Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2919/2023 18.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: payın naturada ayrılması, ekspert rəyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “payların naturada bölgüsü” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(107)415/2023 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Şəki şəhəri, X3 küçəsi, 37 ünvanda yerləşən fərdi yaşayış evinin 5/6 hissəsi İddiaçı (bundan sonra “iddiaçı”), 1/6 hissəsi isə Cavabdeh (bundan sonra “cavabdeh”) xüsusi mülkiyyətindədir.
2. Mübahisə həmin əmlakın naturada bölünməsi ilə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 14 mart 2022-ci il tarixdə verilmiş **********28-10301 reyestr nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyətdə olan Şəki şəhəri, X3 küçəsi, 37 ünvanda yerləşən fərdi yaşayış evindən payına düşən 5/6 hissənin münasib şəkildə naturada ayrılıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia təl əbi onunla əsaslandırmışdır ki, Şəki şəhəri, X3 küçəsi, 37 ünvanda yerləşən fərdi yaşayış evi onun və cavabdehin paylı mülkiyyətindədir. Həmin əmlakdan payına düşən hissədə yaxşılaşdırma işləri aparmaq istəyir. Lakin rəsmi sənəddə onun payına düşən hissə müəyyən olunmadığından, payının naturada dəqiq ayrılmasını istədiyindən hazırki iddia tələbilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
5. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 213.1, 213.2, 213.5, 214.1 və 220.2-ci maddələrinə istinad etmişdir.
6. Birinci instansiya məhkəməsi mübahisədə adı keçən evin tərəflərin payına uyğun naturada bölünməsinin texniki cəhətdən mümkünlüyünün müəyyən edilməsi məqsədilə xx.xx.2022-ci il tarixli qərardadla məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir.
7. Məhkəmə Ekspertizas ı Mərkəzinin 05 noyabr 2022-ci il tarixli, 10/4737 nömrəli ekspert rəyinə əsasən tədqiq olunan Şəki şəhəri, X3 küçəsi, 37 ünvanında fərdi yaşayış evinin yerləşmə mövqeyinə, ərazinin situasiya planına görə, mülkiyyətçilərin payına düşən hissələrin hər birinə ayrıca giriş-çıxış yolunun açılmasının mümkün olmamasına görə, o cümlədən fərdi yaşayış evinin tərkiblərində olan kommunal xidmətli sahələri (mətbəx, dəhliz, və s.) yeganə olduğuna görə, torpaq sahəsində əlavə tikililərin inşa olunmasına görə ümumi sahəsi 133.20 kv.metr olan fərdi yaşayış evinin tərəflərin paylarına uyğun olaraq naturada ayrılması İnşaat Norma və Qaydalarının və metodik əsasların tələblərinə uyğun texniki cəhətdən mümkün deyildir.
8. İddiaçının təkrar ekspertiza keçirilməsi barədə şifahi vəsatəti, vəsatətin əsaslandırıl maması motivi ilə birinci instansiya məhkəməsinin protokol qərardadı ilə təmin edilməmişdir.
9. Cavabdeh ekspert rəyi ilə razı olmasını bildirməklə yanaşı, iddiaya etiraz etmiş və göstərmişdir ki, mübahisədə adı keçən evdə yaşayır, ev elə bölünməlidr ki, hər iki tərəf evdən istifadə edə bilsin.
10. Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)-33/2023 saylı qətnaməsilə iddiasının təmin edilməmiş, ekspertiza xərci iddiaçıdan tutulmuşdur. (hakim Pərviz Hacıyev)
11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 14 mart 2022-ci il tarixdə verilmiş **********28-10301 reyestr nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki şəhəri, X3 küçəsi, 37 ünvanın da yerləşən fərdi yaşayış evinin 5/6 hissəsi iddiaçının,1/6 hissəsi isə cavabdehin xüsusi mülkiyyətindədir.
12. Birinci instansiya məhkəməsi qeyd edib ki, iddiaçı həmin evdən ona düşən payın naturada bölünməsi tələbi ilə məhkəməyə müraciət etsə də, ekspert rəyi ilə evin paylara uyğun naturada bölünməsinin mümkün olmaması müəyyən edilib.
13. Birinci instansiya məhkəməsi göstərib ki, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi mümkün olmadıqda onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi və ya öz payının ayrılmasını və yaxud öz payının naturada ayrılmasını məhkəmə qaydasına tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə (indiki halda bu baş vermişdir), mülkiyyətçi əmlak bölgüsündə israr edə bilməz.
14. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlib ki, tərəflərin paylı mülkiyyətində olan Şəki şəhəri, X3 küçəsi, 37 ünvanda yerləşən fərdi yaşayış evindən iddiaçının 5\6 hissə payının naturada ayrılması mümkün deyil.
15. Birinci instansiya məhkəməsi ekspert rəyinə münasibətdə göstərib ki, ekspert rəyi sübut növlərindən biri olmaqla digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyi üçün həmin rəy sübut kimi qəbul edilməlidir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 213.1, 213.2, 215.1, 215.2, 215.5, 220.1-220.4, 220.6-cı, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
17. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayətinin dəlilləri: - fərdi yaşayış evinin yerləşmə mövqeyi payların naturada bölünməsinə qətiyyən maneə yaratmır. Ekspertiza aparan şəxsə də göstərdiyi kimi paylara düşən hər bir hissəyə ayrıca giriş-çıxış qapısı mövcuddur. Yəni hər hansı bir giriş-çıxışın açılmasına ehtiyac yoxdur. Paylara düşən hər bir hissənin ayrıca mətbəxi, sanitar qovşağı mövcuddur. Həmçinin bütün həyət evlərində olduğu kimi bu həyətdə də sanitar qovşağı mövcuddur. Torpaq sahəsində əlavə tikililərin olmasına gəlincə, o, iddia ərizəsində də göstərmişdir ki, digər payçı tərəfindən əlavə razılaşdırılmamış tikinti işləri aparılıb; - məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işi faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından, qətnamə tamamilə əsassızdır; - məhkəmə işin tamamilə araşdırılmasında üzərinə düşən vəzifələrini icra etməmişdir. Məhkəmə faktlara deyil, öz subyektiv fikirlərinə istinad etmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlara heç bir qiymət verməmişdir. Məhkəmə ttəqdim edilən sübutların qiymətləndirilməsi ilə bağlı üzərinə düşən vəzifələri qəti olaraq icra etməmişdir; - məhkəmə tərəfindən iş üç ün əsas əhəmiyyət kəsb edən halın – evə 2 girişin olması və ayrı sanitar qovşağın olması nəzərə alınmamış və məhkəmə bu hala aydınlıq gətirməmişdir; - birinci instansiya məhkəməsinin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, təqdim etdiyi çox mötəbər sübutlar və verdiyi izahat nəzərə alınmamışdır. Həmçinin məhkəmə özünün istinad etdiyi normaları düzgün tövsif etməmişdir.
19. Apellyasiya baxışında iddiaçının vəkilinin əlavə ekspertiza təyin edilməli olması barədə vəsatəti apellyasiya instansiyası məhkəməsinin 28 mart 2023-cü il tarixli ayrıca qərardadı ilə təmin edilməmişdir. Əsas kimi vəsatətin əsaslandırılmış yazılı vəsatət olmamasına, hər hansı əsaslandırma olmadan şifahi vəsatət olmasına istinad etmişdir.
20. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1 07)-415/2023 nömrəli, 28 mart 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elçin Mehdiyev (sədrlik edən və məruzəçi), Ələddin Məcidov, Mahir Əsədli)
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd edib ki, ekspertiza tədqiqatı zamanı fərdi yaşayış evinin tərəflərin paylarına uyğun olaraq naturada ayrılmasının mümkün olmadığı müəyyən edilib.
22. Birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi fərdi yaşayış evinin yerləşmə mövqeyinin payların naturada bölünməsinə qətiyyən maneə yaratmaması, paylara düşən hər bir hissəyə ayrıca giriş-çıxış qapısının mövcud olması, paylara düşən hər bir hissənin ayrıca mətbəxinin, sanitar qovşağının mövcud olması, həyətdə də sanitar qovşağın mövcud olması, digər payçı tərəfindən torpaq sahəsində əlavə razılaşdırılmamış tikinti işləri aparılması, məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillərin həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmaması, məhkəmənin faktlara deyil, öz subyektiv fikirlərinə istinad etməsi, məhkəmənin iddiaçının təqdim etdiyi sübutlara heç bir qiymət verməməsi, məhkəmənin qətnaməsində göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi, təqdim etdiyi mötəbər sübutların və verdiyi izahatın nəzərə alınmaması, məhkəmənin istinad etdiyi normaları düzgün tövsif etməməsi barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsi göstərm işdir ki, mübahisəli daşınmaz əmlak payları bəlli olan mülkiyyət hüququ əsasında tərəflərə məxsusdur. Birinci instansiya məhkəməsi təyin edilərək alınmış ekspert rəyinə uyğun olaraq payların naturada bölünməsinin mümkün olmaması nəticəsinə gəlmişdir. İşin hallarından da görünür ki, sözügedən daşınmaz əmlakın naturada bölgüsünün mümkün olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş, əksinə, verilmiş ekspert rəyinə əsasən bunun mümkünsüz olması müəyyən edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin ekspert rəyi ilə bağlı mövqeyi belə olub ki, rəyin mötəbərliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi izah edib ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla mü qayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
25. Apellyasiya instansiyası məhkəməsi onu da vurğulayıb ki, iddiaçı məhkəmə kollegiyasının iclasında bütün sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyini göstərdiyi halda, iş materialından fərdi yaşayış evində paylara uyğun, yəni 2 ədəd mətbəxin, 2 ədəd sanitar qovşağın mövcud olmasına dair hər hansı bir sübutun olması müəyyən edilməmişdir. Evin 2 ədəd giriş-çıxış qapısının olması müəyyən edildiyi halda belə ekspertiza tədqiqatının naturada bölgünün fərdi yaşayış evinin 2 ədəd ayrıca girişçıxış qapılarının olmaması ilə deyil, digər əsaslarla yanaşı, mülkiyyətçilərin payına düşən hi ssələrin hər birinə ayrıca giriş-çıxış yolunun açılmasının mümkünsüzlüyü ilə əsaslandırılması müəyyən edilmişdir. Bu qeyd edilənlər isə iddiaçının apellyasiya şikayətində göstərdiyi məhkəmə qərarının əsası kimi istinad olunanların və gətirilən dəlillərin həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmaması, məhkəmənin faktlara deyil, öz subyektiv fikirlərinə istinad etməsi, məhkəmənin iddiaçının təqdim etdiyi sübutlara heç bir qiymət verməməsi, məhkəmənin qətnaməsində göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi, təqdim etdiyi çox mötəbər sübutların və verdiyi izahatın nəzərə alınmaması, məhkəmənin istinad etdiyi normaları düzgün tövsif etməməsinə dair dəlillərinin özü-özlüyündə əsassız olmasına dəlalət edir.
26. İddiaçının apellyasiya şikayətində göstər diyi həyətdə də sanitar qovşağının mövcudluğuna dair dəlillə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, mübahisənin predmetini tərəflərin paylı mülkiyyətində olan həyətyanı sahənin bölgüsü deyil, məhz onların paylı mülkiyyətlərində olan fərdi yaşayış evinin bölünməsi təşkil edir.
27. Apellyasiya instansiyası məhkəməsi diqqəti həm də ona yönəldib ki, bu xarakterli iddialarda ilk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların payların a mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür Kassasiya şikayətinin və ona etirazın dəlilləri, a) Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayətinin dəlilləri: - qətnamə prosessual hüquq normasının pozulması ilə qəbul edilmişdir; - ekspertin rəyi tamamilə yalandır. Bunu görmək üçün həmin evə uzaqdan baxmaq da kifayət edər. Əlavə ekspertizanın keçiriləcəyi halda həmin rəyi vermiş ekspert barəsində xüsusi qərardad çıxarılmalı idi. Fərdi yaşayış evinin yerləşmə mövqeyi payların naturada bölünməsinə qətiyyən maneə yaratmır; - ekspe rtiza aparan şəxsə də göstərdiyi kimi paylara düşən hər bir hissənin ayrıca giriş-çıxış qapısı və darvazası mövcuddur. Yəni hər hansı bir giriş-çıxışın açılmasına ehtiyac yoxdur; - paylara düşən hər bir hissənin ayrıca mətbəxi mövcuddur; - paylara düşən hər bir hissənin ayrıca sanitar qovşağı mövcuddur; - həmçinin bütün həyət evlərində olduğu kimi həyətdə də ayrıca sanitar qovşağı var. Bütün bunlar həm evin texniki pasportundan aydın görünür, həm adi gözlə baxdıqda görünür. Bunun üçün sadəcə olaraq yerli baxış keçirilməsi kifayətdir. Torpaq sahəsində əlavə tikililərin olmasına gəlincə, iddia ərizəsində də göstərilmişdir ki, digər payçı tərəfindən razılaşdırılmamış tikinti işləri aparılıb. Baxmayaraq ki, həmin ərazi qoruq elan edilib; - məhkəmə tərəfindən işdə olan əsas sübuta – evin texnik i pastortunda girişçıxışların, sanitar qovşaqların ayrı olmasına qətiyyən qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı yazılı etirazı və etirazın dəlilləri 30.Kassasiya şikayətinə qarşı cavabdehin yazılı etirazı daxil olmuşdur. Etirazda kassasiya şikayətinin dəlillərinin əsassız olması göstərilmiş və şikayətin təmin edilməməsi xahiş olunmuşdur. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. P aylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təm in etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquq i faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
32. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
33. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının poz ulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.
36. İddia tələbi paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi ilə bağlıdır.
37. İşin məhkəmələr tərəfindən ekspert rəyinə əsasən müəyyən edilmiş hallarından görünür ki, mübahisədə adı keçən evin tərəflərin payına uyğun olaraq naturada bölgüsü mümkün deyildir. 38.Bu baxımdan, ekspert rəyinə əsasən işin müəyyən edilmiş halları iddianın təmin edilməsini istisna etdiyi üçün iddianın rədd edilməsi barədə gəlinən nəticə düzgün olmuşdur.
39. Həmçinin apellyasiya instansiyası məhkəməsi sübutları, o cümlədən eksper t rəyini Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
40. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə təkrar ekspertiza təyin etməli olduğu halda, bunu etməməsi barədə iddiaçının kassasiya şikayətinin dəlilini əsassız sayır. Belə ki, iddiaçının əlavə ekspertiza təyin edilməsi barədə vəsatəti apellyasiya instansiyası məhkəməsinin ayrıca qərardadı ilə təmin edilməyib və həmin qərardadda məhkəmə nəyə görə əlavə ekspertizaya zərurət olmaması barədə gəldiyi nəticəni əsaslandırıb. (bax:19-cu bənd)
41. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə isə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
42. Göründüyü kimi, qanunvericilik əlavə və ya təkrar ekspertiza keçirilməsinin şərtlətini müəyyən etmişdir.
43. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə əlavə və təkrar ekspertiza keçirilməsi üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır.
44. Yuxarıda qeyd edildiyi k imi, iddiaçının əlavə ekspertiza təyin edilməsi barədə vəsatəti olmuş və həmin vəsatət şifahi olmaqla yanaşı, əsaslandırılmadığı üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilməmişdir.
45. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(107)415/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.