Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-284/2024 23.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1891/2023 nömrəli, 06 sentyabr 2023-ci il tarixli qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayəti üzrə işə 23 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qə rarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası DİN-nin MAPS şöbəsinin xx.xx.2023-cü il tarixli arayışına görə Zamin xx.xx.2019-cu il tarixdə ölmüşdür.
2. İddiaçı ASC ilə Cavabdeh arasında 12 fevral 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 10980 ABŞ dolları məbləğində kredit verilmişdir.
3. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli Əlavə sazişdən görünür ki, kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 10602,04 ABŞ dolları təşkil etmiş, kreditin müddəti xx.xx.2019-cu il tarixədək müəyyən edilmişdir.
4. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli Əlavə sazişə əsasən, borcalanın kreditor qarşısındakı 8940,94 ABŞ dolları təşkil edən kredit öhdəliyinin q alığı konvertasiya edilməklə 12.517,32 manat təşkil etmiş, kreditin müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilmişdir. 5. 01.02.2023-cü il tarixli maliyyə arayışına görə, Cavabdeh İddiaçı ASCyə 4371,64 manat əsas borc, 2042,93 manat faiz borcu, 3648,75 manat cərimə və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 633,79 manat faiz olmaqla, ümumilikdə 10.697,11 manat məbləğində borcu vardır.
6. İddiaçı Bank tərəfindən Cavabdeh Banka olan borcunun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı, cavabdehlər Cavabdeh və Zamin qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 10697,11 ma nat -bundan 4371,64 manat əsas, 2042,93 manat faiz, 3648,75 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 633,79 manat faiz borcu və iş üzrə ödənilmiş 122,09 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış ********* nömrəli 12 fevral 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya şəxsi istehlak məqsədi ilə 36 ay müddətinə illik 20% dərəcəsi ilə 10.980 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh kredit verilərkən Zamin ilə Bank arasında 12 fevral 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 12 fevral 2015-ci il tarixli, 250007171/18 USD saylı kredit müqaviləsinə xx.xx.2015-ci il tarixdə bağlanmış 01 saylı əlavə sazişə əsasən, borcalanın kreditor qarşısındakı öhdəliyinin qalığı 10602,04 ABŞ dolları təşkil edir. Kreditin müddəti müqaviləyə əsasən xx.xx.2019-cu il tarixədək uzadılır. Əlavə sazişə əsasən, borcun təminatı olaraq Zamin ilə zaminlik müqaviləsi bağlanılmışdır. 12 fevral 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə xx.xx.2017-ci il tarixdə bağlanmış 01 saylı əlavə sazişə əsasən, borcalanın kreditor qarşısındakı öhdəliyinin qalığı 8940,94 ABŞ dolları təşkil edən kredit öhdəliyinin qalığı 12517,32 manat təşkil edir. Kreditin müddəti müqaviləyə əsasən xx.xx.2020-ci il tarixədək uzadılır və illik 16 faiz ödənilir. Əlavə sazişə əsasən, borcun təminatı olaraq Zamin ilə zaminlik müqaviləsi bağlanılmışdır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********706 saylı xx.xx.2022-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.
9. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, həqiqətən Bankla arala rında bağlanmış ********* nömrəli, 12 fevral 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 20% dərəcəsi ilə 10980 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit verilərkən Zaminla Bank arasında 12 fevral 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zamin xx.xx.2019-cu il tarixdə ölmüşdür. Hazırda qeyd edilən kredit müqaviləsi üzrə iddia müddəti bitmiş, iddia ərizəsi iddia müddəti ötürülməklə verilmişdir. Odur ki, iddia müddətinin tətbiq edilməsini və iddiadan imtina edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
10. Qazax Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(023)-573/2023 saylı qərardadı ilə iddiaçının Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə icraata cavabdeh Zamin aid hissədə, yəni borcun Zamin tutulması hissəsində xitam verilmişdir.
11. Qazax Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(023)-573/2023 nömrəli qətnaməsi ilə (hakim Fəxri Məmmədov) iddianın qismən təmin edilərək, Cavabdeh 4371,64 manat əsas borc, 2042,93 manat faiz borcu, 50 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış 633,79 manat faiz borcu olmaqla, cəmi 7098,36 manat və 122,09 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi işin faktiki hallarına istinadən belə qənaətə gəlmişdir ki, cavabdeh kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəlikləri yerinə yetirməmiş və müqavilə şərtlərini pozaraq ödəməli olduğu vəsaiti qaytarmamış, Bank tərəfindən cavabdehə bildiriş məktubu göndərilmişdir. Məhkəmə tərəfindən cava bdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar müəyyən olunmamışdır.
13. Məhkəmə hesab etmişdir ki, iddia müddətinin axımının xx.xx.2020-ci tarixdən hesablanmağa başlaması nəzərə alındıqda, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən, göstərilən əsas və əlavə tələb (zamin) üçün qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürməmişdir. Bu səbəbdən cavabdehin iddia müddətinin tətbiq edilməsi və iddiadan imtina edilməsi barədə ərizəsi təmin edilə bilməz.
14. Məhkəmə, həmçinin iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab etmişdir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazım ınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
15. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər.
16. Məhkəmə nəzərə a lmışdır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab etmişdir ki, iddiaçının tələb etdiyi dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 50 manat məbləğində müəyyən edilməlidir.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 373.2, 375.2, 376, 385.1, 442, 445.1, 445.2.1, 448.1, 462.1, 467 və 739-cu maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 107, 119.1, 216-220 və 360-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
18. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə onun banka olan borcunun kompensasiya olunub-olunmamasını habelə qalıq borcunun qalıbqalmamasını araşdırmamışdır. Halbuki, problemli kreditlərin kompensasiyasına dair məlumatdan da görünür ki, iddiaçının mübahisələndirdiyi kredit borcu Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli, 551 nömrəli Fərmanının təsir dairəsinə düşmüş, ona kredit müqaviləsinin restrukturizasiyası ilə bağlı 5736,64 manat məbləğində kompensasiya hesablanmışdır.
20. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 sentyabr 2023cü il tarixli, 2(104)-1891/2023 saylı qətnaməsi ilə (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Ədil Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Qazax Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(023)573/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız və mülahizələrindən ibarət olmaqla formal xarakter daşıyır.
22. Belə ki, cavabdeh apellyasiya şikayətində borcunun olmamasını bildirsə də, iş üzrə təqdim edilmiş maliyyə arayışı, habelə işin faktiki halları ilə onun qeyd olunan borcunun olması təsdiqini tapır. Eyni zamanda cavabdeh Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın təsir dairəsinə düşdüyünü və heç bir borcunun olmaması dəlilini məhkəmə kollegiyası əsassız hesab edərək qeyd etmişdir ki, cavabdeh hesablanmış kompensasiyanı almış, bununla bağlı iddiaçı banka ödəniş etməmiş və restrukturizasiyası ilə bağlı ərizə ilə müraciət etməmişdir. Eyni zamanda cavabdeh borcunun olmamasını təsdiq edən sübut təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi hüququn tətbiqində səhvə yol vermiş, tətbiq edilməli olmayan hüququ tətbiq etməklə iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayətinə qarşı etirazla məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinin əsassız olmaqla formal mülahizələrdən ibarət olduğunu əsas göstərərək kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları is tisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
28. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
29. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla vəya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
30. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kredi tora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
31. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
32. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
33. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
34. Maddə 448.2. Bo rclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
35. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası k imi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
40. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
41. Maddə 407.2. Kassasi ya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələr ək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı.
45. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəl illərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
46. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
47. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb qeyd etmişdir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri əsassızdır və mülahizələrindən ibarət olmaqla formal xarakter daşıyır.
48. Belə ki, cavabdeh apellyasiya şikayət ində Banka borcunun olmadığını bildirsə də, iş üzrə təqdim edilmiş maliyyə arayışı, habelə işin faktiki halları onun bu dəlilini istisna edir və onun yuxarıda göstərilən məbləğdə kredit borcunun olması mülki iş materialları ilə tam təsdiq olunur.
49. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi, cavabdehin apellyasiya şikayətində kredit borcunun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanının təsiri dairəsinə düşməsi və Banka ödənilməmiş borcunun olmaması ilə bağlı dəlillərini araşdırırıq qeyd etmişdir ki, cavabdeh, onun kredit müqaviləsi üzrə hesablanmış kompensasiya məbləğini almış, lakin bununla bağlı Banka hər hansı məbləğdə ödəniş etməmişdir. Hətta cavabdeh, restrukturizasiyası ilə bağlı ərizə ilə Banka müraciət etmiş, əlavə sazişlər bağlamışdır.
50. Eyni zamanda cavabdeh, məhkəməyə Banka borcunun olmamasına dair heç bir sübut təqdim etməmiş və iddianın rədd edilməsi üçün nə faktiki, nə də hüquqi əsaslar olmamışdır.
51. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
52. Y uxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 sentyabr 2023-cü il tarixli, 2(104)-1891/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.