Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2863/2021 13.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: “X6 Azərbaycan” QSC Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2863/21 (Açar sözlər: kreditin tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: “X6 Azərbaycan” QSC-nin nümayəndəsi X2 və vəkili Vəkil2, Cavabdeh: “xxxx” MMC-nin nümayəndəsi X1, Cavabdehlər: Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 x qızının vəkili Vəkil1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegi yasının 03 iyun 2020-ci il tarixli, 2(103)3861/2020 saylı qətnaməsindən iddiaçı “X6 Azərbaycan” QSC-nin kasasiya şikayəti üzrə işə 13 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, “xxxx” QSC-ti məhkəmədə Cavabdeh2 MMC və digərlərinə qarşı iddia qaldıraraq, Cavabdeh2 MMC, Cavabdeh3 MMC və Cavabdeh1 müştərək (birgə) qaydada ödəniş vaxtı milli manata məzənnədə faiz borcuna görə 346.159,99 avro, hesablanmış cəriməyə görə 417.848,58 avro, cəmi 764.008,57 avro kredit borcunun, sığorta xərcinə görə 6.326,10 manat, daşınmaz əmlakların qiymətləndirilməsinə çəkilmiş xərcə görə 826 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun tutulub “X6 Azərbaycan” QSC ödənilməsi, tutmanın ipoteka (girov) qoyulm uş mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, xxxı kəndi, x Bağ massivi ərazisində yerləşən x “d” saylı; x “b” saylı; x“c” saylı bağ sahələrinə, Cavabdeh5 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, xxxı kəndi, xxxı Bağ massivi ərazisində yerləşən xxx “f’ saylı; xxx “e” saylı; xxx “v” saylı bağ sahələrinə, Cavabdeh5 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, xxx küçəsi, istifadədə olan 0,00947 ha torpaq sahəsində yerləşən 188 saylı ümumi sahəsi 569,5 kv.metr olan 4 mərtəbəli qeyri-yaşayış binasına; Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X5 küçəsi, mülkiyyətdə olan 0,12 ha torpaq sahəsində yerləşən 9 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti hesabına kredit borcunun ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsinin borclu və zaminlərdən tutulması, ipoteka ilə yüklü edilmiş yuxarıda qeyd edilən fərdi yaşayış evi, bağ sahələri, yaşayış və qeyri-yaşayış sahələri “xxxx” QSC tərəfindən satın alındıqda ipoteka qoyanların istifadə hüquqlarına xitam verilməklə fərdi yaşayış evinin, bağ sahələrinin, yaşayış və qeyri-yaşayış sahələrinin 1 (bir) ay müddətində boşadılması və “xxxx” QSC təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh2 MMC məhkəmədə “X6 Azərbaycan” QSC və digərlərinə qarşı iddia qaldıraraq, “X6 Azərbaycan” QSC ilə Cavabdeh2 MMC arasında bağlanmış 01 fevral 2011-ci il tarixli kredit müqaviləsinə (kredit xəttinin açılması b arədə müqavilənin), ona əlavə edilmiş 03 fevral 2015-ci il tarixli kredit sazişə, öhdəliyin icrasının təmin edilməsi məqsədilə “X6 Azərbaycan” QSC ilə Cavabdeh4, Cavabdeh1 və Cavabdeh5 arasında bağlanmış 01 fevral 2011-ci il tarixli ipoteka (sonrakı ipoteka) müqavilələrinə, “X6 Azərbaycan” QSC ilə Cavabdeh1 arasında bağlanmış 01 fevral 2011-ci il tarixli zaminlik müqaviləsinə və “X6 Azərbaycan” QSC ilə Cavabdeh3 MMC arasında bağlanmış 12 iyun 2017-ci il tarixli zaminlik müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh3 MMC məhkəmədə “X6 Azərbaycan” QSC və digərlərinə qarşı iddia qaldıraraq, “X6 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 MMC arasında bağlanmış 12 iyun 2017-ci il tarixli zaminlik müqaviləsinin etibarsız hesab edilməsi və bu zaminlik m üqaviləsi üzrə alınmış 666.000 avro və 148.114,39 manat pul vəsaitinin “xxxx” QSC tutularaq Cavabdeh3 MMC ödənilməsi, eləcə də, ilkin iddianın Cavabdeh3 MMC aid hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh1 məhkəmədə “X6 Azərbaycan” QSC və digərlərinə qarşı iddia qaldıraraq ona münasibətdə ilk iddianın rədd olunması və onunla “X6 Azərbaycan” QSC arasında bağlanmış 01 fevral 2011-ci il tarixli zaminlik müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2020-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim G.A.Əsədova) ilk iddia qismən təmin edilərək, Cavabdeh2 MMC ödəniş günü milli manata məzənnədə faiz borcuna görə 47.086,86 avro, hesablanmış cəriməyə görə 2.000 avro olmaqla, cəmi 49.086,86 avronun, sığorta xərcinə görə 6.326,10 manat, daşınmaz əmlakların qiymətləndirilməsinə dair çəkilmiş xərcə görə 826 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun tutulub “X6 Azərbaycan” QSC verilməsi, tutmanın mülkiyyət hüququ ilə Rövşən Ağayevə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, xxxı kəndi, xxxı Bağ massivi ərazisində yerləşən xxx “d” saylı; xxx “b” saylı; xxx “c” saylı bağ sahələrinə, Cavabdeh5 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, xxxı kəndi, xxxı Bağ massivi ərazisində yerləşən xxx “f’ saylı; xxx “e” saylı və xxx “v” saylı bağ sahələrinə, Cavabdeh5 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, xxx küçəsi, istifadədə olan 0,00947 ha torpaq sahəsində yerləşən 188 saylı ümumi sahəsi 569,5 kv.me tr olan 4 mərtəbəli qeyri-yaşayış binasına və Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X5 küçəsi, mülkiyyətdə olan 0,12 ha torpaq sahəsində yerləşən 9 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərrac yolu ilə realizə edilməsi, əmlakların satışından əldə olunan pul vəsaiti hesabına kredit borcu ödənildikdən sonra artıq qalan pul vəsaitinin əmlakların mülkiyyətçilərinə verilməsi, Cavabdeh4 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, xxxı kəndi, xxxı Bağ massivi ərazisində yerləşən xxx “d” saylı; xxx “b” saylı; 89 “c” saylı bağ sahələrinin ilkin satış qiymətinin 450.000 manat; Cavabdeh5 məxsus Bakı şəhəri, Binəqədi rayonu, xxxı kəndi, xxxı Bağ massivi ərazisində yerləşən xxx “f’ saylı; xxx “e” saylı; xxx “v” saylı bağ sahələrinin il kin satış qiymətinin 540.000 manat; Cavabdeh5 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, xxx küçəsi, istifadədə olan 0,00947 ha torpaq sahəsində yerləşən 188 saylı ümumi sahəsi 569,5 kv.metr olan 4 mərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiymətinin 2.500.000 manat; Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X5 küçəsi, mülkiyyətdə olan 0,12 ha torpaq sahəsində yerləşən 9 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 600.000 manat müəyyən olunması, ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edilmiş məbləğ borcun ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsinin Cavabdeh2 MMC tutulması, Bakı şəhəri, Binəqədi rayonu, xxxı kəndi, xxxı Bağ massivi ərazisində yerləşən xxx “d” saylı; xxx “b” saylı; xxx “c” saylı bağ sahələri, Bakı şəhəri, Binəqədi rayonu, xxxı kəndi, xxxı Bağ massivi ərazisində yerləşən xxx “f’ saylı; xxx “e” saylı; xxx “v” saylı bağ sahələri, Bakı şəhəri, Nəsimi rayonu, xxx küçəsi, istifadədə olan 0,00947 ha torpaq sahəsində yerləşən 188 saylı ümumi sahəsi 569,5 kv.metr olan 4 mərtəbəli qeyri-yaşayış binası və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X5 küçəsi, mülkiyyətdə olan 0,12 ha torpaq sahəsində yerləşən 9 saylı fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılması, qalan hissələrdə ilk iddianın, həmçinin Cavabdeh2 MMC qarşılıqlı iddiasının rədd edilməsi, Cavabdeh3 MMC qarşılıqlı iddiasının qismən təmin edilərək, “X6 Azərbaycan” QSC ilə Cavabdeh3 MMC arasında bağlanmış 12 iyun 2017-ci il tarixli zaminlik müqaviləsinin etibarsız hesab edilməsi, qalan hissədə Cavabdeh3 MMC qar şılıqlı iddiasının rədd edilməsi, Cavabdeh1 qarşılıqlı iddiasının təmin edilərək, onunla “X6 Azərbaycan” QSC arasında bağlanmış 01 fevral 2011-ci il tarixli zaminlik müqaviləsinə xitam verilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, “X6 Azərbaycan” QSC ilə Cavabdeh2 MMC arasında bağlanmış 01 fevral 2011-ci il tarixli kredit müqaviləsində tərəflər razılaşmışlar ki, sonuncu borcu və ona hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə, ödəniş cədvəlinə uyğun ödəyir, birinci ödəniş 01 mart 2011-ci il tarixdə, sonuncu ödəniş isə 01 fevral 2016-cı il tarixdə həyata keçirilməli idi. Tərəflər arasında bağlanılmış müqavilənin şərtlərindən göründüyü kimi onlar kredit borcunun və ona hesablanmış faizlərin ən geci 01 fevral 2016-cı il tarix də qaytarılmasını razılaşdırmışlar. Sözügedən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh2 ilə zaminlər Cavabdeh1 və Cavabdeh3 MMC birgə və eyni həcmdə məsuliyyət daşısalar da, “X6 Azərbaycan” QSC zaminlər Cavabdeh1 və Cavabdeh3 MMC qarşı 01 fevral 2017-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməyib, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı 1 il müddətində onlara qarşı heç bir tələb irəli sürməyib. Bu səbəbdən də ilk iddia zaminlər Cavabdeh1 və Cavabdeh3 MMC aid hissədə rədd edilməlidir. Eyni zamanda Cavabdeh2 MMC kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri icra etməyib və “X6 Azərbaycan” QSC olan kredit borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyib və b ununla da müqavilənin şərtlərini pozub. Ona görə də ilk iddia qismən təmin edilməli, Cavabdeh2 MMC qarşılıqlı iddiası rədd edilməli, Cavabdeh3 MMC qarşılıqlı iddiası qismən təmin edilməli, həmçinin Cavabdeh1 qarşılıqlı iddiası təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 442, 443.1, 448.1ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı “X6” QSC apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın təmin olunmayan hissəsində, qarşılıqlı iddiaların təmin olunan hissələrində ləğv edilib, ilk iddianın tam təmin, qarşılıqlı iddiaların rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh2 MMC apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəm əsinin qətnaməsinin qismən ləğv edilib, ilk iddianın rədd, Cavabdeh2 MMC qarşılıqlı iddiasının təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.N.İmanov sədrlik edən, məruzəçi, R.M.Həsənov və V.N.Sadıqov) apelyasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılıb. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi hazırki mübahisəni düzgün həll edib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apelyasiya ins tansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 442, 443.1, 448.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçı “X6 Azərbaycan” QSC kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı “X6 Azərbaycan” QSC-nin nümayəndəsi xxx və vəkili Vəkil2 kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 vəkili Vəkil1 məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh “xxxx” MMC nümayəndəsi Fəridə Salahova məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2.1-ci maddəs inə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448-ci maddəsinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şi kayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı “X6 Az ərbaycan” QSC kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iş üzrə düzgün olmayan qətnamə qəbul edilməsini göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 01 fevral 2011-ci il tarixli kredit xətti müqaviləsinə əsasən, “X6 Azərbaycan” QSC tərəfindən Cavabdeh2 MMC 60 ay müddətinə 2.000.000 manat kredit xətti açıb. 03 fevral 2015-ci il tarixli kredit sazişinə əsasən “xxxx” QSC tərəfindən Cavabdeh2 MMC-nə 2 ay müddətinə, illik 15 faiz ödəmək şərti ilə 1.052.188,75 avro kredit verib. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi üsulu kimi 01 fevral 2011ci il t arixli ipoteka müqaviləsinə əsasən, mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, xxxı kəndi, xxxı Bağ massivi ərazisində yerləşən xxx “d” saylı; xxx “b” saylı; və xxx “c” saylı bağ sahələri “X6 Azərbaycan” QSC xeyrinə ipoteka ilə yüklü edilib. Eyni zamanda sözügedən kredit müqaviləsinin təminatı kimi 01 fevral 2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh5 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, xxxı kəndi, xxxı Bağ massivi ərazisində yerləşən xxx “f” saylı; xxx “e” saylı və xxx “v” saylı bağ sahələri “X6 Azərbaycan” QSC xeyrinə ipoteka ilə yüklü edilib. Həmçinin qeyd olunan kredit müqaviləsinin təminatı kimi 01 fevral 2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh5 məxsus olan Bakı şəhəri, Nəsimi ra yonu, xxx küçəsi, istifadədə olan 0,00947 ha torpaq sahəsində yerləşən 188 saylı ümumi sahəsi 569,5 kv.mett olan 4 mərtəbəli qeyri yaşayış binası “X6 Azərbaycan” QSC xeyrinə ipoteka ilə yüklü edilib. Daha sonra sözügedən kredit müqaviləsinin təminatı kimi 01 fevral 2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X5 küçəsi, mülkiyyətdə olan 0,12 ha torpaq sahəsində yerləşən 9 saylı fərdi yaşayış evi “X6 Azərbaycan” QSC xeyrinə ipoteka ilə yüklü edilib. İpoteka müqavilələri dövlət qeydiyyatına alınmaqla bu barədə “X6 Azərbaycan” QSC adına müvafiq Çıxarışlar verilib. Bununla yanaşı, 01 fevral 2011-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədilə Cavabdeh1la 01 fevral 2011-ci il tarixdə, Cavabdeh4lə isə 12 iyun 2017-ci il tarixdə “X6 Azərbaycan” QSC arasında zaminlik müqavilələri bağlanıb və onlar qanunvericiliyə müvafiq olaraq zamin kimi borcalanın öhdəliklərinin lazımınca icra edilməsinə görə birgə məsuliyyət daşıyacaqlarına dair öhdəlik götürmüşlər. Apelyasiya instansiyası məhkəməsi kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətlərinin dəlillərini araşdırıb, işə əlavə edilmiş sübutları tədqiq edib haqlı olaraq qeyd etmişdir ki, borclu Cavabdeh2 MMC sözügedən kredit müqaviləsi üzrə öhdəliklərini pozub və lazımınca icra etməyib və bu səbəbədən də öhdəliyini icra etməyən borclu Cavabdeh2 MMC kreditor “X6 Azərbaycan” QSC dəymiş zərərin əvəzini tam məbləğdə ödəməyə borcludur. Belə ki, “xxxx” QSC sözügedən kredit müqaviləsi üzrə hesabla nmış faiz məbləği ilə bağlı məhkəmə araşdırması zamanı Məhkəmə Ekspertizası Mərkəzinin 10 dekabr 2019cu il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, kredit müqaviləsinin sonuna, yəni 01 fevral 2016-cı il tarixə 81.948,85 avro faiz borcu hesablanıb. Lakin həmin rəyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 MMC tərəfindən 30 yanvar 2018-ci il tarixdə 34.861,99 avro faiz borcu hesablanıb. Ona görə də apelyasiya instansiyası məhkəməsi kredit müqaviləsinin sonuna hesablanmış faiz məbləğindən Cavabdeh2 MMC tərəfindən 30 yanvar 2018-ci il tarixə ödəniş etdiyi məbləğ çıxılmaqla sonuncudan əsas borca hesablanmış 47.086,86 avro faiz borcunu “X6 Azərbaycan” QSC xeyrinə tutmuş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla düzgün nəticəyə gəlib və maddi hüqu q normalarının tələblərini faiz borcu tələbinə aid hissədə düzgün tətbiq edib. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Apellasiya instansiyası məhkəməsi qeyd olunan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, iddia tələbi üzrə hesablanmış 417.848,58 avro cərimə borcunun tutulması tələbi hissəsi ilə bağlı haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış 417.848,58 avro cərimə məbləği borc məbləğinə mütənasib olmadığından həmin məbləğ 2.000 avro məbləğinə azaldılmaqla, həmin məbləğ borclu Cavabdeh2 MMC tutularaq “X6 Azərbaycan” QSC ödənilməlidir. Apelyasiya instansiyası məhkəməsi eyni zamanda sadalanan maddələrin tələblərini əsas tutub qeyd etmişdir ki, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmə dikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 1.1-ci bəndinin şərtləri Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla tətbiq edilməlidir. Həmçinin, Mülki Məcəlləsinin 367-ci maddəsinin tələbləri baxımından nəzərə alınmalıdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir və zaminlik müqaviləsi, həmçinin, verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan 01 fevral 2011-ci il tarixli kredit müqaviləsi üzrə zaminl ik konkret müddət təyin edilməklə verildiyindən, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən tərəflər arasında bağlanmış zaminliyə onun təmin edildiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor “X6 Azərbaycan” QSC zaminlərə qarşı iddia irəli sürmədiyi üçün xitam verilib. Eyni zamanda 01 fevral 2011-ci il tarixli kredit müqaviləsi üzrə tərəflər razılaşmışlar ki, borcalan Cavabdeh2 MMC borcu və ona hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə, ödəniş cədvəlinə uyğun ödəyir, birinci ödəniş 01 mart 2011-ci ildə, sonuncu ödəniş isə 01 fevral 2016-cı ildə aparılır. Tərəflər arasında bağlanılmış kredit müqaviləsinin şərtlərindən göründüyü kimi tərəflər kredit borcunun və ona hesablanmış faizlərin ən geci 01 fevral 2016-cı il tarixdə qaytarılmasını raz ılaşdırmışlar. Apelyasiya instansiyası məhkəməsi kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, 01 fevral 2011-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh2 MMC və zaminlər Cavabdeh1 və Cavabdeh3 MMC birgə və eyni həcmdə məsuliyyət daşısalar da, “X6 Azərbaycan” QSC zaminlərə qarşı 01 fevral 2017-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməyib, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminlərə qarşı heç bir tələb irəli sürməyib. Ona görə də bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunl a müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Həmçinin apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsində nəzərdə tutulan müddət kəsici müddətdir. Buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Göstərilənləri nəzərə alaraq apelyasiya instansiyası məhkəməsi haqlı olaraq ilk iddia tələbini kredit müqaviləsi üzrə yaranmış borcun zaminlər Cavabdeh1 və Cavabdeh3 MMC tutulmasına aid hissədə rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla düzgün nəticəyə gəlib v ə sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib. Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, “X6 Azərbaycan” QSC kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin digər dəlilləri apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instans iyası məhkəməsi Qərara aldı: İddiaçı “X6 Azərbaycan” QSC-nin kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 iyun 2020-ci il tarixli, 2(103)-3861/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2863/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2863/2021
13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver