Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2854/2023 21.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: qətnamədən kassasiya şikayəti vermək hüququnun olmaması əsası ilə birgə verilmiş kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 mart 2023-cü il tarixli, 2(107)-180/2023 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və X4 tər əfindən birgə qaydada verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay rayon DNK tərəfindən təsdiqlənmiş 16 sentyabr 2019-cu il tarixli 3M-274 nömrəli icarə müqaviləsinə əsasən icarəsində olan Göyçay rayon Mallı-Şıxlı kəndində yerləşən 2.4 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və X1 çıxarılması barədə qətnamə qəbil edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. Birinci instansiya məhkəməsində icraat
2. Göyçay Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(046)-97/2022 saylı qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddia təmin olunmuş, Göyçay rayonu MallıŞıxlı kəndində yerləşən Göyçay rayon DNK tərəfindən təsdiqlənmiş 16 sentyabr 2019-cu il tarixli 3M -274 nömrəli icarə müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan 2.4 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və X1 çıxarılması, qeyd edilən torpaq sahəsinin boşaldılması qət edilmiş, iş üzrə ekspertiza xərci cavabdehlərə aid edilmişdir.
3. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh1 аpellyаsiyа şikаyəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
4. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 mart 2023-cü il tarixli, 2(107)-180/2023 saylı qətnaməsi ilə (hakim Ə.Məcidov sədrliyi və məruzəsi ilə, hakimlər M.Əsədli və E.Mehdiyev iştirakı ilə) apellyasiya şikayətinin təmin edilməməsi və qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a. Kassasiya şikayətinin dəlilləri
5. Qətnamədən cavabdehlər Cavabdeh1 və X4 birgə qayd ada kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
6. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
7. Maddə 403.1. Bu Məcəllənin 402-ci m addəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.
8. Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.
9. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. 10. 408.1.1. Kassasiya şikayəti... kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
11. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
12. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya instansiyası məhkəməsinə geri qaytarılmalıdır.
14. Belə ki, apelyasiya instansiyası məhkəməsinin qətnamələrindən tərəflərin, üçüncü şəxslərin şikayət verm ə hüququ o halda yaranır ki, onların tələbləri təmin olunmamış olsun (MPM-nin 403.1-ci maddəsi).
15. Nəzərə alınmalıdır ki, apellyasiya icraatında dispozitivlik prinsipi özünü onda biruzə verir ki, birincisi, apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanılır. Belə şikayət olmadığı halda apellyasiya icraatı başlanıla bilməz. İkincisi, apellyasiya şikayətini vermiş şəxs işin apellyasiya instansiyasında baxılma hədlərini müəyyən edir. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir.
16. Hazırki iş ü zrə müəyyən edilir ki, Cavabdeh1 Göyçay Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(046)-97/2022 saylı qətnaməsindən apellyasiya şikayəti versə də digər cavabdeh X4 həmin qətnamədən ümumiyyətlə apellyasiya şikayəti verməmişdir. Sözü gedən qətnamə üzrə cavabdeh X1 apellyasiya araşdırmasının predmetini təşkil edəcək hər hansı dəlili olmamışdır. Bu vəziyyət, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin cavabdeh X2 münasibətdə tələbinin təmin olunmadığı halın olmadığını ehtiva edir və onun həmin qətnamədən kassasiya şikayəti vermək hüququ yoxdur.
17. Bu halda apelyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayəti geri qaytarılmalı idi. Çünki Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəll ənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.
18. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını, kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şika yətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.
19. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi cavabdeh Q.Manafovaya münasibətdə bu tələblərə əməl etməmişdir.
20. Kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olmaması, apelyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə, kassasiya məhkəməsi tərəfindən isə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə səbəb olur.
21. Kassasiya şikayətini geri qaytarmaq səlahiyyəti apelyasiya instansiyası məhkəməsinə aiddir. Buna görə də mülki iş materialları qanunun tələbinə uyğun olaraq, cavabdeh Q.Manafovaya aid hissədə kassasiya şikayətinin geri qaytarılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apelyasiya instansiyası məhkəməsi Q.Manafovanın kassasiya şikayətini geri qaytardıqdan sonra, mülki işi digər Cavabdeh1 kassasiya şikayətinə baxılması üçün Ali Məhkəməyə göndərməlidir.
22. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 mart 2023-cü il tarixli, 2(107)-180/2023 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və X4 tərəfindən birgə qaydada verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti cavabdeh Q.Manafovaya aid hissədə geri qaytarılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.