Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2897/2025 09.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı tələblərinə dair iş üzrə QƏRARİ iş № 2(102)-2784/2025 (Açar sözlər: əsassız varlanma, zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-59/2025 nömrəli, 5 iyun 2025-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qayd asında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. Oğuz rayon Dövlət Notariat Kontorunun xx.xx.1992-ci il tarixli, 17/6622 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə əsasən X4 X6 məxsus ev bünövrəsini aldığı üçün həmin bünövrənin yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsinin X4 daimi istifadəsinə verilməsi, qərarın icrasının xüsusi dövlət torpaq orqanının Oğuz rayon şöbəsinə həvalə edilməsi, layihə-smeta sənədləri hazırlandıqdan sonra tikintinin davam etdirilməsinə icazə verilməsi qərara alınmışdır;
3. Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 75 saylı qərarı ilə Oğuz şəhər sakini İddiaçı Abduləli qızına 599,43 kv.m həyətyanı torpaq sahəsi verilmiş, t orpaq sahəsinə dair məlumat X21 kitabında A 389607 nömrə ilə uçota alınmışdır;
4. İddiaçı Cavabdeh xx.xx.2012-ci ilədək ünvan 2-də yerləşən tikilini özəlləşdirməyi, tikməyi, DƏDRX-dən çıxarışı almağı, sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı və s.səlahiyyətləri etibar etmişdir;
5. X8 Cavanşir Müslüm oğluna xx.xx.2013-cü ilədək harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etmək və onun üzərində sərəncam vermək də daxil olmaqla bir çox səlahiyyətləri etibar etmişdir;
6. Xudiyeva X9 Akşin Cavanşir oğluna xx.xx.2069-cu ilədək ünvan 2-də yerləşən 0,06 ha torpaq sahəsini özəlləşdirməyi, istifadə etməyi, sərəncam verməyi, DƏDRX-dən çıxarışı və lazımi digər sənədləri, 1 saylı arayışı almağı, əmlakı satmağı, bağışlama ğı, ipotekya qoymağı və s.səlahiyyətləri etibar etmişdir;
7. Cavabdeh müraciətinə uyğun olaraq mübahisəli torpaq sahəsinin İddiaçı tərəfindən satılması, Cavabdeh və onun oğlu Akşin Abışzadəyə etibarnamə verilməsi ilə bağlı onlardan 2007-ci ildə 5000 dollar və 2019-cu ildə 700 manat pul alınması mülki xarakterli və məhkəmə səlahiyyətinə aid xüsusatlar olduğundan Oğuz RPŞ-də qeydə alınmış HK1/324 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, araşdırma zamanı izahatı alınmış X7 2000-ci illərin əvvəllərində bacısı Lütfiyyə və həyat yoldaşı İlham Oğuz şəhəri S.Vurğun küçəsində yerləşən 6 sot torpaq sahəsini satmaq istədiklərindən 350 manata torpağı onlardan aldığını, daha sonra onlar torpağı Cavabdeh satdıqlarından pulunu geri aldığını, torpağı n sənədlərinin Cavanşirə verildiyini, Cavanşirin buna görə bacısıgilə 5000 dollar pul verdiyini, Lütfiyyənin isə Cavanşirə 2007-ci ildə torpağı öz adına keçirmək üçün etibarnamə verdiyini, 2019-cu ildə Lütfiyyənin Cavanşirdən daha 700 manat pul aldığını eşitdiyini, bir müddət sonra Lütfiyyənin verdiyi etibarnaməni ləğv etdirdiyini, buna görə Cavanşirin şikayət etdiyini bildirmişdir. Qərara əsasən X13 Lütfiyyəyə pul verərkən yanında olduğunu, Lütfiyyənin həmin pulu torpaq sahəsini satmaq üçün Cavanşirdən aldığını bildirmişdir. Qərara əsasən İddiaçı 2007-ci ildə torpaq sahəsini Cavaşir Abışova verməsi ilə bağlı ona etibarnamə verdiyini, həmin vaxt Cavanşirdən 5000 dollar almadığını, 2019-cu ildə tanımadığı şəxsin zənginə əsasən notariat kontoruna getdiyini, Cavanşirin oğlu Akşin Abışzadədən 700 manat alaraq ona yenidən etibarnamə verdiyini, sonra həmin etibarnaməni ləğv etdirərək həyat yoldaşı İlham Xudiyevin adına etibarnamə verdiyini, Cavanşirə etibarnamə verdiyinə görə peşman olduğunu bildirmişdir; İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı Oğuz şəhəri S.Vurğun küçəsində yerləşən, A 389607 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında ona məxsus olan 0,06 ha həyətyanı torpaq sahəsində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin əməkdaşlarına inventarlaşma işlərinin aparılmasına və mülkiyyət hüququnun həyata keçirilməsinə maneə törədilməsinin cavabdehə qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə Oğuz Rayon Məhkəməsinə müra ciət etmişdir.
9. İlkin iddia belə əsaslandırılmışdır ki, Oğuz şəhəri S.Vurğun küçəsində yerləşən 0,06 ha torpaq sahəsinə mülkiyyət hüququnu qeydiyyata aldıraraq çıxarış verilməsi üçün aidiyyəti orqana müraciət etmişdir. "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-42/2-4494/2023 saylı məktubla müraciətdə xahiş edilən məsələnin həllindən imtina etmişdir. İmtinanın səbəbi isə Cavabdeh İdarənin mütəxəssislərinə ərazidə texniki inventarlaşma işlərinin aparılmasına maneə törətməsi olmuşdur. Halbuki mübahisəli torpaq sahəsi Oğuz rayon X20 Rəyasət Heyətinin xx.xx.1993-cü il tarixli, 14 saylı qərarı ilə iddiaçının qanuni istifadəsinə verilmişdir. Həmin qərardan da göründüyü kimi İddiaçı Oğuz rayon Dövlət Notariat kontorunun xx.xx.1992-ci il tarixli, 17/6622 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə əsasən X6 məxsus ev bünövrəsini aldığı üçün bünövrənin yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsi onun daimi istifadəsinə verilmişdir. 2000-ci ilədək yarımçıq tikililərin arayışla satılması mümkün idi. Oğuz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli sərəncamı ilə Oğuz şəhər sakinlərinin qanuni istifadəsində olan torpaq sahələrinin bəzilərinə sənəd hazırlanmadığı nəzərə alınmaqla həmin torpaqların onların mülkiyyətinə verilməsi qərara alınmışdır. Qanuna görə XDS-nin qərarı sənəd olaraq qəbul edilir. İddiaçı torpağı cavabdehə satmaq üçün 5000 ABŞ dolları pul verməyib, əksinə etibarnamə verib ki, torpağı sənədləşdir, sonra alqı-satqı edərik. 2023-cü ildə cinayət işi nin başlanması barədə rədd qərarı çıxarılıb, bu məsələ orada göstərilib. 2019-cu ildə X5 700 manat alaraq ona 50 il müddətinə etibarnamə verib. İddiaçı 700 manatı xərclərə görə beh kimi alıb.İndi 30000 manata qiymətləndirilən evi 700 manata əldə etmək istəyirlər. Cavabdeh saxta sənədlər düzəltmək istəyib, belə ki, 2013cü ildə Lütfiyyənin adına icra nümayəndəliyindən onun ailə üzvlərinin olmadığına dair arayış alıb, həmin arayışı guya imzalayan şəxs bunu inkar edir. Cavabdeh istəsə iddiaçı torpaq sahəsinin ona satılmasına razıdır. Şahid X1 izahatına iradı yoxdur. İlk iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək İddiaçı idd iasının rədd edilməsi, mübahisəli 599,43 kv.m torpaq sahəsinin hazırkı bazar qiymətinə uyğun olaraq 30000 manat pulun və ödənilmiş 182 manat dövlət rüsumunun cavabdeh İddiaçı alınaraq ona-iddiaçı Cavabdeh verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, 2007-ci ildə İddiaçı ilə şifahi razılaşma əsasında Oğuz şəhərində S.Vurğun küçəsində yerləşən 0,06 ha torpaq sahəsini ondan 5000 ABŞ dollarına almış, torpaq sahəsinin sənədləri olmadığından iddiaçı sənədləşmənin həyata keçirilməsi üçün ona etibarnamə vermişdir. 5000 ABŞ dollarını Lütfiyyənin özünə verib. Ancaq torpaq sahəsinin sənədlərini düzəltmək mümkün olmamışdır. Lütfiyyənin iddia etdiyi torpaq onun evinin yerləşdiyi torpaqla birlikdədir. Həyət sahəsi 10,2 sotdur. 7 sot torpağın r əsmi olaraq vergisini verir. Həmin torpaq sahəsi ataoğul ermənilərin olub. Evi ermənidən 30000 rubla alıb. Evdə yaşayır, texniki pasportu var. Lütfiyyə əl çəkmədiyindən ona da pul verməli olub. Oğlu Aqşinə etibarnamə vermək üçün Lütfiyyə 1000 manat pul istəyib. Sonradan oğlu çətinliklə onu 700 manata razı salıb və həmin pulu verib. İlk iddianın rədd edilməsi, 30000 manat pulun və ödənilmiş dövlət rüsumunun İddiaçı alınıb ona verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
12. Oğuz Rayon Məhkəməsinin (hakim Zeynalova Səadət) xx.xx.2024-cü il tarixli, 2(054)-29/2024 nömrəli qətnaməsi ilə ilk iddia tələbinin təmin edilməsi, ünvan 2 ünvanında yerləşən A 389607 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0,06 ha (599,43 kv.m) həyətyanı torpaq sahəsində texniki inventarlaşma və çöl ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən edilən maneə hərəkətlərinin qadağan edilməsi, qeyd edilən torpaq sahəsi üzərində mütəxəssislər tərəfindən müayinə və ölçmə işlərinin keçirilməsinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 5000 (beş min) ABŞ dolları milli manat ekvivalentində və 700 (yeddi yüz) manat alınaraq qarşılıqlı iddia üzrə iddiaçıya verilməsi, ilk iddia tələbi üzrə ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh alınıb İddiaçı, qarşılıqlı iddia tələbi üzrə 112 manat dövlət rüsumunun qarşlıqlı iddia üzrə cavabdeh İddiaçı alınıb qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
13. Məhkəmə ilk növbədə müəyyən etmişdir ki, tor paq sahibi adına çıxarış alınması üçün aidiyyəti orqana müraciət etmiş, rəsmi şəkildə imtina təqdim edən 9 saylı Ərazi İdarəsi bunu torpaq sahəsi üzərində mübahisə səbəbli torpaq sahəsində çöl ölçmə işlərinin aparılmasının mümkün olmaması ilə əsaslandırmışdır. Mübahisənin cavabdehqarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən yarandığı təsdiq edilmişdir. Cavabdeh bu hərəkətini əsaslandıraraq bildirmişdir ki, İddiaçı ilə razılaşma əsasında mübahisəli torpaq sahəsini ondan satın almış, lakin torpaq sahəsinin sənədləri qaydasında olmadığından notarial qaydada alqı-satqı həyata keçirilməsi mümkün olmamış, İddiaçı torpağın dəyəri olaraq 5000 ABŞ dolları əvəzində 2007-ci ildə ona etibarnamə ilə geniş səlahiyyətlər vermişdir. Buna baxmayaraq sənədlərin hazırlanması mümkün olmamışdır, çünki tor paq sahəsinə iddiaçının adına verilmiş plan və ölçü sənədinin heç bir əsası olmadığındn həmin sənəd qanuni olaraq qəbul edilmir. Bundan başqa özü həmin torpaq sahəsini və hazırda istifadəsində olan digər sahəni Gürcüstan Respublikasında adı qeyd edilən ermənidən satın almışdır. Sonralar İddiaçı israr etdiyindən ona 5000 dollar pul vermişdir. Həmin məbləğ etibarnamə verilərkən notariat kontorunda oğlu Seymurun, habelə Lütfiyyənin qardaşı Qəhrəman Hidayətovun iştirakı ilə ona verilmişdir. Sənəd hazırlamaq mümkün olmadığından Lütfiyyə 2019-cu ildə yenidən notarial qaydada bütün mühüm səlahiyyətlərin göstərildiyi etibarnaməni onun oğlu Aqşin Abışzadəyə vermiş, həmin vaxt Aqşindən 700 manat pul almışdır. Beləliklə, ilk iddiaçının torpaq üzərində hüququnun olmadığı nəzərə alınmaqla ilk iddia rəd d edilməlidir. Bundan əlavə qiymətləndirici tərəfindən verilmiş rəyə əsasən mübahisəli torpağın hazırki bazar dəyəri 30000 manatdır. Buna görə də Lütfiyyə həmin məbləği ona ödəməlidir.
14. Məhkəmə ilk iddia tələbinə münasibətdə bildirmişdir ki, iş materialları ilə müəyyən edildiyi kimi mübahisələndirilən torpaq sahəsi 1993-cü ildə Oğuz rayon XDS Rəyasət Heyətinin qərarı ilə iddiaçının qanuni istifadəsinə verilmişdir, hazırda qüvvədə olan sənədlərlə iddiaçının torpaq sahəsi üzərində üstün hüquqlarının olduğu müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, ilk iddia tələbi təmin edilməlidir.
15. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə bildirmişdir ki, qarşılıqlı iddiaçı mübahisəli torpağın bazar dəyəri olaraq 30000 manat pulun alınıb ona verilməsini tələb etsə də, qeyd olunduğu kimi hazır da iddiaçının həmin torpaq sahəsi üzərində üstün hüquqları müəyyən edilir. Buna baxmayaraq qarşılıqlı iddiaçı həm torpağın dəyərini tələb edir, həmçinin ilk iddianın təmin edilməsinə etiraz edir. Belə olan halda qarşılıqlı iddiaçının həm torpaq sahəsini özündə saxlamaq, həm də onun hazırkı bazar dəyərinə uyğun pulunu tələb etmək istəyi məntiqə uyğun hesab edilmir.
16. Məhkəmə qarşılıqlı iddianın ikinci hissəsinə münasibətdə hesab etmişdir ki, qarşılıqlı iddiaçınn pul tələbinin məbləği etibarnamələr verilərkən iddiaçıya verilmiş 5000 dollar və 700 manat həddində müəyyən edilməlidir. Belə ki, ilk iddiaçı 700 manat pulun Cavanşirin oğlu tərəfindən ona verildiyini etiraf edir və bunun beh kimi qəbul edildiyini bildirir. 5000 ABŞ dolların pulun verilməsi İddiaçı tərəfindən qəbul edilməsə də, mə hkəmə iddiaçı tərəfin arqumentlərinə tənqidi yanaşır, belə ki, iddiaçının nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, 2007-ci ildə etibarnamə Cavabdeh verilərkən torpağın sənədləri hazırlandıqdan sonra tərəflər arasında rəsmi alqı-satqının olacağı qərarlaşdırılmışdır, lakin etibarnamənin məzmunundan göründüyü kimi həmin etibarnamə ilə Cavabdeh geniş səlahiyyətlər verildiyindən torpaq sahəsinin sənədləşdirilməsi mümkün olduğu təqdirdə o, əmlakın özgəninkləşdirilməsi, satılması, bağışlanması və s. kimi geniş səlahiyyətlərdən istifadə edə biləcək və iddiaçı qarşısında hər hansı öhdəlik daşıması absurd hesab olunacaqdı. Belə olan halda ilk iddiaçının torpaq sahəsinə görə etibarnamə verilərkən pul almaması inandırıcı hesab edilmir. Bundan əlavə məhkəmə iclasında İddiaçı qardaşı Qəhrəman Hi dayətovun şahid qismində izahatı həm iddiaçı, həm də cavabdeh tərəfindən qəbul edilmiş və etiraza səbəb olmamışdır. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan göründüyü kimi Qəhrəman Hidayətov 5000 dollar pulun bacısına verildiyinin bilavasitə şahidi olduğunu bildirmiş, məhkəmə iclasında verdiyi izahatla isə həmin faktı dolayı yolla təsdiq etmişdir.
17. Buna görə də məhkəmə şahidin hər iki izahatını ümumiləşdirməklə hesab etmişdir ki, həqiqətən 5000 ABŞ dolları məbləğində pul İddiaçı verilmişdir. Hazırda həmin məbləğin və 2019-cu ildə verilmiş 700 manat pulun vaxtilə İddiaçı tərəfindən alınması üçün hər hansı qanuni əsas və ya müqavilə əsası müəyyən edilmədiyindən pulun onda qalmasını məhkəmə əsassız varlanma kimi qiymətləndirməklə hesab etmişdir k i, İddiaçı 5000 ABŞ dolları və 700 manat pul alınaraq Cavabdeh verilməklə qarşılıqlı iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.
18. Məhkəmə gəldiyi nəticəni Konstitusiyanın 13,29 və 60-cı; Mülki Məcəllənin 14.2.7, 139.1, 139.3, 152.1, 157.2, 157.8, 439.4, 1091.1, 1091.2, 1092.1 və 1093.1-ci; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.3 və 217.4-cü, həmçinin “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 17-ci, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. İddiaçı apelyasiya şikayəti verərək Oğuz Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli 2(054)- 29/2024 nömrəli qətnaməsinin qismən – iş üzrə qarşılıqlı iddianın qism ən 5000 (beş min) ABŞ dollarına münasibətdə təmin olunması hissəsində və qarşılıqlı iddia tələbi üzrə 105 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınıb qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsi hissəsində ləğv edilməsini və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. İddiaçı göstərmişdir ki, məhkəmə qətnaməsinin qarşılıqlı iddia üzrə iddianın qismən təmin olunması hissəsi ilə razı deyil. Çünki həmin hissədə məhkəmə tərəfindən qətnamə düzgün əsaslandırılmamış, qarşılıqlı iddia tələbində torpağın dəyəri istənilsə də, məhkəmə verilməsi sübuta yetirilməmiş 5000 (beş min) ABŞ dolları pulun 17 ildən sonra eyni miqdarda qaytarılması barədə qanunsuz və əsassız qətnamə qəbul etmiş, sübutları araşdırmada n və düzgün qiymətləndirmədən, formal mülahizələr və ehtimallarla səhv nəticəyə gəlmişdir. Məhkəmə torpağın sənədlərini iddiaçının qardaşı tərəfindən cavabdehə nə vaxt verildiyinə də aydınlıq gətirməmişdir. İddiaçı məxsus torpağı Cavabdeh “satan” şəxs sonradan aldığı pulu qaytarmamaq üçün həmin pulun guya bacısının aldıqı barədə polis şöbəsində yalan ifadə vermişdir. Lakin məhkəmə iclasında yalan ifadə verməmək barədə iltizama imza etdikdən sonra pulun bacısına verildiyini görmədiyi və bu barədə Cavabdeh oğlu X10 eşitdiyini demişdir. Bundan əlavə məhkəmə hansı səbəbdənsə qarşılıqlı iddiaçının 2007-2009-cu və 2019-2023-cü illər ərzində torpağı sənədləşdirmədiyinə, bir dəfə də olsa DƏDKR PHŞ-yə müraciət edib etmədiyinə münasibət bildirməmişdir. Görünür Cavabdeh məhkəmənin qətnamədə qeyd etdi yi kimi etibarnamə ilə ona verilmiş geniş səlahiyyətlərdən istifadə edərək ilkin iddiaçının torpağını qanunsuz yolla öz adına sənədləşdirmək istəmişdir. İlkin iddia üzrə iddiaçı tərəfindən məhkəməyə kifayət qədər dəlil və sübut təqdim edilmişdir. Həm də həmin dəlillər və sübutlar kifayət qədər əsaslandırılmışdır. Cavabdeh qarşılıqlı iddiada və məhkəmə iclaslarında özünün və dəvət etdiyi şahidlərin verdikləri ifadələrdə torpağın guya ona məxsus olması barədə görüntü yaratmağa çalışmış, həmin torpağın sənədləşməsinin qeyri-mümkün olmasını israrla bildirmişdir. Lakin bütün bunlar sübuta yetirilmədiyi üçün ilkin iddia üzrə iddia tələbi tam təmin olunmuşdur. Məhkəmənin qətnamənin təsviri və əsaslandırıcı hissələrində anlaşılmaz formada qeyd etdiyi xüsusatlar nəticə hissəsi ilə uzlaşmır. Qətna mə yalnız formal mülahizələrlə əsaslandırılmışdır. Qarşılıqlı iddia torpağın dəyəri kimi 30000 (otuz min) manat pulun alınması barədədir. Məhkəmə isə səhvən bu tələbi qarşılıqlı iddia üzrə cavabdehə guya verilmiş 5000 (beş min) ABŞ dolları və onun etiraf etdiyi 700 (yeddi yüz) manat pulun tələb edilməsi kimi qəbul etmişdir. Əgər belə olsaydı əvvəl həmin pulun verilməsi sübut olunmalı idi. Bundan sonra indeksasiya barədə ekspertiza təyin olunmalı idi. Bütün bunların əksinə olaraq məhkəmə son dərəcə səhv nəticəyə gələrək, qətnamədə yazır: “...etibarnamənin məzmunundan göründüyü kimi həmin etibarnamə ilə Cavabdeh geniş səlahiyyətlər verildiyindən torpaq sahəsinin sənədləşdirilməsi mümkün olduğu təqdirdə o, əmlakın özgəninkiləşdirilməsi, satılması, bağışlanması və s. kimi geniş səlahiyyətlərdə n istifadə edə biləcək və iddiaçı qarşısında hər hansı öhdəlik daşıması absurd hesab olunacaqdı. Belə olan halda ilk iddiaçının torpaq sahəsinə görə etibarnamə verilərkən pul almaması inandırıcı hesab edilmir.” Məhkəmənin bu qənaətinə görə belə çıxır ki əmlakın alqı satqısı üçün etibarnamə kifayətdir və notariat qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinə ehtiyac yoxdur. Göründüyü kimi bu hissədə absurd hesab olunan məhkəmənin mövqeyidir. Bundan başqa məhkəmə qətnamədə şahid Qəhrəman Hidayətovun izahatının həm iddiaçı həm də cavabdeh tərəfindən qəbul edildiyi və etiraza səbəb olmadığı barədə qeyd edir. Az qala məhkəmə demək istəyir ki, ilk İddiaçı vəkili 5000 (beş min) ABŞ dolları pulun ona verildiyini etiraf etmişdir. Qəhrəman Hidayətovun həmin pulun onun yanında verilmədiyini bildirir. Bu ifadəyə hansı səbəblə onların tərəfindən etiraz edilməli olduğu başa düşülən deyil.
21. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 da аpellyаsiyа şikаyəti vermiş və Oğuz Rayon Məhkəməsinin 2(054)-29/2024-nömrəli, 16 fevral 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsini, iddiaçı Cavabdeh “mübahisəli 599,43 kv.m torpaq sahəsinin hazırki bazar qiymətinə uyğun olaraq 30000 manat pulun və ödənilmiş 182 manat dövlət rüsumunun cavabdeh İddiaçı alınaraq onaiddiaçı Cavabdeh verilməsi” barədə iddasının təmin edilməsini xahiş etmişdir.
22. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi məhkəmə iddianın təmin edilməsinə və qarşılıqlı iddianın qismən təmin edilməsinə dair belə nəticəyə gəlmişdir ki, qarşılıqlı idd iaçı mübahisəli torpağın bazar dəyəri olaraq 30000 manat pulun alınıb ona verilməsini tələb etsə də, qeyd olunduğu kimi hazırda iddiaçının həmin torpaq sahəsi üzərində üstün hüquqları müəyyən edilir. Belə olan halda qarşılıqlı iddiaçının torpaq sahəsinin hazırkı bazar dəyərinə uyğun pulunu tələb etmək tələbi təmin edilmir. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni sayıla bilməz. İşin faktiki halları ondan ibarətdir ki, ölkədə torpaq islahatları gedən vaxt yaşadığı evin yaxınlığında yerləşən və islahatdan əvvəl istifadəsində olan 599,43 kv.metr torpaq sahəsinin Oğuz rayonAqrar İslahat Komissiyasının 75-nömrəli, 05 noyabr 1998-ci il tarixli qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş və onun adına xx.xx.2012-ci il tarixdə AN 389607nömrəli kadastr planı işlənmişdir. Həmin torpaq sahəsi isl ahatdan əvvəl bu günədək istifadəsində olduğundan və həmin torpaq sahəsinin yararlı hala salınmasına xərc çəkdiyindən həmin torpaq sahəsini İddiaçı ilə razılaşıb satın almaq qərarına gəldi. Bundan sonra İddiaçı tərəfindən 599,43 kv.metr torpaq sahəsi Cavabdeh satılmış, torpaq sahəsinə dair sənədlərin əslləri İddiaçı tərəfindən Cavabdeh təhvil verilmiş, 599,43 kv.metr torpaq sahəsinə görə Cavabdeh ilə İddiaçı arasında razılaşdırılmış pul məbləği Cavabdeh tərəfindən İddiaçı ödənilmiş, İddiaçı ilə onun əri X17 birinci dəfə 2007-ci il tarixdə 5 illik ƏN-İ099545-nömrəli etibarnamə, sonra 50 illik torpaq sahəsi üzərində sərəncam vermək səlahiyyəti olmaqla 7E-13870 reyestr nömrəli etibarnamə vermişdir. Bir müddət keçdikdən sonra məlum oldu ki, İddiaçı həmin 599,43 kv.metr torpaq sahəsini başqa şə xsə satmaq istəyir. Bundan sonra İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnun həyata keçirilməsinə maneə törədilməsinin qadağan edilməsi barədə” iddia qaldırmışdır. İşə mənkəmədə baxılarkən ilk iddiaçı 700 manat pulun Cavanşirin oğlu tərəfindən ona verildiyini etiraf etmiş və bunun beh kimi qəbul edildiyini bildirmişdir. 5000 ABŞ dolların pulun verilməsi İddiaçı tərəfindən qəbul edilməsə də, məhkəmə iddiaçı tərəfin arqumentlərinə tənqidi yanaşmışdır. Belə ki, iddiaçının nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, 2007-ci ildə etibarnamə Cavabdeh verilərkən torpağın sənədləri hazırlandıqdan sonra tərəflər arasında rəsmi alqı-satqının olacağı qərarlaşdırılmışdır, lakin etibarnamənin məzmunundan göründüyü kimi həmin etibarnamə ilə Cavabdeh geniş səlahiyyətlər verildiyindən torpaq sahəsini n sənədləşdirilməsi mümkün olduğu təqdirdə o, əmlakın özgəninkləşdirilməsi, satılması, bağışlanması və s. kimi geniş səlahiyyətlərdən istifadə edə biləcək və iddiaçı qarşısında hər hansı öhdəlik daşıması absurd hesab olunacaqdı. Belə olan halda ilk iddiaçının torpaq sahəsinə görə etibarnamə verilərkən pul almaması inandırıcı hesab edilmir. Hazırda həmin torpaq sahəsinin ərazi üzə mövcud bazar qiyməti 30-35 min manatdır. Hesab edir ki, tərəflər arasında öhdəliyin yaranmasına dair hər hansı əqd mövcud deyil. Bu baxımdan İddiaçı Cavabdeh həmin torpaq sahəsinin satışından pul aldığı halda həmin torpaq sahəsini başqa şəxsə satmaqla iddiaçının hesabına əmlak əldə etmiş əsassız varlanan şəxs sayılır. İddiaçı əsassız varlanmadan əldə etdiyi vəsaiti Cavabdeh qaytarmalı olduğundan hesab edir ki, həm in vəsaitin ümumi miqdarını müəyyən edərkən, mübahisəli torpaq sahəsinin hazırkı bazar iqtisadiyyatında tələb və təklifə uyğun olaraq dəyəri əsas götürülməklə, 599,43 kv.metr torpaq sahəsinin hazırki bazar qiymətinə uyğun olaraq müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, qarşılıqlı iddia təmin edilərək, mübahisəli 599,43 kv.metr torpaq sahəsinin hazırki bazar qiymətinə uyğun olaraq 30000 (otuz min) manat pul və dövlət rüsumuna görə ödənilmiş 182 manat pul cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh verilməli idi. Ona görə ki, artıq bu qəbildən olan işlər üzrə Ali Məhkəmənin formalaşmış məhkəmə təcrübəsi mövcuddur. Sözügedən qətnamə Ali Məhkəmənin formalaşmış məhkəmə təcrübəsinə ziddir. Hesab edir ki, qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
23. Şəki Apellyasiya Məhkəməsinin 02 iyul 2024-cü il tarixli 2(107)-763/2024 saylı qərardadı ilə təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirl iyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/5482-9/5693 saylı ekspert rəyində, ünvan 3 ünvanında yerləşən mübahisə predmeti olan 5.99 sot (599.43 kv.m) torpaq sahəsinin hazırkı orta bazar qiymətlərinə uyğun olaraq dəyərinin təqribən 32945.00 manat məbləğində müəyyən olunduğu qeyd olunmuşdur.
24. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Elman İsayev - sədrlik edən və məruzəçi, Ələddin Məcidov və Elçin Mehdiyev) 2(107)-59/2025 nömrəli, 5 iyun 2025-ci il tarixli qətnaməsi ilə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş аpellyаsiyа şikayətinin qismən təmin edilməsi, Oğuz Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tаrixli, 2(054)-29/2024 nö mrəli qətnaməsinin qismən, yəni qarşılıqlı iddiaya münasibətdə ləğv edilməsi, həmin hissədə yeni qətnamənin qəbul edilməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı “30.000 manat pulun və 182 manat dövlət rüsumunun alınması”na dair qarşılıqlı iddia tələbinin təmin edilməsi, cavabdeh İddiaçı 30.000 manat pul və 182 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı Cavabdeh verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
25. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında rəsmi qaydada alqı-satqı müqaviləsi olmasa da, şahidlərin izahatları ilə onlar arasında şifahi qaydada alqı-satqının olması öz təsdiqini tapır.
26. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/5482-9/5693 saylı ekspert rəyinə istinad edən məhkəmə kollegiyası qeyd etmişdir ki, nəzərə alınma lıdır ki, mülki hüquq subyektləri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməlidirlər. Eyni zamanda mülki prosesdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Mülki və mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş bu qaydalar digər məsələlərlə yanaşı, həm də məhkəmədə işlərə baxılması zamanı qeyrimüəyyənliyin, məhkəmə aktlarının qeyri-sabitliyinin aradan qaldırılmasına xidmət edir. Bu baxımdan mülki və mülki prosessual hüquqlarından sui-istifadə etmiş subyektlər bunun nəticəsində yaranmış qeyri-müəyyənliklərdən irəli gələn riskləri də daşıyırlar.
27. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, İddiaçı Cavabdeh mübahisəli torpaq sahəs inin satışından pul aldığı halda həmin torpaq sahəsinin geri tələb etməklə əsassız varlanan şəxs sayılır. İddiaçı əsassız varlanmadan əldə etdiyi vəsaiti Cavabdeh qaytarmalı olduğundan məhkəmə həmin vəsaitin ümumi miqdarını müəyyən edərkən, mütəxəssis, ekspert rəyləri və mübahisəli torpaq sahəsinin hazırkı bazar iqtisadiyyatında tələb və təklifə uyğun olaraq dəyəri əsas götürülməklə, iddia tələbi həmin hissədə təmin olunaraq torpaq sahəsinin hazırkı bazar qiymətinə uyğun olaraq 30000 manat müəyyən edilməsini ağlabatan və qanuni hesab edir.
28. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.8, 439.4, 1091.1, 1091.2, 1092.1 və 1093.1-ci; Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4, 218.1, 372.1, 372.6, 372.7, 384.0.2, 385.1.1, 385.1.3, 385.1.4, 386, 387.1, 389 və 390-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. İddiaçı (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək, “Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(107)-59/2025 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı apelyasiya şikayətinin təmin edilməsi, Cavabdeh apelyasiya şikayətinin isə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini” xahiş etmişdir.
30. Kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmə İddiaçı öhdəliyinin yaranması əsası kimi, iki əsas müəyyən etmişdir: birincisi, alqı-satqı müqaviləsi, ikincisi, əsasız varlanma. Birinci əsas işdə hansısa sübutla öz təsdiqini tapmır. İş materialında alqı-satqı müqviləsinə dair hansısa yazılı sənəd, satıcı olan İddiaçı torpağın dəyəri olan məbləği almasına dair hər hansı sübut olmadan belə nəticəyə gəlməsi məhkəmənin sübutlar əsasında qiymət vermədiyini göstərir. İkinci əsasla bağlı qeyd edilməlidir ki, əsassız varlanma hazırkı mübahisənin predmeti deyildir. Çünki İddiaçı torpağın dəyərini almasını təsdiq edən hər hansı sübut olmadan onun əsasız varlanması qənaətinə gəlmək əsasız varlanmanın mahiyyətinə ziddir. Beləliklə, məhkəmə bu normanı düzgün tövsif etməmiş və hüquqi qiymət verən zaman bu normadan formal olaraq belə istifadə etməmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, məhkəmə cavabdehdən (İddiaçı) 30000 manat pulun tutulmasını onunla əsaslandırmışdır ki, guya işdə olan sübutlar (yalnız şahid ifadləri) əsasında müəyyən edilir ki, İddiaçı ona məxsus olan torpaq sahəsini Cavabdeh satmış, lakin heç bir əsas olmadan həmin torpaq sahəsini Cavabdeh verməməklə əsassız varalanmışdır. Bu səbəblə də 30000 manat pulu Cavabdeh verməlidir.
31. Bundan başqa əgər tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmışdırsa alıcı kimi Cavabdeh torpağın dəyərini ödəməsi ilə bağlı sübutu tələb etməli idi. Sübutun əldə edilməməsi ilə bağlı risk də ona aiddir. Yəni belə bir sübut yoxdursa Cavabdeh torpağın da dəyərini ödəməmişdir. Lakin məhkəmə bunun tam əksi qənatinə gəlməklə yalnış nəticəyə gəlmişdir.
32. Bundan başqa İddiaçı başqasının əmlakını deyil öz əmlakını tələb edir. Çünki iş materiallarında bir dənə olsun sübut yoxdur ki, İddiaçı digər iddaçı Cavabdeh nəsə əldə edib. İş materiallarından aydın olur ki, digər iddiaçı Cavabdeh öz hərəkətlə ri ilə İddiaçı mane olur ki, öz mülkiyyət hüququnu həyat keçirsin. Burdan da aydın olur ki, əsasız varlanmadan söhbət gedə bilməz.
33. Kassator qeyd etmişdir ki işin halları nəticəyə uyğun gəlmir. Çünki qanunla müəyyən edilmiş qaydada sübut edilməli olan hallar var ki, məhkəmə həmin halları qanunla müəyyən edilmiş qaydada sübut etmədən öz fərziyələri ilə qiymət verib yanlış nəticəyə gəlmişdir. Birincisi, alqı-satqı müqaviləsinin bağlanmasını qeyd edə bilərik ki, iş materiallarında bununla bağlı hər hansı yazılı sənəd olmamasına baxmayaraq belə qənaətə gəlmək qanunun tələblərini pozmaqdır. İkinci məqam ondan ibarətdir ki, Cavabdeh torpağın dəyərini ödəmişdirsə bununla bağlı sübutunu da təqdim etməli idi. Lakin iş materiallarında belə bir sübut olmamasına baxmayaraq məhkəmənin belə nəticəy ə gəlməsi yuxarıda qeyd oluna normanın tələblərinin pozulmasına gətirib çıxarmışdır.
34. Kassasiya şikayətinin dəlilləri Mülki Məcəllənin 386.1, 433.3, 1091 və 1092-ci; Mülki Prossesual Məcəllənin 88 və 385.1.2-ci maddələrinə istinadən əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
36. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
37. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanun da və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
38. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
39. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
40. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
41. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
42. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
43. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
44. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
45. Maddə 560.2. Hüquqdan sui-istifa dəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
46. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi.
47. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
48. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
49. Maddə.1092. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya ş ikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
57. Kassasiya şikayətində qətnamə qarşılıqlı iddia hissəsində mübahisələndir ildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
58. Tərəflər arasında torpaq sahəsinin alqı-satqısına dair müqavilənin forma şərtinin pozulması ilə şifahi qaydada bağlanması, bu səbəbdən həmin razılaşmanın hüquqi nəticə doğurmaması və cavabdehin sahə üzərində hüququnun meydana gəlmədiyi məhkəmələr tərəfindən müəyyən edilmişdir. Bu səbəbdən torpaq sahəsində müayinə və ölçmə işlərinin aparılmasına törədilən maneçiliyə son qoyulması barədə ilkin iddia təmin edilmişdir (§ 12).
59. Qarşılıqlı iddia isə mübahisəli torpaq sahəsinin hazırkı dəyərinə uyğun 30.000 manat pulun tutulması barədədir (§ 10-11).
60. Məhkəmələr qeyd edilən razılaşma çərçivəsində sahənin əldə edilməsi üçün Cavabdeh 5000 ABŞ dolları və 700 manat məbləğ ində pulu İddiaçı ödədiyini müəyyən etmişlər.
61. Bu səbəbdən birinci instansiya məhkəməsi həmin vəsaiti əsassız varlanma qaydasında sonuncudan tutmuş, qarşılıqlı iddianı qalan hissədə rədd etmişdir (§ 12).
62. Apellyasiya instansiyası məhkəməsi isə qarşılıqlı iddianı tam təmin edərək torpaq sahəsinin hazırkı orta bazar qiymətinin təqribən 32945.00 manat məbləğdə olduğunu ekspertiza rəyi ilə müəyyənləşdirmiş və iddia tələbində göstərilən 30.000 manat pulu İddiaçı Cavabdeh xeyrinə tutmuşdur (§ 23-24).
63. İddiaçı bundan narazı qalaraq verdiyi kassasiya şikayətində göstərmişdir ki, əsasız varlanma ilə bağlı normalar işə düzgün tətbiq edilməmişdir.
64. Kassasiya məhkəməsi şikayəti qismən haqlı hesab edərək bildirir ki, qarşılıqlı iddianın əsassız varlanma qaydalarına uyğun yoxlanılması doğr u olsa da, tutulan məbləğin torpağın bugünkü bazar dəyəri ilə müəyyənləşdirilməsi qanuni və əsaslı olmamışdır. Başqa sözlə, mübahisə həll edilərkən hüququn tətbiqində səhvə yol verilmişdir.
65. Təbii ki, əhəmiyyətsiz əqd əsasında qazanılmış əmlak müqavilə və ya qanuni əsas olmadan əldə edildiyi üçün əsassız varlanma təşkil edir. Etibarsız əqd əsasında əldə edilənlər qaytarılmaqla tərəflər qarşılıqlı olaraq əvvəlki vəziyyətə gətirilməlidirlər (ikitərəfli restitusiya). Bu qaydalar Mülki Məcəllənin 337-ci maddəsində aşağıdakı kimi göstərilmişdir: “Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamı sını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir” (§ 41-42).
66. Hazırkı işdən görünür ki, torpaq sahəsinə olan maneələrin aradan qaldırılması barədə İddiaçı iddiası, başqa sözlə, Cavabdeh əhəmiyyətsiz əqd əsasında sahibliyinə aldığı torpaq sahəsinin geri qaytarılması təmin edilmişdir.
67. Belə olan halda İddiaçı da eyni keçərsiz razılaşma əsasında əldə etdiyi pul vəsaiti Cavabdeh qaytarılmalıdır.
68. Bununla belə, məhkmə tərkibi hesab edir ki, İddiaçı tutulan pul məbləği müəyyənləşdirilərkən tətbiq olunan hüquq normalarının şərtləri gözardı edilməməlidir.
69. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (v arlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
70. Normanın məzmunundan göründüyü kimi, tələbin əsassız varlanma qaydasında təmin edilməsi üçün cavabdehin əmlak əldə etməsi, həmin əmlakı iddiaçının əmlakı hesabına əldə edilməsi və bu əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn əsasın olmaması zəruridir.
71. Baxılan işdə İddiaçı hüquqi əsas olmadan Cavabdeh 5000 ABŞ dolları və 700 manat əldə etməsi müəyyən edilsə də, bu vəsaitdən artıq məbləği məhz Cavabdeh əmlakı hesabına əldə etdiyi apellyasiya məhkəməsi tərəfindən əsaslandılmamışdır.
72. Kassasiya məhkəməsi İddiaçı Cavabdeh hesabına torpaq sahəsinin hazırkı dəyəri həcmində varlanması barədə mövqe ilə razılaşmır.
73. Ona görə ki, əvvəla, belə yanaşma sözügedən torpaq sahəsin i əldə etmiş şəxsə əşyanın itgisinə görə bərabər dəyərdə kompensasiya verilməsinə dəlalət edir. Halbuki, torpağa dair Cavabdeh bağladığı razılaşma etibarsız olduğundan o, həmin əşyanın mülkiyyətini əldə etməmişdi. Mülkiyyəti qazanılmamış predmetin geri qaytarılmasına görə onun bugünkü dəyərinin qarşı tərəfdən tutulması, dolaylı da olsa həmin əmlakın hüquqi baxımdan qazanılması nəticəsinə bərabər olur. Sadəcə olaraq, əşyanın özü deyil, mövcud bazar dəyəri pulla əldə edilir. Belə yanaşma əhəmiyyətsiz əqdin heç bir hüquqi nəticə yaratmaması barədə əsas qayda ilə uzlaşmır.
74. Digər tərəfdən, torpaq sahəsi Cavabdeh mülkiyyətinə keçmədiyi üçün onun geri qaytarılması nəticəsində İddiaçı həmin sahə və ya onun dəyəri həcmində (üstəlik Cavabdeh hesabına) varlanmış olmur. Tərəflər arasında bağlanmış əqd, etibarsız olması səbəbindən hüquqi nəticə yaratmadığına görə torpaq onsuz da İddiaçı əmlak aktivində qalmışdı. Cavabdeh əşyaya sadəcə sahiblik edirdi. İlkin iddianın qaldırılması ilə qanunsuz sahiblik vəziyyətinə keçən bu hal (maneçilik) məhkəmə tərəfindən təsbit edilərək ilkin iddia təmin olunmuşdur. Nəticə etibarilə, İddiaçı onsuz da öz əmlakında olan torpaq sahəsinin sahibliyinin özünə qaytarılması barədə məhkəmə aktının çıxarılmasına nail olmuşdur. Qeyd edilənlər İddiaçı torpaq sahəsini (və ya onun dəyərini) Cavabdeh hesabına qazanmadığını aydın şəkildə ortaya qoyur.
75. Belə olan halda qarşılıqlı iddia həll edilərkən torpaq sahəsinin hazırkı dəyərinin əsassız varlanma qaydasında İddiaçı tutulması Mülki Məcəllənin 1091-ci maddəsinin şərtlərinə uyğun olmamışdır.
76. Bununla belə qeyd edilməlidir ki, torpaq sahəsinin əldə edilməsi qarşılığında İddiaçı verilmiş 5000 ABŞ dolları və 700 manat Cavabdeh əmlakı olmuşdur. Bu baxımdan, İddiaçı hüquqi əsas olmadan əldə etdiyi həmin vəsaitin əsassız varlanma təşkil etməsi şübhə doğurmur.
77. Kassasiya məhkəməsi onu da nəzərə alır ki, tərəflər 2007-ci ildə etibarsız da olsa razılaşma yolu ilə əllərindəki əmlak dəyərlərini qarşılıqlı olaraq dəyişmiş, İddiaçı torpağı Cavabdeh sahibliyinə və istifadəsinə vermiş, əvəzində isə pul vəsaiti almışdır. Bu formada sövdələşmə mülki qanunvericiliyimizə görə bağlandığı andan keçərsiz olduğu üçün (əhəmiyyətsiz əqd) arzuedilən hüquqi nəticələr meydana gəlməmişdir. Yəni, Cavabdeh pul ödəsə də torpağın mülkiyyətini qazanmamışdır. Hüquqi baxımdan etibarsız əqd bağlandığı andan hər iki tərəf ə ldə etdiklərini bir-birinə qaytarmalı idilər. Başqa sözlə, Cavabdeh torpağı qaytarmaq öhdəliyi kimi, İddiaçı da onun qarşısında qanundan irəli gələn, icra edilməmiş pul öhdəliyi olmuşdur. Lakin hazırkı mübahisə açılanadək İddiaçı torpaq sahəsini geri istəməmiş,Cavabdeh uzun illər ərzində həmin sahəyə öz əmlakı kimi etirazsız sahiblik etmişdir.
78. Odur ki, torpaq sahəsi ilkin iddia əsasında geri qaytarıldığı halda İddiaçı əvvəlki rəftarına etimad edərək verdiyi pul məbləğini vaxtında geri alıb dəyərləndirə bilməmiş Cavabdeh indiki dövrdə həmin pul vəsaitinə eyni dəyərdə torpaq almaq imkanının yoxlanılması mübahisənin ədalətli həlli üçün əhəmiyyət kəsb edir. Çünki, bu imkanın itirilməsi Cavabdeh zərərə düşməsinə dəlalət edə bilər.
79. Mülki Məcəllənin 16.1-ci və 560.3.4-cü maddələrinə əsasə n, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır.
80. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
81. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 15 aprel 2025-ci il tarixli qərarında vurğulamışdır ki, “Mülki Məcəllənin 135.1 və 135.2-ci maddələrinə əsasən, əşya olaraq pul da əmlak anlayışının tərkibinə daxildir. Qeyd edilməlidir ki, pulun məbləği və pulun dəyəri fərqli anlayışlar olmaqla birinci valyuta məzənnəsinin üzərində öz əksini tapan rəqəm (pul nişanı) ilə müəyyənləşdirildiyi halda, pulun dəyəri valyutanın bir vahidinə alına bilən malların (xidmətlərin) kəmiyyətini ifadə edir və pulun alıcılıq qabiliyyətinə əsasən təyin edilir. İnflyasiya (latın dilindən tərcümədə - şişmə) məhz mal və xidmətlərin qiymətinin artması ilə müşayiət olunan pulun dəyərsizləşməsi, pulun alıcılıq qabiliyyətinin azalması prosesini ifadə edir. Beləliklə, pul vahidinin mal və xidmətlərin əldə edilməsi üçün əvvəlki satınalma gücünün azalması pulun dəyərinin azalmasıdır ki, əmlak xarakterli öhdəliklərin, o cümlədən borc öhdəliyinin icr a edilməməsi halında pulun məbləğinin dəyərinin düşməsi kreditorun (mülkiyyətçinin) əmlak aktivinin faktiki azalmasına səbəb olmaqla onun mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Kreditor öhdəliyin icrasının gecikdirilməsi halında həmin müddət üçün əmlakından məhrum olur, bu da əmlakdan istifadə etmək, yararlanmaq imkanının aradan qalxması ilə nəticələnir. Halbuki, öhdəliyin vaxtında icra edildiyi təqdirdə borcverən (kreditor) həmin pul məbləğindən məhz həmin ana uyğun alıcılıq qabiliyyəti üzrə istifadə etmək imkanına malik olardı”.
82. Konstitusiya Məhkəməsi həmin qərarında şərh etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Mülki Məcəllənin 21.2-ci maddəsində qeyd olunan “əmlakından mə hrum olması və ya əmlakının zədələnməsi (real zərər)” müddəası borclunun icranı gecikdirdiyi müddət ərzində pulun alıcılıq qabiliyyətinin azalması şəklində ifadə olunan inflyasiya nəticəsində yaranan zərəri də ehtiva edir.
83. Göstərilənləri nəzərə alaraq məhkəmə tərkibi bu qənaətə gəlir ki, qarşılıqlı iddia həll edilərkən Cavabdeh verdiyi pul vəsaitlərinin dəyərində (alıcılıq qabiliyyətində) hazırkı vaxtadək azalmanın olub-olmamasının aydınlaşdırılması, əgər olmuşsa torpağı qaytaran Cavabdeh 2007-ci ildən bəri İddiaçı qalan pulunun alıcılıq qabiliyyətinin azalmasına görə düşdüyü zərərin əvəzini tələb etmək hüququ müzakirə olunmalıdır. Əks yanaşma, tərəflərin aldıqlarına münasibətdə qeyri-bərabər şəkildə əvvəlki vəziyyətə qaytarılmalarına səbəb olmaqla ədalətsiz vəziyyətin yaranması ilə nə ticələnərdi.
84. İşdən göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı 30.000 manat məbləğində pul tələb edir. Belə olan halda iddianın 5000 ABŞ dolları və 700 manat hissəsinin əsassız varlanma qaydasında həll edilməsi, tələbin qalan hissəsinin isə pul vəsaitinin alıcılıq qabiliyyətinin azalması nəticəsində meydana gələn zərərlə bağlı normalar çərçivəsində müzakirəsi mümkündür.
85. Kassasiya məhkəməsi onu da qeyd edir ki, irəli sürülmüş iddianın hüquqi əsasının tapılması və tələbin həmin əsasın şərtlərinə uyğunluğunun yoxlanılmaqla həll edilməsi hakimin səlahiyyətidir. Hüququn tətbiqinə bilavasitə hakimin cavabdehlik daşıması və tərəflərin faktlar barəsində hüquqi mövqeyinin hakim üçün məcburi olmamasına dair “iura novit curia” (məhkəmə hüququ bilir) prinsipi Konstitusiya Mə hkəməsinin qərarlarında dəfələrlə vurğulanmışdır.
86. Qeyd olunanları nəzərə alaraq Kollegiya hesab edir ki, qarşılıqlı iddiaya yuxarıda göstərilən hüquqi mövqelərə uyğun olaraq yenidən baxılmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul edilməlidir. Ona görə də apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.
87. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-59/2025 nömrəli, 5 iyun 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.