Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2828/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: qərardaddan kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilən prosessual müddətin bərpasından imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və mənzildən istifadəyə maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9335/2021 nömrəli iş üzrə 10 may 2023-cü il tarixli qərardadından cavabdehin kassasiya şikayətinə Ali Məhk əmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan ev 47-də yerləşən 15 nömrəli mənzilə köçürülməsi və həmin mənzildən istifadəyə yaradılmış maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2210/2021 nömrəli iş üzrə 22 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçının cavabdehə məxsus mənzilə köçürülməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
3. Qətnamə ilə razılaşmayan ca vabdeh ondan apellyasiya şikayəti vermişdir.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9335/2021 nömrəli iş üzrə 06 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
5. Cavabdeh qətnamədən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə və eyni zamanda kassasiya şikayəti vermişdir.
6. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 mart 2022-ci il tarixli qərardadı ilə ərizə rədd edilmiş, kassasiya şikayəti qaytarılmışdır.
7. Cavabdeh qərardaddan kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə və eyni zamanda kassasiya şikayəti vermişdir.
8. Bakı Apellyasiya Məhkəməsi Mülki Kolle giyasının 07 dekabr 2022-ci il tarixli qərardadı ilə ərizə rədd edilmiş, kassasiya şikayəti qaytarılmışdır.
9. Cavabdeh qeyd edilən qərardaddan kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin 09 fevral 2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti prosessual müddətin ötürülməsi əsası ilə qaytarılmışdır.
10. Cavabdeh yenidən 07 dekabr 2022-ci il tarixli qərardaddan kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə və eyni zamanda kassasiya şikayəti vermişdir.
11. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh bu qərardaddan yaxın günlərdə xəbər tutmuşdur. Belə ki, həm gözündə, həm də digər bədən orqanlarında olan xəstəliklərlə əlaqədar üzrlü səbəblərə görə bu işlə məşğul ola bilməmiş, gözündə olan xəstəliklə əlaqədar görmə qabiliyyəti minimum səviyyəyə düşdüyü üçün hər hansı rəsmi sənədi oxumaq imkanı olmamışdır. Eyni zamanda, məhkəmə tərəfindən qərardad ona çox gec təqdim olunmuşdur.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 may 2023-cü il tarixli qərardadı ilə (hakimlər A.İmanov (sədrlik edən və məruzəçi), M.Məmmədov və F.Talışinski) ərizə rədd edilmiş, kassasiya şikayəti qaytarılmışdır.
13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh ərizəsinə buraxılmış müddətin üzrlü hesab edilməsinə dair sənədlər əlavə etmiş olsa da, həmin sənədlər müddətin bərpası üçün əsas ola bilməz. Belə ki, iş materiallarından göründüyü kimi, mübahisə edilən məhkəmə qərardadı cavabdehin nümayəndəsi və vəkili Vəkil3 elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilmiş, cavabdeh həmin qərardaddan xx.xx.2023-cü il tarixdə kassasiya şikayəti vermiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. Göründüyü kimi, cavabdeh ərizəsində mübahisələndirdiyi qərardadı yaxın günlərdə aldığını qeyd etsə də, iş materialları ilə bu hal təkzib olunur. Göründüyü kimi, cavabdeh hərəkətlizlik göstərməklə 4 aydan çox müddət sonra hazırkı ərizə ilə müraciət etmişdir ki, hazırda müddətin bərpası qanunvericiliyin müəyyənlik və sabitlik prinsipini pozması ilə nəticələnmiş olardı.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 may 2023-cü il tarixli digər qərardadı ilə (hakimlər A.İmanov (sədrlik edən və məruzəçi), M.Məmmədov və F.Talışinski) bilərəkdən müddəti ötürməklə şikayətlər verməsi işin icrasına maneçilik törətmək məqsədi daşıdığından, cavabdehdən 500 manatın dövlət b üdcəsinin xeyrinə tutulması qərara alınmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizənin rədd edilməsi və kassasiya şikayətinin qaytarılması barədə 10 may 2023-cü il tarixli qərardadı ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti verərək, ləğv edilib, ərizənin təmin edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə qərardadın cavabdehin vəkili Vəkil3 elektron kabinetinə yerləşdirildiyinə istinad edərək, prosessual müddətin bərpası barədə ərizəsini rədd etmişdir. Halbuki, həmin qərardadın qəbul edildiyi vaxt onun məhkəmə prosesində iştirak etməsini və bu qərardadı alınması nı sübut edən heç bir fakt yoxdur. Xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməmiş, həmçinin maddi vəziyyəti çətin olduğu üçün vəkillə müqavilə bağlaya bilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
18. MPM: Maddə 69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir; Maddə 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir; Maddə 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosess ual hərəkətlərin edilməsini özündə birləşdirir; Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır; Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.); Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı ola n, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər; Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir; Maddə
405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.2. qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində; Maddə 408.1. Ka ssasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
19. Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsinin "X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2007-ci il tarixli Qərarı: “Qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması mə qsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.”
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı: “Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində q əbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış (müəyyən edilmiş) sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Kassasiya şikayətində qərardadın ləğvi tələb edildiyi üçün, apellyasiya instansiya sı məhkəməsinin məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
23. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir.
25. Azərbaycan Respublikası Konstitusiyasına əsasən insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikası ərazisində birbaşa qüvvədədir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci ma ddəsinin Vİ və Vİİ hissələri, 60-cı maddəsinin İ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur və məhdudlaşdırıla bilməz. Bu hüquq yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, həmçinin pozulmuş hüquq və azadlıqların qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını da əhatə edir. Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməs i baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir. Nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyil və sözügedən hüquq qanunla müəyyən edilmiş prosessual şərtlər mövcud olduqda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdu diyyətlərdən biri də MPM-in 405.0.2-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddətlərdir. Həmin normada kassasiya şikayətinin qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən on gün müddətində verilməsi müəyyən olunur.
26. Məhkəmə sənədinin rəsmi qaydada verilməsi anlayışı MPM-in 135.5-ci maddəsində müəyyən edilərək göstərilir ki, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə aktı rəsmi qaydada verilmiş hesab edilir.
27. Bu kontekstdə məhkəmə kollegiyası bildirir ki, qanunla nəzərdə tutulan prosessual müddətin bərpası məqsədilə cavabdehin ərizədə göstərdiyi səbəblərin onun iradəsindən asılı olmadığı, özü tərəfindən dəf edilməli imkanlardan kənara çıxdığı, bunun üçün müvafiq hərəkətin yeri nə yetirilməsinə maneə törətdiyi və ya məhdudiyyət yaratdığı inkarolunmaz, ağlabatan və inandırıcı dəlillərlə sübuta yetirilmir.
28. Bütün bunlar da prosessual müddətin cavabdeh tərəfindən üzrsüz səbəblərdən buraxıldığına dəlalət edir.
29. Bundan əlavə, MPM-in 135.2-ci maddəsi anlamında məhkəmə sənədlərinin proses iştirakçılarına və işdə iştirak edən şəxslərə çatdırılması onların adından etibarnamə əsasında çıxış edən şəxsləri (vəkilləri, nümayəndələri) də əhatə edir. Bunun əksini düşünmək, MPM-in 69 və 74-cü maddələri ilə şəxslərə tanınan hüquqların əhəmiyyətini azaltmış olardı.
30. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayətin dəlilləri əsassız, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni olduğu üçün qərardad dəyiş iklik edilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
31. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9335/2021 nömrəli iş üzrə 10 may 2023-cü il tarixli qərardadı dəyişiklik edilmədən saxlanılsın. Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.