Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2823/2019 23.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2018-cı il tarixli qətnaməsi ilə (hakim R.Səmədov, iş № 2(006)-xx/18) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin ləğ v edilməsi və avtomobilin geri qaytarılması” tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Talışinski-sədrlik edən və məruzəçi, V.Həsənov və R.Eyvazov, iş № 2(103)xx/18) İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Nəsimi Rayon Məhkəməsinin xx xxx 2018-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxx 2018-ci il tarixli qərarı ilə (hakimlər A.Kalbalıyev-sədrlik edən və məruzəçi, V.İbayev və Ə.Əliyeviş № 2(102)-xx/18) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseynov-sədrlik edən və məruzəçi, V.Sadıqov və İ.Xəlilov, iş № 2(103)xx/18) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin xx xxx 2018-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər arasında bağlanmış 20.11.2017-ci il tarixli alğı-satqı müqaviləsinin ləğv edilməsi, **-x x-*** nömrə nişanlı, “xxxxx” markalı avtomobilin cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, mübahisəli avtomobili satmaq üçün Cavabdeh2 07.11.2017-ci il tarixdə etibarnamə verib. Sonuncu ona az miqdarda pul məbləği verərək qalan məbləği alğı-satqı etdikdən sonra verəcəyini bildirib. Sonradan məlum olub ki, Cavabdeh2 avtomobili alqı-satqı yolu ilə Cavabdeh1 satıb. Lakin o, bu günə kimi iddiaçının pulunu verməyib. İddiaçı bundan sonra verdiyi etibarnaməni ləğv etdirmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tə ləblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdeh2 Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məru zəçinidinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın əsassız olması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunan göstərişləri yerinə yetirərək müəyyən etmişdir ki, iddiaçı 07.11.2017-ci il tarixdə ona məxsus mübahisəli avtomobilə dair sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, i poteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsilə əlaqədar adından ərizə vermək, digər hərəkətlər etmək səlahiyyətlərini Cavabdeh2 etibar etmişdir. Həmin etibarnaməyə 23.11.2017-ci il tarixdə iddiaçı tərəfindən xitam verilmişdir. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi tərəfindən verilmiş 26.10.2018-ci il tarixli, 114872/218 saylı məktubdan və məktuba əlavə olunmuş avtomobilin qeydiyyat hərəkətləri barədə məlumatların kompyuter çıxarışından görünür ki, bilavasitə Cavabdeh1la Cavabdeh2 arasında alqı-satqı müqaviləsi bağlanmamışdır. Lakin avtomobil bir neçə dəfə alqı-satqının predmeti olmuş və sonuncu dəfə 05.03.2018-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən X1 adına mülkiyyət hüququ üzrə qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (421.1). Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (421.2). Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pu l məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir (650). Hazırkı iş üzrə iddia tələbi iki hissədən ibarətdir: 1) cavabdehlər arasında bağlanmış 20.11.2017-ci il tarixli müqavilənin ləğvi; 2) mübahisəli avtomobilin cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması. Yeni apellyasiya baxışı zamanı müvafiq dövlət orqanına verilmiş sorğunun cavabı əsasında müəyyən edilmişdir ki, cavabdehlər arasında mübahisəli alqı-satqı müqaviləsi bağlanmamışdır. Apellyasiya şikayətinə əlavədən görünür ki, iddiaçı cavabdehlər arasında bağlanmış alqı-satqı müqaviləsi dedikdə, Cavabdeh2 onun veridyi etibarnamə əsasında onun adından Cavabdeh1la bağlanmış müqavilənin l əğvini tələb edir. Halbuki iddiaçı belə bir müqaviləni də məhkəməyə təqdim etməmişdir. Sözügedən müqavilə məhkəməyə təqdim olunsa belə, iddiaçı istinad etdiyi müqavilənin ləğvinə əsas verən hər hansı dəlilə istinad etməmiş, bununla bağlı sübutlar təqdim etməmişdir. İddiaçı öz ərizə və şikayətlərində, habelə məhkəmə iclaslarında verdiyi izahatlarında avtomobili satmaq niyyətilə Cavabdeh2a verdiyini, ona avtomobili özgəninkiləşdirmək hüququ verən etibarnamə verdiyini və bu məqsədlə ondan 5000 manat ilkin ödəniş aldığını etiraf etmişdir. Eyni zamanda Cavabdeh2 məhkəmə baxışı zamanı mübahisəli avtomobili iddiaçıdan 24000 manata aldığını, etibarnamə əsasında sonradan 25500 manata satdığını etiraf etmişdir. Mülki iş üzrə iddianın əsası ondan ibarətdir ki, Cavabdeh2 avtomobilin qalan dəyərini ona ödəməyib, sonuncu isə həmin pulu iddiaçıya ödədiyini bildirir. İşdən də göründüyü kimi hazırkı mübahisə satılmış avtomobilin dəyərinin ödənilibödənilmədiyi barədədir. Lakin iş üzrə iddiaçı Cavabdeh2 qarşı pul (alqı-satqı müqaviləsi üzrə təmsilçi qismində aldığı pulun ona qaytarılması) tələbi irəli sürməmişdir. Bu baxımdan mübahisəli avtomobilin hansı qiymətə satıldığının və satış qiymətinin Cavabdeh2 tərəfindən iddiaçıya ödənilib-ödənilmədiyinin müəyyən edilməsi hazırkı işin baxış predmetindən kənardır. İddia tələbi müqavilənin ləğvi hissəsində əsassız olduğundan avtomobilin iddiaçıya qaytarılması hissəsində də təmin oluna bilməz. Çünki iş materialları ilə müəyyən edilmişdir ki, avtomobilə mülkiyyət hüququ əvvəlcə başqa şəxslərin, 05.03.2018-ci il tarixdə isə X1 adına qeydə alınmışdır. Hə min qeydiyyatlar üçün əsas olan əqdlər ləğv olunmadan və ya etibarsız hesab edilmədən mübahisəli avtomobil iddiaçıya qaytarıla bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, baxılan iş üzrə iddiaçı avtomobilə dair alqı-satqı müqaviləsinin (və ya müqavilələrinin) etibarsız hesab edilməsini tələbini irəli sürməmiş, yeni apellyasiya baxışında da vəkil iddiaçının məhz müqavilənin ləğvini tələb etdiyini təsdiq etmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanlara əsasən hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayə tinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının mə zmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab veri r. Məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli 2(103)-xx/18 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2823/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2823/2019
23.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver