Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2924/2022 31.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı xxxnın Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2924/22 (Açar sözlər: cehiz əşyalarının qaytarılması, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi, avtomobilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, evə köçürülmə, əmlakın birgə nikah dövründə əldə edilməməsi, sübutetmə yükü) Bakı şəhəri, 31 may 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı xxxnın Cavabdehn qarşı “cehiz əşyalarının qaytarılması, birgə nika h dövründə əldə edilmiş əmlakın bölnüməsi, evə köçürülmə, müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2760/2021 nömrəli, 10 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı xxxnın kassasiya şikayətinə 31 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xxx (bundan sonra “iddiaçı”) Cavabdeh (bundan sonra “cavabdeh”) ilə xx.xx.2018-ci il tarixdə nikaha daxil olublar, bir övladları var.
2. Tərəflərin nikahı Salyan Rayon Məhkəməsinin 2(057)-1135/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Salyan Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 1560 manat dəy ərində briliyant qaşlı, 20 qramlıq İtaliya istehsalı 750 əyarlı qızıl dəst, 180 manat dəyərində adi qaşlı Rusiya istehsalı 585 əyarlı 4 qramlıq nişan üzüyü olan qızılların və ya onların dəyəri olan 1740 manat pulun cavabdehdən alınıb ona verilməsi, xx.xx.2019-cu ildə anadan olmuş X4 adlı uşağı ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş93 yaşayış kompleksi, bina 78, 6-cı mərtəbədə yerləşən birgə nikah dövründə alınmış 48 nömrəli mənzilə köçürülməsi, həmin mənzilin 2/3 hissəsinə özünün, 1/3 hissəsinə cavabdehin payının müəyyən edilməsi, onun üçün alınmış 329 manat dəyərində Samsunq A-10 S markalı mobil telefon və ya onun dəyərinin cavabdehdən alınaraq ona verilməsi, cavabdehin mülkiyyətində olmuş “Mersedes Benz 0403SHD avtobus vaqon” markalı ** GG *** dövlət qeydiyyat nişanlı av tomobilə dair bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin avtomobilə bərabər hissələrdə özünün və cavabdehin paylarının müəyyən edilməsi, Salyan şəhəri, B.Talıblı küçəsi, ev 8 mənzil 2-yə gəlin köçərkən aparılmış yataq otağı mebeli (1250 manat), mətbəx mebeli (350 manat), 1 ədəd çilçıraq (65 manat), 1 ədəd xalça (120 manat) və 1 dəst pərdənin (120 manat), həmin əmlaklar olmadıqda isə onların dəyəri olan 1905 manat manatın cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçının toyu 25 iyun 2018-ci ildə olub. Toydan sonra iddiaçı cavabdehin valideynlərinin Salyan şəhəri, B.Talıblı küçəsində yerləşən evinə köçmüş, cehizlərinin bir hissəsini ora yığmışdır. 09 iyul 2018-ci ilə kimi bu evdə yaşayıblar. Sonra isə cavabdehlə birgə yaşamaq üçün Abşeron rayonu, Masazır qəsəbəsi Qurtuluş-93 yaşayış massivi, bina 78, mənzil 48-ə köçmüş və əşyalarının bir hissəsini də ora yığmışlar. 27 iyun 2018-ci il tarixdə iddiaçının anası öz evində cavabdehə cehiz və ev almaq üçün 3000 manat pul da vermişdir.
5. İddiaçı xx.xx.2020-ci ildə cavabdehlə Masazırdakı evdə mübahisə etmişdir. Səhərisi günü, yəni xx.xx.2020-ci ildə evdə heç kimin olmadığı vaxt iddiaçı oradan çıxıb valideynlərinin evinə qayıtmışdır. Həmin vaxt cavabdeh işdə olmuşdur. İddiaçın evdən təqribən 15:30-da anası, bacısı və yeznəsi gəlib aparmışlar.
6. Cavabdeh tərəf iddiaçıya toydan iki gün əvvəl qızıl dəst və toy vaxtı isə “duz ayağı” adı ilə üzük alıb ona hədiyyə etmişlər. İddia ərizəsində həmin qızıl nişan üzüyü kimi səhv yazılmışdır. 2020-ci ilin may ayında iddiaçı atası evinə gələndə cavabdehlə mübahisəsi olmuş, buna görə də iddiaçı 3 ay atası evində qalmışdır. Sentyabr ayında evinə gedərkən iddiaçı qızılların evdə olmadığını görmüşdür. Cavabdeh gah qızılları satdığını, gah da faizə verdiyini demişdir. İddiaçı atası evinə üçgünlüyə gəldiyi üçün qızılları evdən götürməmişdir.
7. İddiaçı 2018-ci ildən 2020-ci ilə kimi Masazırda yaşamış, həmin evin kimin adına olması barədə məlumatı yoxdur. 2019-cu ilin oktyabr ayında anası iddiaçıya 329 manata “Samsung A10S” markalı alıb hədiyyə etmişdir. Cavabdeh həmin telefonu stola vurub sındırmışdır.
8. Bundan əlavə, cavabdeh 2018-ci ildə “Mercedes” markalı avtomaşın almış, lakin kimdən və neçəyə alması barədə iddiaçının məlumatı yoxdur, eşitmişdir ki, avtomaşın təqribən 150000 manata alınmışdır. Sonradan cavabdehin həmin avtomaşını xx.xx.2020-ci ildə İxtiyar Əliyev adlı şəxsə satdığını eşitmişdir. 1250 manat dəyərində yataq otağı mebeli, 350 manat dəyərində mətbəx mebeli, 65 manat dəyərində 1 ədəd çilçıraq, 120 manat dəyərində 1 ədəd xalça və 120 manat dəyərində 1 dəst pərdə hazırda ilk dəfə gəlin köçdüyü cavabdehin valdeynlərinin yaşadığı ünvan 2-dədir.
9. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1,157.2, 225.3-cü, Mənzil Məcəlləsinin 68.1, 68.2-ci, Ailə Məcəlləsinin 31, 32.1, 32.3, 36.1 və 36.3-cü maddələrinə istinad etmişdir.
10. Cavabdeh iddiaya yazılı etiraz vermiş, eləcə də etirazını məhkəmə baxışında müdafiə etmişdir. Etirazın dəlilləri: - iddia ərizəsində göstərilən yataq və mətbəx mebelləri, 1 ədəd çilçıraq və 1 dəst pərdə iddiaçının gəlin köçdüyü Salyan şəhəri, B.Talıblı küçəsi, ev 8, mənzil 2-dədir, həmin əşyaları iddiaçı gəlib apara bilər; - iddiaçının anasının cavabdehə cehiz və ev almaq üçün 3000 manat pul verməsi barədə iddia ərizəsində göstərilənlər həqiqəti əks etdirmir. Belə hal olmayıb; - iddia tələbində qeyd edilən Abşeron rayonu, Masazır qəsəbəsi Qurtuluş-93 yaşayış massivi, bina 78, mənzil 48-də kirayədə yaşayıblar; - qızıllar həqiqətən də iddiaçıya hədiyyə edilib və həmişə iddiaçının özündə olub. Qızlllar iddiaçıdan heç kim almayıb. İddiaçı 17 noyabr 2020-ci ildə evdən gedəndə cavabdeh evdə olmayıb. Cavabdeh axşam evə gəldikdə iddiaçını evdə görməyib, iddiaçı kağız yazıb qoyaraq bir daha qayıtmayacağını bildirib. Belə olan halda, iddiaçının qızılları qoyub getməsi mümkün deyildi. Hə m də boşanma barədə mülki işə baxılarkən iddiaçı qızıların cavabdehdə olmasını deməyib; - “Mersedes Benz” markalı, ** GG *** dövlət qeydiyyat nişanlı avtomobilə gəldikdə, cavabdeh bu avtomobili 15 iyun 2017-ci ildə alıb, nikaha isə 09 iyul 2018-ci ildə daxil olub. Buna görə də avtomobilin birgə nikah dövründə alınmasından söhbət gedə bilməz; - iddiada qeyd edilən telefonu iddiaçı özü sındırıb; - boşansa da, cavabdeh yenidən iddiaçı ilə rəsmi nikaha girib ailə kimi yaşamaq istəyir; - cavabdeh iddiaçının gəlin köçdüyü Salyan şəhərindəki evə köçməsinə razıdır.
11. Salyan Rayon Məhkəməsinin 2(057)-767/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 1250 manat dəyərində yataq otağı mebeli, 350 manat dəyərində mətbəx mebeli, 65 manat dəyərində 1 ədəd çil çıraq, 120 manat dəyərində 1 ədəd xalça, 120 manat dəyərində 1 dəst pərdənin, həmin əmlaklar olmadıqda isə onların dəyəri 1905 manatın və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 17,40 manatın Cavabdeh alınıb İddiaçı xxxna verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Ağarza Səmədov)
12. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara, şahid ifadələrinə əsasən hesab etmişdir ki, iddia yalnız yataq otağı və mətbəx mebelləri, 1 ədəd çilçıraq, 1 ədəd ədəd xalça və 1 dəst pərdə, həmin əmlaklar olmadıqda isə onların dəyəri olan 1905 manatın cavabdehdən alınması hissəsində olunmalıdır.
13. İddiaçının tələb etdiyi qızıl əşyaları bağlı birinci instansiya məhkəməsi qeyd edib ki, iddiaçı həmin hissəd ə iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə kifayət qədər sübut təqdim etməmiş, cavabdeh isə iddianı həmin hissədə qəbul etməmişdir. İddiaçının özünün dediyi kimi 2020-ci ilin may ayında öz valideynlərinin evinə gedərkən qızıllarını cavabdehlə yaşadığı evdə saxlaması, yalnız nişan üzüyünü özü ilə aparması inandırıcı deyildir. Qeyd olunan vaxtdan 3 ay sonra iddiaçı yenidən cavabdehlə yaşadığı evə qayıtmış, lakin qızılla bağlı həmin vaxt iddiaçıya qarşı heç bir tələb irəli sürməmişdir. Cavabdeh iddiaçı ilə ailə münasibətlərini heç vaxt pozmaq istəməmiş, ona görə də onun iddiaçıya aid qızıllarını götürməsi halı inandırıcı deyildir. Eyni zamanda iddiaçı 17 noyabr 2020-ci ildə evdən gedərkən nəinki cavabdeh evdə, ümumiyyətlə, iddiaçıdan başqa heç kim olmamışdır. İddiaçı evdə n gedərkən istədiyi əmlakı özü ilə aparmaq imkanında olmuşdur.
14. Birinci instansiya məhkəməsi iddiaçını köçmək və paylarının müəyyən edilməsini istədiyi Abşeron rayonu, Masazır qəsəbəsi Qurtuluş-93 yaşayış massivi, bina 78, mənzil 48-ə münasibətdə qeyd edib ki, həmin mənzil cavabdehə məxsus deyil, həmin mənzilin birgə nikah vaxtı alınmasına dair iddiaçı sübut təqdim etməyib.
15. İddia tələbinin “Samsung A10S” markalı telefona aid hissəsi ilə bağlı birinci instansiya məhkəməsi qeyd edib ki, iddiaçı həmin telefonun cavabdeh tərəfindən sındırılmasına dair heç bir sübut verməmişdir.
16. Avtomobilə aid iddia tələbi üzrə isə birinci instansiya məhkəməsi müəyyən edib ki, həmin avtomobil tərəflər nikaha girməzdən əvvəl iddiaçını adına qeydə alınb ki, belə olan halda da iddiaçını həmin əmlakdan p ay istəməsi qanunvericiliyin tələblərinə ziddir.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 666.1-ci, Ailə Məcəlləsinin 34.1, 34.2-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
18. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayətinin dəlilləri: - 2020-ci ilin may ayında atası evinə gedəndə qızıllarını evlərində qoyub getmiş, üzərində nişan üzüyü və anasının verdiyi sepin olmasına dair bildirdikləri birinci instansiya məhkəməsinin protokolunda göstərilməmiş, çıxışdan imtina etdikləri halda protokola məhkəmə çıxışı etmələrinə dair qeydlər edilmiş, maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq olunmamış, məhkəməni n gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır: -birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, 7 tələbdən 6-sı araşdırılmamışdır.
20. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2760/2021 nömrəli, 10 noyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Samir Mayılov (sədrlik edən və məruzəçi), Zaur Allahyarov və Nüsrət Mirzəyev)
21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı sentyabr ayında evinə gedərkən qızılların evdə olmadığını gördüyünü qeyd etsə də, apellyasiya şikayətinin dəlillərindən görünür ki, o, 2020-ci ilin m ay ayında atası evinə gedəndə üzərində nişan üzüyü və anasının verdiyi sepin olmasını iddia edir. Şahid isə iddiaçının onlara ərinin ona məxsus qızılları əlindən aldığını və satdığını dediyini bildirmiş, daha sonra ifadəsini dəyişərək, iddiaçının 2020-ci ilin may ayında ata evinə gəldikdən sonra cavabdehin qızılları götürdüyünü, iddiaçının üzərində yalnız nişan üzüyünün olmasını qeyd etməklə ziddiyyətli ifadə vermişdir. Ümumiyyətlə, şahid qızıl-zinət əşyalarının cavabdehin sahibliyinə keçməsi halını bilavasitə görməmiş, bu barədə ona iddiaçı danışmışdır ki, onun da məlumatları şahidə öz mənafeyinə uyğun şəkildə bildirməsi istisna deyil.
22. Apellyasiya instansiyası məhkəməsi iddiaçının “əsaslı şübhədən kənar sübut təqdim edə bilməməsini nəzərə alaraq hesab etmişdir ki, iddiaçının xx.xx.2 020-ci ildə evdə heç kimin olmadığı vaxt, anası, bacısı və yeznəsi ilə birgə yaşadığı ünvandan atası evinə gedərkən qaytarılmasını tələb etdiyi qızıl zinət əşyalarını da özü ilə apardığına dair cavabdehin bildirdikləri ağlabatan və işin hallarına uyğundur.
23. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iş üzrə sübutlarla mübahisəli mənzilin tərəflərin birgə nikah dövründə əldə etmələri, onların ümumi əmlakı olması təsdiq edilməmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi tərəflərin 2018-ci ildən 2020-ci ilədək mübahisəli mənzildə yaşadıqlarını və həmin dövrdə mənzilin Məleykə Alıyevaya məxsus olduğunu, eləcə də sonuncu ilə tərəflər arasında hər hansı qohumluq münasibətinin olmasının təsdiq edilmədiyini nəzərə alaraq, tərəflərin birgə nikah dövründə həmin mənzildə kiray əçi olaraq yaşamalarına dair cavabdehin bildirdiklərini işin hallarına uyğun saymışdır. İşdəki iclas protokollarına edilmiş qeydlərə və bildirişlərə əsasən 2018-ci ildən 2020-ci ilədək "xxxx" MTK-ya məxsus yaşayış kompleksində 78 saylı binanın 48 saylı mənzilində yaşamış iddiaçı ünvan 1 ünvanında, mübahisəli mənzilin kirayəçisi olmuş cavabdeh isə iddiaçıya məxsus cehiz əmlaklarının olduğu ünvan 2 ünvanında yaşayır. İş üzrə olan sübutlarla cavabdehin mübahisəli mənzillə bağlı kirayə münasibətlərini davam etdirməsi, kirayə haqqını ödəməyə dair öhdəliklərini icra etməsi təsdiq edilməmişdir. Eyni zamanda iddia tələbi mənzilə köçürülməyə dair hissədə iddiaya cavab verməli olmayan şəxsə qarşı verilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi “Samsung A-10 S” markalı mobil telefona aid iddia tə ləbi üzrə qeyd edib ki, iddiaçı həmin telefonun cavabdeh tərəfindən sındırıldığını iddia etmiş, tələbinin əsası kimi istinad etdiyi həmin halın təsdiqi üçün SLK01066 saylı xx.xx.2018-ci il tarixli müqavilənin surətini, sınıq telefon şəklini və “sındırmışam alıram” sözlərinin əks olunduğu A4 formada kağızları təqdim etmişdir. Həmin sübutlar iddianın bu hissədə təmin edilməsinə əsas deyil. Belə ki, iddiaçı malik olduğu “Samsung A-10 S” markalı mobil telefonun dəyərinin 329 manat olduğunu iddia etsə də, SLK01066 saylı xx.xx.2018-ci il tarixli müqavilənin surətindən əşyanın məhz “Samsung A10 S” markalı mobil telefon olduğunu müəyyən etmək mümkün deyil. Bundan başqa, həmin sübutla satılan əşyanın dəyərinin 1099 manat olduğu və iddiaçıya deyil, X1 təsdiq edilir.
26. Apellyasiya instansiyası məhk əməsi müxtəlif sözlər, o cümlədən “sındırmışam alıram” sözləri icra edilmiş görüntü və yazıların əks olunduğu A4 formada kağızları onların həqiqiliyini müəyyən etmək mümkün olmadığından MPM-in 89.2-ci maddəsinə əsasən sübut olaraq qəbul edilməz sayıb və belə qənaətə gəlib ki, iddiaçının 329 manat dəyərində “Samsung A-10 S” markalı mobil telefona malik olması və həmin telefonun cavabdeh tərəfindən sındırılması halı təsdiq edilməmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi işdəki sübutlarla həmçinin müəyyən edib ki, tərəflər nikahlarını xx.xx.2018-ci il tarixdə bağlanıb, 99GG308 qeydiyyat nişanlı, “Mercedes Benz 0403SHD avtobus” markalı avtomaşın isə cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixdə əldə edilib. Bununla da avtomaşın ər-arvadın birgə mülkiyyəti deyil, cavabdehin ayrıca mülkiyyət ində olduğundan həmin nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinə dair əqd iddiaçının maraqlarına və qanunla qorunan mənafeyinə toxunmamışdır. İddiaçının həmin əqdi mübahisələndirmək, nəqliyyat vasitəsində payının müəyyən edilməsini tələb etmək üzrə subyektiv hüququ yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyaisya baxışına qaytarılmasını xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası mülki işin materiallarını diqqətlə araşdırmamış nəticədə qanunsuz qətnamə qəbul etmişdir. İddiaçının uşaqla yaşamağa heç bir yeri yoxdur, cavabdeh aliment ödəmir və cehizləri iddia et diyi Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş-93 yaşayış kompleksindədir. Həmin mənzil iddiaçı ilə cavabdehin ev birgə mülkiyyətidir. Mənzilin X2 adına olması barədə sənədin sübut kimi qəbul edilməsi düz olmayıb. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazın dəlilləri
30. Kassasiya şikayətinə cavabdehin yazılı etiraz daxil olmuşdur, etirazda kassasiya şikayətinin əsassız olması qeyd edilib. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Ailə Məcəlləsi Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşı nmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Maddə 34.1. Nikaha daxil olana kimi ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlaklar ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməs ini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətna mənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
32. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələnd irdiyi üçün kollegiya qətnaməni tam yoxlayır. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin qətnaməsini də iddiaçı apellyasiya qaydasında iddianın təmin edilməyən hissəsində mübahisələndirilib və apellyasiya məhkəməsi mübahisələndirilən hissədə qətnaməni dəyişdirmədən saxlayıb. Bu baxımdan, məhkəmə kollegiyası qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışının prddmeti olan hissə başa düşülür.
33. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinə tam qiymət verib və qanuni nəticəyə gəlmişdir.
36. Təmin edilməyən hissədə iddia tələbi qızıl əşyalarının (onların dəyərinin), telefonun dəyərinin qaytarılması, avtomobilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməklə, avtomobil üzərində payın müəyyən edilməsi, mənzilə köçürülmə və mənzil üzərində payların müəyyən edilməsi barədə olub. İddiaçı həmin hissədə tələbinin əsası kimi qızılların cavabdehdə qalmasına, telefonun cavabdeh tərəfindən sındırılmasına avtomobil və mənzilin birgə nikah vaxtı alınmasına istinad edib.
37. İşin müəyyən edilmiş hallarına görə iddiaçı qızılların cavabdehdə qalmasını və telefonun cavabdeh tərəfindən sındırılmasını sübut edə bilməyib.
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının qızıl-zinyət əşyaları və telefona aid hissədə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməməsinə istinad edərək, həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamqala düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən hissədə gəldiyi nəticə işin hallarına uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Belə ki, iş materiallarından görünür ki, iddia çı qızıl-zinyət əşylarına və telefona aid hissədə istinad etdiyi halları işə mahiyyəti üzrə baxan məhkəmələrdə təsdiq edə bilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.
40. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, qızıl-zinyət əşyalarına və telefona dair hissədə iddia tələbinin sübuta yetirilməsi iddaçının üzərinə düşdüyü və buna baxmayaraq, bu hi ssədə iddiaçı öz tələblərini sübuta yetirə bilmədiyi üçün apelyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır.
41. Avtomobil və mənzilə aid iddia tələbi üzrə iddianın təmin olunmasının əsas şərti olan həmin əmlakların birgə nikah vaxtı alınması da işə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən müəyyən edilməyib. Baxmayaraq ki, iddiaçı qeyd edilən əmlakların birgə nikah vaxtı alınmasına istinad edib. Əksinə, iş materiallarına əsasən müəyyən edilib ki, avtomobil nikahdan əvvəl alınıb, mənzil isə, ümumiyyətlə, cavabdehə hər hansı hüquqla məxsus deyil. Nəzərə alınsa ki, qanunvericilik (Ailə Məcəlləsi, 32.2.2-ci maddə) birgə nikah vaxtı ümumi vəsait hesabına alınmış əmlakın ər-arvadın ümumi birgə mülkiyyəti olmasını müəyyən edib və iddiaçının qeyd edilən hissədə tələbinin əsası kimi istinad etdiyi hallar da müəyyən edilməyib, belə olan halda qətnamə avtomobil və mənzilə aid iddia tələbinin təmin edilməyən hissəsində də Ailə Məcəlləsinin 34.1-ci maddəsinin tələbləri baxımından qanuni və əsaslı olmuşdur.
42. Apellyasiya instansiyası məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
43. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirək əsassız hesab edir.
44. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilə nləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı xxxnın kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2760/2021 nömrəli, 10 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.