Məhkəmə qərarları › İş №2(102)-2915/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2915/2022

14.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2915/2022 14.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsızlığı, fərdi müəyyən əşyanın verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və əmlakın təhvil verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1431/2022 nömrəli, 03 fevral 2022-ci il tarixli qətnaməsi ndən iddiaçının verdiyi kassasiya şikayətinə 14 iyul 2022- ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh1 (direktor X5) (satıcı) və İddiaçı (alıcı) arasında 13 iyul 2009-cu il tarixdə müqavilə bağlanmış, müqaviləyə əsasən satıcı, ünvan 1 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 155,6 kv.metr olan 3 otaqlı 37 saylı mənzili (bundan sonra – mübahisəli mənzil) alıcıya təhvil verməyi, alıcı isə bunun müqabilində mənzilin hər kvadratmetrinə görə 400 manat olmaqla, cəmi 62 240 manatı MMC-yə ödəməyi öhdəsinə götürmüş, əmlakın dəyərinin tam ödənildiyinə dair ona tarixi göstərilməyən maliyyə arayışı verilmişdir.

2. İddiaçı ilə bağlanmış xx.xx.2009-cu il tarixli müqavilənin predme tini təşkil edən mənzil Cavabdeh1 MMC-nin direktoru X5 ilə Cavabdeh2 arasında bağlanmış 26 yanvar 2008-ci il tarixli müqavilə əsasında sonuncuya satılmış, müqavilədə mənzilin hər kvadratmetrinin dəyərinin 800 manat, ümumi dəyərinin 124 480 manat olduğu razılaşdırılmış və həmin məbləğin 40 000 manatının əvvəlcədən ödənildiyi göstərilmiş, xx.xx.2008-ci il tarixdə Cavabdeh2 qalıq 84 480 manatı ödəmiş və bununla bağlı ona kassa mədaxil orderi verilmiş, həmin tarixdə tərtib olunmuş maliyyə arayışında onun mənzilə görə borcunun qalmadığı qeyd edilmişdir. 3. xx.xx.2017-ci il tarixdə Cavabdeh1 MMC və X6 arasında 286 saylı müqavilə bağlanmış, müqavilədə Cavabdeh2 ilə bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin predmeti olan mənzilin ona təhvil verildiyi göstərilməklə mənzilin istismar qaydaları ilə bağlı hüquq və vəzifələr müəyyənləşdirilmişdir. Mübahisəli mənzil Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh1 MMC-nə qarşı iddia ərizəsi, sonradan isə Cavabdeh2 da cavabdeh qismində göstərdiyi iddia ərizəsinə əlavə (dəqiqləşdirmə) ilə məhkəməyə müraciət edərək, MMC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, mübahisəli mənzilə dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestri idarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, mənzilin cavabdehlər tərəfindən ona təhvil verilməsi və mənzilə giriş lə bağlı yaradılacaq maneələrin cavabdehlərə qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, mübahisəli mənzil Cavabdeh1 MMC ilə aralarında bağlanmış xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən ona satılmış, mənzilin dəyəri tərəfindən tam ödənilmiş, lakin mənzil ona təhvil verilməmiş, MMC-yə göndərdiyi pretenziya məktubu da cavablandırılmamışdır. Sonradan məlum olmuşdur ki, mənzil MMC tərəfindən xx.xx.2017ci il tarixdə X4 da satılmış, sonuncunun adına daşınmaz əmlakın dövlət reyestri idarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə çıxarış verilmişdir. Lakin onunla bağlanmış xx.xx.2009cu il tarixli müqavilədən və maliyyə arayışından göründüyü kimi, həmin mənzil ilk növbədə ona satılmışdır, sonradan mənzil barəsində bağlanan müqavilələrin heç bir hüquqi qüvvəsi olmamaqla etibarsızdır. Belə ki, Cavabdeh2 ilə bağlanan müqavilədə tarix, alıcı qrafası, mənzilin nömrəsi, məbləğ və alıcının imzası hissəsi əlyazma ilə qeyd edilmiş, satıcı hissəsi kompüter vasitəsilə yazılmışdır. Bu da onu göstərir ki, həmin müqavilə imzalı və möhürlü hazır formada mövcud olmuş və son zamanlarda, yəni onun müqaviləsindən sonra bağlanmışdır. Onunla bağlanmış xx.xx.2009-cu il tarixli müqaviləyə diqqət yetirdikdə görünür ki, əlyazma ilə heç bir yazı mövcud deyildir. Cavabdeh2 adına olan müqavilədə alıcının eyniləşdirilməsi üçün heç bir məlumat, məsələn şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi qeyd olunmamışdır. Ona aid müqavilədə isə şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi göstərilmişdir. Cavabdeh2 müqaviləsində qeyd olunan tarixdə MMC-nin rəhbəri olmuş şəxs Məzahir Cəfərov onun iştirakı ilə xx.xx.2013-cü il tarixdə keçirilmiş audit yoxlaması zamanı mənzili ona satdığını bildirmişdir. Bu barədə audit rəyi və həmin audit rəyi barədə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən vəkil sorğusu ilə əldə edilmiş xx.xx.2021-ci il tarixli ********* nömrəli cavab məktubu vardır. Əgər həqiqətən X3 adına belə bir müqavilə mövcud olsa idi, həmin audit rəyində bu barədə məlumat qeyd olunardı.

6. Cavabdeh1 birinci instansiya məhkəməsinə etiraz verərək göstərmişdir ki, iddia tələblərinin əsasını təşkil edən Cavabdeh1 MMC-nin direktoru X5 və İddiaçı arasında mübahisəli mənzilə dair bağlandığı iddia edilən xx.xx.2009-cu il tarixli müqavilə etibar sız əqddir. Bu səbəbdən hazırda İddiaçı irəli sürdüyü tələblər Cavabdeh2 hüquq və maraqlarına toxunduğuna görə, o, hazırkı iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs qismində işə cəlb olunmalı, onun iddia ərizəsi isə icraata qəbul edilməlidir. Belə ki, İddiaçı iddia ərizəsində göstərilənlər həqiqətə uyğun deyil. Mənzilə dair MMC və Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə, mübahisəli mənzil Cavabdeh2 təhvil verilməli, sonuncu isə mənzilin razılaşdırılmış dəyərini MMC-yə ödəməlidir. Hər iki tərəf müqavilənin şərtlərinə əməl etmiş, mənzilin dəyəri Cavabdeh2 tərəfindən MMC-yə ödənilmiş, MMC isə mənzili Cavabdeh2 təhvil vermişdir. Mübahisəli mənzilə dair xx.xx.2017-ci il tarixli müqavilənin bağlanmasında səlahiyyətli şəxslər (Cavabd eh1 MMC və Cavabdeh2) iştirak etmiş, onların arasında iradə və onun bildirilməsi vahidliyi mövcud olmuşdur. Beləliklə də, Cavabdeh2 mübahisəli mənzilin mülkiyyətçisi hesab edilmişdir. Çünki, müqavilə bağlandığı (xx.xx.2017-ci il) zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin qüvvədə olduğu 178.8-ci maddəsinə görə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Mübahisəli mənzil Cavabdeh2 satıldıqdan sonra sonuncu mənzili təmir etdirmiş və mənzildə yaşamağa başlamışdır. Cavabdeh2 mənzil üzərində mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** № ilə qeydə alınmış və bu barədə on un adına çıxarış verilmişdir. Bu çıxarış hal-hazırda da qüvvədədir. Mübahisəli mənzilə dair Cavabdeh2 adına çıxarış verilməzdən əvvəl Cavabdeh2 reyestr idarəsinə təqdim etdiyi sənədlərin həqiqiliyi yoxlanılmış, H.Məmmədovun mənzil üzərində mülkiyyət hüququnun qeydə alınmasının dayandırılması və ya imtina edilməsi üçün hər-hansı hal müəyyən edilməmişdir. Bundan sonra Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Mübahisəli mənzillə bağlı İddiaçı istinad etdiyi xx.xx.2007-ci il tarixli müqavilədə və maliyyə arayışında MMC-nin adından həmin sənədləri imzalayan şəxs kimi MMC-nin əvvəlki direktoru X1 adı qeyd olunmuşdur. Lakin, xx.xx.2007-ci il tarixli müqavilədə və maliyyə arayışındakı imzalar Məzahir Cəfərova məxsus deyil. Həmin imzalar başqa şəxs (şəxslər) tərəfin dən icra edilmişdir. Mübahisəli mənzilə dair MMC və iddiaçı Samirə Cəfərova arasında hər-hansı müqavilə bağlanmamışdır. Sözügedən müqavilə və maliyyə arayışı etibarsızdır. xx.xx.2009-cu il tarixdən xx.xx.2021-ci il tarixədək (hazırkı iddia irəli sürülənədək) mübahisəli mənzilin ona təhvil verilməməsini iddia edən İddiaçı bununla bağlı hər-hansı tələb irəli sürməməsi, hüquq mühafizə orqanlarına müraciət etməməsi də onu təsdiq edir ki, İddiaçı təqdim etdiyi müqavilə və maliyyə arayışı saxta sənədlərdir. Belə olan halda hesab edir ki, 37 №-li mənzillə bağlı İddiaçı irəli sürdüyü tələblər əsassızdır və təmin edilməməlidir.

7. Birinci instansiya məhkəməsində Cavabdeh2 nümayəndəsi bildirmişdir ki, 2007-ci ildə binanın yerləşdiyi ərazidən mənzil almaq qərarına gəlmiş, sözügedən binada mənzillər m ünasib qiymətə satıldığından, həmin binadan mənzil almışdır. Alqı-satqı müqaviləsini 2008-ci ildə Məzahir Cəfərovla bağlamış və mənzilə görə 125.000 manat civarında ödəniş etmişdir. Daha sonra müqaviləni, maliyyə arayışını və digər sənədləri daşınmaz əmlakın dövlət reyestri idarəsinə təqdim edərək, mənzilə dair çıxarışı əldə etmişdir. 2018-ci ildə isə Cavabdeh1 MMC ilə təmir müqaviləsi bağlamış və mənzilin qazlaşdırılması üçün əlavə ödəniş edilmişdir. Hal-hazırda mənzili təmir etmiş və ailəsi ilə həmin mənzildə yaşayır. İddiaçı adlı şəxsi tanımır və heç vaxt görməmişdir. Lakin 2017-ci ildə üç nəfər tanımadığı şəxs ona müraciət edərək, sözügedən mənzilə dair onların da müqaviləsinin olduğunu qeyd edərək, onun müqaviləsinə baxmaq istədiklərini bildirmişlər. Onların müqaviləsində isə mənzil in alış qiyməti 40.000 manat kimi qeyd edilmişdir. Müqavilənin şəklini çəkmək istədikdə, həmin şəxslər buna imkan verməmiş və aralarında mübahisə baş vermişdir. İddiaçı mənzili aldığı halda 2009-cu ildən 2017-ci ilədək bir dəfə olsun, mənzilə baxmağa gəlməməsi və öz əmlakı ilə maraqlanmaması inandırıcı deyil. Halbuki o, həftədə iki dəfə mənzili gəlib yoxlamışdır. 2017-ci ildə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə dəvət olunmuş və mənzilin sənədlərini təqdim etmişdir. Mənzilin sənədləri ilə bağlı müvafiq ekspertiza təyin olunmuş və sənədlərin düzgün olması təsdiq olunmuşdur. Cavabdeh1 MMC-nin vəzifəli şəxsləri barədə aparılmış cinayət işi ilə bağlı məlumatı olmamış və bu barədə onu heç kim məlumatlandırmamışdır.

8. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan son ra – birinci instansiya məhkəməsi) 03 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.B.Mehrəliyev) iddia təmin edilmiş, mübahisəli mənzilə dair cavabdehlər Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və cavabdeh X3 adına verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, mübahisəli mənzilin cavabdehlər tərəfindən iddiaçıya təhvil verilməsi və mənzilə girişlə bağlı maneələrin yaradılmasının cavabdehlərə qadağan edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iclasında işin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları və işin digər materialları ilə mübahisəli mənzilin MMC-nin direktoru X5 ilə bağlanmış xx.xx.2009-cu il tarixli müqavilə əsasında İddiaçı satılması, mübahisəli mənzilə dair MMC-nin icraçı direktoru X5 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin qanunvericiliyin tələbləri nöqteyi-nəzərindən etibarsız əqd olması, həmin mənzilə dair Cavabdeh2 X2 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 105 nömrəli maliyyə arayışının ciddi hesabat blanklarına dair tələblərə cavab verməməsi, MMC-nin vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 310 və 313-cü maddələri ilə aparılan ********* №-li cinayət işinin istintaq materialları ilə də göstərilən mənzilin iddiaçıya satılması tam olaraq sübuta yetirilmişdir. Ona görə də, iddia ərizəsi əsaslı olduğundan təmin edilməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 157.2, 157.8, 324.1, 324.2, 324.5, 337.1, 337.2, 337.5, 385.1, 425.1, 646.1, 646.2, 648.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli və “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdehlər ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, qətnamənin ləğv olunmasını və iddia tələblərinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1431/2021 saylı mülki iş üzrə 03 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və V.N.Sadıqov) apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər, mənzilin Cavabdeh2 təhvil verildiyini, mənzilin onun tərəfindən təmir olunduğunu və ailəsi ilə birlikdə 2018-ci ildən (özünün bildirməsinə görə 2017-ci ildən) etibarən orada yaşadığını mübahisələndirmirlər. İşdən müəyyən olunur ki, Cavabdeh2 ilə “Azəriqaz” İB arasında xx.xx.2018-ci il tarixdə qazın alqı-satqısı ilə əlaqədar müqavilə bağlanaraq mənzilə qaz sayğacı quraşdırılmış, xx.xx.2020-ci il tarixdə "xxxx" MMC ilə “Nəzarət sistemlərinin təmiri və servisi üzrə texniki xidmət müqaviləsi” bağlanmış, mənzilə telefon çəkdirilmiş, "xxxx" ASC ilə müqavilə bağlanmış, kommunal xidmətlərə görə ödənişlər həyata keçirilmişdir. Beləliklə, işin müəyyən olunmuş hallarına görə İddiaçı MMC-dən tələb etdiyi mənzilə dair ilk müqavilə xx.xx.2008-ci il tarixdə Cavabdeh2 ilə bağlanmış, həmin müqavilə əsasında mənzil 2017-ci ildə Cavabdeh2 təhvil verilmiş və onun mülkiyyətinə keçirilmişdir. İddiaçı MMC ilə bağlamış olduğu xx.xx.2009-cu il tarixli müqaviləyə istinad etməklə iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 152-ci və 385.1-ci maddələrinə əsaslanmış, cavabdehin (Cavabdeh1 MMC-nin) müqavilə öhdəliklərini icra etmədiyini irəli sürmüşdür. Yuxarıda qeyd olu nduğu kimi, onunla həmin MMC arasında müqavilə bağlandığı zaman Cavabdeh2 ilə daha əvvəl bağlanmış müqavilə qüvvədə olmuş, mənzil bu müqavilə əsasında sonuncunun sahibliyinə verilmişdir. Başqa sözlə, MMC iddiaçının istinad etdiyi müqavilənin predmeti olan əmlakla bağlı əqd bağlamaq səlahiyyəti olmadığı halda onunla müqavilə bağlamış, həmin MMC ilə İddiaçı daha əvvəl müqavilə bağlayaraq əmlakı təhvil almış şəxsin müqaviləsinin həmin dövrdə ləğv olunduğu və ya etibarsız hesab edildiyi isə müəyyən olunmamışdır.

14. Məhkəmə kollegiyasının qənaətinə görə bu hal, hazırda Cavabdeh2 mülkiyyətində olan mənzilin İddiaçı təhvil verilməsini istisna etməklə yanaşı, onun irəli sürdüyü faktiki halların iddia tələbinin qanuni əsası kimi göstərdiyi qanunvericilik müddəalarının dispozisiya əlamətləri ilə uz laşmaması deməkdir. Ödədiyi muzd əsasında mənzilin podratçı tərəfindən sifarişçiyə verilməsi, hazırlanmış əmlaka mülkiyyət hüququnun verilməsi hesab olunur; bu isə Mülki Məcəllənin 452.1-ci maddəsində nəzərdə tutulmuş şərtin reallaşdığını göstərir.

15. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının istinad etdiyi müqavilədəki imzanın yoxlanılması üçün ekspertiza keçirilməli olması barədə apellyatorların dəlilləri ilə bağlı araşdırma aparılmasına da zərurət görməmişdir. Belə ki, qeyd olunduğu kimi, İddiaçı istinad etdiyi müqavilə imzalandığı zaman mənzil Cavabdeh2 satılmış olduğundan, Cavabdeh1 MMC həmin müqaviləni bağlamaq səlahiyyətinə sahib olmamışdır; bu isə o deməkdir ki, sözügedən müqavilədəki imzanın kimə məxsus olması hazırkı mübahisənin həlli baxımından əhəmiyyətli deyildir.

16. Mə hkəmə Mülki Məcəllənin 337.1 və 339-cu maddələrinə istinad etməklə iddiaçının “müqavilənin etibarsız sayılması” tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni də əsassız hesab etmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi, həmçinin qeyd etmişdir ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir – İddiaçı etibarsız hesab edilməsini tələb etdiyi müqavilənin lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlandığı və həmin şəxslərin iradə vahidliyinin mövcudluğu mübahisə mövzusu deyildir; müqavilələrin, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun ol madığı, yaxud sadalanan pozuntularla bağlandığı isə müəyyən edilməmişdir. Mübahisəsi gedən mənzilin Cavabdeh2 adına qeydiyyata alınması ilə bağlı verilmiş çıxarışın ləğv olunması üçün isə hər hansı əsas mövcud deyil və buna görə də kollegiya, həmin tələblə bağlı gəlinən nəticənin əsassızlığı üzrə əlavə əsaslandırma aparılmasına ümumiyyətlə zərurət olmadığını vurğulamaqla kifayətlənmişdir.

18. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 165, 337.1, 339, 442, 452.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 385.1.2, 385.1.4 384.0.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğ v edilməsini və birinci instansiya məhkəməsində təqdim edilmiş sübutlar əsasında iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil 13 iyul 2009-cu il tarixli müqaviləyə əsasən iddiaçıya satılmış, o, həmin əmlakın dəyərini tam olaraq ödəmişdir. Birinci instansiya məhkəməsinə həmin müqavilə və maliyyə arayışının əsilləri təqdim edilmişdir. Göründüyü kimi İddiaçı pay haqqını tam ödəyərək həmin mənzilə mülkiyyət hüququnu əldə etmişdir. Lakin Cavabdeh1 MMC üzərinə düşən öhdəliyi, yəni əmlakın təhvil verilməsi öhdəliyini qərəzli olaraq icra etməmişdir. İcra etməmə səbəbi isə sonrada saxta yollarla üçüncü şəxslərin adına müqavilələrin tərtib edilməsi olmuşdur. Lakin hər bir halda məhkəmə iddiaçının hüquqlarını ta nıyaraq əmlakın təhvil verilməsi öhdəliyini cavabdeh MMC üzərinə qoymalı olduğu halda qoymamışdır. Məhkəmə iddianı rədd etməklə iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını pozmuş, sübutlara tam olaraq hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi əsassız olaraq yeni sübutlara istinad etmişdir. Belə ki, cavabdeh X7 birinci instansiya məhkəməsində pul vəsaitlərinin ödənilməsini təsdiq edən 2008-ci ilə aid qəbzlər və maliyyə arayışı təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsinə təqdim etsə də nə üçün birinci instansiya məhkəməsinə təqdim edə bilmədiyini əsaslandırmamışdır.

21. Kassator apellyasiya instansiyası məhkəməsinin cavabdehin mübahisəli yaşayış sahəsinə olan ehtiyacının aradan qalxması barədə mövqeyi ilə bağlı qeyd etmişdir ki, iş materiallarında cavabde hin yaşayış sahəsi əldə etdiyini və mülkiyyətində yaşayış sahəsi olduğunu təsdiq edən mötəbər sübutlar mövcud deyildir. Belə ki, məhkəmə tərəfindən sübutlara düzgün qiymət verilməmiş, MPM-in 81 və 88-ci maddələrinin tələbləri pozulmuş, nəticədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Cavabdehlər kassasiya şikayətinə qarşı etiraz göndərərək, şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Tətbiq edilən hüquq Mülki Məcəllə

23. Maddə

165. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər..

24. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

25. Maddə 339.1 Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

26. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öh dəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla içra edilməsi) başa düşülür.

27. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hə r bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin möv qeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

37. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdır ma aparılmır, onlara qiymət verilmir.

38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1431/2022 nömrəli mülki iş üzrə 03 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar