Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2892/2022 20.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı (3-cü şəxs Mingəçevir “ASAN Xidmət” Mərkəzi və) iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarsızlığı, çıxarışın ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 17 saylı Yevla x Ərazi İdarəsinə, Cavabdeh2 qarşı (3-cü şəxs Mingəçevir “ASAN Xidmət” Mərkəzi) “çıxarışın və onun nəticələrinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-159/2022 nömrəli, 12 yanvar 2022-ci il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə 20 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 21.09.1990-cı il tarixdə notariat qaydada təsdiq edilmiş bağışlama müqaviləsi ilə X3 özünə məxsus olan ünvan 1 ünvanında yerləşən evini oğlu X4 bağışlamışdır.
2. İddiaçı (bundan sonra - iddiaçı) ilə X5 xx.xx.1994-cü ildə rəsmi nikahda daxil olmuşlar.
3. X5 10 yanvar 2009-cu il tarixdə Ağdaş rayon notariat kontorunda təsdiq olunmuş vəsiyyətnamə ilə özünə məxsus ol ub, Ağdaş şəhər, H.Əliyev pr, 1/7 ünvanında (keçmiş ünvan 3/7) yerləşən fərdi yaşayış evini, evin yerləşdiyi həyətyanı torpaq sahəsini və bütün əmlakını iddiaçıya vəsiyyət etmişdir.
4. X5 xx.xx.2009-cu ildə Ağdaş şəhərində vəfat etmişdir.
5. Ağdaş şəhəri, H.Əliyev prospekti 1/7 nömrəli ünvanda 0.087 ha həyətyanı torpaq sahəsində yerləşən 92,6 kv.m-dən ibarət fərdi yaşayış evi (bundan sonra - mübahisəli yaşayış evi) xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına tam mülkiyyət hüququ ilə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. 6. xx.xx.2019-cu il tarixdə Mingəçevir “ASAN Xidmət” mərkəzində notariat ofisində bağlanmış alqı-satqı müqaviləsi ilə Cavabdeh1 həyətyanı torpaq sahəsini və onun üzərində yerləşən yaşayış evini 25000 manata Cavabdeh2 satmışdır. Həyətyanı torpaq sahəsi və yaşayış evi xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə Cavabdeh1 adına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə (bundan sonra – Reyestr Xidməti) qarşı (3-cü şəxs Mingəçevir “ASAN Xidmət” Mərkəzi) qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Reyestr Xidməti tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və onun nətic ələrinin - Mingəçevir “ASAN Xidmət” mərkəzinin xx.xx.2019-cu il tarixli, 4Ə-1476 reyestr nömrəli alqı-satqı müqaviləsinin və Cavabdeh2 adına verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum qayınatası X2 özünə məxsus olmuş ünvan 5 ünvanında yerləşən yaşayış sahəsi 62.4 kv.metr olan yaşayış evini 21 sentyabr 1990-cı ildə notariat konturunda reyestr kitabında 53 nömrə ilə qeydiyyata alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən mərhum əri X1, sonuncu isə notariat qaydada təsdiq edilmiş vəsiyyətnamə ilə həmin evi və digər əmlaklarını ona vəsiyyət etmişdir. Müəyyən səbəblərdən ərinin ölümündən sonra miras qalmış həmin əmlakla əlaqədar vərəsəlik işi açdırmamışdır. 2020-ci ildə ərinin vərəsəliyini açdırmaq istəyən zaman ona məlum olmuşdur ki, ərinin mülkü qanunsuz əsaslarla qardaşı Cavabdeh1 adına sənədləşdirilmiş və Cavabdeh2 satılmışdır. Belə ki, Cavabdeh1 həmin yaşayış evini və onun yerləşdiyi 0.08 hektar torpaq sahəsini saxta sənədlər, yəni Ağdaş rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli, 12 saylı iclas protokolundan çıxarış əsasında öz adına qeydə aldırmışdır. Qeydiyyata əsas olan sənədlər arxivdə aşkar edilməmişdir.
9. Mərhum əri tərəfindən adına verilmiş vəsiyyətnamə ləğv edilməmiş və dəyişdirilməmişdir. Cavabdeh1 onun ərinin vərəsəsi sayılmır. Belə ki, qanunvericiliyin tələblərinə görə şəxs xüsusi mülkiyyətində olan əmlakını başqasının xeyrinə özgəninki ləşdirilməsi bağışlama, alqı-satqı, dəyişdirmə və s. rəsmi qaydada rəsmiləşdirilmiş müqavilələr əsasında həyata keçirilir.
10. Cavabdeh2 iddiaya etiraz edərək bildirmişdir ki, Cavabdeh1 nümayəndəsi vasitəsi ilə çıxarışa əsasən həmin həyətyanı torpaq sahəsini və onun üzərində yerləşən yaşayış evini xx.xx.2019-cu il tarixə ona satmışdır. Satılan əmlakın iddiaçıya məxsus olmasını bilməmişdir və bilə də bilməzdi. Daşınmaz əmlakı notariusun iştirakı ilə bağlanmış müqavilə əsasında almışdır. Ona görə də, iddia tələbi əsassız olduğundan rədd edilməlidir.
11. Ağdaş Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(014)-151/2021 nömrəli iş üzrə 27 may 2021-ci il tarixli qərardadı ilə (hakim Nizam Əliyev) Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsinə tələbinə aid hissədə mülki iş üzrə icraata ümumi məhkəmələrdə baxılmalı olmaması əsası ilə xitam verilmişdir.
12. Məhkəmənin eyni tarixli qətnaməsi ilə iddia qalan hissədə təmin edilməmişdir.
13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş halların mövcud olmasını sübut etməlidir. İddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 71-ci maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 337.1, 337.2, 337.4, 354.1, 354.2, 443, 1243.1, 1243.2-ci, Azərbaycan Respublik ası Torpaq Məcəlləsinin 83.1, 84.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.
16. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-159/2022 nömrəli iş üzrə 21 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Ələddin Məcidov, Mahir Əsədli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçü n mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
18. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 6, 14.1 324.1, 324.5, 390.1, 404.1, 421, 424.3, 567, 646.1-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı (vəkil X6) kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şi kayətinin məzmununa uyğun əsaslandırılıb. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazının dəlilləri
21. Kassasiya şikayətinə cavabdehin yazılı etirazı daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
22. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir.
23. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və y a xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
24. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
25. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənil məsini tələb etsin.
26. Maddə 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər.
27. Maddə
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
28. Maddə 646.1. Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür Mülki Prosessual Məcəllə
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmə lidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həd dində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istina d edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, apellyasiya məhkəməsinin qətnaməsi tam yoxlanılır Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynid ir və Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair birinci və apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.
40. Nəzərə alınmalıdır ki, iddiaçı Cavabdeh1 tərəfindən miras əmlakın qanunsuz və saxta yolla öz adına keçirildiyinə əsaslanaraq hazırkı iddianı qaldırmışdır. İşə baxılması zamanı məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, sonuncu mübahisəli əmlakı vərəsəlik qaydasında əldə etməmiş, əmlak onun adına xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyata alınmışdır.
41. Məhkəmələr məhz işin bu halını nəzərə alaraq Cavabdeh1 adına aparılmış qeydin mübahisələndirilməsi hissəsində iş üzrə icraata xitam vermiş və hesab etmişdir ki, həmin tələb inzibati məhkəmədə baxılmalıdır.
42. Cavabdeh1 adına xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış ilkin qeydiyyat qüvvədə olduğu halda isə məhkəmələr qanuni olaraq həmin qeydin ləğvindən irəli gələn digər tələbləri də təmin etməmişdir.
43. Apellyasiya instansiyası məhkəməsi iddiaçının inzibati məhkəməyə verdiyi iddia ərizəsi üzrə icraatın dayandırılması barədə vəsatətinə əsaslandırılmış qiymət vermişdir.
44. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının tələbi əsasında Cavabdeh1 adına xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış ilkin qeydiyyat qüvvədən düşəcəyi halda hazırkı iş üzrə məhkəmə aktlarının qanuni qüvvəyə minməsi iddiaçını yeni əsaslarla eyni predmet barəsində məhkəmədə iddia qaldırmaq hüququndan məhrum etmir.
45. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli ola n bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
46. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-159/2022 nömrəli mülki iş üzrə 12 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.