Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2862/2024 17.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: müqavilə münasibətlərindən irəli gələn mübahisələr, öhdəliklərin icra edilməməsi, borclunun icranı gecikdirməsi, əqdin etibarsızlığı, əhəmiyyətsiz əqdlər, yalan əqd (əqdin məzmununa görə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1577/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 17 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Borc verən” qismində İddiaçı (bundan sonra – iddiaçı) ilə “Borc alan” qismində Cavabdeh (bundan sonra – cavabdeh) arasında xx.xx.2022-ci il tarixədək qaytarmaq şərti ilə 20.400 manat məbləğində borc pulun verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanılmışdır.
2. Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin təhqiqatçısı polis mayoru Elmar Xəlilov tərəfindən İddiaçı Yusif adlı şəxsin ondan gömrüyə rüsum ödəməsi adı ilə 3000 ABŞ dolları almasına dair şikayəti üzrə xx.xx.2023-cü il tarixli qərarla toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı tələbi ilə əlaqədar mülki mübahisələrin həlli üçün Azərbaycan Respublikası MPM-nin 25-ci maddəsinə əsasən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.
3. İddiaçı tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixli pretenziya məktubu ünvanlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 20.400 manat məbləğində borcun və ödənilmiş 153 manat dövlət rüsumunun əvəzinin alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə öhdəlikləri üzrə borcunu qısa müddətdə ödəməyi öhdəsinə götürsə də, qaytarma müddətindən 10 aydan artıq müddət keçməsinə baxmayaraq, hazırkı vaxtadək borcunu ödəməmiş, öhdəliklərdən yayınmağa cəhd etmiş, hər dəfə bir bəhanə ilə onu yola vermişdir. Müqavilə üzrə öhdəliklərin icrası ilə bağlı dəfələrlə tərəfindən yazılı və şifahi formada borcunu qaytarması tələb edilmiş, eləcə də pretenziya məktubu ilə xx.xx.2023-cü ildə rəsmi qaydada cavabdehdən borcunu qısa müddətdə ödəməsi tələb edilmişdir. Lakin cavabdeh öhdəliklərini hazırkı vaxtadək icra etməmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
6. İddiaçı həmçinin izahatında göstərmişdir ki, cavabdehi dostu vasitəsi ilə tanımış, cavabdeh xaricdən avtomaşınların gətirilməsi ilə məşğul olmuşdur. 2022-ci ilin may ayında cavabdeh vasitəsi ilə atasına “Kia Sorento” markalı avtomaşın, daha sonra isə özünə “Hyundai Elantra” markalı avtomaşın gətirmişdir. Özünə gətirdiyi maşınla bağlı cavabdehin ona 3000 ABŞ dolları borcu olmuşdur. Bununla bağlı polisə şikayət etmişdir. 2022-ci ilin iyun ayında cavabdehlə 20.400 manat məbləğində kredit müqaviləsi bağlamış, pulu cavabdehə o məqsədlə vermişdir ki, cavabdeh həmin pul müqabilində xaricdən avtomaşın gətirib satışını təşkil edəcək və qazancı böləcəkdir. Yəni həmin pulu iş birliyi məqsədi ilə vermişdir.
7. İddiaçının nümayəndəsi izahatında göstərmişdir ki, cavabdeh digər şəxslərə qarşı da onların pul vəsaitini mənimsədiyi üçün həbs edilmişdir. Cavabdeh ilə iddiaçı arasında vatsap yazışmalarında da cavabdeh iddiaçıya pul verilməli olduğunu etiraf edir.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 öz ifadəsində göstərmişdir ki, cavabdeh onun oğludur. İddiaçını tanıyır, belə ki, oğlu Koreyadan orada istehsal edilən avtomaşınların respublikaya gətirilməsi ilə məşğuldur. Oğlunun tanışı Mehdi Həmidovun sifarişi əsasında Koreyadan 7 yerlik “Kia Sorento” markalı avtomaşın sifariş olunmuş, avtomaşın gətirilmə üçün yüklənərkən müəyyən edilmişdir ki, 5 yerlikdir. Mehdi cavabdehə demişdir ki, o avtomaşını istəmir, başqa maşın tapmışdır, onun pulu verilsin. Cavabdeh həmin avtomaşını alınmağa razılıq vermiş, Mehdi tərəfindən ödənilən ümumi məbləğ avtomaşına görə 9.700, daşıma xərci kimi 2.300, cəmi 12.000 ABŞ dollarının manat ekvivalentinə uyğun 20.400 manat pul vəsaiti iddiaçıdan notariusda bağlanılmış kredit müqaviləsi əsasında alınmış və onun tərəfindən Mehdiyə verilmişdir. 5 yerlik “Kia Sorento”nun sənədləri isə iddiaçının adına dəyişdirilmiş və hal-hazırda avtomaşın iddiaçıdadır. Lakin gömrük sənədlərini ə ldə edə bilməmişdir. O, şəxsən iddiaçı ilə görüşəndə cavabdehin ona 2.300-2.400 ABŞ dolları borcu olduğunu demişdir. 20.400 manat barədə heç bir şey deməmişdir.
9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 27 oktyabr 2023-cü il tarixli, e-2(009)-1657/2023 saylı qətnaməsi ilə (hakim X1) iddia təmin edilmişdir.
10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixədək qaytarmaq şərti ilə xx.xx.2022-ci il tarixdə kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə birgə iş fəaliyyəti ilə əlaqədar 20.400 manat məbləğində pul verilmişdir. Cavabdeh isə pulu müqavilədə nəzərdə tutulmuş müddətdə qaytarmalı olduğu halda, bunu etməmiş və bununla da kredit müqaviləsi ilə üzərinə düşən öhdəlikləri pozmuşdur.
11. Məhkəmə cavabdehin xx.xx.2022-ci il tarixli borc müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirilməməsini və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab etmişdir ki, cavabdeh müqavilə şərtlərinin yerinə yetirmədiyindən, iddiaçı həmin borc məbləğinin – 20.400 manat məbləğində pulun cavabdehdən tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.
12. Məhkəmə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxsin ifadəsinə tənqidi yanaşaraq, onun ifadəsində səsləndirdiyi halları təsdiq edən sübutların mövcud olmamasını nəzərə alaraq, həmin ifadəni mötəbər sübut kimi qəbul etməmişdir.
13. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 443.5, 739.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə tərəflərin aralarında olan faktiki münasibətləri nəzərə almamışdır. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçı ilə cavabdeh arasında olan razılaşma “Kia Sorento” markalı avtomobilin cavabdeh tərəfindən alınaraq iddiaçıya təhvil verilməsindən ibarət olmuş və bunun üçün iddiaçı tərəfindən cavabdehə ödəniş edilmişdir. Lakin avtomobilin ölkə ərazisinə gətirilməsi zamanı yubanmalar olmuş və buna görə də, iddiaçı tərəfindən ö dənilmiş məbləğin təmini məqsədilə xx.xx.2022-ci il tarixli borc müqaviləsi bağlanılmış və avtomobil iddiaçıya təhvil verildikdən sonra onun ləğv edilməsi razılaşdırılmışdır. Göründüyü kimi, tərəflər arasında mövcud olan razılaşmanın faktiki müddəaları onlar arasında bağlanmış borc müqaviləsinin şərtləri ilə tamamilə fərqlidir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin əsaslı olmasına qiymət verilməzdən əvvəl, tərəflər arasında mövcud olan faktiki münasibətlər ilə onlar arasında bağlanılmış xx.xx.2022-ci il tarixli borc müqaviləsinin şərtlərinin işin halları ilə birlikdə araşdırılması nəticəsində borc müqaviləsinin etibarlılığı məsələsinə qiymət verilməli və xx.xx.2022-ci il tarixli borc müqaviləsi tərəflərin hüquq münasibətinə daxil olarkən mövcud olan həqiqi iradə ifadələri ni əks etdirmədiyinə görə iddia tələbi rədd edilməli idi. Bundan başqa qeyd olunmalıdır ki, cavabdeh tərəfindən iddiaçıdan alınan pul məbləği müqabilində aralarında olan razılaşmanın şərtlərinə əsasən “Kia Sorento” markalı avtomobilin gətirilməsi və iddiaçıya təhvil verilməsi cavabdehdən asılı olmayan səbəblərə görə yaranmış yubanmaya görə təminat məqsədli kredit müqaviləsinin bağlanmasına baxmayaraq, yenə də cavabdeh tərəfindən həyata keçirilmiş və iddiaçı maşını təhvil almış, lakin mövcud razılaşma şərtlərindən fərqli olaraq onlar arasında bağlanmış kredit müqaviləsi ləğv olunmamışdır. Bunun nəticəsində isə cavabdeh iddiaçı ilə mövcud olan razılaşma əsasında öhdəliyini icra etməyinə baxmayaraq, iddiaçı tərəfindən qarşılıqlı inamdan sui-istifadə edilməsi cavabdehin çətin vəziyyətdə qalm ası ilə nəticələnmişdir.
16. Cavabdeh qeyd etmişdir ki, iddiaçı ilə arasında hər hansı iş birliyi olmamışdır, müştərisi olmuşdur, belə ki, "xxxx" sosial şəbəkəsi vasitəsi ilə Şirkətin səhifəsinə yazaraq “Kia Sorento” markalı avtomobil istədiyini bildirmişdir. Ona təklif etmişdir ki, başqa müştəri üçün gətirdiyi avtomobil var, lakin 5 yerlik olduğu üçün həmin müştəri imtina edib, iddiaçı da həmin avtomobili almağa razılaşmışdır. İddiaçı ödənişi ona, o da Mehdiyə (həmin avtomobilin gətirildiyi şəxsə) vermişlər. Avtomobilin gəlməsi 5-10 gün gecikdiyi üçün İmran borc müqaviləsi bağlamağı təklif etmişdir. Avtomobil İmranın atasının adına gəlmişdir, belə ki, müqavilədə müvafiq dəyişiklik edilmişdir. Daha sonra, 2022-ci ilin noyabr ayında İmran ikinci dəfə özünə avtomobil almaq üçün müraciət etmi ş, o da iki təklif göndərmişdir. İmran öz razılığı ilə avtomobil seçmiş, ödəniş etmiş və avtomobil gətirilmişdir. Lakin sonra avtomobilin tam ürəyinə görə olmadığını bildirmiş və ondan komissiya, təzminat tələb etmişdir. 3000 ABŞ dolları iddiaçıdan alınıb, kargo şirkətinə verilmişdir. Borc müqaviləsinin ləğv edilməsini istədiyini iddiaçıya bildirmiş, lakin iddiaçı demişdir ki, bir-birimizi tanıyırıq, ikinci dəfədi ondan avtomobil alır, ona problem yaratmayacaq, həmçinin iddiaçı bildirmişdir ki, borc müqaviləsinin ləğv edilməsi üçün yenidən həmin pul məbləği notariusda verilməlidir. Bununla bağlı hər dəfə cavabdehə müraciət etdikdə, sonuncu yayınmışdır.
17. İddiaçının nümayəndəsi-vəkili bildirmişdir ki, iddiaçı ilə cavabdeh 2022-ci ilin əvvələrində tanış olmuşlar, avtomobillərin gətirilməsi ilə bağlı tanışlıqları yaranmışdır. Birinci dəfə 2022-ci ilin may ayında təmsil etdiyi şəxsin atası üçün avtomobil almışlar. Tərəf bildirmişdir ki, avtomobillərin gətirilməsi ilə məşğuldur və fəaliyyətini genişləndirir, avtomobilləri gətirib satılmasından gəlir verəcəyəni də bildirmişdir, 20000 manat üçün müqavilə bağlanmış, hər ay 400 manat qazanc ödəniləcəyini də razılaşmışlar, müqavilə bağlanarkən də 400 manat ilk ay üçün verildiyindən 20400 manat göstərilmişdir.
18. İddiaçı bildirmişdir ki, 2022-ci ilin aprel ayının sonları maşın almaq üçün bazara getmiş, bəyəndikləri maşın olmamış, orada belə bir Şirkət olduğunu demişlər. "xxxx" səhifəsində avtomobillərə baxmış, əlaqə saxlamış, sonra atası ilə Şirkətə getmişdir. Orada avtomobillərin şəkillərini göstərmişlər, yenə bəyəndikləri avtomob il olmamışdır. İki həftə sonra cavabdeh belə bir “Kia Sorento” markalı avtomobil olduğunu bildirmiş, baxıb bəyənmişlər, 500 manat beh vermişlər. Növbəti gün 10000 ABŞ dolları Yusifə vermişlər. Avtomobil Mehdinin adına olmuşdur. Avtomobil avqustun 22-23-ü gəlib çıxmışdır. 200 ABŞ dolları komissiya haqqı vermişdir. Avtomobil alqı-satqısı ilə məşğul olmaq istədiyi üçün cavabdehlə dostluq münasibətləri yaranmış, sonuncu bildirmişdir ki, avtomobil gətirib satmaq üçün ona pul lazımdır, hər ay 300 manat verəcək, o isə 500 manat istəmiş, nəhayət hər ay 400 manat verilməsi üçün razılaşmışlar. 30 iyun tarixində müqavilə bağlanmış, 400 manat birinci ay üçün cavabdeh ona vermiş, bundan sonra da 400 manatı iki ay ödəmişdir. Sentyabr ayında öz avtomobilini satmış, yenidən avtomobil gətirmək istəmiş, avt omobili tapıb, cavabdehə göndərmiş, sonuncu yoxlatdırıb, yaxşı maşın olduğunu, qapısının dəyişdirildiyini bildirmişdir. 4840 ABŞ dolları 10 noyabr tarixində ödəmiş, 3000 ABŞ dolları gəmi pulu, 200 ABŞ dolları isə komissiya pulu ödəmişdir. Cavabdeh bildirmişdir ki, Koreyada olan işçiləri onun əvəzinə 3000 ABŞ dolları orada verəcək, o isə həmin pulu burada həmin işçinin ailəsinə verəcəkdir. Bir müddət sonra avtomobil gəlmədiyi üçün maraqlanmış, hər dəfə gələcək demişlər. Qabil adlı şəxs ona zəng vuraraq avtomobilin yolda olduğunu, pulu kimin ödəyəciyini soruşmuş, o isə pulu ödədiyini bildirmişdir. Bundan sonra polisə şikayət etmişdir. Borc müqaviləsi bir avtomobilin gətirilməsi üçün bağlanmışdır, cavabdeh 3 ay ona 400 manat vermişdir, ondan sonrakı aylar isə verməmişdir, verəcəyini bildirmiş dir. Polisə şikayət etdikdə bu müqavilənin onlara aidiyyəti olmadığını, mülki iş olduğunu bildirdikləri üçün bu müqaviləni göstərməmişdir
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1577/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər X4 (sədrlik edən və məruzəçi), X5 və X6) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 2(009)-1657/2023 nömrəli iş üzrə 27 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflərin özlərinin izahatlarından müəyyən edilir ki, cavabdeh xaricdən avtomobil gətirilməsi ilə məşğul olmuş, X3 “Kia Sorento” markalı avtomobilin gətirilməsi ilə bağ lı sonuncu ilə aralarında müqavilə bağlanmış, avtomobilin dəyəri Mehdi Həmidov tərəfindən ödənilmiş, 2022-ci ilin may ayında Mehdi Həmidov həmin avtomobildən imtina etdiyi üçün iddiaçı ilə aralarında razılıq olmuş və avtomobili iddiaçı almağa razılaşmışdır. 30 iyun 2022-ci il tarixdə 20400 manat pula dair 3 ay müddətinə qaytarmaq şərti ilə müqavilə bağlanmış, 05 iyul 2022-ci il tarixdə isə invoice iddiaçının adına tərtib edilmişdir. İddiaçının özünün apellyasiya baxışı zamanı verdiyi izahata əsasən avtomobil təxminən 22-23 avqust 2022-ci il tarixdə gəlmişdir. Bundan sonra isə noyabr ayında iddiaçı ikinci dəfə özü üçün başqa avtomobil gətirilməsi məqsədi ilə cavabdehə müraciət etmiş və həmin ikinci avtomobillə bağlı aralarında mübahisə olmuş, bu zaman iddiaçı polisə müraciət etmiş və həmin şikayətində iddiaçı yalnız ikinci avtomobilə görə ödənilmiş 3000 ABŞ dollarını mübahisələndirmiş, kredit müqaviləsindən, yəni 20400 manat borcunun olmasından hər hansı bir şikayət etməmişdir. Apellyasiya baxışı zamanı belə əsaslandırmışdır ki, polisə şikayət etdikdə bu müqavilənin onlara aidiyyəti olmadığını, mülki iş olduğunu bildirdikləri üçün bu müqaviləni göstərməmişdir. İddiaçının bu dəlili əsassız hesab edilməlidir, belə ki, hər ikisi müqavilədən irəli gələn tələbdir və mülki xarakterlidir. Həmçinin tərəflər arasında olan “Whatsapp” yazışmalarından da görünür ki, avtomobilin gəlməsi ilə bağlı danışıqlar olmuş, hər hansı pul məbləğindən danışılmamışdır. Göründüyü kimi tərəflər arasında şifahi tapşırıq müqaviləsindən irəli gələn mülki-hüquq münasibətləri olmuşdur. Tərəflərin izahatları ndan müəyyən edilmişdir ki, may ayında aralarında bu barədə razılıq olmuş, 30 iyun 2022-ci il tarixdə Borc müqaviləsi bağlanılmış, 05 iyul 2022-ci il tarixdə invoice verilmiş, avqust ayında isə avtomobil gəlmişdir.
21. Kollegiya hesab etmişdir ki, tərəflərin əvvəllər tanış olmaması, aralarında qeyd edilən şifahi tapşırıq müqaviləsindən irəli gələn münasibətlər yaranması, kredit müqaviləsinə görə pul məbləğinin xx.xx.2022-ci il tarixədək qaytarılması nəzərdə tutulduğu halda, iddiaçının həmin vaxt pulu tələb etməməsi, hətta noyabr ayında cavabdehə yenidən avtomobil gətirilməsi üçün müraciət etməsi kimi hallar məhz birinci dəfə avtomobilin gətirilməsi ilə bağlı tapşırıq müqaviləsindən irəli gələn öhdəliyin icrasını təmin etmək məqsədi ilə, avtomobilin gətirilməsi üçün ödənilmiş pulun təminatı qismində iddiaçı cavabdehlə mübahisələndirilən kredit müqaviləsini bağlamış, həmin müqavilə üzrə cavabdehə müqavilədə göstərilən məbləğdə pul verilməmişdir. İddiaçı avtomobilin alınması üçün pul ödəmiş, cavabdeh isə avtomobili gətirmiş və ona təhvil vermişdir.
22. Kollegiya xüsusi olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən “Kia Sorento” markalı avtomobilə görə ödəniş Kredit müqaviləsi bağlandıqdan cəmi 5 gün sonra aparılması da ona dəlalət edir ki, həmin müqavilə məhz avtomobilə görə ödənilmiş pulun təminat altına almaq məqsədini güdmüşdür. Belə olan halda müəyyən edilir ki, mübahisələndirilən xx.xx.2022-ci il tarixli kredit müqaviləsi yalan əqddir, yəni iddiaçı cavabdehin öhdəsinə götürdüyü tapşırığın yerinə yetirilməsini (avtomobilin gətirilməsini) təmin etmək üçün bağlanmışdır. Tərəfl ər arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlandıqda formal baxımdan bütün tələblərə əməl olunmuşdur (müqavilə yazılı bağlanmış, notariat qaydada təsdiq olunmuş, pul vəsaiti notariusun depozit hesabından dövr etmişdir). Lakin, əqdin etibarlı olması üçün təkcə sadalanan tələblərə əməl edilməsi kifayət deyil. Zahirən əqdlərə dair tələblərə uyğun şəkildə bağlanmış müqavilənin mütləq şəkildə etibarlı olması kimi birmənalı qiymətləndirilmə «əqdlərin etibarsızlığı» institutunun əhəmiyyətsizliyinə gətirib çıxarmış olardı.
23. Kollegiya tərəflərin münasibətlərini (münasibətlərinin olmamasını), sonrakı hərəkətlərini və yuxarıda sadalanan digər xüsusatları nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, müqavilənin etibarsız olması faktı təkcə cavabdehin iradə ifadəsi ilə deyil, həm də həm in iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş yuxarıdakı hallar nəzərə alınmaqla müəyyənləşdirilməlidir.
24. Kollegiya hesab etmişdir ki, tərəflər arasında bağlanmış borc müqaviləsi yalan əqddir. Mülki Məcəllənin 340.2-ci maddəsinin tələbinə görə isə əqd yalan əqd hesab olunduqda, həmin əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Lakin hazırki işdə tapşırıq müqaviləsinə uyğun olaraq cavabdehə “Kia Sorento” markalı avtomobil gətirilməsi tapşırılmışdır ki, sonuncu da üzərinə düşən tapşırığı yerinə yetirmişdir. Avtomobil gətirilmiş və təhvil verilmişdir.
25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 324.5, 337.1, 340.2, 385.1, 404, 739.1, 739.2, 777.1, 777.2 -ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 384.0.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 12 aprel 2021-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası MM-in 739 cu maddəsinə istinad eləsə də, həmin maddəni səhv təfsir etmişdir. Qanunun da mənasından göründüyü kimi, borcalan aldıqları eyni məbləğdə pul vəsaitini borcverənə qaytarmağı öhdəsinə götürür. Apellyasiya instansiyası məhkəməsi əsassız olaraq hesab edir ki, bu pul əvəzinə Mehdi adlı digər şəxs tərəfindən maşın iddiaçıya verilib. Halbuki, həmin maşın mübahisə predmeti deyil, maşını dəyəri və neçəyə verilməsi müəyyən edilməyib, həmin şəxs şahdi qismində dindirilməyib, maşını dəyərinin kim tərəfindən həmin şəxsə verilib-verilməməsi araşdırma predmeti olmamışdır.
28. Məhkəmə kollegiyası kredit müqaviləsinin hazırki vəziyyətdə mübahisə predmeti olmamasını, həmin pul vəsaitinin bank vasitəsilə cavabdehə verilməsini və notarial qaydada verilmiş pul vəsaiti üzrə cavabdeh tərəfindən heç bir ödəniş v ə sübutların olmamasını nəzərə almamışdır. Əqd o zaman yalan ola bilər ki, əqddə qeyd olunan pul vəsaiti verilməsin. Hazırki vəziyyətdə isə pul vəsaiti məhz bank vasitəsilə verilmiş, bu hal isə mübahisə predmeti olmamışdır.
29. Apellyasiya instansiyasıməhkəməsi formal olaraq MM-in 385.1-ci maddəsinə istinad etsə də, qanunuu səhv təfsir etmiş, nəzər almamışdır ki, tərəflər arasında 30.06.202-ci ildə notariat kontorunda bağlanılmış kredit müqaviləsinə əsasən Cavabdeh 20400 manat borcunu xx.xx.2022-ci ilı tarxixədək olan müddətdə qaytarmaq öhdəliyini üzərinə götürsə də, öhdəliklərə əməl etməmiş, bu barədə hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Tərəfimizdən təqdim edilmiş vatsap yazışmaları ilə cavabdehin iddiaçıya qısa müddətdə borcu qaytarması, borc ilə bağlı atasına məlumat verməmə si, atasının ürək əməliyyatı keçirməsi və s. Bağlı yazışmaları təsdiq edir ki, qeyd olunan borc hazırki vaxtadək ödənilməmişdir.
30. Apellyasiya instansiya məhkəməsi tərəfindən sübutlar səthi araşdırılmış, iddianın rədd edilməsini təsdiq edən hər hansı sübutunun olmaması nəzərə alınmamışdır. Bundan əlavə, iddiaçı tərəfindən ən azından cavabdehə rəsmi qaydada 20400 manat pul vəsaitinin və 3000 ABŞ dolalrı ödənilmiş pulun geri qaytarılması barədə pretenziya göndərilmiş, cavabdeh həmin xəbərdarlığı alandan sonrakı müddətdə də həmin xəbərdarlığa ümumiytələ cavab verməmişdir. İddiaçıməcburiyyətdən məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə kollegiyası iddiaçının məhkəməyə təqdim etdiyi vatsap yazışmalarını tədqiq etməmiş və cavabdehin yazışmada nəyə görə borcu qaytaracağına müxtəlif vədlər b verməsini araşdırmamışdır. Əgər həqiqətn də pul əvəzinə maşın verilmişdisə, onda vatsap yazışmasında da bu barədə münasibətini bildirərdi.
31. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğu halda, cavabdeh tərəf öz tələbini əsası kimi istinad etdiyi heç bir halı sübut edə bilməyib. Əgər, həqiqətən də tərəflər arasında notarial qaydada pul cavabdehə verilibsə, həmin pul vəsaitinin qaytarılması da notarial qaydada və ya ən azından bprcun ödənilməsi barədə hansısa qəbz alınmalı idi. Tərəfimdən müqavilədə göstərilən pul vəsaitinin qaytarıldığı halda, bu barədə ən azından vatsap yazışması və ya digər sənədin olması barədə sualıma cavabdeh belə bir sübuyun olmadığını bildirdiyi halda, məhkəmə kollegiyası işdə olan sübutlara birtəfərli qiymət verərək, mübahisə predmeti olmayan və həmin maşınla bağlı tərəf olmayan cavabndehin formal mülahizələrini əsas götürməklə kifayətlənmişdir. Halbuki, iddiaçı kimi azı 10-15 nəfər şəxsə gətirlməli olan avtomobiillərin gətirilməsi ilə əlaqədar alınmış pul vəsaitlərinə görə cavabdeh barəsindəSəbail rayon Polis İdarəsində cinayət işi açılmış, barəsində Səbail rayon Məhkəməsi tərəfindən hökm çıxarılmış və barəsində həbslə bağlı olmayan cəza təyin edilmişdir. Qarşı tərəf nədənsə sərf etmədiyi üçün həmin hökmü məhkəməyə təqdim etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin
33. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir.
34. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
35. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
36. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
37. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödə məli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
38. Maddə
404. Müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir.
39. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
40. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
41. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
42. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları a raşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
47. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgü n tətbiq edilməsini yoxlayır.
51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
52. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması v ə ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
57. Apellyasiya instansiya məhkəməsi işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmə olaraq hesab etmişdir ki, tərəflər arasında bağlanmış borc müqaviləsi yalan əqddir. Mülki Məcəllənin 340.2-ci maddəsinin tələbinə görə isə əqd yalan əqd hesab olunduqda, həmin əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Lakin hazırki işdə tapşırıq müqaviləsinə uyğun olaraq cavabdehə “Kia Sorento” markalı avtomobil gətirilməsi tapşırılmışdır ki, sonuncu da üzərinə düşən tapşırığı yerinə yetirmişdir. Avtomobil gətirilmiş və təhvil verilmişdir. Belə olan halda həmin borc müqaviləsi üzrə iddiaçı tələb etmək imkanını itirmiş olur.
58. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tət biq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
59. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübut ları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın qismən təmin edilməsi barədə nəticəsi mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
60. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qə