Məhkəmə qərarları › İş №2(102)-2892/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2892/2023

18.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2892/2023 18.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik payının pulla kompensasiyası, pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X3 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “payın əvəzinə kompensasiya verilməsi və ya avtomobilin hərracda satılması” barədə ilk, Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı “pul tələbi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülk i kollegiyasının 2(104)-3171/2021 nömrəli, 25 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 18 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X14 ilə X10 arasında 18 dekabr 2013-cü il tarixdə nikah bağlanıb, birgə nikahdan 01 oktyabr 2014-cü il təvəllüdlü X15 və 27 iyun 2017-ci il təvəllüdlü X18 adlı iki uşaqları var.

2. X14 04 noyabr 2020-ci il tarixdə hərbi əməliyyat zamanı Laçın rayonunda həlak olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı (bundan sonra “iddiaçı”) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, mərhum X7 adına olan “Ford Tranz id” markalı **-MJ-*** dövlət nömrə nişanlı avtomobildə övladları ilə birlikdə olan 8/10 hissə payının əvəzinə cavabdehlər tərəfindən 16000 manat məbləğində kompensasiyanın ona ödənilməsi, belə bir razılıq olmadıqda isə həmin avtomobilin açıq hərracdan satılaraq satış pulunun paylara mütənasib surətdə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər iddiaçının mərhum əri – şəhid X7 valideynləridir. İddiaçı ilə X14 2012-ci ilin oktyabr ayında ailə qurmuş, nikahlarını isə 18 dekabr 2013-cü il tarixdə rəsmiləşdirmişlər. Ailə qurduqdan sonra iddiaçı cehiz əşyalarını cavabdehlərin yaşadığı ünvana aparmış və həmin vaxtdan xxx xxxla birlikdə həmin ünvanda yaşamışlar. 23 oktyabr 2020-ci il tarixdə əri xxx xxx könüllü olaraq vətənin əra zi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün hərbi xidmətə getmiş və 04 noyabr 2020-ci il tarixdə Laçın rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. xxx xxx 05 noyabr 2020-ci il tarixdə Gədəbəy rayonu ünvan 1ndə dəfn edilmiş və bundan sonra cavabdehlərin heç bir səbəb olmadan ona qarşı münasibətləri dəyişmişdir. 3. xxx xxxun şəhid olmasından 40 gün keçməmiş 29 noyabr 2020-ci il tarixdə cavabdehlər iddiaçını uşaqları ilə birlikdə evdən çıxarmışlar. Başqa yaşayış yeri olmadığı üçün iddiaçı uşaqları ilə birlikdə valideynlərinin yanına getmiş, eləcədə əşyalarını evdən çıxartmaq məcburiyyətində qalmışdır.

4. X20 mülkiyyətində “Ford Tranzit” markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Həmin avtomobili xxx xxxla birgə nikahda olduqları dövrdə, yəni 07 dekabr 2018 -ci il tarixdə alsalar da, cavabdehlərin istifadəsindədir.

5. İddiaçı 28 yanvar 2021-ci il tarixdə Gədəbəy rayon notariat ofisinə müraciət edərək, qeyd olunan avtomobilə vərəsələrin hər birinə miras əmlakdan 1/10 payın müəyyən edilməsinə dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə və əmlakın 1/2 hissəsinin onun olması barədə mülkiyyət hüququ haqqında şəhadətnamələr almışdır. Hazırda övladları ilə birlikdə onların miras əmlakdan payları 8/10 hissədədir. Belə ki, iddiaçının 1/2 hissədə (5/10 hissədə) payı xxx xxxla birgə nikah dövründə əldə olunmasına görə, digər 3/10 hissədə pay isə onun və iki övladına miras əmlakdan qanunun üzrə çatası paydır.

6. Həmçinin cavabdehlərin hər birinə də miras əmlakdan 1/10 hissədə payları müəyyən edilmişdir.

7. Sözügedən avtomobilin bazar qiyməti təxminən 20000 manat təşkil edir. Lakin avtomobilin 2/1 (5/10 hissə) və övladları ilə birlikdə miras əmlakdan məcburi pay üzrə 3/10 hissinin onların mülkiyyətlərində olmasına baxmayaraq, cavabdehlərin ucbatından iddiaçı mülkiyyətindən istifadə edə bilmir. Elə bu səbəbdən də məcburiyyət qarşısında qalaraq övladları ilə birlikdə avtomobildə olan 8/10 hissə paylarının əvəzinə cavabdehlər tərəfindən 16000 manat məbləğində kompensasiyanın onlara ödənilməsi, belə bir razılıq olmadıqda isə həmin avtomobilin açıq hərracdan satılaraq satış pulunun onların arasında bölünməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

8. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1, 213.1, 220.2-220.4 və 220.6-cı maddələrinə istinad etmişdir.

9. Cavabdehlər də qarşı qarşılıqlı iddia ərizəsi verərək, ilk in iddia tələbinin təmin olunmaması ilə yanaşı, iddiaçıdan 49550 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq onlara qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

10. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, övladları xxxın ölümündən sonra gəlinləri İddiaçı ilə aralarında əmlak mübahisələri yaranmışdır. İddiaçı 12 dekabr 2020-ci il tarixdə Slavyanka kənd icra nümayəndəliyinin və Slavyanka kənd bələdiyyəsinin iştirakı ilə evlərində olan cehiz, özünə məxsus olan geyim və digər əşyalarını götürmüş, bundan sonra cavabdehlərə qarşı hər hansı daşınar və daşınmaz əmlaka dair iddia tələbinin olmayacağını bildirmiş, eləcə də buna dair akt tərtib edilmişdir. Eyni zamanda həmin gün şəhid ailəsinə Heydər Əliyev fondu tərəfindən verilən 10000 manat da iddiaçıya təhvil ver ilmişdir. 11. xxx xxxun sağlığında onlar Gədəbəy rayonu, ünvan 1ndə əkin sahəsi götürərək qırmızı çuğundur əkmiş və 60 ton məhsul əldə etmişlər. Oğlu şəhid olandan sonra 2020-ci ilin noyabr ayının ortalarında həmin çuğundur məhsulunu Bakı şəhərində satmaq üçün göndərmişlər. 60 ton çuğundurun 50 tonu 55 qəpikdən, 10 tonu isə 10 qəpikdən satılmışdır. Çuğundurun satışından əldə etdikləri ümumi gəlir 28500 manat təşkil etmiş və həmin pulu iddiaçıya vermişlər.

12. Bundan başqa, xxxın xxx adlı şəxsə borc olaraq verdiyi 6150 manat pulu geri qaytarıldıqdan sonra cavabdehlər bu pulu da iddiaçıya vermişlər. Həmçinin iddiaçıya özlərinə məxsus olan 9900 manat, sonra isə 5000 manat pul vermişlər. Pulu ona görə iddiaçıya vermişlər ki, iddiaçının gələcəkdə cavabdehlərə qarşı hər hansı əmlak iddiası olmas ın. Belə ki, iddiaçı xxxın “40” mərasimi çıxmamış cavabdehlərə bildirmişdir ki, “mən çıxıb Bakıya gedəcəm, bu evdə qalmayacam, mənə maddi köməklik edin, atam və qardaşım mənə Bakı şəhərindən ev tikəcəklər, sizə qarşı heç bir iddia tələbim olmayacaq”. Cavabdehlər də əllərində olan bütün pulları (49550 manatı) iddiaçıya vermişlər. Lakin 12 fevral 2021-ci il tarixdə iddiaçı cavabdehlərə qarşı “avtomobildən pay əvəzinə kompensasiya və ya avtomobilin açıq hərracda satılması” tələbinə dair məhkəmədə iddia qaldırmış, eləcə yaşadıqları evdən və istifadə etdikləri torpaqdan pay tələb etmişdir. Belə olan halda cavabdehlər də iddiaçıya verdikləri 49550 manat məbləğində pulu (28500 manat + 9900 manat + 6150 manat + 5000 manat = 49550 manat) geri tələb edirlər. Çünki iddiaçı həmin pulla əsassız olaraq varlanmış və cavabdehlər həmin pul vəsaitindən məhrum olmuşlar. Belə ki, cavabdehlər iddiaçıya həmin pul vəsaitlərini ödəmək üçün heç bir öhdəlik daşımırlar, lakin iddiaçının etdiyi hərəkətlər gözlənilən məqsədə uyğun olmamışdır. Buna görə də cavabdehlər hesab edirlər ki, onların həmin pul vəsaitlərini əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb etmək hüquqları vardır.

13. Qarşılıqlı iddia tələbinin hüquqi əsası kimi Mülki Məcllənin 386.1, 1091, 1092.1 və 1093.1-ci maddələrinə istinad edilmişdir.

14. Birinci instansiya məhkəməsində iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi iddia tələbini müdafiə və qarşılıqlı iddia tələbinə isə etiraz edərək göstərmişdir ki, ərizədə avtomaşının qiymətini təqribi 20.000 manat qeyd etmişlər. Ekspert rəyinə əsasən isə avtomaşının bazar qiyməti 19.000 manatdır. Həmin məbləğlə razılaşır.

15. Cavabdeh1 birinci instansiya məhkəməsində qarşılıqlı iddia tələbini müdafiə etməklə yanaşı, ilk iddia tələbini etiraf etmiş və göstərmişdir ki, avtomobilin 19.000 manat qiyməti ilə, eləcə də ilk iddiaçıya maşına olan payının əvəzinə kompensasiya verməyə razıdır.

16. Cavabdeh2 da Cavabdeh1la eyni məzmunlu izahat verib məhkəmə iclasında ona qarşı olan ilk iddia tələbini etiraf etdi və qarşılıqlı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir.

17. İddiaçının vəkilinin sifarişi ilə təqdim edilmiş "xxxx" MMC-nin 25 may 2021-ci il tarixli 02-39/21 rəyinə əsasən mübahisədə adı keçən avtomobilin bazar dəyəri 19000 manatdır.

18. Birinci instansiya məhkəməsində şahid X8 bildirmişdir ki, Gədəbəy rayonu, ünvan 1ndə yaşayır, tərəfləri qonşu olmaqla tanıyır. xxx 2-ci Qarabağ Müharibəsində şəhid olmuşdur. İddiaçı xxxın arvadıdır. xx və uşaqları bir evdə bir ailədə yaşamışlar. xxx xxxun ölümündən sonra yas mərasimində xxx evdən 5000 manat pulu onun yanında gəlini İddiaçı vermişdir. Cavabdeh1 və xxx xxx 2020-ci ildə torpaq sahələrinə qırmızı çuğundur əkmişlər. Çuğundurun bir az hissəsi xxx sağlığında satılmış, qalan hissəsi isə Gədəbəy rayonu, ünvan 1ndə xxxin evinə çardağın altına yığılmışdır. xxx şəhid olandan sonra daim xxxgildə olmuşdur. O, çuğundurun yığılmasında və satılmasında köməklik etmişdir. Belə ki, xxxin qapısına toplanmış çuğundur üç ədəd “Kamaz” markalı maşına yüklənmiş, satılması üçün Bakı şəhərində “Meyvəli” bazarında həmişə onların kənd məhsulunun satışını həyata keçirən xxx göndərmişlər. Çuğundurun hər kiloqramı 55 qəpikdən satılmış, 28.500 manat pul isə İddiaçı verilmişdir.

19. Birinci instansiya məhkəməsində şahid X13 bildirmişdir ki, tərəfləri tanıyır, xxxin oğlu xxx xxxla şərikli işləmişdir. xxx müharibəyə getdiyi zaman fəhlələrini o, işlətmişdir. 6150 manat pul borcu qalmış, həmin pulu yas mərasimində xxxə vermək istəmiş, xxx isə pulu İddiaçı verilməsini demiş, o da pulu Ülkərə vermişdir. Həmçinin, xxxın ölümündən sonra üç ədəd “Kamaz” markalı maşın çuğundur məhsulu olmuş, həmin məhsul Bakı şəhərində “Meyvəli” bazarda işləyən xxx göndərilmişdir. xxx ona demişdir ki, məhsulun pulunu xxxə, yoxsa Dilqama versin. xxx onun başı qarışıq olduğundan pulun Dilqama çatacağını bildirdiyindən o, xxx bu barədə demişdir. Məhsulun bütün pulunu xxx Dilqama göndərmişdir.

20. Birinci instansiya məhkə məsində şahid X9 bildirmişdir ki, Gədəbəy rayonu, ünvan 1ndə yaşayır. Tərəfləri qonşu olmaqla tanıyır. Cavabdeh1 oğlu xxxı da tanımışdır. Cavabdeh1 9900 manat məbləğində pulu onun yanında gəlini İddiaçı vermişdir. Qonşuları xxxdən 6150 manat alacaqları olmuş, həmin pulu da xxx İddiaçı vermişdir. xxxgilin həyətində üç “Kamaz” maşını miqdarında çuğundur olmuş, həmin çuğundurun satışından əldə olunan 28500 manat pul da İddiaçı verilmişdir. xxxgilin evinə gediş-gəlişi olan qonşu kimi bunu bilmişdir.

21. Birinci instansiya məhkəməsində şahid X4 bildirmişdir ki, Gədəbəy rayonu, ünvan 1ndə yaşayır. Tərəfləri qonşu olmaqla tanıyır. Cavabdeh1 oğlu xxxı da tanımışdır. xxx xxxun yas mərasimində 5000 manat pul onun yanında İddiaçı verilmişdir. Həmin pul da çuğundurun satışından əldə olunmuş puldur. Bü tün çuğundur məhsulu satılaraq pulu Cavabdeh1 tərəfindən Dilqama verilmişdir. Çuğundurun nə qədər olmasını bilməmiş, amma təxminən 5-6 “Kamaz” maşını qədər olduğunu bilmişdir. O, xxx xxx rəhmətə getdiyi gündən onların evinə gedib-gəlmiş, bu barədə məlumatları dəqiqdir.

22. Birinci instansiya məhkəməsində şahid X6 bildirmişdir ki, Gədəbəy rayonu, ünvan 1ndə yaşayır. Tərəfləri qonşu olmaqla tanıyır. Cavabdeh1 oğlu xxxı da tanımışdır. xxx xxx şəhid olduğu üçün və xxxgilin başları yas mərasiminə qarışdığı üçün xxx xxxla birgə əkmiş olduqları çuğunduru Dilqamın Bakı şəhərinə satmaq üçün apardığını görmüş, ancaq pulunun kimə çatdığını görməmişdir. Çuğundur məhsulu Cavabdeh1 qapısında olmuş, hər biri 20 ton çəkisi olmaqla üç ədəd “Kamaz” markalı maşınla göndərilmişdir.

23. Gədəbəy Rayon Məhkəməsi nin 31 may 2021-ci il tarixli 2(042)-301/2021 nömrəli qətnaməsi ilə ilk iddia və qarşılıqlı iddia tələbləri qismən təmin edilmiş; miras qoyan X11 məxsus “Ford Tranzit” markalı, **-MJ-*** dövlət nömrə nişanlı avtomobildən İddiaçı və onun azyaşlı uşaqlarına düşən 8\10 hissədə payın əvəzinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 15200 manatın kompensasiya olaraq alınıb İddiaçı verilməsi; İddiaçı 27225,10 (iyirmi yeddi min iki yüz iyirmi beş manat on qəpik) manat pul vəsaitinin alınaraq Cavabdeh1 və Cavabdeh2 qaytarılması; ilk və qarşılıqlı iddia tələblərinin qalan hissədə təmin edilməməsi qət olunmuş, eləcə də dövlət rüsumu bölüşdürülmüşdür. (hakim M.Kazımov)

24. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, X7 ölümündən sonra digər əmlaklarla yanaşı, mübahisə predmeti olan ** MJ *** dövlət qeydiyyat nişanlı, “FORD Transit” yük avtonəqliyat vasitəsi miras qalmışdır. xxx xxxun qanun üzrə vərəsələri kimi valideynləri Cavabdeh1 1/10 hissədə paya, anası Cavabdeh2 1/10 hissədə paya və İddiaçı onun azyaşlı uşaqları ilə birlikdə 8/10 hissədə paya vərəsəlik hüquqları tanınmışdır. Qeyd olunan şəxslər ** MJ *** dövlət qeydiyyat nişanlı, “FORD Transit” yük avtonəqliyyat vasitəsinə miras şərikləridir.

25. Birinci instansiya məhkəməsi qeyd edib ki, iddiaçı ona və azyaşlı uşaqlarına düşən miras payına görə cavabdehlərdən kompensasiya tələb edir. Cavabdehlər isə bu iddia tələbini etiraf edirlər və miras şəriki olaraq iddiaçı və onun azyaşlılarına düşən paya görə kompensasiya verməyə etiraz etmirlər.

26. Birinci instansiya məhkəməsi MPM-in 52.2 və 52.5-ci maddələrinə istinadən hesab edib ki, cavabdehlərin iddia tələbini etiraf etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Odur ki, cavabdehlərin iddia tələbini etiraf etmələri qəbul edilməlidir.

27. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilənlərə əsasən ilk iddia üzrə belə qənaətə gəlib ki, ilk iddia tələbi qismən təmin edilməli, X7 ölümündən sonra miras qalmış ** MJ *** dövlət qeydiyyat nişanlı, “FORD Transit” yük avtonəqliyat vasitəsinin bazar qiyməti 19.000 manat qiymətləndirilməklə iddiaçiya və azyaşlı uşaqlarına düşən 8/10 hissə paya görə cavabdehlərdən kompensasiya olaraq 15.200 manat alınıb iddiaçıya verilməlidir.

28. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbi üzrə tədqiq olunmuş sübutlar əsasən qeyd edib ki, cavabdehlər, onları n oğlu xxx xxx və sonuncunun arvadı olan iddiaçı bir ailə olaraq eyni fərdi yaşayış evində Gədəbəy rayon ünvan 1ndə yaşamışlar. Onların vahid ailə təsərrüfatı, bir büdcələri, bir qazancları və xərcləri olmuşdur. 2020-ci ildə qeyd olunan ailə təsərrüfatı tərəfindən Gədəbəy rayonu, ünvan 1ndə çuğundur əkib becərmişlər. Həmin çuğundurun satışı ilə 5000 manat, 9900 manat 6150 manat və 28.500 manat olmaqla cəmi 49.500 manat qazanc əldə edilmiş, həmin pul ilk İddiaçı verilmişdir.

29. Birinci instansiya məhkəməsi hesab edib ki, qarşılıqlı iddia tələbinin qanuni əsaslarını Mülki Məcəllənin 213.1, 214.1, 1151.2, 157.2-ci maddələri təşkil edir.

30. Birinci instansiya məhkəməsinin mövqeyinə görə qarşılıqlı iddiaçıların tələb etdiyi 49.500 manat məbləğində pul vəsaiti bölünən əşya olaraq Cavabdeh1, ar vadı Cavabdeh2, oğlu X7 və sonuncunun arvadı İddiaçı ümumi paylı mülkiyyətidir. Onların qeyd olunan pul vəsaitinə bərabər olmaqla ¼ hissədə payları var. Belə olan halda, hər bir payçıya 49.500 manat pul vəsaitinin 12.375 manat hissəsi düşür ki, qarşılıqlı iddiaçılara ümumi mülkiyyətdən düşən cəmi pul məbləği 24.750 manat təşkil edir. X2 qeyd olunan ümumi mülkiyyətdə olan pul vəsaitindəki 12.375 manat hissədə payı da miras kütləsinə daxildir və həmin pul vəsaitinin 2/10 hissəsi yəni 2475 manat 10 qəpik hissəsinə qarşılıqlı iddiaçıların payı vardır.

31. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 135.1, 157.2, 213.1, 214.1, 1151.2, 1157, 1274 və 1279-cu maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

32. İddiaçı apellyasiya şikayəti verərə k, qətnamənin qarşılıqlı iddianın təmin edilən hissəsində ləğv, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

33. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Qarşılıqlı iddia tələbində qeyd olunanlar əsassızdır. xxx xxxun 2017-ci ildə bağışladığı pay torpaq sahəsi və fərdi yaşayış evindən mirasın ona çatası payının əldən çıxması üçün cavabdehlər pul tələbi ilə məhkəməyə müraciət etmişlər. Birinci instansiya məhkəməsi isə yalancı şahid ifadələrinə əsaslanmışdır. Cavabdeh1 və Cavabdeh2 tələblərində göstərdikləri pula və çuğundurun əkilməsində iştiraklarına dair hər hansı subut təqdim etməmişlər. Mərhum əri xxx xxx sağlığında cavabd ehlərdən ayrı yaşamış və ayrı təsərrüfatı olmuşdur.

34. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-3171/2021 nömrəli, 25 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Gədəbəy Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli 2(042)-301/2021 nömrəli qətnaməsi qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi və qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun 16 manatının İddiaçı alınması hissəsində ləğv olunmuş, həmin hissədə qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.(hakimlər Rəhman Muradov (sədrlik edən və məruzəçi), Fikrət Mehtiyev və Ədil Məmmədov)

35. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, ilkin iddianın qismən təmin olunmasi hissədə qətnamə mübahisələndirilmir. Qətnamə qarşılıqlı iddianın qismən təmin olunması hissəsində İddiaçı tərəfindən mübahisələndirilmişdir.

36. Apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilən hissə ilə bağlı hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Belə ki, qarşılıqlı iddiaçılar qırmızı çuğundurun satışından əldə olunan 28500 manatın, özlərinə məxsus olan 9900 manatın, 5000 manatın və xxxın xxx adlı şəxsə borc verdiyi 6150 manatın qaytarıldığından həmin məbləğin də İddiaçı vermələrini iddia etsələr də, buna dair hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişlər. Buna baxmayaraq işə baxan birinci instansiya məhkəməsi şahid ifadələrini əsas tutaraq qarşılıqlı iddianı qismən təmin etmişdir.

37. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, mülki prosessual qanunvericiliyə görə, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqs ədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində çağrıla bilər. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Şahid ifadəsi sübut növüdür. Məhkəmə hər bir halda şahidin işdə iştirak edən şəxslərlə, habelə prosesin digər iştirakçıları ilə münasibətlərini aydınlaşdırmalı, onun ifadələrini ciddi yoxlamalı və hərtərəfli qiymətləndirməlidir.

38. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə hazırkı iş üzrə isə dindirilmiş şahidlər X8, X9, X1 Xanbaba Məhərrəm oğlu qarşılıqlı iddiaçıların yaxın münasibətdə olduqları qonşular, şahid X16 isə qarşılıqlı iddiaçıların şəhid olmuş övladları xxx xxxun sağlığında onunla birlikdə şərikli iş görmüş və həmin şəxslər qarşılıqlı iddiaçıların təşəbbüsü ilə məhkəmədə dindirilmişlər. Məhz bu baxımdan, şahid if adələrinin sübut kimi qəbul edilməsi istisna olunmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

39. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin qismən – qarşıqlıqlı iddia tələbini ləğv edilməsi hissəsində ləğv edilməsi, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-301/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.

40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıdan tələb olunan 49.500 manat məbləğində pul vəsaiti bölünən əşya olmaqla cavabdehin, onun arvadına, məhrum oğluna və sonuncunun arvadı İddiaçı ümumi paylı mülkiyyətidir.Qeyd olunan pul vəsaitinə bərabər olmaqla ¼ hissədə payları var. Belə olan halda hər bir payçıya 49.500 manat pul vəsaitinin 12.375 manat hissəsi düşür ki, qarşılıqlı iddiaçılara ümumi mülkiyyətdən düşən cəmi pul məbləği 24.750 manat təşkil edir. Lakin apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1157-ci maddəsini pozaraq qarşılıqlı iddianın rədd edilməsi barədə səhv nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

41. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normaların a müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yo l verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansi yası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarını n düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qarşılıqlı iddianın təmin edilməyən hissəsində mübahisələndirdiyi üçün məhkəmə kollegiyası qətnaməni həmin hissədə yoxlayır.

44. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsi nin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmiş, qarşılıqlı iddia tələbinə tam qiymət vermişdir.

47. Qarşılıqlı iddia tələbi iddiaçıdan pulun tutulması barədədir. Qarşılıqlı iddianın faktiki əsasları baxımından qarşılıqlı iddianın hüquqi əsasını Mülki Məcəllənin əsassız varlanma ilə bağlı normaları təşkil edir. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin normanın tələbinə görə bu iddianın təmin edilməsinin əsas şərti cavabdehin hesabına hüquqi əsas olmadan iddiaçının əmlak əldə etməsi faktının sübut edilməsindən asılıdır.

48. Apellyasiya məhkəməsinin müəyyən etdiyi işin hallarından isə görünür ki, cavabdeh istinad etdiyi halları, yəni iddiaçıya pul verməsini, başqa sözlə onun hesabına hüquqi əsas olmadan iddiaçının əmlak əldə etməsini sübut edə bilməmiş, bununla bağlı heç bir mötəbər sübut təqdim etməmiş, təqdim edilən şahid ifadələrini isə apellyasiya məhkəməsi MPM-in 88-ci maddəsinə uyğun qiymətləndirməklə qəbul etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmaqla prosessual hüquq normaları düzgün tətbiq edilmişdir.

49. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Həmçinin sübutlar əsaslı şübhədən kənar olmalıdır.

50. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia tələbinin sübuta yetirilməsi qarşılıqlı iddiaçının (cavabdehin) üzərinə düşsə də, o, öz tələblərini sübuta yetirə bilmədiyi üçün apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddianı təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini haqlı olaraq ləğv edərək həmin iddianı rədd etmişdir.

51. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

52. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-3171/2021 nömrəli, 25 oktyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar