Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2861/2023 12.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsindən çıxarılma, icarə haqqının ödənilməsi, əmlakın sahibinə qaytarılması, çəkilmiş xərcin əvəzinin ödənilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış obyektindən məcburi çıxarılma, icarə haqqının ödənilməsi” barədə ilk, Cavabdeh İddiaçı qarşı “pul" tələbi barədə qarşılıqlı iddiasına dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kolle giyasının 2(105)-126/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 12 sentyabr 2023- cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Nümayəndə ümumi sahəsi 59,9 kvadrat metr olanünvan 1saylı mənzilin 30 kvadrat metr sahəsini xx.xx.2018-ci il tarixdə Cavabdeh 1 il müddətinə icarəyə vermişdir.
2. Nümayəndə sözügedən qeyri-yaşayış sahəsini oğlu İddiaçı bağışlamışdır.
3. Mübahisə qeyri-yaşayış sahəsinin boşaldılması və ona çəkilmiş yaxşılaşdırma xərcinin qaytarılması ilə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra “iddiaçı”) Cavabdeh (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə mür aciət edərək, cavabdehin ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 59,9 kvadrat metr olan qeyri-yaşayış obyektinin 30 kvadrat metr sahəsindən məcburi çıxarılması, 500 manat icarə haqqının və 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 59,9 kvadrat metr olan qeyri-yaşayış obyektinin 30 kvadrat metr sahəsinə dair 5 sentyabr 2018-ci il tarixdə iddiaçının atası Nümayəndə ilə cavabdeh arasında icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinin müddəti bitmişdir. İddiaçı dəfələrlə cavabdehdən xahiş etmişdir ki, qeyri-yaşayış sahəsini boşaldıb tərk etsin və ona 5 ay ödənilməmiş icarə haqqını, yəni 500 manat pul vəsaitini ödəsin. Sözügedən qeyri-yaşayış obyekti atası Nümayə ndə tərəfindən iddiaçıya notarial qaydada bağışlanmışdır. İddiaçı 30 mart 2021-ci il tarixdə qeyri-yaşayış sahəsini boşaldaraq tərk etməyini cavabdehdən "xxxx" MMC vasitəsi ilə xahiş etmiş, lakin cavabdeh iddiaçının məktubunu alsa da, müraciətə cavab verməmişdir.
6. Cavabdeh də qarşılıqlı iddia ərizəsi verərək, sözügedən obyektin təmirinə çəkilən xərclərin 18600 manat və 5560 manat olmaqla, ümumilikdə 24160 manat pulun, həmçinin 30 manat dövlət rüsumunun iddiaçıdan tutularaq cavabdehə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh 2015-ci ilin iyul ayından ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 59,9 kvadrat metr olan qeyri-yaşayış sahəsinin icarədarıdır. Bu obyekt göstərilən tarixdən “Travel-Notarial Tərcümə mərk əzi” kimi qeydiyyata alınmışdır. Bu qeydiyyatı mərkəzin reklamı ilə bağlı həmin tarixdə İcra Hakimiyyəti yanında reklam departamentinə etdiyi müraciət təsdiq edir. Həmin reklam bu günə qədər binanın fasadındadır. Bundan əlavə o, həmin obyektlə bağlı aktiv vergi ödəyicisidir. Bu günə qədər obyektlə bağlı bütün xərcləri, kommunal ödənişləri, o cümlədən icarə müqaviləsi ilə bağlı vergiləri cavabdeh ödəyir.
8. Cavabdeh sözügedən obyektə gələndə həmin qeyri-yaşayış sahəsi təmirsiz, istismara yararsız və müştəri potensialı olmayan bir vəziyyətdə idi. Obyekt sahibi, yəni Nümayəndə ilə danışaraq obyekti sıfırdan təmir edəcəyi barədə onunla razılığa gəlmişlər. Bu minvalla obyektin giriş qapısından tutmuş içinin bütün avadanlıqları ilə birlikdə bütün xərclərini cavabdeh çəkmişdir. Belə ki, təkcə təm irə 18600 manat xərc çəkilmişdir. Hətta obyektin bütün sayğaclaşma işlərini cavabdeh həyata keçirmiş və sayğaclarını öz şəxsi vəsaiti hesabına almışdır. Göstərilən tarixdən mütəmadi olaraq cavabdeh hər ayın 5-10-u tarixləri arası ilk iki il ərzində obyekt sahibinə 450 manat, daha sonra isə 2017-ci ildən başlayaraq 350 manat icarə haqqı ödəmişdir. Sonra 5 ayın icarə haqqını isə obyektin sahibinin xahişi ilə onun oğlu olan iddiaçıya ödəmişdir.
9. Cavabdeh heç kimə lazım olmayan və müştəri potensialı sıfır həddində olan, yararsız obyekti tam işlək vəziyyətə gətirmişdir. 2017-ci ilin sonlarında obyektin giriş qapılarının etibarsız olması barədə obyekt sahibinə məhkəmə bildirişi gəlmişdir. Obyekt sahibi, yəni Nümayəndə bununla bağlı məhkəmədə və digər orqanlarda hüquqlarını müdafiə etmək üçün c avabdehə müraciət etmişdir. Bununla bağlı Nümayəndə cavabdehə etibarnamə vermişdir. Bu işlə bağlı, yəni obyektin əvvəlki vəziyyətdə fəaliyyət göstərməsi ilə əlaqədar cavabdehinünvan 1saylı mənzilin pəncərələrinin qapı ilə əvəz olunması sərəncamının yenilənməsi ilə bağlı 5560 manat xərci çıxmışdır.
10. Son 4 ay ərzində iddiaçı ilk öncə icarə haqqını qaldırdığını bildirmişdir. Bundan sonra müxtəlif vaxtlarda ofisə gələrək mülkiyyətçi olduğunu bildirməklə cavabdehdən obyektdən çıxmağı tələb etmişdir. Cavabdeh də təbii olaraq ona bu obyektə tərəfindən çəkilən xərclərin veriləcəyi təqdirdə heç bir problem olmadan obyekti iddiaçıya təhvil verəcəyini bildirmişdir. Qeyd olunan obyektə çəkilən xərclər iddiaçının atası, yəni obyektin əvvəlki mülkiyyətçisi Nümayəndə razılığı ilə çəkilmişdir. Daha s onra isə mart ayının 10-u cavabdeh obyektdə olmadığı zaman, iddiaçı özbaşına olaraq obyektə daxil olmaq istəmiş, lakin bunu bacarmadığını gördükdə, atasına məxsus qonşu obyektə girərək oranın arakəsməsini zədələyərək, oturduqları obyektin divarını yararsız hala gətirmiş, bununla da cavabdehə maddi və mənəvi zərər vurmuşdur. Belə ki, 1 ədəd 1000 manat dəyərində “Toshiba satalet” markalı notebook və həmin notebookun yerləşdiyi yazı stolu, əyləşdiyi stul, vətəndaşlara çatası bir neçə sənəd yararsız hala düşmüş və bu zərər nəticəsində cavabdeh 3 gün ərzində fəaliyyət göstərə bilməmiş, həmin müddətdə qazancından məhrum olmuşdur. Zəng vurub iddiaçıdan bunu nə üçün etdiyini soruşduqda, iddiaçı bu faktı təsdiqləmiş və obyektdən çıxmayacaqları təqdirdə obyekti başlarına uçuracağını demişdir. Baş ve rən hadisə ilə bağlı cavabdeh hüquq-mühafizə orqanlarına müraciət etmişdir.
11. Qarşılıqlı iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 158.4, 387.1, 680.1, 699.1, 700.1 və 700.3-cü maddələrinə istinad edilmişdir.
12. Mübahisəli əraziyə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, qeyri-yaşayış sahəsi iki iç-içə yerləşən iki otaqdan və sanitar qovşaqdan ibarətdir və orta təmirlidir. Cavabdeh istifadəsində olan qeyri-yaşayış sahəsi ilə qonşuluqda İddiaçı məxsus olan digər qeyri-yaşayış sahəsi yerləşir. Həmin qeyri-yaşayış sahəsi təmirsizdir. Yerli baxış zamanı Cavabdeh bildirmişdir ki, o, qeyri-yaşayış sahəsini icarəyə götürərkən qeyriyaşayış sahəsi tam təmirsiz vəziyyətdə (digər qeyri-yaşayış sahəsi ilə oxşar) olmuşdur. Lakin, onun istifadə etdiyi obyektin qapısı belə olmamışdır. Cavabdeh qeyri-yaşayış obyektini icarəyə götürdükdən sonra, oranın qapısını yerləşdirmiş, divar kağızlarını, döşəməni və tavanı (alçipan) vurdurmuş, digər otaqdakı pəncərəni qoydurmuş və sanitar qovşağı təmir etdirmiş, bütün bunların xərcini isə özü çəkmişdir.
13. Birinci instansiya məhkəməsi qeyri-yaşayış sahəsində görülən təmir işlərinin dəyərini müəyyən etmək məqsədilə ekspertiza təyin etmiş, ekspertizanı "xxxx" MMC-yə tapşırmışdır. 14. "xxxx" MMC-nin Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 1/22,, 18 saylı mənzilin qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli hesabatında ümumi sahəsi 59,9 kvadrat metr olan qeyri-yaşayış sahəsinin təmir-tikinti xərcləri 17000 manat qiymətləndirilmişdir. Hesabatda qiymətləndirmə haqqı olan 400 manatın cavabdeh tərəfindən ödənildiyi göstərilmişdir.
15. B irinci instansiya məhkəməsində şahid X2 bildirmişdir ki, Cavabdeh onun iş yoldaşıdır, həmin obyektdə 2015-ci ildən onunla birlikdə fəaliyyət göstərirlər. O, həmin obyektdə tərcüməçi kimi işləyir. İddiaçı isə obyekt sahibinin oğlu kimi tanıyır. Sonuncunun atasının razılığı ilə Cavabdeh həmin obyektdə təmir işləri aparmış, tavan və döşəmə vurdurub, qapını dəyişdirib, arxa və qabaq otaqlar arasında arakəsmələr düzəltdirib, sanitar qovşağı təmir etdirib. Həmin təmir xərclərinə cavabdehin təxminən 20000 manat xərci çıxıb.
16. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-132/2022 nömrəli, 25 aprel 2022-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilərək Cavabdeh ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 59,9 kvadrat metr olan qeyri-yaşayış obyektinin 30 kvadrat metr sahəsindən çıxarılması, qarşılıq lı iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə çəkilən 17000 manat məbləğində təmir-tikinti xərclərinin İddiaçı tutularaq Cavabdeh ödənilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 400 manat pulun 200 manatının İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmiş, ilk və qarşılıqlı iddialar qalan hissələrdə təmin edilməmişdir. (hakim Emin Abdullayev)
17. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehlə iddiaçının atası Nümayəndə arasında icarə müqaviləsi xx.xx.2018-ci ildə 1 il müddətinə bağlanmış və müqavilənin müddəti bitmişdir. Qeyri-yaşayış sahəsi Nümayəndə tərəfindən iddiaçıya bağışlanmışdır. Belə olan halda, cavabdeh icarə obyekti olan əmlakı iddiaçıya qaytarmağa borcludur.
18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilkin iddia ərizəsində cavabdehin ona 500 manat icrarə haqqı borcu olduğunu göstərsə də, həmin halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
19. Birinci instansiya məhkəməsinin qarşılıqlı iddiaya münasibətdə mövqeyi belə olub ki, Mülki Məcəlləyə əsasən kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. Əvəzi ödənilən xərclərə binaların, qurğuların və ya nəqliyyat vasitələrinin kirayəsi halında – istismar, qulluq və təmizləmə xərcləri, heyvanın kirayəyə verildiyi halda – qulluq və bəsləmə xərcləri aid edilir. Kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız a parmaq haqqında müddəaları ilə müəyyənləşdirilir.
20. Birinci instansiya məhkəməsi göstərib ki, işin müəyyən edilmiş hallarına əsasən qeyri-yaşayış sahəsi cavabdehə icarəyə verilərkən təmirsiz vəziyyətdə olmuş və sonuncu həmin obyekdə onun əvvəlki mülkiyyətçisi olan Nümayəndə razılığı ilə təmir işləri aparmışdır. Qeyd edilən halı iş üzrə şahid ifadəsi də təsdiq edir. İş üzrə təyin edilmiş qiymətləndirmə ekspertizasında dair hesabatda obyektə çəkilmiş təmir-tikinti xərclərinin 17000 manat təşkil etdiyi qeyd edilmişdir.
21. Birinci instansiya məhkəməsi qeyd edib ki, cavabdeh qarşılıqlı iddia ərizəsində iddiaçıdan 24160 manat pulun tutulmasını xahiş etsə də, obyektin təmir-tikintisinə və digər məsələlərə həmin məbləğdə xərc çəkdiyini sübut edə bilməmişdir. Bu səbəbdən qarşılıqlı iddia qismən təmin edilməklə, Cavabdeh xeyrinə 17000 manat pul İddiaçı tutulmalıdır.
22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 689.1, 689.2, 690.1, 697.1, 680.1, 680.2, 700.1, 700.2 və 700.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə çəkilən 17000 manat məbləğində təmir-tikinti xərclərinin iddiaçıdan tutularaq cavabdehə ödənilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 400 manat pulun 200 manatının iddiaçıdan tutularaq cavabdehə ödənilməsi hissəsində ləğv edilərək, qarşılıqlı iddia tələbinin həmin hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. İddiaçının apellyasiya şikayətinin dəlilləri: - cavabdeh qarşılıqlı iddia ərizəsində 2015-ci ilin iyul ayından mübahisəli qeyriyaşayış sahəsinin icarədarı olduğunu, bu obyektin göstərilən tarixdən “Travel-Notarial Tərcümə mərkəzi” kimi qeydiyyata alındığını, obyektin təmirsiz, istismara yararsız və müştəri potensialı olmayan bir vəziyyətdə olduğunu, obyekt sahibi, yəni Nümayəndə ilə danışaraq obyekti sıfırdan təmir edəcəyi barədə onunla razılığa gəldiyini, obyektin giriş qapısından tutmuş içinin bütün avadanlıqları ilə birlikdə bütün xərclərini özünün çəkildiyini, təkcə təmirinə 18600 manat xərc çəkdiyini iddia etmişdir. Halbuki qeyd edilən qeyriyaşayış sahəsi 2010-cu ildən fəaliyyət göstərmiş, xx.xx.2010-cu il tarixli icarə müqaviləsi əsasında icarədar Nümayəndə tərəfindən icarəçi Azərbaycan Respublikası Ədliyyə Nazirliyininin Qeydi yyat və Notariat Baş İdarəsi ilə Azərbaycan Respublikası Qanunvericiliyinin tələbləri əsasında notariat kontorunun yerləşməsi məqsədilə icarəyə götürülmüşdür. Buradan da belə nəticəyə gəlmək olar ki, Cavabdeh, qeyri-yaşayış sahəsini təmirsiz, istismara yararsız və müştəri potensialı olmayan bir vəziyyətdə qəbul etdiyinə dair iddiası, obyekt sahibi Nümayəndə ilə obyekti sıfırdan təmir edəcəyi barədə razılığı, təmirinə 18600 manat xərc çəkməsi, heç kimə lazım olmayan və müştəri potensialı sıfır həddində olan, yararsız obyekti tam işlək vəziyyətə gətirdiyinə dair iddiası həqiqəti əks etdirmir, bunlar məhkəməni yanıltmaq üçün verilmiş əsassız ifadədir. Belə ki, xx.xx.2010-cu il tarixli icarə müqaviləsi üzrə qeyd edilən qeyri-yaşayış sahəsi xx.xx.2010- cu ildən xx.xx.2012-ci il tarixədək Quba dlı rayon Dövlət Notariat Kontoruna verilmək şərti ilə tərtib edilmiş, notariat fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan sanitar-texniki və yanğından mühafizə üçün lazımi şərtlər yerinə yetirildikdən sonra obyekt təhvil verilmişdir. Belə olan halda, Cavabdeh mübahisəli qeyri-yaşayış sahəsinə icarə müqaviləsi imzalayarkən, icarədar ilə əmlakın ümumi vəziyyətini əks etdirən təhvil-təslim aktı tərtib edilmədən, obyektin sıfırdan təmirinə 18600 manat xərc çəkməsi şübhə doğurur; - məhkəmə qarşılıqlı iddia tələbini qismən təmin edərkən, qeyri-yaşayış sahəsinin cavabdehə icarəyə verilərkən təmirsiz vəziyyətdə olması və sonuncunun həmin obyektdə onun əvvəlki mülkiyyətçisi olan Nümayəndə razılığı ilə təmir işləri apardığı qənaətinə gəlmişdır. Məhkəmənin belə qənaətə gəlməsi iş materialları nda olan hər hansı sübutla əlaqələndirilməmişdir; - bundan əlavə, iş üzrə təyin edilmiş qiymətləndirmə ekspertizasına dair hesabatda mübahisəli qeyri-yaşayış sahəsində son təmir işlərinin nə zaman aparıldığına dair məhkəmə qərardadının sualı cavablandırılmamışdır. Bu qədər ziddiyyətli məqamlar olduğu halda, məhkəmənin qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi barədə mövqeyi qanuni və əsaslı hesab edilə bilməz. Göstərilən hallar apellyasiya instansiya məhkəməsi tərəfindən yenidən araşdırılmalıdır.
25. Cavabdeh də apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, qarşılıqlı iddia tələbinin təmin olunmayan hissəsində təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Cavabdehin apellyasiya şikayətinin dəlilləri belə olub: - məhkəmə tərəfindən cavabdehə dəyən maddi və mənəvi zərər tam olaraq araşdırılmamışdır; - həmçinin qarşı tərəfin cavabdehə ödəyəcəyi ümumi məbləğ müəyyən edildikdən, həmin ödəniş tam olaraq qəbul edildikdən sonra cavabdehin obyektdən çıxarılmağı ilə bağlı qətnamə qəbul olunması (mərhələli şəkildə) daha məqsədə müvafiqdir. Belə ki, cavabdeh yalnız obyektin təmirinə ən azı 18600 manat xərc çəkmiş, obyektin bütün sayğaclaşma işlərini həyata keçirmiş və sayğacları öz şəxsi vəsaiti hesabına almışdır; - bundan əlavə, həmin ünvanın pəncərələrinin qapı ilə əvəz olunması sərəncamının yenilənməsi ilə bağlı etibarnamə əsasında cavabdeh görülmüş bütün işlərə 5560 AZN xərc çəkmişdir. Bu xərclər cavabdehin maddi zərərini təşkil edir; - həm də bu obyekt cavabdehin yeganə iş yeridir və 7 ildən çoxdur ki, bütün işi bu obyektlə bağlıdır. Bütü n müştərilər hər gün bu obyektə yaxınlaşır. İcarə müqaviləsinin qeyri-müəyyən vaxta bağlanmasının səbəbi də bu idi ki, aralarındakı razılaşmaya əsasən cavabdeh bu obyektdə daimi işləyəcəkdir. Hazırkı şəraitdə cavabdehin mübahisəli qeyriyaşayış sahəsindən çıxarılması işində müəyyən çətinliklər yaradacaqdır. Gündəlik bu obyektdə qurduğu işlə orta hesabla 250-300 AZN gəlir əldə edir. Yeni yer tapana və həmin obyektlə yenidən müştəri toplayana qədər cavabdeh çox böyük məbləğlərdə zərər görəcəkdir. Əldən çıxmış fayda ilə bağlı məhkəmədə şifahi şəkildə tələb irəli sürülmüş, lakin məhkəmə bu məsələyə toxunmamışdır.
27. Apellyasiya instansiya məhkəməsində icraat zamanı mübahisədə adı keçən qeyri-yaşayış sahəsində son təmir işlərinin vaxtının və təmirin dəyərinin müəyyən edilməsi məqsədilə eksperti za təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir.
28. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/6302 nömrəli, 16 yanvar 2023-cü il tarixli rəyinə əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə çəkilən təmir-tikinti xərcinin ümumi məbləği 8741 manatdır. Təmir işlərinin nə zaman aparılmasına dair metodika olmadığı üçün həmin sual üzrə tədqiqat aparılmayıb.
29. Cavabdehin təkrar ekspertiza təyin edilməsi barədə vəsatəti ayrıca qərardadla təmin edilməmişdir.
30. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-126/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060) -132/2022 nömrəli, 25 aprel 2022-ci il tarixli qətnaməsi ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə çəkilən 17000 manat məbləğində təmir-tikinti xərclərinin İddiaçı tutularaq Cavabdeh ödənilməsi hissəsində dəyişdirilmiş, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə çəkilən 8741 manat məbləğində təmir-tikinti xərcinin İddiaçı tutularaq Cavabdeh verilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması, iş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri olaraq 50 manat pulun İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq dövlət büdcəsinin hesaba köçürülməsi qət edilmişdir. (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov, Lalə Rəhimli)
31. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə qeyd edib ki, apellyasiya şikayətlərinin məzmununa əsasən hər iki t ərəf qətnaməni qarşılıqlı iddia tələbinə aid hissədə fərqli dəlillərlə mübahisələndirir. Buna görə də qətnamə həmin hissədə yoxlanır.
32. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi barədə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin pəncərələrinin qapı ilə əvəz edilməsi və həmin ünvanın kommunal sayğacları ilə təchiz edilməsinin onun maddi vəsaiti hesabına təmin edilməsini bildirsə də, bu barədə məhkəməyə hər hansı ciddi sübut təqdim etməmişdir. Əksinə, məhkəməyə iddiaçı tərəfindən təqdim edilən 1 sentyabr 2010-cu il tarixli icarə müqaviləsinə əsasən hazırkı iş üzrə mübahisə predmeti olan əmlak daha öncə də mülkiyyətçi tərəfindən başqa şəxslərə icarəyə verilmişdir. Belə olan halda, qarşılıqlı iddia t ələbinin həmin qeyri-yaşayış sahəsinin istismara tam yararsız vəziyyətdə olması, habelə məhz Cavabdeh tərəfindən obyektin sayğaclarla təmin edilməsi barədə dəlilləri öz təsdiqini tapmır.
33. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, işin tədqiq olunan faktiki hallarına əsasən mübahisə tərəfləri arasında bağlanmış icarə müqaviləsindən müəyyən müddət keçmişdir, həmçinin hazırkı iş üzrə cavabdeh qeyriyaşayış sahəsindən öz təyinatına uyğun, lakin şəxsi biznesi üçün əlverişli şəraitdə istifadə etmiş və davamlı şəkildə gəlir əldə etmişdir. İş materiallarına əlavə edilən fotoşəkillər də qeyri-yaşayış sahəsinin orta-təmirli olmasını sübut edir. Həmçinin, tərəflər arasında müqavilə 2018-ci ildə bağlanmış, İddiaçı hazırkı tələblə isə məhkəməyə 3 il sonra 2021-ci ildə m üraciət etmişdir. Bundan başqa, Cavabdeh izahatında müqavilə şərtinə istinad edərək bildirmişdir ki, müqavilənin qüvvədə olma müddəti bitdikdən sonra, tərəflərin hərəkətsizliyi müqavilənin müddətsiz etmişdir. Onlar arasındakı şifahi razılaşmada obyektin Cavabdeh daimi icarəyə verilməsi nəzərdə tutulmuşdur. Məhz bu hal obyektin onun tərəfindən əsaslı təmir edilməsinə əsas olmuşdur. Bu hallar əsasında həmin obyektin təmir-tikintisinə müəyyən vəsaitin onun tərəfindən sərf edilməsi ağlabatandır.
34. Apellyasiya instansiyası məhkəməsi hər iki apellyasiya şikayətinin ortaq dəlili kimi mübahisəli qeyri-yaşayış sahəsinin təmir-tikintisinə çəkilən xərcin dəqiq məbləğinin müəyyən edilməsi məqsədi ilə təyin edilmiş əlavə məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyində çəkilən xərcin 8741 manat olması i lə bağlı qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, hazırkı iş qeyd edilən ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən ekspert rəyi sübut kimi qəbul edilməlidir.
35. Sadalananların davamı kimi apellyasiya instansiyası məhkəməsi iş üzrə qeyd olunan sonuncu ekspert rəyini mötəbər sübut kimi qəbul edərək, hesab etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsi mübahisəyə mahiyyəti üzrə düzgün yanaşmış, məhkəmənin hər iki iddia üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, mübahisəyə tətbiq edilməli maddi və proses sual hüquq normalarında səhvə yol verilməmişdir. Bununla belə, birinci instansiya məhkəməsi mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinə çəkilən təmir-tikinti xərcinin ümumi məbləğinin müəyyən edilməsində düzgün nəticəyə gəlmədiyindən, qətnamə həmin hissədə dəyişdirilməli və həmin qeyri- yaşayış sahəsinin təmir tikinti xərci kimi 8741 manat məbləğində pul İddiaçı tutularaq Cavabdeh ödənilməlidir.
36. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 689.1, 689.2, 690.1, 690.2, 697.1, 680.1.1, 680.1.2 və 680.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
37. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın tə min edilməsi hissəsində ləğv edilərək, iddianın rədd edilməsi, qarşılıqlı iddia hissəsində qətnamənin dəyişdirilərək, qarşılıqlı iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
38. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda məhkəmə əlavə ekspertiza təyin edə bilər. Məhkəmə kollegiyası isə təmirin tarixini müəyyən etmək üçün əlavə ekspertiza keçirilməsi qərarına gəlmiş və bu barədə ekspert qarşısında sual qoymuşdur. Lakin ikinci sualda isə yenidən obyektə çəkilmiş xərcin miqdarının müəyyən edilməsi barədə ekspert qarşısında sual qoymuş, hansı ki, bu suala əvvəlki ekspert cavab vermişdir. Bununla da əlavə yox, təkrar ekspertiza təyin etmiş sayılmışdır. İş üzrə alınmış ilkin ekspertiza rəyi tam əsaslı olmaqla, məhkəmə kollegiyası tərəfindən mübahisələndirilməmiş, yalnız əlavə suala cavab alınması üçün əlavə ekspertiza təyin edilmişdir. Belə olan təqdirdə məhkəmə kollegiyasının birinci ekspert rəyində göstərilən rəqəmi deyil, qanunsuz olaraq əlavə ekspertiza rəyi adı altında faktiki olaraq təkrar ekspertiza rəyi kimi göstərilən rəyin xərclər hissəsini qəbul etməsi qanunsuz olmuşdur və məhkəmə kollegiyası birinci ekspertiza rəyini nəyə görə, hansı əsaslarla qəbul etmədiyini öz qətnaməsində əsaslandırmamışdır. Bundan əlavə, İddiaçı yalnız onun qeyri-yaşayış sahəsindən cıxarılmasını tələb etmiş, amma aralarında olan müqavilənin ləğvi iddiasını qoymamış və bu müqaviləni ləğv etməyin səbəblərini də göstərməmişdir. Buna baxmayaraq, məhkəmələr bu maddi normaların tələblərini pozaraq iddianı təmin etmiş və onun sözügedən qeyri-yaşayış sahəsindən çıxarılmasını qət etmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. İddiaçı kassasiya şikayətinə etiraz edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
40. Etirazda qeyd edilmişdir ki, iddiaçı özü də apellyasiya instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmasa da, cavabdehin tez bir zamanda ona məxsus obyektdən çıxarılması üçün qətnamədən kassasiya şikayəti verməmişdir. Çünki məhkəmə prosesləri davam etdiyi müddət ərzində sonuncu, heç bir icazə haqqı vermədən iddiaçıya məxsus obyektdən istifadə edir, bu da onun mülkiyyət hüququnu pozur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mən sub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 689.1. Kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir. Maddə 689.2. Əgər kirayə müqaviləsində müddət müəyyənləşdirilməyibsə, kirayə hüquq münasibətlərinin istənilən iştirakçısı bu Məcəllənin 690-cı maddəsinin göstərişlərinə uyğun olaraq müqavilənin ləğvinə dair bildiriş verə bilər. Maddə 690.1. Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir. Maddə 690.2. Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir. Maddə 697.1. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonr a qaytarmağa borcludur. Maddə 680.1.1. Kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. Əvəzi ödənilən xərclərə aşağıdakılar aid deyildir: binaların, qurğuların və ya nəqliyyat vasitələrinin kirayəsi halında - istismar, qulluq və təmizləmə xərcləri heyvanın kirayəyə verildiyi halda - qulluq və bəsləmə xərcləri (680.1.2.). Maddə 680.2. Kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməl idir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası mə hkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə ba xarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya dü zgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
42. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mü bahisələndirsə də, kollegiya qətnaməni qarşılıqlı iddianın təmin edilməyən hissəsində yoxlayır. Belə ki, həm iddiaçı, həm də cavabdehin apellyasiya şikayətləri üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya instansiyası məhkəməsində yalnız qarşılıqlı iddia hissəsində yoxlanıb. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini ilk iddianın təmin edilən hissəsində mübahisələndirməyib və həmin hissə apellyasiya baxışının predmeti olmayıb. Belə olan halda, apellyasiya baxışının predmeti olmayan hissənin kassasiya qaydasında yoxlanılması istisna edilir.
43. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası m əhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Apellyasiya instansiyası məhkəməsi hər iki apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
46. Qətnamədən görünür ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətlərinin dəlillərini tam araşdırımış, həmin dəlillərə işin müəyyən edilmiş halları və tətbiq edilən qan unvericilik baxımından düzgün qiymət vermişdir.
47. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbi, eləcə də apellyasiya şikayətləri üzrə apellyasiya instansiyası məhkəməsinin hazırkı qərarın 31-25-ci bəndlərində əks edilən dəyərləndirməsi ilə razılaşır. Belə ki, həmin bəndlərdə əks edilənlərdən görünür ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını işdəki sübutları, o cümlədən ekspert rəylərini MPM-in 88 və 103-cü maddələrində müəyyən edilmiş qaydada qiymətləndirmişdir. Buna görə də məhkəmə kollegiyası əlavə şərhə zərurət görmür.
48. Keçirilmiş əlavə ekspertiza zamanı təmir xərcinin yenidən müəyyən edilməsinə zərurət olmadığı halda, təmir xərci barədə sual qoyulmasının düzgün olmaması barədə kassasiya şikayətin dəlilinə gəldikdə, məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instan siya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın təmin edilməyən hissəsindən cavabdeh apellyasiya şikayəti verdiyi kimi, iddiaçı da qarşılıqlı iddianın təmin edilən hissəsindən, başqa sözlə təmir xərcinin yüksək olması hissəsindən apellyasiya şikayəti vermişdir, belə olan halda, təmir xərci barədə ekspertiza qarşısında sualın qoyulması iddiaçının apellyasiya şikayətinin dəlilləri baxımından düzgün olmuşdur.
49. Beləlilklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin e dilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-126/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.