Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2921/2022 07.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcu, borcun ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-518/2022 nömrəli iş üzrə 24 yanvar 2022-ci il tarixli qətnaməsindən iddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kasasiya şikayəti ü zrə işə 07 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları "xxxx" ASC ilə Cavabdeh2 arasında 29 mart 2010-cu il tarixli, AK-22 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 82.11 kv.m olan 2 otaqlı mənzilin alınması üçün illik 12 faiz ödənilməklə 90 ay müddətinə 29766.80 manat məbləğində kredit verilmişdir. 29 mart 2010-cu il tarixli № 22 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 məxsus Bakı şəhəri; Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 82.11 kv.m olan 2 otaqlı mənzili xx.xx.2010-cu il tarixli 22 saylı ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yükl ü etmişdir. "xxxx" ASC ilə “X2” ASC arasında bağlanmış 05 mart 2010-cu il tarixli “Birgə fəaliyyət haqqında” müqaviləyə əsasən “X2” ASC Cavabdeh2 Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcunun, hesablanmış faizlərin ödənilməsi və tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 29 mart 2010-cu il tarixli, AK-22 saylı kredit müqaviləsinə əsasən 13.317,93 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 1.110 manat faiz, 4.856,77 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx. xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 1.618,75 manat borc, ümumilikdə isə 20.903,45 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh2 və “X2” ASC-dən tutulması, tutmanın Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 82.11 kv.m olan 2 otaqlı mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satışından əldə olunan vəsait hesabına borcun ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 82.11 kv.m olan 2 otaqlı mənzilə tutma yönəldildikdə və o satıld ıqdan 1 ay sonra Cavabdeh2 və evdə yaşayan digər şəxslərin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və ləğv prosesində olan "xxxx" ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinni həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, LPO "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2010-cu il tarixli AK-22 saylı kredit müqaviləsinə əsasən 13,317.93 manat məbləğində əsas borc, 1,110 manat məbləğində faiz borcu, 6,721.55 manat məbləğində cərimə borcu, müqavilənin bitdiyi tarixdən xx.xx.2021-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 2,399.45 manat borc, ümumilikdə isə 23,548.93 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh2 və “X2” ASC-dən tu tulması, tutmanın Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 82.11 kv.m olan 2 otaqlı mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satışından əldə olunan vəsait hesabına borcun ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait borcun tam bağlanması üçün kifayət elmədiyi halda, qalan borcun Cavabdeh2 və “X2” ASC-dən tutulması, mənzilə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və evdə yaşayan digər şəxslərin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və ləğv prosesində olan "xxxx" ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondu iddi a tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında 29 mart 2010-cu il tarixində kredit verilməsi haqqında AK22 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 82.11 kv.m olan 2 otaqlı mənzilin alınması üçün illik 12 faiz ödənilməklə 90 ay müddətinə 29766.80 manat məbləğində kredit verilmişdir. 29 mart 2010-cu il tarixli № 22 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 82.11 kv.m olan 2 otaqlı mənzili xx.xx.2010-cu il tarixli 22 saylı ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü etmişdir. Eyni zamanda kredit müqaviləsi üzrə öhdə liklərin icrasını təmin etmək məqsədilə cavabdeh “X2” ASC ilə "xxxx" ASC arasında bağlanmış 05 mart 2010-cu il tarixli “Birgə fəaliyyət haqqında” müqaviləyə əsasən “X2” ASC Cavabdeh2 Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin Cavabdeh2 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində xx.xx.2020-ci il tarixinə Banka 13.317,93 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 1.110 manat faiz, 4.856,77 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 1.618,75 manat, ümumilikdə isə 20.903,45 manat məbləğində borcu yaranmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəmə si) 30 oktyabr 2020-ci il tarixli 2(005)-2450/2020 nömrəli qərardadı ilə (hakim Solmaz Ədilova) əmlakın qiymətləndirilməsi və məhkəmə-mühasibatlıq ekspertizalarının təyin edilməsi, məhkəməmühasibatlıq ekspertizasının aparılmasının Məhkəmə Ekspertizası Mərkəzinə, əmlakın qiymətləndirilməsi ekspertizasının aparılmasının “X1” MMC-yə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/5115 saylı rəyinə əsasən, iş materiallarında olan ödənişləri özündə əks etdirən çıxarış məlumatları və xx.xx.2010-cu il tarixli AK22 saylı kredit müqaviləsinin qeyd edilən şərtləri nəzərə alınmaqla sual üzrə müqavilə müddətinin bitdiyi, 29 sentyabr 2017-ci il tarixinə Cavabdeh2 iddiaçı “Texnikabank" ASC-yə olan əsas və faiz borcu cəmi 14442,27 manat məbləğində müəyyən ed ilir, o cümlədən, əsas kredit borcu 12518,02 manat, faiz borcu 1924,25 manat təşkil edir. “X1” MMC-nin xx.xx.2021-ci il tarixli rəyinə əsasən, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 82.11 kv.m olan 2 otaqlı mənzilin 15 yanvar 2021-ci il tarixə likvid dəyəri 75 600 manat təşkil edir. Birinci instansiya məhkəməsinin 18 fevral 2021-ci il tarixli 2(005)-206/2021 nömrəli qərardadı ilə (hakim Solmaz Ədilova) təkrar əmlakın qiymətləndirilməsi və məhkəmə-mühasibatlıq ekspertizalarının təyin edilməsi, məhkəmə-mühasibatlıq ekspertizasının aparılmasının Məhkəmə Ekspertizası Mərkəzinə, əmlakın qiymətləndirilməsi ekspertizasının aparılmasının "xxxx" MMC-yə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tari xli rəyinə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2010cu il tarixli AK-22 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq, Cavabdeh2 29 sentyabr 2017-ci il tarixə (müqavilə müddətinin sonuna) “Texnikabank" ASC-yə olan borcu 15339.70 manat məbləğində müəyyən edilir, o cümlədən, əsas kredit borcu 13271.68 manat, faiz borcu 2068,02 manat təşkil edir. Qeyd edilir ki, xx.xx.2021-ci il tarixli, 9/5115 №-li ekspert rəyi ilə xx.xx.2021-ci il tarixli, 9/1174 №-li ekspert rəyi arasındakı fərq onunla izah olunur ki, 9/5115 №-li ilkin ekspert rəyində xx.xx.2012-cu il tarixdən xx.xx.2012-ci il tarixədək ümumilikdə 440 AZN məbləğində ödənilmiş sığorta haqqları kredit borcuna silinmişdir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli rəyinə əsasən, Cavabdeh2 mülkiyy ətində olan Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 82.11 kv.m olan 2 otaqlı mənzilin 16 aprel 2021-ci il tarixə bazar dəyəri 86000 manat, likvid dəyəri 82000 manat təşkil edir. Birinci instansiya məhkəməsinin 18 iyun 2021-ci il tarixli 2(005)-206/2021 nömrəli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 29 mart 2010-cu il tarixli, AK-22 saylı kredit müqaviləsi üzrə 13,317.93 manat məbləğində əsas borc, 1,110 manat məbləğində faiz borcu, 1000 manat məbləğində cərimə borcu, müqavilənin bitdiyi tarixdən xx.xx.2021-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 2,399.45 manat olmaqla, cəmi 17827,38 manat borcun və 30 manat dövlət rüsumunun Ləğv prosesində olan “Texnikabank" ASC-nin xeyrinə tutulması, məhkə mə ekspertiza tədqiqatının dəyəri 150 manat məbləğində pulun Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 150 manat məbləğində pulun Ləğv prosesində olan “Texnikabank" ASCdən tutularaq "X1" MMC-nin hesabına, qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 150 manat məbləğində pulun Ləğv prosesində olan “Texnikabank" ASC-dən tutularaq "xxxx" MMC-nin hesabına keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, əldə edilmiş ekspert rəyi nəzərə alınmaqla iddia tələbi əsas borc, faiz borcu və illik beş faiz borcu hissəsində əsaslı olduğundan təmin edilməli, tələb edilən cərimə borcu isə tənasüb nəzərə alınmadan təyin edildiyindən azaldılmalıdır. Məhkəmə araşdırılması zamanı mü əyyən edilmişdir ki, “Texnikabank" ASC ilə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC arasında hər hansı zaminlik müqaviləsi bağlanmamış, onlar arasında müqavilə öhdəliyi yaranmamışdır. Belə olan halda tələb olunan məbləğin cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-də tutulması hissəsi ilə məhkəmə razılaşmır və hesab edir ki, həmin hissədə tələb rədd edilməlidir. Məhkəmə tutmanın Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 82.11 kv.m olan 2 (iki) otaqlı mənzilə yönəldilməsi tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında 29 mart 2010-cu il tarixdə ipoteka müqaviləsi bağlanmış olsa da, bu özü özlüyündə qanunvericiliyin tələblərinə zidd olmuşdur. Belə ki, ipoteka müqaviləsində yüklü edilməsi nəzərdə tut ulan mənzil xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçməmişdir. Mülki Məcəllənin 271.1-ci maddəsinin tələbi baxımından əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Bundan başqa Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Odur ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.4, 269.5, 269.7, 271.1, 307.3, 309.1, 317.1, 319.1, 385.1, 442, 445.2, 448.1, 458.1, 465.2, 467, 471, 472.1, 472.2, 477.0.4, 739.1, 739.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1, 34.1. 3, 34.1.4, 36.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 107, 119.1, 217.4-cü maddələri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 4 iyun 2018-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Vahid Sadıqov - sədrlik edən və məruzəçi, Qürbət Əsgərov, Azad İmanov) 24 yanvar 2022-ci il tarixli, 2(103)-518/2022 saylı qətnaməsi ilə a pelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-206/2021 saylı iş üzrə 18 iyun 2021-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə qismən – iddianın cavabdeh "xxxx" ASC-yə münasibətdə təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi və iddia tələbinin cavabdeh "xxxx" ASC-yə aid hissədə rədd edilməsi, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında qarışıq müqavilə bağlanmaqla orada birgə fəaliyyət göstərilməsi, kreditin verilməsi öhdəliyi və zaminlik müqavilələrinin ünsürləri əhatə olunmuşdur. Göstərilən müqavilə, işdən göründüyü kimi, yazılı şəkildə, onun iştirakçıla rı tərəfindən imzalanmaqla bağlanmış və orada zaminin öhdəlikləri aydın şəkildə göstərilmişdir. “Şirkət” həmin müqavilə çərçivəsində hərəkət edərkən satdığı mənzilə görə onun hesabına köçürülmüş kreditin məbləğindən, kreditin müddətindən və ona hesablanmış faizlərdən və digər şərtlərdən tam xəbərdar olmuş və zamin kimi bank qarşısında öhdəlik daşımışdır. Şirkət birgə fəaliyyət haqqında müqaviləni imzalamaqla eyni zamanda gələcəkdə yarana biləcək öhdəliklərini müəyyən edən müqavilə bağlamışdır. Belə olan halda, məhkəmənin bu hissədə mövqeyi yalnış olmuşdur. Bu hissədə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilsə də Kollegiya qeyd edir ki, cavabdeh "xxxx" ASC-yə aid hissədə iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə görə z aminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.4-cü maddəsinə görə isə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. İşin hallarından görünür ki, kredit müqaviləsi 90 ay müddətinə bağlanmış, müqavilə üzrə öhdəliyin icrası vaxtı xx.xx.2017-ci il tarixində başa çatmış, bankın da həmin vaxtdan başlayaraq, zaminə qarşı tələb etmə hüququ 1 il qüvvədə olmuşdur. Lakin bank tərəfindən hazırki iddia ərizəsi ilə x x.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edilmişdir. Kollegiya hesab edir ki, qanunun tələbinə görə hazırki halda zaminliyə xitam verilmişdir və zaminliyə xitam verildiyindən cavabdeh (zamin) "xxxx" ASC iddiaçının qarşısında məsuliyyət daşımır. Ona görə də iddia tələbi "xxxx" ASC aid hissədə qanunsuz və əsassızdır. İddiaçının ikinci dəlili ipoteka predmetinə tutma yönəldilməsi hissəsində iddianın rədd edilməsi ilə bağlıdır. Kollegiya hesab edir ki, məhkəmənin bu hissədə iddianın rədd edilməsi barədə qənaəti qanuni və əsaslı olmuşdur. İş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 82.11 kv.m olan 2 otaqlı mənzil ipoteka ilə yüklü edilmiş əmlak kimi dövlət qeydiyyatından keçməmişdir. Belə olan halda iddiaçının bu hissə üzr ə dəlilləri əsssızdır. Cərimə borcunun tənasübsüz azaldılması ilə bağlı da kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlili əsassızdır. Birinci instansiya məhkəməsi borclunun və kreditorun əmlak mənafelərini, ümumi borc məbləğini nəzərə alaraq, dəbbə pulunun azaldılması barədə əsaslı nəticəyə gəlmişdir. İddiaçının apelyasiya şikayətinin sonuncu dəlili məhkəmə xərcləri, yəni qiymətləndirmə ekspertizaları tədqiqatlarının dəyəri olan 300 manat məbləğində pulun bankdan tutulması ilə bağlı olmuşdur. Apelyasiya şikayətinin qeyd olunan dəlili əsassızdır, iddia tələbi kredit borcu üzrə tutmanın əmlaka yönəldilməsi hissəsində təmin edilmədiyindən Ləğv prosesində olan “Texnikabank" ASC-dən 150 manat qiymətləndirmə ekspertizasının xərci "X1" MMC-nin xeyrinə, 150 manat qiymətləndirmə ekspertizas ının xərci tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondu (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə bir illik müddəti tətbiq etməklə zaminlik müqaviləsinə xitam verərkən düzgün qənaətə gəlməmişdir. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsində göstərilmişdir ki, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət müəyyən edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Maddənin məzmunundan da göründüyü kimi, zaminlik müqaviləsində müddət müəyyən edilmişdirsə, o zaman həmin müddətin qurtardığı tarixdə zaminliyə xitam verilir. 05 mart 2010-cu il tarixli “Birgə fəaliyyət haqqında” müqavilə özündə həmçinin zaminlik müqaviləsinin ünsürlərini də daşıyır. 05 mart 2010-cu il tarixli “Birgə fəaliyyət haqqında” müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı tarixdə qüvvəyə minir və 20 (iyirmi) il müddətinə qüvvədədir. Tərəflər arasında zaminlik müqaviləsinin şərtlərini özündə ehtiva edən “Birgə fəaliyyət haqqında” müqavilə olduğuna görə, zaminlik üzrə müddəti hesablayan zaman bu müqavilənin şər tlərinə istinad olunmalıdır. Çünki qanun deyir ki, zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti bitdikdə xitam verilməlidir. Bu situasiyada isə zaminlik müqaviləsi “Birgə fəaliyyət haqqında” müqavilədir. Zaminlik müqaviləsi olduğu halda, kredit müqaviləsindəki müddətə istinad etmək ağlabatan deyil. Əgər zaminlik müqaviləsində müddət göstərilməsəydi, o zaman kredit müqaviləsindəki müddətə istinad oluna bilərdi. Məhkəmə tərəflər arasında mövcud olan müqaviləni zaminlik kimi tövsif etsə də, qərar qəbul edərkən zaminlik müqaviləsinə deyil, kredit müqaviləsindəki müddətə istinad edərək zaminlik müqaviləsinə xitam vermişdir. Bundan başqa, ipoteka müqaviləsinin qeydiyyata alınmaması səbəbindən iddia ərizəsinin həmin hissədə rədd edilməli deyil, baxılmamış saxlanılmalı idi. Be lə ki, tərəflər arasında ipoteka müqaviləsi bağlanmış, lakin qeydiyyata alınmamışdır. Bu halda həmin müqavilə qeydiyyata alındıqdan sonra iddiaçı müvafiq qaydalara əməl etdikdən sonra tutmanın yönəldilməsi üçün müraciət edə bilər. Məhkəmənin Bankın bu hüququnu məhdudlaşdırması qanunsuz və əsassızdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araş dırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iddia tələbinin təmin edilməyən hissələrində mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının həmin hissələrdə ləğvi xahiş edildiyindən məhkəmə aktı göstərilən hissələrdə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 269.4. İpoteka daşınmaz əşyalara, h abelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır Maddə 271.1 Əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. Maddə 309.1. Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Maddə 477.0.4 Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində k reditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 3941, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İlkin olaraq iddiaçının cavabdeh "xxxx" MMC-yə qarşı iddia tələbinin təmin edilməməsinin əsassızlığı ilə bağlı dəlili ü zrə qeyd edilməlidir ki, kasasiya yoxlaması nəticəsində iddiaçı təşkilatla adıçəkilən MMC arasında birgə fəaliyyət haqqında müqavilənin şərtlərindən aydın olan hal o olmuşdur ki, tərəflər arasında mahhiyət etibarilə qarşılıq müqavilə bağlanmış, müqavilədə birgə fəaliyyət göstərilməsi, kreditin verilməsi öhdəliyi və zaminlik müqavilələrinin ünsürləri əhatə olunmuşdur. Həmin müqavilədə MMC-nin zamin kimi öhdəlikləri də öz əksini tapmışdır. Belə olan halda apelyasiya kollegiyası haqlı olaraq zaminliyə xitam verilmənin əsaslarından çıxış etməklə iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmiş, bu hissədə maddi hüquq normasının pozuntusuna yol verməmişdir. İddiaçının iddia tələbinin ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsi üzrə rədd edilməsinin əsassızlığı barədə dəlili ilə əlaqədar qeyd edilməlidir ki, iddiaçı bu hissədə apelyasiya kollegiyasının iddia tələbini baxılmamış saxlamalı olduğu halda rədd etməklə iddiaçının hüquqlarının məhdudlaşdırmasını, gələcəkdə onun bu tələblə məhkəməyə müraciət etmək hüququnun aradan qaldırıldığını əsas kimi göstərsə də, apelyasiya kollegiyası mülki qanunvericiliyin tələblərinə istinadən ipoteka predmetinin dövlət qeydiyyatına alınmamasına görə iddia tələbini bu hissədə təmin etməməkdə haqlı olmuşdur. İpoteka predmetinin dövlət qeydiyyatına alınmaması bu hissə üzrə iddia tələbinni baxılmamış saxlanılması olmasını əsasını təşkil etmir. Tələbin bu hissəsi üzrə göstərilmiş əsasla rədd edilməsi ipoteka predmeti dövlət qeydiyyatına alındıqdan sonra iddiaçını borcun tutulmasının ipoteka predmetinə yönəldilməsi ilə bağlı tələblə məhkəməyə müraciət etmək hüququndan məhrum etmir. Çünki ipoteka predmeti dövlət qeydiyyatına alındığı zamandan iddiaçının qeyd edilən tələblə məhkəməyə müraciət etmək hüququnun əsası yaranmış olacaqdır ki, iddiaçı da bu hüququndan istifadə etməkdə hər hansı hüquqi məhdudiyyətlərlə rastlaşmayacaqdır. Odur ki, iddiaçının bu hissə üzrə də dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Belə olan halda məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin mübahisələndirilən hissələrdə ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-518/2022 nömrəli iş üzrə 24 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2921/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-2921/2022
07.06.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver