Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2832/2025 24.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikilidən çıxarılma, tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq qanuni istifadəyə qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər X2 və Cavabdeh1 İsrafil qızına qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3023/2025 nömrəli, 27 may 2025-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" QSC (Vəkil3) tərəfindən verilmiş kassasiya şikayətinə 24 sentyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Bakı şəhəri, Nizami rayonu, Y.Səfərov küçəsi ev 32 ünvanında yerləşən 41 saylı fərdi yaşayış evi Cavabdeh1 və 54 saylı fərdi yaşayış evi Cavabdeh2 məxsusdur. Həmin fərdi yaşayış evlərinə dair kommunal xidmətlərə görə Cavabdeh1 və Cavabdeh2 tərəfindən ödənişlər edilmişdir. 2. 21 iyun 2019-cu il tarixli aktdan görünür ki, Cavabdeh1 məxsus fərdi yaşayış evi 1965-cı illərdə tikilib, NZS qəsəbəsi ərazisində dəmiryolunun mühafizə zonasında, dəmiryolu xətti səviyyəsindən 6-7 metr yüksəklikdə, yamacd a yerləşir. Birmərtəbəli ev qismən düzbucaqlı formada, ümumi sahəsi 45,76 kv.m. olub, qonşu evə bitişik inşa edilmişdir. Mərtəbənin hündürlüyü 2,6 metrdir. Evin yükdaşıyan divarlarının qalınlığı 40 sm, arakəsmələrin qalınlığı isə 20 sm. olmaqla, mişarlanmış əhəngdaşından tikinti norma və qaydalarına əməl edilmədən tikilmişdir. Evə giriş hissəsi, mətbəx və ayaqyolu yamacda primitiv qaydada metal boru dayaqlar və tirlər üzərində düzəldilmiş meydançada inşa edilmişdir. Evin tavan və döşəmələri dikt, qapı və pəncərələri ağac materialındandır. Evin damı, biryamaclı çardaq tipli olmaqla, ağac materialı üzərində dalğalı azbestşifer materialındandır. Evin əksər divarları və suvaq qatı fiziki köhnəlmələrdən, dəmiryolu xəttində hərəkət edən qatarların mütəmadi olaraq dinamiki titrəyişlərindən və mən zillərin uzun müddət təmirsiz istismarından ovulub yararsız hala düşmüşdür. Mətbəx, hamam və ayaqyolunun divarlarında nəmişlik əlamətləri nəticəsində eni 2-4 m.m. olan müxtəlif istiqamətli birtərəfli çatlar yaranmışdır. Sakinlər tərəfindən mənzillərdə su, kanalizasiya və işıq xətləri pərakəndə qaydada.
3. Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısının 21 iyul 2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonunun Keşlə qəsəbəsindəki NZS yaşayış massivindən keçən dəmiryolu xəttinin mühafizə zolağına düşən hissəsində, Y.Səfərov küçəsində uzun illər öncə sakinlər tərəfindən özbaşına fərdi yaşayış evləri inşa edilmişdir. Bu ərazidə yerləşən 4 (dörd) tərəflərindən Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət olunmuş və bun un əsasında Agentliyin “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutu tərəfindən sözügedən yaşayış evlərinə vizual texniki baxış keçirilərək müvafiq akt tərtib edilmişdir. Agentliyin mütəxəssislərinin verdiyi 21 iyun 2019-cu il tarixli rəyə əsasən, Şakir Əliyevə, Cavabdeh1, Hacınisə Qurbanovaya və Səidi Şəhriyara məxsus sözügedən evlər metal boru dayaqlar və tirlər üzərindəki meydançada inşa edilmişdir. Bu meydançanın istismara yararsız vəziyyətini, evin divarlarında yaranmış çatları və qatarların hərəkəti zamanı ciddi titrəyişlərə məruz qalmasını nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyinin göstərilən texniki araşdırma ilə məşğul olan əməkdaşları evin texniki vəziyyətini qəzalı kimi qiymətləndirmişlər. Bununla əlaqədar Agentliyin mütəxəssisləri hesab edir ki, saki nlər köçürülməli, evlərə giriş qadağan edilməli, evə daxil olan kommunikasiya xətləri (qaz, su, işıq və s.) kəsilməli, evin ətrafı çəpərlənməli və digər təhlükəsizlik tədbirləri görülməlidir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının verdiyi mütəxəssis rəyinə əsasən Rayon İcra Hakimiyyətinin dəfələrlə etdiyi cəhdə baxmayaraq qeyd olunan ünvanda yaşayan sakinlər müvafiq qabaqlayıcı və möhkəmləndirmə işlərinin aparılmasına öz etirazlarını bildirmiş və evlərinin sökülərək kompensasiya və ya mənzillə təmin olunmaqlarını tələb etmişlər. Məlumat üçün bildirir ki, Keşlə stansiyasının 2-ei blok postundan Yeni Bakı Neftayırma zavoduna gedən dəmir yolu vasitəsi ilə Dübəndi Terminalından göndərilən neft və neft məhsullarının, habelə "xxxx" QSC üçün aviasiya kerosininin daşınması həyata keçirilir. Həmin ərazidən keçən dəmiryolu xətlərinin ətrafındakı yaşayış evlərinin strateji məhsullar daşınan ərazidə dəmiryolu xətlərinin mühafizə zonasında yerləşməsi, qatarların hərəkəti zamanı müxtəlif növ təhlükələrin, fövqəladə hadisələrin baş verməsinə səbəb ola bilər. Qeyd olunan ünvanda fövqəladə hadisənin yarandığı zaman xüsusi təyinatlı texnikanın həmin əraziyə yaxınlaşmasına ciddi problemlər yarada bilər. Bununla əlaqədar olaraq həmin ərazidə baş verə biləcək fövqəladə hadisənin qarşısının alınması məqsədi ilə dəmir yolu xətlərinin mühafizə zonasında yerləşən özbaşına inşa edilmiş fərdi yaşayış evlərinin köçürülməsinə zərurət yaranmışdır. Sözügedən ərazidən 2017-ci ilin avqust ayından başlayaraq 2018-ci ilin mart ayına qədər "xxxx" QSC tərəfindən 477 fərdi yaşayış evinin köçürülməsi həy ata keçirilmişdir. Qeyd olunanları nəzərə alaraq Keşlə qəsəbəsi, Y.Səfərov küçəsi 32 ünvanında uzun illər öncə özbaşına inşa edilmiş və hal-hazırda qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərinin sakinlərinin təhlükəsizliyinin təmin olunması məqsədi ilə müvafiq tədbirlərin görülməsi üçün köməklik göstərilməsini xahiş etmişdir.
4. Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqularının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixdə Cavabdeh2 fiziki şəxslər tərəfindən özbaşına tikilmiş yaşayış evlərinin qiymətləndirilməsinə dair hesabat verilmişdir.
5. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ünvanlandığı 13 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyində ünvan 1 ünvanda yerləş ən dörd fərdi yaşayış evinin sakinlərinin təhlükəsizliyinin təmin olunması məqsədilə birdəfəlik maddi yardım ödənilməklə onların köçürülməsi və bu evlərin sökülməsinin məqsədəuyğun hesab edildiyi barədə Bakı Şəhər İcra Hakimiyyətinin məktubuna və əlavələrə aidiyyəti üzrə baxılmışdır. Sözügedən evlərin texniki vəziyyətinə dair Fövqəladə Hallar Nazirliyinin aktından göründüyü kimi, bu tikililər 1960-cı illərdə dəmir yolunun mühafizəsi zonasında özbaşına olmaqla yamacda və hir hissəsi metal boru dayaqlar və tirlər üzərində primitiv qaydada düzəldilmiş meydançada tikinti norma-qaydalarına əməl olunmadan inşa edilmiş və fiziki köhnəlmədən, qatarların hərəkətindən yaranan titrəyişlərdən və uzun müddət təmirsiz istismar edildiyindən yararsız hala düşmüşdür. Eyni zamanda, daxil olmuş məktubda fərd i evlərin sakinlərinin maddi yardım müqabilində köçürülməsi haqda qərarın hansı instansiyada qəbul edildiyi barədə məlumat verilməmişdir. Ölkə ərazisində dövlət əhəmiyyətli strateji magistral boru kəmərindən və kommunikasiyaların (qaz, neft kəmərləri, dəmir yolu, elektrik verilişi xətləri və s) mühafizə zonasında yerləşən şəhərsalma və tikintiyə dair normativlər pozulmaqla özbaşına inşa edilmiş kifayət qədər yaşayış evlərinin mövcud olduğunu və sözügedən dörd fərdi evin sakinlərinin maddi yardım verilməklə köçürülməsinin arzuolunmaz presedentə səbəb ola biləcəyini nəzərə alaraq, məsələnin "xxxx" QSC tərəfindən hüquq-məhkəmə müstəvisində həllini dəstəkləyir və gələcəkdə bu qəbildən olan müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsini təklif etmişlər. İş üzrə qəbul ed ilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı, yaxud QSC) cavabdehlər X2 və Cavabdeh1 İsrafil qızına (bundan sonra cavabdehlər, yaxud ad, soyadı) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, NZS ərazisindən keçən dəmir yolunun mühafizə zonasında qazma yataq üzərində inşa edilmiş qanunsuz tikililər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 hesabına sökülərək dəmir yolunun mühafizə zonasından kənarlaşdırılması, 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" QSC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı qurumun balansında olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, NZS ərazisindən keçən dəmir yolunun mühafizə zonasında qazma yataq üzərində torpaq sahələrinin zəbt edilərək qanunsuz tikinti işlərinin aparılması aşkar edilmişdir. Müəyyən olunmuşdur ki, həmin ərazidə dəmir yolunun mühafizə zonasının eni 24 metr təşkil etdiyi halda Cavabdeh3 və Cavabdeh1 tərəfindən 6 metr məsafədə tikinti işləri aparılmışdır. Dəmir yolu xəttinin qazma yataqda çəkilməsi, həmçinin hazırda bu evlərin qəzalı vəziyyətdə olması və həmin dəmir yolu xətti ilə neft və neft məhsullarının daşınması təhlükəliliyi daha da artırır, gələcəkdə neqativ halların baş verməsini qaçılmaz edir. ADY-yə daxil olmuş Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 11- 19/138 nömrəli məktubunda h əmin ərazidə yerləşən qəzalı vəziyyətdə olan fərdi yaşayış evlərinin Cavabdeh3 və Cavabdeh1 məxsus olması qeyd edilmişdir. Bununla bağlı ADY-nin aidiyyəti işçilərinin iştirakı ilə həmin əraziyə xx.xx.2022-ci il tarixdə baxış keçirilmiş, qeyd edilən fakt bir daha öz təsdiqini tapmışdır. Bu səbəbdən ADY hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
8. Birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 51-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinə Cavabdeh2 cavabdeh qismində cəlb edilməsinə dair təklif irəli sürmüşdür. Məhkəmə tərəfindən Cavabdeh2 cavabdeh qismində cəlb edilmişdir.
9. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, sözügedən ev sovet dövründə illər öncə tikilmişdir. 60-cı illərdə evlər tikiləndə dövlət bilmişdir ki, mühafizə zonasına düşür, icazə vermişdi ki, orada evlər tikilsin. Qəbzlər var, kommunal xidmətlərlə bağlı ödənişlər etmişdir. Ev çox pis vəziyyətdədir. Evlər dəmir yolunun qazıntısı nəticəsində bu günə düşmüşdür. Qapılar bağlanmır. 20 ildir ki, orada yaşayır. Evi alıb, özü tikməmişdir.
10. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkilləri və nümayəndələri Vəkil2 və Vəkil1 bildirmişdir ki, ekspert rəy verərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 33 nömrəli qərarı ilə təsdiq olunmuş “Dəmir yol təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması qaydaları”na əsaslanmışdır Təqdim etdiyi sənədlərdən görünür ki, ev 60-cı illərdə t ikilmişdir. Ekspertin əsaslandığı qaydalar 2005-ci ildə təsdiq olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının müddəalarına əsasən vətəndaşların hüquqi vəziyyətini pisləşdirən normativ aktların geriyə qüvvəsi yoxdur. Həmçinin xx.xx.2004-cü il tarixli hesabatdan görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti onun evini şəxsi tikili kimi tanıyıb və onun qiymətləndirilməsini öz möhürü ilə təsdiq etmişdir. Ona görə onun evi qanunsuz tikili kimi sökülə bilməz. Əgər sökülərsə cavabdehə kompensasiya verilməlidir. İllərdir ki, cavabdeh o evdə yaşamış, o evdə toyu olmuş və o evdə övladları dünyaya gəlmişdir. Hazırda oğlu Kəlbəcərdə hərbi xidmətdədir.
11. Məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/5856 nömrəli ekspert rəyinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nın 2-ci hissəsində və 21-ci bəndində göstərilənləri nəzərə alaraq ünvan 2 ünvanında yerləşən Cavabdeh2 və Cavabdeh1 İsrafil qızının istifadələrində olan fərdi yaşayış evləri NZS ərazisindən keçən dəmir yolunun mühafizə zonasına düşdüyü müəyyən edilmişdir.
12. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(007)-92/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Ülkər Yusifova) iddia tələbi rədd edilmişdir.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 33 nömrəli qərarı ilə təsdiq olunmuş “Dəmir yol təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması qaydaları” 1960-cı ildə evlərin tikilməsindən və Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqularının Qeydiyyatı tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli Cavabdeh2 fiziki şəxslər tərəfindən özbaşına tikilmiş yaşayış evlərinin qiymətləndirilməsinə dair hesabatdan sonra qəbul olunmuşdur.
14. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 33 nömrəli qərarı ilə təsdiq olunmuş “Dəmir yol təyinatl ı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması qaydaları” 1960-cı ildə evlərin tikilməsindən və Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqularının Qeydiyyatı tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli Cavabdeh2 fiziki şəxslər tərəfindən özbaşına tikilmiş yaşayış evlərinin qiymətləndirilməsinə dair hesabatdan sonra qəbul olunmuşdur.
15. Məhkəmə hesab etmişdir ki, əgər sökülməsi tələb edilən evlər iddiaçının fəaliyyətini həyata keçirməsinə maneə törədirsə, bu zaman iddiaçı cavabdehləri onların ailə üzvləri ilə birlikdə yaşamaları üçün yaşayış yeri ilə təmin etməlidir. Həmçinin “Azemis”dən çıxarışdan da görünür ki, cavabdehlərin mülkiyyətində heç bir əmlak yoxdur. Odur ki, iddiaçı tərəfindən həmin evlərin sökülməsi müqabilində cava bdehlər yaşayış yeri ilə təmin edilməli, yaxud onlara kompensasiya ödənilməlidir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü, Mənzil Məcəlləsinin 5.3 və 9.1-ci maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsinin “S.Əhmədovanın Azərbaycana qarşı” iş üzrə 18 noyabr 2021-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.3, 217.4, 167.1.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:
17. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə bir tərəfdən vətəndaşların mənzil toxunulmazlığı hüquqlarını qoruyur, digər tərəfdən onların həyatını təhlükə altına qoyur. Evin yararsız və təhlükəli vəziyyətdə olmasını nəzərə alaraq, gələcəkdə hər hansı bir bədbəxt hadisənin baş vermə ehtimalı məhkəmə tərəfindən nəzərə alınmamışdır. Həmçinin qanunsuz tikili heç bir halda alğı-satqı müqaviləsinin predmeti ola bilməz. Ona görə də, məhkəmənin qeyd etdiyi “cavabdehlər satın almışlar” istinadı qanuna ziddir və sübuta yetirilmir. Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, özbaşına tikili 1960-ci illərdə inşa edilmiş, lakin məhkəmə bu qənaətə gəldikdə hansı mötəbər sübuta əsaslanıb aydın deyildir. Məhkəmə nəzərə almamışdır ki, qərar 2005-ci ildə qəbul olunsa da həmin ərazidə dəmir yolu 1950-ci illərdə tikilmiş və özbaşına tikili tik ildiyi vaxtda dəmir yolu artıq mövcud idi. Göründüyü kimi məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli qiymət verməmişdir. Belə ki, ekspert rəyini, cavabdehlərin izahatlarını nəzərə almamış, həmçinin yerində müayinə aparmamışdır. Məhkəmə dəmir yolunun və qeyd olunan evin həmin ərazidə nə vaxt tikildiyini araşdırmamışdır. Nəticədə məhkəmə qərəzli və cavabdehlərin özləri üçün təhlükəli bir qərar qəbul etmişdir.
19. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, sözügedən evlər metal boru dayaqlar və tirlər üzərindəki meydançada inşa edilmiş, həmin meydançanın istismara yararsız vəziyyətini, evin divarlarında yaranmış çatları və qatarların hərəkəti zamanı ciddi titrəyişlərə məruz qalmasını nəzərə alara q, evin texniki vəziyyəti qəzalı kimi qiymətləndirilmişdir. Nəticədə həmin evlərə giriş qadağan edilməli, evə daxil olan kommunikasiya xətləri kəsilməli, evin ətrafı çəpərlənməli və digər təhlükəsizlik tədbirləri görülməlidir. Evin altında metal boru dayaqlar üzərində primitiv qaydada düzəldilmiş meydançanın örtüyü yararsız vəziyyətdə olduğu üçün hər an uçma təhlükəsi var, lakin məhkəmə tərəfindən bu hallara toxunulmamış, bu təhlükəli vəziyyət nəzərə alınmamış, düzgün olmayan qətnamə qəbul etmişdir. Qeyd olunan ərazidə oxşar vəziyyətdə olan digər evlərə münasibətdə qiymətləndirmə aparılmaqla vətəndaşlara müxtəlif məbləğdə kompensasiyalar ödənilməklə həmin evlərin sökülməsi həyata keçirilmişdir. Belə ki, həmin söküntülər aparılan vaxt - 2017-ci ildə çıxarışı olan evlərə bir kvadrat metrə gö rə 2.000 manat, çıxarışsız evlərə görə isə bir kvdarat metrə 1.500 manat kompensasiya verilmişdir. Hazırda isə onlar müvafiq orqanlara müraciətlər etmiş, maliyə mənbəyi tapılmadığından bu sakinlərə eyni qaydada kompensasiyanın ödənilməsi imkanı olmamış, bununla belə bu iddiada göstərilən evlərin qalması orada yaşayan insanların həyat və sağlamlığı üçün real təhlükə yatdığından və baş verə biləcək bədbəxt hadisələrin qarşısını alınması baxımından həmin evlərin sökülməsi zəruridir.
20. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayəti ilə razılaşmayaraq izahatında bildirmişdir ki, sözügedən ev sovet dövründə, illər öncə tikilib, 60-cı illərdə evlər tikiləndə dövlət bilirdi ki, mühafizə zonasına düşür. Onların başqa yaşayış yeri yoxdur, evlərinin həqiqətən də qəzalı vəziyyətdə olması danılmır. Hətta hər qatar keçəndə evlər titrəyir və onlar həyəcan keçirirlər. Bununla belə, hazırda iddiaçının kompensasiya verilmədən sökülməni tələb etməsi qanunsuzdur. Çünki ətraf ərazilərdə eyni vəziyyətdə olan vətəndaşlara müvafiq kompensasiya verilməklə onların tikililəri sökülmüşdür. Hansı səbəbdən onlara münasibətdə evlərinin əvəzi verilmədən sökülməsi tələb olunur, bu onlara aydın deyildir. Hər kv.m. üçün 1.500 manat əvəz verilməklə evlərinin sökülməsinə etiraz etmirlər.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-4349/2024 nömrəli, 5 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilərək, birinci insta nsiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbləri təmin edilmiş, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, NZS ərazisindən keçən dəmir yolunun mühafizə zonasında qazma yataq üzərində inşa edilmiş qanunsuz tikililər - ünvan 4 ünvanında yerləşən evin və ünvan 5nda yerləşən evin iddiaçı QSC tərəfindən hər bir kvadrat metrə görə 1.500 manat hesablanmaqla kompensasiya ödənilməklə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 hesabına sökülməsi, kompensasiya verilməsi və tikililərin sökülməsinin eyni vaxtda icra edilməsi qət olunmuşdur.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq ilk öncə qeyd etmişdir ki, hazırda sökülməsi tələb edilən tikililər 30 dekabr 2023-cü il tarixli ekspert rəyinə əsasən də mir yolunun mühafizə zonasında inşa edilmiş və real olaraq qəzalı vəziyyətdə olmuşdur. Bu hallar cavabdehlər tərəfindən mübahisələndirilməmişdir.
23. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada lazımi icazələr alaraq özü üçün fərdi yaşayış evi tikintisini həyata keçirən və 60 ilə yaxın müddət ərzində həmin torpaq sahəsinə, eləcə də tikintisini həyata keçirdiyi həmin torpaq sahəsində yerləşən tikiliyə sahiblik edən cavabdehin həmin torpaq sahəsinə və tikiliyə gözlənilən “mülkiyyət” hüququnun olması barədə qiymətləndirməsi düzgün olmuşdur. Belə ki, sözügedən ünvanda özbaşına tikilmiş yaşayış evləri dövlət tərəfindən xx.xx.2004-cü il tarixli hesabatla qiymətləndirilmiş və həmin evlər 1960-cı illərdə inşa edilmişdir. C avabdehlər sökülməsi tələb olunan evləri tikməmişlər, başqa şəxslərdən almışlar və uzun illərdir ailə üzvləri ilə orada yaşayırlar. Bundan başqa evdə yaşamaq üçün lazım olan qaz, işıq və su ilə dövlət tərəfindən təmin olunmuşlar. Onların istehlakı müqabilində bütün kommunal xidmətləri ödəmişlər. Həmçinin, cavabdehlər göstərilən ərazidə öz həyat şəraitini qurmuş, vəsait xərcləmiş, tikinti işləri aparmışdır. Həmin şəxsin tikililəri özbaşına tikili hesab edilərək sökülə bilməz. Bütün bunlardan sonra başqa bir dövlət orqanı həmin tikilini vətəndaşın həyat və sağlamlığı üçün təhlükəli olması əsası ilə sökmək qərarına gəlirsə, onda yaradılmış şəraitə uyğun olaraq vətəndaşın sökülən “əmlakı” zərəri kompensasiya olunmalıdır.
24. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, iddiaçının sökülməsin i tələb etdiyi evlərin mühafizə ərazisində yerləşməsindən də daha vacibi, orada yaşayan insanların həyat və sağlamlığının qorunmasının əhəmiyyəti baxımından iddia tələbləri əsaslı olmuşdur və iddia təmin olunmalıdır. Bununla belə, cavabdehlərin məhrum olacaqları yeganə yaşayış yeri olan əmlaklarının əvəzinin ödənilməsi də təmin olunmalıdır. Əks halda, cavabdehlər yeganə yaşayış yerindən məhrum olmaqla yanaşı, həm də oxşar vəziyyətdə olan və əvəz ödənilməklə köçürülən şəxslərə münasibətdə ayrı seçkiliyə məruz qala bilərlər ki, bunun da yolverilməzliyi şəksizdir. Hazırkı halda cavabdehlərə məxsus əmlaklara - tikililərə münasibətdə bir kvadrat metr üçün 1.500 manat məbləğində kompensasiya ödənilməklə sökülməsi işin halları baxımından mütənasib və ağlabatandır.
25. Apellyasiya instansiyası məh kəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 139-1.1, 159, 180.1-ci, Torpaq Məcəlləsinin 9, 22 və 111-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 220.6, əsaslandırmışdır. 372, 376, 380.1, 385.1.2, 386-cı maddələrinə istinadla Kassasiya instansiyası məhkəməsindəki birinci icraat:
26. Qətnamədən iddiaçı QSC (Vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, "xxxx" QSC tərəfindən hər bir kvadrat metrə görə 1.500 manat hesablanmaqla kompensasiya ödənilməklə” hissəsində ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nizami rayonu, Keşlə qəsəbəsi, NZS ərazisindən keçən dəmir yolu xəttinin təhkim zolağındakı 4 fərdi yaşayış evinin yerləşdiyi ərazidə bu kimi layihələrin həya ta keçirilməsi planlaşdırılmadığından həmin qanunsuz tikililərin köçürülməsinə görə hər hansı məbləğdə kompensasiyanın ödənilməsi nəzərdə tutulmamışdır. Lakin buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi cavabdehlərə 1.500 manat məbləğində kompensasiya ödənilməsi barədə qərar qəbul etmiş və nəticədə iddia tələbindən kənarlaşmışdır. Qətnamədə qeyd edilmişdir ki, iddiaçının nümayəndəsi bildirmişdir ki, kompensasiya məbləği müəyyən edilərkən tikilinin çıxarışlı olub-olmaması baxımından hər kv.m. üçün müvafiq olaraq 2.000 və 1.500 manat əsas götürülmüşdür. Bu məbləğləri cavabdehin vəkili səsləndirmişdir, iddiaçının nümayəndəsi isə yalnız layihələr çərçivəsində 2017-2019-cu illər ərzində hökumətin maliyyə dəstəyi hesabına köçürülmüş evlər barədə məlumat vermişdir.
28. Azərbaycan Respubli kası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-751/2025 nömrəli, 5 mart 2025-ci il tarixli qərarı ilə (hakimlər Vüqar Həsənov (sədrlik edən və məruzəçi), İspəndiyar Şəfiyev və Əhməd Əhmədov) iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
29. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi bundan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəsindən aydın olur ki, birinci instansiya məhkəməsi tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada lazımi icazələr alaraq özü üçün fərdi yaşayış evi tikintisini həyata keçirən və 60 ilə yaxın müddət ərzində həmin torpaq sahəsinə, e ləcə də tikintisini həyata keçirdiyi həmin torpaq sahəsində yerləşən tikiliyə sahiblik edən cavabdehlərin həmin torpaq sahəsinə və tikiliyə gözlənilən “mülkiyyət” hüququnun olması barədə qiymətləndirməsi düzgün olmuşdur. Apellyasiya instansiyası məhkəməsi davamında qeyd etmişdir ki, mübahisəli ünvanda özbaşına tikilmiş yaşayış evləri dövlət tərəfindən xx.xx.2004-cü il tarixli hesabatla qiymətləndirilmiş və həmin evlər 1960-cı illərdə inşa edilmişdir. Cavabdehlər sökülməsi tələb olunan evləri tikməmişlər başqa şəxslərdən almışlar və uzun illərdir ailə üzvləri ilə orada yaşayırlar. Bundan başqa evdə yaşamaq üçün lazım olan qaz, işıq və su ilə dövlət tərəfindən təmin olunmuşlar. Onların istehlakı müqabilində bütün kommunal xidmətləri ödəmişlər. Həmçinin, cavabdehlər göstərilən ərazidə öz həya t şəraitini qurmuş, vəsait xərcləmiş, tikinti işləri aparmışdır. Həmin şəxsin tikililəri özbaşına tikili hesab edilərək sökülə bilməz. Bütün bunlardan sonra başqa bir dövlət orqanı həmin tikilini vətəndaşın həyat və sağlamlığı üçün təhlükəli olması əsası ilə sökmək qərarına gəlirsə, onda yaradılmış şəraitə uyğun olaraq vətəndaşın sökülən “əmlakı” zərəri kompensasiya olunmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbini bu qərarın 9-12-ci bəndlərində göstərilən əsaslarla rədd edərək yalnız kompensasiyanın verilməsi təqdirdə cavabdehlərin uzun müddət yaşadıqları və istifadə etdikləri sahədən çıxarılaraq tikililərin sökülməsini mümkün hesab etmiş, iddiaçı tərəfindən isə belə kompensasiyanın təklif edilmədiyini göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin müəyyən etdiyi işin halları ilə razılaşsa da kompensasiya ödənilməsi ilə bağlı tələbin olmamasına baxmayaraq müvafiq kompensasiya verilməklə iddianın təmin olunması nəticəsinə gəlmişdir. İddiaçı məhz apellyasiya məhkəməsinin tələbinin olmadığı halda müvafiq kompensasiya verilməklə iddianın təmin olunması ilə bağlı gəldiyi nəticəsi ilə razılaşmamış və tələbdən kənara çıxılan hissədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.
30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi, iddia tələbində nəzərdə tutulmadığı halda, tələbdən kənara çıxmaq üçün hər hansı müstəsna halın olmasını müəyyən etməmişdir. Eyni zamanda iddiaçı ilə belə müzakirənin aparılmaması işin mübahisəsiz haldır. Belə müzakirənin olması və iddia tələbinin dəq iqləşdirilməsi ilə bağlı prosessual hərəkətlərin edilməməsi aşkardır. Apellyasiya instansiyası məhkəməsi müvafiq kompensasiya müqabilində cavabdehlərə məxsus olan tikililərin sökülməsi ilə bağlı öhdəliyin iddiaçının üzərinə qoyulması barədə hüquqi dəyərləndirmə apararkən Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin imperativ tələbini pozmuşdur. Belə ki, iddia tələbi bir hissədən ibarət olmaqla, cavabdehlərin evlərinin hər hansı məbləğ ödənilmədən sökülməsi ilə bağlıdır. Göründüyü kimi, apellyasiya məhkəməsi iddia tələbi ilə əhatə olunmayan, cavabdehlərə kompensasiya məbləğinin ödəməsi ilə bağlı qətnamə çıxarmışdır ki, bu verilmiş tələbdən kənara çıxma və MPM-in 218.3-cü maddəsinin pozuntusu kimi qiymətləndirilməlidir. Bununla belə apellyasiya instansiyası məhkəməsi də iddiaçının hazırkı tələbi irəli sürməklə hüquqdan sui-istifadəyə yol verilib-verilməməsinə Mülki Məcəllənin 560-cı maddəsinin tələbləri baxımından hüquqi qiymət verməmişdir.
31. İddiaçının da qəbul etdiyi, məhkəmələrin müəyyən etdiyi işin hallarından aydın olmuşdur ki, iddiaçı eyni vəziyyətdə olan, eyni şəraitli mənzil və evlərin sökülməsini müvafiq kompensasiyalar ödənilməklə həyata keçirilmişdir. İşə baxan birinci instansiya məhkəməsi isə bərabərliyin təmin olunmalı olmasına istinad edərək irəli sürülən məzmunda iddianı əsaslı hesab etməmişdir.
32. Məhkəmə kollegiyası izah etmişdir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün z əruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:
33. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3023/2025 nömrəli, 27 may 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Sabit Bəhrəmzadə) apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
34. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı satın alm a məsələsini mübahisələndirsə də nəzərə alınmalıdır ki, heç bir qeydiyyat olmayan özbaşına tikililər belə maddi dəyərə malik olmaqla yanaşı, cavabdehlərin yaşayış yeri kimi ehtiyacını ödəyir. Birinci instansiya məhkəməsi haqlı olaraq göstərmişdir ki, iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 33 nömrəli qərarı ilə təsdiq olunmuş “Dəmir yol təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması qaydaları” 1960-cı ildə evlərin tikilməsindən və Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqularının Qeydiyyatı tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli Cavabdeh2 fiziki şəxslər tərəfindən özbaşına tikilmiş yaşayış evlərinin qiymətləndirilməsinə dair hesabatdan sonra qəbul olunmuşdur.
35. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Məcəllənin 7-ci maddəsinə əsasən mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Həmçinin mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Qanunvericiliyin tələbindən də görünür ki, hazırkı halda Nazirlər Kabinetinin qərarının geriyə qüvvəsi cavabdehlərin vəziyyətini pisləşdirir. Belə olan halda cavabdehlərin konstitusion hüquqları pozulur.
36. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, dövlət orqanı həmin tikilini vətəndaşın həyat və sağlamlığı üçün təhlükəli olması əsası ilə sökmək qərarına gəlirsə, onda yaradılmış şəraitə uyğun olaraq vətəndaşın sökülən “əmlakı” kompensasiy a olunmalıdır. Cavabdehlərin sökülməsi tələb olunan evlərdən başqa yaşayış yeri yoxdur. Belə olan halda məhkəmə haqlı olaraq hesab etmişdir ki, əgər sökülməsi tələb edilən evlər iddiaçının fəaliyyətini həyata keçirməsinə maneə törədirsə, bu zaman iddiaçı cavabdehləri onların ailə üzvləri ilə birlikdə yaşamaları üçün yaşayış yeri ilə təmin etməlidir.
37. Kompensasiya məsələsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, əvvəlki apellyasiya icraatı zamanı məhkəmə kollegiyası kompensasiya məbləği müəyyən etsə də, iddiaçı bununla razılaşmamış və qətnamədən kassasiya şikayəti vermişdir. İddiaçı kompensasiya təklif etmədən cavabdehlərin uzun illər ərzində faktiki istifadə və sahibliyində olan tikililərin sökülməsi onun hüquqlarından sui-istifadədir. Belə ki, qeyd edildiyi kimi tikilil ər 1960-cı illərə aid olmaqla yanaşı ərazidə uzun illərdir sakinlər yaşayır. Hazırda isə iddiaçı cavabdehləri yaşadıqları evlərindən çıxarmaq və onları sökmək istəyir. İddiaçı illər ərzində təşəkkül tapmış və cavabdehlərin güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirməsinə nail olmağa çalışır.
38. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur.
39. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 5.3, 14.1, 16.1, 21.2, 21.3, 139-1.1, 139-1.1.1, 157.8, 159, 180.1, 180.2, 180.4, 459.1, 459.5, 459.6, 560.1, 560.2-ci, Torpaq Məcəlləsinin 9 və 22-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 218.3, 384.0.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. K assasiya şikayətinin dəlilləri:
40. Qətnamədən iddiaçı QSC (Vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
41. Kassasiya şikayəti iddia ərizəsinin dəlillərinə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə bir tərəfdən vətəndaşların mənzil toxunulmazlığı hüquqlarını qoruyur, digər tərəfdən onların həyatını təhlükə altına qoyur. Evin yararsız və təhlükəli vəziyyətdə olmasını nəzərə alaraq, gələcəkdə hər hansı bir bədbəxt hadisənin baş vermə ehtimalı məhkəmə tərəfindən nəzərə alınmamışdır. Evin altında metal boru dayaqlar üzərində primitiv qaydada düzəldilmiş meydançanın örtüyü yararsız vəziyyətdə olduğu üçün hər an uçma təhlükəsi vard ır. Qanunsuz tikili heç bir halda alğı-satqı müqaviləsinin predmeti ola bilməz. Ona görə də, məhkəmənin qeyd etdiyi “cavabdehlər satın almışlar” istinadı qanuna ziddir və sübuta yetirilmir. Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, özbaşına tikili 1960-ci illərdə inşa edilmiş, lakin məhkəmə bu qənaətə gəldikdə hansı mötəbər sübuta əsaslanıb aydın deyil. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2005-ci il tarixli 33 nömrəli qərar hesabatdan sonra qəbul edilib, lakin məhkəmə nəzərə almamışdır ki, qərar 2005-ci ildə qəbul olunsada həmin ərazidə dəmir yolu 1950-ci illərdə tikilmiş və özbaşına tikili tikildiyi vaxtda dəmir yolu artıq mövcud idi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli qiymət verməmişdir. Məhkəmə AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli eks pert rəyini, cavabdehlərin izahatlarını nəzərə almamış, həmçinin yerində müayinə aparmamışdır. Məhkəmə dəmir yolunun və qeyd olunan evin həmin ərazidə nə vaxt tikildiyini araşdırmamışdır. Nəticədə məhkəmə qərəzli və cavabdehlərin özləri üçün təhlükəli bir qərar qəbul etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
42. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
43. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
44. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
45. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
46. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
47. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqlar ın əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:
48. Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
49. Maddə 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair:
50. Maddə 139-1.1.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılm ış layihə və ya yaşayış evinin istismara qəbul aktı;
51. Maddə 139-1.1.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı.
52. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
53. Maddə
159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.
54. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti nor malarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
55. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
56. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
57. Maddə 459.1. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyy əti bərpa etməlidir.
58. Maddə 459.5. Əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər.
59. Maddə 459.6. Qabaqcadan razılaşmaya əsaslanaraq, öhdəliyin pozulması nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan imtina etmək yolverilməzdir.
60. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
61. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsi.
62. Maddə
9. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbayc an Respublikasının torpaqları kənd təsərrüfatı təyinatlı torpaqlar yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları kateqoriyalarına bölünür.
63. Maddə
22. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onları n ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
64. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
65. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
66. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
67. Maddə 77.1. Hər bir t ərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
68. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
69. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
70. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
71. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şik ayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
72. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
73. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
74. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələns in və ya nəticələnə bilsin.
75. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri:
76. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
77. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın təmin edilməs i hissəsində bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
78. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İşə əvvəl baxmış kassasiya instansiya məhkəməsinin göstərişlərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən əməl olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
79. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “X4rşı” işi üzrə qərar ında qeyd olunmuşdur ki, 1 saylı Protokolun 1-ci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır.
80. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimovanın Azərbaycana qarşı” şikayət iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, ərizəçi (Akimova) dövlət mənzil fondunun balansında olan mənzilə dair ona verilmiş order əsasında “sosial kirayə müqaviləs i” (mənzilə dair kirayə müqaviləsi) bağlamalı, həmin müqavilənin şərtlərinə görə mənzilə sahiblik etməli, mənzildən istifadə etmək hüququna malik olmalı və “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna uyğun olaraq müəyyən şərtlərlə mənzil onun mülkiyyətinə pulsuz keçməli idi. Bu baxımdan onun (Akimovanın) mənzilə dair olan iddiaları “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulmuş “mülkiyyət”nin təşkil olunması üçün kifayət qədər əsaslıdır.
81. Odur ki, məhkəmələr haqlı olaraq qeyd etmişlər ki, cavabdehlərin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, onların bu hüquqa gözləntiləri mülki qanunvericiliklə müəyyən edilmiş qaydada olduğundan, habelə onların əmlak və digər əlaqəli hüquqları ilə şərtləndiyindən apellyasiya şikayətinin dəlilləri əsassızdır.
82. Həmçinin apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq qeyd etmişdir ki, hazırda kompensasiya təklif etmədən cavabdehlərin uzun illər ərzində faktiki istifadə və sahibliyində olan tikililərin sökülməsi iddiaçının hüquqlarından sui-istifadədir. Belə ki, qeyd edildiyi kimi tikililər 1960-cı illərə aid olmaqla yanaşı ərazidə uzun illərdir sakinlər yaşayır. Hazırda isə iddiaçı cavabdehləri yaşadıqları evlərindən çıxarmaq və onları sökmək istəyir. İddiaçı illər ərzində təşəkkül tapmış və cavabdehlərin güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirməsinə nail olmağa çalışır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyi ilə razılaşır.
83. Məhkəmə kolleguyası həmçinin hesab edir ki, kass asiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
84. Məhkəmə kollegiyas ı qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
85. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitus iya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
86. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin fa ktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
87. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
88. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3023/2025 nömrəli, 27 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.