Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2888/2021 27.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2888/21 (Açar sözlər: cehiz və qızıl-zinət əşyaları) Bakı şəhəri, 27 aprel 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-2219/2020 nömrəli iş üzrə 03 dekabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 27 aprel 2021-ci il tarixdə Ali Məhkəməni n binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ərizəyə əlavə etdiyi iki siyahıda göstərilmiş qızıl-zinət əşyalarının və məişət əşyalarının cavabdehdən alınaraq ona verilməsi, nağd pul şəklində verdikləri 5000 manat pulun alınıb ona ödənilməsi, 500 manat məbləğində geyi paltarlarının alınıb ona verilməsi, iki avtomobildən biri- “VAZ-21099” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınıb ona verilməsi və DƏDRX-dən alınan cavab əsasında müəyyən olunan daşınmaz əmlakda və qızına düşən payın müəyyən edilərək alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edə rək, ərizədə məişət əşyalarının dəyərinin 7921 manat olmasını göstərmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, o və cavabdeh 10 dekabr 2017-ci il tarixdə ailə qurmular. Nikahlarından 27 aprel 2019-cu il tarixdə Ayan adlı qızları anadan olmuşdur. Ağdaş Rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Ayrıldıqdan sonra cavabdeh onun özünə məxsus olan qızıl-zinət əşyalarını, cehiz olaraq gətirdiyi ev məişət əşyalarını, paltarlarını qaytarmamışdır. Birgə nikahları dövründə Cavabdeh avtomobilləri olmuşdur. Hesab edir ki, həmin avtomobillərin biri ona qaytarılmalıdır. Bundan başqa DƏDRX-dən onun sorğusuna cavab olaraq göstərilmişdir ki, Mətləbin mülkiyyətində olan daşınmaz əmlaklarla bağlı ona məlumat verilə bilməz. Odur ki, məhkəmə sorğu ilə Cavabdeh adına qeydə alınmış daşınmaz əmlakları müəyyən etməlidir. Habelə atası qız toyundan yığılan 5000 manat məbləğində pulu cehiz alınması üçün cavabdehə vermişdir. Lakin Mətləbgil həmin pulu mənimsəyərək cehiz almamışlar. Bu səbəbdən həmin pulu da ona qaytarmalıdırlar. Birgə nikahları dövründə əri onu dəfələrlə döymüşdür.11 oktyabr 2018-ci il tarixdə səhər saat 05 radələrində əri Mətləb işdən evə qayıtmışdır. O, həyətdə telefonla kiminləsə danışmış, evə daxil olanda ona demişdir ki, “sənin bu evdən çıxıb germəyini istəyirəm”. Mətləb qolundan tutaraq onu möhkəm zərbə ilə qapıya çırpmış və qapıdan çıxarıb bayıra atmışdır. Xahiş etmişdir ki, imkan versinlər səhər açılandan sonra getsin. Lakin ona bu imkanı verməmişlə r. Hadisə vaxtı qayınanası, baldızı və qaynı da evdə olmuşlar. Mətləb onunla dava edib onu döyərkən onlar yaxın durmamış, qayınanası dördüncü mərtəbədə yaşayan qızının mənzilinə qalxmış, qaynı da onun ardınca getmişdir. O, sonuncu dəfə evdən çıxan zaman əynində ev paltarı ilə çıxmış, başqa heç bir əmlak götürməmiş, götürməyə imkanı da olmamış, hətta şəxsiyyət vəsiqəsini də götürə bilməmişdir. Evdən çıxandan sonra özünün şəxsi mobil telefonu olmadığından yaxınlıqda olan dükanın açılmasını gözləmiş, dükan açıldıqdan sonra oradan atasına zəng etmiş, hadisəni danışaraq gəlib onu aparmasını xahiş etmişdir. Bir müddət sonra atası dayısı oğlunun maşını ilə gəlmişdir. Atası gələnə kimi yaxınlıqda olan zibil qutularının (konteynerlərin) arasına qısılıb ağlaya-ağlaya gözləmiş, atası gəlib onu həmin yerdə zibil qutularının (konteynerlərin) arasında tapmışdır. Mətləb onu əvvəllər dəfələrlə möhkəm döydüyünə görə evə qayıtmağa qorxmuş, dayısı öğlunun maşınına əyləşib atası ilə birlikdə Ağdaş rayonuna ata evinə getmişdir. Bundan sonra bir daha əri evinə qayıtmamışdır. Əri evində olanda qayınanası onun qızılzinət əşyalarını alıb özündə saxladığından qızılları həmişə qayınanasında olmuşdur. Ona görə də axırıncı dəfə evdən qovulub çıxarılanda nə qızıl-zinət əşyalarını, nə də paltarlarını götürə bilməmişdir. Həmin günün axşamı cavabdeh ailəsi ilə onlara gəlib bildirmişdir ki, “sən gedəndə evimizi soyub getmisən.” Cehiz əşyalarının (televizor, paltaryuyan maşın, tozsoran və s.) alınması barədə alqı-satqı qəbzi və digər sənəd olmadığından təqdim edə bilmir, çünki cehiz əşyalarının bəzilərini qo humları alıb hədiyyə etmişlər. Qəbələ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(025)782/2020 saylı, 10 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Abbas Əliyev) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, İddiaçı qızıl zinyət əşyalarının və digər cehiz əşyalarını tələb etməsi üçün ilk öncə həmin əşyaların mülkiyyətçisi olmalıdır. Toy mərasimi zamanı verilmiş qızıl zinyət və digər əşyalarla bağlı (geyim əşyaları paltarları) ona həmin əşyalar hədiyyə verildiyinə görə mülkiyyət hüqüqunu əldə etmişdir. Bu xüsusat iddiaçı və cavabdeh tərəfindən mübahisə edilmir. Ancaq əşyaların qanunsuz sahiblikdə olması mübahisəlidir. Belə ki, iddiaçı həmin əmlakın (qızıl zinət əşyalarının və 500 manat dəyərin də, geyim əşyalarının - paltarlarının) cavabdehdə olmasını, cavabdeh isə əmlakın iddiaçı tərəfindən aparıldığını və iddiaçının özündə olmasını mübahisləndirir. Bu xüsusat iddiaçı tərəfindən sübut edilməlidir. Məhkəmə araşdırması zamanı İddiaçı qeyd olunan əşyaları özü ilə aparmasına maneçilik törədə bilən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bir sözlə həmin əşyaların cavabdeh tərəfindən aparmağa qoymadığını, eləcə də özünə məxsus geyim əşyalarının aparıdlmadığını bildirsədə də bunu sübut edə, həmin əşyaların cavabdehdə qala bilməsinin səbəblərini və əsaslarını izah edə bilməmişdir. Məhkəmə hesab edir ki, göstərilən xüsusatların olması qızıl-zinət və geyim əşyalarının başqasının qanunsuz sahibliyində olmasını istisna edir. Məhkəmə eyni zamanda qeyd edir ki, İddiaçı və onun nümayəndə si (atası) Nümayəndə qız toyundan sonra Cavabdeh cehizlərin alınması üçün 5000 manat məbləğində pul verildiyini iddia etsələr də həmin pulun cavabdehə verilməsinə dair heç bir sübutu və nə də ki, iddia ərizəsinə əlvavə etdiyi siyahıda göstərilmiş cehiz əşyalarının mövcudluğu barədə hər hansı bir mötəbər sübutu onda olmaması səbəbindən məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə iddiaçının və onun nümayəndəsinin məhkəmə araşdırılması zamanı verdikləri izahatlarına tənqidi (iddianı müdafiə xarakterində olması baxımından) yanaşır. Eyni zamanda məhkəmə araşdırması zamanı iddiaçının həmin evə iddia ərizəsində göstərdiyi cehiz əşyalarını aparmadığı, evdə olan mişət əşyalarının cavabdehin valideynlərinə məxsus olduğu şahid ifadələri ilə təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, tərəflə r arasında mübahisələndirilən, iddiaçının və onun nümayəndəsinin cavabdehə cehiz əşyaları almaq məqsədi ilə verdiklərini iddia edən 5000 manat məbləğində pul tələbi ilə iddiaya əlavə olunmuş siyahıda göstərilən cehiz əşyaları tələbi arasında səbəbli əlaqədə mövcuddur (pulun verilməsi məqsədinə dair iddiaçının göstərdiyi xüsusatlar üzrə). Lakin iddiaçı həmin pulun cavabdehdə olmasını sübut edə bilməmişdir. Buna görə də iddianın 5000 manat məbləğində pul tələbinə dair hissəsi təmin olunmadığı halda, cehiz əmlakı tələbi də təmin edilməməlidir. Çünki, işin qeyd olunan halları konteksində göstərilən məbləğdə pulun cavabdehə verilməsi və eləcə də cehiz əmlakın mövcudluğu sübut olunmur, əksinə şahid ifadələri ilə təkzib edilir. Məlum olan haldır ki, müasir dövrdə keçirilən müsəlman toy adətlərinə görə keçirilən demək olar bütün toy mərasimlərində, şənliyin keçirildiyi məkanlarda və eləcə də bəyin, gəlinin valideynləri evində həmin günün xatirəsi olaraq yaxın qohumların iştirakı ilə videogörüntülər, fotoşəkillər çəkilir. İddiaçı qızıl-zinət əşyalarını aparmadığını, cavabdehdə qaldığını göstərərək həmin əmlakların cavabdehdən alınması barədə tələb irəli sürsə də həmin əşyaların, eləcə də iddia ərizəsindəki siyahıda qeyd olunan cehiz əşyaların onun mülkiyyətində olmasına, (toy mərasimində çəkilmiş fotoşəkillər, videogörüntülər və s.kimi), ümumilikdə belə əşyaların mövcudluğuna və cavabdlehdə qalmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh isə həmin tələbə qarşı etirazını əsasladıraraq qeyd etmişdir ki, iddiaçı evdə sərbəst olduğundan heç bir maneə olmadan könüllü o laraq evdən getmiş və bu zaman qızıl-zinət və digər əşyalarını, eləcə də geyim əşyalarını - paltarları da özü ilə aparmışdır. İş üzrə şahidlər X2 və X5 da işin göstərilən halını məhkəmə araşdırılması zamanı verdikləri ifadələrində təsdiq etmişlər. Bütün bunlar qızıl-zinət və digər geyim əşyaların (paltarların) iddiaçının evdən gedən zaman özü ilə aparmadığına dair fikrini şübhə altına alır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi qızıl zinət əşyaları, paltarlar (geyim əşyaları) və cehiz əmlakı hissəsində əsassızdır və təmin edilməməlidir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı «Vaz 21099» markalı, ** BC *** dövlət qeydiyyatlı avtomobilin, DƏDR-dən alınan cavab əsasında müəyyən olunan daşınmaz əmlakda və qızına düşən payın müəyyən edilərək cavabdehdən alınıb ona verilməsini tələb etsə də, sübutetmə vəzifəsi onun üzərinə düşdüyü halda iddia tələbinin əsaslandığı hallara dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi və Qəbələ rayon Polis şəbəsinin 14.01.2020-ci il tarixdə ona ünvanladığı 11/144-634s-1220 nömrəli məktubunda isə ünvan 2da yaşayan Cavabdeh adına heç bir nəqliyyat vasitəsinin qeydə alınmadığı, lakin «Vaz 21070» markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomaşına 22.11.2019-cu il tarixdən 20.05.2020-ci il tarixədək və «Vaz 21099» markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomaşına 12.11.2019-cu il tarixdən 12.11.2020-ci il tarixədək etibarnamələr mövcud olduğu göstərilmişdir. Ağdaş Rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli, 2(014)- 1704/2019 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasındakı nikah pozulmuşdur. Yəni, Cavabdeh həmin minik avtomobillərini tərəflər arasındakı nikah məhkəmə qaydasında pozulduqdan sonra etibarnamə ilə idarə etmişdir. Həmin avtomobillərin (əmlakların) cavabdehin adına olması və mülkiyyəti olması sübut olunmur. Bir sözlə, iddiaçı minik avtomobilinin cavabdehin mülkiyyətində olmasını sübut edən qeydiyyat şəhadətnaməsini məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, iddia həmin hissədə də əsassızdır və təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 181.1, 225.2, 225.3-cü, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1, 32.1, 32.2.2, 34.1, 38.1, 38.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 217.4-cü maddələri ilə əsaslandırmış dır. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Gündüz Abbasov - sədrlik edən və məruzəçi, Mirbahəddin Hüseynov, Elçin Hüseynov) 2(107)-2219/2020 saylı, 03 dekabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Qəbələ Rayon Məhkəməsinin 2(025)-782/2020 saylı, 10 sentyabr 2020-ci il tarixli qətnaməsinin qismən, yəni qızıl-zinət əşyalarının təmin edilməməsi hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə çıxarılaraq iddianın həmin hissədə təmin edilməsi, 4600 manat dəyərində komplekt dəsti- kolye sep 16,37 qram, sırğa 6,84 qram, üzük 4,02 q ram, qolbağı 6,59 qram və 550 manat dəyərində 7,6 qram nişan üzüyünün, qətnamə icra edilən vaxt həmin qızıl-zinət əşyalarının naturada alınması mümkün olmadıqda isə onların dəyərinin Cavabdeh alınıb İddiaçı verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı evdən gedərkən özü ilə heç bir əmlak aparmamışdır. Belə ki, işin hallarından, birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsinin iclaslarında verilən izahatlardan, şahid ifadələrindən, iş materiallarından da aydın olur ki, iddiaçının tələb etdiyi qızıl-zinət əşyaları ona hədiyyə verilmişdir. Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatlarında qızıl-zinət əşyalarının iddiaçıya hədiyyə edilməsini etiraf etmişdir. Bunu birinci instansiya məhkəməsində şahid qismində dindirilən cavabdehin anası X3 da təsdiq etmişlər. İddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının mövcud olması və onların iddia ərizəsində göstərilən dəyərdə olması işin mübahisələndirilməyən halıdır. Cavabdeh həmin qızıl-zinət əşyalarının iddiaçının özündə olduğunu, onları özü ilə apardığını bildirsə də, həmin dəlili təsdiq edən mötəbər sübut təqdim edə bilməmişdir. İddianın qızıl-zinət əşyaları ilə bağlı hissəsi məhkəmə kollegiyasının iclaslarında geniş araşdırılmışdır. Belə ki, Aytacın sonuncu dəfə ər evindən hansı vəziyyətdə çıxmasının müəyyən edilməsi məqsədi ilə, Aytacın özü, iddiaçının atası, eyni zamanda nümayəndəsi Nümayəndə, habelə iddiaçı tərəfin vəsatəti ilə onlar tərəfindən təqdim edilən şahid X4 dindirilmişdir. Göstərilənlərə əsasən, kollegiya belə qənaətə gəlir ki, iddiaçı 11 oktyabr 2018-ci ildə əri ilə birlikdə yaşadıqları evi tərk edərkən qızıl-zinət əşyalarını özü ilə aparmamış, həmin qızıl-zinət əşyaları cavabdeh tərəfdə qalmışdır. İddiaçı sonuncu dəfə evdən çıxarkən özü ilə iddia ərizəsində qeyd edilən qızıl-zinət əşyalarını götürmədiyindən həmin qızıl-zinət əşyaları cavabdehdən alınıb iddiaçıya verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qızıl-zinət əşyalarına aid hissədə təmin etməməklə səhvə yol vermişdir. Kollegiya iddiaçının digər əmlaklarının, yəni məişət əşyalarının və geyim əşyalarının olması və həmin əşyaların cavabdehdə qalması barədə dəlilinə münasibət bildirirək qeyd edir ki, iddiaçı həmin əşyaların gerçəkdən cehiz olaraq alınmas ı və cavabdehdə qalması barədə məhkəmə kollegiyasına heç bir mötəbər sübut təqdim etməmişdir. Ümumiyyətlə, iddiaçının həm ər evinə cehiz olaraq apardığı əşyaları (televizor, paltaryuyan maşın, tozsoran və s.) tələb etməsi, həm də atasının Cavabdeh evinə cehiz əşyaları almasından ötrü 5000 manat məbləğində pul verməsini bildirməsi bir-birini təkzib edən ifadələrdir. Çünki iddiaçı atasının ona cehiz əşyaları alınması məqsədi ilə Cavabdeh 5000 manat məbləğində pul verməsini bildirməklə, özünün ər evinə cehiz əşyaları aparmadığıını etiraf etmiş olur. Belə ki, əgər iddiaçı gəlin köçərkən özü ilə cehiz əşyaları aparmışdırsa yenidən cehiz alınması üçün atasının Cavabdeh 5000 manat məbləğində pul verməsi ağlabatan və inandırıcı deyildir. İddiaçı atasının Cavabdeh evinə cehiz əşyaları almasından öt rü 5000 manat məbləğində pul verməsini təsdiq edən hər hansı sübut təqdim etlməmişdir. Birinci instansiya məhkəməsi iddianı həmin hissədə təmin etməməklə düzgün qənaətə gəlmişdir. Bundan əlavə kollegiya iddiaçının iddia tələbində qeyd edilən iki avtomobildən biri - «Vaz 21099» markalı, **-BC-*** dövlət qeydiyyatlı avtomobilin cavabdehdən alınıb ona verilməsi barədə tələbinə münasibət bildirirək qeyd edir ki, işdə olan Qəbələ rayon X11 Soltanzadənin 14.01.2020-ci il tarixdə ünvanladığı 11/144-634s-1220 nömrəli məktubunda onun Azərbaycan Respublikası DİNnin BDYPİ-nə etdiyi müraciətə cavab olaraq bildirilmişdir ki, ünvan 2da yaşayan Cavabdeh adına heç bir nəqliyyat vasitəsinin qeydə alınmadığı, lakin «Vaz 21070» markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomaşına 22.11.2019-cu il tarixdən 2 0.05.2020-ci il tarixədək və «Vaz 21099» markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomaşına 12.11.2019-cu il tarixdən 12.11.2020-ci il tarixədək etibarnamələrin mövcud olduğu qeyd edilmişdir. Göründüyü kimi, həmin avtomobillərin (əmlakların) cavabdehin adına olması və onun mülkiyyəti olması sübut olunmur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin həmin hissəsini də təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. İddia tələbinin Cavabdeh adına olan və DƏDRX-dən alınan cavab əsasında müəyyən olunan daşınmaz əmlakda ona düşən payın müəyyən edilərək alınıb verilməsi hissəsi ilə bağlı qeyd edilməlidir ki, Qəbələ Rayon Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 avqust 2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh adına 10 dekabr 2017-ci il tarixdən 16 oktyabr 2019-cu il tarixə kimi hər hansı daşınmaz əmlak Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini qızıl-zinət əşyalarına aid hissədə təmin etməməklə səhvə yol vermişdir.Lakin İddiaçı idia tələbini digər hissədə sübut edə bilməmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh (vəkili Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilən hissəsində ləğv edilərək işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsi nə göndərilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının dəvət etdiyi şahidlər, yəni atası Nümayəndə və bibisi oğlu X1 dediklərinin hamısı yalandır. Aytac yaşadığı evdən gedən zaman o, Qəbələ şəhərinin mərkəzində yerləşən “Relaks” çay evini işlədirdi və buna görə evə gecələr gec gəlirdi. Qızıl-zinət əşyalarına gəldikdə isə, Aytac ondan xəbərsiz evdən çıxıb valideynlərinin yaşadıqları evə gedən zaman evdə heç kim olmadığından o, evdə tək olmuşdur. Yəni ona heç kim maneçilik törətməmiş, toy vaxtı ona hədiyyə olaraq verilən qızıl-zinət əşyalarını heç kimin maneçiliyi olmadan yığışdırıb aparmışdır. Həttəa evdə çalvarının cibində olan pulu da Aytac aparmışdır. Bununla bağlı o, Ağdaş rayon Polis şöbəsinə müraciət etmişdi. Aytacın evinə pul istəmək üçün gedəndə isə atası tüfənglə qarşısına çıxaraq onu öldürməklə hədələmişdir. Evdə heç kim olmadığı və ona qızılların aparılmasına maneçilik törətmədiyi üçün ona qarşı olan iddia əsassızdır. Apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmamış və obyektiv həqiqətin üzər çıxarılması üçün heç bir addım atmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh və vəkili Vəkil məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbayc an Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 666.1. və 668.1.3. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə bağışlanma etibarlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 34.1. nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasın a, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş mate riallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iddianın təmin edildiyi hissədə, yəni qızıl-zinət əşyaları hissəsində mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının həmin hissədə ləğvi xahiş edildiyindən məhkəmə aktı qeyd edilən hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələ nən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, cavabdeh kasasiya şikayətini yalnız özünün və birinci instansiya məhkəməsində ifadə vermiş yaxın qohumlarının (anası, bacısı) dəlillərinə istinad etməklə əsaslandırmağa çalışmışdır. Lakin kasasiya yoxlaması zamanı müəyyən edilmişdir ki, işə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası iddia tələbinin hazırda mübahisələndirilən qızıl-zinət əşyaları hissəsində təmin edərkən ilkin olaraq iddiaçının cavabdehlə birgə yaşadığı mənzili tərk etmə şəraitini araşdırmış, həmin şəraiti müəyyən etməklə iddia tələbini qey d edilən hissədə təmin etmişdir. Hazırki halda iddia tələbinin göstərilən hissəsi üzrə apelyasiya kollegiyasının hər hansı hüquq normasının pozuntusuna yol verməsi müəyyən edilmir. Ona görə kasasiya şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-2219/2020 nömrəli iş üzrə 03 dekabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən h issədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.