Məhkəmə qərarları › İş №2(102)-2856/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2856/2021

17.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2856/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmlakın qanunsuz sahiblikdən alınması) 17.08.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 sentyabr 2020-ci il tarixli, 2(103)-5118/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı toy günü Cavabdeh tərəfindən brilyant dəst (bir ədəd sırğa, üzük, sep, qolbaq), qızıl qolbaq, qızıl və qızıl üzükdən ibarət qızıl-zinət əşyaları hədiyyə edilmişdir. İddiaçı ilə cavabdeh faktik olaraq ayrılmışlar və iddiaçıya məxsus qızıl-zinət əşyaları cavabdehdə qalmaqla ona qaytarılmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəyəri 8000 manat olan brilyant dəst (bir ədəd sırğa, üzük, sep, qolbaq), 650 manat dəyərində qızıl qolbaq, 800 manat dəyərində qızıl boyunbağı, 650 manat dəyərində qızıl üzük - cəmi 10100 dəyərində qızıl-zinət əşyalarının, əşya olmadıqda isə onların dəyərinin Cavabdeh alınaraq ona qaytarılması və 30 manat dövlət rüsumunun tutul ması barədə qətnamə çıxarılmasını xahiş etmişdir

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona toy zamanı cavabdeh tərəfindən dəyəri 8000 manat olan brilyant dəst (bir ədəd sırğa, üzük, sep, qolbaq), 650 manat dəyərində qızıl qolbaq, 800 manat dəyərində qızıl boyunbağı, 650 manat dəyərində qızıl üzük hədiyyə edilmişdir. Cavabdehlə ailə münasibətləri normal olmadığı üçün boşanmaq qərarına gəlmiş və faktik olaraq ayrılmışlar. Ayrıldıqdan sonra ona məxsus adlarını sadaladığı qızıl-zinət əşyaları cavabdehə məxsus evdə qalmışdır. Tələb etsə də, cavabdeh tərəfindən göstərilən əmlaklar ona könüllü olaraq qaytarılmamışdır.

4. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı evdən gedəndə anası ilə birlikdə həkimə gedəcəyini bildirib çıxmış, sonradan zəng edərək qayıtmayacağını bi ldirmişdir. İddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının hamısı mövcud olmuş, lakin iddiaçı həmin qızılları özü ilə aparmışdır. Belə ki, evin açarından biri onda, biri isə iddiaçıda olmuş, özü işdə olarkən iddiaçı gəlib öz əmlaklarını götürmüşdür. Boşanma prosesində qarşı tərəfin vəkili ondan qızıllar barədə soruşduqda, o, qızılların onda olmadığını bildirmişdir. Bununla yanaşı, qızılların iddiaçıda olması oradan müəyyən olunur ki, qızılların qiyməti yalnız birkalarında yazılmışdı və əgər qızıllar iddiaçıda olmasa, qiymətini bilməzdi.

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli, 2(010)742/2020 saylı qətnaməsi ilə (hakim T.Mahmudova) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh brilyant dəst (bir ədəd sırğa, üzük, sep, qolbaq) - 6850 manat, qızıl qolbaq 580 man at, qızıl boyunbağı - 750 manat, qızıl üzük - 650 manat dəyərində olan qızıl-zinət əşyalarının, onlar naturada mövcud olmadıqda isə onların dəyəri olan 8830 manat məbləğində pulun tutularaq İddiaçı verilməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli qızıl-zinət əşyaları iddiaçı tərəfindən götürülməmiş və hal-hazırda cavabdehin sahibliyindədir. Buna görə də məhkəmə qeyd edir ki, iddiaçıya hədiyyə kimi verilmiş qızıl-zinət əşyaları sonuncunun mülkiyyəti olmaqla, o həmin əmlak üzərində mülkiyyət hüququnun realizəsinə yaradılan hər hansı maneəni əgər həmin əmlak digər şəxsin onun iradəsinə zidd sahibliyindədirsə geri tələb etməklə həmin əmlak üzərində mülkiyyət hüququnun müdafiəsini tələb edə bilər. Odur ki, tələb edilən əmlaklar iddiaçıya qaytarılmalıd ır.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1, 34.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, və 157.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini, həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir

9. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 sentyabr 2020-ci il tarixli, 2(103)-5118/2020 saylı qətnaməsi ilə (hakimlər İ.S.Şirinov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və A.V.Tanrıverdiyev) apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli, 2(010)-742 /2020 saylı qətnaməsinin apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılması qət edilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin apellyasiya şikayətinin iddiaçıda evin açarı olduğu üçün onun həmin qızıl-zinət əşyalarını özünün gəlib evdən götürməsi barədə dəlili ehtimala əsaslanır və cavabdeh həmin hala dair əsaslı, şübhədənkənar və təkzibolunmazlıqla bağlı tələblərə cavab verən sübut təqdim edə bilmir. Bundan başqa apellyasiya şikayətinin digər dəlili, yəni qızıl-zinət əşyalarının qiymətinin şişirdilməsi ilə bağlı göstərilmişdir ki, rayon məhkəməsi tərəfindən qızıl zinət əşyalarının dəyərinin müəyyən edilməsi üçün ekpertiza təyin edilmiş və qiymətlər rəyə uyğun müəyyən edilmişdir. Odur ki, apellyasiya şikayətinin də lilləri əsassızdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

11. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiya məhkəməsi qızıl-zinət əşyalarının iddiaçı tərəfindən aparılması məsələsində cavabdehin söylədiyi yəni evin açarlarının iddiaçıda olması faktını sübut kimi qəbul etməmişlər. Həmçinin şahidlərim olduğunu desə də, hər iki instansiya onun şahidlərini qəbul etməmiş və heç bir qətnamədə buna toxunmamışlar. Həmçinin idiaçı ilə arasınd a nikah Nərimanov Rayon Məhkəməsinin 01.07.2019-cu il tarixli,2(005)1731/2019 saylı qətnaməsi ilə pozulmuş və iddiaçı özünə aid bütün cehiz və qızıl-zinət əşyaların götürüb aparmışdır. İddiaçı ilə aralarında əşyalar, o cümlədən qızıl-zinət əşyaları üstündə heç vaxt heç bir problem olmamışdır. Sadəcə azyaşlı övladı X1 ilə ünsiyyətdə olmaq üçün məhkəməyə müraciət etdikdən sonra əmlakla bağlı əsassız tələblər qalxmışdır. Bu bir növ ona təzyiq vasitəsi idi, yəni uşaqla ünsiyyətdən əl çəksin, qatşı tərəf də öz iddia tələbindən əl çəkir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə icl asına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Konstitusiyası Maddə

13. Mülkiyyət 13.3.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə

29. Mülkiyyət hüququ 29.3Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 29.4. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə

157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə

225. Ərlə arvadın ümumi mülkiyyəti 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə

666. Bağışlama müqaviləsi 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

17. Azərbaycan Respublikasının Mülki Proses sual Məcəlləsi Maddə

77. Sübut etmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik etmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə

418. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

18. MPM-in 4 07.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

19. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

20. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

21. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. M əhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sü buta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir.

24. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını bu əsaslar üzrə araşdırmış, iddiaçıya toy zamanı brilyant dəst (bir ədəd sırğa, üzük, sep, qolbaq), qızıl qolbaq, qızıl və qızıl üzükdən ibarət qızıl-zinət əşyaları hədiyyə edildiyi, cavabdeh tərəfindən də bu faktın mübahisələndirilmədiyi müəyyən edilmişdir. İddiaçı sonuncu dəfə evi həkim müayinəsinə getmək ni yyətilə evi tərk etmiş və bundan sonra bir daha evinə qayıtmamışdır. Sonradan onların ailə kimi bir yerdə yaşaması mümkün olmamış və aralarında olan nikah məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Tələb olunan qızıl zinət əşyaları isə cavabdehə məxsus evdə qalmışdır.

25. Göründüyü kimi Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinin iddiaçıya münasibətdə mövcud olması onun tərəfindən Mülki Prosessual Məcəllənin 77.1ci maddəsinə uyğun olaraq subuta yetirilmişdir. Lakin cavabdeh tərəf evin açarlarının iddiaçıda olmasını və mübahisəli qızıl-zinət əşyalarının onun tərəfindən aparılmasını sübuta yetirə bilməmişdir.

26. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; m əhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumunun 18.03.2019-cu il tarixli Qərarı)

27. Avropa Məhkəməs i Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

28. Məhkəmə kollegiyası göstərir ki, cavabdeh tərəf qızılların iddiaçı tərəfindən aparılması barədə məhkəmələrə mötəbər sübutlar təqdim etmədiyindən onun dəlilləri qəbul edilən deyildir.

29. Mübahisəli qızıl-zinət əşyalarının qiymətləri ilə bağlı məhkəmə kollegiyası göstərir ki, əmlakların qiymətləri Heba Consulting MMC-nin 27.02. 2020-ci il tarixli, 0261/20/FS nömrəli “zinət əşyalarının qiymətləndirilməsinə dair mütəxəssis rəyi” ilə müəyyən edilmişdir və qiymətlərin əksi barədə cavabdeh məhkəmələrə hər hansı rəy təqdim etməmişdir. Ona görə də məhkəmələrin qızılların qiymətləri barədə mövqeyi qəbul ediləndir.

30. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 sentyabr 2020-ci il tarixli, 2(103)-5118/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar