Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2840/2022 21.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh1 Tapdıq oğluna və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2840/22 Açar sözlər: mənzildən çıxarılma barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 yanvar 2022-ci il tarixli, 2(103)693/2022 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 Tapdıq oğlu və Cavabdeh1 kassasiya şikayəti üzrə işə 21 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında b axaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı Alaksandroviç məhkəmədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Tapdıq oğluna qarşı iddia qaldıraraq, cavabdehlərin öz ailə üzvləri ilə birlikdə iddiaçının istifadəsində olan Zabrat qəsəbəsi, Babək küçəsi, 25 saylı evin, 1 saylı mənzildən çıxarılmaları və onun bu mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 fevral 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim A.Z.Rzayev) iddia təmin edilərək, cavabdehlərin əvvəllər məskunlaşdıqları Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 25 saylı evin 01 mənzilinin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilib. Birinci i nstansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, işə əlavə edilmiş sübutlardan, o cümlədən Bakı şəhəri, Sabunçu rayon MKİS-nin 19 sentyabr 2018-ci il tarixli arayışına görə, Bakı şəhəri, Zabrat qəsəbəsi, Babək küçəsi, 25 saylı evin 01 saylı mənzili dövlət mülkiyyətində olmaqla 14 mart 1956-cı il tarixdən pasport qeydiyyatında olan Anna Martınovaya verilib və 23 avqust 1991-ci il tarixdə ölməsi ilə mənzildən pasport qeydiyyatından çıxarılıb. Həmçinin, 71 saylı MKİS-nin məlumatına görə, sözügedən mənzildə ailə üzvləri ilə birlikdə Kəlbəcər rayonundan məcburi köçkün düşmüş Cavabdeh1 məskunlaşıb və hazırda həmin mənzildə Aleksandr Martınov və İddiaçı daimi pasport qeydiyyatındadır. Göründüyü kimi mübahisəli mənzil İddiaçı qanuni sahibliyindədir və cavabdehlər həmin mənzildə məskunlaş dıqları üçün o, həmin mənzilə köçə bilmir. Ona görə də iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 157.4, 158.1-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdehlər apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş ediblər. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Q.A.Əsgərov sədrlik edən, məruzəçi, A.N.İmanov və V.N.Sadıqov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 21 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apell yasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 157.2, 157.4, 158.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdehlər kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbu l edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaş ı girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 159-cu maddəsinə əsasən, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 163.1-ci maddəsinə görə, sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşın alıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsində göstərilir ki, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya inst ansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehlərin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya inst ansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdehlər kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Bakı şəhəri, Sabunçu rayon MKİS-nin 19 sentyabr 2018-ci il tarixli arayışına görə, Bakı şəhəri, Zabrat qəsəbəsi, Babək küçəsi, 25 saylı evin 01 saylı mənzili dövlət mülkiyyətində olmaqla 14 mart 1956-cı il tarixdən pasport qeydiyyatında olan Anna Martınovaya verilib və 23 avqust 1991-ci il tarixdə ölməsi ilə mənzildən pasport qeydiyyatından çıxarılıb. Həmçinin, 71 saylı MKİS-nin məlumatına görə, sözügedən mənzildə ailə üzvləri ilə birlikdə Kəlbəcər rayonundan məcburi köçkün düşmüş Cavabdeh1 məskunlaşıb və hazırda həmin mənzildə Aleksandr Martınov və İddiaçı daimi pasport qeydiyyatındadırlar. Mülki Məcəllənin 158.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.2 -ci maddəsinə görə, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 159-cu maddəsinə əsasən, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 163.1-ci maddəsinə görə, sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsində göstərilir ki, sahiblikdən məhrum olan onun üçün qanuns uz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları, habelə kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, mübahisəli mənzilin İddiaçı qanuni sahibliyində olması, lakin cavabdehlər mənzildə məskunlaşdıqları üçün həmin mənzilə köçə bilməməsi mülki iş materialları ilə istisna edilmədiyindən, iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Cavabdehlər kassasiya ş ikayətində iddiaçının onlara qarşı hazırki iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmadığını, hazırki mübahisəyə dair qanuni qüvvəyə minmiş Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 18 iyul 2019-cu il tarixli qətnaməsinin olduğunu göstərsələr də kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır. Belə ki, əvvəla işdən görünür ki, mübahisəli mənzil dövlət mülkiyyətində olsa da, əvvəl iddiaçının nənəsi Ana Martınovanın, hazırda isə onun və atası Aleksandr Martınovun qanuni sahibliyindədir. Ona görə də sözügedən mənzildə istifadə hüququ olan şəxs kimi iddiaçı cavabdehlərə qarşı hazırki iddianı qaldırmaqda haqlı olub. Digər tərəfdən, sözügedən qətnamə ilə iddiaçının cavabdehlərə qarşı mənzildən çıxarılma tələbi ona görə rədd olunub ki, həmin vaxt cavabehlər mənzi ldə yaşamayıblar və həmin mənzildə yalnız Suqra Mehdiyeva və Etibar Mehdiyev yaşayıb. Bu hal həmin qətnamədə istinad olunan Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin 26 oktyabr 2018-ci il tarixli məktubu ilə də təsdiq olunur. Belə ki, həmin məktubdan görünür ki, Kəlbəcər rayonundan məcburi köçkün düşmüş cavabdehlər mübahisəli mənzildə deyil, ünvan ünvanda məkunlaşıblar. Bu baxımdan kassasiya instansiyası məhkəməsi cavabdehlərin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onların kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin q ətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdehlər Cavabdeh2 Tapdıq oğlu və Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 yanvar 2022-ci il tarixli, 2(103)-693/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2840/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-2840/2022
21.06.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver