Məhkəmə qərarları › İş №2(102)-2878/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2878/2019

25.04.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2878/2019 25.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və vəkili Nümayəndə1 iştirakı ilə, cavabdeh Balakən rayon Notariat Kontorunun notariusu X7 və üçüncü şəxs x8 Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 dekabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətləri üzrə işə baxaraq Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin 10 sentyabr 2018-ci il tаrixli, 2(019)-1011/2018 saylı qətnаməsi ilə (hakim H.Səlimov) iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Azə rbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə, Balakən rayon Notariat Kontoruna, üçüncü şəxslər X7, X3, X6, X4 qarşı Balakən rayon Notariat Kontoru tərəfindən verilmiş 2-V-216 saylı 20.08.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında 2-V-217 saylı 20.08.2016-cı il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX 0893133, seriya RX 0925113, seriya RX0893132, seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatından çıxarışların etibarsız hesab edilməsi, vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması və miras əmlakın bölüşdürülməsi tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsi, 10 manat dövlət rüsumu xərcinin iddiaçıların özünə aid edilməsi və cavabdeh Balakən rayon Notariat Kontorunun xüsusi notariusu İsmayılova Gülbahar Əhməd qızı barəsində xüsusi qərardad çıxarılması üçün əsaslar olmadığından iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 və onların nümayəndəsi Nümayəndə1 bu barədə vəsatətinin rədd edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi MK-nın 06 dekabr 2018-ci il tarixli, 2(107)2867/2018 saylı qətnaməsi ilə (hakimlər: M.Əsədli, Ə.Məcidov və İ.Quliyev) Balakən Rayon Məhkəməsinin 10 sentyabr 2018-ci il tаrixli, 2(019)-1011/2018 saylı qətnaməsi ləğv edilərək, iddia tələbinin təmin edilməsi, Balakən rayon Notariat Kontoru tərəfindən ve rilmiş 2-V-216 nömrəli, 20.08.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında 2-V-217 nömrəli 20.08.2016-cı il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX 0893133, seriya RX 0925113, seriya RX 0893132, seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatından çıxarışların etibarsız hesab edilməsi, X1 miras qalmış, eyni zamanda Şabanov Əziz Səməd oğlunun 05 oktyabr 2001-ci ildə yazılmış vəsiyyətnaməyə əsasən Hənifə kəndində yerləşən 1972ci ildə çay daşından tikilmiş üstü asbest şiferlə örtülmüş iki otaqlı evinin bir otağının X7 münasibətdə açıq saxlanılması, o biri otağın isə ev əşyaları ilə birlikdə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 hər birinə 3/1 hissə olmaqla bərabər şəkildə paylarının tanınması, Torpağa Mülkiyyət Hüququna X10 əsasən 1,97 ha torpaq sahəsi altı nəfərin birgə mülkiyyətində olduğundan X1 və X8 miras qalmış hissəsinə vərəsəliyin açılması, X7 münasibətdə miras əmlakın açıq saxlanılması, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 hər birinə 0,165 ha hissə olmaqla bərabər şəkildə paylarının tanınması, Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə qeyd edilən 0,15 ha torpaq sahəsi altı nəfərin birgə mülkiyyətində olduğundan X1 və X8 miras qalmış hissəsinə vərəsəliyin açılması, X7 münasibətdə miras əmlakın açıq saxlanılması, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 hər birinə 0,013 ha hissə olmaqla bərabər şəkildə payla rının tanınması, 140 ədəd fındıq topasına münasibətdə x8 payının açıq saxlanılması, 50 ədədinə isə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 hər birinə 3/1 hissə olmaqla bərabər şəkildə miras payının tanınması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX 0893133, seriya RX 0925113, seriya RX 0893132, seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatından çıxarışların etibarsız hesab edilməsi qət edilmişdir. Cavabdeh Balakən rayon Notariat Kontorunun notariusu İsmayılova Gülbahar Əhməd qızı kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi MK-nın 06 dekabr 2018-ci il tarixli, 2(107)-2867/2018 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs Şabanov Abid Əziz oğlu kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi MK-nın 06 dekabr 2018-ci il tarixli, 2(107)-2867/2018 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə, Balakən rayon Notariat Kontoruna, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7, X3, X6, X4 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayon Notariat Kontoru tərəfindən verilmiş 2-V216 nömrəli, 20.08.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqı nda 2-V-217 nömrəli 20.08.2016-cı il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX 0893133, seriya RX 0925113, seriya RX 0893132, seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatından çıxarışların etibarsız hesab edilməsi, vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması və miras əmlakın bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh Balakən rayon Notariat Kontorunun notariusu İsmayılova Gülbahar Əhməd qızı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Şəki Apellyasiya Məhkəməsi MK-nın 06 dekabr 2018-ci il tarixli, 2(107)-2867/2018 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs Şabanov Abid Əziz oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Şəki Apellyasiya Məhkəməsi MK-nın 06 dekabr 2018-ci il tarixli, 2(107)-2867/2018 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və vəkili Nümayəndə1 kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçıları və vəkillərini dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, iş yeni apelyasiya baxışına göndərilməli, kassasiya şikayətləri qismən təmin edilməlidir. İş materiallarından göründüyü kimi iddianın rədd edilməsinə dair qərar qəbul etmiş rayon məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı1 həm vəsiyyət üz rə, həm də qanun üzrə vərəsə tanınmaqla mirasdan pay almışdır. İddiaçılardan İddiaçı2 1990-cı ildə, İddiaçı3 1996-cı ildə ailə quraraq ər evinə köçmüş, miras əmlakı faktiki idarə etməklə, eləcə də notariat kontoruna ərizə verməklə qəbul etməmişlər. Qanun və vəsiyyət üzrə vərəsəlik şəhadətnamələri verildikdən 1 ildən artıq vaxt keçdikdən sonra vərəsəlik şəhadətnaməsinin etibarsız olmasına dair iddia qaldırmışlar. Vərəsələr arasında mübahisə olmasına dair heç bir sübut təqdim etməmişlər. Qətnaməni ləğv etməklə iddia tələbinin təmin olunmasına dair qərar qəbul etmiş apelyasiya məhkəməsi nəticəyə gəlmişdir ki, Balakən Rayon Məhkəməsi qarşı tərəfin cavabdeh və üçüncü şəxslər tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin mübahisələndirilməsinə, həmçinin Cavabdeh2 notariusu tərəfindən Azərb aycan Respublikası Mülki Məcəlləsinin1243.2, 1243.3, 1246, 1291-ci maddələrinin, həmçinin Notariat haqqında Azərbaycan Respublikası Qanunun 55-59-cu maddələrinin tələblərini pozaraq vərəsələr arasında ixtilaflar ola-ola mərhum anaları X2 10 iyul 1998-ci ildə, mərhum ataları Şabanov Əziz Səməd oğlu 24 dekabr 2011-ci ildə vəfat etdiyi halda məhkəmə tərəfindən mirasın qəbul edilməsi barədə mübahisələr, vərəsələr arasında ixtilaflar ola-ola, 2016-cı ildə vərəsəlik işi açmış, üçüncü şəxs X7 qanun üzrə və vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX 0893133, seriya RX 0925113, seriya RX 0893132, seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatından çıxarışlarla rəsmiləşdirilmişdir. Aşağıda göstərilənlərə əsasən apelyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaq olmaz. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1243.2 və 1243.3-cü maddələrinə görə vərəsə mirasın açıldığı yer üzrə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı o lmayaraq o, mirası tamamilə qəbul etmişdir. Apellyasiya məhkəməsi iddiaçılardan İddiaçı2 və İddiaçı3 mirası hansı qaydada qəbul etməsini təsdiq edən heç bir sübuta istinad etməmiş, rayon məhkəməsinin gəldiyi nəticəni hansı səbəbdən əsassız olmasını göstərə bilməmişdir. Apellyasiya məhkəməsi nəzərə almamışdır ki, əgər vərəsələrdən Adilə və Xacay mirası qəbul etməmişlərsə, onlarla digər vərəsələr arasında mübahisənin olub-olmaması mirası qəbul etmiş vərəsələrə vərəsəlik şəhadətnaməsinin verilməsinə, yaxud məhkəmə tərəfindən miras payın müəyyən edilməsinə maneə hesab oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. İddiaçı lar vərəsəlik şəhadətnaməsi verildikdən təxminən 1 il 10 ay sonra iddia qaldırmaqla Mulki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş kəsici müddət olan 1 illik müddəti ötürmüşlər. Apellyasiya məhkəməsi həmin müddətin ötürülməsi səbəbini də əsaslandırmamışdır. İşdən göründüyü kimi iddiaçıların vərəsəlik şəhadətnaməsinin verilməsi barədə məlumatlı olmaları notariusun ifadəsi və digər sübutlarla müəyyən edilmişdir. Apellyasiya Məhkəməsi 20 avqust 2016-cıildə notariat kontorunda vərəsəlik şəhadətnaməsi almış İddiaçı1 şəhadətnamə verilməsi barədə məlumatlı olmasının mübahisəsiz təsdiq olunmasını nəzərə almamış, ona münasibətdə də vərəsəlik şəhadətnaməsinin etibarsız hesab olunmasına dair iddianı qanunu pozmaqla təmin etmişdir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan qətnamə Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə ləğv edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 saylı Qərarının 2.4-cü bəndində qeyd edilir: Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya məhkəməsi qətnamədə mirasın açılması, qəbulu, vəsiyyətnamənin tərtibi və sair normaları sadalasa da həmin normaların mübahisə ilə hansı əlaqəsi olma sını göstərməmişdir. İşə yenidən baxılarkən göstərilən qanun pozuntuları aradan qaldırılmalı, iddiaçılardan Adilə və Xacayın mirası qəbul etmələrinin hansı sübutlarla təsdiq olunması göstərilməli, vərəsəlik şəhadətnaməsinin etibarsızlığına dair Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsində nəzərdə tutulmuş maddənin ötürülmə səbəbləri ətraflı araşdırılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Balakən rayon Notariat Kontorunun notariusu X7və x8 kassasiya şikayətləri qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apelyasiya baxışına göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar