Məhkəmə qərarları › İş №2(102)-2903/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2903/2024

11.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2903/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi), ssassız varlanma, Sübutetmə vəzifəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-406/2024 nömrəli, 30 aprel 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 11 sentyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh xalası Şahid1 vasitəsi ilə tanımışdır. Tərəflərin arasında qızılzinət əşyalarının qaytarılması ilə bağlı mübahisə yaranmışdır.

2. Tələb olunan qızıl-zinət əşyalarının dəyəri "xxxx" MMC-nin ƏQ-251/2023 nömrəli, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən 11 qram çəkidə olan 583 əyarlı Rusiya istehsalı qızıl qolbağı “mafioz” toxunuşlunun dəyəri 750 manat, 7 qram çəkidə olan 583 əyarlı Rusiya istehsalı qızıl üzük (nişan üzüyü, üstü bantik formasında, üzərində brilyant qaşı olan) dəyəri 900 manat, 5 qram çəkidə olan 583 əyarlı Rusiya istehsalı qızıl üzük (nazik, üstü alyans formasında bəzədilmiş naxışlı) dəyəri 600 manat, 8 qram çəkidə olan 5 83 əyarlı Rusiya istehsalı qızıl sırğa dəsti (üzərində iri sapfir qaşlı, qıraqları xırda qaşlarla bəzədilmiş) dəyəri 1000 manat, 50 qram çəkidə olan 583 əyarlı Rusiya istehsalı qızıl boyunbağı mafioz toxunuşlu dəyəri 6000 manat, 5 qram çəkidə olan 583 əyarlı Rusiya istehsalı qızıl qolbağı üzərinə klon ilə birlikdə (halqa toxunuşlu) dəyəri 600 manat, 5 qram çəkidə olan 583 əyarlı Rusiya istehsalı qızıl qolbağı (nazik uzun) dəyəri 600 manat, 4 qram çəkidə olan 583 əyarlı Rusiya istehsalı qızıl üzük (gül formasında, üzərində tək qaş olan, qıraqları xırda qaşlarla bəzədilmiş) dəyəri 400 manat, 17 qram çəkidə olan 583 əyarlı Rusiya istehsalı qızıl sırğa-üzük dəsti (üzəri brilyant qaşlarla bəzədilmiş) dəyəri 2000 manat, 7 qram çəkidə olan 583 əyarlı Rusiya istehsalı qızıl qolbağı (qırıq) dəyəri 700 manat, 25 qram çəkidə olan 583 əyarlı Rusiya istehsalı qızıl qolbağı mafioz toxunuşlu dəyəri 3000 manat, 5 qram çəkidə olan 583 əyarlı Rusiya istehsalı qızıl üzük (nişan üzüyü, brilyant qaşlı) dəyəri 600 manat və 5 qram çəkidə olan 583 əyarlı Rusiya istehsalı qızıl klon (5-lik, qulplu) dəyəri 450 manat, xx.xx.2023-cü il tarixə əşyaların cəmi real bazar qiyməti 18150 manat müəyyən edilmişdir.

3. İddiaçı Şahid1 cavabdeh Şahid2 qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Əhmədova X2 Ləman Əziz qızına qarşı qaldırdığı iddiasında hazırkı iş üzrə iddiaçı X3 tələb etdiyi 13 adda qızıl əşyaları da həmin iddia tələbinin predmetini təşkil etmişdir. Yevlax Rayon Məhkəməsinin 2(039)-163/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı X3 (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona məxsus zinət əşyaları 1300 manat dəyərində olan 11 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı 1 ədəd bilərzik, 900 manat dəyərində olan 7 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı 1 ədəd üzük, 600 manat dəyərində olan 5 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı 1 ədəd üzük, 1000 manat dəyərində olan 8 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı 1 ədəd sırğa, 6000 manat dəyərində olan 50 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı 1 ədəd mafios sep, 600 manat dəyərində olan 5 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı üzərində klon olan 1 ədəd boyunbağı, 600 manat dəyərində olan 5 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı üzərində klon olan 1 ədəd boyunbağı, 400 manat dəyərində olan 4 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı 1 ədəd üzük, 2000 manat dəyərində olan 17 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı komplekt dəst, 700 manat dəyərində olan 7 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı 1 ədəd qolbaq, 3000 manat dəyərində olan 25 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı 1 ədəd mafios qolbaq, 600 manat dəyərində olan 5 qram çəkidə Rusiya istehsalı olan 583 əyarlı 1 ədəd üzüyün naturada özünün yaxud dəyərinin, o cümlədən 145 manat dövlət rüsumunun, həmçinin qiymətləndirmə ilə bağlı ödədiyi 100 manat məbləğin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, cavabdehi tanıyaraq, etibar edərək 2022-ci ildə ona zinət əşyalarını 3 ay ərzində qaytarmaq şərti ilə vermişdir. Cavabdeh onu inandıraraq etibarından suiistifadə edərək onu aldatmış, zinət əşyalarını alandan sonra banka qoyaraq pul götürmüşdür. Tələb olunan zinət əşyaları cavabdehdə olmaqla mütəmadi olaraq ondan bu əşyalarını istəsə də, cavabdeh ona çox saylı vədlər verərək əşyalarının verməsini günlərə, aylarla təxirə salaraq bu günə qədər həmin əşyaları ona verməmişdir.

6. Məhkəmə iclasında müdafiə edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək göstərmişdir ki, sonradan ona məlum olmuşdur ki, cavabdeh ona verilmiş qızıl əşyaları Şahid2 adlı bir qadından aldığı pulun müqabilində girov qoymuşdur. Cavabdehlə aralarında ba ş tutmuş WhatsApp yazışmaları və danışıqlarında da cavabdeh qızılları götürdüyünü dəfələrlə etiraf etmiş və qaytaracağını bildirmişdir. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir.

7. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək göstərmişdir ki, o, heç vaxt iddiaçıdan pul və ya qızıl-zinət əşyaları almamış və ümumiyyətlə onların aralarında heç bir əmlak və sair münasibəti olmamışdır. İddiaçının xalası Şahid1 tanımış, o cümlədən Xatirənin oğlu Elçinlə dostluq münasibəti olmuşdur. İddiaçının hazırda ondan tələb etdiyi qızıl-zinət əşyalarının mülkiyyətçisinin dəqiq kim olması ona məlum olmamışdır. Lakin iddiaçının xalası Şahid1nnı ona deməsinə görə, həmin qızıllar Yevlax şəhər sakini Şahid2 olmuşdur. Onun Şahid1 ailəsi ilə dostluq münasibətində olduğu ü çün həmişə çalışmışdır ki, qızıllar Şahid2 Şahid1 qaytarılsın. Hazırda Yevlax Rayon Məhkəməsinin icraatında olan Şahid1 Şahid2 qarşı “əmlak tələbinə dair” mülki iş üzrə iddianın predmeti də məhz həmin qızıllar olmuşdur. Ondan tələb edilən qızılların Şahid2 tələb edilməsi ilə bağlı iddiaçının anası Almaz Məmmədova və xalası Şahid1 Şahid2 evinə gedərək onunla dalaşmış və bununla bağlı Yevlax Rayon Polis Şöbəsinin təhqiqat bölməsində HK-1/1878 nömrəli material olmuşdur. Həmin araşdırma ilə bağlı müəyyən edilmişdir ki, tərəflərin arasında olan mübahisə qızıl-zinət əşyaları ilə bağlı olmuşdur. Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçının ona qarşı “mənəvi zərərin ödənilməsi tələbinə dair” iddiası qismən təmin edilmiş, ondan mənəvi ziyana görə 1000 manat pulun iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Qeyd edilən mülki işə baxılan zaman o Azərbaycan Respublikasında olmamışdır. Həmin vaxt Rusiya Federasiyasında olmuş, ailəsi tərəfindən ona telefonla məlumat verilmişdir ki, iddiaçı onların evinə zəng edərək anasını smöyüb təhqir etmişdir. O, iddiaçının əlaqə nömrəsinə zəng edərək, hansı səbəbdən səbəbsiz olaraq anasını təhqir etdiyini soruşduqda, onun bütün sülaləsinə, o cümlədən şəhid qohumunu söydükdə, o da iddiaçını söymüşdür. Onun söyüşlərinə görə, iddiaçı ona qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia qaldırmışdır. O, Rusiya Federasiyasından qayıtdıqdan sonra, Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi barədə məlumat əldə etmiş, lakin həmin qətnamədən apellyasiya şikayəti verməmişdir. Çünki, həqiqətən də söyüş söymüşdür. Artıq qanuni qüvvəsini almış Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsini etirazına əlavə edərək bildirmək istəmişdir ki, məhkəmə qətnaməsinin “müəyyən etdi” hissəsində 3-cü abzasda yazılmışdır; iddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, cavabdehi xalası vasitəsilə tanımışdır və iş qurması üçün cavabdehə borc pul vermişdir. Cavabdeh pulu qaytarmadığı üçün o, pulunu tələb etmiş və bundan sonra cavabdeh ona qarşı telefon vasitəsi ilə ifadə edilməsi çətin olan, dilə gətirə bilməyəcəyi nalayiq ifadələr və söyüşlər işlətmişdir. Hazırkı iddia tələbi Yevlax Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə iddiaçı iddia ərizəsinin birinci cümləsində qeyd etmişdir ki, cavabdehi tanıyaraq, etibar edərək 2022-ci ildə ona zinət əşyaları 3 ay ərzində qaytarmaq şərti ilə vermişdir. 2021-ci ildə artıq onunla düşmən mövqeyində olan bir şəxs, 2022-ci ildə necə ola bilər ki, ona 12 adda qızıl-zinət əşyasını versin. Hərgah illər səhv düşmüş olsa belə, iddiaçı mənəvi ziyanın ödənilməsi ilə bağlı iddia tələbində ona pul verdiyini göstərmişdir, qızıl yox. Eyni zamanda, heç vaxt iddiaçının qızılları onda olmamışdır ki, onun elə bir etirafı da olsun. İddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçının təqdim etdiyi CD diskdə olan səs yazılarına əsasən WhatsApp audio 2023-06-02 at 19.36.04 saylı səs yazısında cavabdeh bildirmişdir ki, “Məryəm salam, narahat olma qızıllarını çıxardıb səninlə qurtaracam, bu həftənin 5-ci gününə uzağı gələn həftənin 1-ci gününə”; WhatsApp audio 202 3-06-02 at 19.37.32 saylı səs yazısında cavabdeh bildirmişdir ki, “Sənin qızılların nə qədər edir pulunu qaytaracam, narahat olma, 3-cü gün rayona getməyinə ehtiyac yoxdu, pul göndərəcəm rayona çıxartsınlar qızıllarını versinlər”; WhatsApp audio 2023-06-02 at 19.39.57 saylı səs yazısında cavabdeh bildirmişdir ki, “Pulunu göndərəcəm Xatirə xalaya çıxartsın qızıllarını versin, ya da pulunu özünə verəcəm, 3-cü gün Bakıda olacam pulunu sənə verəcəm özün çıxardarsan qızıllarını”; WhatsApp audio 2023-06-02 at 19.42.14 saylı səs yazısında cavabdeh bildirmişdir ki, “2-ci gün yox 3-cü gün söhbət bağlanacaq narahat olma”; WhatsApp audio 2023-06-02 at 19.36.04 saylı səs yazısında cavabdeh bildirmişdir ki, “Məryəm salam, narahat olma qızıllarını çıxardıb səninlə qurtaracam, bu həftənin 5-ci gününə uza ğı gələn həftənin 1-ci gününə”; WhatsApp audio 2023-06-02 at 19.42.15 saylı səs yazısında cavabdeh bildirmişdir ki, “Məryəm mənim atamda anamda namaz qılır, narahat olma sənin özünə çatacaq, mən danmıram götürmüşəm verəcəm pulunu, qızılını”; WhatsApp audio 2023-06-02 at 19.50.37 saylı səs yazısında cavabdeh bildirmişdir ki, “Məryəm narahat olma qızılların satılmayacaq, məndən narahat olma əvəzini çıxaram məndən narahat olma”; WhatsApp audio 2023-06-02 at 19.51.16 saylı səs yazısında cavabdeh bildirmişdir ki, “yox gəlib həll edirəm, gələn kimi qızıllarını çıxardıram narahat olma”; WhatsApp audio 2023-06-02 at 19.54.50 saylı səs yazısında cavabdeh bildirmişdir ki, “Bizdə qırğın davadı, nəyimiz var nəyimiz yoxdu Məryəmin qızıllarını həftənin 5-ci günü gələn həftənin sonu çıxacaq qızıllar”.

9. İddiaçının təqdim etdiyi CD diskdə olan fotoşəkillərə əsasən iddiaçı və cavabdeh arasında WhatsApp sosial şəbəkəsi vasitəsi ilə yazışmalar olmuş və həmin yazışmalarda da cavabdeh iddiaçıya hər dəfəsində ayrı-ayrı vaxtlarda qızıllarını qaytaracağı məzmunda mesajlar yazılmışdır.

10. Yevlax Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(039)-2007/2023 nömrəli iş üzrə 6 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Kamil Əliyev) iddia təmin olunmuş, iddiaçının tələb etdiyi 12 adda qızıl-zinət əşyaları naturada cavabdehdən ona verilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı özünə məxsus qızıl əşyalarını cavabdehə vermiş, sonuncu isə həmin qızılları girov qoyaraq pul götürmüş, həmin əşyaları iddiaçıya qaytaracağı barəd ə üzərinə öhdəlik götürmüşdür. İddiaçı sözügedən əşyalar qaytarılmadığı üçün cavabdehə qarşı əmlak tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdeh isə iddia tələbini qəbul etməməklə etiraz ərizəsində iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh mübahisələndirilən qızıl əşyalarını özü götürmədiyini bildirsə də, tərəflər arasında baş tutmuş danışıq və yazışmalarla bu hallar təkzib olunmuşdur.

12. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 157-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayətinin bir sıra dəlilləri iddiaya etirazın dəlilləri ilə eynilik təşkil etmiş və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının həmin əşyaları ona nə vaxt, hansı şəraitdə, kimin yanında verməsi ilə bağlı heç bir sübutu olmamışdır. İddiaçı ilə onun arasında heç bir qohumluq, dostluq münasibəti yoxdur və olmamışdır. Hansı səbəbdən iddiaçı ona 17700 manat dəyərə malik qızıl-zinət əşyalarını heç bir qəbzsiz, yazışmasız və şahidsiz versin. Özü də onunla əvvəllər arasında ciddi narazılıq, xoşagəlməz söz-söhbət, hətta həmin münasibət onun şərəf və ləyaqətini alçaldacaq dərəcəsinə gəlib çıxmışdır. İş materiallarına əlavə edilmiş səs yazılarından göründüyü kimi, o, iddiaçının xalası Xatirəyə pul verməli idi. İddiaçı xalası Xatirəyə hansı qızılları vermişdir, onun məlumatı olmamışdır. İddiaçının xalası Xatirəyə verdiyi qızılları Xatirə Ləman adlı şəxsə girov qoyub ondan sələmə pul götürmüşdür. Onun da Xatirəyə borcu olmuşdur və həmin borcu ödəyib qurtarmışdır. İddiaçı ilə onun arasında olan səs yazıları da məhz həmin dövrü əhatə etmişdir. WhatsApp olan proqram vasitəsilə tarixlər dəyişdirilmişdir. Səs yazılarına diqqətlə izlənirlərsə, onun səsləri birtərəfli olmuşdur. İddiaçı qəsdən onun səslərinin özünə sərf edən hissələrini diskə köçürərək iddia ərizəsinə əlavə etmişdir. Bundan başqa, onun səs yazılarının hansı tarixdə iddiaçıya göndərilməsi məsələsi də aydınlaşdırılmamış qalmışdır. O, məhkəməyə təqdim edilmiş səs yazılarına qulaq asdıqdan sonra, hazırkı apellyasiya şikayətində (səs yazılarına apellyasiya şikayətini tərtib etməzdən əvvəl qulaq asmışdır) qeyd etmişdir ki, o, iddiaçıdan qızılları aldığını etiraf etməmişdir. Səs yazılarında o, iddi açının xalası Şahid1 Ləman adlı qadında girovda olan qızılların çıxarılması üçün köməklik edəcəyini bildirmişdir. Əslində, o, Şahid1 pul məbləği almışdır, hansı ki, həmin məbləği Xatirə Ləmandan götürmüş və girov olaraq qızıl qoymuşdur. O, Xatirəyə borcunu verib qurtarmışdır. Ləman isə Xatirəyə qızılları qaytarmamışdır. Məhz buna görə də Xatirə və Ləman arasında olan mülki mübahisə hələ də davam etmişdir. Birinci instansiya məhkəməsində mübahisə predmeti olan qızıl-zinət əşyaların mövcudluğu, eyni zamanda həmin əşyaların iddiaçının mülkiyyətçisi olması, mübahisə predmeti olan qızıl-zinət əşyaların iddiaçı tərəfindən ona verilməsi, o cümlədən nə vaxt, hansı şəraitdə və kimlərin iştirakı ilə verilməsi, iddiaçının onunla düşmən mövqeyində olmasına baxmayaraq hansı səbəbdən ona 12 adda 17700 m anat dəyərində qızıl-zinət əşyası verməsi, iddiaçı ilə onun münasibətlərinin normal olması sübut edilməmişdir. İddiaçının yeganə sübut növü olan səs yazılarda və mesajlarda həmin hallar təsdiq olunmuşdur. İddiaçının məhkəməyə təqdim etdiyi səs yazıları və mesajlardakı tarixlər dəyişdirilmişdir (proqram vasitəsilə).

15. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, iddiaçının xalasıdır. İddiaçının xalası olsa da onunla münasibətləri yaxşı olmamışdır. Belə ki, iddiaçının cavabdehə qarşı qızıl əşyaları tələbi ilə məhkəməyə müraciət etməsindən sonra, hətta daha əvvəldən iddiaçı ilə münasibətləri pozulmuşdur. Cavabdeh ilə münasibətləri yaxşı olmuşdur. Belə ki, cavabdeh ilə onun oğlunun arasında dostluq münasibətləri olmuşdur. İddiaçının cavabdehdən tələb etd iyi qızıl əşyalarını əslində iddiaçıdan o, almışdır. Aldığı qızılları isə Ləmana girov qoyaraq 3 nəfər üçün pul götürmüşdür. Pul verdiyi şəxslərdən yalnız cavabdeh pulu ödəmiş, digər iki nəfər isə ödəməmişlər. O, qızılları girov qoymaqla götürdüyü pulu digər şəxslərə sələmə vermişdir.

16. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-406/2024 nömrəli mülki iş üzrə 30 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Elçin Mehdiyev (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Mahir Əsədli) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni 2000 manat dəyərində olan 17 qram çəkidə Rusiya istehsalı olan 583 əyyarlı komplekt dəstin, qızıl-zinət əşyala rının “yaxud da dəyərinin” cavabdehdən alınıb iddiaçının xeyrinə verilməsi hissələrində ləğv edilməsi, həmin hissələrdə iddianın rədd olunması, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddiaçının xeyrinə tutulması qət edilmiş digər qızıl-zinət əşyalarının, naturada özləri olmadıqda onların dəyərinin cavabdehdən alınaraq iddiaçıya verilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

17. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin “onun heç vaxt iddiaçıdan qızılzinət əşyası almaması, mübahisə predmeti olan qızıl-zinət əşyalarının mövcudluğu, eyni zamanda həmin əşyaların iddiaçının mülkiyyətçısi olması, mübahisə predmeti olan qızılzinət əşyalarının iddiaçı tərə findən ona verilməsi, iddiaçının onunla düşmən mövqeyində olmasına baxmayaraq hansı səbəbdən ona 12 adda 17700 manat dəyərində qızıl-zinət əşyası verməsinin sübut edilməməsi, iddiaçının hazırda ondan tələb etdiyi qızıl-zinət əşyalarının mülkiyyətçisinin dəqiq kim olmasının ona məlum olmaması, onun iddiaçıdan qızıllar aldığını etiraf etməməsinə” dair dəlillərinə münasibətdə qeyd etmişdir ki, məhkəmə həmin dəlillərdən yalnız iddiaçının cavabdehdən tələb etdiyi 2000 manat dəyərində Rusiya istehsallı 583 əyyarlı, 17 qram çəkidə olan komplekt dəstin mövcudluğu, həmin dəstin iddiaçının mülkiyyətçisi olması, 2000 manat dəyərində Rusiya istehsallı 583 əyyarlı, 17 qram çəkidə olan komplekt dəstin iddiaçı tərəfindən ona verilməsinin sübut edilməməsinə dair hissəsi ilə razılaşmış və hesab etmişdir ki, digər hissələrdə şikayətin sadalanan dəlilləri əsaslı deyildirlər.

18. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan, cavabdehin özünə aid olmasını qəbul etdiyi səs yazıları ilə müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsində göstərdiyi 2000 manat dəyərində Rusiya istehsallı 583 əyyarlı, 17 qram çəkidə olan komplekt dəst istisna olmaqla digər qızıl-zinət əşyalarını cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarında olan iddiaçının təqdim etdiyi CD diskdəki səs yazılarında cavabdeh “Qramı 100 manatdan nə qədər edir sənin qızılın denən pulunu verəcəm. Problem yoxdur. Lap sənin özünə verim, göndərsinlər rayona qızılını çıxarıb versinlər Almaz xalaya, qızılının pulunu nağd şəkildə əlinə verəcəm, çıxardanda səndən qaytaracam. Bu həftə sən qızılların hamısını götürürsə n. Sənin qızılların bu həftənin 5-ci gününə kimi səndə olacaq” kimi ifadələr işlətmişdir.

19. İddiaçı 2000 manat dəyərində Rusiya istehsallı 583 əyyarlı, 17 qram çəkidə olan komplekt dəst istisna olmaqla cavabdehdən tələb etdiyi digər qızıl-zinət əşyalarının mülkiyyətçisi olmasına dair fotoşəkilləri məhkəməyə təqdim etmişdir. İddiaçı 2000 manat dəyərində Rusiya istehsallı 583 əyyarlı, 17 qram çəkidə olan komplekt dəst istisna olmaqla iddia ərizəsində göstərdiyi digər qızıl əşyalarının mülkiyyətçisi olmasını sübuta yetirməklə yanaşı iddiaçının məhkəməyə təqdim etdiyi səs yazılarından iddiaçıya məxsus qızıl-zinət əşyalarının cavabdehin qeyri-qanuni sahibliyində olması da öz təsdiqini tapmışdır.

20. Məhkəmə apellyasiya şikayətinin “iddiaçının ondan tələb etdiyi əşyaları ona nə vaxt, hansı şər aitdə, kimin yanında verməsi ilə bağlı heç bir sübutun olmaması, WhatsApp olan proqram vasitəsilə tarixlərin dəyişdirilməsi, onun səs yazılarının hansı tarixdə iddiaçıya göndərilməsi məsələsinin aydınlaşdırılmamış qalması, iddiaçının qəsdən onun səslərinin özünə sərf edən hissələrini diskə köçürərək iddia ərizəsinə əlavə etməsinə” dair dəlillərini də əsaslı hesab etməyərək qeyd etmişdir ki, 2000 manat dəyərində Rusiya istehsallı 583 əyyarlı, 17 qram çəkidə olan komplekt dəst istisna olmaqla iddiaçıya məxsus digər qızıl-zinət əşyalarının cavabdehin qeyri-qanuni sahibliyində olması öz təsdiqini tapdığı halda iddiaçının cavabdehdən tələb etdiyi əşyaların cavabdehə nə vaxt, hansı şəraitdə, kimin yanında verməsinə dair sübutun olmaması, iddiaçı ilə onun münasibətlərinin normal olmasının sübut e dilməməsi 2000 manat dəyərində Rusiya istehsallı 583 əyyarlı, 17 qram çəkidə olan komplekt dəst istisna olmaqla digər hissələrdə iddia tələbinin təmin edilməsi imkanını aradan qaldırmamışdır. Bundan başqa, iş materiallarından cavabdehin iddiaçıdan daha əvvəl və yaxud da sonradan hər hansı bir qızıl-zinət əşyasını götürməsi müəyyən edilməmişdir. Həmçinin cavabdeh tərəfindən tarixlərin dəyişdirilməsi barədə əsaslı bir dəlil təqdim edilməmişdir. Halbuki cavabdehin də iddia tələbinə etirazını əsaslandıra biləcək dəlillərini məhkəməyə təqdim etmək imkanı olmuşdur.

21. Məhkəmə hesab etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi 2000 manat dəyərində Rusiya istehsallı 583 əyyarlı, 17 qram çəkidə olan komplekt dəst istisna olmaqla iddia ərizəsində göstərilən digər qızıl əşyalarının naturada c avabdehdən alınaraq iddiaçıya verilməli olması nəticəsinə gələrkən doğru mövqedən çıxış etmişdir.

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinin iddiaçının cavabdehdən tələb etdiyi 2000 manat dəyərində Rusiya istehsallı 583 əyyarlı, 17 qram çəkidə olan komplekt dəstin mövcudluğu, həmin dəstin iddiaçının mülkiyyətçısi olması, 2000 manat dəyərində Rusiya istehsallı 583 əyyarlı, 17 qram çəkidə olan komplekt dəstin iddiaçı tərəfindən ona verilməsinin sübut edilməməsinə dair hissəsi ilə razılaşaraq hesab etmişdir ki, qeyd edilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab verməmişdir. Belə ki, iddiaçı məhkəmə kollegiyasının iclasında birinci instansiya məhkəməsinə təqdi m etdiyi fotoşəkillər üzrə dəqiqləşdirmə aparılarkən qızıl-zinət əşyalarından cavabdehdən tələb etdiyi 2000 manat dəyərində Rusiya istehsallı 583 əyyarlı, 17 qram çəkidə olan komplekt dəstinin hansı qızıl-zinət əşyası olmasına aydınlıq gətirə bilməmişdir.

23. Məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən cavabdehdən tələb edilən qızıl-zinət əşyalarının “yaxud da dəyərinin” cavabdehdən alınaraq iddiaçıya verilməli olmasına dair gəldiyi nəticə də dəqiq olmamış, qanunvericiliyin təbəblərinə görə qət olunan əşyaların cavabdahdən naturada alınması mümkün olmadıqda, həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll edilməlidir.

24. Məhkəmə apellyasiya şikayətinin dəlilləri üzrə dəqiqləşdirilmə aparılması məqsədi ilə məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə münasibətdə qeyd etmişdir ki, həmin şahid iddiaçının xalası olmasına baxmayaraq, iddiaçı ilə şahidin arasında ziddiyyətlərin olması, cavabdehlə isə aralarında yaxşı münasibətlərinin olması, beləliklə hər iki tərəfə münasibətdə neytrallığının olmaması müəyyən edildiyindən həmin şahidin ifadəsinin iş üzrə mötəbər sübut kimi qəbul edilməsi mümkünsüz olmuşdur.

25. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 386, 1091 və 1092-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməs inin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

27. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan qızıl-zinət əşyaların mövcudluğu, eyni zamanda həmin əşyaların iddiaçının mülkiyyətçisi olmasına dair iddiaçı apellyasiya instansiyası məhkəməsində məhkəməyə fotoşəkillər təqdim edərək, tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu bildirmiş və Mülki Məcəllənin 157.2-ci maddəsində sadalanan 3 dispozisiya şərtinin birincisini apellyasiya instansiyasında (fotoşəkillərlə) təqdim etmişdir. Lakin Mülki Məcəllənin 157.2-ci maddəsinin 3 dispozisiya şərtinin ikincisi sübut edilməmiş qalmışdır. Əslində, hansı səbəbdənsə, iddiaçı bütün sübutlarını apellyasiya instansiyasında təqdim etmişdir. Belə ki, iddiaçı apellyasiya instansiyasın da fotoşəkillərdən əlavə, cavabdehlə onun arasında olan başqa səs yazılarını da apellyasiya instansiyasında təqdim etmişdir. Hansı ki, həmin səs yazılarında cavabdeh iddiaçıya onun olan hansı məbləğdə borcun olduğuna dair suallar vermişdir. Onun apellyasiya instansiyasında məhkəmə kollegiyasından xahişi ondan ibarət idi ki, iddiaçıda səs yazıları saxlanılmış, belə olan halda, iddiaçı onun səs yazılarını sübut növü olaraq məhkəməyə təqdim etdiyi kimi, cavabdehə olan cavabları da məhkəmədə təqdim etsin. Məhkəməyə təqdim edilmiş səs yazılarında cavabdehin iddiaçıya sualları açıq-aşkar olmuşdur: “Qızıllara görə sənə olan borc hansı məbləğdədir?”. İddiaçı öz səs yazılarını (aralarında olan dialoqu) məhkəmə kollegiyasına təqdim etməmiş və bununla sübutetmə yükünü tam həyata keçirməmişdir. Mübahi sə predmeti olan qızıl-zinət əşyaların mövcudluğu, eyni zamanda həmin əşyaların iddiaçının mülkiyyətçısi olmasına dair müxtəlif toylarda çəkdirdiyi fotoşəkilləri iddiaçı məhkəmə kollegiyasına təqdim edərək, həmin qızıllarının mülkiyyətçisi olduğunu və həmin qızılların cavabdehdə olduğunu iddia etmişdir. İddiaçı dialoqun tam mətnini ona görə məhkəməyə təqdim etməmişdir ki, əslində həmin dialoqda iddiaçı demişdir: “Sən niyə narahatsan ki, mən qızılları sənə verməmişəm ki, Xatirəyə vermişəm”. Apellyasiya instansiyasında həmin qadın şahid qismində dindirilmiş və qızılların ona verildiyini bildirmişdir.

28. Cavabdeh şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82, 88, 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Ka ssasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

31. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

32. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

33. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa ş əxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

34. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

35. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqda n sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində qətnamə iddianın təmin olunmuş hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsi nin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

45. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya etirazın dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hər tərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

46. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən ay dın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

47. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-406/2024 nömrəli iş üzrə 30 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar