Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2868/2020 05.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Cavabdeh1 və onun vəkili x2 iştirakı ilə iddiaçı “Nikoyl” x1 x3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbi” üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 sentyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq mü əyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.Qasımov, iş № 2(001)-272/19) iddiaçı “Nikoyl” x1 x3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbi barədə” iddiası qismən təmin edilərək, iddiaçı Bank ilə Cavabdeh1 arasında 11.08.2015-ci il tarixdə bağlanmış “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 33.742,37 ABŞ dolları, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 22.779,37 ABŞ dolları, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 1.338,38 ABŞ dolları, cəmi 57860,12 ABŞ dolları məbləğində pulun (qətnamənin icra ediləcəyi tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uy ğun olaraq Azərbaycan manatı ilə) Cavabdeh1 tutularaq Banka ödənilməsi, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 110.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunacaq pul vəsaiti hesabına Cavabdeh1 Banka olan borcunun ödənilməsi, həmin məbləğ borcun ödənilməsinə kifayət etmədiyi halda ödənilməmiş qalan borcun Cavabdeh1 ümumi qaydada tutulması, satıldığı halda cavabdehlərin həmin mənzilə olan hüquqlarına 1 aydan gec olmayaraq xitam verilməsi və mənzilin boşaldılması, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 29 manat, “tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında bildirişin” qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 28 manat məbləğində pulun və iş üzrə keçirilmiş ekspertizanın xərcinin ödənilməsi məqsədi ilə 400 manat məbləğində pulun Cavabdeh1, 15 manat məbləğində pulun isə iddiaçı Bankdan tutularaq dövlət nəfinə ödənilməsini qət etmiş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən Cavabdeh1apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov-sədrlik edən və məruzəçi, Ş.Məhərrəmova və E.Şamayev, iş № 2(103)-10982/19) cavabdehin apelyasiya şikayəti təmin edilməyərək Binəqədi Rayon Məhkəməsinin 16 aprel 2019-cu il tarixli qətnaməsi apelyasiya baxışının predmeti olan hissədə, yəni Cavabdeh1 aid olan hissəsində dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 sentyabr 2019-cu il tarixli qətnam əsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı “Nikoyl” x1 x5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi və iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 arasında 11.08.2015-ci il tarixdə bağlanmış “Kredit müqaviləsi” üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 33.742,37 ABŞ dolları, əsas borc məbləğinə hesablanmış faiz borcun ödənilməsi məqsədi ilə 22.826,34 ABŞ dolları, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 1.338,38 ABŞ dolları, cəmi isə 57.907,09 ABŞ dolları, habelə iddianın verilməsi üçün ödənilmiş döv lət rüsumunun əvəzi olaraq 30 manat, “Tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında bildirişin” qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun Cavabdeh1 tutularaq ona ödənilməsi; tələbin ipoteka predmetinə - cavabdehlərin birgə mülkiyyətində olan və Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən 25 nömrəli evin 9 nömrəli mənzilinə yönəldilməsi; mənzilin açıq hərracdan satılması; satışdan əldə oluna biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcun ödənilməsi; həmin məbləğ borcun ödənilməsinə kifayət etmədiyi halda ödənilməmiş qalan borcun ümumi qaydada tutulması; satıldığı halda cavabdehlərin həmin mənzilə olan hüquqlarına xitam verilməsi, cavabdehlərin həmin mənzildən 1 aydan gec olmayaraq çıxarılması və mənzilin boşaldıl araq iddiaçı Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmış və göstərilmişdir ki, iddiaçı tərəfindən əsas borc məbləği və faiz məbləği şişirdilmiş, dəbbə pul həddən artıq yüksək məbləğdə hesablanmışdır və tənasübsüz surətdə artırılmışdır. Cavabdeh tərəfindən müqavilə üzrə ödənişlər mütəmadi olaraq ödənilmişdir. Lakin ölkədə baş vermiş devalivasiya nəticəsində maliyyə vəziyyəti pisləşmiş və ödənişləri edə bilməmişdir. Birinci instansiya məhkəməsində məhkəmə mühasi batıq ekspertizası təyin edilsə də ekspert rəyləri arasında ziddiyyət yaranmışdır. Məhkəmə bu ziddiyyətə əhəmiyyət verməmişdir. Halbuki bu ziddiyyətlərin aradan qaldırılması üçün təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilməli idi. Məhkəmə ipoteka predmetini çox aşağı qiymətə qiymətləndirmişdir. Halbuki bazarda ipoteka predmetinin dəyəri 140000-150000 manat həddindədir. Buna görə məhkəmə təkrar qiymətləndirmə ekspertizası keçirməli idi. Cavabdeh1 və onun vəkili x4 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər və kassasiya şikayətində göstərilən xüsusatları təsdiq edən eyni məzmunlu izahat verdilər. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səb əb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Bank ilə Cavabdeh1 arasında 11.08.2015-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh1, kreditdən istifadəyə görə illik 25 faiz dərəcəsi ilə 36 ay müddətinə 40.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bank ilə Cavabdeh1 arasında 11.08.2015-ci il tarixdə bağlanmış “İpoteka müqaviləsinə əsasən qeyd edilən “Kredit müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliklərin təminatı olaraq Cavabdeh1, digər cavabdehlər ilə onun birgə mülkiyyətində olan mənzil Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən 25 nömrəli evin 9 nömrəli mənzilin ona aid olan (apelyasiya baxışının predmetini yalnız bu hissə təşkil edir) hissəsini Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Cavabdeh1 “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, krediti və ona hesablanmış faizlərin bir hissəsini Banka ödəmiş, borcu tam həcmdə ödəməkdən isə boyun qaçırmışdır. Bank tərəfindən Cavabdeh1 edilmiş xəbərdarlıqlara baxmayaraq borc ödənilməmiş qalmışdır. Kassasiya şikayəti verən cavabdehin kredit müqaviləsi üzrə 33.742,37 ABŞ dolları, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 22.779,37 ABŞ dolları, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 1.338,38 ABŞ dolları, cəmi 57860,12 ABŞ dolları məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən birinci instansiya məhkəməsinə verilmiş 26.02.2019-cu il tarixli, 29115 nömrəli rəydən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh1 Bankdan götürdüyü kredit vəsaiti üzrə 11.08.2018-ci il tarixə (“Kredit müqaviləsinin” müddətinin bitdiyi tarix) Banka olan faiz borcu (apelyasiya baxışının predmeti) 22.779,37 ABŞ dolları məbləğindədir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC 21.06.2018-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən 25 nömrəli evin 9 nömrəli mənzilin bazar dəyəri 110.000 manat təşkil edir. Apelyasiya instansiya məhkəməsi iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apelyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək və Mülki Məcəllənin, 442, 445,448 və 739-ci maddələrinə əsaslanaraq birinci instansiya məhkəməsinin cavabdehdən kredit üzrə 33.742,37 ABŞ dolları ABŞ dolları əsas borc, 22.779,37 ABŞ dolları faiz borcu, 1.338,38 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 578 60,12 ABŞ dolları ödənilən vaxtı manata məzənnəsi ilə borcu tutulmasını, tələbin ipoteka predmeti ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən 25 nömrəli evin 9 nömrəli mənzilə yönəldilməsi və mənzilin açıq hərracda satılması, fərdi yaşayış evinin ilkin satış qiymətinin 110000 manat müəyyən edilməsi, ipoteka predmetinin satıldıqdan sonra 1 ay müddətində boşaldılması barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə düzgün olaraq bu nəticəyə gəlmişdir ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən müqavilədən yaranan öhdəliyə görə məsuliyyəti yaranmışdır. B una görə də tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəliyi (əsas kredit borcu, faiz və cərimə borcu) icra etməlidir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icras ını tələb edə bilər. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Nəticədə, borclunun banka kredit borcu yarandığından bu səbəbdən, iddiaçı kredit borcunun tutulması barədə borcluya qarşı tələb irəli sürməkdə haqlı olmuşdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassator borcun düzgün hesablanmaması və ipoteka predmetinin dəyəri ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi müəyyən etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borcun məbləğinə münasibətdə qeyd edilməldir ki, məhkəmə də düzgün olaraq ekspertiza keçirməklə, müəyyən etmiş və ekspertiza rəyi ilə müəyyən olunmuş məbləğ həddində iddianı təmin etmişdir. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, məhkəmə tərəfindən təyin edilərək alınmış ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Cavabdeh rəydə ziddiyyətlərin olmasını göstərmiş olsa da, bu ziddiyyətlərin nədən ibarət olması və hansı əsaslarla yaranması ilə bağlı heç bir sübuta istinad etmir. İpoteka predmetinin dəyəri ilə bağlı dəlilə münasibətdə isə qeyd edilməlidir ki, məhkəmələr haqlı olaraq işə mütəxəssis cəlb etmiş və alınmış rəy əsasında ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etmişlər. Cavabdeh isə ipoteka predmetinin daha çox məbləğdə olm asını göstərmiş olsa da bununla bağlı da heç bir mötəbər sübuta istinad etməmişdir. Eyni dəlillərə apelyasiya şikayətində də istinad etmiş məhkəmə isə haqlı olaraq həmin dəlillərin (hər hansı mötəbər sübutla dəstəklənmədiyi üçün) əsassız olması nəticəsinə gəlmişdir. Kassasiya kollegiyası, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərdən əsaslı olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri ə sassızdır, kassasiyada qeyd edilənlər iş materialları ilə təkzib edilir, kassator həmin dəlillərlə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası. QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 sentyabr 2019-cu il tarixli 2(103)-10982/2019 nömrəli qətnaməsi həmin kassasiya (mübahisələndirilən hissələrdə) dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. şikyətinə münasibətdə
Məhkəmə qərarları › İş №2(102)-2868/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2868/2020
05.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver