Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2867/2024 17.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər X3 və Bakı şəhəri 5 saylı Notariat ofisinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: miras əmlaka payların müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkkül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər X3 və Bakı şəhəri 5 saylı Notariat ofisinə qarşı “miras əmlaka tam pay üzrə vərəsəlik hüququnun tanınması, vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2( 103)-2793/2024 nömrəli, 1 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları
1. Bakı şəhəri, 13-cü Nərimanov döngəsi, 1 ünvanda yerləşən mənzil (bundan sonramiras əmlak) İddiaçı anası X4 mülkiyyətində olmuşdur. Onun iki oğlu İddiaçı və X5 1-ci növbə qanun üzrə vərəsələri olmuşdur.
2. X7 xx.xx.2012-ci il tarixdə Rusiya Federasiyasında vəfat etdikdən sonra, miras əmlakda iddiaçı doğulduğu gündən hal-hazıradək öz ailə üzvləri qızı X1 və arvadı X6 ilə birgə yaşamış, həmin əmlaka sahiblik etməyə və həmin əmlakı idarə etməyə faktik başlamış, mirası qəbul etmişdir
3. Cavabdeh Nikolay Pustavalov miras əmlakdan imtina etməsinə dair hər hansı ərizə ilə notariusa mürac iət etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəriman Nərimanov prospekti, 13-cü Nərimanov döngəsi, 1 ünvanda yerləşən miras əmlaka tam pay üzrə vərəsəlik hüququnun tanınması, vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin Bakı şəhəri 5 saylı Notariat Ofisinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinadla tələbini onunla əsaslandırmışdır ki, 21 iyul 2023-cü ildə iddiaçı Bakı şəhəri 5 saylı notariat ofisinə müraciət edərək miras əmlaka tam hissədə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmiş, lakin ona həmin notariat ofisinin 25 iyul tarixli qərarı ilə imtina edilmiş, səbəb isə miras qoyanın digər oğlu X5 tərəfindən də ərizə ilə müraciət etməsi göstərilmişdir. Miras qoyanın digər oğlu, Rusiya Federasiyası vətəndaşı X5 2020-ci ildə (miras qoyanın ölümündən 8 il sonra) etibarnamə üzrə nümayəndə vasitəsilə 5 saylı notariat ofisinə ərizə ilə müraciət etmiş, notariat ofisində ərizəçiyə vərəsəlik işinin açılmasına dair lazımi sənədlərin olmadığı, həmin sənədlərin zəruriliyi bildirilsə də, 4 ilə yaxın bir müddətdə hər hansı bir tələb olunan sənəd təqdim edilməmiş, nümayəndəyə verilən etibarnamənin müddəti ötürülmüş, beləliklə də vərəsəlik işi açılmamışdır.
6. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri 5 saylı Notariat ofisinin notariusu bildirmişdir ki, xx.xx.2012-ci ildə vəfat etmiş X4 vəfatından sonra, xx.xx.2020-ci il tarixdə oğlu Pustovalov Nikolay no tariat ofisinə qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müraciət etmiş, lakin zəruri olan hüquqmüəyyənedici sənədləri təqdim etmədiyindən ona cavab və ya qərar təqdim edilməmişdir.
7. Məhkəmənin elektron poçt ünvanına Elektron ünvan poçt ünvanı vasitəsi ilə göndərilmiş 03 oktyabr 2023-cü il tarixli məktubda, X2 səhhəti ilə bağlı Bakıya gələ bilmədiyi, Azərbaycan Respublikasında mirasının özünə aid qanuni hissəsini, yəni mirasdan payını istədiyi qeyd edilmişdir.
8. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə miras əmlaka yerli baxış keçirilmiş və yerli baxış zamanı iddiaçının həmin evdə arvadı və qızı ilə birlikdə yaşaması müəyyən edilmişdir.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(004)-112/2024 nömrəli, 24 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim Gülnar Babazadə) iddia tələbi qismən təmin edilmişdir. Bakı şəhəri, Nəriman Nərimanov prospekti, 13-cü Nərimanov (Sovet) döngəsi, 1 ünvanda yerləşən fərdi yaşayış evinə İddiaçı 1/2 hissədə miras pay hüququ müəyyən edilməsi və həmin əmlaka 1/2 hissədə iddiaçının adına vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri 5 saylı Notariat ofisinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, X7 xx.xx.2012-ci il tarixdə Rusiya Federasiyasında vəfat etdikdən sonra, onun iki oğlu İddiaçı və X5 1-ci növbə qanun üzrə vərəsələri olmuşdur. Cavabdeh Nikolay Pustavaov miras əmlakdan imtina etməsinə dair hər hansı ərizə ilə notariusa müraciət etməmiş, 22 yanvar 2012-ci il tarixdə Bakı şəhəri 5 sayl ı notariat ofisinə qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müraciət etmiş, lakin zəruri olan hüquqmüəyyənedici sənədləri təqdim etmədiyindən ona cavab və ya qərar təqdim edilməmişdir.
11. Məhkəmə hesab etmişdir ki, cavabdeh də miras əmlak üzrə 1-ci növbə qanun üzrə vərəsələrin dairəsinə daxil olduğundan, iddia qismən təmin edilməli, Bakı şəhəri, Nəriman Nərimanov prospekti, 13-cü Nərimanov (Sovet) döngəsi, 1 ünvanda yerləşən fərdi yaşayış evinə İddiaçı 1/2 hissədə miras pay hüququ müəyyən edilməli və həmin əmlaka 1/2 hissədə iddiaçının adına vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri 5 saylı Notariat ofisinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1145, 1151.1, 1243.1, 1256, 1301-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə çıxararkən tərəfindən Notariat ofisinə müraciət olunmasını, qarşı tərəfin sənədləri olmadığından müraciətinin rəsmiləşdirilm əməsini nəzərə almamışdır. Cavabdehin o zaman mirasdan pay almaq niyyəti olsa idi, ölüm haqqında şəhadətnamə və s. zəruri sənədləri təqdim edə bilərdi. Məhkəmə eyni zamanda Konstitusiya Məhkəməsinin müvafiq qərarının yalnız xx.xx.2023-cü il tarixdən sonraya aid olduğunu nəzərə almamışdır.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(103)-2793/2024 nömrəli, 1 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisləndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razıl aşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə Azərbaycan respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə istinadla qeyd etmişdir ki, iddiaçı kimi o da eyni əsaslarla mirası qəbul etmiş sayılır. Belə ki, Nikolay Pustovalov da qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməmiş, bu barədə notarial qaydada ərizə verməmişdir.
17. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1145, 1151.1, 1243.1, 1256, 1301-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 deka br 2023-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətində göstərilən dəlillərlə bağlı apellyasiya instansiya məhkəməsi tərəfindən tam araşdırma aparılmamış və təqdim edilən sübutlara düzgün qiymət verilməmişdir.
20. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1,1243.2, Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayət inə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
23. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
24. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
25. Maddə 1159.1.1. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa gö türənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər.
26. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.
27. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
28. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
29. Maddə 1244. Mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanun i nümayəndələri vasitəsilə qəbul edirlər.
30. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
31. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
32. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər.
33. Maddə 1268.2. Əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı
34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hiss əsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmiş, Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun mə hkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və d əlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və iddianın tam təmin olunması xahiş olunduğundan apellyasiya instansiyası məhkəməsinin aktı tam hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassatorun təmin olunmuş tələblərə aid dəlillərinə mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmələrin gəl diyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası məhkəmələrin iş üzrə gəldikləri nəticə və əsaslandırma ilə razılaşır.
45. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
46. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Göstərilənlərə əsasən və MP M-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2793/2024 nömrəli, 01 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir