Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-29/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmlak tələbinə dair 10.01.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 iyul 2022-ci il tarixli, 2(107)786/2022 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 10 yanvar 2022ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Yevlax Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli qətnam əsi ilə borclu İddiaçı 2.000 manat pulun tutulub tələbkar Cavabdeh ödənilməsi qət edilib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı X2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən qiyməti 2.107 manat olan Rusiya istehsalı, 583 əyyarlı, ümumi qızıl çəkisi 30.1 qram olan qızıldan hazırlanmış mafyoz sepin, qiyməti 1.184 manat olan, Rusiya istehsalı, 583 əyyarlı, ümumi qızıl çəkisi 14.8 qram qızıldan hazırlanmış mafyoz qolbağını, qiyməti 2.000 manat olan, Rusiya istehsalı, 583 əyyarlı, ümumi qızıl çəkisi 25 qram qızıldan hazırlanmış tros sepin, qiyməti 1.349 manat olan, İtaliya istehsallı, 750 əyyarlı, ümumi qızıl çəkisi 14.2 qram qızıldan hazırlanmış tros qolbağını, qiyməti 389,50 manat olan İtaliya istehsalı, 750 əyyarlı, ümumi qızıl çəkisi 4.1 qram qızıldan hazırlanmış briliyant qaşdan ibarət nişan üzüyünü naturada əmlakın özünün və yaxud da dəyərinin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş edib. İddiaçı X2 əsl İddiaçı ilə əvəz edilib və iddia tələbi onunla əsaslandırılıb ki, X1 anasının müəlicəsi üçün pul lazım olduğundan sonuncu özünə məxsus qızılları iddiaçıya verib, iddiaçı isə həmin qızılları 2018-ci ilin sentyabr ayında cavabdehə girov verərək əvəzinə 2.000 manat pul götürüb və X1 verib. Həmçinin, borcla bağlı yazılı qəbz də verib. Lakin, sonradan iddiaçı, Türkiyə Respublikasına getdiyinə görə 3 ay pulu verə bilməyib və cavabdeh qızıl-zinət əşyalarını satıb. X2 pulu verib cavabdehdən qızılları tələb etmək istəsə də, sonuncu ona qızıl-zinət əşyalarının satıldığını bildirib, həmçinin, m əhkəməyə müraciət edərək ondan 2.000 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş edib və cavabdehin iddiası təmin edilib. Məhkəmə Ekspertiza Mərkəzinin 15 oktyabr 2021-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim olunmuş 1 ədəd üzərinə “X” sözləri yazılmış fleş yaddaş kartında olan mübahisəli fonoqramdakı danışıqların tədqiq hissəsində verilmiş yazılı mətnlərdə “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi Cavabdeh məxsusdur. "xxxx" MMC tərəfindən təqdim edilmiş 06 dekabr 2021-ci il tarixli mütəxəssis rəyinə əsasən, mafiyozsep – 30.1 qram çəkidə 583 əyyarlı Rusiya istahsalı olan 1 qram qızılın alış qiyməti 60 manat, satış qiyməti 80 manat olmaqla 30.1 qram çəkidə olan qızılın qiyməti 2408 manat; mafiyoz qolbağ – 14.8 qram çəkidə 583 əyyarlı Rusiya istahsalı olan 1 qramqızılın alış qiyməti 60 manat, satış qiyməti 80 manat olmaqla 14.8 qram çəkidə olan qızılınqiyməti 1184 manat; tros sep – 25 qram çəkidə 583 əyyarlı Rusiya istahsalı olan 1 qramqızılın alış qiyməti 60 manat, satış qiyməti 80 manat olmaqla 25 qram çəkidə olan qızılınqiyməti 2000 manat; tros qolbağ – 14.2 qram çəkidə 750 əyyarlı İtaliya istahsalı olan 1qram qızılın alış qiyməti 90 manat, satış qiyməti 110 manat olmaqla 14.2 qram çəkidə olanqızılın qiyməti 1562 manat; briliyant qaşlı nişan üzüyü – 4.1 qram çəkidə 750 əyyarlı İtaliyaistahsalı olan 1 qram qızılın alış qiyməti 90 manat, satış qiyməti 110 manat olmaqla 4.1 qram çəkidə olan qızılın qiyməti 451 manat dəyərində qiymətləndirilmişdir. Məhkəmə iclası zamanı cavabdeh izahatında bildirmişdir ki, iddiaçı ondan borc a 2.000 manat pul alıb, həmin pula dair ona yazılı qəbz verib. İddiaçı onun anasına 1 ədəd sep və 1 ədəd bilərzik verərək ondan da 2.000 manat pul götürüb, həmin qızıllar da iddiaçıya qaytarılıb. O, qızılların bu işə aidiyyəti yoxdur. Qəbz əsasında verdiyi borc pulu iddiaçı ona qaytarmadığından məhkəməyə müraciət etmiş və məhkəmə tərəfindən iddiası təmin edilmişdir. Ona qızıl verilməmişdir. Yevlax Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Əlizadə) iddia təmin edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, səs yazmada cavabdehin qızılların onun tərəfindən satıldığını bildirməsi qızılların iddiaçı tərəfindən ona verilməsini təsdiq edir. Həmçinin, qızılların cavabdehdə olması Səfa Hüseynova tərəfindən təqdim edilmiş səsyazma və ekspe rt rəyi ilə də sübut olunur. Cavabdeh isə məhkəmə iclasında qızılların 5 ədəd yox 2 ədəd olmasını bildirsə də, buna dair məhkəməyə sübut təqdim etməyib. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 157.2, 1091.1, 1092.1, 1093.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Mahmudov sədrlik edən, məruzəçi, Ə.Məcidov və R.Rəfiyev) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Yevlax Rayon Məhkəməsinin 19 yan var 2022-ci il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilib, cavabdehdən çəkisi 14 qram, əyyarı 585, dəyəri 1.120 manat olan 1 ədəd boyunbağı və çəkisi 9 qram əyyarı 585, dəyəri 720 manat olan 1 ədəd bilərziyin naturada və ya qətnamə icra olunan zaman mövcud olmadıqda dəyərlərinin alınaraq iddiaçıya verilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, iddia tələbinin maddi-hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; özgəsinin əşyaya sahib liyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Məhz iddiaçı tərəf iddia ərizəsində göstərilmiş 5 adda qızıl-zinət əşyasının cavabdehə verilməsini sübut etməlidir. Lakin, kollegiya tərəfindən təklif olunmasına baxmayaraq iddiaçı tərəfindən tələbini t əsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməyib, cavabdeh isə həm birinci instansiya məhkəməsinin iclasında, həm də apellyasiya icraatı zamanı ona verilmiş qızılzinət əşyasının 5 ədəd yox, 2 ədəd olmasını etiraf edib, hətta apellyasiya icraatı zamanı ona girov olaraq verilmiş qızıl-zinətin çəkisi, əyyarı və dəyəri barədə məhkəməyə sənəd də təqdim etmişdir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 157.2-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsin in ləğv ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilib. Belə ki, məhkəmə tərəfindən işin halları tam, hərətəfli və obyektiv araşdırmayıb. İşdə əhəmiyyət kəsb edən sübutlar, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri mövcud olmasına baxmayaraq bu sübutlar məhkəmə tərəfindən nəzərə alınmayıb. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmayıb. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası ke çirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyəçi özgəsinin qanunsuz saşhibliyindən öz əmlakını gerə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifa də olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasi ya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosess ual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın tam təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, X1 pul lazım olub və o özünə məxsus qızılları iddiaçıya vermişdir ki, sonuncu həmin qızılları girov qoyaraq cavabdehdən pul götürsün. İddiaçı də həmin qızılları Cavabde h girov kimi verərək sonuncudan 2.000 manat borc pul alıb və pulun alınması ilə bağlı Cavabdeh yazılı qəbz də verib. X3 cavabdehdən qızıılarını geri istəyib, sonuncu isə həmin qızılların satıldığını bildirib. Qeyd olunmalıdır ki, iddia tələbinin maddi-hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görəəmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinəəsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. Məhkəmə kollegiyası bununla bağlı qeyd etmişdir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Məhz iddiaçı tər əf iddia ərizəsində göstərilmiş 5 adda qızl-zinət əşyasının cavabdehə verilməsini sübut etməlidir. Lakin kollegiya tərəfindən təklif olunmasına baxmayaraq iddiaçı tərəfindən tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməyib. Cavabdeh isə həm birinci instansiya məhkəməsinin iclasında, həm də apellyasiya icraatı zamanı ona verilmiş qızıl-zinət əşyasının 5 ədəd yox, 2 ədəd olmasını etiraf edib, hətta apellyasiya icraatı zamanı ona girov olaraq verilmiş qızıl-zinətinin çəkisi, əyyarı və dəyəri barədə məhkəməyə sənəd də təqdim etmişdir. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinəəsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərləəsaslandırmaq öhdəliyi qoyur və öz qər arını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərləəsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə i mkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, birinci instansiyası məhkəməsi iddia tələbinin dəlillərinə məhz iddiaçı tərəfin iddianın əsası kimi istinad edilən halları üzrə, onun mənayefinə uyğun hüquqi qiymət verməyə çalışsa da, cavabdeh tərəfin iddiaya olan etirazının əsası kimi istinad etdiyi hallara diqqət yetirməmiş, sübutları birtərəfli qiymətləndirmiş, qəbul etdiyi qətnaməsində işin hallarının araşdırılmasını və araşdırılmasının nəticəsi kimi işin hansı faktiki hallarını müəyyən etməsini göstərməmişdir. Apellyasiya instansiyası məhkəməsi, qeyd etmişdir ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, Mülki Prosessual Məcəllən in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Lakin işə baxmış birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni sadalanan maddi və prosessual hüquq normalarının tələbləri, xüsusilə MPM-in sübutetmə yükünün müəyyən edilməsi və sübutların qiymətləndirilməsi ilə bağlı müddəaları baxımından kifayət qədər əsaslandırmayıb, iddiaçının izahatlarını işin müəyyən olunmuş halı kimi qiymətləndirmişdir. Belə olan vəziyyətdə, apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, hazırki iddia tələbi üzrə işin mübahisəli hallarına dair sübut etmə yükünün tərəflərdən hansının üzərinə düşməsini müəyyən etməklə mübahisənin m addi və proseesual hüquq normalarının tələblərinə uyğun düzgün həllinə nail olmaq zəruridir. Belə ki, yuxarıda qeyd olunduğu kimi iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdehin bu hissədə, yəni mübahisəli qızıl-zinət əşyasından yalnız iki ədədinə münasibətdə etiraf etməsi ilə əlaqədar sübuta yetirilmişdir. Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinəəsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 106.3-cü maddəsinin tələbinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, cavabdeh tərəfin etirafı həddində, yəni mübahisəli qızıl-zinət əşyasından yalnız iki ədədinə münasibətdə iddia təmin edilməlidir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia ərizəsind ə göstərilən digər dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 iyul 2022-ci il tarixli, 2(107)-786/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-29/2023
Ali Məhkəmə Qərar — İş №2(102)-29/2023
10.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver