Məhkəmə qərarları › İş №2(102)-2921/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2921/2024

19.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2921/2024 19.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X1 Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər:birgə nikah dövründə əldə edilmiş əmlakdan payların müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6960/2023 nömrəli iş üzrə 26 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərar ı qəbul etdi. İşin halları

1. İddiaçı X6 (bundan sonra- iddiaçı) və Cavabdeh (bundan sonra- cavabdeh) xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuş, tərəflərin birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X10 doğulmuşdur. 2. ünvan 1 ünvanında yerləşən 0.02 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixdə cavabdehin xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır və hazırda da mülkiyyətindədir. 3. “Chevrolet Orlando” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili xx.xx.2015-ci il tarixdə cavabdehin adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.

4. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikahın pozulması, birgə nikahdan doğulmuş iki uşağın ananın yanında qalması və uşaqların yet kinlik yaşlarına çatanadək saxlanılmaları üçün atadan hər ay, hər uşağa görə 193 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən 0.2 ha torpaq sahəsi və “Chevrolet Orlando” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı 7 nəfərlik sərnişin avtomobili üzərində 1/2 hissədə iddiaçının payının müəyyən edilməsi, “Chevrolet Orlando” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı 7 nəfərlik sərnişin avtomobilin real bazar dəyərinin 1/2 hissəsinin cavabdehdən alınaraq iddiaçıya verilməsi, ünvan 3 ünvanda yerləşən 0.2 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evini n inşasına və təmirinə çəkilmiş xərcin 1/2 hissəsinin cavabdehdən alınaraq iddiaçıya verilməsi, “Electrolux” markalı və “Supremax” markalı 2 ədəd kondinsioner, “Vestel” markalı 1 ədəd televizor, “LG” markalı 1 ədəd soyuducunun 1/2 hissəsi üzərində iddiaçının payının müəyyən edilməsi və həmin əşyaların dəyərinin 1/2 hissəsinin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh birgə nikah dövründə birgə vəsait hesabına daşınar və daşınmaz əmlaklar əldə etmişlər. Belə ki, iş üzrə tərəflər birgə nikah dövründə əldə edilmiş birgə vəsait hesabına Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka – 1 bağ sahəsi, 317 c ünvanda 0.2 ha torpaq sahəsi almı şdır. Bağ sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına qeydə alınmış və bu barədə ******* saylı çıxarış verilmişdir. Torpaq sahəsini əldə etdikdən sonra iddiaçı və cavabdeh onu mişar daşı ilə hasarlamış, əvvəl dəmir darvaza qoymuş, daha sonra pultla işləyən darvaza ilə dəyişmişlər. Torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmişlər. Evin tikintisinə 50000 manatdan çox vəsait xərclənmişdir. Fərdi yaşayış evi inşa olunduqdan sonra əsaslı təmir olunmuş, qaz, işıq, su ilə təchiz edilmişdir. Fərdi yaşayış evinin tikintisi başa çatdıqdan sonra iş üzrə tərəflər övladları ilə birlikdə həmin evə köçmüş, əşyalarını həmin evə yerləşdirmiş, münasibətləri pozulub ayrılanadək də həmin evdə yaşamışlar. Həmçinin iş üzrə tərəflər birgə nikah dövründə “Chevrolet O rlando” markalı 7 nəfərlik sərnişin avtomobili əldə etmiş və evin başçısı kimi cavabdehin adına rəsmiləşdirilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka – 1 bağ sahəsi, 317c ünvanında əldə edilmiş 0.2 ha torpaq sahəsi, həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi, habelə “Chevrolet Orlando” markalı 7 nəfərlik sərnişin avtomobili iddiaçı və cavabdehin birgə nikahı dövründə onların birgə vəsaiti hesabına əldə olunduğu üçün həm ailə qanunvericliyinin, həm də mülki qanunvericiliyin tələbinə görə iş üzrə tərəflərin ümumi mülkiyyəti hesab olunur. Tərəflərin birgə nikah dövründə birgə vəsait hesabına əldə etdikləri 0.2 ha torpaq sahəsində inşa etdikləri fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığına görə həmin evin inşasına və təmirinə çəkilmiş vəsaitin 1/2 hissəsi iddiaçıya aid edilməlidir. Çünki həmin vəsait iş üzrə tərəflərin birgə nikahı dövründə əldə etdikləri vəsait olmuşdur. Yalnız evin inşasına 50.000 manatdan çox vəsait xərclənmişdir.

7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddianı müdafiə edərək bildirmişdir ki, iş materiallarında olan mütəxəssis rəyinə əsasən, müəyyən edilmişdir ki, Cavabdeh mütəxəssisin evə daxil olaraq əşyaları və evi qiymətləndirməsinə icazə vermişdir. Belə ki, ev faktiki olaraq cavabdehin sahibliyindədir. Buradan da görünür ki, onun məhkəmə prosesindən məlumatı var. Lakin o özü demişdir ki, məhkəmə iclaslarında iştirak etməyəcək. Tərəflərin birgə nikahı dövründə əldə edilmiş əmlakların qiymətləndirilməsi həyata keçirilmişdir. Həmin qiymətlərlə razıdırlar və iddianın həmin qiymətlərə uyğ un təmin edilməsini tələb edirlər. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. 8. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 61 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabata əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka – 1 bağ sahəsi, 317 c ünvanda yerləşən 0.02 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin müqayisəli satışlar metodundan istifadə etməklə xx.xx.2023-cü il tarixə bazar dəyəri 65000 manat təşkil edir. 9. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 62 nömrəli avtomobilin qiymətləndirilməsi barədə hesabata əsasən müəyyən edilmişdir ki, cavabdehə məxsus “Chevrolet Orlando” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı minik avtonəqliyyat vasitəsinin xx.xx.2023-cü il tarixinə bazar dəyə ri 13.700 manat təşkil edir. 10. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 63 nömrəli məişət əşyalarının qiymətləndirilməsi barədə hesabata əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka – 1 bağ sahəsi, 317 c ünvanında saxlanılan “Electrolux” markalı kondisionerin bazar dəyəri 250 manat, “Supermax” markalı kondisionerin bazar dəyəri 250 manat, “Vestel” markalı televizorun bazar dəyəri 400 manat, “LG” markalı soyuducunun bazar dəyəri 500 manat olmaqla, məişət əşyalarının ümumi bazar dəyəri 1400 manat təşkil edir.

11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, e-2(010)1648/2023 nömrəli qətnaməsi ilə (hakim S.Miriyeva) iddia qismən təmin edilərək, ünvan 5 ünvanında yerləşən 0.02 ha torpaq sahəsi və “Chevrolet Orlando” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı minik avtomobil üzərində 1/2 hissədə iddiaçının payının müəyyən edilməsi və qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.

12. Məhkəmə gəldiyi qənaətlə bağlı qeyd etmişdir ki, hazırkı iddia tələbi 4 hissədən (torpaq sahəsinin, fərdi yaşayış evinin, avtomobilin və məişət əşyalarının bölünməsi) ibarətdir və bu hissələrin hər birinə ayrı-ayrılıqda qiymət verilməsi zəruridir.

13. Məhkəmə iddia tələbinin mübahisəli torpaq sahəsi üzərində iddiaçının 1/2 hissədə payının müəyyən edilməsi hissəsində iş materiallarını nəzərə alaraq qeyd etmişdir ki, ərarvadın birgə nikah dövründə qazandığı əmlakın ümumiliyi prezumpsiyasına əsasən əksi sübut edilmədiyi müddətcə tərəflərin birgə nikahı dövründə əldə edilmiş əmlaklar onların ümumi mülkiyyəti hesab olunur. Bu baxımdan əgər cavabdeh iddiaçı ilə nikahı dövründə əldə etdiyi torpaq sahəsini nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, ya da digər əvəzsiz əqdlər üzrə əldə etdiyini, yaxud ümumiyyətlə həmin torpaq sahəsinin nikaha daxil olanadək özünə məxsus olduğunu sübuta yetirə bilməmişdirsə, bu torpaq sahəsi nikah müddətində ər-arvadın əldə etdikləri əmlak kimi onların ümumi birgə mülkiyyəti hesab edilməlidir.Belə olan halda məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən 0.02 ha torpaq sahəsi üzərində 1/2 hissədə iddiaçı X2 payı müəyyən edilməlidir.

14. Məhkəmə iddia tələbinin mübahisəli fərdi yaşayış evinin inşasına və təmirinə çəkilmiş xərcin 1/2 hissəsinin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində iş materiallarını nəzərə alaraq qeyd etmişdir ki, iddia bu hissədə təm in edilə bilməz. Belə ki, sözügedən evin həqiqətən tərəflərin birgə nikahı dövründə tikilməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. İş materiallarından həmin torpaq sahəsi üzərindəhəqiqətən fərdi yaşayış evi tikildiyi görünür. Belə ki, evin və içindəki məişət əşyalarının qiymətləndirilməsi zamanı mütəxəssis evə baxış keçirmiş və evin fotoşəkilləri çəkilərək müvafiq rəyə əlavə edilmişdir. Lakin yalnız bu evin mövcudluğu faktı əsasında evin tərəflərin birgə nikahı dövründə tikildiyi nəticəsinə gəlmək mümkün deyil.Nəzərə alınmalıdır ki, evin tərəflərin birgə nikahı dövründə tikildiyini sübut etmək iddiaçının üzərinə düşür. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə hesab etmi şdir ki, evin tikildiyi torpaq sahəsinin tərəflərin birgə nikahı dövründə cavabdehin mülkiyyəti kimi qeydiyyata alınmış olması onun üzərində tikilmiş evin mütləq şəkildə birgə nikah dövründə tikilmiş olması nəticəsinə gəlməyə imkan vermir. Ən azından ona görə ki, tərəflər arasında olan nikah xx.xx.2022-ci il tarixli qətnamə ilə pozulmuşdur. Bu baxımdan cavabdehin həmin evi iddiaçı ilə olan ailə münasibətləri pozulduqdan sonra tikmiş olması ehtimalı da var və iddiaçı ən azından bu ehtimalı istisna edəcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir.

15. Məhkəmə iddia tələbinin mübahisəli avtomobil üzərində 1/2 hissədə iddiaçının payının müəyyən edilməsi və bu paya uyğun olaraq avtomobilin bazar dəyərinin 1/2 hissəsinin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş materiallarına əsasən avtomobilin tərəflərin nikahda olduğu 20092022-ci illər aralığında alındığı sübuta yetirilir. Belə olan halda iddiaçı həmin avtomobil üzərində 1/2 hissədə payının bölünməsini tələb etməkdə haqlı olmuşdur.

16. Lakin avtomobilin dəyərinin yarısının iddiaçıya ödənilməsi tələbinə münasibətdə məhkəmə qeyd edir ki, mahiyyətcə bu, paylı mülkiyyətdən payın kompensasiya ödənilmək yolu ilə ayrılması tələbidir. Halbuki yalnız əmlakın paylı mülkiyyətçisi əmlak üzərində olan payının ayrılmasını tələb edə bilər. Bu qətnamə ilə iddiaçının avtomobil üzərində payı tanınsa da iddiaçının avtomobilin paylı mülkiyyətçisi kimi məhkəməyə müraciət etmədiyi,onun yalnız bu qətnamə bu hissədə qanuni qüvvəyə minərsə, avtomobilin paylı mülkiyyətçisi olacağı nəzərə alınmalı dır. Həmçinin qeyd olunmuşdur ki, hazırkı iş üzrə iddiaçının avtomobil üzərində payı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildikdən sonra, iddiaçı öz payının kompensasiya ödənilmək yolu ilə (paylı mülkiyyətdə olan əmlak avtomobil olduğundan payın naturada ayrılması mümkün olmadığına görə) ayrılması üçün digər payçı olan cavabdehə müraciət edə bilər. Bundan sonra əgər payçılar arasında iddiaçının payının ayrılması üsulu və şərtləri haqqında razılıq əldə edilməzsə, iddiaçı öz payının ayrılmasını məhkəmə qaydasında tələb edə bilər.

17. Məhkəmə iddia tələbinin birgə nikah dövründə əldə edilmiş məişət əşyaları üzərində iddiaçının 1/2 hissədə payının müəyyən edilməsi və bu paya uyğun olaraq həmin əşyaların bazar dəyərinin 1/2 hissəsinin cavabdehdən alınaraq iddiaçıya verilməsi hi ssəsində qeyd etmişdir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Belə ki, iş materiallarından bu əşyaların həqiqətən yuxarıda qeyd edilmiş fərdi yaşayış evində olduğu müəyyən olunsa da (Mütəxəssis evdəki həmin əşyalara baxış keçirərək fotoşəkilləri rəyə əlavə etmişdir), bu əşyaların tərəflərin birgə nikahı dövründə əldə edildiyini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir.

18. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 220.2, 220.3, 220.6, 225.1-ci maddələrinə, Ailə Məcəlləsinin 31.1, 31.1, 32.1, 32.2.2, 32.3, 36.1, 36.3, 36.4, 37.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat

19. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməs inin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə istinadən onunla əsaslandırılmışdır ki, işə baxmış birinci instansiyaməhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir.

21. Apelyasiya baxışı iclasında iştirak edən cavabdeh, apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, bildirmişdir ki, iddia ərizəsində qeyd olunan torpaq sahəsi, avtomobil və məişət əşyaları onunla iddiaçının birgə nikahı dövründə birgə vəsait hesabına əldə olunmuş, torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa, daha sonra isə təmir edilmiş və ailə üzvləri ilə birlikdə, onun la iddiaçı arasında münasibətlər pozulanadək bu evdə yaşamışlar. İşə birinci instansiya məhkəməsində baxılan zaman əmlakların qiymətləndirməsi düzgün aparılmamış, mütəxəssisin müəyyən etdiyi qiymətlər avtomobil və məişət əşyalarının real bazar dəyərindən artıqdır. Habelə evin inşası və təmirinə çəkilmiş xərcin miqdarı da mütəxəssis rəyində göstərilən məbləğdən aşağıdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6960/2023 nömrəli iş üzrə 26 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər- M.A.Məmmədov (sədrlik edən və məruzəçi), F.Ş.Talışinski və A.N.İmanov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı ş əhəri Suraxanı Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, e2(010)-1648/2023 nömrəli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni iddia tələbinin bir qisminin təmin edilməməsi hissəsində qismən ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, tərəflərin birgə nikahları dövründə Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka – 1 bağ sahəsi, 317 “c” ünvanında yerləşən 0,2 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin inşasına sərf edilmiş xərcin 1/2 hissəsinin, yəni 32.500 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya verilməsi, tərəflərin birgə nikahları dövründə əldə olunmuş və hazırda dəyəri 400 manat olan “Vestel” markalı televizor, dəyəri 500 manat olan “LG” markalı soyuducunun cavabdehdən alınaraq iddiaçıya verilməsi, həmin əşyaların naturada qaytarılması mümkün olmadıqda, onların dəyərinin cavabdehdən alınaraq iddiaçıya verilməsi, iddiaçıda qalan əşyaların dəyəri cavabdehdə qalan əşyaların dəyərindən 200 manat çox olduğundan, həmin məbləğ fərdi yaşayış evinin inşasına sərf edilmiş xərcin 1/2 hissəsini təşkil edən məbləğdən, yəni 32.500 manat məbləğdən çıxılması və cavabdehdən qəti olaraq 32.300 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsi, qalan hissədə qətnamənin hazırkı məhkəmə baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır.

23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli fərdi yaşayış evi tərəflərin birgə nikah dövründə əldə edilmiş birgə vəsait hesabına inşa edildiyindən, ev isə hazırda cavabdehin sahiblik və istifadəsində qaldığından həmin evin ti kintisi və təmirinə xərclənmiş vəsaitin yarı məbləğini tələb etməkdə iddiaçı haqlı olmuşdur.

24. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, məhkəmə icraatı zamanı əldə olunmuş Qiymətləndirmə rəyinə əsasən, mübahisəli evin inşası və təmirinə çəkilmiş xərc 65.000 manat təşkil edir. Belə olan halda cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan vəsait 32.500 manat məbləğində müəyyən edilməlidir.

25. Bundan başqa, iş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı, tərəflərin birgə nikahları dövründə birgə vəsait hesabına əldə olunmuş 1 ədəd “Electrolux” markalı kondisioner, 1 ədəd “Supermax” markalı kondisioner, 1 ədəd Vestel” markalı televizor, 1 ədəd “LG” markalı soyuducunun mübahisəli yaşayış evində cavabdehin sahibik və tistifadəsində qalmasını nəzərə alaraq həmin əşyaların real bazar dəyərinin 1/2 hissəsinin cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Bununla bağlı məhkəmə bildirmişir ki, həmin əşyalar daşınar əşya olmaqla, fiziki olaraq tərəflər arasında bölünməsi mümkündür. Lakin bu zaman nəzərə alınmalıdır ki, həmin məişət əşyaları hal-hazırda tərəflərin birgə inşa etdikləri, cavabdehin faktiki sahiblik və istifadəsində olan fərdi yaşayış evində yerləşdirilmişdir.

26. Məhkəmə kollegiyası, tərəflərin birgə övladlarının iddiaçının yanında yaşamalarını, uşaqların maraqlarını, habelə kondisionerlərin sökülüb çıxarıması ilə fərdi yaşayış evinin təmirinə zərər yetiriləcəyi ehtimalını nəzərə alaraq, bu qənaətə gəlmişdir ki, 1 ədəd televizor və 1 ədəd soyuducu iddiaçıya verilməli, 2 ədəd kondisioner isə cavabdehdə saxlanılmalıdır. Qiymətləndirici tərəfindən müəy yən edilmişdir ki, 1 ədəd “Electrolux” markalı kondisionerin bazar dəyəri 250 manat, 1 ədəd “Supermax” markalı kondisionerin bazar dəyəri 250 manat, 1 ədəd “Vestel” markalı televizorun bazar dəyəri 400 manat, 1 ədəd “LG” markalı soyuducunun bazar dəyəri 500 manat təşkil edir. Göründüyü kimi həmin əmlakların ümumi dəyəri 1.400 manat təşkil edir. Belə olan halda iş üzrə tərəflərin hər birinə düşən məbləğ (1.400: 2=) 700 manat həcmdə olmalıdır.

27. Cavabdehdən alınaraq iddiaçıya verilməli olan məişət əşyalarının (1 ədəd televizor və 1 ədəd soyuducu) ümumi dəyəri (400+500=900 manat), cavabdehdəsaxlanılan məişət əşyalarının (2 ədəd kondinsioner) ümumi dəyərindən (250+250=500 manat) 400 manat çoxdur. Tərəflərin birgə nikahları dövründə birgə vəsait hesabına alınan bu məişət əşyaları üzərində id diaçı və cavabdehin hər birinin payının 1/2 hissədə olmasını, yəni yuxarıda qeyd edildiyi kimi həmin əşyaların ümumi yarı dəyərinin 700 manat olmasını nəzərə alan məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən (700-500=) 200 manat məbləğində pul cavabdehə ödənilməlidir.

28. Məhkəmə kollegiyası hesab etdir ki, iddiaçının cavabdehə ödəməli olduğu həmin 200 manat, sonuncu tərəfindən fərdi yaşayış evinin inşa və təmirinə çəkilmiş xərcə görə iddiaçıya ödənilməsi müəyyən edilmiş 32.500 manatdan çıxılmalı və son nəticədə cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul 32.300 manat məbləğində müəyyən edilməlidir.

29. Göstərilənlərə əsasən müəyyən edilir ki, müzakirə edilən tələblərin həlli zamanı işə baxmış birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını səhv müəyyən etmişdir. Buna görə də, həmin hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ləğv edilməli, iddianın qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Bu baxımdan da, apellyasiya şikayətinin qətnamənin bu hissəsinə aid dəlili qismən əsaslı hesab edilməlidir.

30. İş üzrə cavabdeh qətnamədən apellyasiya şikayəti verməsə də, məhkəmə kollegiyası cavabdehin apellyasiya baxışı zamanı verdiyi izahatında ifadə etdiyi əmlakların dəyərinin, evin inşası və təmirinə çəkilmiş xərcin miqdarının mütəxəssis rəyində düzgün göstərilməməsi ilə bağlı dəlillərinə münasibətdə bildirmişdir ki,cavabdeh, birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, bu halı n üzürlü səbəbdən baş verməsi barədə birinci instansiya məhkəməsinə məlumat verməmişdir.

31. Məhkəmə kollegiyası qeyd etmişdir ki, istər hazırlıq, istərsə də məhkəmə baxışı iclaslarında iştirak etmək iş üzrə tərəflərin vəzifəsi deyil, hüququdur. Lakin nəzərə alınmalıdır ki, onlar bu hüquqdan istifadə edirlərsə, öz mövqelərinə uyğun vəsatətləri işə baxan məhkəməyə təqdim etməlidirlər. İş materiallarından isə görünür ki, cavabdeh, mübahisəli əmlakların dəyərinin, evin inşası və təmirinə çəkilmiş xərcin miqdarının mütəxəssis rəyində düzgün göstərilməməsi ilə bağlı dəlilləri ilə bağlı Rayon Məhkəməsinə vəsatət göndərməmişdir.

32. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Mülki Məcəllənin 220.1, 220.2, 220.3,220.4, 220.6, 225.1-ci maddələrinə, habelə Ailə Məcəlləsinin 32.1, 32.2.2, 36.3, 36.5, 37.1-ci maddələrinin tələblərinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

33. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli tikili vərəsəlik hüququ ilə cavabdehə keçmiş torpaq sahəsində yerləşir. Yəni tikili miras əmlakın üzərindədir. Belə olan halda sənədsiz tikililin ½ hissəsinin dəyəri cavabdehdən tələb edilə bilməz. Bundan əlavə, birinci instansiya məhkəməsinin qətnaməsi ilə Bakı şəhəri, Sabunçu rayonu, V işnyovka – 1 bağ sahəsi, 317 c saylı ünvanda yerləşən 0.2 ha torpaq sahəsinin üzərində 1/2 hissədə iddiaçının payının müəyyən edilməsi qət edilmişdir. Buradan belə nəticəyə gəlmək olar ki, torpağın ½ hissəsi iddiaçıya məxsus olduğu üçün həm torpaqda və onun üstündəki fərdi yaşayış evində yaşayacaq, həm də cavabdeh ona 32.300 manat pul verməlidir. Lakin bu absurd haldır. Belə ki, həyətyanı fərdi yaşayış evləri torpaqla birlikdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınımışdır. Çıxarışı olan torpağın üstündəki ev sənədsiz tikili olduğu üçün torpaqla birgə rəsmi reyestrdə qeydə alınmamışdır. Bu o demək deyil ki, həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ev ayrı-ayrı qiymətləndirilməlidir. Bundan əlavə, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka – 1 bağsahəsi, 317 c saylı bağ sahəsi birgə nikahdan öncə əldə edilmiş əmlakdır. İş materiallarına əlavə edilmiş xx.xx.1970-ci il tarixli, 5822 saylı müqavilədən görünür ki, mübahisəlitorpaq sahəsi cavabdehə verilmişdir. Cavabdeh Səlim oğlu cavabdehin doğma babasıdır. Daha sonra xx.xx.1990-cı ildə mübahisəli torpaq sahəsi cavabdehin nənəsi X3 adına keçmiş, ondan sonra isə cavabdehin mülkiyyətinə keçmişdir. Lakin həmin torpağa dair çıxarışı birgə nikah dövründə alındığından, iddiaçı həmin əmlakı birgə nikah dövründə alınmış əmlak kimi təqdim etmişdir. Cavabdeh məhkəmədə iştirak edə bilmədiyi üçün iddiaçı yalan məlumat verərək cavabdehin babasından miras qalmış əmlak üzərində pay hüquqlarını tanıtmışdır. İş materiallarına cavabdeh tərəfindən əlavə edilən xx.xx.2006-cı il tarixli X4 və X5 ərazisindəki 317 C nömrəli bağın i stifadəyə verilməsi haqqında 39432 saylı müqavilədən görünür ki, bu müqavilə Bakı şəhər İcra Hakimiyyətinin Sərəncamı və Birliyin xx.xx.2006-cıil tarixli Protokolu əsasında cavabdehlə bağlanmışdır. Bağın istifadəyə verilməsi haqqında müqavilə 10 il müddətinə bağlanılır. Göründüyü kimi mübahisəli əmlak birgə nikah dövründə əldə edilməmişdir. Bu səbəbdən birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilə bilməz. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

36. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

37. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

38. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

39. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyə tçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

40. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

41. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nik ah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

42. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

43. Maddə 32.2.2. Ər-arvadın ümumi birgə mülkiyyətinəər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

44. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əml akda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

45. Maddə 36.5. Məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər.

46. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara t ətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

52. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

53. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

54. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

55. Cavabdeh kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

56. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə rahzılaşmayaraq qeyd etmişdir ki, mübahisəli fərdi yaşayış evi tərəflərin birgə nikahı dövründə əldə edilmiş birgə vəsait hesabına inşa edildiyindən, ev isə hazırda cavabdehin sahiblik və istifadəsində qaldığından, həmin evin tikintisinə və təmirinə xərclənmiş vəsaitin yarı məbləğini tələb etməkdə iddiaçı haqlı olmuşdur. Belə ki, məhkəmə icraatı zamanı əldə olunmuş Qiymətləndirmə rəyinə əsasən, mübahisəli evin inşası və təmirinə çəkilmiş xərc 65.000 manat təşkil edir. Belə olan halda cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan vəsait 32.500 manat məbləğində müəyyən edilməlidir.

57. Bundan başqa, iş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı, tərəfləri n birgə nikahları dövründə birgə vəsait hesabına əldə olunmuş 1 ədəd “Electrolux” markalı kondisioner, 1 ədəd “Supermax” markalı kondisioner, 1 ədəd Vestel” markalı televizor, 1 ədəd “LG” markalı soyuducunun mübahisəli yaşayış evində cavabdehin sahibik və tistifadəsində qalmasını nəzərə alaraq həmin əşyaların real bazar dəyərinin 1/2 hissəsinin cavabdehdən onun xeyrinə tutulmasını tələb etmişdir. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, həmin əşyalar daşınar əşyalar olmaqla, fiziki olaraq tərəflər arasında bölünməsi mümkündür. Lakin bu zaman nəzərə alınmalıdır ki, həmin məişət əşyaları hal-hazırda tərəflərin birgə inşa etdikləri, cavabdehin faktiki sahiblik və istifadəsində olan fərdi yaşayış evində qalmışdır.

58. Apellyasiya instansiyası məhkəməsi tə rəflərin birgə övladlarının iddiaçının yanında yaşamalarını, uşaqların maraqlarını, habelə kondisionerlərin sökülüb çıxarıması ilə fərdi yaşayış evinin təmirinə zərər yetiriləcəyi ehtimalını nəzərə alaraq, bu qənaətə gəlmişdir ki, 1 ədəd televizor və 1 ədəd soyuducu iddiaçıya verilməli, 2 ədəd kondisioner isə cavabdehdə saxlanılmalıdır. Qiymətləndirici tərəfindən müəyyən edilmişdir ki, 1 ədəd “Electrolux” markalı kondisionerin bazar dəyəri 250 manat, 1 ədəd “Supermax” markalı kondisionerin bazar dəyəri 250 manat, 1 ədəd “Vestel” markalı televizorun bazar dəyəri 400 manat, 1 ədəd “LG” markalı soyuducunun bazar dəyəri 500 manat təşkil edir.

59. Göründüyü kimi həmin əmlakların ümumi dəyəri 1.400 manat təşkil edir. Belə olan halda iş üzrə tərəflərin hər birinə düşən məbləğ (1.400: 2=) 700 m anat həcmdə olmalıdır. Cavabdehdən alınaraq iddiaçıya verilməli olan məişət əşyalarının (1 ədəd televizor və 1 ədəd soyuducu) ümumi dəyəri (400+500=900 manat), cavabdehdə saxlanılan məişət əşyalarının (2 ədəd kondinsionerin) ümumi dəyərindən (250+250=500 manat) 400 manat çoxdur. Tərəflərin birgə nikahları dövründə birgə vəsait hesabına alınan bu məişət əşyaları üzərində tərəflərin hər birinin payının 1/2 hissədə olmasını, yəni yuxarıda qeyd edildiyi kimi həmin əşyaların ümumi yarı dəyərinin 700 manat olmasını nəzərə alan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən (700-500=) 200 manat məbləğində pul cavabdehə ödənilməlidir. İddiaçının cavabdehə ödəməli olduğu həmin 200 manat, sonuncu tərəfindən fərdi yaşayış evinin inşa və təmirinə çəkilmiş xərcə görə iddiaçıya ödənilməsi müəyyən edilmiş 32.500 manatdan çıxılmalı və son nəticədə cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul 32.300 manat məbləğində müəyyən edilməlidir.

60. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi, cavabdehin birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməməsini nəzərə alıb hesab edir ki, mübahisəli torpaq sahəsinə dair cavabdehlə icarə müqaviləsi bağlanarkən onun üzərində hər hansı tikili olmamış və iddiaçının iddia etdiyi tikili sonradan tərəflərin birgə nikah dövründə inşa edilmişdir.

61. Eyni zamanda işdə, torpaq sahəsinin üzərində olan tikilinin cavabdehin sahibliyinə məhz vərəsəlik qaydasında keçməsini özündə ehtiva edən heç bir sübut yoxdur. Ona görə də cavabdehin kassasiya şikayətində göstərdiyi dəlillər iş üzrə qanuni və əsaslı ol an apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də qətnamə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

62. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 dekabr 2023-cü il tarixli, 2(103)-6960/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar