Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2922/2019 29.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, Cavabdeh rəisi X4 və vəkili Vəkil iştirakı ilə, Cavabdehtərəfindən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)2986/2018 nömrəli iş üzrə 13 dekabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Şəki rayon məhkəməsinin (hakim Elçin Mehdiyev) 08 oktyabrt 2018-ci il tarixli, 2(075)4023/2018 nömrəli qətnaməsi ilə İddiaçı Şəki Regional Poçt Filialı tərəfindən qəbul edilmiş 31 avqust 2018-ci il tarixli, İRŞ-148 saylı əmrin ləğv edilməsi və onun işə bərpa edilməsi barədə iddia tələbi rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Vəzirxan Məlikov - sədrlik edən və məruzəçi, Ayaz Mahmudov, Mübariz Hüseynov) 13 dekabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki rayon məhkəməsinin 08 oktyabrt 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilmiş, Şəki Regional Poçt filialının rəisi X6 tərəfindən verilmiş 31 avqust 2018-ci il tarixli, İRŞ-148 saylı əmrin ləğv edilməsi, İddiaçı Şəki Regional Poçt Filialının şəhər 4 saylı poçt şöbəsinin poçt agentliyinin əməliyyatçısı vəzifəsinə işə bərpa edilməsi qət edilmişdir. İşin halları: İddiaçı iddia ərizə ilə Şəki rayon məhkəməsinə müraciət edərək Şəki Regional Poçt Filialı tərəfindən qəbul edilmiş 31 avqust 2018-ci il tarixli, İRŞ-148 saylı əmrin ləğv edilməsi və onun işə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı razılığı ilə Cavabdeh rəisi X6 əsl Cavabdeh ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Şəki Dövlət Texnologiya Kollecinin «Kompyuter Şəbəkələri» fakültəsini bitirmiş və bundan sonra 18 aprel 2016-cı il tarixdə Şəki Regional Poçt filialında "İnformasiya Texnologiyaları" üzrə mühəndis vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Lakin rəisləri olan X1 onu öz əsas iş yerindən tez-tez ayıraraq məzuniyyətə çıxmış əməliyyatçıların, bəzən də ayrı-ayrı poçt şöbələ rində müvəqqəti olaraq cavabdeh şəxsləri əvəz etməyə göndərmişdir. O, harada çalışmağından asılı olmayaraq öz işinə vicdanla yanaşmış, verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirmək üçün səy və bacarığını əsirgəməmişdir. O, 6 saylı poçt şöbəsində 15 gün müddətinə cavabdeh şəxsi əvəz edərkən səriştəsizlik ucbatından Şəki Penitensiar Müəssisəsinə göndərilən pulların miqdarında səhvə yol vermişdir. Elə bu səbəbdən fikirli halda evə qayıdarkən 11 sentyabr 2017-ci il tarixdə yolda onu avtomobil vurmuşdur. Aldığı zədələr ağır olduğundan xeyli müddət xəstəxanada müalicə olunmuş, üç ay işdə olmadığı günlər üçün xəstəxana tərəfindən verilən xəstəlik vərəqəsi təqdim etmişdir. Nəhayət o, əmək fəaliyyətinə əvvəlki kimi başlayıb, bir həftə çalışandan sonra X1 onu yanına çağırıb daha bu işdə iş ləyə bilmədiyini bildirmişdir. Sonra heç bir səbəb olmadan ona əməliyyatçı vəzifəsinə keçmək haqqında ərizə yazmağa məcbur etmişdir. O, əvvəlki iş yerində 230 manat əmək haqqı aldığı halda, əməliyyatçı vəzifəsinə keçəndən sonra əmək haqqı 150 manata enmişdir. Bu azmış kimi, rəis onu yenidən müxtəlif işlər görməyə məcbur etmişdir. Onun vəzifəsini icra etməyi isə, başqa adama tapşırmışdır. Bir müddət sonra rəis onu yenidən Cavabdeh MMC-nin Şəki RPF-nin əməliyyatçı kassa məsuliyyətçisi kimi Şəki şəhərinə 1 ay müddətinə gələn “Asan Səyyar” avtobusunda işləməyə göndərmiş, orada çalışarkən yenidən maliyyə sahəsində iş çox ağır olduğundan səhvə yol verdiyindən xeyli zərərə düşmüşdür. Bundan sonra X1 21 avqust 2018-ci il tarixdə yenidən onun əvvəldən çalışdığı 4 saylı poçtun miqrasiya agentliyinə, onun əvəzinə başqa əməliyyatçı təyin edərək, idarədə sağlam işçilər olduğu halda, onu 21 avqust 2018-ci il tarixdən 31 avqust 2018-ci il tarixədək 10 gün müddətinə Şəki RPF-nin Mərkəzi xidmət şöbəsində başqa əməliyyatçının əvəzinə vəzifəni icra etməyə məcbur etmişdir. İkinci qrup əlil olmasına baxmayaraq, 21 avqust 2018-ci il tarixdə o, fasiləsiz olaraq, saat 15:00-dək işlədiyindən sağlamlıq durumu pişləşmişdir. Elə bu səbəbdən 22 avqust 2018 tarixdə rəisi X1a bu cür səsküylü ağır iş şəraiti onun sağlamlığına mənfi təsir göstərdiyini bildirərək, belə əmək şəraitində işləməyə etirazını bildirmişdir. X11 Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozaraq onu bu işdə çalışmağa məcbur etmişdir. O, isə, öz konstitusion hüquqlarından istifadə edərək yenidən həmin yerdə işləməsinə yaz ılı etirazını bildirərək orada işləməkdən imtina etmişdir. Əvvəlki iş yerinə isə onu buraxmamışlar, nə də tabelə imza etməyə imkan verməmişlər. Bütün bunlara baxmayaraq X1 kobud hüquq pozuntusuna yol verərək 21 avqust 2018-ci il tarixdən onun Mərkəzi poçt filialına keçirilməsinə dair əmr vermişdir. Daha sonra X1 HİK-nə məktub göndərərək guya onun idarənin əmrinə tabe olmayaraq üzürsüz səbəbdən 2018-ci ilin 22, 24, 25 avqust tarixlərində işə gəlmədiyinə görə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndinə əsaslanaraq, onun işdən azad edilməsinə razılğını bildirməsini xahiş etmişdir. 28 avqust 2018-ci il tarixdə onun iştirakı ilə keçirilən HİKnin içlasında, onun gənc və 2-ci qrup əlil olduğu nəzərə alınaraq, əvvəlki işində qalmaq şərti ilə, yol verdiyi nöqsanlara görə, ona intizam tənbehi verilməsi haqda qərar qəbul edilmişdir. X11 HİK-nin Qərarına məhəl qoymayaraq, onu Azərbacan Respublikasının Əmək Məcəlləsinin 70 maddəsinin “ç” bəndi ilə işdən azad etmişdir. Onu qanunsuz işdən azad etdiklərinə görə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, tələbi əsaslıdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasıni məhkəmədən xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 13 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüq uq normalarının tələblərini pozmuşdur. Apellyasıya instansiyası məhkəməsinin qətnaməsində göstərilən hallarla iş materialları arasında ziddiyət olmuş, sübutlar əlaqəli şəkildə şərh edilməmış bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri izah edilməmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün istinad etdiyi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-cı maddəsinin 1-ci bəndi heç bir halda imperaiv norma olaraq qəbul edilə bilməz. Çünki maddənin məzmununda “ləğv edilməlidir” yox, “ləğv edilir” ifadəsindən istifadə edilmişdir. Tərəflərin izahatları: Cavabdeh rəisi X6 və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qayda da məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 13 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,Cavabdeh 18 aprel 2016-cı il tarixli, 31 nömrəli əmrinə əsasən İddiaçı 18 aprel 2016-c ı il taixdən 1 ay sınaq müddətinə filialın İT üzrə mühəndis vəzifəsinə işə qəbul edilməsi, onunla əmək müqaviləsi bağlanılması və aylıq əmək haqqı ştat cədvəlinə əsasən 235 manat məbləğində ödənilməsi barədə əmr verilmişdir. Cavabdeh rəisi X4 işçiyə intizam tənbehi verilməsi haqqında 26 dekabr 2017-ci il tarixli, 51 nömrəli əmrindən görünür ki, filialın İT üzrə mühəndisi İddiaçı 26 dekabr 2017-ci il tarixdə saat 11:00-dan saat 12:30-dək rəhbərliyə heç bir xəbər vermədən işdə olmamış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsində müəyyən edilmiş əmək intizamına və müəssisə daxili intizam qaydalarına əməl etmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsi əsas tutularaq əmək intizamına riayət etməməsi və iş vaxtı rəhbərliyə xəbər vermədən iş də olmaması nəzərə alınaraq filialın İT üzrə mühəndisi İddiaçı töhmət elan edilmişdir. İddiaçı tərəfindən Cavabdeh rəisinə yazılmış 10 yanvar 2018-ci il tarixli ərizədən görünür ki, o, vəzifəsinin öhdəsindən gələ bilmədiyi üçün onun başqa işə keçirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh 10 yanvar 2018-ci il tarixli, 06 nömrəli əmrindən görünür ki, İT üzrə mühəndis İddiaçı 10 yanvar 2018-ci il tarixdən xəstəlik məzuniyyətindən qayıdaraq işə başlaması, 11 yanvar 2018-ci il tarixdən filialın mühəndis vəzifəsindən azad edilməsi, ərizəsinə əsasən 11 yanvar 2018-ci il tarixdən 2 ay sınaq müddətinə, MXŞ-nin poçt agentliyinin (DİN-nin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Şimal-Qərb regional şöbəsi) əməliyyatçısı vəzifəsinə keçirilməsi, əmək müqaviləsində dəyişiklik edilm əsi və aylıq əmək haqqı ştat cədvəlinə əsasən 179,30 manat məbləğində ödənilməsi barədə əmr verilmişdir. Cavabdeh MMC-nin baş direktoru tərəfindən Cavabdeh rəisinə göndərilmiş 15 avqust 2018-ci il tarixli teleqramda göstərilmişdir ki, avqust ayının 22 və 23-cü bayram və istirahət günləri olmasına baxmayaraq, tabeliyində olan poçt şöbələrində səliqə səhmanın yaradılması, PŞ-lərin bayram açıqçaları, lüks blanklar, bağlama qutuları ilə təmin olunması ona həvalə edilmiş, həmçinin, əhaliyə bütün növ poçt xidmətlərinin göstərilməsinin, teleqramların, məktubların, banderolların, bağlamaların, xüsusilə də bayram təbriklərinin, əsgəri göndərişlərin, pul baratlarının və sair ünvanı üzrə nəzarət keçid məntəqələrinə çatdırılmasına nəzarət olunması, o cümlədən kommunal xidmət haqqlarının-qaz, işıq, su və sair pulların yığılmasını və sistemə işlənilməsini təmin etmək məqsədi ilə poçt şöbələrində növbəli iş rejiminin təşkil edilməsi, eləcə də istirahət günlərində çalışan işçilərə əvəz-gün verilməsi həvalə edilmiş, istirahət günlərində yığılmış vəsaitlərin təhlükəsizliyinin təmin olunması və aidiyyatı üzrə təhvil verilməsi məqsədi ilə müvafiq bank filailına müraciət edilməsi tapşırılmışdır. Cavabdeh 21 avqust 2018-ci il tarixli, 134 nömrəli əmrindən görünür ki, ki, İddiaçı MXŞ-də yaranmış zərurətlə əlaqədar orada işi təşkil etmək məqsədi ilə 4 saylı poçt şöbəsinin poçt agentliyinin əməliyyatçısına, 21 avqust 2018-ci il tarixdən 31 avqust 2018-ci il daxil olmaqla, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 60-cı maddəsinə əsasən əməliyyatçı vəzifəsini MXŞ-də icra edilməsinin tapşırılması bar ədə əmr verilmişdir. İşdə olan poçt əməliyyatları üzrə mühəndis X2, MXŞ-nin rəisi vəzifəsini icra edən X3 və əməliyyatçı X4 tərəfindən tərtib edilmiş 22 avqust 2018-ci il tarixli aktdan görünür ki, 4 saylı poçt şöbəsinin poçt agentliyinin əməliyyatçısı İddiaçı 22 avqust 2018-ci il tarixdə saat 10:00-da filialın rəisinin işə başlamaq göstərişini yerinə yetirməmiş və rəhbərliyə məlumat vermədən, icazə almadan intizam qaydalarını pozaraq işdən çıxıb getmişdir. MXŞ-nin rəisi vəzifəsini icra edən X5, əməliyyatçı X6 və əməliyyatçı M.Məmmədova tərəfindən tərtib edilmiş 24 avqust 2018-ci il tarixli aktdan görünür ki, 24 avqust 2018-ci il tarixdə rəhbərlik tərəfindən İddiaçı 31 avqust 2018-ci il tarixədək MXŞ-də əməliyyatçı vəzifəsini icra edilməsi tapşırığına məhəl qoymayaraq bütün gün ərzində i şdə olmamışdır. Bu isə öz növbəsində şöbənin işinin ahənginin pozulmasına, müştərilərin narazılığına və yayınmasına səbəb olmuşdur. MXŞ-nin rəisi vəzifəsini icra edən X5, əməliyyatçı X6 və əməliyyatçı X7 tərəfindən tərtib edilmiş 25 avqust 2018-ci il tarixli aktdan görünür ki, 25 avqust 2018-ci il tarixdə MXŞ-nin əməliyatçısı vəzifəsini İddiaçı bütün gün ərzində işdə olmamışdır. Cavabdeh rəisi X2 Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən əsasla İddiaçı işdən çıxarılması ilə bağlı Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin Şəki şöbəsinə 27 avqust 2018-ci il tarixdə müraciət etmişdir. Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin Şəki şöbəsinin 30 avqust 2018-ci il tarixdə Şəki Regional Poçt Filialının rəisi X5 ünvanlanmış məktubunda g östərilmişdir ki, qeyd edilən məktub 29 avqust 2018-ci il tarixdə həmkarların iclasında müzakirə olunmuş, İddiaçı gəncliyi və 2-ci qurup əlilliyi nəzərə alınaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndinə əsasən işdən çıxarılması ilə yox, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş intizam tənbehi verilməsi qərara alındığı bildirilmişdir. Şəki Regional Poçt Filialının rəisi X1 İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin Şəki şöbəsinin qeyd edilən rəyini nəzərə almayaraq özünün 31 avqust 2018-ci il tarixli, 148 nömrəli əmri ilə İddiaçı işdən azad etmişdir. İddiaçı hazırki tələblə həmin əmri mübahisləndirir. Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 68-ci mаddəsinin 1-ci bəndinə əsаsən əmək müqаviləsinə yаlnız bu Məcəllə ilə müəyyən edilmiş əsаslаrlа və qаydаdа xitаm verilə bilər. Həmin Məcəllənin 80-ci mаddəsinin 1-ci bəndinə əsаsən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci bəndinə əsаsən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Həmin maddənin 3-cü bəndinə əsаsən, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Əmək Məcəlləsinin 80-ci mаddəsinin məzmunundan göründüyü kimi Məcəllənin 70-ci maddəsinin “ç” bəndində göstərilən əsasla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir və həmin norma imperativ norma olaraq göstərilmişdir. Qanunverici, Əmək Məcəllənin 70-ci maddəs inin “ç” bəndinə əsasən işçinin işdən azad edilməsinin konkret hallarını dəqiq müəyyən etmişdir. Hazırki iş üzrə isə yuxarıda göstərilən qanunvericiliyin tələbinə cavabdeh işəgötürən tərəfindən əməl edilməmişdir. Şəki Regional Poçt Filialının rəisi X6 31 avqust 2018-ci il tarixli, 148 nömrəli əmri iləİddiaçı işdən azad edərkən Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin Şəki şöbəsinin qeyd edilən rəyini nəzərə almamış, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-cı mаddəsinin mаddəsinin tələblərini pozulmuşdur. Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyy ən edilmiş qaydalarının tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verilmişdirsə əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, İddiaçı iddiası təmin edilməli, Şəki Regional Poçt filialının rəisi X6 tərəfindən qəbul edilmiş 31 avqust 2018-ci il tarixli, İRŞ-148 saylı əmri ləğv edilməli, İddiaçı Şəki Regional Poçt Filialının şəhər 4 saylı poçt şöbəsinin po çt agentliyinin əməliyyatçısı vəzifəsinə işə bərpa edilməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tədbiq etmiş, qətnamənin ləğvi üçün əsas yoxdur. Əmək Məcəlləsini n 80-cı maddəsinin 1-ci bəndindən göründüyü kimi, normada Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınmaqla ləğv edilməsi qeyd edilmişdir. Normadan göründüyü kimi, işəgötürən həmkarlar ittifaqının üzvü olan işçi ilə əmək müqaviləsini ləğv edən zaman həmkarlar ittifaqının razılığını almalıdır. Hazırki işdə işçi ilə əmək müqaviləsinin ləğv edilməsinə həmkarlar ittifaqının razılığı olmadığına görə, işəgötürən iddiaçı ilə əmək müqaviləsinin ləğv etməkdə haqlı olmamış, apellyasiya instansiyası məhkəməsi bu hala düzgün qiymət verərək maddi hüquq normasını hazırki işin hallarına düzgün tədbiq etmişdir. Odur ki, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 13 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-2986/2018 nömrəli iş üzrə 13 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-2922/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2922/2019
29.04.2019 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver