Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2868/2023 27.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: özbaşına tikilinin sökülməsi, maneələrin aradan qaldırılması, ekspert rəyinin qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “daş hasarın cavabdehin hesabına sökülməsi və torpaq sahəsinə giriş-çıxışına yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 mart 2023-cü il tarixli, 2 (105)-605/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 11.10.2007-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən, X1 rayonu, Masazır kəndində yerləşən 2.04 ha torpaq sahəsinin 0.03 ha hissəsini İddiaçı satıb.
2. Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixdə İddiaçı adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş və daşınmaz əmlakın dövlət reyestrində 522 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində xx.xx.2014cü il tarixdə, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* saylı çıxarışa əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən və onun xüsusi mülkiyyətində olan 0,03 ha torpaq sahəsinə gedən və cavabdeh tərəfindən daş hasar çəkilməklə bağlanmış yolun həmin hasarın cavabdehin hesabına sökülməklə açılması, onun Abşeron rayonu, Masazır kəndində yerləşən və xüsusi mülkiyyətində olan 0,03 ha torpaq sahəsinə daxil olmağına cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə belə əsaslandırılıb ki, iddiaçı Abşeron rayonu, Masazı r kəndində yerləşən 0,03 ha torpaq sahəsini aldıqdan sonra orada fərdi yaşayış evi tikmişdir. Evin tikintisi bitsə də, evin içərisinin təmiri başa çatmamışdır. Torpaq sahəsinə dair plan və ölçü tərtib edilərkən və çıxarış verilərkən torpaq sahəsinə giriş-çıxış üçün yol nəzərdə tutulmuşdur. İddiaçı da torpaq sahəsinə nəzərdə tutulmuş giriş-çıxış yolu ilə girib-çıxmışdır. Həmçinin, həmin yoldan istifadə etməklə torpaq sahəsinə minik və yük avtomobilləri gəlib-getmişdir. Evin tikintisi üçün materiallar gətirən ağır yük avtomobilləri həmin yoldan girib-çıxmışlar. Cavabdeh iddiaçıya məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsinin qonşuluğunda torpaq sahəsi almış və orada tikinti işləri aparmışdır. Lakin cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxış yolunu qanunsuz olaraq zəbt etməklə iddiaçıya torpaq sahəsindən rahat istifadə etməyə və həmin torpaq sahəsinə avtomobillərin daxil olmasına mane olmuşdur. Belə ki, cavabdeh heç bir icazə və razılıq olmadan istifadəsində olan torpaq sahəsinin ətrafına hasar çəkərkən, iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinə gedən yolun bir hissəsini də hasara alaraq öz torpaq sahəsinə daxil etmişdir. Cavabdehin hərəkətləri, yəni heç bir qanuni icazə və razılıq olmadan iddiaçıya məxsus torpaq sahəsinin giriş-çıxışı üçün nəzərdə tutulmuş yolu daş hasar çəkməklə daraltması və yük avtomobillərinin keçməsinə maneə yaratması qanunsuz və əsassızdır.
5. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, onun tikinti və torpaqla bağlı sənədi yoxdur. Lakin neçə ildir ki, həmin ər azidə yaşayır, iddiaçı ilə aralarında barışıq və razılaşma mümkün deyildir. İş üzrə alınmış ekspert rəyi ilə razıdır. Onun hasarının iddiaçıya heç bir maneçiliyi yoxdur.
6. Məhkəmənin qərardadı ilə təyin edilmiş mühəndis-texniki ekspertizası əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 07 oktyabr 2022-ci il tarixli 10/4839 nömrəli ekspert rəyində göstərilir ki, faktiki vəziyyətdə naturada mövcud olan yolun ölçülərinin Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-in «Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması»nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinin tələbi ilə avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş normaya uyğun olduğu, yük avtomobillərinin həyətyanı sahəyə girişi üçün n əzərdə tutulmuş normaya uyğun olmadığı (cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin sənədi olmadığına görə, bu normanın cavabdeh tərəfindən pozulub-pozulmadığını müəyyən etmək mümkün olmadı) müəyyən olundu. Həmçinin, qeyd olunur ki, faktiki naturada mübahisəli yolun daxilində kanalizasiya xətlərinin, mişar daşlarının, içi su ilə dolu olan metal qabın (torpaq səviyyəsində) mövcudluğu həmin yolda avtomobilin hərəkətinə maneə yaradır. Həmçinin, həmin rəydən görünür ki, Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinə əsasən yaşayış evi ilə küçəni birləşdirən, piyadalar üçün nəzərdə tutulan yolun eni 1,5 metr, hərəkət (avtomobil) yolu nun eni 2,753,0 metr, yük avtomobillərinin həyətyanı sahəyə girişi üçün isə yolun eni 4,5 metr olmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən mübahisəli yolun avtomobillər üçün nəzərdə tutulan normaya uyğun olduğu, yük avtomobilləri üçün isə nəzərdə tutulan normaya uyğun olmadığı müəyyən edilir.
7. Abşeron Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(012)-51/2022 nömrəli, 15 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) iddia təmin edilərək, iddiaçının xüsusi mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsinə gedən yolda cavabdeh tərəfindən inşa edilmiş daş hasarın cavabdehin hesabına sökülməklə açılması və cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinə daxil olmasına yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iş üzrə ekspert rəyinə əsasən faktiki vəziyyətdə naturada mövcud olan yolun ölçülərinin avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş normaya uyğun olduğu, yük avtomobillərinin həyətyanı sahəyə girişi üçün nəzərdə tutulmuş normaya uyğun olmadığı müəyyən olundu. Ekspertin mülahizəsinə görə ki, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin sənədi olmadığına görə, bu normanın cavabdeh tərəfindən pozulub pozulmadığını müəyyən etmək mümkün olmamasına, işin materiallarından göründüyü kimi cavabdehin mübahisəli ərazidə torpaq sahəsi mövcud deyildir. İddiaçı isə mülkiyyətində olan torpaq sahəsində evini tikərkən cavabdehin hasarı olmamış, yük avtomobilləri həmin yoldan sərbəst hərəkət etmişdir. Bu hal təqdim olunan foto şəkillərdən də görünür. Cavabdehin qeyd edilən ünvanda şəkdiyi hasar divar göründüyü kimi iddiaçıya məxsus həmin ünvandakı torpaq sahəsinə yük avtomobillərinin giriş çıxışını məhdudlaşdırır, yolun eni normada nəzərdə tutulan 4,5 metrdən azdır.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 180.1, 180.4, 239.2-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84, 111-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xah iş etmişdir.
11. Apellyasiya şikayəti belə əsaslandırılıb ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçi hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Məhkəmə qətnamə qəbul edərkən bu halı nəzərə almamış, onun sahiblik hüququnu pozmuşdur. Məhkəmə qərar qəbul edərkən iddiaçının xüsusi mülkiyyətçi olmasını əsas götürərək onun sahiblik hüququnun pozulmasına səbəb olan qətnamə qəbul etmişdir. Mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratın ı öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə mübahisəli torpaq sahəsi və tikilinin qanunvericiliyin tələblərinə uyğun şəkildə ayrılıb-ayrılmaması deyil, iddiaçının hansı hüququnun pozulması aydınlaşdırılmalı olduğu halda, müvafiq maddi hüquq normalarını ona münasibətdə pozmuşdur.
12. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 06 mart 2023-cü il tarixli, 2(105)-605/2023 nömrəli qətnaməsi ilə (ha kimlər G.Cabbarova (sədrlik edən və məruzəçi), A.Süleymanova və S.Qafari) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin rədd olunması qət edilmişdir.
13. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı daş hasarın cavabdeh tərəfindən tikilməsi, habelə həmin daş hasarın onun torpaq sahəsinə giriş-çıxış üçün mane yaratması, yolunu bağlaması, habelə digər manelərin nədən ibarət olması və bu maneələrin məhz cavabdeh tərəfindən törədilməsi və bununla onun hansı hüquqlarının pozulması kimi halları sübut etmək vəzifəsini daşıyır. Lakin iddiaçı tərəfindən məhkəmə araşdırması zamanı qeyd edilən halların müəyyən edilməsi ilə bağlı heç bir mötəbər sübut təqdim edilməmişdir (yalnız f otoşəkillər təqdim edilmişdir ki, həmin sübut əsasında isə iddia tələbinin əsası kimi istinad edilən halların müəyyən edilməsi mümkün deyildir). Bundan əlavə, iddiaçı məhkəmə araşdırması zamanı cavabdehin ona gələcəkdə mane ola biləcəyi kimi ehtimallara (ona veteranlar üçün avtomobil veriləcəyi, həmin avtomobil verildiyi halda, o avtomobillə hərəkət edə bilməyəcəyi kimi hallara) istinad etmişdir. Qeyd olunmalıdır ki, mülkiyyət hüququnun pozulmasına və ya mülkiyyət hüququnun həyata keçirilməsinə maneçilik olunmasına əsas verən hal kimi istinad olunan ehtimallar real olmalı, həqiqi hallarla bağlı olmalıdır.
14. Həmçinin, iddiaçının məhkəmə iclasında verdiyi izahatından aydın olur ki, müvafiq ekspert rəyində maneə kimi qeyd edilmiş hallar onun torpaq sahəsindən istifadəsi üçün mane yaratmır, onun üçün yeganə maneə daş hasardır.
15. Məhkəmə kollegiyası bununla bağlı onu qeyd edir ki, həmin daş hasar indiki halda cavabdehin faktiki istifadəsində olan sahə ilə bağlı olmaqla, qonşu sahə ilə sərhəddi müəyyən edir. Həmçinin, müvafiq ekspert rəyində həmin daş hasarın torpaq sahəsinə giriş-çıxış üçün və avtomobillərin hərəkəti üçün hər hansı maneə yaratmaması, yalnız yük avtomobillərinə münasibətdə (məsafə 4,5 metr olmalı olduğu halda 3,9 metr olmuşdur ) maneə yarada bilməsinin mükünlüyü, lakin cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd olmadığından, bu normanın cavabdeh tərəfindən pozulub-pozulmaması halı müəyyən edilməsinin mümkün olmadığı qeyd edilmişdir.
16. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, indiki halda mübahisə predmeti olan daş hasarın iddiaçıya məxsus torpaq sahəsinə giriş-çıxış üçün yolu bağlanmadığından (hansıki iddiaçının iddia tələbində bu əsas qeyd edilmişdir), bununla bağlı maneə yaratmadığından, avtomobillərin gediş-gəlişi üçün müəyyən edilmiş norma tələbləri pozulmadığından, habelə qonşu sahələr arasında sərhəddi müəyyən etməklə, cavabdehin həmin sahə ilə bağlı hüquqmüəyyənedici sənədi olmadığından, faktiki onun istifadəsində olan sahəni əhatə etməklə, bununla bağlı norma tələblərinin (yük avtomobillərinə münasibətdə) cavabdeh tərəfindən pozulması halının müəyyən edilməsi mümkün olmamışdır. İddiaçı tərəfindən isə qeyd edilən hallara dair heç bir mötəbər sübut vasitəsi təqdim edilməmişdir.
17. Nəticə etibarilə, hazırki mülki iş üzrə cavabdehin hansı təqsirli hərəkətləri nəticəsində iddiaçının ona məx sus torpaq sahəsinə giriş-çıxış üçün hansı manelərin mövcudluğu halının müəyyən edilməsi, bununla da iddiaçının hansı hüquq və mənafelərinin pozulması halının müəyyən edilməsi mümkün olmamışdır. Halbuki, qeyd olunan halları sübut etmək vəzifəsi məhz iddiaçı tərəfin üzərinə düşmüşdür. Bununla da, hazırki mülki iş üzrə iddia tələbinin qanuni əsası qismində çıxış edən Mülki Məcəllənin 157.4-cü maddəsinin (tikilinin sökülməsinə münasibətdə həmçinin 180.4-cü maddəsinin) dispozitiv şərtləri aşkar olunmamışdır.
18. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin hallarına düzgün hüquqi qiymət verməmiş, işin hallarını tam aydınlaşıdırmamış, hazırki mülki iş üzrə iddia tələbinin təmin edilməsi qənaətinə gələrkən, cavabdehin hansı hərəkətləri nəticəs ində iddiaçının hansı hüquqlarının pozulması, maneələrin nədən ibarət olması kimi halları aydınlaşdırmamış, bununla da iş üzrə düzgün nəticəyə gəlməmişdir.
19. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 157.4, 170.2, 176.3, 180.1, 180.4, 239.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 88, 101.7, 217.3, 384.0.2, 385.-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mülkiyyətində olan torpaq sa həsində ev tikərkən cavabdehin hasarı olmamış, yük avtomobilləri həmin yoldan sərbəst hərəkət etmişlər. Bu hal təqdim olunan foto şəkillərdən də görünür. Cavabdehin qeyd edilən ünvanda çəkdiyi hasar (divar) göründüyü kimi iddiaçıya məxsus həmin ünvandakı torpaq sahəsinə yük avtomobillərinin giriş-çıxışını məhdudlaşdırır, yolun eni normada nəzərdə tutulan 4,5 metrdən azdır. Yəni artıq cavabdeh tikinti normasını pozmuşdur. Həmin yolun normaya uyğun olmaması iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır. Həmçinin, məhkəmələr tərəfindən mübahisəli sahəyə yerli baxış həyata keçirilməmişdir. Belə ki, məhkəmə baxış keçirsə idi, iddiaçının həyətinə minik maşını ilə daxil olmağın mümkünsüz olduğunu görə bilərdi. Həyət evlərində, eyni zamanda torpaq sahələrinə yük avtomaşının daxil olması şərtdir. Çünki hələ təmir başa çatmamış, həyətə tikinti-təmir avadanlıqlarının, evin böyük əşyalarının daşınması üçün, eyni zamanda tikintidən qalıq qalmış tullantıların daşınması üçün yük avtomaşınının daxil olması zəruridir. Eyni zamanda təcili-tibbi yardım, yanğınsöndürən maşınlarının daxil olması üçün yol sahəsi mütləq saxlanmalıdır. Həmin hasar isə cavabdeh tərəfindən tikinti norma və qaydalarına uyğun inşa edilməmişdir.
22. Cavabdehin apellyasiya qaydasında hasarı mübahisələndirməsi bir daha onu təsdiq edir ki, hasar onun tərəfindən qeyri-qanuni çəkilmişdir. Cavabdehin istifadəsində torpaq sahəsinin olması, torpaq sahəsinə onun tərəfindən hasarın çəkilməsi tərəflərin izahatları, işin halları ilə tam təsdiq olunur. Onun istifadəsində olan torpaq sahəsinin sənədinin olmaması gözlə görünən mane ələrin olmasını danılmaz etmir. Bununla bağlı ekspert rəyi olsa da, tam deyildir. Həmin hasarın cavabdehin istifadəsində olması, onun tərəfindən tikilməsi birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehin “Onun hasarının iddiaçıya heç bir maneçiliyi yoxdur” formada izahatı ilə təsdiq edilir. Bunu qəbul edir.
23. Bundan başqa, iş üzrə də yalnız bir hasardan söhbət gedir. Belə ki, cavabdehin sənədinin olmaması hasarın olmaması anlamına gələ bilməz.
24. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 180.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikas ının Konstitusiyası
26. Maddə 13 (hissə İ). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
27. Maddə 29 (hissə İ). Hər kəsin mülkiyyət hüququ vardır.
28. Maddə 29 (hissə İİ). Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
30. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərən cam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
31. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
32. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
33. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq v ə vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
34. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
35. Maddə 180.4. ikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ci ddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
36. Maddə 48.2 Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.
37. Maddə
55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yol larla yaranır.
38. Maddə 68 Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
39. Maddə
82. Başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin borcudur.
40. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tə ləblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
47. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurəti ndən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının tam araşdırılması barədə prosessual qanun normasına əməl olunmadığına görə məhkəmənin qətnaməsi ləğv edi lməli və iş yenidən baxılması üçün göndərilməlidir.
51. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə iddiaçının mülkiyyətində Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsi vardır. İddiaçı həmin torpaq sahəsində ev inşa etmişdir. Cavabdeh iddiaçının qonşuluğunda olan torpaq sahəsində ev inşa etmiş və torpaq sahəsini hasara almışdır. İddiaçı cavabdehin hasar çəkməsindən sonra torpaq sahəsinə gələn yolun daraldığını, avtomobillərin gəlişgedişinə də maneə törəndiyini iddia edir.
52. İddiaçının bu tələbinin hüquqi əsasını Mülki Məcəllənin 157.4-ci maddəsi təşkil edir. Həmin normaya əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilə r. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
53. Eyni zamanda iddianın həlli zamanı əlaqəli hüquq normaları kimi torpaq sahəsinə hüquqların yaranması əsaslarını müəyyən edən, habelə şəhərsalma və tikinti qaydalarını tənzimləyən normalar da nəzərə alınmalıdır.
54. Məhkəmə kollegiyasının «mübahisə predmeti olan daş hasarın iddiaçıya məxsus torpaq sahəsinə giriş-çıxış üçün yolu bağlamadığı, bununla bağlı maneə yaratmadığı, avtomobillərin (minik avtomobillərinə münasibətdə) gediş-gəlişi üçün müəyyən edilmiş norma tələblərinin pozulmadığı» barədə gəldiyi nəticə doğrudur. Çünki ekspert tərəfindən müəyyən edilib ki, mübahisə predmeti olan küçənin ölçüləri: iddiaçının torpaq sahəsinə giriş darvazası tərəfdə 3,8 metr; iddi açının torpaq sahəsinə giriş darvazasının sol tərəfində yerləşən cavabdehin hasarının künc hissəsi tərəfdə 3,9 metr; iddiaçının giriş darvazasından çıxan sol tərəfə döndükdə başlanğıc hissədə 3,85 metr; yolun sonunda isə 3,9 metr təşkil edir.
55. Bu ölçülər Azərbaycan Dövlət Tikinti Normaları (bundan sonra ADTN yazılacaq) 2.6-1-in «Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması»nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərində küçələrin minik avtomobilləri üçün müəyyən edilmiş ölçülərinə uyğundur. Belə ki, həmin cədvəllərə görə yaşayış evi ilə küçəni birləşdirən, piyadalar üçün nəzərdə tutulan yolun eni 1,5 metr, hərəkət (avtomobil) yolunun eni 2,75-3,0 metr olmalıdır.
56. Həmçinin iddiaçı yolun bağlandığını bildirməsinə baxmayaraq, yolun cavabdeh tərəfindən bağlanmadığı, iddiaçının torpaq sahəsinə giriş-çıxışı üçün (piyada və minik maşını ilə) maneə olmadığı müəyyən edilmişdir.
57. Lakin nəzərə alınmalıdır ki, iddiaçı iddia ərizəsində ümumi şəkildə cavabdehin iddiaçının mülkiyyətində olan “torpaq sahəsinə giriş-çıxış yolunu qanunsuz olaraq zəbt etməklə.. həmin torpaq sahəsinə avtomobillərin daxil olmasına mane olduğunu” bildirir. İddia ərizəsinin bu məzmunu, iddia tələbinin yolun yük avtomobilləri üçün müəyyən olunmuş ölçüləri baxımından da yoxlanmasını tələb edirdi. Apelyasiya instansiyası məhkəməsi də qətnaməsində göstərmişdir ki, «İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki,... cavabdehin hərəkətləri, yəni heç bir qanuni icazə və razılıq olmadan ona məxsus torpaq sahəsinin giriş-çıxışı üçün nəzərdə tutulmu ş yolu daş hasar çəkməklə daraltması və yük avtomobillərinin keçməsinə maneə yaratması qanunsuz və əsassızdır, bu baxımdan aradan qaldırılmalıdır».
58. ADTN 2.6-1-in «Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması»nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərində küçələrin yük avtomobilləri üçün müəyyən edilmiş ölçüsü 4,5 metr təşkil edir.
59. İş üzrə verilmiş ekspertin rəyindən göründüyü kimi yolun yük avtomobillərinin daxil olması üçün zəruri ölçüdə olmadığı aşkardır.
60. Apelyasiya instansiyası məhkəməsi isə küçənin yük avtomobillərinin hərəkəti üçün müəyyən olunmuş ölçüləri baxımından iddia tələbini təhlil edərək qeyd etmişdir ki, «müvafiq ekspert rəyində sökülməsi tələb olunan daş hasarın... yalnız yük avtomobillərinə münasibət də (məsafə 4,5 metr olmalı olduğu halda 3,9 metr olmuşdur) maneə yarada bilməsinin mümkünlüyü, lakin cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd olmadığından, bu normanın cavabdeh tərəfindən pozulubpozulmaması halı müəyyən edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, indiki halda mübahisə predmeti olan daş hasarın iddiaçıya məxsus torpaq sahəsinə giriş-çıxış üçün yolu bağlamadığından (hansıki, iddiaçının iddia tələbində bu əsas qeyd edilmişdir), bununla bağlı maneə yaratmadığından, avtomobillərin gediş-gəlişi üçün müəyyən edilmiş norma tələbləri pozulmadığından, habelə qonşu sahələr arasında sərhəddi müəyyən etməklə, cavabdehin həmin sahə ilə bağlı hüquqmüəyyənedici sənədi olmadığından, faktiki onun ist ifadəsində olan sahəni əhatə etməklə, bununla bağlı norma tələblərinin (yük avtomobillərinə münasibətdə) cavabdeh tərəfindən pozulması halının müəyyən edilməsi mümkün olmamışdır. İddiaçı tərəfindən isə qeyd edilən hallara dair heç bir mötəbər sübut vasitəsi təqdim edilməmişdir».
61. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin bu əsaslandırması ziddiyyətli olmaqla yanaşı, işin hallarının yarımçıq araşdırılmasına əsaslanır. Ona görə ki, «iddiaçıya məxsus torpaq sahəsinə giriş-çıxış üçün yolun bağlanmaması, bununla bağlı maneə yaradılmaması» iddianın rədd olunması üçün kifayət deyildi. Çünki yuxarıda qeyd olunduğu kimi iddia tələbi həm də yoldan yük avtomobillərinin keçməsinin mümkünsüzlüyü ilə əsaslandırılmışdı və həqiqətən də yoldan yük avtomobillərinin keçməsinin mümkünsüzlüyü ekspert r əyi ilə müəyyən edilmişdi. Bu halda «avtomobillərin gediş-gəlişi üçün müəyyən edilmiş norma tələblərinin pozulmadığı» barədə gəlinən nəticə işin halları ilə ziddiyyət təşkil edir.
62. Apelyasiya instansiyası məhkəməsi yolun daralmasına cavabdehin səbəb olmasını araşdırmış, lakin araşdırmanı sonadək aparmamışdır. Məhkəmə qeyd etmişdir ki, «qonşu sahələr arasında sərhədi müəyyən etməklə, cavabdehin həmin sahə ilə bağlı hüquqmüəyyənedici sənədi olmadığından, faktiki onun istifadəsində olan sahəni əhatə etməklə, bununla bağlı norma tələblərinin (yük avtomobillərinə münasibətdə) cavabdeh tərəfindən pozulması halının müəyyən edilməsi mümkün olmamışdır”.
63. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin faktiki olaraq istifadə etdiyi torpaq sahəsinə hüququn yaranması üçün əsas ola biləcək Torpaq M əcəlləsinin 55-ci maddəsində göstərilən hüquqmüəyyənedici sənədlərin olmaması, birmənalı olaraq hasarın çəkilməsinin hüquqi əsasının olmadığını təsdiq edir. Bu halda, cavabdeh tərəfindən yolun ölçüsünə dair norma tələblərinin (yük avtomobillərinə münasibətdə) pozulmasının müəyyən edilməsinin mümkün olmadığı və bu barədə iddiaçının mötəbər sübut təqdim etməməsi barədə gəlinən nəticə əsassızdır.
64. Nəzərə alınmaldır ki, mübahisənin həlli üçün ilk növbədə ərazinin kompleks yerquruluşu layihəsində (ərazinin baş planında) iddiaçının həyətinə giriş-çıxış üçün yolun nəzərdə tutulub-tutulmaması, nəzərdə tutulubsa həmin yolun haradan keçməsi, həmin yolun ölçüləri müəyyən edilməlidir. Bundan sonra həmin yolun cavabdeh və ya başqa qonşular tərəfindən tutulması (daraldılması) araşdırılmalıdır. Əgər n əzərdə tutulmuş yol həqiqətən də cavabdeh tərəfindən tutulmuşdursa, bu halda iddia təmin olunmalıdır. Çünki cavabdehin həmin sahəyə sahibliyinin hüquqi əsası yoxdur, sahəni özbaşına zəbt etmişdir.
65. Bundan başqa, işə baxmış apelyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən hasarın nə vaxt (iddiaçı tərəfindən ev inşa edildikdən sonra və ya əvvəl) çəkdiyini müəyyən etməmişdir. Halbuki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən hasarın heç bir hüqumüəyyənedici sənədi olmadan sonradan çəkildiyini müəyyən etmişdi və bu hal, cavabdehin aşıq-aşkar qanunazidd hərəkət etməsini təsdiq edirdi.
66. Məhkəmə kollegiyası qeyd edir ki, mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və f aktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı).
67. Hazırkı iş üzrə isə apellyasiya instansiyası məhkəməsi qeyd olunan normaları nəzərə almayaraq bütün faktların hərtərəfli tədqiqini aparmadan, təqdim edilən sübutlara hüquqi qiymət vermədən iddianı rədd etmişdir. Apell yasiya instansiyası məhkəməsi məhkəmə qərarlarının əsaslılıq meyarı ilə bağlı mülki prosessual qanunvericiliklə müəyyən edilmiş tələblərə riayət etməmiş, çəkişmə prinsipinin təmin edilməsinə dair vəzifələrini yerinə yetirməmiş, bununla da Mülki Prosessual Məcəllənin 9, 14, 88, 217.4, 372.7 və 387.1-ci maddələrinin tələblərinin pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.
68. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin olunması barədə MPM-nin tələblərinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
69. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, i şin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Eyni zamanda, yaşayış məntəqələrindəki yolların bələdiyyə fonduna aid olması nəzərə alınmaqla, müvafiq bələdiyyənin üçüncü şəxs qismində işə cəlb olunması məsələsini müzakirə etməlidir.
70. Məhkəmə kollegiyası xatırladır ki, Torpaq Məcəlləsinin 47-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən, bələdiyyə mülkiyyətində olan ümumi istifadədə olan torpaqlara, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların altındakı torpaqlar aid edilir. Bu baxımdan işə yenidə n baxan məhkəmə, müvafiq bələdiyyənin üçüncü şəxs qismində işə cəlb olunması məsələsini də araşdırmalıdır.
71. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 mart 2023-cü il tarixli, 2(105)-605/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.