Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2915/2021 18.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət qarışıq tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-3195/2020 saylı məhkəmə aidiyyətinə dair qərardadından İddiaçı1 verdiyi şikayət üzrə işə kasasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən, hakim F.İ.Əyyubov) İddiaçı1 Cavabdeh1 MTK və digərlərinə qarşı “kooperativə üzv qəbul edilməsi, pay haqqının ödənilməsinə təminat məqsədilə haz ırlanmış ərizənin, kooperativin ümumi yığıncağının protokolunun, kooperativin 2-ci redaksiyada olmuş nizamnaməsinin, kooperativin dövlət qeydiyyatı məlumatlarında baş vermiş dəyişikliklərin qeydə alınması ilə bağlı bütün lazımi sənədlərin hazırlanması, imzalanması, müvafiq dövlət orqanına təqdim edilməsi, bununla bağlı digər hərəkətlərin edilməsi məqsədilə verilmiş etibarnamənin və kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizənin etibarsız hesab edilməsi” iddiasına dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçı1 qərardaddan şikayət vermiş və şikayətini belə əsaslandırıb ki, işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətinin xarakterinə görə hazırki mülki işə məhkəmə aidiyyəti qa ydasında kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə baxılmalıdır və hazırki iddia cavabdehin rəsmi qeydə alındığı yer üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə düzgün verilmişdir. Kasasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, İddiaçı1 şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıdakılara görə iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən, şikayət təmin edilmədən saxlanılmalıdır. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli, 10 saylı Qərarında göstərilir ki, Azərbayca n Respublikası MPM-nin 24.2ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. O, da nəzərə alınmalıdır ki, MPM-nin 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-nin istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hü quq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Tərəflər in bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Eyni zamanda sözügedən Qərarın icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən cədvəldən görünür ki, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərə (təsisçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblərə) məhkəmə aidiyyəti qaydasında kommersiya məhkəmələrində baxılmalıdır. Göründüyü kimi Bakı şəhəri Yasamal Rayon Məhkəməsi hazı rki mülki işi məhkəmə aidiyyəti qaydasında baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərərkən, İddiaçı1 Cavabdeh1 MTK və digərlərinə qarşı hazırki iddia tələblərinin korporativ tələblərə aid olmasını nəzərə almışdır. Bu baxımdan kasasiya instansiyası məhkəməsi İddiaçı1 şikayətinin dəlillərini əsassız hesab edir və belə qənaətə gəlir ki, hazırki mülki işə məhkəmə aidiyyəti qaydasında Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Belə ki, özügedən Plenum Qərarında göstərilir ki, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərə (təsisçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblərə) məhkəmə aidiyyəti qaydasında ko mmersiya məhkəmələrində baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsində göstərilir ki, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 403-1.2-ci maddəsinə görə, kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Həmin Məcəllənin 403-1.6-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersi ya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. Həmin Məcəllənin 403-1.8.1-ci maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin edilmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edilməsini yoxlayıb hesab edir ki, hazırki iddia ərizəsi məhkəmə aidiyyəti üzrə Bakı şəhəri, Yasamal rayon məhkəməsinə düzgün verilməmişdir. Ona görə də iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən, şikayət təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı1 şikayəti təmin edilməsin, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-3195/2020 saylı məhkəmə aidiyyətinə dair qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2915/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2915/2021
18.03.2021 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver