Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2922/2022 09.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X10, X20, X21 və X22 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-2922/2022 Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi, mənzildən çıxarılma Bakı şəhəri, 9 avqust 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X10, X20, X21 və X22 qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 iyul 2021-ci il tarixli, 2(103)-773/2021 nömrəli qətnaməsindən cavabdehlər X11 və X27 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 09 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh5 və onun azyaşlı övladı X23 mübahisəli evin ona məxsus «Q» literinin 1 saylı yaşayış otağından və qarşısındakı 10 saylı kapital verandadan; cavabdehlər Cavabdeh6, X10, X20, X21 və X14 həmin fərdi yaşayış evinin ona məxsus «Q» literinin 2-3 saylı yaşayış otaqlarından və 11-12 saylı kapital verandalardan, Cavabdeh4 isə «V» literinin 4 saylı yaşayış otağından çıxarılması, fərdi yaşayış evinin ona məxsus hissələrinin boşaldılması və ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İşin mübahisə edilməyən hallarına görə, Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov (keçmiş Şahbazi) küçəsi, 81 saylı fərdi yaşayış evinin (bundan sonra – mübahisəli ev) 1/8 hissəsi X8, 1/8 hissəsi X1, 1/8 hissəsi X3, 1/8 hissəsi X6, 4/8 hissəsi isə İddiaçı (bundan sonra – iddiaçı) adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir.
3. İddiaçı və cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X10, X20, X21 mübahisəli evdə qeydiyyatdadırlar.
4. Tərəflər arasında əvvəllər də məhkəmə mübahisələri olmuş, Bakı şəhəri Yasamal Rayon Məh kəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə mübahisəli evin 8/1, 8/1, 8/1, 8/1 və 8/4 paylara uyğun real bölgüsü aparılaraq, iddiaçının 4/8 payına düşən 243.4 kv.m, digər 4/8 paya (8/1, 8/1, 8/1, 8/1) düşən 290.7 kv.m müəyyən edilmiş və ekspert rəyinə əlavə olunmuş evin plan sxemində göstərilən D, E, V literli yaşayış evləri ümumi sahəsi 243.4 kv.m olmaqla iddiaçının payına uyğun naturada bölünərək, ona ayrılması; iddiaçının mübahisəli evin onun payına düşən hissəsinə köçürülməsi qət edilmiş, həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. 5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(81)-1732/2012 nömrəli qərarı ilə, İddiaçı cavabdeh Yasamal rayon Polis İdarəsi nin Qeydiyyat və şəxsiyyət şöbəsinə qarşı Bakı şəhəri, Yasamal rayonu, Şahbazi 81-ə qeyri-qanuni yolla qeydiyyata düşənlər X24, X15, X16, X17, X7, X48, X28, X4, Əliyeva Maya, X31, X35, X43 və Qədimov Zöhrabın qeydiyyatdan çıxarılmaları vəzifəsinin Yasamal rayon Polis İdarəsinin Pasport və şəxsiyyət vəsiqəsi Qeydiyyat İdarəsinə həvalə edilməsi barədə iddiası rədd edilmişdir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2094/2016 nömrəli, xx.xx.2016cı il tarixli qətnaməsi ilə, iddiaçılar Cavabdeh1, X5, Cavabdeh3, X9 və Cavabdeh5 cavabdeh İddiaçı qarşı ünvan 1 ünvanda yerləşən evin cavabdehə düşən pay hissəsində istifadə hüququnun tanınması və həmin hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə iddia tələbi təmin edilməmiş, həmin qətnamə yuxarı instansiya məhkəmələr i tərəfindən dəyişdirilmədən saxlanılmışdır.
7. İddiaçı iddia ərizəsində bildirmişdir ki, o, evin paylı mülkiyyətçisidir. Bu barədə ona mülkiyyət hüququnu təsdiq edən sənəd verilmişdir. Cavabdehlər Cavabdeh1 və qeyriləri həmin ünvana qanunsuz olaraq qeydiyyata alınaraq, fərdi yaşayış evinin iddiaçının mülkiyyətində olan 1/2 hissəsində bir neçə otağı və qarşısında yerləşən verandaları zəbt etmişlər. Cavabdehlərin onunla heç bir qohumluq münasibətləri yoxdur, göstərilən ünvana hansı yollarla qeydiyyata alınmaları da ona məlum deyildir. Nəticə etibarilə, cavabdehlərin ona məxsus mübahisəli evin otaqlarını qarşısındakı verandaları ilə birlikdə zəbt etmələri onun mülkiyyət hüquqlarını kobud şəkildə pozmaqla, mülkiyyətçini özünə məxsus əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsind ə sərəncam vermək hüquqlarından məhrum edir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 26858 nömrəli ekspert rəyinə əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-156/2011 saylı, xx.xx.2011-ci il tarixli fərdi qətnaməsi ilə iddiaçıya naturada ayrılan 243.4 kv.m olan D, E və V literli yaşayış evinin iş materiallarına əlavə edilmiş texniki pasportun məlumatlarında göstərilən Q literli tikilinin 1,2, 3, 10, 11, 12 və 13 saylı tikililəri və V literli və İ,İİ (bir və iki) kimi, göstərilən tikililərlə üst-üstə düşdüyü və Q literli tikilinin 1, 2, 3, 10, 11, 12 və V literli tikilidən cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. Məhkə mə tərəfindən xx.xx.2019-cu il tarixdə mübahisəli ünvana yerli baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, evin mübahisəli hissəsində D, E, V və Q tikilisinin bir hissəsi mövcuddur. V tikilisi 2 hissədən ibarət olmaqla, 1 hissəsində və Q tikilisi hissəsində İddiaçı ailə üzvləri ilə birlikdə, V tikilisinin (yeni texniki pasporta əsasən V tikilisinin 4 saylı yaşayış otağında) digər hissəsində isə iş üzrə Cavabdeh1 anası, iş üzrə digər Cavabdeh4 yaşayır. D tikilisində (yeni texniki pasporta əsasən Q literinin 1 saylı yaşayış otağı və qarşısındakı 10 saylı kapital verandada) faktiki olaraq Cavabdeh1 və onun ailə üzvləri olan iş üzrə digər cavabehlər- həyat yoldaşı X2 və oğlu Cavabdeh3 yaşayır. E tikilisində (yeni texniki pasporta əsasən Q literinin 2-3 saylı yaşayış otaqları və 11-12 saylı kapital verandada) Cavabdeh6 və onun həyat yoldaşı- üzrə digər cavabdeh X10 yaşayır. Cavabdeh6 oğlu X14 faktiki olaraq mübahisəli ünvanda qeydiyyatda olsa da, hal-hazırda hərbi xidmətdə olması müəyyən edilmişdir. Baxış zamanı Cavabdeh1 qızı olan Cavabdeh5 və onun yetkinlik yaşına çatmayan qızı X23 mübahisəli ünvanda ümumiyyətlə yaşamadıqları müəyyən edilmişdir.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli 2(004)12/2020 saylı qətnaməsi ilə (hakim T.Axundov) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 mübahisəli evin iddiaçıya məxsus «Q» literinin 1 saylı yaşayış otağından və qarşısındakı 10 saylı kapital verandadan; cavabdehlər Cavabdeh6, X10, X20, X21 və X14 həmin fərdi yaşayış evinin iddiaçıya məxsus «Q» literinin 2-3 saylı yaşayış otaqlarından və 11-12 saylı kapital verandalardan, Cavabdeh4 iddiaçıya məxsus fərdi yaşayış evinin «V» literinin 4 saylı yaşayış otağından çıxarılması, fərdi yaşayış evinin iddiaçıya məxsus hissələrinin boşaldılaraq iddiaçıya qaytarılması qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi qətnaməni əsaslandırarkən göstərmişdir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan əmlaka istifadə hüququnun yaranmasına dair hər hansı bir hal müəyyən edilməmiş, cavabdehlər tərəfindən məhkəməyə buna dair hər hansı bir mötəbər sübutlar təqdim edilməmişdir.
12. Məhkəmə iddia tələbinin Cavabdeh5 azyaşlı qızı X36 ilə birlikdə mübahisəli evin ona məxsus «Q» literinin 1 saylı yaşayış otağından və qarşısındakı 10 saylı kapital verandadan çıxarılmaları hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələb i bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işin araşdırılmış halları ilə iş üzrə Cavabdeh5 və onun azyaşlı qızı Ayan Mehdiyevanın mübahisəli mənzildə ümumiyyətlə yaşamamaları müəyyən edilmişdir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.2, 157.4, 164.1, 165.1-ci, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv olunmasını və iddia tələbinin həmin hissədə də təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Cavabdehlər Cavabdeh1 və Cavabdeh6 ayrı-ayrılıqda apellyas iya şikayətləri verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-773/2022 nömrəli, 27 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Ə.Kərimli (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və E.C.Kazımov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən mübahisələndirilən hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin edilmiş, Cavabdeh5 azyaşlı övladı X37 ilə birlikdə iddiaçıya məxsus Bakı şəhəri Yasamal rayonu Şahbazi küçəsi, 81 saylı fərdi yaşayış evinin "Q" literinin 1 saylı yaşayış otağından və qarşısındakı 10 saylı kapital veranda dan çıxarılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh6 apellyasiya şikayətlərinin isə təmin edilməməsi qət edilmişdir.
17. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi iddia tələbini Cavabdeh5 qarşı hissədə təmin etməməkdə haqlı olmamışdır. Birinci instansiya məhkəməsi belə hesab etmişdir ki, Cavabdeh5 və onun azyaşlı qızı Ayan Mehdiyevanın mübahisəli mənzildə ümumiyyətlə yaşamamaları müəyyən edildiyindən, iddia tələbi bu hissədə əsassız olduğuna görə təmin edilməməlidir. Halbuki, iş materiallarından görünür ki, Cavabdeh5 əvvəllər də iddiaçıya məxsus evdən istifadə hüququnun tanınmasına iddialı olmuş, bu barədə Cavabdeh1 və qeyriləri ilə birlikdə Zülfiyyə Nəsirovaya qarşı məhkəmədə iddia qaldırmış, iddia ərizəsində də həmin evdə yaşadığını bildirmişdir.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.2, 157.4, 164.1, 165.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri c) Kassasiya şikayətlərinin dəlilləri
19. Cavabdeh1 kassasiya şikayəti verərək (Vəkil2 tərəfindən tərtib olunmuş) apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Kassator şikayətini əsaslandırarkən ekspert rəyinə istinad edərək bildirmişdir ki, “Q” tikilisinin qarşısında texniki pasportda mövcud olmayan əlavə tikililər də mövcuddur. Bu tikililər isə iddiaçıya naturada ayrılan 243,4 kv.metrdən əlavə sahədə yerləşir ki, bunlar da cavabdehin və ailəsinin faktiki sahibliyində olmaqla, onun tərəfindən inşa edilmişdir. İşə baxan məhkəmələr isə qətnamədə ekspert rəyində göstərilmiş əlavə tikililərə münasibət bildirməmişdir. Məhkəmələrə yaşayış otaqlarının qarşısındakı tikintilərin iddiaçıya məxsus paya aid olub-olmaması barədə heç bir sübut təqdim olunmasa da, bu hal məhkəmələr tərəfindən araşdırılmamışdır.
21. Abbasəliyev Mübariz şikayətini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 158-ci, eləcə də Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə istinad etmişdir.
22. Cavabdeh6 da kassasiya şikayəti verərək (vəkil X18 tərəfindən tərtib olunmuş) apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. X34 şikayətində bildirmişdir ki, tərəflər arasında mənzil münasibətləri yaranan zaman Azərbaycan Respublikasının Mülki Məcəlləsi deyil, Azərbaycan SSR Mənzil Məcəlləsi qüvvədə idi ki, bu mübahisəyə də sonuncu tətbiq olunmalıdır.
24. Abbasəliyev Fuad şikayətini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsinə istinad etmişdir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. İddiaçının vəkili Vəkil1 kassasiya şikayətlərinə qarşı yazılı etiraz göndərərək, iş üzrə bütün hallara düzgün qiymət verildiyini, eləcə də hazırkı işlə bağlı İddiaçı şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 19 aprel 20 18-ci il tarixli Konstitusiya Məhkəməsinin Qərarının mövcud olduğunu məhkəmənin diqqətinə çatdırmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
26. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
27. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avro pa Konvensiyasının 1 saylı protokolu
28. Maddə
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan SSR Mənzil Məcəlləsi
29. Maddə
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
30. Maddə
123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin r azılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
31. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
33. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarını n sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
37. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozu lması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
38. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
39. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurət indən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
40. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehlərdən yalnız Cavabdeh1 və Cavabdeh6 tərəfindən mübahisələndirildiyindən kassasiya baxışının predmetini yalnız həmin şəxslərə münasibətdə qətnamənin qanuniliyinin yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşd ıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən – cavabdehlər Cavabdeh1 və Cavabdeh6 aid hissədə ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
42. Belə ki, apellyasiya insansiyası məhkəməsinin qətnaməsi Mübariz və Cavabdeh6lərə münasibətdə qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.
43. Apellyasiya şikayətində qeyd edildiyi kimi, kassasiya şikayətində də kassatorların iki dəlili mövcuddur: onların mübahisəli evə müvafiq olaraq 1986 və 1988-ci illərdə pasport qeydiyyatına alınmaları və texniki pasportda qeyd edilməyən, onların istifadəsində olan, onlar tərəfindən tikilmiş əlavə tikililərin mövcud olması.
44. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 4
5. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
46. Məhkəmə kollegiyası qeyd edir ki, kassatorların iddiaçının mülkiyyətində olan evə pasport qeydiyyatına alınmaları 1986 və 1988-ci illərdə baş verdiyindən onların irəli sürdüyü dəlillərə tam və obyektiv qiymət verilməsi üçün həmin dəlillər xx.xx.2009-cu il tarixə qədər qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinin tələbləri nəzərə alınmaqla araşdırılmalı və müəyyən edilmiş hallara iddia tələbinə münasibətdə Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqe əsas tutulmaqla qiymət verilməlidir. 4
7. Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da mal ik olurlar. (§29)
48. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. (§30)
49. Maddələrin məzmunundan göründüyü kimi, mənzil sahibinin, yaxud kir ayəçinin öz mənzilinə köçürdüyü şəxslərin həmin mənzildən istifadə hüququ əldə edilməsinin müəyyən şərtləri nəzərdə tutulmuşdur. Mənzildən istifadə hüququnun yaranmasının mühüm şərti həmin şəxsin kirayəçinin ailə üzvü olmasıdır. İcarədarın ailə üzvləri onun arvadı (əri), uşaqları və valideynləri hesab olunur. İcarədarla birlikdə yaşayan, onunla ümumi təsərrüfat aparan şəxslər də onun ailə üzvləri hesab oluna bilərdilər və evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər.
50. Lakin, apellyasiya instansiyası məhkəməsi mübahisənin maddi hüquqi əsasını düzgün müəyyən etməmiş, kassatorların mübahisəli evə qeydiyyatının mülkiyyətçinin ailə üzvü kimi, onun ehtimal olunan razılığı əsasında aparılmış ola biləcəyini yoxlamamış, nəticədə kassatorların evdən istifadə hüququ nun olub-olmamasına qiymət verməmişdir.
51. Qeyd olunan halın hazırkı iş üzrə əhəmiyyəti bundan ibarətdir ki, əgər kassatorların evdən istifadə hüququ yaranmışsa, onların mənzildən istifadə hüququna kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
52. Belə ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir.Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına ist ifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Beləliklə, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Mənzil qanunvericiliyində müəyyən münasibətlərin tənzimlənməməsi, öz əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsinin ifadəsindən çıxış edərək boşluğun tamamlanması məqsədilə qanunun analogiyasının tətbiqi üçün əs as götürülə bilər.
54. Qeyd edilənləri vurğulamaqla Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, 2000-ci il sentyabr 1-nə kimi mənzildən istifadə hüququ əldə etmiş şəxslərə münasibətdə də mülkiyyətçi tərəfindən müvafiq kompensasiya verilməklə onların istifadə hüququna xitam verilə bilər. 55. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üz rə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
56. Beləliklə, kassasiya kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Apellyasiya Məhkəməsi işə yenidən baxılarkən məhkəmə kassasiya instansiyası məhkəməsinin hazırkı qərarında şərh edilən göstərişlərə uyğun olaraq irəli sürülən tələbə baxmalı, tərəflərin təqdim etdikləri sübutlara MPM-nin 88-ci maddəsinə uyğun olaraq qiymət verməklə mübahisəni həll etməlidir.
57. Göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 iyul 2021-ci il tarixli, 2(103)773/2021 nömrəli qətna məsi qismən – cavabdehlər Cavabdeh1 və Cavabdeh6 aid hissədə ləğv olunsun, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: Ələsgər Əliyev İsmayıl Xəlilov Mehparə Əhmədova