Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2882/2020 01.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, cavabdehin nümayəndəsi X7 və cavabdehin vəkili X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(005)385/2019 saylı qətnaməsi ilə ilk iddia tələbi qismən təmin edilərək, 31335,89 (otuz bir min üç yüz otuz beş manat səksən doqquz qəpik) manat məbləğində əsas, 90,85 (doxsan manat səksən beş qəpik) manat məbləğində faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmaqla 2.458 (iki min dörd yüz əlli səkkiz) manat, 100 (bir yüz) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 33.984,74 (otuz üç min doqquz yüz səksən dörd manat yetmiş dörd qəpik) manatın, 30 (otuz) manat ödənilmiş dövlət rüsumun və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün çəkilən 30 (otuz) manat məbləğində xərcin tutulması, Cavabdeh oglundan tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 75 nömrəli mənzilinə yönəldilməsi, həmin mənz ilin açıq hərrac yolu ilə realizə edilməsi, mənzilin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin Cavabdeh verilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 75 nömrəli mənzilinin ilkin satış qiymətinin 94.500 (doxsan dörd min beş yüz) manat müəyyən olunması, ünvan 1 ünvanında yerləşən 75 nömrəli mənzili açıq hərracdan satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılması qət edilmişdir. Qalan hissədə ilk iddia və Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə və üçüncü şəxs Azərbaycan Respublikasının X1rşı “borcun və vurulmuş zərərin əvəzləşdirilməsi, kredit və ipoteka müqaviləsinə xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər T.Səmədov (sədrlik edən, məruzəçi), E.Kazımov və İ.Şirinov, 2(103)-14872/2019 saylı mülki iş) Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxxx 2019-cuil tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə 32.434,74 (otuz iki min dörd yüz otuz dörd manat yetmiş dörd qəpik) manat olmaqla, əsas borc 31.335,89 (otuz bir min üç yüz otuz beş manat səksən doqquz qəpik) manat, faiz borcu 90,85 (doxsan manat səksən beş qəpik) manat, dəbbə pulu 1.008 (bir min səkkiz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin ünvan 1, mən zil 75 nömrəli mənzilə yönəldilməsi, göstərilən daşınmaz əmlakın açıq hərracdan satılması, satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 32.434,74 (otuz iki min dörd yüz otuz dörd manat yetmiş dörd qəpik) manat məbləğində pul vəsaitinin ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X8 arasında xx xxxx 2014-cü il tarixində 063/M nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, X6 48 (qırx səkkiz) ay müddətinə, 6 ay güzəşt müddəti qalan aylar bərabər hissələrlə ödənilməklə illik 20 faiz hesablanmaq şərti ilə 35.000 (otuz beş min) manat mə bləği həddində kredit ayrılmışdır. 063/M nömrəli kredit müqaviləsinin təminatı kimi xx xxxx 2014-cü il tarixində 063 İ/M nömrəli alqı-satqı ipoteka müqaviləsi bağlanaraq, X6 məxsus ünvan 1, mənzil 75 ipoteka ilə yüklü edilmişdir. Lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışa əsasən borcluipoteka qoyan X5 ölməsi məlum olmuşdur. İşlə bağlı olaraq verilmiş sorğuya əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən verilmiş cavab məktubu ilə Bakı şəhəri 9 saylı notariat kontorunda 113/2015 saylı vərəsəlik işinin açılması və Cavabdeh vərəsəsi kimi tanındığı bildirilmişdir. Lakin 063/M nömrəli kredit müqaviləsinin müddəaları pozularaq, öhdəliklər icra edilmir. xx xxxxxx 2018-ci il tarixli arayışa əsasən xx xxxx 2014cü il tarixində 063/M nömrəli kredit müqaviləsi xx xxxx 2018-ci il tarixinə əsas borc 31.335,89 (otuz bir min üç yüz otuz beş manat səksən doqquz qəpik) manat, faiz borcu 90,85 (doxsan manat səksən beş qəpik) manat, dəbbə pulu 1.008 (bir min səkkiz) manat, ümumilikdə 32.434,74 (otuz iki min dörd yüz otuz dörd manat yetmiş dörd qəpik) manat təşkil edir. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxx 2014-cü il tarixli 063/M nömrəli kredit müqaviləsi üzrə əsas borc 31.335,89 (otuz bir min üç yüz otuz beş manat səksən doqquz qəpik) manat, faiz borcu 90,85 (doxsan manat səksən beş qəpik) manat, gecikdirilmiş vaxt üçün illik 5% hesab lanmaqla 2.458 (iki min dörd yüz əlli səkkiz) manat, dəbbə pulu 1.008 (bir min səkkiz) manat, ümumilikdə 34.892,74 (otuz dörd min səkkiz yüz doxsan iki manat yetmiş dörd qəpik) manat məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün çəkilən 30 (otuz) manat məbləğində xərcin və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilən Bakı şəhəri, XXX nömrəli mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə və üçüncü şəxs Azərbaycan Respublikasının X1rşı “borcun və vurulmuş zərərin əvəzləşdirilməsi, kredit və ipoteka müqaviləsinə xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X8 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında ünvan 1 ünvanında yerləşən 75 nömrəli mənzilin alınması ilə bağlı bağlanmış xx xxxx 2014- cü il tarixli 063/M nömrəli kredit müqaviləsinə və xx xxxx 2014-cü il tarixli 063 İ/M nömrəli alqı-satqı və ipoteka müqaviləsinə xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, işin faktiki hallarına düzgün qimət verməmidir. Əliyeva Məzahir Şahlar qızı kredit müqaviləsi bağlayarkən, mənzili ipoteka ilə yüklü edərkən eyni zamanda həyat sığortası müqaviləsi bağlamış və buna görə iddiaçı banka 525 manat pul ödəmişdir. Lakin borclunun ölümündən sonra bank belə bir müqavilə bağlanmadığını bildirmiş, Dövlət Sığorta Xidmətinə onların yazdığı müraciətə cavab olaraq təsdiq olunmuşdur ki, onların adından 525 manat “xxxx” ASC-yə daxil olmuşdur. Lakin sığorta müqaviləsi bağlanmadığı üçün həmin məbləğ banka qaytarılmışdır. Bankın qanunsuz hərəkətləri nəticəsində borc məbləği vərəsələrdən tələb olunur. Yaranmış borc məbləği bankın günahından baş verdiyindən onların çəkdiyi zərərlə əvəzləşdirilə bilər. Qətnamə qanunsuz olduğu üçün ləğv edilməli, ilk iddia rədd edilməli və qarşılıqlı iddia təmin olunmalıdır. Prosessual məsələlər və tərəflərin izahatları: Cavabdehin nümayəndəsi və vəkili X9 məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı və digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1. maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməs inin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2. maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X8 arasında xx xxxx 2014-cü il tarixində kredit müqaviləsi bağlanması, pulun verilməsi, kredit müqaviləsinin təminatı kimi xx xxxx 2014-cü il tarixində alqı-satqı, ipoteka müqaviləsi bağlanması, borclunun müqavilə öhdəliklərini yerinə yetirməməsi, borclunun vəfat etməsi hazırkı cavabdehin borclunun vərəsəsi olması işin mübahisəsiz halıdır. Cavabdehin kassasiya şikayəti tutulan borcun məbləği, tutmanın ipotekaya yönəldilməsi ilə bağlı deyil. Cavabdeh hesab edir ki, anası kredit müqaviləsi bağlayar kən eyni zamanda həyat sığortası müqaviləsi bağladığı üçün vərəsə olaraq borcu ödəməli deyil, sığorta müqaviləsi üçün haqq ödənildiyinə görə borc məbləğini bank əvəzləşdirməlidir. İddianın mahiyyətindən belə qənaət hasil olur ki, cavabdehin fikrincə nə qədər ki, mərhum anası sığorta müqaviləsinin bağlanması üçün sığorta haqqı ödəmişdi və bankın günahından belə bir müqavilə bağlanmamışdır, ödənilməmiş borc məbləğini bank həmin məbləğdə onlara vurulmuş zərərlə əvəzləşdirməlidir. Yəni sığorta müqavilə bağlansaydı həmin məbləği sığorta şirkəti ödəməli idi, nə qədər ki, sığorta müqaviləsi bankın günahından bağlanmayıb borc məbləğini bank silməlidir. Məhkəmə araşdırması ilə sübuta yetirilmişdir ki, mərhum X8 ilə həyat sığortası müqaviləsi bağlanmamışdır. Cavabdeh tərəf belə bir müqavilənin bağ lanmasını təsdiq edəcək mötəbər sübutlar təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1. maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2. maddəsinə əsasən mülki hüquqlar və vəzifələr qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyə nləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisələrdən əmələ gələ bilər. Hazırkı işdə cavabdeh tərəf həyat sığortası müqaviləsi bağlamasına istinad etsə də, məhkəmə baxışı zamanı belə bir müqavilənin mövcudluğu öz təsdiqi tapmadığı üçün həmin müqavilədən irəli gələn hüquqlardan cavabdehin yararlanması və həmin öhdəliklərin bankın üzərinə qoyulması mümkün deyil. Eyni zamanda belə bir müqavilənin bankın günahından bağlanmaması təsdiqini tapmır. Mülki Məcəllənin 389.1. maddəsinə əsasə n mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1. maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məcəllənin 390.3. maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Müqavilə bağlayan tərəf onun şərtlərini müəyyənləşdirməli, onu imzalamalı, müqavilənin bir nüsxəsini özündə saxlamalıdır. Kredit müqaviləsi, alqı-satqı müqaviləsi, ipoteka müqaviləsi bağlayan, külli iqdarda kredit götürən şəxs adi sənədləşmə işlərini bilməli, onlarla ehtiyatlı davranmalı, belə müqavilələrin hansı öhdəliklər yaratmasının məsuliyyətini dərk etməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz. İşə baxan Apellyasiya Məhkəməsi haqlı olaraq müqavilə, öhdəlik və borc münasibətlərini nizama salan maddi hüquq normalarını tətbiq etməkl ilk iddianı təmin etmişdir. Beləki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn: pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icras ının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şik ayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2882/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2882/2020
01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver