Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2861/2020 30.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Cavabdeh2 tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)10797/2018 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadından verilmiş kasasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Pərviz Hüseynov) xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, xx xxxx 2014-cü il tarixli 850/F-14 saylı kredit müqavi ləsi üzrə 120519,48 ABŞ dolları əsas borc, 214,26 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə borcu, cəmi 121233,74 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə Cavabdeh1 alınaraq “xxxx” ASC-yə ödənilməsi, tələbin Cavabdeh2 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 118 saylı evin 41 saylı mənzilinə (4 otaq, ümumi sahəsi 164,2 kvadrat metr, yaşayış sahəsi 99,4 kvadrat metr, yardımçı sahə 64,8 kvadrat metr) yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 300650 manat müəyyən edilməklə açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən 121233,74 ABŞ dolları məbləğində pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə “xxxx” ASC-yə ödənilməsi, qalan məbləğin Cavabdeh2verilməsi, ilk iddia üzrə iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manatın 15 manatı “xxxx” ASC-yə aid edilməsi, 15 manatın isə Cavabdeh1 alınaraq “xxxx” ASC-yə ödənilməsi, ilkin iddia digər hissədə təmin edilməməsi, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh “xxxx” ASC-yə qarşı “kredit müqaviləsinə xitam verilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 aid edilməsi, məhkəmə tikinti-texniki ekspertizasının tədqiqa t dəyəri olan 300 manatın 150 manatının “xxxx” ASC-dən, 150 manatın isə Cavabdeh1 alınaraq «X3» MMC-yə ödənilməsi, məhkəmə mühasibatlıq ekspertizasının tədqiqat dəyəri olan 100 manatın 50 manatı “xxxx” ASC-dən, 50 manatı isə Cavabdeh1 alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Etibar Nəbiyev sədrlik edən və məruzəçi, Raqib Qurbanov, Azad İmanov) xx xxxxxxx 2018-ci il tarixli, 2(103)-10797/2018 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Əsəd Mirzəliyev - sədrlik edən və məruzəçi, Gündüz Quliyev, Tatyana Qoldman) xx xxxx 2019- cu ıl tarixli, 2(102)-3898/2019 saylı qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kolegiyasının (hakim Əhməd Nurməmmədov) xx xxxxxx 2019-cu il tarixli, 2(102)-8834/2019 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxxx 2018-ci il tarixli, 2(103)10797/2018 saylı qətnaməsindən Cavabdeh2 verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməsi, kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün mülki işin Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Etibar Nəbiyev sədrlik edən və məruzəçi, Raqib Qurbanov, Aida Hüseyn) xx xxxxxx 2020-ci il tarixli, 2(103)-10797/2018 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kolegiyasının 2(103)-10797/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə Cavabdeh2 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. İşin halları: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli 850/F-14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 “xxxx” ASC-yə olan 122507,66 ABŞ dolları əsas, 2291,30 ABŞ dolları faiz, 49768,68 ABŞ dolları cərimə faiz borcu, cəmi 174567,64 ABŞ dolları pul məbləğinin, ipotekaya tutma yönəldilməsi ilə bağ lı bildirişin reyestrdə qeydə alınması üçün 31 manat məbləğində rüsumun, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat məbləğində dövlət rüsumunun tutulması, həmin məbləğlərin ipoteka qoyulmuş Quliyev Hicran Bəybala qızına məxsus olan ünvan 1 ünvanında yerləşən 4 otaqlı, 164.2 kvadrat metr ümumi, 99.4 kvadrat metr yaşayış və 64,8 kvadrat metr yardımçı sahədən ibarət olan mənzilə yönəldilərək həmin əmlakın açıq hərracda satılmasından əldə edilən vəsait hesabına “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı “xxxx” ASC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 kredit müqaviləsi üzrə 120519,48 ABŞ dolları əsas borc, 214,26 ABŞ dolları faiz borcu, 49768,68 ABŞ dolları cərimə borcu, cəmi 1 70502,42 ABŞ dolları borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilmiş 31 manat məbləğində rüsumun və məhkəmədə iddia qaldırılması ilə əlaqədar ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın Quliyev Hicran Bəybala qızına məxsus ünvan 1 ünvanında yerləşən 4 otaqlı, 164,2 kvadrat metr ümumi, 99,4 kvadrat metr yaşayış və 64,8 kvadrat metr yardımçı sahədən ibarət olan mənzilə yönəldilərək açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən gəlir hesabına “xxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 “xxxx” ASC-yə qarşı “kredit müqaviləsində dəyişikliklər edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla “xxxx” ASC arası nda bağlanmış xx.xx.2014-cü il tarixli 850/F-14 saylı kredit müqaviləsində dəyişiklik edərək kredit məbləğinin 200000 manat, kreditin müddətinin isə 60 ay kimi göstərilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh1 qarşılıqlı iddia ərizəsinin dəyişdirilməsi və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla “xxxx” ASC arasında bağlanmış xx xxxx 2014-cü il tarixli 850/F-14 saylı kredit müqaviləsinə ilkin iddia məhkəməyə təqdim edildiyi xx xxxxxx 2017-ci il tarixdən xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və kasasiya şikayətinə qarşı etiraz: Cavabdeh2 kasasiya şikayəti verərək Bakı Apellyasiya Mə hkəməsi Mülki kolegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının tələblərini pozmuş, məhkəmə müdafiəsi hüququndan məhrum edilmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslar a görə Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin edilməməlidir. İşdən göründüyü kimi, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2018ci il tarixli qətnaməsinin qanuniliyi və əsaslılığı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən kassasiya instansiyası məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə bütövlükdə yoxlanılıb, yəni Cavabdeh2 kassasiya şikayətində mübahisələndirdiyi hissədə kassasiya instansiyasında işə baxılmasının predmeti olub. Digər tərəfdən prosessual qanunverciliyə görə, məhkəmə aktının əsaslılığının tam və ya qismən yoxlanılması onun hansı hissədə mübahisələndirilməsindən, kassasiya şikayətinin qətnamənin ləğvinə yönəlib-yönəlməməsindən və mübahisənin pre dmetının bölünən olub-olmamasından asılıdır. Məhkəmə aktının əsaslılığının qismən yoxlanılması üçün qanunla müəyyən edilmiş iki şərtin olması zəruridir: birincisi, kassasiya şikayətinin məhkəmə aktının tam ləğvinə yönəlməməsi; ikincisi, mübahisənin predmetinın bölünməz olmaması məcmu halda mövcud olmalıdır. Bu şərtlərdən hər hansı birinin istisna olması məhkəmə aktının əsaslılığının tam yoxlanılması üçün əsasdır. Eyni zamanda qeyd olunan iki şərtdən hər hansı birinin, yəni kassasiya şikayətinin məhkəmə aktının tam ləğvinə yönəlməsi; mübahisənin predmetinin bölünməz olması apelyasiya instansiyası məhkəməsi aktlarının əsaslılığının kassasiya qaydasında tam yoxlanılması üçün əsasdır. Həmçinin kassasiya şikayətinin qətnamənin ləğv edilməsinə yönəlməsi dedikdə apelyasiya instansiyası məhkəməs inin aktlarının tamamilə ləğv edilməsinin xahiş olunması başa düşülür. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddənin mənasına görə, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayarkən kassasiya şikayətində qətnamənin qanunsuz olmasına dair göstərilən dəlillərlə məhdudlaşmır, qətnamənin qanunilyi onun hansı hissədə mübahisələndirilməsini nəzərə almadan tam həcmdə yoxlayır. Həmin Məcəllənin 419.4-cü maddəsinə görə kassasiya instansiyası məhkəməsinin qərarı qəbul edildiyi andan qüvvəyə minir. Bu baxımdan Cavabdeh1 kassasiya şikayətinə əsasən iş üzrə kassasiya instansiyası məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsinin əsaslılığı Cavabdeh2 münasibətdə də tam yoxlanılaraq kassasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin sözügedən qətnaməsi bütövlükdə dəyişdirilmədən saxlanıldığından, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hazırkı işə Cavabdeh2n kassasiya şikayətinə əsasən təkrar baxıla bilməz. Qeyd edilənlərə əsasən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kolegiyasının 2(103)-10797/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsindənCavabdeh2 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti qaytarılmalıdır. Məhkə mə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən kasasiya şikayəti geri qaytarılarkən Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh2kasasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-10797 /2018 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-2861/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2861/2020
30.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver