Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2832/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: cehiz və qızıl-zinət əşyalarının qaytarılması tələbi, sübutetmə vəzifəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qızıl-zinət və cehiz əmlakların qaytarılması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-410/2024 nömrəli, 2024-cü il 2 aprel tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kassasiya şikayətinə 23 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh1 ilə İddiaçı xx.xx.2021-ci il tarixdə nikaha daxil olmuşlar. 2. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən həqiqətən də xx.xx.2021-ci il tarixində fiziki şəxs X3 (iddiaçının atası) "xxxx" mağazasından 2930 manat dəyərində “Samsung” soyuducu, “Samsung” paltaryuyan, “Samsung” televizor, “Sob” adlı məhsullar almışdır. Alınan məişət texnikası məhsulları şirkət tərəfindən müştərinin bildirdiyi ünvana aparılmış və quraşdırılmışdır. Alınan mallara zəmanət verilmişdir. 3. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən həqiqətən də x x.xx.2021-ci il tarixində fiziki şəxs X2 şirkətə məxsus olan Babək prospektində yerləşən “Perla” Mebel mağazasından 4700 manat dəyərində yataq dəsti “Marsel”, qonaq dəsti “Marsel”, döşək “Plusline”, divan və kreslo “Zen”, jurnal masa “Sektor”, pufik adlı məhsullar almışdır. Məhsullar şirkət tərəfindən müştərinin bildirdiyi ünvana aparılmış və quraşdırılmışdır. Alınan mallara zəmanət verilmişdir.
4. Xətai rayon İcra Şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akta əsasən ünvan 2 ünvanında yerləşən cavabdehlərə məxsus evdə İddiaçı məxsus olan “Perla” şirkətinin “Marsel” yataq və qonaq dəstlərinə aid, taxt çarpayı 828 manat, matras 200 manat, şifoner 1368 manat dəyərində, 2 ədəd tumba 378 manat dəyərində, 1ədəd güzgülü qarderob 594 manat dəyərində, divan 1 ədəd 12 06 manat dəyərində, kreslo 2 ədəd 864 manat dəyərində, tumba və stoyka 60 manat, 1 ədəd televizor altlığı 468 manat dəyərində, 2 ədəd servant 864 manat dəyərində, 1 ədəd stol 300 manat, 6 ədəd stul qonaq otağı üçün 600 manat dəyərində, 1 ədəd xalça ipək 500 manat, paltaryuyan «Samsung» 960 manat, soyuducu «Samsung» 1400 manat dəyərində, peç 420 manat dəyərində, qaz plitəsi 200 manat dəyərində, aspirator 230 manat dəyərində, televizor «Samsung» 109 diametr 1100 manat dəyərində, tozsoran «Samsung» 1 ədəd 180 manat dəyərində, sok çəkən 90 manat, ət çəkən 120 manat, mikser 30 manat, ütü 80 manat, mətbəx mebeli 860 manat, mətbəx stolu 1 ədəd 180 manat, mətbəx stulları 4 ədəd 200 manat, qonaq otağı üçün pərdə 400 manat dəyərində, yataq otağı üçün pərdə 400 manat dəyərində, mətbəx üçün pərdə 30 m anat, lüstr qonaq otağı üçün 550 manat dəyərində, lüstr yataq otağı üçün 450 manat dəyərində, mətbəx üçün lüstr 50 manat, noçnik 2 ədəd 70 manat, yorğan 1 ədəd 50 manat, döşək taxt üçün 1 ədəd 200 manat, yastıq 2 ədəd 20 manat, tac yataq örtüyü 1 ədəd 400 manat dəyərində, odeyal dəsti göy rəngdə 50 manat, pastel dəsti 5 ədəd 300 manat, qətifə 5 ədəd 75 manat, dəsmal 6 ədəd 48 manat, mavi rəngdə servis dəsti 12 nəfərlik 450 manat, yaşıl şüşə servis dəsti 100 manat, “Karaca”-dan qara-qızılı meyvə qabı 50 manat, qəhvə naboru 120 manat, altı qızılı güldan, vaza konfet qabı dəsti 450 manat, çemodan içində mətbəx dəstləri 120 manat, vilka və qaşıq dəstləri 50 manat, stol örtüyü 4 ədəd 100 manat, çaşka dəsti 6 ədədli -2 nabor 70 manat, qəhvəyi rəngdə şirniyyat boşqab dəsti 40 manat, göy naxışlı 5 növ boşqabı olan 6 nəfərlik servis 150 manat, bakallar zərli işləməli 6 ədəd 50 manat, sadə 6 ədədli bakal dəsti 25 manat, qrafinka və 6 ədəd stəkan dəsti 20 manat, göy rəngli şirniyyat dəsti 20 manat, podnos 10 manat, mətbəx üçün vilka-qaşıq dəsti 30 manat, asılqanlı mətbəx ləvazimatlar dəsti 25 manat, çaydan və çaynik 90 manat, çərəz naboru 4 ədəd 60 manat, bordovu rəngdə 4-lü nabor 20 manat, çərəz qabı 3-lü 50 manat, qazan naboru 150 manat, tavalar 50 manat, əlavə qazanlar 30 manat, xrustal stəkanlar və nəlbəkilər 12 ədəd 50 manat dəyərində, mürəbbə qabı və razetkalar 50 manat, stolüstü saat 50 manat, hamam aksesuarları 150 manat, dorojkalar 20 manat, qızıl brilyant komplekt qolbaq, üzük, sırğa, sep 3000 manat dəyərində, geyim əşyaları (palto, kurtka, pencəklər, donlar, idman kostyumu, balonka, yay və qış koftaları, ev geyimləri, pijama dəstləri, hamam xalatı, üst və alt geyimləri, penyuarlar, kosmetika əşyaları, 4 cüt ayaqqabı, 3 cüt domaşnik, sapojki 1 cüt, çantalar, epilyator, fen) 1500 manat dəyərində və adda olan əmlaklar üzərinə həbs qoyulması qeyd olunmuş, lakin həmin əşyaların siyahısında qızıl brilyant komplekt, üzük, sırğa, sep 3000 manat dəyərində əşya mənzildə aşkar olunmamışdır. Digər əşyalar mənzildə aşkar olunmuş və üzərinə həbs qoyulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus “Perla” şirkətinin Marsel yataq və qonaq dəstlərinə aid, taxt çarpayı 828 manat, matras 200 manat, şifoner 1368 manat dəyərində, 2 ədəd tumba 378 manat dəyərində, 1 ədəd güzgülü qarderob 594 manat dəyərində, divan 1 ədəd 1206 manat dəyərində, kreslo 2 ədəd 864 manat dəyərində, tumba və stoyka 60 manat, 1 ədəd televizor altlığı 468 manat dəyərində, 2 ədəd servant 864 manat dəyərində, 1 ədəd stol 300 manat, 6 ədəd stul qonaq otağı üçün 600 manat dəyərində, 1 ədəd xalça ipək 500 manat, paltaryuyan «Samsung» 960 manat, soyuducu «Samsung» 1400 manat dəyərində, peç 420 manat dəyərində, qaz plitəsi 200 manat dəyərində, aspirator 230 manat dəyərində, televizor «Samsung» 109 diametr 1100 manat dəyərində, tozsoran «Samsung» 1 ədəd 180 manat dəyərində, sok çəkən 90 manat, ət çəkən 120 manat, mikser 30 manat, ütü 80 manat, mətbəx mebeli 860 manat, mətbəx stolu 1 ədəd 180 manat, mətbəx stulları 4 ədəd 200 manat, qonaq otağı üçü n pərdə 400 manat dəyərində, yataq otağı üçün pərdə 400 manat dəyərində, kuxna üçün pərdə 30 manat, lüstr qonaq otağı üçün 550 manat dəyərində, lüstr yataq otağı üçün 450 manat dəyərində, mətbəx üçün lüstr 50 manat, noçnik 2 ədəd 70 manat, yorğan 1 ədəd 50 manat, döşək taxt üçün 1 ədəd 200 manat, yastıq 2 ədəd 20 manat, tac yataq örtüyü 1 ədəd 400 manat dəyərində, odeyal dəsti göy rəngdə 50 manat, pastel dəsti 5 ədəd 300 manat, qətifə 5 ədəd 75 manat, dəsmal 6 ədəd 48 manat, mavi rəngdə servis dəsti 12 nəfərlik 450 manat, yaşıl şüşə servis dəsti 100 manat, “Karaca”-dan qara-qızılı meyvə qabı 50 manat, qəhvə naboru 120 manat, altı qızılı güldan, vaza konfet qabı dəsti 450 manat, çemodan içində mətbəx dəstləri 120 manat, vilka və qaşıq dəstləri 50 manat, stol örtüyü 4 ədəd 100 manat, çaşka d əsti 6 ədədli 2 nabor 70 manat, qəhvəyi rəngdə şirniyyat boşqab dəsti 40 manat, göy naxışlı 5 növ boşqabı olan 6 nəfərlik servis 150 manat, bakallar zərli işləməli 6 ədəd 50 manat, sadə 6 ədədli bakal dəsti 25 manat, qrafinka və 6 ədəd stəkan dəsti 20 manat, göy rəngli şirniyyat dəsti 20 manat, podnos 10 manat, mətbəx üçün vilka-qaşıq dəsti 30 manat, asılqanlı mətbəx ləvazimatlar dəsti 25 manat, çaydan və çaynik 90 manat, çərəz naboru 4 ədəd 60 manat, bordovu rəngdə 4-lü nabor 20 manat, çərəz qabı 3-lü 50 manat, qazan dəsti 150 manat, tavalar 50 manat, əlavə qazanlar 30 manat, xrustal stəkanlar və nəlbəkilər 12 ədəd 50 manat dəyərində, mürəbbə qabı və razetkalar 50 manat, stolüstü saat 50 manat, hamam aksesuarları 150 manat, dorojkalar 20 manat, qızıl brilyant komplekt qolbaq, üzük, sırğa, sep 3000 manat dəyərində, qeyim əşyaları (palto, kurtka, pencəklər, donlar, idman kostyumu, balonka, yay və qış koftaları, ev geyimləri, pijama dəstləri, hamam xalatı, üst və alt qeyimləri, penyuarlar, kosmetika əşyaları, 4 cüt ayaqqabı, 3 cüt domaşnik, sapojki 1 cüt, çantalar, epilyator, fen) 1500 manat dəyərində, ümumilikdə 24523 manat dəyərində əşyaların alınıb ona verilməsi, qətnamə icra olunan zaman mövcud olmayan əşyaların dəyərinin və ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1la nikaha daxil olduqdan sonra ünvan 3 ünvanda yaşayıb sonuncu ilə birgə təsərrüfat aparmışdır. İddiaçı əri ilə yaşadıqları dövr ə rzində cavabdeh tərəfındən xoşa gəlməz rəftara məruz qalmış və münasibətləri pozulduğuna görə işdən çıxaraq valideynlərinin evinə müvəqqəti qonaq getmək qərarına gəlmişdir. Lakin Cavabdeh1 iddiaçıya qarşı daha da aqressiv münasibət bəsləmişdir. Daha sonra iddiaçı Cavabdeh1la nikahının pozulması tələbi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçının ünvan 2 mənzilə cehiz qismində apardığı əşyaları və qızılları həmin mənzildə qalmışdır.
7. İddiaçı tərəfindən dəfələrlə Cavabdeh1 ona məxsus cehiz və qızıl-zinət əşyalarının qaytarılmasını xahiş etsə də, cavabdeh həmin əşyaları ona qaytarmaqdan yayınmışdır. Həmin əşyalardan bir necəsi iddiaçı tərəfindən alınmış və bununla bağlı qaimə-faktura olmuş və məhkəməyə təqdim olunmuşdur. Bundan əlavə, mətbəx mebeli də iddiaçı tərəfindən yı ğdırılmışdır. Cavabdeh tərəf iddiaçıya bahalı komplekt qızıl-zinət əşyaları alınmamasını iddia etsə də, oğlan evi tərəfindən iddiaçıya bir dəst komlekt alınmışdır və hətta bununla bağlı videoçəkiliş də olmuşdur.
8. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 157.2 və Ailə Məcəlləsinin 36cı maddələrinə istinad etmişdir.
9. Cavabdehlər iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddia ərizəsi üzrə qətnamə qəbul edərkən 1 ədəd divan 1206 manat, 2 ədəd kreslo 864 manat, 1 ədəd stol 300 manat, 6 ədəd stul 600 manat, 1 ədəd paltaryuyan «Samsung» 960 manat, 1 ədəd soyuducu «Samsung» 1400 manat, peç 420 manat, qaz plitəsi 200 manat, aspirator 230 manat, televizor «Samsung» 1100 manat, mətbəx mebeli 860 manat, mətbəx lüstrü 50 manat, qara qızılı meyvə qabı 50 manat, stol örtüyü 100 manat, stolüstü saat 50 manat dəyərində hələ ki, yadımızda olan əşyaların, heç vaxt olmayan yalandan böhtan kimi yazılmış qızıl brilyant komplekt qolbağı, üzük, sırğa, sep dəyəri birlikdə 3000 manat göstərilən, dəyəri 1500 manat qeyd olunmuş köhnə, yararsız, tullanası pal-paltarların və digər əşyaların ona qarşı qaldırılmış əsassız, qərəzli, həqiqəti əks etdirməyən, şantaj, böhtan xarakterli, maraq xətrinə yayılmış iddia tələbinin təmin edilməməsi və anasının götürülən 1 ədəd qızıl bilərziyini 370 manat, brilyant komplekt qaşlı 2 ədəd sırğa, 1 ədəd bilərzik, 1 ədəd bpyunbağı sep, 1 ədəd kulon komplektin ümumi qiyməti 4850 manat, 1 ədəd brilyant üzük 2280 manat, gündəlik qızıl sırğalar 200 manat, cəmi 7700 manat qızılzinət əşyalarının iddiaçıdan alınıb Cavabdeh3 verilməsi, borc alınıb verilməyən 6200 manat pulun iddiaçının anası İradə Aslanovadan alınıb Cavabdeh1 verilməsi, böhtan xarakterli iddia ərizəsi yazdığına görə dövlət rüsumunun iddiaçıya aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
10. Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və Cavabdeh2 iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, onun və həyat yoldaşı Cavabdeh3 evləri tamamilə ayrı ünvanda yerləşdiyinə, ayrı yaşadıqlarına, cehiz əşyalarına heç bir aidiyyətləri olmadığı halda cavabdeh qismində qeyd edilmişlər. Cehiz əşyalarının alınması barədə qəbz, maliyyə arayışları və qaimələr araşdırıldıqda məlum olmuşdur ki, əşyaların qiymətində kəskin fərqlər var, bir-birlərinə uyğun gəlmir. Bunlar saxta, bəlkə də sonradan alınmış sənədlərdir. İddiaçının atası Tapdıq Aslanova etibar və inamı olduğuna görə əksər çatdırılma, sənədləşmə işləri ilə bekar olduğu üçün ona həvalə olunmuşdur. Belə ki, iddia ərizəsində taxt çarpayı 828 manat, döşək 200 manat, şifoner 1368 manat, 2 ədəd tumba 378 manat, 1 ədəd güzgülü qarderob 594 manat, divan 1206 manat, kreslo 2 ədəd 864 manat, tumba stoyka 60 manat, 1 ədəd televizor altlığı 468 manat, 2 ədəd servant 864 manat olmaqla, cəmi 6830 manat göstərilmişdir. Lakin maliyyə arayışında bunların cəmi 4700 manat göstərilmişdir. Fərq iddia ərizəsində 2130 manat artıq göstərilmişdir (68304700=2130). Usta ekspertin qeydlərində bu məbləğ 4400 manat göstərilmişdir (4700300=4400). Yəni 300 manat əskik göstərilmişdir. Maliyyə arayışında “Samsung” soyuducu, “Samsung” paltaryuyan, “Samsung” televizor, sobanın qiymətləri cəmi 2930 manat, qaiməfakturalarda 2820 manat göstərilm işdir. Maliyyə arayışı ilə qaimə-faktura arasında 110 manat maliyyə arayışında çox göstərilmişdir. İddia ərizəsində soyuducu 1400 manat, televizor 1100 manat, paltaryuyan 960 manat, soba 420 manat, bunların cəmi 3880 manat göstərilmişdir. Maliyyə arayışı ilə iddia ərizəsi arasında 950 manat fərq (3880 - 2930 = 950), qaimə-faktura ilə iddia ərizəsi arasında 1060 manat fərq (3880-2820=1060). Ticarət şəbəkələrindən mal alanda birinci növbədə hər bir alıcıya qəbz təqdim olunur. Bu da ilkin növbədə əsas sənəd mağaza sənədi sayılır. Mətbəx mebelinin oğlu tərəfindən alınıb yığılması, oraya soyuducu, paltaryuyan, soba, aspirator, duxovka qoyulması barədə video çəkiliş və fotolar əlavə olunmuşdur. İddiaçının həyat yoldaşından 1 gün müddətinə götürülmüş 1 ədəd qolbağı 370 manat, brilyant komplekt qa şlı 2 ədəd sırğa, 1 ədəd qolbağı, 1 ədəd boyun bağı (sep), 1 ədəd kulon ümumi komplektin qiyməti 4850 manat, 1 ədəd brilyant üzük 2280 manat, gündəlik qızıl əşyaları 200 manat olmaqla cəmi 7700 manat dəyərində qızıl-zinət əşyalarının qaytarılması üçün iddiaçıya, sonra atasına, anasına, qardaşına, nənəsinə bir neçə dəfə müraciət olunub telefon əlaqəsi yaradılmışdır. İddiaçının nənəsi xx.xx.2023-cü il tarixdə telefonla zəng edib, iddiaçının götürdüyü qızılzinət əşyalarını gətirib verəcəklərini, onların nə əşyaları varsa gəlib götürülməsi və hər şeyi razılıqla həll edilməsini bildirmişdir. Onları gözləsələr də, qızıl-zinət əşyalarını gətirməmişlər və bu məsələ razılıqla alınmamışdır. Nikah zamanı iddiaçıya 1825.0 manat dəyərində brilyant üzük, 450 manat dəyərində sırğa, 500 manat dəyərində pal-paltar və digər əşyalar ərdən boşanmış olsa da, ona alınmışdır. Həyat yoldaşı Cavabdeh3 qızılzinət əşyalarına məhkəməyə təqdim olunmuş fotoların heç bir aidiyyəti yoxdur. Böhtandır, şərdir. Hazırda iddiaçıya alınmış 1825 manat dəyərində brilyant üzük, 450 manat dəyərində sırğa, 500 manat dəyərində pal-paltar və digər əşyalar iddiaçı tərəfindən evdən aparılmışdır. İcra məmuru tərəfindən cehiz əşyaları barədə tərtib olunmuş aktda qeyd aparılmışdır ki, 3000 manat dəyərində qızıl əşyaları heç vaxt evdə olmayıb və evə gətirməyib. İddiaçı evə həftənin 3-4 gününü işdən sonra gəlib getmişdir. Ona görə də qızıl əşyalarının evdə olması qeyri-mümkün idi. İddiaçının cavabdehə 2000 manat dəyərində brilyant üzük, 2500 manat dəyərində qızıl saat almaları tamamilə yalandır. Cavabdehə 2000 manat dəyəri ndə deyil, ucuz qiymətə bir üzük alınmış, saat isə ümumiyyətlə alınmamışdır. Evlilik dövründə iddiaçının anası İradə Aslanova ayrı-ayrı vaxtlarda müəyyən adlarla 5000 və 1200 manat borc kimi qaytarmaq şərti ilə pul almış və bu günə kimi qaytarmamışdır. Göstərilənlərə əsasən iddianın qismən təmin edilməsini xahiş edir.
11. Suraxanı Rayon Məhkəməsinin 2(010)-2181/2023 nömrəli, 18 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, ünvan 2 ünvanda yerləşən mənzildə iddiaçıya məxsus olan – “Perla” şirkətinin “Marsel” yataq və qonaq dəsti, taxt çarpayı, matras, şifoner, 2 ədəd tumba, 1 ədəd güzgülü qarderob, divan 1 ədəd, kreslo 2 ədəd, tumba və stoyka, 1 ədəd televizor altlığı, 2 ədəd servant, 1 ədəd stol, 6 ədəd stul qonaq otağı üçün, 1 ədəd xalça ipək, 1 ədəd paltaryuyan «Sams ung», 1 ədəd soyuducu «Samsung», 1 ədəd soba, 1 ədəd qaz plitəsi, 1 ədəd aspirator, 1 ədəd televizor «Samsung» 109 diametr, tozsoran «Samsung» 1 ədəd, 1 ədəd sok çəkən, 1 ədəd ət çəkən, 1 ədəd mikser, 1 ədəd ütü, 1 ədəd mətbəx stolu, 4 ədəd mətbəx stulları, qonaq otağı üçün pərdə, yataq otağı üçün pərdə, mətbəx üçün pərdə, lüstr qonaq otağı üçün, lüstr yataq otağı üçün, mətbəx üçün lüstr, noçnik 2 ədəd, yorğan 1 ədəd, döşək taxt üçün 1 ədəd, yastıq 2 ədəd, tac yataq örtüyü 1 ədəd, odeyal dəsti göy rəngdə, pastel dəsti 5 ədəd, qətifə 5 ədəd, dəsmal 6 ədəd, mavi rəngdə servis dəsti 12 nəfərlik, yaşıl şüşə servis dəsti, “Karaca”-dan qara-qızılı meyvə qabı, qəhvə naboru, altı qızılı güldan, vaza konfet qabı dəsti, çemodan içində mətbəx dəstləri, vilka və qaşıq dəstləri, skatertlər (stol örtüyü ) 4 ədəd, çaşka dəsti 6 ədədli 2 nabor, qəhvəyi rəngdə şirniyyat boşqab dəsti, göy naxışlı 5 növ boşqabı olan 6 nəfərlik servis, bakallar zərli işləməli 6 ədəd, sadə 6 ədədli bakal dəsti, qrafinka və 6 ədəd stəkan dəsti, göy rəngli şirniyyat dəsti, podnos, mətbəx üçün vilkaqaşıq dəsti, asılqanlı mətbəx ləvazimatlar dəsti, çaydan və çaynik, çərəz naboru 4 ədəd, bordovu rəngdə 4-lü nabor, çərəz qabı 3-lü, qazan naboru, tavalar, əlavə qazanlar, xrustal stəkanlar və nəlbəkilər 12 ədəd, mürəbbə qabı və razetkalar, stolüstü saat, hamam aksesuarları, dorojkalar, geyim əşyaları (palto, kurtka, pencəklər, donlar, idman kostyumu, balonka, yay və qış koftaları, ev geyimləri, pijama dəstləri, hamam xalatı, üst və alt qeyimləri, penyuarlar, kosmetika əşyaları, 4 cüt ayaqqabı, 3 cüt domaşnik, çəkmə 1 cü t, çantalar, epilyator, fen) adda olan əmlaklar cavabdehlərdən birgə qaydada alınaraq iddiaçıya qaytarılması, iddiaçıya məxsus 1 ədəd komplekt (qolbağ, sırğa, sep və üzük) çəkisi 16 qram, ağ qızıl, 585 əyarlı və brilyant qaşlarla bəzədilmiş qızıl-zinət əşyalarının cavabdehlərdən birgə qaydada alınaraq iddiaçıya qaytarılması, qətnamə icra olunan zaman qızıl-zinət əşyalarının naturada mövcud olmadığı aşkar olunarsa, onun dəyəri 2200 manat məbləğində pul vəsaitinin cavabdehlərdən birgə qaydada alınaraq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. (hakim Leyla Talıbova)
12. Birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi fotoşəkillərə və videoya baxış və iddiaçı tərəfin verdiyi izahat nəticəsində müəyyən etmişdir ki, iddiaçıya nişan mərasimində bir ədəd komplekt hədiyyə edilmişdir.
13. Birinci instansiya məhkəməsi məhkəmə iclasında tədqiq olunmuş sübutları, iddiaçının evdən hansı şəraitdə getməsi halını nəzərə alaraq qeyd etmişdir ki, iddiaçı işdən sonra valideynlərinin evinə qonaq qismində getmiş və özü ilə qızıl-zinət əşyalarını aparmamış, həmin qızıl-zinət əşyaları cavabdehin yaşadığı mənzildə qalmışdır. Cavabdehin izahatına əsasən iddiaçıya başqa qızıl-zinət əşyaları alınmış, lakin iddiaçının iddia etdiyi komplekt isə digər Cavabdeh3 məxsus olmuş, iddiaçının sadəcə müvəqqəti istifadəsinə verilmişdir. Lakin cavabdehlər tərəfindən həmin qızıl-zinət əşyasının digər cavabdehə məxsus olması və iddiaçının həmin qızıl-zinət əşyalarını aparması barədə sübut təqdim olunmamışdır. İddiaçının təqdim etdiyi fotoşəkillərə və videoya baxış keçirilə rkən və iddiaçı tərəfin verdiyi izahata əsasən iddiaçıya nişan mərasimində bir ədəd komplekt hədiyyə edilmişdir. Bundan əlavə cavabdeh tərəf iddia ərizəsində göstərilən bəzi əmlakların onlar tərəfindən alınmasını qeyd etsə də, bununla bağlı sübut təqdim etməmişdir. Əksinə, iddiaçı tərəf bəzi əmlakların onlar tərəfindən alınması ilə bağlı arayışlar və qaimə faktura təqdim etmişdir.
14. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçıya evləndikləri ərəfədə qızıl-zinət əşyalarının alınması və ona hədiyyə verilməsi, həmçinin hədiyyə edilmiş əmlakın cavabdehlərdə qalması iş üzrə sübutlarla təsdiq olunur.
15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya məxsus olan cehiz əmlaklarının və qızıl-zinət əşyalarının cavabdehlərin qanunsuz sahibliyindən geri tələb etmək hüququ olduğ undan ona məxsus olan əmlaklar və qızıl-zinət əşyaları cavabdehlərdən birgə qaydada alınaraq iddiaçıya qaytarılmalıdır.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152, 157, 164, 225-ci, Ailə Məcəlləsinin 32, 34-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1.-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdehlər birgə apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan, 1 ədəd soba, 1 ədəd televizor, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd stol və 6 ədəd stul, 1 ədəd qaz plitəsi və 1 ədəd aspirator, 1 ədəd qonaq otağı üçün çilçıraq, eyni zamanda qızıl-zinət əşyalarının qaytarılması, aşkar edilməzsə 2.200 manat dəyərində pul vəsaitinin verilməsi hissəsində ləğv edilməsi, iddia tələbinin həm in hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, soyuducu, soba, paltaryuyan və televizor xx.xx.2021-ci il tarixdə Cavabdeh1 tərəfindən alınmış olsa da, həmin halları təsdiq edən ödəniş qəbzləri məhkəməyə təqdim edilsə də, məhkəmə qeyd edilən əşyaları iddiaçı tərəfindən gətirilmiş cehiz əşyası kimi qəbul etmişdir. Qaz plitəsi, aspirator, qonaq otağı üçün çilçıraq, divan və kreslo, stol və stul dəsti (6 ədəd) və bir çox xırda para əşyalar Cavabdeh1 tərəfindən nikahadək alınmışdır. Həmin əşyaların pulu Cavabdeh1 tərəfindən verilmiş, iddiaçının atası guya ucuz satılan yerləri bildiyi və həmçinin bekar olduğu üçün ona verilmiş, o isə həmin əşyaları öz adından almışdır. Həmin vaxt Cavabdeh1 da onların yanında olmu şdur. Həmin evdə təxminən 15 il yaşayış olmuş, bəzi əşyalar bu müddət ərzində də alınmışdır. İddiaçı onlar tərəfindən alınmayan əşyaları da öz əşyaları kimi göstərərək tələb etmişdir. Eyni zamanda, iddiaçının anasına Cavabdeh1 tərəfindən 5000 və 1200 manat olmaqla, ümumilikdə 6200 manat məbləğində borc verilmişdir. Həmin borcu iddiaçı tərəf qaytarmamışdır. Cavabdeh1 qazancı birgə xərcləndiyi halda, iddiaçının qazancı özü tərəfindən yığılmış, hətta iddiaçı işə gedərkən xərclədiyi pulları belə Cavabdeh1 almışdır. Bununla belə iddiaçı evin xərclərində hər hansı şəkildə iştirak etməmiş, eyni zamanda evdə təsərrüfat aparmamış və yemək bişirməmişdir. İddiaçının əşyaların alınmasına dair məhkəməyə təqdim etdiyi sənədlər həqiqəti əks etdirmir. Belə ki, zəmanət talonunun xx.xx.2021-ci il tarixə aid olması, həmin tarixdən 1 həftə sonrakı tarixə isə ödəniş qəbzlərinin verilməsi göstərir ki, sübutlar saxtalaşdırılıb. Əşyaların dəyəri ödənilmədən zəmanət talonunun alınması inandırıcı deyil. Əşyaların qiymətləri ilə real qiymətlər arasında kəskin fərqlər olmuşdur. İddiaçı qızıl-zinət əşyalarını getməmişdən əvvəl özü ilə aparmışdır. Məhkəməyə təqdim edilmiş videoçəkilişdən də görünür ki, iddiaçı evi tərk etməmişdən əvvəl əşyalarını yığmış, planlı şəkildə evi tərk etmişdir. Həmin diskdən eyni zamanda görünür ki, iddiaçı əşyalarını hazırlayarkən boşanmaq niyyəti olmuş, “boşanıram” sözündən istifadə etmiş, aydın şəkildə Cavabdeh1 boşanacağı üçün əşyaları yığdığını bildirmişdir. Geyim əşyalarını yığan insanın qızıllarını aparmaması inandırıcı deyil. İddiaçı apardığı nişan qızıllarını, eyni zamanda Cavabdeh3 məxsus olan qızılları ikinci dəfə tələb edərək, varlanmaq niyyətində olmuşdur. İddiaçıya toya görə hədiyyə şəklində alınan qızıllar 1825 manat dəyərində olan brilyant üzükdən, 450 manat dəyərində olan sırğadan ibarət olmuşdur ki, həmin əşyalar da evdən çıxarkən iddiaçı tərəfindən götürülmüşdür. Bununla belə, iddiaçı bir gün müddətinə müvəqqəti tədbirə getmək üçün (bəzənmək məqsədilə) taxdığı Cavabdeh3 aid olan komplekt dəst, üzük və qolbağı öz əşyası kimi qələmə verərək tələb etmişdir. Baxmayaraq ki, həmin qızıllar da iddiaçı tərəfindən aparılmışdır. Qətnamədə qeyd edilən qızıllar isə Cavabdeh3 məxsus qızıllar olmuş və həmin qızılların qiyməti 7.700 manat təşkil etmişdir. Həmin qızılların qaytarılması üçün iddiaçının özünə, atasına, nənəsinə müraciət olunmuşdur. Bu barədə mesajlar da olmuşdur. Həmin sübutlar məhkəməyə təqdim olunmuşdur. Qeyd edilən hala dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət olunsa da, məhkəmə iddianı geri qaytarmış, sonradan yenidən həmin iddia ilə müraciət edilsə də, ərazi aidiyyəti məsələsinə görə iddia təkrarən geri qaytarılmışdır. Bununla belə, sənədlərdəki çatışmazlığı aradan qaldırıb təkrarən məhkəməyə müraciət ediləcəkdir. Əşyaların iddiaçıya məxsus olmasını, evdən gedərkən qızılları evdə qoymasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşmüşdür. İddiaçının qeyd edilən hallara dair mötəbər sübutlar təqdim etməməsinə, eyni zamanda iddiaçının evdən getməmişdən əvvəl əşyalarını yığmasına dair sübutlar cavabdehlər tərəfindən təqdim edilməsinə baxmayaraq, məhkəmə tərəfindən işə obyektiv baxılmamışdır. Məhkəmə əşyaların, o cümləd ən qızıl-zinət əşyalarının cavabdehlərin evində qalması barədə nəticəyə gəlsə də və bunun iş materialları ilə təsdiq edildiyini qeyd etsə də, hansı sübutla təsdiq edildiyini qeyd etməmişdir. Belə ki, həmin hal olmadığından ona dair sübut da olmamışdır. Boşanmış bir uşaqlı qadına ikinci dəfə topa qızıl alına bilməz. İddiaçının evində baş vermiş nişan, daha dəqiq deyilsə, üzük taxma anının fotoları məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə buna əhəmiyyət verməmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 heç bir əsas olmadan cavabdeh kimi işə cəlb edilmişlər.
19. İddiaçı apellyasiya şikayətinə etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, apellyasiya şikayətinin əsas dəlilini cavabdehlərin təqdim etdikləri məişət texnikasına aid kassa qəbzləri təşkil edir. Cavabdeh tərəf apellyasiya ş ikayətində bildirir ki, kassa qəbzlərindəki əşyaları şəxsən özü almışdır. Digər əşyalarla bağlı heç bir dəlil və sübut göstərməmişdir. Şikayət əsassızdır. Belə ki, xx.xx.2021-ci il tarixdə “Sahara Elektornics” tərəfindən iddiaçının atasının adına verilmiş 145149 №-li qaimə fakturada qeyd olunduğu kimi, iddiaçının atası tərəfindən 50 manat beh verilmişdir və məhsullar ünvana çatdırıldıqdan sonra 2.870 manat məbləğ ödəniləcəkdir. Şirkət tərəfindən xx.xx.2021-ci il tarixdə mallar iddiaçının gəlin köçdüyü (və yuxarıda qeyd edilən) mənzilə təhvil verilmişdir və ƏDV-nin geri qaytarılması üçün ümumi məbləğ qeyd olunmuş 2.930 manat dəyərində qəbz təqdim olunmuşdur. 1 ay sonra ƏDV-ni geri ala bilmədikləri üçün iddiaçı, Dövlət Vergi Xidmətinə müraciət etmişdir. Dövlət Vergi Xidmətindən iddiaçıya şif ahi və yazılı AVİS qeydiyyatı xx.xx.2021-ci il tarixli, **********786501 nömrəli müraciətinə cavab verərək bildirmişlər ki, qaimədə ümumi məhsulun adı “Sahara” qeyd olunduğu üçün ƏDV qaytarılmamışdır, buna görə də şirkətə yenidən müraciət olunaraq məhsulların adının ayrılıqda qeyd olunmaqla yenidən qəbz alınmalıdır. İddiaçının atası təkrarən “Sahara Elektronics”-ə müraciət edərək, xx.xx.2021-ci il tarixində hər məhsul üçün ayrılıqda yenidən qəbz aldıqdan sonra iddiaçı ƏDV-ni geri almışdır. Cavabdeh tərəfin təqdim etdiyi qəbzlər isə birgə yaşadıqları 100 saylı mənzildə qalmışdır. Cavabdeh tərəf həmin qəbzləri götürərək aldatmaq məqsədilə məhkəməyə təqdim etmişdir. Eyni məhsulun eyni kodla, eyni məbləğdə 3 ay fərqlə yenidən alınması mümkün deyil. Cavabdeh tərəf iddiaçının təqdim etdiyi kimi malların alınması haqqında arayışı, zəmanət talonunu və qaimələri təqdim etməmişdir. Cavabdeh tərəfin əsas məqsədi məhkəmə prosesini uzatmaqdır. Nikahdan qabaq evdə heç bir əşya olmayıb, ev tamamilə boş olub, mətbəx mebeli də iddiaçı tərəfindən sifariş verilərək hazırlanmışdır. Hətta evdə istilik sistemi də quraşdırılmamışdır, indi də yoxdur. Cavabdeh1 işləməmiş və gəliri olmamışdır
20. Apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş, ekspert qarşısında apellyasiya şikayətində mübahisələndirilən cehiz və qızıl əşyalarının dəyərinin müəyyən edilməsi ilə bağlı sual qoyulmuşdur.
21. Məhkəmə Ekspertizası Mərkəzinin 9/8954 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən 1 ədəd “Samsung” markalı, “RT43K6000S8” modelli, gümüşü rəngli, inverter soyuducun un dəyəri 1.200 manat, 1 ədəd “Samsung” markalı “WW90TA047AX/LP” modelli, 9 kq həcmli, gümüşü rəngli paltaryuyan maşının dəyəri 800 manat, 1 ədəd “Lotus” markalı qara rəngli sobanın (duxovka) dəyəri 350 manat, 1 ədəd “Samsung” markalı, “UE43TU8000U” modelli, qara rəngli televizorun dəyəri 850 manat, 1 ədəd göy rəngli divan və 2 ədəd kreslonun dəyəri 1.600 manat, 1 ədəd qəhvəyi rəngli masa və 6 ədəd oturacağın dəyəri 550 manat, 1 ədəd “Aristocrat” markalı 4 göz (3+1) qaz sobasının dəyəri 160 manat, 1 ədəd “Öztürklər” markalı 460 kub metr/h olan qara rəngli aspiratorun dəyəri 180 manat, qonaq otağı üçün 6 şamdanlı şabalıdı rəngli çilçırağın dəyəri 400 manatdır. Ekspertiza tədqiqatına təqdim edilmiş malların az istifadədə olması nəzərə alınmaqla hazırkı orta bazar qiyməti ilə ümumi dəyəri təx minən 6090 manat təşkil edir. Zərgərlik məmulatları tədqiqata təqdim edilmədiyindən həmin mallar üzrə qiymətləndirmə aparılmamışdır.
22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-410/2024 nömrəli, 02 aprel 2024-cü il tarixli qətnaməsi ilə cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş 18 iyul 2023-cü il tarixli qətnamənin apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni 1 ədəd “Samsung” markalı soyuducu, 1 ədəd “Samsung” markalı paltaryuyan maşın, 1 ədəd soba, 1 ədəd “Samsung” markalı televizor, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd stol və 6 ədəd stul, 1 ədəd qaz plitəsi, 1 ədəd aspirator, 1 ədəd qonaq otağı üçün çilçırağın cavabdehlərdən birgə qaydada alınaraq iddiaçıya q aytarılması hissəsində ləğv edilməsi və həmin hissədə iddianın qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsi, dəyəri 1.200 manat olan 1 ədəd “Samsung” markalı “RT43K6000S8” modelli gümüşü rəngli inverter soyuducu, dəyəri 800 manat olan 1 ədəd “Samsung” markalı “WW90TA047AX/LP” modelli 9 kq həcmli gümüşü rəngli paltaryuyan maşın, dəyəri 350 manat olan 1 ədəd “Lotus” markalı qara rəngli soba (duxovka), dəyəri 850 manat olan 1 ədəd “Samsung” markalı “UE43TU8000U” modelli qara rəngli televizor, ümumi dəyəri 1.600 manat olan 1 ədəd göy rəngli divan və 2 ədəd kreslo, dəyəri 550 manat olan 1 ədəd qəhvəyi rəngli masa və 6 ədəd oturacaq, dəyəri 160 manat olan 1 ədəd “Aristocrat” markalı 4 göz (3+1) qaz sobası, dəyəri 180 manat olan 1 ədəd “Öztürklər” markalı 460 kub metr/h qara r əngli aspirator, dəyəri 400 manat olan qonaq otağı üçün 6 şamdanlı şabalıdı rəngli çilçırağın, həmin əşyaların naturada qaytarılması mümkün olmadığı halda isə onların dəyərinin cavabdehlərdən birgə qaydada alınaraq iddiaçıya verilməsi, qətnamənin apellyasiya baxışının predmeti olan qalan hissədə, yəni qızıl-zinət əşyalarına aid hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışınki, Azad İmanov)
23. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə yoxlayaraq qeyd etmişdir ki, iddiaçı və Cavabdeh1 xx.xx.2021ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. İddiaçı cavabdeh tərəfə məxsus yaşadıqları yaşayış sahəsinə gəlin köçmüşdür. Bir müddət sonra iddiaçı ilə Cava bdeh1 münasibətləri pozulmuşdur. İddiaçı cavabdehlərin mənzilini tərk etmişdir. 24. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “Maliyyə arayışı”na əsasən həqiqətən də xx.xx.2021-ci il tarixində fiziki şəxs X3 "xxxx" mağazasından 2.930 manat dəyərində “Samsung” markalı soyuducu, “Samsung” markalı paltaryuyan, “Samsung” markalı televizor və “Sob” adlı məhsul almışdır. Alınan məişət texnikası məhsulları şirkət tərəfindən müştərinin bildirdiyi ünvana aparılmış və quraşdırılmışdır. Alınan mallara zəmanət verilmişdir. 25. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “Maliyyə arayışına” əsasən həqiqətən də xx.xx.2021-ci il tarixində fiziki şəxs X2 şirkətə məxsus olan və Bakı şəhəri, Babək prospektində yerləşən “Perla Mebel” Mağazasından 4.700 manat dəyərində “Marsel” adl ı yataq dəsti, “Marsel” adlı qonaq dəsti, döşək plusline, divan kreslo “Zen”, jurnal masa sektor, pufik adlı məhsul almışdır. Məhsul şirkət tərəfindən müştərinin bildirdiyi ünvana aparılmış və quraşdırılmışdır. Alınan mallara zəmanət verilmişdir.
26. Bakı Şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akta əsasən Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 130/A-da yerləşən və cavabdehlərə məxsus 100 saylı mənzildə 3000 manat dəyərində qızıl briliant komplekt, üzük, sırğa, sep aşkar olunmamış, iddia ərizəsində sadalanan digər əşyalar isə aşkar olunmuş və üzərinə həbs qoyulmuşdur.
27. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi fotoşəkillər və videogörüntü ilə ona nişan mərasimində bir ədəd komplekt hə diyyə edildiyi təsdiq edilir. İddiaçı işdən sonra valideynlərinin evinə qonaq qismində getmiş və özü ilə qızıl-zinət əşyalarını aparmamış, həmin qızıl-zinət əşyaları cavabdehin yaşadığı mənzildə qalmışdır.
28. Apellyasiya instansiya məhkəməsi vurğulamışdır ki, iddiaçıya evləndikləri ərəfədə qızıl-zinət əşyalarının alınması və ona hədiyyə verilməsi, həmçinin hədiyyə edilmiş əmlakın cavabdehlərdə qalması iş üzrə sübutlarla təsdiq olunur. Cavabdeh tərəf iddiaçıya başqa qızıl-zinət əşyaları alındığını, lakin iddiaçının iddia etdiyi komplektin Cavabdeh3 məxsus olduğunu, iddiaçının müvəqqəti istifadəsinə verildiyini bildirsə də, bu halları, həmçinin iddiaçının həmin qızıl-zinət əşyalarını aparmasını sübuta yetirə bilməmişdir. Cavabdeh tərəf iddia ərizəsində göstərilən bəzi əmlakların onlar tərəf indən alınmasını qeyd etsə də, bununla bağlı sübut təqdim etməmişdir. Əksinə, iddiaçı tərəf bəzi əmlakların onlar tərəfindən alınması ilə bağlı arayışlar və qaimə faktura təqdim etmişdir.
29. Cavabdeh tərəfin soyuducu, soba, paltaryuyan və televizorun xx.xx.2021-ci il tarixdə Cavabdeh1 tərəfindən alınması, həmin halları təsdiq edən ödəniş qəbzlərinin birinci instansiya məhkəməsinə təqdim edilməsi, buna baxmayaraq birinci instansiya məhkəməsinin qeyd edilən əşyaları iddiaçı tərəfindən cehiz əşyası kimi qəbul etməsi barədə apellyasiya şikayətinin dəlilinə etiraz edən iddiaçı göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə “Sahara Elektornics” tərəfindən iddiaçının atası X1 adına verilmiş 145149 №-li qaimə fakturada qeyd olunduğu kimi, iddiaçının atası tərəfindən 50 manat beh verilmişdir və məhsull ar ünvana çatdırıldıqdan sonra 2.870 manat məbləğ ödəniləcəkdir. Şirkət tərəfindən xx.xx.2021-ci il tarixdə mallar yuxarıda qeyd edilən mənzilə təhvil verilmişdir və ƏDV-nin geri qaytarılması üçün ümumi məbləğ qeyd olunmuş 2.930 manat dəyərində qəbz təqdim olunmuşdur. 1 ay sonra ƏDV-ni geri ala bilmədikləri üçün iddiaçı Dövlət Vergi Xidmətinə müraciət etmişdir. Dövlət Vergi Xidmətindən iddiaçıya şifahi və yazılı AVİS qeydiyyatı xx.xx.2021-ci il tarixli, **********786501 nömrəli müraciətinə cavab verərək bildirmişlər ki, qaimədə ümumi məhsulun adı “Sahara” qeyd olunduğu üçün ƏDV qaytarılmamışdır, buna görə də şirkətə yenidən müraciət olunaraq məhsulların adının ayrılıqda qeyd olunmaqla yenidən qəbz alınmalıdır. İddiaçının atası təkrar “Sahara Elektronics”-ə müraciət edərək, xx.xx.2021-ci il tarixində hər məhsul üçün ayrılıqda yenidən qəbz aldıqdan sonra iddiaçı ƏDV-ni geri almışdır. Cavabdeh tərəfin təqdim etdiyi qəbzlər isə birgə yaşadıqları 100 saylı mənzildə qalmışdır.
30. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçının qeyd etdiyi bu faktlar apellyasiya şikayətinə əlavə edilmiş sənədlərlə, o cümlədən Dövlət Vergi Xidmətinə edilmiş onlayn müraciət və həmin müraciətə verilmiş xx.xx.2021-ci il tarixli, **********708300 nömrəli cavab məktubu ilə öz təsdiqini tapmışdır.
31. Apellyasiya instansiyası məhkəməsi həmçinin bir əşyanın eyni qiymətə ayrı-ayrı tarixlərdə iki dəfə alınmasını ağlabatan hesab etməmişdir. Həmçinin vurğulanmalıdır ki, tərəflər arasında əşyaların 2 ədəd deyil, 1 ədəd olması ilə bağlı fikir ayrılığı yoxdur. Buna görə də apellyasiya şikayəti əs assız, ona qarşı dəlillər isə əsaslıdır.
32. Eyni zamanda, iddiaçının anasına Cavabdeh1 tərəfindən 5.000 və 1.200 manat olmaqla, ümumilikdə 6.200 manat məbləğində borc verilməsi dəlili məhkəmə baxışının predmetini təşkil etmir və hazırki mübahisənin həlli üçün əhəmiyyət kəsb etmir. Çünki cavabdehlər bu məbləğ ilə bağlı iddia ilə birinci instansiya məhkəməsinə müraciət etməmiş və bu kimi tələb birinci instansiya məhkəməsinin baxışı predmeti olmamışdır.
33. İddiaçının qızıl-zinət əşyalarını getməmişdən əvvəl özü ilə aparması, məhkəməyə təqdim edilmiş video çəkilişdən də iddiaçının evi tərk etməmişdən əvvəl əşyalarını yığması, planlı şəkildə evi tərk etməsi barədə apellyasiya şikayətinə münasibətdə apelyasiya instansiyası məhkəmə qeyd etmişdir ki, təqdim edilmiş videoçəkilişdən iddiaçı tərə findən mübahisəli qızıl-zinət əşyalarının götürərək evi tərk etməsi təsdiq edilmir. Videoçəkilişin aparıldığı tarixi dəqiq müəyyən etmək mümkün deyil. Qətnamə ehtimal əsasında qəbul edilə bilməz, iş üzrə mövcud olan faktlar mötəbər, ziddiyyətsiz və fakta aid olan sübutlar əsasında müəyyən edilmiş hesab edilə bilər.
34. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin iddiaçının ona məxsus olan cehiz əmlaklarının və qızıl-zinət əşyalarının cavabdehlərin qanunsuz sahibliyindən geri tələb etmək hüququ olmasını nəzərə almış birinci instansiya məhkəməsi həmin əmlakların və qızıl-zinət əşyalarının cavabdehlərdən birgə qaydada alınaraq iddiaçıya qaytarılmalı olmasını düzgün müəyyən etsə də, lakin apellyasiya baxışının predmetini təşkil edən hissədə iddia tələbində əşyaların qaytarılmasının müm kün olmayacağı halda, onların dəyərinin cavabdehlərdən alınıb iddiaçıya verilməsi də tələb edilmiş, birinci instansiya məhkəməsi tərəfindən isə tələbin bu hissəsinə qiymət verilməmiş və əşyaların dəyəri ilə bağlı araşdırma aparılmamışdır.
35. Birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsindən isə görünür ki, cavabdehlərdən alınaraq iddiaçıya verilməli olan və apellyasiya baxışının predmetini təşkil edən əmlakların dəyəri qətnamədə göstərilməmiş, bununla da MPM-in 222.1-ci maddəsinin imperativ tələbinə əməl edilməmişdir. Bu baxımdan qəbul edilməlidir ki, qətnamə apellyasiya baxışının predmeti olan hissədə qızıl-zinət əşyalarına aid hissə istisna olmaqla, qalan hissədə düzgün deyil.
36. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi həmin düzgün olmayan hissədə lə ğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.
37. İddianın qeyd edilən hissəsində yeni qətnamə qəbul edilməsi barədə nəticəyə gələn apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, Ailə Məcəlləsinin tələblərinə görə, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.
38. Apellyasiya instansiyası məhkəməsi aldığı ekspert rəyinə də istinad edərək belə nəticəyə gəlmişdir ki, aşağıdak ı əşyalar cavabdehlərdən alınaraq iddiaçıya verilməli, onların naturada verilməsi mümkün olmadığı halda onların dəyəri cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir: 1 ədəd “Samsung” markalı “RT43K6000S8” modelli gümüşü rəngli inverter soyuducu, 1 ədəd “Samsung” markalı “WW90TA047AX/LP” modelli 9 kq həcmli gümüşü rəngli paltaryuyan maşın, 1 ədəd “Lotus” markalı qara rəngli soba (duxovka), 1 ədəd “Samsung” markalı “UE43TU8000U” modelli qara rəngli televizor, 1 ədəd göy yəngli divan və 2 ədəd kreslo, 1 ədəd qəhvəyi rəngli masa və 6 ədəd oturacaq, 1 ədəd “Aristocrat” markalı 4 göz (3+1) qaz sobası, 1 ədəd “Öztürklər” markalı 460 kub metr/h qara rəngli aspirator, 1 ədəd qonaq otağı üçün 6 şamdanlı şabalıdı rəngli çilçıraq.
39. Həmin əşyaların dəyəri iddia ərizəsində göstərildiyi kimi deyil, daha aşağı, yəni ekspert rəyində göstərilən qiymətlərlə müəyyən edildiyindən iddia həmin hissədə qismən təmin edilmiş sayılmalıdır.
40. Qızıl-zinət əşyalarının qiymətinin ekspert rəyi ilə müəyyən edilməsi mümkün olmadığından qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır
41. Həmçinin qətnamənin apellyasiya baxışının predmeti olan hissədə qismən təmin edilməsinə baxmayaraq, apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün apellyasiya şikayəti təmin edilməməlidir.
42. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.5, 157.1, 157.2, 225.2, 225.3-cü, Ailə Məcəlləsinin 34.1, 34.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 222.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
43. Cavabdehlər (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, yəni 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan, 1 ədəd soba, 1 ədəd televizor, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd stol və 6 ədəd stul, 1 ədəd qaz plitəsi və 1 ədəd aspirator, 1 ədəd qonaq otağı üçün çilçıraq, eyni zamanda qızıl-zinət əşyalarının qaytarılması, aşkar edilməzsə 2.200 manat dəyərində pul vəsaitinin verilməsi hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
44. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
45. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki M əcəlləsi Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-ar vadın hər birinin əmlakıdır). Maddə 34.2. Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ərarvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası m əhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
46. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə ə lavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Kassasiya şikayətində cavabdehlər apellyasiya instansiyası məhkəməsinin aktını 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan, 1 ədəd soba, 1 ədəd televizor, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd stol və 6 ədəd stul, 1 ədəd qaz plitəsi və 1 ədəd aspirator, 1 ədəd qonaq otağı üçün çilçıraq, eyni zamanda qızıl-zinət əşyalarının qaytarılması, aşkar edilməzsə 2.200 manat dəyərində pul vəsaitinin verilməsi hissəsində mübahisələndirmişlər. Buna görə də məhkəmə kollegiyası qətnaməni həmin hissədə yoxlayır.
48. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiy yətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmiş, cavabdehlərin kassasiya şikayətinin dəlilləri ilə eyn i olan apellyasiya şikayətinin dəlillərinə tam qiymət vermişdir.
51. İddia tələbi əmlakın qanunsuz sahiblikdən geri istənilməsi barədədir. İddianın hüquqi əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin normanın tələbinə görə bu iddianın təmin edilməsinin əsas şərti iddiaçının mülkiyyətində olan əşyaların cavabdehlərin qanunsuz sahibliyində olması faktının sübut edilməsindən asılıdır.
52. Apellyasiya məhkəməsinin müəyyən etdiyi işin hallarından da görünür ki, iddiaçı istinad etdiyi halları, yəni apellyasiya şikayətində mübahisələndirilən cehiz əşyaları və qızılların mövcudluğunu, onların cavabdehlərin qanunsuz sahibliyində olmasını sübut edə bilmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi ha lları sübut etməlidir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir.
53. Buna görə də məhkəmə kollegiyası iddia tələbi və apellyasiya şikayəti üzrə apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 23-41-ci bəndlərində əks edilən hüquqi dəyərləndirməsi ilə razılaşır.
54. Apellyasiya instansiyası məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
55. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, eyni dəlillər apellyasiya şikayətində də irəli sürülmüş və apellyasiya instansiyası məhkəməsi həmin dəlillərə qiymət vermişdir.
56. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşdığı üçün kassasiya şikayətinin dəli lərinə əlavə qiymət verməyə zərurət görmür.
57. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
58. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-410/2024 nömrəli, 02 aprel 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.