Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-289/2025 31.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 sentyabr 2024-cü il tarixli, 2(103)5125/2024 nömrəli qətna məsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, ev 5 ünvanında yerləşən 3 otaqlı mənzil Nəsimi rayon X9 İcraiyyə Komitəsinin verdiyi 032836 saylı 26 sentyabr 1989-cu il tarixli order əsasında X2, habelə onun ailə üzvləri - əri X3, oğulları Cavabdeh1 və İddiaçı istifadəsinə verilmiş, mənzil Cavabdeh1 yazılı razılığı ilə özəlləşdirilməklə, 21 sentyabr 2023-cü il tarixdə İddiaçı adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır.
2. Cavabdeh1 və Muxtarova (Süleymanova) Səbinə Qabil qızı 29 yanvar 2010-cu il tarixdə nikaha daxil olmuş, sonuncu ünvan 2 ünvanına köçərək, ailəsi ilə birgə bu ünvanda yaşamış, nikahlarından 27 avqust 2012-ci il tarixdə Xədicə, 21 fevral 2014-cü il tarixdə Maral adlı uşaqları dünyaya gəlmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 övladları ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, 5 saylı evin 54 saylı mənzilindən istifadə hüququna 30.000 manat kompensasiya verməklə xitam verilməsi və Cavabdeh1, Cavabdeh2, övladları X4 və X5 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, 5 saylı evin 54 saylı mənzilindən çıxarılmaları, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfin dən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, 5 saylı evin 54 saylı mənzilin boşaldaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, 5 saylı evin 54 saylı mənzil mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Mənzilin ümumi sahəsi 66,11 kv.m, yaşayış sahəsi isə 38,71 kv.m təşkil edir, 9 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşir. İddiaçı ailəlidir və bir övladı vardır. Cavabdeh1 iddiaçının qardaşıdır və öz ailəsi - həyat yoldaşı və iki qızı ilə birlikdə bu mənzildə yaşayır. Cavabdeh1 iddiaçının mülkiyyət hüquqlarını pozduğu üçün, iddiaçı ona məxsus yaşayış evindən tam istifadə edə bilməyərək, mülkiyyətinin üzərində sahiblik, istifa də və sərəncam vermə hüququnu həyata keçirə bilmir. Cavabdeh1 ailə üzvləri ilə birlikdə qanunda nəzərdə tutulmuş mülkiyyət hüquqlarını pozduğundan iddiaçı ona məxsus mənzildən kompensasiya verilməklə çıxarılmalarını və mənzilin boşaldılaraq ona təhvil verilməsini istəyir. Həmin ərazidə eyni şəraitli mənzilin kirayə haqqı 300 manat civarındadır və cavabdehə 30000 manat kompensasiya verməklə istifadə hüququna xitam verilməsi tamamilə ədalətlidir. Çünki cavabdeh ailə üzvləri ilə birlikdə həmin pul vəsaiti ilə 9-10 il müddətində həmin ərazidə eyni ilə hazırda yaşadıqları mənzillə eyni şəraitdə olan evdə kirayə qala və hətta 30000 manatla ilkin ödəniş edərək mənzil ala bilər. İddiaçı dəfələrlə Cavabdeh1 ilə aralarında olan mübahisəni məhkəmədən kənar həll etməyə çalışsa da, bütün müraciətləri c avabsız qalmışdır və bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
5. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, mübahisəli mənzil 1989-cu ildə order əsasında yaşamaq üçün onun anasına və ailə üzvlərinə verilmiş, cavabdehin də həmin orderdə ad və soyadı yazılmış, həmin vaxtdan o, anası və atası ilə birlikdə bu mənzildə yaşamışdır. Hazırda həmin mənzildə cavabdehlər yaşayırlar, iddiaçı isə artıq uzun müddətdir ki, o evdə yaşamır. İddiaçı ilk öncə mənzili banka girov qoyaraq, pul götürməyi təklif etmiş, sonradan isə həmin mənzilin satılması və dəyərinin onların arasında bölünməsi ilə bağlı özəlləşdirilməsini təklif etmişdir. Buna görə də, həmin mənzilin qardaşının adına özəlləşdirilməsinə etiraz etməmişdir. Qeyd olunanlara ə sasən iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
6. Cavabdeh2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, o Cavabdeh1 ilə 2010-cu ildə rəsmi nikaha daxil olaraq mübahisəli mənzildə yaşamışdır. İddiaçı təklif etmişdir ki, evi özəlləşdirib satsınlar və ev satılandan sonra əldə olunun məbləğin 30%-ni özü götürəcəyini, qalan hissəni isə onlara verəcəyini bildirmişdir. Buna görə də, Cavabdeh1 öz qardaşına inanaraq evin onun adına özəlləşdirilməsinə etiraz etməmişdir. Lakin, ev özəlləşdirildikdən sonra iddiaçı fikrini dəyişmiş və ev satıldıqdan sonra əldə olunan məbləğin 50%-ni cavabdehlərə verəcəyini bildirmişdir. Təklif olunan 30000 manat kompensasiya ilə özlərinə heç bir şərait qura bilməzlər. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş et mişdir.
7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, 2(010)1000/2024 nömrəli qətnaməsi ilə (hakim L.Talıbova) iddia tələbinin təmin olunması, Cavabdeh1, onun övladları X4 və X5 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, 5 saylı evin 54 saylı mənzilinə dair istifadə hüququna İddiaçı tərəfindən 30000 manat məbləğində kompensasiya ödənilməsi yolu ilə xitam verilməsi, Cavabdeh1, onun övladları X6 və X1 ödənilməsi və onların Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, 5 saylı evin 54 saylı mənzilindən istifadə hüququna xitam verilməsinin eyni vaxtda icra edilməsi, Cavabdeh1, onun övladları X4 və X5 və Cavabdeh2 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, 5 saylı evin 54 saylı mənzilindən çıxarılmaları və mənzil boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəf öz izahatında həmin mənzilin satılması ilə bağlı olaraq iddiaçı ilə razılaşdıqlarını və buna görə də mənzilin iddiaçının adına özəlləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. İddiaçı Cavabdeh1 və onun iki azyaşlı övladının mübahisəli mənzilə yaranmış istifadə hüququna 30.000 manat kompensasiya təklif etməklə xitam verilməsini xahiş etmişdir. Cavabdehlər isə kompensasiya təklifini qəbul etməyərək mənzilin satılmasına və dəyərinin iki hissəyə bölünməsinə etiraz etmədiyini bildirmişlər.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə mütəxəssis rəyi təqdim olunaraq mübahisəli mənzil qiymətləndirilmiş və həmin mənzilin orta bazar qi yməti 84300 manat təşkil etmişdir. Həmçinin həmin mənzilin fotoşəkilləri təqdim olunmuş və müəyyən olunmuşdur ki, mənzil orta təmirlidir. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehlərin hazırkı yaşadıqları mənzilə yaranmış istifadə hüququnun əvəzləşdirilməsi kimi təklif olunan 30.000 manat kompensasiya ağlabatan və ədalətlidir.
10. Məhkəmə qeyd etmişdir ki, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci, 29-cu maddəsinin 1-4-cü hissələrinə, 149-cu maddəsinin 7-ci hissəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4, 139.1, 140, 141, 152.1, 152.2, 152.3, 152.5, 157.4, 157.8, 228.1, 228.2-ci maddələrinə, Mənzil Məcəlləsinin 53, 54-cü maddələrinə, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında ”Azərba ycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişlər.
13. Apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuş "xxxx" MMC-nin arayışında göstərilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, ev 5 ünvanında yerləşən 9 mərtəbəli yaşayış binalarının 9-cu mərtəbəsində orta təmirli 3 otaqlı mənzillərin (ümumi sahəsi 66,11 kv.m, yaşayış sahəsi 38,71 kv.m) orta aylıq kirayə dəyəri 15 avqust 2024-cü il tarixinə 450 manat təşkil edir.
14. Bakı Apellyasiya Məhkəməsinin Mü lki kollegiyasının 26 sentyabr 2024-cü il tarixli, 2(103)-5125/2024 nömrəli qətnaməsi ilə (hakim E.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər X.Mərdanova və M.Məmmədov) cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, e-2(010)-1000/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
15. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya kollegiyası qeyd etmişdir ki, daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən göndərilən sənədlərdən aydın olmuşdur ki, mənzil, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna əsasən İddiaçı adına özəlləşdirilmiş, özəlləşmə zamanı Cavabdeh1 buna yazılı razılığını vermişdir. Cavabdehlərə qarşı yönələn iddianın təmin edilmə sinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə o na xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi i lə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir.
16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin təklif olunan 30000 manat kompensasiya məbləğinin cavabdehlərə davamlı surətdə və müəyyən müddət ərzində başqa yerdə istifadə hüququ olan mənzilə xas olan şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verdiyinə dair gəldiyi nəticə əsaslıdır. Həmin məbləğlə cavabdehlər təqribən 6 il müddətinə oxşar yaşayış sahəsi ilə təmin edilmiş olurlar, bu isə ağlabatan dövr kimi qəbul edilə bilər. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdehlər əmək qabiliyyətlidirlər və göstərilən müddət ərzində özlərinə məxsus yaşayış sahəsi əldə edə bilərlər. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, kompensasiyanın məbləği mənzilin dəyəri nəzərə alınmaqla müəyyənləşdirilmədiyinə görə təklif olunan məbləğə mənzil almağın mümkün olub-olmadığı məsələnin həlli baxımından əhəmiyyətli deyildir.
17. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinin 1-ci hissələrinə, Mülki Məcəllənin 152.1, 152.4, 152.5, 228.2-ci maddələrinə, 01 oktyabr 2009-cu il tarixinə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin 4, 5, 53, 60, 87, 123 -cü maddələrinə, 01 oktyabr 2009-cu il tarixindən qüvvədə olan Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.3, 30.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
18. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 sentyabr 2024-cü il tarixli, 2(103)-5125/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 4, 53, 123-cü, Mülki Prosessual Məcəllənin 8.1, 9.1, 71.1, 88, 385.1-ci maddələrinin tələbləri pozulmuşdur.
20. Belə ki, mübahisəli mənzil 26 sentyabr 1989-cu i l tarixli order əsasında X7 ayrılmış, orderdə onun oğulları Fuad və İddiaçıların da adları qeyd edilmiş, Cavabdeh1la 29 yanvar 2010-cu il tarixdə nikaha daxil olan Cavabdeh2 həmin mənzilə gəlin köçüb orada yaşamağa başlamış, mənzil 21 sentyabr 2023-cü il tarixdə xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyatdan keçirilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən göndərilən sənədlərdən aydın olmuşdur ki, mənzil, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna əsasən İddiaçı adına özəlləşdirilmiş, özəlləşmə zamanı buna cavabdeh yazılı razılıq verilmişdir. Həmin razılıq iddiaçının cavabdehi aldadılması nəticəsində alınmışdır. Birinci instansiya məhkəməsi kompensasiya məbləğinin miqdarını “X10” MMC-nin keçirtdiyi qiymətləndirmənin nəticəsinə əsaslanaraq absurd bir qiymət çıxartmışdır, yəni 84.300 manat məbləğ bir otaqdan iki otağa keçirtməklə təmirsiz bir mənzilin qiymətidir. Həmin ərazidə eyni şəraitli mənzilin kirayə qiyməti 450 manat deyil, daha artıqdır. Təklif edilən məbləğ isə onların yeni yaşayış sahəsi ilə təmin edilməyi üçün kifayət etmir. Birinci instansiya məhkəməsi iş üçün əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, yalnız “X10” MMC-nin keçirtdiyi qiymətləndirmənin nəticəsinə əsaslanaraq absurd bir qiymət çıxartmışdır, yəni 84.300 manat məbləğ bir otaqdan iki otağa keçirtməklə təmirsiz bir mənzilin qiymətidir və bunu əsas götürməklə iddianı təmin etmişdir.
21. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
22. Kassasiya şikayətinə etiraz verilmə mişdir. Kassasiya baxışının hədləri:
23. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə müba hisənin hüquqi aktlarına təsir göstərə bilər.
24. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassator tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
25. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 228.2-ci maddəs inə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 27. “R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bildirmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.... Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması ə sasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəfləri n təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin ya randığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən k assasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin hazırkı şikayətin məzmununa oxşar apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmal ar aparılmış, səlahiyyətləri çərçivəsində işin hallarına və işdə olan sübutlara hüquqi qiymət verilməklə yuxarıda qeyd olunan nəticəyə gəlinmişdir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli yaşayış sahəsinin iddiaçının xüsusi mülkiyyətində olması və kassatorlardan Cavabdeh1 həmin sahəyə yalnız istifadə hüququnun olması işin mübahisəsiz hallarıdır. İddiaçı cavabdehə kompensasiya verilməklə bu hüququna xitam verilməsini xahiş etmişdir.
32. Cavabdeh tərəfin mübahisələndirdiyi məsələ təklif olunan kompensasiyanın məbləği ilə bağlıdır. Belə ki, iddiaya etiraza və şikayətlərin məzmununa görə iddiaçı Cavabdeh1 mənzilin özəlləşdirildikdən sonra satılaraq əldə olunacaq vəsaitin bölünəcəyini vəd etmiş, bu səbəbdən cavabdeh mənzilin iddiaçının adına qeydə alınmasına razılıq vermiş, sonradan is ə iddiaçı vədinə əməl etmədən, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, mənzilə istifadə hüququna xitam verilməsi üçün təklif olunan kompensasiya cavabdehlərin müəyyən müddət ərzində başqa yerdə mənzillə təmin olunmasına imkan verən məbləğə uyğun deyil, mənzilin dəyərinə uyğun hesablanmaqla, onlara ödənilməlidir.
33. Məhkəmə kollegiyası cavabdehin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, mübahisəli mənzilin iddiaçının mülkiyyətində olması işin mübahisəsiz halıdır. Cavabdehin bu mənzilə hüquqlarının, o cümlədən istifadə hüququnun xitam verilməsi ilə bağlı tərəflər arasında hər hansı razılaşmanın olmasına dair sübutlar işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim olunmamış və belə hal məhkəmələr tərəfindən müəyyən olunmamışdır.
34. Cavabdehin ikinci dəlili tə klif olunan kompensasiyanın düzgün müəyyən olunmaması, mənzilin kirayə dəyərinin daha yüksək olması, o cümlədən birinci instansiya məhkəməsinə təqdim olunan mütəxəssis rəyinin düzgün olmaması ilə bağlıdır.
35. Kassasiya şikayətinin bu dəlili ilə bağlı qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin oxşar dəlili üzrə araşdırma apararaq "xxxx" MMC-dən yeni mütəxəssis rəyi almış və mübahisəli mənzilə oxşar mənzillərin orta aylıq kirayə dəyərinin 15 avqust 2024-cü il tarixinə 450 manat təşkil etməsi müəyyən olunmuşdur.
36. Mütəxəssis rəyinin məzmunundan müəyyən olunur ki, qiymətləndirmə aparılarkən mənzilə baxış keçirilmiş, internet saytlarında və ekspertiza təşkilatında olan məlumatlardan istifadə edilmişdir. Həmin rəy apellyasiya instansiyası məhkəməsində elan edilsə də, cavabdeh tərəfindən mübahisələndirilməmiş, onun əsassız olmasını təsdiq edən sübutlar (alternativ ekspert və ya mütəxəssis rəyi, internet elan mənbələrindən çıxarışlar və s.) təqdim olunmamışdır.
37. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq mübahisəyə Mülki Məcəllənin 228.2-ci maddəsi tətbiq etmiş və həmin maddə ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında irəli sürülmüş hüquqi mövqeyi nəzərə almaqla hesab etmişdir ki, iddiaçının təklif etdiyi kompensasiya cavabdehin kifayət qədər uzun müddətdə başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir.
38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 sentyabr 2024-cü il tarixli, 2(103)-5125/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.