Məhkəmə qərarları › İş №2(102)-2873/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2873/2020

20.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2873/2020 20.05.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi XXX kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(004)-4258/2019, hakim V.M.Hacıyev) iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi XXX cavab dehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası qismən təmin edilmiş, Cavabdeh1 xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 4.589 manat əsas borcu, 871 manat faiz borcu, 50 manat manat cərimə borcunun tutularaq iddiaçıya ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və satışdan əldə olunan pul vəsaiti hesabına iddaçıya olan borcun ödənilməsi, avtomobilin satışından artıq qalan vəsaitin Cavabdeh1 qaytarılması qət edilmiş, iddia Cavabdeh1 qarşı qalan hissədə və Cavabdeh2 qarşı olan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-14554/2019, hakimlər E.Q.Nəbiyev, R.Ə.Qurbanov və A.Ə.Hüseyn) ləğv prosesində olan İdd iaçı ASC-nin XXX apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə iddianın təmin edilməyən – kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 572 manat faiz borcunun tutulması hissəsində ləğv edilmiş, Cavabdeh1 xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 4.589 manat əsas borc, müqavilə müddəti üzrə hesablanmış 871 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra hesablanmış 572 manat faiz borcu, 50 manat manat cərimə borcunun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, qətnamə “tutmanın - Cavabdeh1 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsaiti hesabına iddiaçıya olan borcun ödənilməsi, avtomobilin satışından artıq qalan vəsaitin Cavabdeh1 qaytarılması, iddianın Cavabdeh1 q arşı qalan hissədə və Cavabdeh2 qarşı olan hissədə rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh1 36 ay müddətinə illik 6 % ödəmək şərti ilə 7.000 manat məbləğində kredit vermişdir. Həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı kimi eyni tarixdə bankla Cavabdeh1 və Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmışdır. Eyni zamanda xx xxxxxx 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan avtomobil, xx xxxxx 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən isə Cavab deh1 mülkiyyətində olan avtomobil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh1 24 ay müddətinə illik 15 % ödəmək şərti ilə 10.300 ABŞ dolları məbləğində kredit vermişdir. xx xxxx 2019-cu il tarixdə Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, mübahisəyə iddia müddətinin əsaslarını müəyyən edən mülki qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verilməmiş, ipoteka ilə yüklü edilmiş digər avtomobilə tutmanın yönəldilməsi barədə tələb əsassız olaraq təmin edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlay ır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqavilələri üzrə əsas və ona hesablanmış faiz borcu, o cümlədən gecikdirilmiş faiz borcunun borclu və zamindən müştərək qaydada tutulması təşkil edir. İddiaçı ASC ilə Cavabdeh1 arasında xx xxxxxx 2013-cü il tarixdə 36 ay müddətinə, xx xxxxx 2014-cü il tarixdə isə 24 ay müddətinə olmaqla iki kredit müqaviləsi bağlanmışdır. Apellyasiya məhkəməsinin də istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx xxxx 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanılır. Mübahisələndirilən müqavilə üzrə icra müddəti xx xxxxx 2016-cı il tarixdə bitmişdir. İddiaçı yuxarıda qeyd edildiyi kimi xx xxxx 2019-cu il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə qanunla müəyyən edilən üç illik iddia müddətini ötürmüşdür. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün müstəqil əsasdır. Bununla bərabər apellyasiya məhkməsinin də qətnaməsində göstərildiyi kimi, iddiaçı bank Cavabdeh2 məxsus avtomobilin ipoteka ilə yüklü edilməsinə dair xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinin qüvvəyə mindiyini təsdiq edən sübutlar təqdim edə bilməmişdir, yəni iddia tələbinin bu hissəsində iddiaçı sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar