Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2839/2020 22.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(104)1553/2019 nömrəli qərardadından Cavabdeh1 və vəkili X2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 201 8-ci il tarixli, 2(044)3981/2018 nömrəli qətnaməsi ilə (hakim G.Ə.Şirinov) İddiaçı1 cavabdehlər Cavabdeh1 və X4, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 Rayon İcra Hakimiyyətinə qarşı “əmlakın özgəsinin qanunsuz sahibliyindən qaytarılması” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(104)-1553/2019 nömrəli qətnaməsi ilə (A.V.Bayramov – sədrlik edən və məruzəçi, L.S.Süleymanov və F.Ə.Mehtiyev) cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(044)-3981/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 və vəkili X1 şikayəti vermiş, həmçinin ərizə ilə apellyasiya müraciət edərək, Gəncə Apellyasiya Mə hkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(104)-1553/2019 nömrəli qətnaməsindən kassasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpasını xahiş etmişlər. Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(104)-1553/2019 nömrəli qərardadı ilə (A.V.Bayramov – sədrlik edən və məruzəçi, L.S.Süleymanov və F.Ə.Mehtiyev) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(104)-1553/2019 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh1 ərizəsi təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh1 və vəkili X1 şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(104)-1553/2019 nömrəli qərardadının ləğv edilməsi barədə qərar qəbul edilm əsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin surətinin verilməsi barədə poçt sənədinə nə Cavabdeh1, nə də ki, ailə üzvləri imza etməmişlər. Poçt qəbzində olan imza mübahisələndirilməsinə baxmayaraq, məhkəmə bunu yoxlamamışdır. Həmçinin cavabdehin daimi yaşadığı və işlədiyi yer Gəncə şəhəridir, ünvan 1-də yaşamır. Həmin ünvana qətnamənin çatdırılması barədə poçt qəbzinə kimin imza etməsi bəlli deyildir. Apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə cavabdehin qətnamədən kassasiya şikayəti vermək hüququ əsassız olaraq məhdudlaşdırılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tər əflər və vəkilləri məhkəməyə gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından müəyyən olunur ki, Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(104)-1553/2019 saylı qətnaməsi cavabdehlərin vəkilinin iştirakı ilə keçirilmiş məhkəmə iclasında elan olunmuş və qətnamənin surəti cavabdehlərin rəsmi qeydiyyatda olduql arı ünvan 1 ünvanına göndərilmiş, xx xxxx 2019-cu il tarixdə “Cavabdeh1” adlı şəxs tərəfindən imzalanmaqla, xx xxxx 2019-cu il tarixdə isə X3 adından “Məmmədli” soyadlı şəxs tərəfindən imzalanmaqla qəbul edilmişdir. İş materiallarından həmçinin müəyyən olunur ki, Cavabdeh1 xx xxxxxx 2019-cu il tarixdə ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət edərək, qətnamənin surətinin ona verilməsini xahiş etmiş, sonuncuya qətnamənin ona verildiyi, dövlət rüsumu ödənildikdən sonra qətnamənin surətinin təkrarən ala biləcəyi barədə xx xxxxxx 2019-cu il tarixli məktub göndərilmişdir. Bundan sonra cavabdeh qətnamənin təkrar verilməsi ilə bağlı məhkəməyə müraciət etmədən, xx xxxxxx 2019-cu il tarixdə kassasiya şikayəti vermiş və müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Azə rbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. X6 Məhkəməsi “Pirəli Orucov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi Qərarında göstərmişdir ki, “Ərizəçinin müraciət etməyə cəhd göstərdiyi hüquqi müdafiə vasitəsinin açıq-aydın səmərəsiz olduğunu nəzərə alaraq, Məhkəmə bu fikirdədir ki, ərizəçi həmin vasitənin səmərəsiz olmasından müəyyən bir məqamda xəbərdar tutmalı idi. Əgər ərizəçinin bildirdiyi kimi, o, açıq-aydın mövcud olan hüquqi müdafiə vasitəsindən istifadə etməyə çalışıbsa və yalnız bundan sonra həmin vasitəni səmərəsiz edən hallardan xəbər tutubsa, 35-ci maddənin 1-ci bəndinin məqsədləri üçün altı aylıq müddətin axımının ərizəçinin həmin hallardan ilk dəfə xəbər tutduğu və ya xəbər tutmağa borclu olduğu tarixdən başladığını hesab etmək münasib olar. Hazırkı işdə ərizəçi birinci instansiya məhkəməsinin qərarından xx xxxxxx 2005-ci ildə şikayət vermişdi. Lakin şikayətinə heç bir cavab almadı. Bundan başqa, belə görünür ki, o, şikayət ərizəsinin vəziyyəti barədə, yaxud ona baxılıb-baxılmadığı barədə Apellyasiya Məhkəməsinə sonradan hər hansı sorğu göndərməyib. Başqa sözlə, şikayət ərizəsini verdikdən sonra apelyasiya instansiyası məhkəməsi tərəfindən şikayətlərinə baxılması üçün ərizəçinin lazımi səy göstərdiyi sübuta yetirilməyib. Apelyasiya instansiyası məhkəməsinin bu növ şikayətə alın dığı gündən sonra üç gün ərzində baxmalı olduğunu nəzərə alaraq, Məhkəmə hesab edir ki, ərizəçinin bilavasitə şikayəti verdikdən bir neçə ay sonra, başqa sözlə, ən azı 2005-ci ilin sonundan şikayətinə səmərəli şəkildə baxılmayacağından xəbərdar olduğunu hesab etmək olar, baxmayaraq ki, o, xx xxxxxx 2005-ci ildən bəri şikayətinə heç bir cavab almamışdı. Buna görə də Məhkəmə hesab edir ki, ərizəçi xx xxxxxx 2007-ci ildə Məhkəməyə bu şikayətini təqdim etməzdən xeyli əvvəl bu vəziyyətdən xəbərdar olmalı idi.” “Akif Həsənov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi Qərarda X6 Məhkəməsi göstərmişdir ki, “Hətta Bakı Apelyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktl ar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.” Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. “Könül Namidar qızı Qəribovanın şikayəti iləəlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpasıüçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ iləəlaqədar MPM-in tələblərinə riayət edilməkləçıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti b uraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur. Buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir. (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.). Hazırki iş üzrə müəyyən olunur ki, cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini xx xxxx 2019-cu il tarixdə almış və kassasiya şikayətini qanunvericiliklə müəyyən olunmuş müddət buraxılmaqla, təxminən 9 ay sonra, yəni xx xxxxxx 2 019-cu il tarixdə vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin məhkəmə qətnaməsini almamasına dair kassasiya şikayətinin dəlili əsassızdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədi n kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə ve rilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məcəllənin 146-cı maddəsinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydad a verilmiş hesab edilir. İş materiallarına əsasən qətnamə cavabdehin məhkəməyə məlum olan və onun rəsmi qeydə alındığı ünvana göndərilmiş, cavabdeh yaşadığı ünvanın dəyişdirilməsi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, poçt xəbərnaməsində kimin imza etməsi əhəmiyyət kəsb etmir. Cavabdehin qeydiyyatda olduğu ünvanda faktiki kimlərin yaşamasından asılı olmayaraq, məhkəmə sənədi həmin ünvana çatdırılıbsa, yuxarıda qeyd olunan prosessual normalarına uyğun o, tərəfə təqdim olunmuş hesab edilir. Məhkəmə kollegiyası məhkəmə qətnaməsinin cavabdehə rəsmi qaydada verilməsi qənaətinə gələrkən həmçinin o halı da nəzərə alır ki, həmin məhkəmə aktı cavabdehin nümayəndəsinin iştirakı ilə elan olunmuş və o, qətnaməni almadığını bildirsə də, birinci inst ansiya məhkəməsinin tövsiyəsinə uyğun olaraq dövlət rüsumunu ödəməklə, təkrarən qətnaməni almadan kassasiya şikayətini vermişdir. Bu isə ona dəlalət edir ki, cavabdehin qətnamədən xəbəri olmuş və X6 Məhkəməsinin yuxarıda irəli sürülmüş mövqeyinə əsasən də, onun ağlabata müddətdə qətnaməni mübahisələndirilməsi üçün müvafiq addımlar atmaq imkanı olmuşdur. Lakin cavabdeh nəinki qanunla müəyyən olunmuş müddətdə, 9 ay ərzində bu addımları atmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki,cavabdehin müddətin bərpa edilməsinə dair ərizəsinin təmin olunmaması barədə apellyasiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilm ədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 və vəkili X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(104)-1553/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədrlik edən: Hakimlər: imza var imzalar var
Məhkəmə qərarları › İş №2(102)-2839/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2839/2020
22.06.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver