Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2919/2020 16.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X6 və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(107)3124/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.H.Məmmədov, iş № 2(033)-146/2019) İddiaçı Cavabdeh X3 X1rşı işə bərpa, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilərək Cavabdeh X3 X8 İdarəsinin xx xxxxxxx 2018-ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı təbii qazın qəbulu və satışı xidmətinə birinci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Ə.T.Məcidov, İ.F.Quliyev və M.A.Əsədli, iş № 2(107)-1481/2019) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: A.Ə.İsgəndərov, Ə.A.Əhmədov və İ.K.Dəmirov, iş № 2(102)5974/2019) iddiaçının kassasiya şikayəti təmin edilərək Şəki Apellyasiy a Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apelyasiya baxışına göndərilmişdir. İşə təkrar baxan Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə (hakimlər: M.M.Hüseynov, E.S.Hüseynov və M.R.Hüseynov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: xx xxxxxx 2018-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı 1 il müddətinə X9 X4 rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətinə qaz avadanlıqlarının istismarı və təmiri üzrə 5-ci dərəcəli çilingər işinə qəbul edilmiş, cavabdehin xx xxxxxxx 2018-ci il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bə ndi ilə xitam verilmişdir. 2018-ci ilin noyabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək heç bir əmək intizamının pozuntusuna yol vermədiyi halda həmkarlar təşkilatının razılığı olmadan onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini əsas göstərməklə işdən azad olunması barədə əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxma müddəti üçün ona əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə cavabdeh kassasiya şikayəti verərək iddiaçının işdən azad olunmasına həmkarlar təşkilatının razılıq verməsini, lakin həmin razılığın müvafiq qaydada təsdiq edilmədiyindən məhkəmə tərəfindən qəbul edilməməsini, lakin məhkəmənin işi n həmin halına obyektiv qiymət vermədən iş üzrə düzgün olmayan nəticəyə gəlməsini və s. göstərməklə ləğv edilməsini və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respubl ikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşə bərpa olunmasını tələb edən iddiaçının başlıca dəlili ondan ibarət olmuşdur ki, o, həmkarlar təşkilatının razılığı alınmadan işdən azad edilmişdir. Cavabdeh, bununla razılaşmayaraq, iddiaçının işdən azad olunmasına həmkarlar təşkilatının xx xxxxxxx 2018-ci il tarixdə keçirilmiş iclasında razılıq verilməsini iddia etsə də, işdən görünür ki, işə birinci instansiya məhkəməsində baxılarkən məhkəməyə bunu təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Cavabdehin nümayəndəsinin birinci instansiya məhkəməsində verdiyi izahatından görünür ki, həmkarlar təşkilatının razılığının alınması ilə bağlı hazırlıq işl əri aparılır. Yalnız apelyasiya instansiyası məhkəməsində işə baxılarkən məhkəmə kollegiyasına həmkarlar təşkilatının xx xxxxxxx 2018-ci il tarixli iclas protokolu məhkəməyə təqdim olunmuşdur. Halbuki, Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 371-ci maddəsinə əsasən yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Cavabdeh tərəfindən apelyasiya instansiyası məhkəməsinə həmkarlar təşkilatının protokolu təqdim olunarkən həmin sübutun birinci instansiya məhkəməsinə verilmə sinin mümkün olmamasını əsaslandırmamışdır. Göstərilən səbəbdən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə həmkarlar təşkilatının qanunla müəyyən olunmuş qaydada razılığı alınmamaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-cı maddəsinin 2-ci hissəsinin tələbi pozulmuşdur. Qanunun həmin normasına görə həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmı ş yazılı qərarını işəgötürənə təqdim etməlidir. İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə pozularkən həmin əmrin verilməsi üçün əsas kimi Cavabdeh Zaqatala X8 İdarəsinin xx xxxxxxx 2018-ci il tarixli əmri əsas götürülmüşdür. xx xxxxxxx 2018-ci il tarixli əmrlə əmək müqaviləsi ləğv edildikdə isə əsas kimi həmkarlar təşkilatının xx xxxxxxx 2018-ci il tarixli razılıq məktubu əsas götürülmüşdür. Kollegiya işin yuxarıda göstərilən hallarına əsasən apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə əməl edilməklə çıxarıldığından dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh olun anlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2919/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2919/2020
16.09.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver