Məhkəmə qərarları › İş №2(102)-2886/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2886/2025

09.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2886/2025 09.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı X5 Cəmiyyətinin cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi, zaminin məsuliyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-464/2025 nömrəli, 1 may 2025-ci il tarixli qətnaməsindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (Vəkil3) tərəfindən verilmiş kassasiya şikayətinə 9 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh5 arasında bağlanmış 23 yanvar 2013-cü il tarixli, 05L000002840 saylı kredit xətti müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 60 ay müddətinə 20.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır.

2. Həmin kredit xətti üzrə 28 noyabr 2014-cü il tarixli, 005R********** saylı kredit razılaşmasına əsasən Bank tərəfindən Cavabdeh5 aylıq faiz dərəcəsi 2,25% olmaqla 18 ay müddətinə 20.000 ABŞ dolları kredit verilmişd ir.

3. Bankla Cavabdeh3 arasında bağlanılmış 05S000006706 saylı 23 yanvar 2013-cü il tarixli, Cavabdeh1 arasında bağlanılmış 05S000006707 saylı 23 yanvar 2013-cü il tarixli, Cavabdeh4 arasında bağlanılmış 05S000009917 saylı 29 oktyabr 2013-cü il tarixli və Cavabdeh2 arasında bağlanılmış 05S**********01 saylı 28 noyabr 2013-cü il tarixli zaminlik müqavilələrinə əsasən zaminlər sözügedən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün Bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürmüşlər.

4. Bankla Cavabdeh5 arasında bağlanmış kredit xətti müqaviləsi üzrə 28 noyabr 2014-cü il tarixli kredit razılaşmasına dəyişiklik edilməsi haqqında 005R**********SA saylı, 12 mart 2015-ci il tarixli sazişə əsasən verilmiş kreditin qalıq məbləğinə 12 mart 2015-ci il tarixd ən aylıq 2,25% dərəcəsi ilə faizlərin hesablanması və 25 noyabr 2015-ci il tarixli ödəniş planına dəyişiklik edilərək kreditin son ödənilmə müddəti 3 iyul 2017-ci il tarixi müəyyən edilmişdir.

5. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin 31 yanvar 2017-ci il tarixli maliyyə arayışına əsasən, 28 noyabr 2014-cü il tarixli, 005R********** saylı kredit razılaşması üzrə 25 yanvar 2017-ci il tarixə əsas borcu 13.324,82 ABŞ dolları, faiz borcu 3.323,09 ABŞ dolları, cərimə borcu 4.642,16ABŞ dolları, cəmi borcu 21.290,07 ABŞ dolları təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı, yaxud Bank) cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 (bundan sonra cavabdehlər, yaxud ad, soyadı) qarşı Qobustan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada Bankın xeyrinə 13.324,82 ABŞ dolları əsas borc, 3.323,09 ABŞ dolları faiz borcu, 4.642,16 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 21.290,07 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank ilə bağlanmış 23 yanvar 2013-cü il tarixli, 05L000002840 saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeh5 60 ay müddətinə 20.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh5 Bank ilə bağladığı 28 noyabr 2014-cü il tarixli, 005R********** sa ylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2,25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 12 mart 2015-ci il tarixli, 005R**********S saylı və 13 mart 2015-ci il tarixli, 005R**********SA saylı sazislə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh5 kredit razılaşmasının 1.2ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 3 may 2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh5 götürdüyü kredit borcundan 6.675,18 ABŞ dolları ödəmiş, banka 13.324,82 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmal ı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh5 kredit və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 25 yanvar 2017-ci il tarixə 267 gün üçün hesablanmış faiz borcu 3.323,09 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. 25 yanvar 2017-ci il tarixə 267 gün üçün hesablanmış cərimə 4.642,16 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh5 öhdəliklərinin i crasını təmin etmək məqsədi ilə Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Bankın 31 yanvar 2017-ci il tarixli maliyyə arayışına əsasən, 28 noyabr 2014-cü il tarixli, 005R********** saylı kredit razılaşması üzrə 25 yanvar 2017-ci il tarixə əsas borcu 13.324,82 ABŞ dolları, faiz borcu 3.323,09 ABŞ dolları, cərimə borcu 4.642,16 ABŞ dolları, cəmi borcu 21.290,07 ABŞ dolları təşkil edir.

8. Qobustan Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(026)-255/2017 nömrəli, 4 may 2017-ci il tarixli qətnaməsi ilə (hakim Qalib Hacıyev) iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 13.324,82 ABŞ dolları əsas borc, 3.323,09 ABŞ dolları faiz borcu, 2.000 ABŞ dolları cərimə borcu olmaqla c əmi 18.647,91 ABŞ dolları borcun və ödənilmiş dövlət rüsumunun məbləği olan 30 manatın alınıb ödənilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsin hesab etmişdir ki, cavabdehlər müqavilələr üzrə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməmiş və iddiaçı qarşısında mülki məsuliyyətləri yaranmışdır.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 445.2.1, 448.1, 465.2, 462.1, 467-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

11. Qətnamədən Cavabdeh5 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, Bankın iddiasında göstərdiyi faiz və cərimə tələbinin ləğv edilməm əsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, banka olan borcunu əvvəllər vaxtında və lazımi qaydada ödəmiş, lakin manatın devalvasiyasından sonra borcunu ödəməyə maddi imkanı olmamışdır. Məhkəmənin qətnaməsindən razı deyil. Çünki birinci instansiya məhkəməsi tərəfindən faiz və cərimə borcu həddindən artıq çox hesablanmışdır.

13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-3331/2017 nömrəli, 26 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər Telman Məmmədov (sədrlik edən və məruzəçi), Aqil Abbasov və Nazim Nəsibov) Cavabdeh5 apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh5 apellyasiya şikayəti üzrə qismən, cərimə borcuna aid hissədə dəyişdirilmiş, cavabde hlərdən məzənnə üzrə manatla 100 (bir yüz) ABŞ dolları cərimə borcunun tutularaq iddiaçıya verilməsi, qalan hissələrdə qətnamənin Cavabdeh5 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılması qət etmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi cavabdehin Cavabdeh5 apellyasiya şikayəti üzrə gəldiyi nəticə ilə bağlı hesab etmişdir ki, cavabdehlərin kredit və zaminlik müqavilələri üzrə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməmələri, hazırkı öhdəlik hüquq münasibətlərinin məhz cavabdehlərin təqsiri üzündən pozulması işin mübahisəsiz halları olmaqla, həmin faktlar işdə iştirak edən şəxslərin izahatları, apellyasiya şikayətinin dəlilləri və mülki işin materialları ilə də inkar edilmədiyindən, cavabdeh pul vəsaitini qanunsuz saxlamaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalandığından, birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehlərdən müştərək qaydada 13.324,82 ABŞ dolları məbləğində əsas borcun və 3.323,09 ABŞ dolları məbləğində faiz borcunun iddiaçının xeyrinə tutulması nəticəsinə gəlmişdir.

15. Bununla belə, məhkəmə kollegiyası qeyd etmişdir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. Məhkəmə kollegiyası he sab etmişdir ki, birinci instansiya məhkəməsinin cavabdehlərdən 2.000 ABŞ dolları cərimə pulu tutması tənasübsüz surətdə yüksəkdir. Buna görə də cavabdehlərdən müştərək qaydada 100 ABŞ dolları cərimə tutulmalıdır, bu, həm iddiaçının əmlak, həm də bütün əsaslı mənafelərinə, həmçinin cavabdehlərin maddi və əmlak vəziyyətinə uyğundur.

16. Faiz pulunun həddindən artıq çox hesablanması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, faiz borcunun məbləği tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 385.1, 432.4, 442, 443.1, 445.1, 445.2, 448.1, 448.2, 449.4, 462.1, 467, 470.1, 472.1, 472.2, 739-cu maddələrinə və Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə istinadla əsasla ndırmışdır. Kassasiya instansiya məhkəməsində birinci icraat:

18. Qətnamədən Cavabdeh5 (vəkil X1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin 26 oktyabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayətinin məzmunu ilə eynilik təşkil edən kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlinmişdir. Məhkəmələr nəzərə almamışlar ki, zamin kimi qeyd etdikləri şəxslərin heç biri sonuncu kredit müqaviləsi üzrə borcluya zamin durmamışlar. Eyni zamanda, hazırkı iş üzrə cavabdehlər məhkəməyə dəvət olunmamış, iş üzrə qətnamənin mahiyyətindən, borcun həddinin müəyyən edilməsindən xəbərləri olmamış, Banka ödənilmiş pulun müəyyən edilməsi üçün ekspertiza keçirilməmişdir.

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4498/2020 nömrəli, 19 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər Abiddin Hüseynov (sədrlik edən və məruzəçi), Əhməd Nurməmmədov və İlqar Xələfov) Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin 26 oktyabr 2017-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə - Cavabdeh5 aid hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

21. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh5 aid hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən m addi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan Cavabdeh5 aid hissədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:

22. Qətnamədən cavabdeh Rasim Fəsədov apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və onun zamin kimi həmin qətnamədən adının çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hal larının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməmişdir. Cavabdeh5 23 yanvar 2013-cü il tarixdə iddiaçıdan kredit götürməsinə zamin durmuşdur. O, birinci dəfə götürdüyü krediti öhdəlik üzrə tam yerinə yetirmişdir. Sonradan həmin kredit xətti üzrə yenidən kredit götürmüş, həmin kreditin götürülməsindən onun xəbəri olmamış, həmin kreditin götürülməsində zamin olmamış və heç bir sənədə imza etməmişdir.

24. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1377/2021 nömrəli, 19 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Gülnarə Tağızadə (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Telman Quliyev) Cavabdeh1 apellyasi ya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin zamin Cavabdeh1 münasibətdə ləğv edilməsi, iddiaçı Bankın Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiasının təmin edilməməsi qət olunmuşdur.

25. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı Bank ilə zaminlər arasında bağlanmış zaminlik müqaviləsinə əsasən borclunun uzun müddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrası ilə bağlı zamin bank qarşısında üzərinə tam məsuliyyət götürmüşdür. 23 yanvar 2013-cü il tarixli zaminlik müqaviləsində faiz dərəcəsi göstərilməmişdir. Bu səbəbdən də Rasim Fəsədova qarşı zaminlik müqaviləsindən irəli gələrək yönəlmiş tələb əsassızdır və təmin edilə bilməz.

26. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 477.0.1-cu maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2018-ci il tarixli qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 134, 135, 384.0.2-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat:

27. Qətnamədən iddiaçı Bank (vəkil X2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin 19 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməs ini və işə mübahisələndirilən hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

28. Kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)4822/2021 nömrəli, 16 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər Vüqar Həsənov (sədrlik edən və məruzəçi), Əhməd Əhmədov və İspəndiyar Şəfiyev) iddiaçı Bank tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin 19 aprel 2021-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə iddiaçının hazırkı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışd ır.

30. Kassasiya instansiyası məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2018-ci il tarixli qərarına istinad edərə hesab etmişdir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qan uni əsas ola bilməz.

31. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat:

32. Qətnamədən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin zamin Cavabdeh2 aid hissədə ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

33. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi üzrə zaminlik üzrə borc ödənilib. Lakin sonradan Cavabdeh2 xəbərləri olmadan kredit müqaviləsi bağlanmışdır. Birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 məlumat verilməmişdir. Cavabdeh2 Cavabdeh5 23 yanvar 2013-cü il tarixdə iddiaçıdan kredit götürməsinə zamin durmuşdur. Cavabdeh2 birinci dəfə götürdüyü krediti öhdəlik üzrə tam yerinə yetirmişdir. Sonradan həmin kredit xətti üzrə yenidən kredit götürmüş, həmin kreditin götürülməsindən onun xəbəri olmamış, həmin kreditin götürülməsində zamin olmamış və heç bir sənədə imza etməmişdir. Belə ki, onun zaminlik müqaviləsindən heç bir məlumatı olmamışdır. İmza etməmiş, iştirak etməmişdir. Digər zaminlərə münasibətdə mübahisələndirdiyi bu qətnamə apellyasiya instansiyası məhkəməsinin 17 aprel 2021-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir. İşdə olan Bankın 20 Yanvar filialı ilə Cavabdeh5 arasında bağlanmış 23 yanvqf 2013-cü il tarixli, 05L000002840 saylı kredit xətti müqaviləsi üzrə 28 noyabr 2014-cü il tarixli, 005R********** saylı kredit razılaşmasına dəyişiklik edilməsi haqqında 005R**********SA saylı, 12 mart 2015-ci il tarixli sazişdən görünür ki, verilmiş kreditin qalıq məbləğinə 12 mart 2015-ci il tarixdən aylıq 2,25% dərəcəsi ilə faizlərin hesablanması və 25 noyabr 2015-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişiklik edilərək kreditin son ödənilmə müddəti 03 iyul 2017-ci il müəyyən edilmişdir. Bundan əlavə, 23 yanvar 2013-cü il tarixli zaminlik müqaviləsində faiz dərəcəsi göstərilməmişdir. Şərh olunan işin hallarına hüquq normalarının göstərişlərinə əsasən Mülki Məcəllə sinin 477.0.1-ci maddəsinə əsasən araşdırılan mübahisə üzrə zaminliyə artıq xitam verilmişdir, bu səbəbdən də ona qarşı zaminlik müqaviləsindən irəli gələrək yönəlimiş tələb əsassızdır və təmin edilə bilməz.

34. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-464/2025 nömrəli, 1 may 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), Almaz Süleymanova və Fuad Məmmədov) Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh2 aid hissədə ləğv edilməsi və həmin hissədə yeni qətnamə çıxarılması, iddiaçı Bankın Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiasının təmin edilməməsi qət olunmuşdur.

35. Apellyasiya instansiyası məhkəməsi eyni məzmunlu zaminlik müqaviləsini bağlamış digər C avabdeh2 aid hissədə işə baxmış kassasiya məhkəməsinin əvvəlki mövqeyini nəzərə alaraq həmçinin qeyd etmişdir ki, iddiaçı Bankla Cavabdeh2 arasında bağlanmış 28 noyabr 2014-cü il tarixli 005S**********01 nömrəli zaminlik müqaviləsində kredit müqaviləsinin mühüm şərti olan faiz dərəcəsi göstərilməmişdir.

36. Beləliklə, şərh olunan işin hallarına hüquq normalarının göstərişlərinə əsasən qiymət verərək məhkəmə kollegiyası hesab etmişdir ki, Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən araşdıralan mübahisə üzrə zaminliyə artıq xitam verilmişdir, bu səbəbdən də Cavabdeh2 qarşı zaminlik müqaviləsindən irəli gələrək yönəlimiş tələb əsassızdır və təmin edilə bilməz.

37. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 385.1, 477.0.1, 477.0.2, 477.0.3, 477.0.4, 739.2-ci maddələrin ə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2018-ci il tarixli qərarına və Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 88, 217.4, 384.0.2 və 385.1.1-385.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

38. Qətnamədən iddiaçı Bank (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəm əsinin 1 may 2025-ci il tarixli qətnaməsini ləğv edilməsini və zamin Cavabdeh2 dair hissədə iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

39. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehlər arasında hüquq münasibətləri xx.xx.2018-ci il tarixindən əvvəl yaranmışdır. Belə ki, iddiaçı ilə Cavabdeh5 arasında kredit xətti ilə müqaviləsi və həmin kredit müqavilə üzrə bağlanmış kredit razılaşmasına müvafiq olaraq xx.xx.2013-cü ildə və xx.xx.2014-cü il tarixlərində imzalanmışdır. Zamin Cavabdeh2 ilə iddiaçı arasında zaminlik müqaviləsi xx.xx.2013-cü ildə bağlanmışdır.

40. Bununla yanaşı, istinad olunan müqavilələr üzrə iddiaçı iddia tələbi ilə birinci instansiya məhkəməsinə müraciət etmiş və iş üzrə birinci instansiya məhkəməsi tərəfindən (02 6)-255/2017 nömrəli, 4 may 2017-ci il tarixli qətnamə qəbul edilmişdir. Bu səbəbdən, hazırkı iş Plenumun 31 may 2018-ci il və 25 iyul 2019-cu il tarixli Qərarları qüvvəyə minənədək artıq məhkəmənin icraatında yekunlaşmış və yekun məhkəmə aktı qanuni qüvvəsini almışdır. Bu səbəbdən də, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 477.0.1-ci maddəsini və Plenumun müvafiq qərarını tətbiq etməklə səhvə yol vermişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

41. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

42. Madd ə 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam veril ir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

43. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələ ri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2018-ci il tarixli qərarı:

44. Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəas ı kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

47. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keç irməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

51. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

55. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

56. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

57. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araş dırması kimi qiymətləndirilməməlidir.

58. Hazırkı kassasiya şikayətində iddiaçı Bank tərəfindən qətnamə Cavabdeh2 münasibətdə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı qeyd olunan hissədə bütövlüklə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

60. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məs ələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bununla bağlı mövqeyini əsaslandırmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

61. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.

62. Bununla bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş belə bir hüquqi mövqe yi diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur. Bu baxımdan şəxsin işə qəbul edilməsi zamanı həyata keçirilmiş sənədləşmənin nəticələrindən irəli gələn anlaşılmazlıq və ziddiyyətlər işçinin xeyrinə həll olunmalıdır.

63. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına ist inad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

64. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcə llənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. 65. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

66. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

67. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

68. Göstəril ənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-464/2025 nömrəli, 1 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar