunmalı və ona məcburi işburaxmaya görə əmək haqqı ödənilməlidir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respu blikası Konstitusiyasının 60-cı; Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndinə, 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə, 73-cü maddəsinin 1-ci hissəsinə, 296-cı maddəsinin 3-cü hissəsinə, 300-cü maddəsinin 1ci hissəsinə, habelə Mülki Prosessual Məcəllənin 77.1, 14.2, və 216-220-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətində göstərilmişdir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi bağlanmış, iddiaçı xx.xx.2024-cü il tarixidək ibtidai sinif müəllimi vəzifəsi üzrə işə qəbul edilmişdir. xx.xx.2024- cü il tarixində iddiaçıya xəbərdarlıq göndərilmiş və tərəflər arasında bağlanılan əmək müqaviləsinə müddətin bitməsi əsası ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam veriləcəyi qeyd edilmişdir. İddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması maddəsinə əsasən, xx.xx.2024-cü il tarixli, 69 nömrəli əmrlə xitam verilmişdir. Xitam nəticəsində iddiaçıya son haqq-hesab qanunvericiliyə uyğun şəkildə hesablanaraq ödənilmişdir. Cavabdehin qanuna uyğun formada əmək müqaviləsinə xitam verməsinə baxmayaraq, birinci instansiya məhkəməsi işin hallarına düzgün qiymət verməmiş, nəticədə cavabdehin hüquqlarını pozan qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi Əmək Məcəllə sinin 296-cı maddəsinin 3-cü hissəsinə əsaslanaraq qeyd etmişdir ki, iddiaçı ilə əmək müqaviləsinin xitamı barədə əmrin surəti elektron informasiya sistemində yaradılan elektron kabinetə göndərilsə də, iddiaçıya əmrin surəti elektron poçt və ya SMS vasitəsilə göndərilməmişdir. Bu əsasla məhkəmə cavabdehin pozuntuya yol verdiyini qeyd etmişdir. Lakin məhkəmənin bu mövqeyi ilə razılaşmır, bu maddənin yanlış tətbiq olunuduğunu hesab edir. Belə ki, həmin maddəyə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırı ldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Aydındır ki, bu maddə iddia müddətinin hesablanması üçün nəzərdə tutulmuşdur və işçinin hüquq pozuntusunu aşkar etdiyi günü müəyyən edir. Bu maddəyə istinad etməklə yalnız iddia müddətinin axımının hansı gündən başladığını müəyyən etmək olar. Hazırda isə iddia müddəti tərəflər tərəfindən mübahisələndirilmir. Məhkəmənin iddia müddətinin axımının başlandığı vaxtı təyin edilməsini pozunutu kimi qəbul etməyi əsassızdır. Əlavə olaraq, məhkəmə qeyd edir ki, xəbərdarlığın göndərilməsinə dair poçt qəbzi “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”na uyğun tərtib edilməmiş, poçt göndərişini çatdıran kuryer tərəfindən imzalanmamışdır. Yuxarıda qeyd edilən Qaydalarda poçt işçisinin qəbzdə qeyd apardığı halda imzasının da mütləq olması barədə göstəriş yoxdur. Poçt qəbzindən də aydın olur ki, bu kağızda göndərənin və alıcının imzaları üçün xüsusi hissələr olur. Poçt işçisinin imzasının olması şərti isə “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydalarında” bir sıra hallarda göstərilmişdir: məsələn, ünvançı imza etməkdən imtina edərsə, poçt göndərişinin zədəli daxil olduğu halda, qrupla poçt göndərişinin zədəli daxil olduğu halda, qrupla poçt göndərişlərinin siyahısının imzalanması və s. Beləliklə, iddiaçı tərəfindən irəli sürülən və məhkəmənin əsaslandığı heç bir qanunvericilik müddəası cavabdeh tərəfindən pozulmamışdır. Cavabdeh “Poçt haqqında” qanunda qeyd edilmiş ümumi istifa dədə olan poçt rabitəsi xidmətlərindən azad istifadə prinsipinə əsaslanaraq iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə yazılı xəbərdarlığı xx.xx.2024-cü il tarixində - əmək müqaviləsinin müddətinin bitməsindən 11 gün əvvəl iddiaçının ünvanına göndərmiş, həmçinin xitam əmrinin surəti elektron informasiya sistemində yaradılan elektron kabinetə göndərilmişdir. Bununla da, məhkəmənin cavabdehin Əmək Məcəlləsinin 73.1-ci maddəsinin pozulmasına dair yanaşması əsassızdır. Həmçinin qeyd edir ki, hazırkı işdə iddiaçı əmək münasibətlərində işçi tərəfə verilən güzəştlərdən, məhkəmələrin işçilərə işəgötürənlərə nisbətən daha zəif tərəf olaraq yanaşmasından sui-istifadə edir. Xüsusilə də, iddiaçı cəhd edir ki, cavabdeh müəssisədə beş ildən artıq müddətdə fasiləsiz işləmiş olsun və bununla da, əmək müqaviləsi müddətsiz olaraq qeydə alınsın. Lakin belə hallar işəgötürənlərin sərbəst iradələri ilə müəssisəyə işçilər cəlb etməyinin qarşısını alır. Bildirir ki, məhkəmələr tərəfindən əsassız olaraq işçi yönümlü qərarların qəbul edilməsi müəssisələrin fəaliyyətinə ziyan vura və peşəkar kadrların müəyyən edilib saxlanılmasına maneə yarada bilər. Əmək Məcəlləsinin 45.5-ci maddəsinin məqsədi də işçilərin işəgötürən tərəfindən mütləq şəkildə tam beş il işləməsini, daha sonra onlarla müddətsiz əmək müqaviləsinin bağlanmasını təmin etmək üçün deyildir. Beləliklə, birinci instansiya məhkəməsi maddi hüquq normalarını yanlış tətbiq etmiş, bununla da əsassız qətnamə qəbul etmişdir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)2342/2025 nömrəli qətnaməsi ilə (hakimlər Günay Axundova, sədrlik edən, məruzəçi, Xumar Mərdanova və Fərrux Qasımov) apelyasiya şikayəti təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilmişdir.
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırki işin mübahisələndirilən halı müddətli əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı işçinin məlumatlandırılması ilə bağlıdır. İşə baxan birinci instansiya məhkəməsi iddianı əsaslı hesab edərək qeyd etmişdir ki, iddiaçı ilə əmək müqaviləsinin xitamı barədə əmrin surəti elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərilsə də, Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinin tələbi pozulmaqla, iddiaçı bu barədə elektron poçt və SMS vasitəsilə məlumatlandırılmamış, həmçinin Əmə k Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin tələblərinə zidd olaraq cavabdeh müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə iddiaçıya 1 həftə əvvəldən yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq göndərməmişdir.
15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamışdır. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsi ilə bağlı müddəa yalnız iddia müddətinin ötürülüb-ötürülmədiyi ilə bağlı konkret mübahisə olduqda tətbiq olunur ki, hazırkı işdə bu xüsusat üzrə mübahisə olmadığından, birinci instansiya məhkəməsinin əmək müqaviləsinə xitam verilməsi zamanı iddiaçıya poçt və ya SMS vasitəsi ilə bildiriş göndərilmədiyini əsas tutaraq Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə istinad etməsi maddi hüququ normalarının yanlış tətbiq edilməsi kimi qiymətləndirilməlidir
16. Bundan əlavə, Əmək Məcəlləsinin 73-ci maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinə müddət bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur (yeni redaksiya).
17. İş materiallarından göründüyü kimi əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu xx.xx.2024-cü il tarixdə “E&R Express” Courier Service poçt xidməti vasitəsi ilə göndərilsə də qəbz “qapı bağlıdır” qeydi ilə geri qayıtmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, poçt qəbzi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 6 fevral 2016-cı il tarixli, 0001 nömrəli Qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”na uyğun tərtib edilməmişdir.
18. Belə ki, poçt qəbzində “qapı bağlıdır’’ qeydi yazılsa da, poçt göndərişini çatdıran kuryer tərəfindən bu hal təsdiq edilməmiş və imzalanmamışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, poçt göndərişinin çatdırılması zamanı poçt xidmətinin forma və prosedur tələblərinə tam əməl edilməməsi halları poçt rabitəsi təşkilatının məsuliyyət dairəsinə daxildir və bu pozuntu işəgötürənin birbaşa hüquqi məsuliyyət ini müəyyən etmir. Belə ki, göndərişin qəbulu barədə tərtib edilmiş qəbzdə “qapı bağlıdır” qeydi olsa da, bu halın poçt əməkdaşı tərəfindən imza ilə təsdiqlənməməsi və göndərişin prosedur qaydalara uyğun tərtib olunmaması texniki nöqsan hesab edilməklə, poçt xidmətinin fəaliyyəti ilə bağlıdır. İşəgötürən tərəfindən göndərişin mövcud ünvana göndərilməsi və bu məqsədlə poçt xidmətindən istifadə olunması onun əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş yazılı xəbərdarlıq öhdəliyini yerinə yetirmək iradəsini nümayiş etdirir. Belə olan halda poçt xidmətinin forma tələblərinə riayət etməməsi işəgötürənin hüquqi mənafeyinə zidd nəticələr doğurmamalı və onun bu sahədə qanuni öhdəliklərini icra etmədiyi kimi qiymətləndirilməməlidir.
19. Digər tərəfdən, iş materiallarına əlavə edilmiş “WhatsApp” yaz ışmalarının surətindən görünür ki, hələ əmək müqaviləsinə xitam verilməsindən 11 gün qabaq, 19 avqust 2024-cü il tarixdə iddiaçıya bu barədə məlumat verilmiş və iddiaçı bundan məlumatlı olmuşdur. İddiaçının əmək müqaviləsinə xitam verilməsindən məlumatlı olması həmçinin onun Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə xx.xx.2024-cü il tarixli elektron müraciətindən də aydın görünür.
20. Belə ki, iş materiallarında əlavə edilmiş xx.xx.2024-cü il tarixli elektron müraciətdən görünür ki, iddiaçı tələbində qeyd etmişdir ki, o, 5 ildir ki, cavabdehdə ibtidai sinif müəllimi kimi çalışırdı. Bu ilin sonunda mənbəyi məlum olmayan səbəblərdən işinə son verildiyi xəbərini almışdır. Bu məsələ iyun ayında olduğundan o, MİQ və ya yerdəyişməyə çatdırıb ərizə verə bilməmişdir. Bu halda o, nə edə bil ər?
21. Göründüyü kimi iddiaçıya onunla bağlanmış müddətli əmək müqaviləsinin uzadılmayacağı ilə bağlı həm şifahi, həm də yazılı qaydada qabaqcadan xəbərdar edilmişdir.
22. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə əmək müqaviləsinə xitam verilməsi barədə əmri qanusuz hesab edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir.
23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilərkən qanunveriviliyin tələbləri gözlənilmiş, tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipi pozulmamış, cavabdeh tərəfindən hər hansı hüquq pozuntusuna yol verilməmişdir.
24. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Əmək Məcəlləsinin 2, 45, 68, 73-cü, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayətinin ilk dəlilinə görə, məhkəmə kollegiyası cavabdehin Əmək M əcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin göstərişinə əməl etməməsi faktına düzgün hüquqi qiymət verməmişdir. Həmin normaya görə, müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır. Lakin işəgötürən bu qaydaya riayət etdiyini göstərən qəbzin mötəbərliyini sübut edə bilməmişdir. Belə ki, xəbərdarlığın göndərilməsi barədə poçt qəbzi “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları” na uyğun olmamışdır. Həmin qəbzdə “qapı bağlıdır” yazılsa da, kuryer bu halı öz imzası ilə təsdiq etməmişdir. Həmçinin, aşkar edilmiş dir ki, xəbərdarlığı iddiaçıya təqdim etməli olan poçt xidmətinin bu fəaliyyətlə məşğul olmaq üçün müvafiq lisenziyası yoxdur. Buna rəğmən, cavabdeh əmək kitabçasını iddiaçının ünvanına milli poçt operatoru olan "xxxx" MMC vasitəsilə göndərmişdir. Xitam xəbərdarlığı kimi əmək hüquqlarına ciddi təsir edən sənədin lisenziyası olmayan poçt təşkilatı ilə, digər sənədin isə rəsmi təşkilat vasitəsilə göndərilməsinin səbəbi məhkəmə kollegiyası tərəfindən araşdırılmamış, işin bu halına hüquqi qiymət verilməmişdir. Şikayətin digər dəlilinə görə, “Whatsapp” mobil tətbiqindən çıxarış və iddiaçının Elm və Təhsi Nazirliyinə edilən müraciəti MPM-in 78.1-1-ci maddəsinin tələbi pozulmaqla elektron məhkəmə sistemində yaradılan kabinet vasitəsilə verilməmiş, işə baxan məhkəmə kollegiyası isə işin bu halın ı hüquqi cəhətdən qiymətləndirməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz göndərərək şikayətin əsassız olduğu üçün təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
28. Maddə 45, 1-ci hissə. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
29. Maddə 68, 2-ci hissə, b) bəndi. Əmək müqaviləsinin müddətinin qurtarması Əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.
30. Maddə 73, 1-ci hissə. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitm əsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normal arına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
40. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
41. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olma yan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
42. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, hazırki işin mübahisələndirilən halı müddətli əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı işçinin məlumatlandırılması ilə bağlıdır. Əmək Məcəlləsinin 73-ci maddəsinin 1-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsinə müddət bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur (yeni redaksiya).
43. İşə əlavə edilmiş sübutlarla müəyyən olunur ki, əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu xx.xx.2024-cü il tarixdə “E&R Express” Courier Service poçt xidməti vasitəsi ilə göndərilsə də, qəbz “qapı bağlıdır” qeydi ilə geri qayıtmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, poçt qəbzi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 6 fevral 2016-cı il tarixli, 0001 nömrəli Qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”na uyğun tərtib edilməmişdir.
44. Belə ki, poçt qəbzində “qapı bağlıdır’’ qeydi yazılsa da, poçt göndərişini çatdıran kuryer tərəfindən bu hal təsdiq edilmə miş və imzalanmamışdır. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ki, poçt göndərişinin çatdırılması zamanı poçt xidmətinin forma və prosedur tələblərinə tam əməl edilməməsi halları poçt rabitəsi təşkilatının məsuliyyət dairəsinə daxildir və bu pozuntu işəgötürənin birbaşa hüquqi məsuliyyətini müəyyən etmir. Çünki, göndərişin qəbulu barədə tərtib edilmiş qəbzdə “qapı bağlıdır” qeydi olsa da, bu halın poçt əməkdaşı tərəfindən imza ilə təsdiqlənməməsi və göndərişin prosedur qaydalara uyğun tərtib olunmaması texniki nöqsan hesab edilməklə, poçt xidmətinin fəaliyyəti ilə bağlıdır. İşəgötürən tərəfindən göndərişin mövcud ünvana göndərilməsi və bu məqsədlə poçt xidmətindən istifadə olunması onun əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş yazılı xəbərdarlıq öhdəliyini yeri nə yetirmək iradəsini nümayiş etdirir. Belə olan halda poçt xidmətinin forma tələblərinə riayət etməməsi işəgötürənin hüquqi mənafeyinə zidd nəticələr doğurmamalı və onun bu sahədə qanuni öhdəliklərini icra etmədiyi kimi qiymətləndirilməməlidir.
45. Digər tərəfdən, iş materiallarına əlavə edilmiş “WhatsApp” yazışmalarının surətindən görünür ki, hələ əmək müqaviləsinə xitam verilməsindən 11 gün qabaq, 19 avqust 2024-cü il tarixdə iddiaçıya bu barədə məlumat verilmiş və o, bundan məlumatlı olmuşdur. İddiaçının əmək müqaviləsinə xitam verilməsindən məlumatlı olması həmçinin onun Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə xx.xx.2024-cü il tarixli elektron müraciətindən də aydın görünür.
46. Belə ki, iş materiallarında əlavə edilmiş xx.xx.2024-cü il tarixli elektron müraciətdən görünür k i, iddiaçı tələbində qeyd etmişdir ki, o, 5 ildir ki, cavabdehdə ibtidai sinif müəllimi kimi çalışır. Bu ilin sonunda mənbəyi məlum olmayan səbəbdən işinə son verildiyi xəbərini almışdır. Bu məsələ iyun ayında olduğundan o, MİQ və ya yerdəyişməyə çatdırıb ərizə verə bilməmişdir. Bu halda o, nə edə bilər?.
47. Göründüyü kimi, iddiaçı, onunla bağlanmış müddətli əmək müqaviləsinin uzadılmayacağı ilə bağlı həm şifahi, həm də yazılı qaydada qabaqcadan xəbərdar edilmişdir.
48. Qeyd olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi əmək müqaviləsinə xitam verilməsi barədə əmri qanusuz hesab edərkən, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılm amış, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir.
49. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilərkən qanunveriviliyin tələbləri pozulmamış, tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipi pozulmamış, cavabdeh tərəfindən hər hansı hüquq pozuntusuna yol verilməmişdir.
50. Kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, əmək qanunvericiliyində işçiyə müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı bi ldirişin verilməsində ifadə edilən forma tələbi yalnız sübutetmə şərti üçün nəzərdə tutulmuşdur. Belə ki, bildirişin digər formalarda verilməsi onu etibarsız hala gətirə bilməz. Hazırda bu forma tələbinin gözlənilməsi üçün səbəb yoxdur, çünki iddiaçıya müqavilənin xitamından öncə, yəni 11 gün əvvəlcədən xəbərdarlıq edilmiş və bununla da qanunvericiliyin müəyyən etdiyi məqsədə, başqa sözlə iddiaçının qabaqcadan məlumatlarındırılmasına nail olunmuşdur.
51. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosess ual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 may 2025-ci il tarixli, 2(103)-2342/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.