Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2869/2020 19.03.2020 ALİ MƏHKƏMƏ QƏRARDAD Ali Məhkəmənin hakimi Quliyev Gündüz Ağababa oğlu Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 sentyabr 2019-cu il tarixli qətnaməsindən cavabdehlər xxxx verdiyi kassasiya şikayətini nəzərdən keçirərək Müəyyən etdim: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(007)-91/2018, hakim E.A.Nuriyev) iddia qismən təmin edilmiş, «xxxx» QSC xxxxqızı arasında kredit xətti müqaviləsi üzrə bağlanmış 18 iyul 2014-cü il tarixli 02R000033690 saylı kredit razılaşması üzrə əsas borc üzrə - 68103,44 ABŞ dolları, faiz borcu üzrə - 13213,87 ABŞ dolları, cərimə üzrə borc - 1000,00 ABŞ dolları, cəmi 82317,31 (səksən iki min üç yüz on yeddi dollar 31 s ent) ABŞ dolları (qətnamənin icra olunduğu günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla) məbləğində borc, 30 manat dövlət rüsumu ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının cavabdehlər xxxxqızı, xxxx qızı və xxxx oğlundan müştərək qaydada «xxxx» QSC-nin xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim E.A.Nuriyev) 2(007)- 91/2018 nömrəli, 18 sentyabr 2018-ci il tarixli qərardadı ilə iddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, xxxx qızı, Cavabdeh6 və xxxx oğluna qarşı «kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası ilə əlaqədar mülki iş üzr ə Cavabdeh6 oğlu öldüyündən, iş üzrə icraata - tələbin xxxx yerləşən 22 saylı evin 63 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilinin açıq hərracdan satılması və cəmi 218833 (iki yüz on səkkiz min səkkiz yüz otuz üç) ABŞ dolları 21 sent məbləğində borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına «xxxx» QSC-nə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin İmaməliyeva Asya Tatar qızı, zamin Hünbətova Məlahət Kərəm qızı, mərhum İmaməliyev Kərəm Baxış oğlunun vərəsəsi, eləcə də zamin İmamalıyev Namiq Kərəm oğlundan ümumi qaydada tutulması xxxx yerləşən 22 saylı evin 63 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra İmaməliyev Namiq Kərəm oğlunun həmin mənzilə istifadə hüququnun itirilməsi, onun həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və «xxxx» QSC-yə təhvil verilməsinə aid hissədə xitam verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi MK-nın 03 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-1970/2019 hakimlər X.A.Mərdanova, E.M.Həsənov və F.F.Babayev) iddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilmiş, Nizami Rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli qətnaməsi və qərardadı ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, xxxx oğlundan müştərək qaydada mərhum Cavabdeh6 vərəsələri Aslanova L ətafət Kərəm qızı, xxxx oğlu və Cavabdeh4 bərabər surətdə iddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 68103,44 ABŞ dolları məbləğində əsas borc, 21086,70 ABŞ dolları məbləğində faiz borcu və 3000 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 92.190,14 ABŞ dolları məbləğində borc (ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla), məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsum və 21 manat xidmət haqqı tutulması, tələb Bakı şəhəri Nizami rayonu R.Rüstəmov küçəsində yerləşən 22 saylı evin 63 nömrəli mənzilinə yönəldilməsi, mənzili açıq hərracdan satılması və cəmi 92.190,14 ABŞ dolları məbləğində borc (ödəniş gününə uyğun məzənnə nəzərə a lınmaqla), məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına «xxxx» QSC-nə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 95.000 manat məbləğində müəyyən edilməsi, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 22 saylı evin 63 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra xxxx oğlunun və Cavabdeh5 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması qət edilmiş, iddia tələbi cavabdeh xxxx qızına münasibətdə rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24 yanvar 2020-ci i tarixli qərarı ilə (iş № 2(102) -720/2020 hakimlər A.K.Kalbalıyev, V.Ə.İbayev və Ə.Ə.Əliyev) “xxxx” QSC-nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi MK-nın 03 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda mülki iş üzrə cavabdehlər xxxx Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 sentyabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti Ali Məhkəməyə daxil olmuşdur. İş materiallarından göründüyü kimi Ali Məhkəmənin Mülki Kollegiyasının 24 yanvar 2020-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin 03 sentyabr 2019-cu il tarixli qətnaməsi kassasiya qaydasında tam yoxlanılmış və qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qətnaməsi bundan əvvəl kassasiya qaydasında tam yoxlanıldığından, qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə dəyişdirilmədən saxlanıldığından, həmin qətnamənin yenidən yoxlanılması prosessual qanunverciliyə görə yolverilməzdir. Ona görə də kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408-ci maddəsini rəhbər tutaraq Qərara aldım: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 sentyabr 2019-cu il tarixli qətnaməsindən cavabdehlər xxxx verdiyi kassasiya şikayəti icraata qəbul edilmədən Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-2869/2020
Ali Məhkəmə Qərardad — İş №2(102)-2869/2020
19.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver