Məhkəmə qərarları › İş №2(102)-2859/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2859/2025

06.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2859/2025 06.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh3 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 may 2025-ci il tarixli, 2(105)124/2025 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 06 noyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh3 30 ay müddətinə, illik 27 % ödəmək şərtilə 12.700 ABŞ dolları kredit verilmişdir.

2. İddiaçı ASC ilə Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 110008364/ZM saylı zaminlik müqaviləsinə əsasən zaminlər Cavabdeh1 və Cavabdeh2 borclu Cavabdeh3 Bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşımaları barədə öz üzərinə öhdəlik götürmüşlər.

3. İddiaçı ASC ilə Cavabdeh3 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əlavə sazişə əsas ən, kreditorun borcalana 12.700 ABŞ dolları verdiyi kreditin qalıq məbləği 12394,07 ABŞ dolları təşkil edir. Kreditin müddəti bu əlavə saziş imzalandığı tarixdən xx.xx.2018-ci il tarixədək uzadılır.

4. İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 110008364/ZM saylı zaminlik müqaviləsi üzrə 1№ əlavə sazişə əsasən, kreditin müddəti bu əlavə saziş imzalandığı tarixdən xx.xx.2018-ci il tarixədək uzadılır.

5. İddiaçı ASC ilə Cavabdeh3 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 10668,87 manat təşkil edir. Kreditin müddəti bu əlavə saziş imzalandığı tarixdən xx.xx.2021-ci il tarixədək uzadılır.

6. İddiaçı ASC ilə Cavabdeh3 və Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış 110008364/ZM saylı zaminlik müqaviləsi üzrə 2№ əlavə sazişə əsasən kreditin müddəti bu əlavə saziş imzalandığı tarixdən xx.xx.2021-ci il tarixədək uzadılır.

7. İddiaçı ASC ilə Cavabdeh3 və Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış 110008364/ZM saylı zaminlik müqaviləsi üzrə 2№ əlavə sazişə əsasən kreditin müddəti bu əlavə saziş imzalandığı tarixdən xx.xx.2021-ci il tarixədək uzadılır.

8. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 banka 4923,88 manat əsas, 2738,86 manat faiz, 5269,54 manat cərimə, illik 5%-lə hesablanmış 718,08 manat faiz borcu olmaqla, cəmi 13650,36 manat məbləğində borcu mövcuddur.

9. LPO İddiaçı ASC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanladığı xəbərdarlıq məktub undan görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı LPO İddiaçı ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra- iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tələbini onunla əsaslandırmışdır ki, kredit və zaminlik müqavilələri üzrə bağlanmış 01 saylı, xx.xx.2015-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 12.394,07 ABŞ dolları müəyyən edilmişdir. Kreditin müddəti 14 ay uzadılaraq, xx.xx.2018ci il tarixədək müəyyənləşdirmişdir. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 02 saylı, xx.xx.2017-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliy inin qalığı olan 7.620,62 ABŞ dolları konvertasiya edilməklə (1USD = 1.40 manat) 10.668,87 manat təşkil etmişdir. Kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 15% ödənilməli idi. Müqavilənin müvafiq bəndinə əsasən borcalan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə hesablanmış faizləri və cərimələri, habelə tariflərə uyğun olaraq komissiya haqlarını, çıxarış və arayışların borcalana verilməsi və ya borcalanın adından göndərilməsi üzrə xərcləri kreditora vaxtında və tam olaraq ödəməyi öhdəliyinə götürmüşdür. Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar krediti hesablanmış faizlər, cərimə və bu müqaviləyə əsasən ödənilməsi nəzərdə tutu lan digər məbləğlər ilə birlikdə qaytarılmasını, dəymiş zərərin, o cümlədən əldən çıxmış faydanın ödənilməsini tələb etməyə bankın hüququ vardır. xx.xx.2023-cü il tarixə Cavabdeh3 cəmi borcu 13.650,36 manat təşkil edir. Bundan 4.923,88 manat əsas, 2.738,86 manat faiz, 5269,54 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 718,08 manat faiz borcu təşkil edir.

11. Göstərilənlərə əsasən cəmi borcu 13.650,36 manat, bundan 4923,88 manat əsas, 2738,86 manat faiz, 5269,54 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 718,08 manat faiz borcu və iş üzrə ödənilmiş 130,95 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabde h2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İşə əlavə edilmiş materiallarında Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış 03 fevral 2017-ci il tarixli, 02 saylı razılaşma müqaviləsində qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh3 xx.xx.2023-cü il tarixə 9.142,01 manat, ondan əsas borc üzrə 4785,55 manat, faiz borcu üzrə 4356,46 manat məbləğində müəyyən edilir. Qeyd edilir ki, 03 fevral 2017-ci il tarixli, 02 saylı razılaşma müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh3 cərimə borcu hesablanmamışdır.

13. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(060)-1820/2024 nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddia tələbi qismən təmin edilərək, borclu Cavabdeh3 4.785,55 manat əsas, 2.738,86 manat faiz, 400 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 718,08 faiz, ümumilikdə 8.642,49 manatın, ödənilmiş dövlət rüsumuna görə 130,95 manatın tutularaq iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir.

14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 4.785,55 manat təşkil edir. İş üzrə təyin edilmiş ekspertiza rəyi ilə cavabdehin kredit müqaviləsi üzrə müqavilə müddəti üçün əsas borcun 4785,55 manat olması müəyyən edildiyindən, ekspert rəyi sübut növü kimi qəbul edilməlidir. Ekspert rəyində cavabdehin banka 4356,46 manat faiz borcu qeyd olunduğu halda, iddia ərizəsində 2.738,86 manat faiz borcu tələb edilir.

15. Belə olan halda məhkəmə qeyd etmişdir ki, iddia tələbindən kənara çıxmayaraq, iddia ərizəsində göstərilən məbləğdə, yəni 2.738,86 manat faiz borcu tutulmalıdır. İddia cərimə məbləği ilə bağlı hissədə qismən təmin edilərək cərimə məbləği azaldılaraq, 400 manat müəyyən edilməlidir. Eyni zamanda hazırki halda tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli zaminlik müqavilələrində onun verilmə müddəti konkret təyin edildiyindən, həmin müddət qurtardıqda zaminlik müqaviləsinə xitam verilməlidir.

16. Birinci instansiya məhk əməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 442, 443.1, 448.1, 449.1, 445.7, 467, 470.1, 472.1, 477.0.4, 739-cu, habelə Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 88, 101.3, 119.1, 217.4, 218.3-cü maddələrinin tələblərinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat

17. Cavabdeh3 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onunla "xxxx" ASC arasında xx.xx.2015-ci il tarixində ********* saylı kredit müqaviləsi bağlanmış və Bank tərəfindən ona 30 ay müddətinə, illik 27% dərəcəsi ilə 12.700 manat kredit verilmişdir. Sonradan həmin müqaviləyə edilən 1 və 2 saylı əlavə kreditin valyutası ABŞ dolları olmuşdur. 2015-ci ildən sonra dolların məzənnəsi yüksəlmiş və kreditin ödənilməsində çətinliklər yaranmışdır. Sonradan Covid-19 pandemiyası səbəbindən uzun müddət işləməmişdir. Sahibkarlıq fəaliyyəti göstərmədiyinə görə bank qarşısında ödənişlər edə bilməmiş, nəticədə kredit borcu yaranmışdır. Göründüyü kimi İddiaçı ASC qarşısında kredit borcunun yaranmasına Azərbaycar Respublikasında Covid-19 pandemiyası və ABŞ dolları kursunun Azərbaycan Respublikasına Azərbaycan manatına nisbətdə xeyli yüksək olması səbəb olmudur. Məhkəmə qətnamə qəbul edərkən yaranmış fors-major vəziyəti qiymətləndirməmiş, ədalətsiz, qeyri-obyektiv qətnamə qəbul etmişdir. Məhkəmə qətnamə qəbul edərkən kredit borcunun yaranma səbəblərini nəinki araşdırıb ona hüquqi qiymət verməmiş, h ətta yaranmış vəziyyəti araşdırmağa belə cəhd göstərməmişdir. O, kredit müqaviləsi bağlayarkən vəziyyətin belə kritik həddə çatacağını bilsə idi İddiaçı ASC ilə kredit müqaviləsi bağlayıb kredit götürməzdi. Həmçinin məhkəmə hesablanmış dəbbə pulunun həddən çox hesablandığını göstərsə də onu tam ləğv etməmiş, məbləği azaldaraq 400 manat həddində saxlamışdır. Halbuki kredit borcunun yaranması səbəbləri araşdırılsa idi məhkəmə bu məbləği tam ləğv etməli idi. Həmçinin iddiaçı tərəfindən əsas məbləğə hesablanmış faiz məbləği də real deyil. İddiaçı borc məbləğinə hesablanmış faiz borcunun hesablanmasını şişirtmişdir. O, faiz borcunun və dəbbə pulunun real olmadığını, həddən artıq şişirdildiyini göstərsə də məhkəmə buna düzgün hüquqi qiymət verməmişdir.

19. İşə əlavə edilmiş Məhkəmə Ekspertiza Mə rkəzinin 06 mart 2025-ci il tarixli rəyinə əsasən iş materiallarında olan maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanmış 03 fevral 2017-ci il tarixli, 02 saylı əlavə sazişdə qeyd olunan şərtləri nəzərə alaraq cavabdehin iddiaçıya olan borcu: xx.xx.2021-ci il tarixə əsas borc üzrə 6.085,55 manat, faiz borcu üzrə 1.805,38 manat, xx.xx.2023-cü il tarixə illik 5% hesablanmaqla əsas borc üzrə 4.785,55 manat, faiz borcu üzrə 1.805,38 manat, faiz borcu üzrə 5% ilə 850,36 manat təşkil edir. Hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış 03 fevral 2017-ci il tarixli, 02 №-li əlavə sazişdə cərimə nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun hesablanması ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığı üçün cavabdehə cərimə borcu hesablanmadı.

20. Beləliklə, ekspert rəyi ilə müəyyən edilmişdir ki, faiz borcunun məbləği bankın təqdim etdiyi maliyyə arayışı əsasında irəli sürülmüş tələbdən azdır.

21. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 may 2025-ci il tarixli, 2(105)-124/2025 nömrəli qətnaməsi ilə (hakimlər Vəkil sədrlik edən, məruzəçi, Lalə Rəhimli və Almaz Süleymanova) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 4 sentyabr 2024-cü il tarixli, e-2(060)-1820/2024 nömrəli qətnaməsi- cavabdehdən 2.738,86 manat faiz borcunun tutulması hissəsində dəyişdirilmiş və cavabdehdən 1.805,38 manat faiz borcunun tutularaq iddiaçıya ödənilməsi və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

22. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi əsas borcun məbləğini ekspert rəyinə əsasən 4.785,55 manat müəyyən etsə də, faiz borcunun maliyyə arayışında göstərilən məbləğdə müəyyən olunmasını məqsədəuyğun hesab etmişdir. Lakin işdən görünür ki, birinci instansiya məhkəməsi ekspertiza təyin edilməsi barədə qərardadında xx.xx.2023-cü il tarixədək hesablanan faiz borcunun düzgünlüyünün müəyyən edilməsi barədə sual qoymuşdur.

23. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası qeyd etmişdir ki, tələb olunan faiz borcu xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi və əlavə sazişlər üzrə cavabdehin müqavilə müddətinin bitdiyi xx.xx.2021-ci il tarixədək hesablanmalı və 9/10696 nömrəli, 06 mart 2025-ci il tarixli ekspert rəyinə uyğun olaraq faiz borcu üzrə 1.805,38 manat cavabdehdən tutularaq iddiaç ının xeyrinə ödənilməlidir.

24. Bundan başqa, iddiaçı kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarına əsasən hesablanmış 718,08 manat faiz borcunu da tələb etmiş və həmin tələb birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Apellyasiya icraatı zamanı keçirilmiş ekspertiza tədqiqatına dair 06 mart 2025-ci il tarixli ekspert rəyi ilə xx.xx.2023-cü il tarixə illik 5% hesablanmaqla həmin faiz borcunun 850,36 manat təşkil etdiyi müəyyən edilmişdir.

25. Cərimə borcunun tutulması hissəsində apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməkdə sərbəstdirlər.

26. Konstitusiya prinsipi olan müqav ilə azadlığı prinsipinə əsaslanaraq kredit müqavilələrini tənzimləyərkən, qanunverici elə bir tənzimləmə şəraiti yaratmalıdır ki, müqavilədə iqtisadi cəhətdən zəif olan tərəfə müəyyən üstünlüklər təqdim etməklə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı bərabərlik prinsipinin gözlənilməsini real təmin etmiş olsun.

27. Belə olan halda, məhkəmə kollegiyası cərimə məbləğinin azaldılaraq cavabdehdən 400 manat cərimə borcunun tutulması hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

28. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 385, 442, 443, 445, 448, 739-cu, habelə Mülki Prosessual Məcəllənin 14, 77, 88, 101, 103-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

29. Cavabdeh, kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

32. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlid ir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

33. Maddə 385.2 Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

34. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

35. Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi

36. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzər inə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

37. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

38. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

39. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağ ı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

42. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

43. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

46. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

47. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

48. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri:

49. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araş dırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

50. Cavabdeh kassasiya şikayətində qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

51. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və pr osessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

52. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

53. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi əsas borcun məbləğini ekspert rəyinə əsasən 4.785,55 manat müəyyən etsə də, faiz borcunun maliyyə arayışında göstərilən məbləğdə müəyyən olunmasını məqsədəuyğun hesab etmişdir. Lakin işdən görünür ki, birinci instansiya məhkəməsi ekspertiza təyin edilməsi barədə qərardadında xx.xx.2023-cü il tarixədək hesablanan faiz borcunun düzgünlüyünün müəyyən edilməsi barədə sual qoymuşdur.

54. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tələb olunan faiz borcu xx.xx.2015-ci il tarixli kredit müqaviləsi və əlavə sazişlər üzrə cavabdehin müqavilə müddətinin bitdiyi xx.xx.2021-ci il tarixədək hesablanmalı və 06 mart 2025-ci il tarixli ekspert rəyinə uyğun olaraq faiz borcu üzrə 1.805,38 manat cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

55. Bundan başqa, iddiaçı kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarına əsasən hesablanmış 718,08 manat faiz borcunu da tələb etmiş və həmin tələb birin ci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Apellyasiya icraatı zamanı keçirilmiş ekspertiza tədqiqatına dair 06 mart 2025-ci il tarixli ekspert rəyi ilə xx.xx.2023-cü il tarixə illik 5% hesablanmaqla həmin faiz borcunun 850,36 manat təşkil etdiyi müəyyən edilmişdir.

56. Cərimə borcunun tutulması hissəsində apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməkdə sərbəstdirlər.

57. Konstitusiya prinsipi olan müqavilə azadlığı prinsipinə əsaslanaraq kredit müqavilələrini tənzimləyərkən, qanunverici elə bir tənzimləmə şəraiti yaratmalıdır ki, müqavilədə iqtisadi cəhətdən zəif olan tərəfə müəyyən üstünlüklər təqdim etməklə, sahibkarlıq f əaliyyətinin həyata keçirilməsi zamanı bərabərlik prinsipinin gözlənilməsini real təmin etmiş olsun.

58. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi cərimə məbləğinin azaldılaraq cavabdehdən 400 manat cərimə borcunun tutulması hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə haqlı olaraq razılaşmışdır.

59. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdeh3 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 may 2025-ci il tarixli, 2(105)-124/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar