Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2909/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh1 Hüseynbala oğluna və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2909/22 Açar sözlər: əmlak tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 dekabr 2021-ci il tarixli, 2(106)-1667/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayətinə əsasən işə 24 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları 1.İşin hallarına görə İddiaçı məhkəmədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq, cavabdehlərin Lənkəran rayonu, Şiləvar kəndi, Ələt-Astara yolunda yerləşən sahəsi 115 kv.metr olan “Xəzər” inşaat-tikinti materialları mağazasından çıxarılması, mağazanın və içindəki əmlakların ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. Lənkəran Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim R.Məmmədov) iddia rədd edilib.
3. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 17 sentyabr 2014-cü il tarixli Çıxarışa əsasən, Lənkəran rayonu, Şiləvar kəndində yerləşən 0.01288 ha torpaq sahəsi və üzərində inşa olunmuş 115.9 kv.metr qeyri-ya şayış binası iddiaçı ilə Cavabdeh2 paylı mülkiyyətində olmaqla, tikintialtı sahənin 0.00506 ha, qeyri-yaşayış binasının 45.4 kv.metr hissəsi cavabdeh Hüseyünbala Hüseynovun, tikintialtı sahənin 0.00782 ha, qeyri-yaşayış binasının isə 70.5 kv.metr hissəsi iddiaçının xüsusi mülkiyyətlərindədir. Məhkəmə Ekspertiza Mərkəzinin 18 noyabr 2021-ci il tarixli ekspert rəyinə görə, mübahisəli obyektin 1, 3 nömrəli tikililəri ilə 2, 4 nömrəli tikililər arasında olan boşluqlar hörülərək bağlandıqdan sonra iddiaçıya düşən tikintialtı sahəsi 50.6 kv.metr, tikililərin daxili sahəsi 45.4 kv.metr olan hissə ilə iddiaçının tikintialtı sahəsi 78.2 kv.metr, tikililərin daxili sahəi 70.5 kv.metr olan hissənin bir-birindən təcrid şəkildə ayrılması və mülkiyyətçilərin hər birinin öz payına düşən hissədən sərbəst şəkildə istifadə etməsi mümkündür. Lakin, ekspertin rəyi ilə razılaşmaq olmaz və sözügedən obyek vahid mülkiyyət obyekti olmaqla tərəflərin paylı mülkiyyətindədir. Həmin vahid daşınmaz əmlak vahid mülkiyyət obyekti olmaqla hazırda cavabdehlərin faktiki sahibliyindədir. Hazırki mübahisə üzrə iddiaçının tələbi isə əmlakın naturada bölgüsü aparılmadan, cavabdehlərin onun mülkiyyətinə düşən hissədən çıxarılmalarından ibarətdir. Fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq, paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Hazırki halda naturada bölgü aparılmadan iddiaçının daşınmaz əmlakın onun payına aid hissəsindən cavabdehlərin çıxarılmasından ibarət tələbinin təmin olunması, mübahisəli daşınmaz əmlakın vahidliyinin, vahid əmlak olaraq həmin daşınmaz əmlakdan istifadə edən paylı digər mülkiyyətçinin qanunla qorunan mənafelərinin pozulması ilə nəticələnə bilər. Odur ki, mübahisəli daşınmaz əmlak mülkiyyətçilərinin paylarına mütənasib şəkildə paylarının naturada bölgüsü aparılmadan hazırki iddianın təmin olunması yolverilməzdir. Ona görə iddia rədd edilməlidir.
4. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 213.1-213.2, 220.6, 220.5-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat
5. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Kərimov sədrlik edən, məruzəçi, T.Heydərov və İ.Əhmədov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Lənkəran Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanıb.
6. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib.
7. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 213.1213.2, 220.6, 220.5-ci maddələrinin və d igər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
8. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib.
9. İddiaçı kassasiya şikayətini belə əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazının əsasları
10. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxi l olmayıb. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsində göstərilir ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.6-ci maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həd dində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 417.1.1-ci maddəsinə görə, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
10. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
11. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
12. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qay dasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
13. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
14. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 17 sentyabr 2014-cü il tarixli Çıxarışa əsasən, Lənkəran rayonu, Şiləvar kəndində yerləşən 0.01288 ha torpaq sahəsi və üzərində inşa olunmuş 115.9 kv.metr qeyri-yaşayış binası iddiaçı ilə Cavabdeh2 paylı mülkiyyətində olmaqla, tikintialtı sahənin 0.00506 ha, qeyri-yaşayış binasının 45.4 kv.metr hissəsi cavabdeh Hüseyünbala Hüseynovun, tikintialtı sahənin 0.00782 ha, qeyri-yaşayış binasının isə 70.5 kv.metr hissəsi iddiaçının xüsusi mülkiyyətlərindədir. Məhkəmə Ekspertiza Mərkəzinin 18 noyabr 2021-ci il tarixli ekspert rəyinə görə, mübahisəli obyektin 1, 3 nömrəli tikililəri ilə 2, 4 nömrəli tikililər arasında olan boşluqlar hörülərək bağlandıqdan sonra iddiaçıya düşən tikintialtı sahəsi 50.6 kv.metr, tikililərin daxili sahəsi 45.4 kv.metr olan hissə ilə iddiaçının tikintialtı sahəsi 78.2 kv.metr, tikililərin daxili sahəi 70.5 kv.metr olan hissənin bir-birindən təcrid şəkildə ayrılması və mülkiyyətçilərin hər birinin öz payına düşən hissədən sərbəst şəkildə istifadə etməsi mümkündür. Lakin, ekspertin rəyi ilə razılaşmaq olmaz və sözügedən obyek vahid mülkiyyət obyekti olmaqla tərəflərin paylı mülkiyyətindədir. Həmin vahid daşınmaz əmlak vahid mülki yyət obyekti olmaqla hazırda cavabdehlərin faktiki sahibliyindədir. Hazırki mübahisə üzrə iddiaçının tələbi isə əmlakın naturada bölgüsü aparılmadan, cavabdehlərin onun mülkiyyətinə düşən hissədən çıxarılmalarından ibarətdir. Fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq, paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Hazırki halda naturada bölgü aparılmadan iddiaçının daşınmaz əmlakın onun payına aid hissəsindən cavabdehlərin çıxarılmasından ibarət tələbinin təmin olunması, mübahisəli daşınmaz əmlakın vahidliyinin, vahid əmlak olaraq hə min daşınmaz əmlakdan istifadə edən paylı digər mülkiyyətçinin qanunla qorunan mənafelərinin pozulması ilə nəticələnə bilər. Odur ki, mübahisəli daşınmaz əmlak mülkiyyətçilərinin paylarına mütənasib şəkildə paylarının naturada bölgüsü aparılmadan hazırki iddianın təmin olunması yolverilməzdir. Belə ki, Mülki Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsində göstərilir ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının na turada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.6-ci maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
15. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə t ətbiq edib, işə əlavə edilmiş sübutları, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçının cavabdehlərə qarşı tələbləri onların Lənkəran rayonu, Şiləvar kəndi, Ələt-Astara yolunda yerləşən sahəsi 115 kv.metr olan “Xəzər” inşaat-tikinti materialları mağazasından çıxarılmasından və mağazanın, içindəki əmlakların ona təhvil verilməsindən ibarət olduğundan və tərəflərin sözügedən obyekdəki payları naturada ayrılmadığından, iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib.
16. Bu baxımdan kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayəti ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 dekabr 2021-ci il tarixli, 2(106)-1667/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir..