Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2917/2020 20.05.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X5 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili X3, İddiaçı və vəkili X2 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindənİcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinkassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş 2(051)-1665/2019 hakim Ə.M.Hüseynov) İddiaçıİcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X6rşı «işə bərpa edilmə və məcburi iş buraxmaya görə kompensasiya verilməsi» tələbinə dair iddiası rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş 2(107)-3231/2019 hakimlər M.R.Hüseynov, G.Q.Abbasov, R.R.Rəfiyev)İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia qismən təmin edilmiş, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin xx.xx.2019-cu il tarixli 850 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının həmin Publik Hüquqi Şəxsin Terapiya şöbəsinin müdiri vəzifəsinə bərpa edilməsi və iddiaçıya qanunsuz işdə n çıxarma nəticəsində məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı xx.xx.1979-cu il tarixdən Mingəçevir şəhər xəstəxanasında həkim və Terapiya şöbəsinin müdiri olaraq fəaliyyət göstərmişdir. Cavabdehin onunla bağladığı əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2018-ci il tarixli 215 saylı əmr verilmiş, iddiaçı məhkəməyə müraciət etmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tаrixli, 2(051)-1737/2018 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında cavabdehin xx xxxx 2018-ci il tarixli, 215 s aylı əmrinin ləğv edilməsi və onun Terapiya şöbəsinin şöbə müdiri vəzifəsinə bərpa edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(107)-2444/2018 nömrəli qətnaməsi ilə qeyd edilən qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)1588/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərarı ilə sonuncu qətnamə də dəyişiklik edilmədən saxlanılmışdır. İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh tərəfindən əmr verilməklə əvvəlki işinə bərpa edilməklə, məhkəmə qərarı icra edilmişdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin xx.xx.2019-cu il tarixli 850 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin«ç» bəndinə əsasən iddiaçı ilə əmək müqaviləsinə yenidən xitam verilmişdir. xx.xx.2019-cu il tarixdə İddiaçı hazırkiiddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmrin ləğv edilməsi, onun Terapiya şöbəsinin müdiri vəzifəsinə işə bərpa olunması və 5.000 manat miqdarında mənəvi zərərin cavabdehdən tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Məhkəmə kollegiyasının iclasında kassator un vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı məhkəməyə müraciət edərək, əvvəlki işinə bərpa edilməsini, məcburi iş buraxmaya görə kompensasiya ödənilməsini və 5000 manat məbləğində mənəvi zərərin cavabdehdən alınıb ona verilməsini tələb etmişdir. İddianın rədd edilməsi hissəsində apellyasiya məhkəməsinin qətnaməsi mübahisələndirilmir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının Terapiya şöbəsinin müdiri vəzifəsindən azad edilməsi ilə bağlı xx xxxx 2019-cu il tarixli, 850 saylı əmri qanunsuz və əsassız olmuş, əmrin əsaslandığı sübutlar iddiaçının işdən azad edilməsi üçün kifayət olmamışdır. İddiaçının şöbə müdiri vəzifəsindən azad edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsi ilə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv ed ilməsinin əsasları müəyyən edilmişdir. Həmin maddənin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə əmək müqaviləsi ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddənin 2-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddənin 3-cü bəndinə əsasən, işəgötürən bu Məcəllənin 70ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 80-ci maddənin 1-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80-ci maddənin 2-ci bəndinə əsasən, Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Səhiyyə işçiləri X1 xx.xx.2019- cu il tarixli və xx.xx.2019-cu il tarixli iclasının keçirilməsi barədə iddiaçıya hər hansı bir məlumat verilməmiş və iddiaçının işdə qalıb-qalmaması məsələsinin həll edilməsi zamanı onun həmin iclasda iştirakının təmin edilməsi zəruri olduğu halda bununla bağlı hər hansı bir tədbir görülməmiş, qanunvericiliyin imperativ göstərişinə əməl edilməmiş nəticədə isə iddiaçının hüquqları pozulmuşdur. Bundan başqa, iddiaçının işdən azad edilməsi üçün əsaslardan biri olan cavabdeh xəstəxananın Ter apiya şöbəsinin həkimlərinin xx.xx.2019-cu il tarixli və Təcili yardım bölməsinin həkimlərinin xx.xx.2019-cu il tarixli kollektiv müraciətləri iddiaçının öz vəzifələrinin öhdəsindən gələ bilməməsi, şöbənin işinin düzgün planlaşdırmaması, diaqnozun düzgünlüyünə müntəzəm nəzarətin edilməməsi, xəstələrin iddiaçını həkim kimi qəbul etməməsi və digər bu xarakterli əks olunan fikirlərin nəticəsi cavabdeh tərəfindən təqdim edilmiş sübutlarda müəyyən edilmir. Qeyd edilən hallar və pozuntular konkret olmalı, iddiaçı tərəfindən həmin pozuntulara yol verilməsi aşkar görünməli, yəni bunun üçün ən azı araşdırma aparılmalı, iddiaçının hər bir pozuntuya münasibətdə izahatı alınmalı idi. İddiaçının özünün təqdim etdiyi Terapiya şöbəsinin 2017-ci il üzrə Hesabatında ölüm faizi heab olunan “Letallıq” bölməs ində faiz “0” sıfırla ifadə olunur. Cavabdeh tərəf bunun əksi olan hər hansı bir sübutu təqdim etməmişdir. Bundan əlavə, qeyd edildiyi kimi, Əmək Məcəlləsinin 71-ci maddəsinə əsasən 2-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İddiaçı barədə kollektiv müraciətlərdə ifadə olunan fikirlərin real olaraq iddiaçı nın fəaliyyətində aşkar edilməsi ilə bağlı konkret sübutla təsdiq edilən faktlar mövcud deyildir. Apellyasiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, kollektiv şikayət imzalayan həkimlərin bir qisminin birinci instansiya məhkəməsində dindirilməsi səbəbindən, qeyd edilən şikayətlərin məzmununda iddiaçının əmək icra prosesində pozuntulara yol verməsi ümumi sözlərlə ifadə olunduğundan, həmin pozuntuların konkret olaraq nədən ibarət olması və araşdırılması zərurəti olsa da, izahatlar alınmaqla konkret və real faktlar müəyyən edilməklə araşdırılmadığından qeyd edilən şəxslərin şikayətləri iddiaçının işdən azad edilməsi üçün əsas kimi qəbul edilməsi qanuni və əsaslı hesab edilə bilməz. İddiaçının işə bərpa edilməsi aşağı instansiya məhkəmələrin qətnamələrinin qüvvədə saxlanması barədə Azərbaycan R espublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)1588/2019 nömrəli xx xxxx 2019-cu il tarixli qərarından sonra, yəni xx.xx.2019-cu il tarixdə iddiaçının işə bərpası barədə müvafiq əmr qəbul ediləndən sonra və ona qədərki müddətdə belə kollektiv şikayətlərin yazılması, işə bərpa olunan vaxtdan 8-10 gün müddət ərzində belə şikayətlərin aktivləşməsi və 1 ildən çox işdə olmayan iddiaçıya qarşı bu xarakterli münasibət, iddiaçıya qarşı cavabdeh təşkilat tərəfindən qeyri-sağlam və əsası olmayan münasibətin ifadəsi kimi qəbul edilməlidir. Apellyasiya instansiyası məhkəməsi, həmçinin, hesab etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarına əsasən, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə işə bərpa edilməsindən 1 ay müddət keçməmiş, i ddiaçının yenidən başqa əsasla işdən azad edilməsi ilə bağlı əmrin verilməsi, həmin əmrin qərəzli xarakter daşımasının sübutudur. Göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri pozulmaqla verilmiş, iddiaçı ilə əmək müqaviləsi ləğv edilərkən Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsi 300-cü maddəsi ilə əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri müəyyən edilmişdir. Bu halda, apellyasiya instansiya məhkəməsi işəgötürənin xx.xx.2019-cu il tarixli 850 nömrəli əmrinin ləğv edilməsi və iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, onun v əzifəsinə bərpa edilməsi barədə qətnamə qətnamə qəbul etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2917/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2917/2020
20.05.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver