Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2923/2025 09.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinə qarşı ilk; İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsi cаvаbdеh İddiaçı qarşı qarşılıqlı iddialara dair iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi ilə bağlı mübahisə, neqator iddia Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinə qarşı «mülkiyyətində olan torpaq sahəs indən qaz kəmərinin çıxarılması, əldən çıхmış fаydа, vurulmuş mаddi və mənəvi ziyаnın ödənilməsi» tələbinə dair ilk iddiası, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinin cavabdeh İddiaçı qarşı «çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddiаsına dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyun 2025-ci il tarixli 2(107)-468/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən kassasiya şikayətinə dair işə 09 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Göyçay rayonu Qarayazı Bələdiyyəsinin 08 yanvar 2007-ci il tarixli qərarına əsasən Həmin Bələdiyyə tərəfindən İddiaçı Göyçay rayonu Qarayazı Bələdiyyəsinin ehtiyat fondundan 0.10 hektar torpaq sahəs i satılmışdır.
2. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Ucar Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli MA seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Göyçay rayonu Qarayazı kəndində yerləşən, yaşayış məntəqələri torpaqları kateqoriyalı 0,10 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
3. İşin mübahisəsiz halıdır ki, həmin torpaqdan yüksək təzyiqli 2-ci xətt QazıməmmədQazax İİ хətt yüksək təzyiqli 1220 mm-lik magistral qaz kəməri keçir.
4. Bu kəmər 1980-1985-ci illər ərzində çəkilərək istismаrа vеrilmişdir. Bu magistral qaz kəmərinin təyinatı Azərbaycan Respublikasının rayon və şəhərlərini, Mingəçevir İES, Şəki Modul ES, Gür cüstan Respublikasını və işğaldan azad edilmiş rayonları təbii qazla təmin etməkdən ibarətdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sоnrаdаn iddianın həcminin artırılması ilə bağlı ərizə verərək, Göyçay rayonu Qarayazı kəndində yerləşən və mülkiyyət hüququ ilə ona məxsus olan 0,10 ha torpaq sahəsindən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinin Qazıməmməd-Qazax Magistral qaz kəmərinin çıxarılması, əldən çıxmış fayda və maddi ziyanın əvəzi kimi məhkəmə qaydasında cavabdehdən onun xeyrinə 30.000 manat maddi ziyan və 10.000 manat mənəvi ziyan olmaqla, cəmi 40.000 manat pul vəsaitinin onun xeyrin ə tutulması bаrədə qətnаmə qəbul edilməsini хаhiş еtmişdir.
6. İddiа ərizəsi belə əsаslаndırılmışdır ki, Göyçay rayonu Qarayazı bələdiyyəsinə müraciət edərək, fərdi yaşayış evi inşa etmək məqsədi ilə Göyçay rayonu Qarayazı kəndi ərazisindən torpaq sahəsi ayrılmasını xahiş etmişdir. Ərizəsi bələdiyyənin xx.xx.2007-ci il tarixdə keçirilən iclasında müzakirə edilmiş və ona 0.10 ha həyətyanı torpaq sahəsinin satılması qərara alınmışdır. Qəbul edilmiş qərar əsasında torpaq sahəsinin alqı-satqısına dair akt tərtib edilmiş, Göyçay rayonu Qarayazı Bələdiyyəsinin, Azərbaycan Respublikası DT va XK-nın Göyçay rayon Şöbəsinin məsul əməkdaşları tərəfindən imzalanaraq təsdiq edilmiş və qeydiyyata alınaraq, ona təqdim edilmişdir. İlkin hüquq müəyyənedici sənədlər əsasında 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilmiş, müraciətinin əsasında ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Həmin torpaq sahəsi mülkiyyətinə verildikdan sonra, təyinatı üzrə tikinti inşa edib və yaxud bağ sahəsi salıb istifadə edə bilmir. Buna səbəb isə mülkiyyətində olan torpaq sahəsindən Qazıməmməd-Qazax Magistral qaz kəmərinin keçməsidir. 2007-ci ildən hazırki vaxta kimi mülkiyyətində olan 0.10 ha torpaq sahəsindən istifadə edə bilmir ki, bu da mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Ötən bu illər ərzində 0.10 ha torpaq sahəsində meyvə ağacları əksəydi kifayət qədər qazanc əldə edərdi. Qeyd o lunan torpaq sahəsindən ən azı ildə 2000 manat olmaqla 30.000 manat gəlir əldə edə bilərdi. Eyni zamanda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi mübahisəli torpaq sahəsini boşaltmaması nəticəsində ona və ailə üzvlərinə maddi ziyanla bərabər, mənəvi ziyan də dəymişdir. Belə ki, mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsindən istifadə etməməklə əlaqədar ailəsi əsəb, iztirab, narahatçılıq və həyəcan keçirmiş, bununla əlaqədar ona mənəvi zərər dəymişdir.
7. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinin iddiаyа еtirаzında qeyd edilmişdir ki, iddiaçıya məxsus torpaqdan strateji əhəmiyyətli, yüksək təzyiqli 1220 mm-lik 2-ci xətt Qazıməmməd-Qazax magistral qaz kəməri 1985-ci il tarixdən istismara verilmişdir. Həmin dövrdə iddiaçı həmin torpaq sahə sinin mülkiyyətçisi deyildi. İddiaçının isə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ 2012-ci il tarixdən yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı Qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları»nın 2.23-cü bəndinə əsasən magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərə torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərini istismar edən orqanla (hüquqi şəxslərlə) razılaşdırılır. Həmin qaydaların 2.7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir. Boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Göründüyü kimi, iddiaçıya 2007-ci il tarixdə aidiyyəti orqanlar tərəfindən torpaq sahəsi ayrılarkən SOCAR-la heç bir razılaşma olmamış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı Qərarının 2.23 və 2.7-ci bəndlərinin və Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixdə təsdiq etdiyi «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin tələbləri pozulmuşdur.
8. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi İddiaçı qarşı qаrşılıqlı iddiа qaldıraraq Azərbaycan Respublikası ƏMDX yanında DƏDRX-in 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən İddi açı adına 0,10 ha torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat yazısının və həmin qeydiyyata dair verilmiş MA seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq Qax İxrac İdarəsinin hesabına köçürülməsi barədə qətnаmə çıхаrılmаsını хаhiş еtmişdir.
9. Göyçay Rayon Məhkəməsinin 4 dekabr 2024-cü il tarixli, 2(046)-32/2024 nömrəli qətnaməsi ilə (hakim İ.B.Fəttаhоv) hər iki iddia rədd olunmuşdur.
10. Məhkəmə tərəfindən iş üzrə ekspertiza təyin edilmiş, Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Еkspеrtizаsı Mərkəzinin 22 аvqust 2024-cü il tаriхli, 3-16-16/210/3495 nömrəli еkspеrt rəyindən görünür ki, Göyçay rayonu Qarayazı kəndind ə yerləşən **********88 reyestr nömrəli çıxarışla İddiaçı xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış 0.10 ha torpaq sahəsindən еlеktrоn bаzа məlumаtlаrınа əsаsən yеrаltı 1220 mm diаmеtrli «Qаzıməmməd-Qаzах» İİ хətt yüksək təzyiqli (55 kqq/sm kv) mаgistrаl qаz kəməri kеçir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir.
11. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Аzərbаycаn Rеspublikаsı ƏMDK-nın yаnındа DƏDRХ-nin 16 sаylı Ərаzi İdаrəsi İddiaçı 0.10 ha torpaq sahəsi üzərində hüququnun əmələ gəldiyi anda həmin əmlakın magistral boru kəmərinin zonasında yerləşməsini nəzərə alıb, sonuncunun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməli və Göyçay rayonu Qarayazı bələdiyyəsinin 08 yanvar 2007-ci il tarixli 1 nömrəli qərarının ləğv edilməsi barədə a idiyyəti orqanlar qarşısında məsələ və ya məhkəmədə iddia qaldırmalı idi. Lakin bunu etmədən iddiaçının hüquqlarını dövlət qeydiyyatına almış və nəticədə hazırkı iş üzrə tərəflər arasında anlaşılmaz vəziyyət yaratmışdır.
12. Hazırda İddiaçı 0.10 ha torpaq sahəsinin ona satılmasına dair Göyçay rayonu Qarayazı bələdiyyəsinin qərarının qanunla müəyyən olunmuş qaydada geri çağırılmadığına, ləğv edilmədiyinə, dəyişdirilmədiyinə, qüvvədə olma müddəti qurtarmadığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyinə, eləcə də mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alındığına, həmçinin mülkiyyət hüquqlarına dövlətin təminat verdiyinə əsaslanaraq, cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin iddiaçı hazırki iddia tələbini düzgün olmayan cavabdehə qarşı yönəltmişdi r.
13. Belə ki, işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı hələ torpaq sahəsi satılmamışdan öncə, yəni 1980-1985-ci ildən həmin torpaq sahəsindən «Qаzıməmməd-Qаzах» İİ хətt yüksək təzyiqli mаgistrаl qаz kəməri keçmişdir. Belə olan halda, cavabdeh hər hansı hərəkəti və ya hərəkətsizliyi ilə iddiaçının hüquqlarını pozmamış, yəni başqa sözlə desək maddi zərər vurmamışdır..
14. Məhkəmə yekun olaraq ilk iddia tələbi ilə bağlı qeyd edib ki, İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsinin tələbinə uyğun olaraq, Göyçay rayonu Qarayazı bələdiyyəsinin 0.10 ha torpaq sahəsinin ona satılması ilə bağlı qəbul etdiyi qərarı, eləcə də mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı çıxarış vermiş Аzərbаycаn Rеspublikаsı ƏMDK-nın yаnındа DƏDRХ-nin 16 sаy lı Ərаzi İdаrəsinin hərəkəti nəticəsində mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilməməsi ilə bağlı ona dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə inzibati məhkəməyə müraciət etməli olduğu halda, cavabdehə qarşı hazırki tələblə Göyçay rayon məhkəməsinə müraciət etmişdir.
15. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mülkiyyət hüquqlarının qeydə alınmasına əsas olmuş Göyçay rayonu Qarayazı bələdiyyəsinin 08 yanvar 2007-ci il tarixli 1 nömrəli qərarı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən mübahisələndirilmiş, həmin qərarın etibarsız hesab edilməsi tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edilmişdir. Şəki İnzibаti Məhkəməsinin qanuni qüvvədə olan 24 noyabr 2022-ci il tarixli 2-1(116)-877/2022 nömrəli qərardadı ilə iddiaçı ARDNŞ-nin « Qaz İxrac» İdarəsinin cavabdeh Göyçay rayonu Qaraməryəm bələdiyyəsinə qarşı «üçüncü şəxs İddiaçı torpağın alınması ilə bağlı cavabdeh Göyçay rayon Qarayazı bələdiyyəsi tərəfindən verilmiş 08 yanvar 2007-ci il tarixli 01 saylı qərarın etibarsız hesab edilməsi» tələbinə dair iddiası mümkün sayılmamışdır.
16. İşin hallarından görünür ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 0.10 ha torpaq sahəsinin satılmasına dair Göyçay rayonu Qarayazı bələdiyyəsinin 08 yanvar 2007-ci il tarixli 1 nömrəli qərarı qanunla müəyyən olunmuş qaydada geri çağırılmamış, ləğv edilməmiş, dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmişdir.
17. Məhkəmə hesab edib ki, Göyçay rayonu Qarayazı bələdiyyəsinin 08 yanvar 2007-ci il tarixli 1 nömrəli qərarı qüvvədə ol duğundan, İddiaçı adına 0.10 ha torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat yazısının və həmin qeydiyyata dair verilmiş MA seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilə bilməz.
18. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21.1, 21.2, 238.1, 1096.1, 1097.1, 1100-cü maddələrinə, Аzərbаycаn Rеspublikаsı Tоrpаq Məcəlləsinin 46-cı mаddəsinin 1-ci hissəsinə, 56-cı maddəsinə, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Аzərbаycаn Rеspublikаsı Qаnununun 7.1, 7.3-cü maddələrinə, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 1-ci və 2-ci hissələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı»-nın təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli Fərmanının 2-ci hissəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın 2.7ci bəndinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4, 227, 233, 360-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:
19. Qətnamədən narazı qalan ilk iddia üzrə İddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin 4 dekabr 2024-cü il tarixli, 2(046)-32/2024 nömrəli qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayətinin dəlilləri ilk iddianın dəlilləri ilə eyni olmuş, əlavə olaraq qeyd edilmişdir ki, iddia ərizəsi onun tərəfindən 2021-ci ilin dekabr ayında Göyçay Rayon Məhkəməsinə təqdim edilib. Qətnamə isə 3 il sonra, 2024-cü ilin dekabr ayında qəbul edilib. Bununla da Azərbaycan Respublikası MPM-nin 172-ci maddəsinin tələbləri mülki işə baxan Göyçay Rayon Məhkəməsinin hakimi tərəfindən kobud surətdə pozulub. Qətnamə yalnız bir tərəfin, yəni cavabdehin formal və qanunsuz, sübut olunmayan etirazları üzərində qurulmaqla və məhkəmə sübutlarla əsaslanmadan qərar qəbul edilmişdir. Qətnaməsində isə iddiaçının xeyrinə olan heç bir süb ut və fakt nəzərə alınmayıb. Göyçay Rayon Məhkəməsinin 04 Dekabr 2024-cü il tarixli, 2(046)-29/2024 saylı qətnaməsinin təsviri hissəsində yalnız cavabdehin etirazları vardır, əsaslandırma hissəsi isə demək olar ki, ümumiyyətlə yoxdur. Əvvəllər və hal-hazırki iddia tələbləri üzrə verilmiş ekspertiza rəyləri bir-biri ilə ziddiyyətlidir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi onlara aid olan torpaqların bu müəssisənin mənafeyinə zidd olduğunu və hüquqlarının pozulduğunu bildirirlər. Eyni zamanda ona və Əmlak Komitəsinin Reyestr Xidmətinə qarşı “çıxarışın ləğv edilməsi barədə” qarşılıqlı iddia ərizəsini 15 il sonra məhkəməyə təqdim edir. Əgər bu torpaq sahələri ona və digər vətəndaşlara 15 il əvvəl verilibsə və onların hüquqları pozulubsa, nədən 15 il müddəti ndə bu barədə hər hansı bir iddia qaldırmamışlar. Eyni zamanda da ona və Əmlak Komitəsinin Reyestr Xidmətinə qarşı müstəqil iddia deyil, onların iddialarına cavab olaraq “çıxarışın ləğv edilməsi barədə” qarşılıqlı iddia ərizəsini 15 il sonra məhkəməyə təqdim edirlər. Eyni zamanda “Qazıməmməd-Qazax” qaz kəməri həqiqətən onlara məxsus olan torpaq sahəsindən keçirdisə, nədən bu işə məsul olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi 15 il müddətində susmuş, 2007 və 2024-cü illərdə onlara verilən qərarlara etiraz etməmiş və hər hansı bir hüquqi yollardan istifadə etməmişdir. Bu faktlar da sübut edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin etirazları əsassız və qanunsuzdur.
21. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiasının xx.xx.2025-c i il tarixli, 2(107)-468/2025 nömrəli (hakimlər Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), E.M.Mehdiyev, E.B.İsayev) qətnaməsi ilə, iddiаçı İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 4 dekabr 2024-cü il tarixli, 2(046)-32/2024 nömrəli qətnaməsi mübahisələndirilən-ilk iddianın rədd edilməsinə aid hissədə dəyişdirilmədən sаxlаnılması qət edilmişdir.
22. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri bağlı qeyd etmişdir ki, hazırkı mülki işə birinci instansiya məhkəməsində baxılarkən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinin Şəki İnzibati Məhkəməsinə təqdim etdiyi bələdiyyə qərarının etibarsız hesab edilməsi tələbinə dair iddiasına bax ılıb yekun məhkəmə aktı çıxarılanadək Göyçay Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(046)-640/2022 nömrəli qərardadı ilə iş üzrə icraat dayandırılmış, iş üzrə icraatın dayandırılmasına əsas olmuş hal aradan qalxdıqdan sonra isə Göyçay Rayon Məhkəməsinin 15 sentyabr 2023cü il tarixli, 2(046)-55/2023 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Bundan sonra Göyçay Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(046)-55/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, rəy alınanadək işin icraatı dayandırılmışdır. Məhkəmə tikinti-texniki ekspertizasının rəyi məhkəməyə daxil olduqdan sonra isə Göyçay Rayon Məhkəməsinin 12 sentyabr 2024cü il tarixli, 2(046)-32/2024 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdir.
23. Göründüyü kimi, məh kəmənin icraatında olduğu dövrdə mülki işin icraatı 2 il 3 aya yaxın bir müddət ərzində dayandırılmış vəziyyətdə olmuşdur.
24. İşdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Ağdaş magistral qaz kəmərləri sahəsinin D1220 mm-lik İİ xətt “Qazıməmməd - Qazax” qaz kəmərinin texniki pasportuna əsasən müəyyən edilmişdir ki, həmin kəmər 1985-ci ildə istismara qəbul olunmuşdur.
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlillərini də əsaslı hesab etməyərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən iddiaçının mülkiyyətində olan 0.10 ha torpaq sahəsinə münasibətdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış digər bir icraatda mübahisələndirilmədiyindən həmin tələbə mahiyyəti üzrə baxılması pozuntu hesab edilə bilməz.
26. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 05 dekabr 2016-cı il tarixli 26124 nömrəli ekspert rəyindən görünür ki, həmin tədqiqat çərçivəsində ekspert qarşısında mübahsələndirilən torpaq sahəsindən hər hansı bir kommunikasiya, o cümlədən də qaz kəmərinin keçib-keçməməsi kimi bir sual qoyulmamış, bu səbəbdən də ekspert tərəfindən həmin istiqamətdə heç bir araşdırma aparılmamışdır. Hazırkı məhkəmə icraatı çərçivəsində aparılmış ekspertiza tədqiqatı üzrə isə ekspert qarşısında iddiaçının mülkiyyətində olan torpaq sahəsindən qaz kəmərinin keçib-keçməməsinə dair sual qoyulmuş, ekspertiza tədqiqatının nəticəsi üzrə də məhkəmənin ekspert qarşısında qoyulmuş sualına uyğun cavab verilmişdir. Həmçinin, “Qazıməmməd Qazax” qaz kəmərinin texniki pasportunda onun hansı tarixdə is tismara verilməsinə dair aydın bir cavab verildiyindən onun çəkilmə tarixinin əlavə olaraq ekspertiza tədqiqatı ilə müəyyən edilməsi zərurəti müəyyən edilməmişdir.
27. Məhkəmə qeyd etmişdir ki, “Qazıməmməd Qazax” qaz kəmərinin bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin satılmasından uzun müddət əvvəl çəkilməsi nəzərə alınaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsi tərəfindən iddiaçının mülkiyyət hüquqlarının pozulması, cavabdeh təşkilat tərəfindən iddiaçıya maddi və mənəvi ziyanın vurulması halı müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi ilk iddia tələbinin rədd edilməsi nəticəsinə gələrkən doğru mövqedən çıxış etmişdir.
28. İddiaçıya torpaq sahəsi ayrılarkən bələdiyyə və müvafiq dövlət orqanlarının, onların vəzifəli şəxslərinin hər hansı bir diqqətsizl iyi, qanunsuzluğu halları olmuşdursa bu halda iddiaçının həmin məsələni ayrıca icraatda mübahisələndirmək hüququ olduğu izah edilmişdir.
29. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 152.1, 152.2, 152.3,152.4, 152.5,157.2, 1096.1,1096.2, 1097.1-ci maddələrinə, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının” 2.23, 2.24, 2.7-ci bəndlərinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmla k obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”-nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 2015-ci il tarixli Fərmanının 2-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 14.2, 77.1, 119.1, 217.4, 218.3, 372.1, 372.6, 372.7-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: c) Kassasiya şikayətinin dəlilləri:
30. İlk iddia üzrə iddiaçı kassasiya şikayəti ilə məhkəməyə müraciət edərək, apellyasiya instansiya məhkəməsinin Mülki Kollegiyasının 11 iyun 2025-ci il tarixli, 2(107)-468/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, ilk iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
31. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, hər iki instansiya məhkəməsi mülkiyyət hüququnun pozulmasına, torpaqdan faktiki istifadə edə bilməməyinə, dəymiş maddi və mənəvi zərərin sübuta yetirildiyinə baxmayaraq, nə hüquqi baxımdan əsaslı qiymətləndirmə aparmış, nə də pozulmuş hüququn bərpasını təmin etmişdir. Məhkəmənin qiymətləndirmə fəaliyyəti formal xarakter daşıyır və obyektivlikdən uzaqdır. Apellyasiya məhkəməsi onun torpaqdan 15 ilə yaxındır istifadə edə bilmədiyini, əldə edə biləcəyi fayda və gəlirin konkret hesablandığını (ildə 2000 manat olmaqla ümumilikdə 30.000 manat), mənəvi əzablar keçirdiyini, təhlükəli zonada olan torpaq səbəbi ilə istifadə hüququnun ona verilmədiyini qeyd etmiş, lakin bunlara konkret hüquqi qiymət verməmişdir. Apellyasiya və birinci instansiya məhkəmələri iddiaçının təqdim etdiyi qanuni qeydiyyatdan keçmiş mülkiyyət hüququnu təsdiqləyən çıxarış sənədini, istifadə hüququnun faktiki və uzunmüddətli məhdudlaşdırılmasını, əldə edilə bilməyən gəlirlərə dair konkret və real iqtisadi hesablamaları və ailənin mənəvi iztirablarına dair məntiqi əsaslandırmaları hüquqi baxımdan dərin və əsaslandırılmış şəkildə qiymətləndirməmiş, qərarlarında bu məsələlərə formal və ümumi yanaşmışdır. Şəki Apellyasiya Məhkəməsi maddi və prosessual hüquq normalarını sadalamaqla, təqdim olunmuş sübutları araşdırmamış, Mülki prosessual Məcəllənin 103.1-ci və bu Məcəllənin 88-ci maddələrinin tətbiq edilməsində səhv buraxmış, həmin prosessual hüquq normalarını səhv təfsir edərək, nəticədə düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur.
32. Kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21, 152.1 və 157.2cı maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 101 və 111-ci maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88, 103.1, 217-ci maddələrinə istinad etmişdir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
33. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
34. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
35. Maddə 21.2 Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
36. Maddə 152.1 Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
37. Maddə 152.2 Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
38. Maddə 152.3 İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
39. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
40. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
41. Maddə 1096.2 Delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır.
42. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsi n əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu:
43. Maddə 19 bənd 1 Sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi:
44. Maddə
68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edi lməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”:
45. Bənd 2.7. Boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə, şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır.
46. Bənd 2.11. Boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və ya quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların taya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; d) hər növ dağ, quraşdırma, partlayış və torpaq səthinin düzləndirmə işləri; e) quyuların quraşdırılması, şurf açılması və yerin təkindən nümunə götürülməsi məqsədi ilə geoloji-seysmik, geodeziya və başqa axtarış işləri. Boru kəmərlərinin mühafizə zonasında iş aparılmasına yazılı şəkildə icazə almış hüquqi və fiziki şəxslər, boru kəmərlərinin mühafizəsini təmin edən şərtlərə əməl etməyə borcludurlar. Boru kəmərlərinin mühafizə zonasında iş aparılması şərtləri magistral boru kəmərlərini istismar edən Dövlət Neft Şirkətinin yerli orqanları tərəfindən təyin edilir və müvafiq icra hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir.
47. Bənd 2.24 Kəmərləri istismar edən hüquqi şəxslərə, Dövlət Neft Şirkətinə, onun yerli orqanlarına və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, öz səlahiyyətləri çərçivəsində, bu Qaydaları pozanlar tərəfindən kəmərlərin mühafizə zonalarında və kəmərlərin (onun obyektlərinin) oxundan şəhərlərə və digər yaşayış məntəqələrinə qədər, minimal məsafəyə bərabər olan sahədə Azərbaycan Respublikası Dövlət tikintikomun təsdiq etdiyi magistral kəmərlərin layihələndirilməsi qaydaları və normaları ilə müəyyən edilmiş məsafələr daxilində aparılan işləri dayandırmağa səlahiyyət verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
48. Madd ə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:
50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurə tindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Hazırkı kassasiya şikayətində apelyasiya instansiya məhkəməsinin qətnaməsi tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
52. Məhkəmə kollegiyası mübahisələndirilən qətnaməni kassasiya şikayətinin dəlilləri əsasında yoxlayaraq hesab edir ki, qətnamənin ləğv edilməsi üçün əsaslar mövcud deyil.
53. İlk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.
54. Apellyasiya instansiyası məhkəməsinin baxış predmeti olan hissə birinci instansiya məhkəməsi tərəfindən ilk iddia tələbinin rədd edildiyi hissə olmuş, həmin hissədə birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı hesab edilmişdir.
55. İddiaçı mülkiyyətində olan torpaq sahəsindən cavabdehin balansında olan qaz kəməri keçdiyi üçün əmlakından istifadə edə bilmədiyini və nəticədə ona maddi və mənəvi ziyan dəydiyini iddia etmiş, iddia tələbi mülkiyyət hüququnun müdafiəsi ilə bağlı olmuşdur.
56. MM-nin 157.4-cü maddəsinə əsasən mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və y a ondan məhrum etmədən törədildiyi halda mülkiyyətçinin qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb etmək hüququ qanunla tanınır. Bu normaya əsasən iddianın təmin edilməsi üçün məhkəmə araşdırması zamanı aşağıdakılar halların mövcudluğu təsdiq edilməli idi: - iddiaçının əmlakın mülkiyyətçisi olduğu; -mülkiyyətdən istifadə hüququna müdaxilə olduğu; -bu müdaxilənin cavabdeh tərəfindən törədildiyi; -mülkiyyət hüququna müdaxilənin qanunsuz və əsassız olduğu.
57. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən qaz kəməri keçdiyi üçün onun öz əmlakından sərbəst şəkildə istifadə etməsinə maneə mövcuddur. Belə ki, “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7, 2.11-ci bə ndlərinə əsasən qaz kəmərinin mühafizə zonasında müəyyən qurumların yazılı icazəsi olmadan həmin Qaydaların 2.11-ci bəndində sadalanan işlərin həyata keçirilməsi qadağan edilir.
58. Lakin məhkəmələr tərəfindən bu maneənin cavabdehin qanunsuz hərəkətləri nəticəsində yaradıldığı təsdiq edilməmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, torpaq sahəsindən keçən «Qаzıməmməd-Qаzах» İİ хətt yüksək təzyiqli mаgistrаl qаz kəməri torpaq iddiaçının mülkiyyətinə verilməzdən əvvəl, 1980-1985-ci illərdə çəkilmişdir. Məhkəmə cavabdehin hərəkətlərində mülki hüquq pozuntusu (delikt) müəyyən etmədiyindən iddiaçının maddi və mənəvi ziyan tələbinin də əsassız olduğuna dair düzgün nəticəyə gəlmiş, mübahisələndirilən hissədə qətnamə qəbul edilərkən maddi və prosessual pozuntulara yol verilmə mişdir.
59. Qeyd edilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, ilk iddia tələbinə məhkəmə tərəfindən düzgün qiymət verildiyindən kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
60. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiаçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyun 2025-ci il tarixli 2(107)468/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.