Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2824/2025 21.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 Vahid oğlu və Cavabdeh1 qarşı iş üzrə QƏRARI (Açar sözlər: subroqasiya qaydasında pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və İspəndiyar Əsəd oğlu Şəfiyevdən ibarət tərkibdə, iddiaçılar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ödənilmiş məbləğin subroqasiya qaydasında geri qaytarılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-668/2025 nömrəli, 2025ci il 8 may tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında 21 oktyabr 2025-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “X6 Rover Vogue” markalı **-GE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığortaçı "xxxx" ASC-də avtomobillərin tam sığortası növündə sığortalanmış, sığortalı X4 olmuş, sığorta müddəti xx.xx.2022- xx.xx.2023-cü il olmuşdur. 2. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışda qeyd olunmuşdur ki, 10BO036 dövlət qeydiyyat nişanlı “Mercedes Benz ML350” minik markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh2 olmuş, xx.xx.2023-cü ildə nəqliyyat hadisəsi baş verən zaman Cavabdeh1 etibarnamə əsası nda nəqliyyat vasitəsini idarə etmişdir.
3. İXP 517282 nömrəli xx.xx.2023-cü il tarixli İnzibati Xəta haqqında protokol tərtib olunaraq qeyd olunmuşdur ki, “Mercedes Benz ML350” minik markalı **-BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edən Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsində nəzərdə tutulan xətanı törətmişdir. 4. 05.05.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, 32.930,2 manat məbləğində pul vəsaiti "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zərər çəkmiş nəqliyyat vasitəsinin bərpası üçün həyata keçirilmiş sığorta ödənişi əvəzində ƏDV daxil olmaqla 1793 0,20 manat məbləğində vəsaitin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli “Sığorta aktı”-na əsasən sığortalı dəymiş zərər məbləği ilə razı olmadığından nəqliyyat vasitəsi təmirə yönəldilmiş və 32930,20 (5023,25 ƏDV+27906,95 manat təmir bərpa xərcləri olmaqla) manat sığorta ödənişi "xxxx"xxxx"xxxx" ASC tərəfindən "xxxx" ASC-yə 15000,00 manat məbləğində vəsait ödənilmişdir. xx.xx.2023-cü il tarixində sığorta ödənişi çıxılmaqla qalıq məbləğ olan 17930,20 manat subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdeh(lərə) məktub göndərilmiş, lakin cavabdeh(lər) həmin məbləği ödəməmişdir.
7. Cavabdeh və digər Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 məhkəmə iclasında iddiaya etiraz edərək, şifahi və yazılı izahatında bildirmişdir ki, nəqliyyat vasitələrinin toqquşmasının onların çox aşağı sürətdə olduğu (təxminən 10-20 km/saat) halda baş verdiyini nəzərə alınsa, hansı hissələrin zərər aldığı və dəyişdirilməsinə və ya təmirə ehtiyac olması kimi məsələlərə aydınlıq gətirilməsi işin zəruri olaraq araşdırılması tələb edən hallardır. xx.xx.2024-cü il tarixli ekspert rəyində yalnız iddiaçının təqdim etdiyi qüsur aktı əsas götürülərək nəqliyyat vasitəsinin zərər gördüyü hissələrə qiymət verilmişdir. İddiaçı isə öz maraqlarına uyğun olaraq şişirdilmiş və zərər almamış nəqliyyat hissələrini siyahıya daxil etmişdir. Əgər kompleks ekspertiza aparılmış olsaydı baş vermiş nəqliyyat hadisəsi zamanı həqiqətən hansı hissələrə zərər vurulması ortaya çıxmış olardı. Lakin hazırkı ekspert rəyində bunu müəyyən etmək mümkün olmur. Misal olaraq bir məqamı diqqətə çatdırmaq istərdi ki, nəqliyyat vasitəsinin ön sol farasına yüngül toxunduğu (toqquşduğu) halda necə ola bilər ki, ön sağ fara da zədələnmiş olsun? Bu cür halın baş verməsi qeyri-mümkündür. Bu cür misalları artırmaq olar. İddiaçı tərəfindən yol verilən ən böyük pozuntulardan biri də qüsur aktının hazırlanması prosesində onların iştirakının təmin olunmaması, o cümlədən zədələnmiş hissələr barədə, yəni həqiqi zədələnmənin nədən ibarət olması barədə heç bir məlumatın olmamasıdır. Əgər proses şəffaf və onların iştirakı ilə aparılmış olsaydı nəqliyyat vasitəsinə dəymiş real zərərin nədən ibarət olmasını müəyyən edilmiş olardı. L akin bunların heç biri edilməmişdir. Ümumiyyətlə, aparılan ekspertiza və ekspertiza qarşısına qoyulan suallar işin tam, ətraflı və obyektiv araşdırmasına imkan vermir. Çoxsaylı pozuntular onların aparılmış təmirin real olmamasına əsaslı şübhələr yaradır. Nəqliyyat vasitələrinin zəif toqquşmasından (nəzərə almaq lazımdır ki, nəqliyyat vasitələrinin arxa və ön buferləri yüngül toqquşmuşdur) iddiaçının öz maraqlarına uyğun olaraq tərtib etdiyi qüsur aktında göstərilən hissələr zədələnə və yaxud sıradan çıxa bilməzdi. Ekspertizanın sırf iddiaçının hazırladığı qüsur aktı üzərindən aparılması da real vəziyyəti müəyyən etməyə imkan verməyəcəkdir. İddia ərizəsində qeyd olunanları iddiaçı sübuta yetirməlidir. Lakin iddiaçı baş vermiş sığorta hadisəsinə uyğun real vəziyyəti ortaya qoya bilmir, daha doğrusu sübut edə bilmir. Təqdim etdikləri şəkillərdə və video çəkilişdə hadisənin baş vermə və nəqliyyat vasitələrinin zədələnmə vəziyyətini görmək mümkündü. Bu cür hadisədə iddiaçının iddia etdiyi həcmdə zərər ola bilməzdi, bu qeyri-mümkündü. Adi bir misal olaraq qeyd etdikləri kimi sol faranın zədələnməsi sağ faraya necə təsir edə bilər və yaxud onu zədələyə bilər. Bu hal mümkün deyil. Bu səbəbdən də aparılmış ekspertizanın sırf iddiaçının təqdim etdiyi qüsur aktı üzərindən aparılması obyektiv şəraiti müəyyən etməyə imkan verməyəcəkdir. Qüsur aktında göstərilən guya zədələnmiş hissələr bəzi şəxslərin fantaziyalarının məhsulu olaraq ortaya çıxmışdır. Məhkəmədə bu cür əsassız iddia qaldırmaqla əlavə gəlir qazanmaq kimi niyyət yol verilməzdir. Əgər iddiaçı ərizəsini əsaslandıra və sübut ed ə bilmirsə, iddia məhkəmə tərəfindən əsassız hesab edilərək rədd edilməlidir. Bütün qeyd edilən xüsusatlar iddianın uydurma faktlara əsaslanmaqla tərtib edildiyini və real vəziyyəti əks etdirmədiyini sübut edir. Şablon faktlara, yəni qüsur aktında göstərilən hallara, qiymətlərə əsaslanmaqla qanunsuz qərarın qəbul edilməsi onlarda ancaq təəssüf hissi doğura bilər. Baş vermiş hadisə hər kəsin başına gələ bilər və həqiqətən də vurulmuş zərər ödənilməlidir. Amma həqiqəti əks etdirməyən, yalan faktlara əsaslanaraq, kimlərinsə hesabdan pul silmək məqsədilə etdiyi hərəkətlərin qarşısı ədalət mühakiməsi tərəfindən cəsarətlə alınmalıdır. Bu cür sığorta hadisələri nəticəsində zərəri şişirtməklə bunu özlərinin gəlir mənbəyinə çevirməməlidilər. İş materiallarından da görmək mümkündür ki, zərərin həcmi qeyri-peşəkar üsullarla artırılmışdır. Proses əvvəldən yanlış aparılmış və qeyri- şəffaf olmuşdur. Bunun nəticəsi olaraq bu cür şişirdilmiş məbləğ ortaya çıxmışdır. Bütün qeyd olunanları, iddiada göstərilən halların sübuta yetirilmədiyini əsas götürərək iddia ərizəsinin rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 8/1355 saylı məhkəmə yol-nəqliyyat hadisələri ekspert rəyindən görünür ki, yol nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla mümkün olunması mümkün olmayan zədəl ər olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəssislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Həmçinin nəqliyyat vasitələrinin zədələnmiş hissələrinin təmirlə bərpa oluna bilməsinin və yaxud dəyişdirilməsinin zəruriliyini müəyyən etmək üçün metodika olmadığındna qeyd olunan sual üzrə yol-nəqliyyat hadisələri ekspertizaları yədqiqatı aparılmır.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 9/3395 saylı ekspert rə yindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiyməti nəzərə alınmaqla 2019-cu il buraxılışlı “X6 Rover” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci aşağıdakı kimi müəyyən edilir.
1. Dəyişdirilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 31.833,40 manat. O cümlədən: dəyişilməli hissələrin qiyməti – 5380.00 manat; təmir-bərpa işlərinin qiyməti – 28313,40 manat; ƏDV – 3.520,00 manat.
2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 27.568,00 manat. O cümlədən:dəyişilməli hissələrin qiyməti -24.048,00 manat; təmir-bərpa işlərinin qiyməti – 3520 manat;
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsini n (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(011)-935/2024 nömrəli, 17 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 12.568 manat məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 127.70 manat məbləğində dövlət rüsumunun alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə, o cümlədən Cavabdeh2 münasibətdə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh1 alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ş üzrə təyin edilmiş məhkəmə texniki və əmtəəşünaslıq ekspertizasının rəyindən də aydın olur ki, “X6 Rover” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa sı üçün dəyişdirilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 31.833,40 manat, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 27.568,00 manat müəyyən edilmişdir. Məhkəmə qeyd etmişdir ki, “X6 Rover” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 27.568,00 manat müəyyən edilməlidir. Belə ki, hazırkı iddia delikt nəticəsində vurulmuş ziyanın reqres qaydada tələbi ilə bağlı olduğundan, burada tutulmalı olan zərərin miqdarı iddiaçının müvafiq ödəniş tapşırığı ilə ödədiyi məbləğə münasibətdə deyil, ziyanın vurulduğu şəxsə real vurulmuş zərərin məbləği ilə müəyyənləşdirilməlidir. Belə olan halda dəymiş zərərin məbləği olan 27.568,00 manatdan "xxxx" ASC tərəfindən ödənilmiş 15.000 manat ödəniş çıxıldıqda sığorta ödənişi 12.568 ( 27.568,00-15.000= 12.568) manat təşkil edir. Odur ki, iddia qismən təmin edilməli və Cavabdeh1 12.568 manat sığorta ödənişi məbləği alınaraq iddiaçıya ödənilməlidir.
12. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 936.1, 936.2, 936.5, 1096.1, 1097.1, 1108.1, 1114.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 107,119.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən məhkəmə texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertiza qarşısına qoyulan 2-ci sual “Hə min nəqliyyat vasitəsinin hansı hissələrinin təmirə, hansı hissələrinin isə dəyişdirilməsinə ehtiyac olması və hər birinin dəyərinin ayrı-ayrılıqda göstərilməsi” ilə bağlı olmuşdur. Lakin bu işin tam və obyektiv araşdırılması üçün vacib olan 2-ci suala ekspert cavab verməkdən dolayı yolla yayınmışdır. Belə ki, o, rəyində “nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla mümkün olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəssislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Həmçinin nəqliyyat vasitələrinin zədələnmiş hissələrinin təmirlə bərpa oluna bilməsinin və yaxud dəyişdirilməsinin zəruriliyini müəyyən etmək üçün metodika olmadığından qeyd olunan sual üzrə yol-nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır.” Ekspert bu cür mövqeyi ortaya qoymaqla sanki özünə əziyyət vermək istəməmiş və həmişəki kimi formal bir rəy ortaya qoymuşdur. İddiaçının təqdim etdiyi qüsur aktını əsas götürərək rəy vermişdir. Lakin hadisənin baş vermə zamanı nəqliyyat vasitələrinin sürəti, toqquşma istiqaməti, toqquşmanın dərəcəsi əsas götürülməklə, bu suala cavab verilə bilərdi. Hesab etmişdir ki, iddiaçının istinad etdiyi hallara dair təqdim etdiyi sübutlar mötəbər deyildir. Təqdim etdikləri şəkillərdə və video çəkilişdə hadisənin baş vermə və nəqliyyat vasitələrinin zədələnmə vəziyyətini görmək mümkündür. Bu cür hadisədə iddiaçının iddia etdiyi həcmdə zərər ola bilməzdi, bu qeyri-mümkündür. Nəqliyyat vasitələrinin toqquşmasının onların çox aşağı sürətdə olduğu (təxminən 10-15 km/saat) halda baş verdiyini nəzərə alsalar, hansı hissələrin zərər aldığı, dəyişdirilməsinə və ya təmirə ehtiyac olması kimi məsələlərə aydınlıq gətirilməsi işin zəruri olaraq araşdırılması tələb edən hallardır.
15. Məhkəmə kollegiyasının iclasında cavabdeh və digər Cavabdeh1 nümayəndəsi Cavabdeh2 apellyasiya şikayətini müdafiə etmişdir, onun məzmunun uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmiş, əlavə olaraq qeyd etmişdir ki, ekspert rəyini təqdim etmişlər, işığın qiyməti ilə razı deyillər.
16. Cavabdeh tərəfindən təqdim edilmiş “X3” MM C tərəfindən verilmiş 28 oktyabr 2024-cü il tarixli, 184 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, aparılmış tədqiqatlar nəticəsində, təqdim edilən qüsur aktına, fotoşəkillərə və videogörüntüyə əsasən, 2019-cu il buraxılışlı, X6 Rover markalı, ** GE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin – 18 665,46 manat olduğu müəyyən edilir. O cümlədən dəyişilmiş ehtiyyat hissələrin dəyəri – 13 968,66 manat, usta işi – 4 696,8 manat. Rəydə həmçinin qeyd edilir ki, təqdim edilmiş fotoşəkillərə nəzər yetirdikdə, avtomobilin ön kapotunun ön-sol tərəfinin əzilmiş, ön buferinin sürtülmüş və qırılmış, radiator barmaqlığının qırılmış, ön-sol faranın zədələnmiş, ön bufer altlığının zədələnməsi, “Rover” yazısının “E” və “R” hərflərinin zədələnmiş olduğu müəyyən edilir. Bununla yanaşı kapotun üzərinə “Range” yazısı zədələnməmiş, kapotun dəyişdirilməsinə də ehtiyac yoxdur. Lakin təmir olunması vacibdir. Qəza zamanı, qəzanın yüngül olması səbəbindən ön-sağ faraya ziyan dəyməmiş, dəyişdirilməsinə ehtiyac qalmamışdır. Qüsur aktında radiator barmaqlığının qiyməti isə yüksək 800 manat qeyd edilmişdir. İnternet sayt məlumatlarına əsasən sözügedən ehtiyat hissələrinin yenisinin 170 manat olduğu müəyyən edilmişdir.
17. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə texniki-əmtəəşünaslıq ekspertizası təyin edilsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspertizanın aparılmasından imtina edilməsi barədə məktubuna əsasan müəyyən edilir ki, ekspert qarşısına qoyulmuş sualın həll edilmə si üçün tədqiqat obyekti olan 2019-cu il buraxılışlı “X7 Rover Vogue” markalı avtomobilə dəymiş ziyanla əlaqədar ekspertiza tədqiqatına təqdim edilmiş iş materiallarında olan qüsur aktlarında (“X3” MMC-nin, "xxxx" ASC-nin) qeyd edilən ehtiyyat hissələrinin 2023-cü il tarixə satışına və qiymətinə dair məlumat əldə etmək mümkün olmadığından ekspertiza qarşısında qoyulan suallara cavab vermək mümkün olmamışdır.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-668/2025 nömrəli, 8 may 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Günay Axundova (sədrlik edən və məruzəçi), Fərrux Qasımov və Fuad Babayev) Cavabdeh1 apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi, Cavabdeh1 4106,40 manat məbləğində pul vəsaitinin alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
19. Məhkəmə kollegiyası X6 Rover markalı avtomobilinin ön sağ farasına dəymiş zərərlə bağlı hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 9/3395 saylı ekspert rəyinə tənqidi yanaşaraq qeyd etmişdir ki, Cavabdeh1 tərəfindən idarə olunan ** BO *** dövlət qeydiyyat nişanlı Mercedes Benz ML350 markalı avtomobilini geriyə verərkən X1 məxsus olan ** GE *** dövlət qeydiyyat nişanlı X6 Rover markalı avtomobilinin sol yan hissəsi ilə toqquşması ilə bağlı işin fakitki halları və cavabdeh tərəfindən təqdim edilən mütəxəssis rəyi avtomobilin ön sağ faraya görə hesablanmış məbləğ hissədə nəzərə alınmalıdır.
20. Digər hissələrdə koll egiya hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir.
21. Kollegiya həmçinin nəzərə almışdır ki, avtomobilin digər hissələrinə dəymiş zərərin məbləği ilə bağlı ekspert rəyini şübhə altına alacaq hər hansı bir mötəbər sübut təqdim etməmişdir.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1, 936.2, 936.5, 1108.1, 1108.2, 1114.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024cü il tarixli 9/3395 nömrəli ekspert rəyini mötəbər hesab etsə də, bu rəydə ön sağ fara üzrə hesablanmış zərəri əsaslandırılmamış şəkildə istisna etmişdir. Bu zaman Bakı Apellyasiya Məhkəməsinin selektiv yanaşması – ekspert rəyinin yalnız cavabdehin təqdim etdiyi mütəxəssis rəyi ilə müqayisəli şəkildə zəiflədilməsi, məhkəmə tərəfindən cavabdehin təqdim etdiyi “mütəxəssis” rəyinin üstün tutulması sübutetmə yükünün qeyriqanuni bölüşdürülməsi deməkdir.
25. Bundan əlavə, iddiaçı tərəf xx.xx.2025-ci il tarixli məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməmişdir. Məhkəmə iclasından öncə ərizə ilə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını və iştirakın təmin olunmasını xahiş etsə də, Bakı Apellyasiya Məhkəməsi bu xahişə məhəl qoymamışdır. Qeyd olunmalıdır ki, Bakı Apellyasiya Məhkəməsinin iclasları çərçivəsində cəmi 1 dəfə bu kimi xahiş olmuş, o da təmin olunmamışdır. Bununla Bakı Apellyasiya Məhkəməsi ədalət mühakiməsinin təməlini təşkil edən “çəkişmə” prins ipini kobud surətdə pozmuş, yalnız cavabdeh tərəfin iştirakına şərait yaratmışdır.
26. Kassator şikayətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883.1-ci və 936.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 88 və 217-ci maddələrinə, həmçinin “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005- ci il tarixli 4 nömrəli Qərarında qeyd olunan mövqeyə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik oldu ğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
29. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
30. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
31. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
32. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərə kətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
33. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Resp ublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndiri lməməlidir.
40. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirilsə də, apellyasiya instansiyası məhkəməsinin aktından görünür ki, cavabdehin şikayəti qismən təmin olunmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçının şikayət verməməsi nəzərə alınaraq hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsi apellyasiya icraatında təmin olunmayan hissəsinə münasibətdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apell yasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
43. İşə baxmış apellyasiya məhkəməsi də işin hallarını tətbiq etdiyi maddi hüquq normaları əsasında yoxlamış, iddianın qismən təmin olunması üçün həmin maddələrdə müəyyən olunmuş dispozisiya şərtlərinin olduğu qənaətinə gəlmişdir.
44. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaşının kassasiya şikayətində qey d olunan dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq, işin hallarına düzgün hüquqi qiymət verilmişdir.
45. Belə ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdehin idarə etdiyi “Mercedes Benz ML350” markalı avtomobil arxa-arxaya gedərkən “X6 Rover” markalı avtomobilinin sol yan hissəsi ilə toqquşmuş, dəymiş ziyan da avtomobilin sol tərəfində yerləşən detallara (ön kapotunun ön-sol tərəfi əzilmiş, ön-sol fara zədələnmiş v.s) dəymişdir. Cavabdeh tərəfindən təqdim edilən “X3” MMC tərəfindən verilmiş 28 oktyabr 2024-cü il tarixli, 184 nömrəli mütəxəssis rəyində də həmçinin qeyd edilmişdir ki, qəza zamanı, qəzanın yüngül olması səbəbindən ön-sağ faraya ziyan dəyməmiş, dəyişilməsinə ehtiyac qalmamışdır. Beləliklə apellyasiya məhkəməsi haqlı ola raq belə qənaətə gəlmişdir ki, zərər dəyməyən avtomobil hissəsinə görə pulun tutulması yolverilən hesab edilmir.
46. Kassasiya şikayətinin digər dəlili apellyasiya icraatı zamanı iddiaçının iştirakının təmin olunmaması ilə bağlıdır. Lakin həmin dəlillə bağlı qeyd edilməlidir ki, iddiaçı tərəf məhkəmə tərəfindən iclasın vaxtı və yeri barədə məlumatlandırılmış, xx.xx.2025-ci il tarixdə iddiaçı tərəfin iştirakının təmin edilməsi üçün işin baxılması təxirə salınmış, lakin növbəti təyinat tarixində iddiaçının nümayəndəsi üzürlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmişdir. Beləliklə məhkəmə haqlı olaraq iddiaçının nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün saymışdır.
47. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətinin əksər dəlilləri işin faktiki halları ilə əl aqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.
48. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzif əsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli o lan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
50. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-668/2025 nömrəli, 08 may 2025-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.