Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2925/2023 10.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Nadir qızının cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: miras əmlakın qəbul edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-240/2023 saylı, 02 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı Nadir qızının verdiyi kassasiya şikayəti üzrə işə 10 oktyabr 2022-ci il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. Ağsu şəh əri, Taryel Xasiyev küçəsi, dalan 3, ev 1 xüsusi mülkiyyət hüququ ilə X4 məxsus olmuşdur.
2. X6 xx.xx.1957-ci il tarixdə X9 ilə nikaha daxil olmuş, onların birgə nikahlarından Elzadə Məmmədova, Cavabdeh3, İddiaçı və Cavabdeh1 doğulmuşdur. İddiaçı xx.xx.1967-ci il tarixdə babası X8 və nənəsi X5 övladlığa verilmişdir.
3. X6 19 may 2014-cü ildə, X9 23 avqust 2016-cı ildə ölmüşlər.
4. Elmira Məmmədovanın ölümündən sonra vərəsəlik işi açılmış, vərəsələr Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 miras əmlakdan 1/3 hissədə irs almışlar.
5. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli qətnaməsinə əsasən, İddiaçı Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “övladlığa götürmə akt qeydinin ləğv edilməsi və doğum akt qeydinin bərpa edi lməsi” tələbinə dair ərizəsi təmin edilmiş, Ağsu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.1967-ci il tarixdə verilmiş 03 aktı ilə qeydə alınmış övladlığa götürmə haqqında şəhadətnamə ləğv edilmiş, xx xxxx 1962-ci il tarixdə Ağsu rayonunda anadan olmuş İddiaçı yeni doğum haqqında şəhadətnaməsinin “vətəndaşın soyadı” qrafasında Məmmədova, “adı, atasının adı” qrafasında Sayad Nadir qızı, “atası” qrafasında X6 və “anası” qrafasında X9 göstərilməklə, doğulduğu yer və doğum tarixi dəyişdirilmədən saxlanılması, doğum haqqında şəhadətnamənin verilməsi və məlumatların doğum haqqında akt qeydləri kitabına yazılması Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinə həvalə edilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabde hlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası X2 miras qalmış ünvan 1 ünvanda yerləşən yaşayış evindən ona çatası paya vərsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası X16 şəhəri, T.Xasıyev küç, 3/2 saylı ünvanda, ümumi sahəsi 130.8 kv.metr, 0.02 ha torpaq sahəsində yerləşən yaşayış evi miras qalmışdır. O və cavabdehlər atasının birinci dərəcəli vərəsələridirlər. Xəbəri olmadan digər vərəsələr Şamaxı şəhərində yerləşən “Asan Xidmət” Mərkəzinə müraciət edərək atasından miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmişlər. Bütün vərəsələr bərabər hüquqlara malik olmaqlarına baxmayaraq o, miras əmlakdan pay almaq hüququndan məhrum edilmişdir. Cavabdehlər digər ünvanlarda və ölkəl ərdə yaşamış, atası və anasının vəfatından belə xəbərləri olmamış, miras əmlakı qəbul etməmişlər. Vəfat etdikdən sonra valideyinlərinin dəfn mərasimləri onun tərəfindən həyata keçirilmişdir. Anası Bakı şəhərində ona məxsus mənzildə uzun müalicələrdən sonra vəfat etmişdir. O, valideynlərinin birinci dərəcəli vərəsəsi olduğuna görə miras əmlakdan digər vərəsələr kimi pay almalıdır.
8. İddiaçı, məhkəmə iclasında əlavə olaraq bildirmişdir ki, o, anasının yasında iştirak etmiş, sonradan bacı-qardaşları onu evdən çıxarmışlar. Yeddi ildən artıqdır ki, ata yurduna gedə bilmir. Mirasın qəbulu ilə bağlı notariat orqanına anasının ölümündən xeyli müddət keçdikdən sonra müraciət etmişdir.
9. Cavabdeh1 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, babası 5 yaşında iddiaçını himayəsinə götürmüşdür. O, evin kiçik övladıdır, analarının ölümündən İddiaçı xəbəri olmuşdur və valideynləri 50 il öncə evin onun olduğunu bildirmişlər.
10. Birinci instansiya məhkəməsinə təqdim edilmiş xx.xx.2022-ci il tarixli Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ağsu rayon İƏD üzrə nümayəndəsinin arayışına əsasən, X3 xx.xx.2014-cü il tarixdə vəfatından sonra vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qalmışdır.
11. Birinci instansiya məhkəməsinə təqdim edilmiş Ağsu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli arayışına əsasən, X3 vəfatından sonra vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 tərəfindən ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi və əmlakı faktiki qəbul edilmiş və hal-hazırda təyinatı üzrə istifadə edilməkdədir.
12. Birinci instansiya məhkəməsinə təqdim ed ilmiş Ağsu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli arayışına əsasən, X7 vəfatından sonra-vərəsələri X10, İddiaçı Nadir qızı, Cavabdeh3, Cavabdeh1 qalmışdır.
13. Ağsu Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 17 oktyabr 2022-ci il tarixli, 2(016)-646/2022 saylı qətnaməsi ilə (hakim A.Əsgərov) iddia rədd olunmuşdur.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının verdiyi izahatdan görünür ki, iddiaçı anasının ölümündən xəbərdar olmuşdur. Belə ki, onun yas mərasimində iştirak etmişdir. Buna görə də qanunda göstərilən müvafiq müddət ərzində müvafiq hərəkətlər etməmiş və iddiaçı mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) itirmişdir.
15. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra -Mülk i Məcəllə) 1246-cı maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarına, Konstitusiya Məhkəməsinin Plenumu “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarına, istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
16. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəmə sinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayət onunla əsaslandırılmışdır ki, cavabdehlər mirasın açıldığı miras əmlakın olduğu yer üzrə Ağsu rayon Dövlət notariat kontoruna deyil, bilə-bilə, tamamilə qərəzli və məqsədyönlü olaraq Şamaxı şəhərində yerləşən “Asan Xidmət” Mərkəzinin Notariat kontoruna müraciət edərək, X3 3 qanun üzrə vərəsəsi qaldığını və həmin 3 nəfər qanun üzrə vərəsələrin yalnız onlar olduğunu bildirmişlər. Halbuki, həmin şəxslər mirasın açıldığı miras əmlakın olduğu ver üzrə Ağsu rayon Dövlət notariat kontoruna müraciət etsə idi, o zaman onun da qanun üzrə vərəsə olduğunu notarius müəyyən edəcəkdi. Çünki həmin vaxt artıq onun mirasın açıldığı miras əmlakın olduğu ver üzrə Ağsu rayon Dövlə t notariat kontorunda xx.xx.2016-ci il tarixli ərizəsi var idi. Nəticədə cavabdehlər xx.xx.2014-cü il tarixdə vəfat etmiş X3 mülkiyyətində olmuş, ünvan 4 ünvanda yerləşən evə dair Şamaxı şəhərində yerləşən “Asan Xidmət” Mərkəzinin Notariat kontoru tərəfindən reyestrdə müvafiq nömrə ilə qeyd edilmiş, xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almağa nail olmuş, həmin şəhadətnaməyə əsasən cavabdehlər mərhum X2 miras qalmış əmlakdan hər biri 1/3 hissədə pay almışlar. Nəticədə o, atasından qalmış miras əmlakdan ona çatası paya vərəsəlik hüququnun tanınması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən bir sıra maddi hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1246-cı maddəsinə istinad edərək, onun miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulu ilə bağlı müraciət etdiyini qeyd etsə də, bu zaman iş üzrə cavabdehlərin miras açıldığı gündən altı il keçdikdən sonra mirasın qəbulu ilə bağlı müraciət etdiklərini, xüsusilə 30 il müddətində Almaniyada yaşayan və təbii ki, Azərbaycanda yaşamayaraq mirası qəbul etməyən şəxsə necə qanun üzrə vərəsəlik şəhadətnaməsi, onu əsasında isə miras əmlaka dair mülkiyyət sənədi verilməsini araşdırmamışdır. Eyni zamanda birinci instansiya məhkəməsi göstərilən halların obyektiv araşdırılması, həmçinin Notariat haqqında Azərbaycan Respublikası Qanunun 55-57-ci maddələinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alınmış məlumatların yalan, yaxud doğru olmasını müəyyən et mək üçün notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verib-verməməsi, həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağırıbçağırması, vərəsəlik işinin açılması barədə ərizənin niyə mirasın açıldığı yerdə deyil, Şamaxı şəhərindəki notariat ofisində verilməsi və digər bu kimi halları araşdırmaq üçün Şamaxı şəhərində yerləşən ASAN Xidmət Mərkəzinin Notariat kontorunu üçüncü şəxs qismində cəlb etməli olduğu halda, bunu etməmişdir.
18. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra- apellyasiya instansiyası məhkəməsi) 2(107)-240/2023 saylı, 02 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – M.Əsədli sədrlik edən, məruzəçi, Ə.Məcidov və E.Mehdiyev) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Ağsu Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mirasa vərəsəlik açıldığı zaman vərəsə ola biləcək şəxslərin dairəsi qanunvericiliklə müəyyən edilmişdir. Miras qoyan X6 19 may 2014-cü ildə öldükdə miras açılmış və apellyator İddiaçı həmin vaxt X1 vərəsələri sırasında olmamışdır. Çünki, o, xx.xx.1967-ci il tarixdə babası X8 və nənəsi X5 övladlığa verilmişdir.
20. Həmçinin, apellyator miras açıldıqdan iki il sonra ovladlığa götürmə barədə qərarı ləğv etdirmişdir. Övladlığa götürmə barədə qərar ləğv edilmiş olsa belə, bu iddiaçının vərəsə olaraq tanınması anlamına gəlmir. Hazırkı halda iddiaçının vərəsə olaraq mirasdan pay alması digər vərəsələrin razılığı ilə şərtləndirilmişdir. Belə bir razılıq isə mülki iş materialları ilə müəyyən edilmir.
21. Məhkəmə kollegiyası cavabdehlərin Ağsu rayon Dövlət notariat kontoruna deyil, nəyə görə Şamaxı şəhərində yerləşən “Asan Xidmət” Mərkəzinin Notariat kontoru müraciət etmələrinin qanunsuz olmasına dair şikayətin dəlillərini də əsassız sayaraq qeyd etmişdir ki, “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin Şamaxı şəhərində yerləşən “Asan Xidmət” Mərkəzinin Notariat kontoru tərəfindən verilməsi qanuna zidd olmamışdır. Belə ki, Şamaxı regional “Asan xidmət” mərkəzi olaraq qnunla üzərinə düşən vəzifəni icra etmişdir.
22. Digər tərəfdən nə qədər ki cavabdehlərin adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə ləğv və ya etibarsız hesab edilməmişdirsə iddiaçının mirasdaki payının müəyyən edilməsi qəbul edilə bilməz. Kassasiy a şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti iddia ərizəsi və apelyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki,Ağsu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-cı il tarixli arayışına əsasən, X7 vəfatından sonra-vərəsələri X10, İddiaçı Nadir qızı, Cavabdeh3, Cavabdeh1 qalmışdır. Birinci instansiya məhkəməsi tərəfindən həmin sübuta istinad edilsə də, qətnamə qəbul edilərkən nəzərə alınmamışdır. Halbuki həmin sübutun mövcudluğu iddianın təmin olunması üçün birbaşa əsas olmuşdur. Bundan başqa, iş materia llarında olan Ağsu rayon İHB-nın Ağsu şəhər Ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışına istinad edilərək göstərilmişdir ki, mərhum X3 xx.xx.2014-cü ildə vəfat etməsindən sonra Cavabdeh1, Cavabdeh3 və X10 adlı vərəsələri qalmışdır. Məhz həmin əsassız arayış cavabdehlərə Şamaxı şəhərində yerləşən “Asan Xidmət” Mərkəzinin Notariat kontoru tərəfindən xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin verilməsi üçün əsas olmuşdur. Məhkəmənin sorğusuna əsasən Ağsu rayin İHB-nın Ağsu şəhər Ərazi dairəsi üzrə nümayəndəliyinin Ağsu rayon Məhkəməsinə təqdim etdiyi xx.xx.2022-ci il tarixli 3878 saylı arayışla, həmin nümayəndəliyin 10 ay əvvəl verdiyi və cavabdehlərə xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin ve rilməsi üçün əsas olmuş xx.xx.2022-ci il tarixli arayış arasında kəskin ziddiyyət var. Yəni sonuncu - xx.xx.2022-ci il tarixli, 3878 saylı arayışla İddiaçı Nadir qızının da qanun üzrə vərəsə olduğu müəyyən olunur. Lakin, məhkəmələr həmin sübutlarda olan ziddiyyətə də əhəmiyyət və müvafiq hüquqi qiymət verməmişdir. Halbuki həmin sübutun da, yəni sonuncu - xx.xx.2022-ci il tarixli, 3878 saylı arayışın mövcudluğu da iddianın təmin olunması üçün birbaşa əsas olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
27. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
28. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
29. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
30. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
31. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar.
32. Madd ə 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.
33. Maddə 1243.1. Vərəsə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə qəbul etməlidir.
34. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahilik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
35. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və h arada olmasından asılı olmayaraq o mirası tamamilə qəbul etmişdir.
36. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
37. Maddə 1252. Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır.
38. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali M əhkəməsinin Mülki kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarı:
39. Qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi.
40. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür ol ur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
49. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya in stansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
50. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
51. Belə ki, mirasa vərəsəlik açıldığı zaman vərəsə ola biləcək şəxslərin dairəsi qanunvericiliklə müəyyən edilmişdir. Miras qoyan X6 19 may 2014-cü ildə öldükdə miras açılmış və iddiaçı həmin vaxt X1 vərəsəl əri sırasında olmamışdır. Çünki, o, xx.xx.1967-ci il tarixdə babası X8 və nənəsi X5 övladlığa verilmişdir.
52. Həmçinin, kassator miras açıldıqdan iki il sonra ovladlığa götürmə haqqında sözügedən qərarı ləğv etdirmişdir. Övladlığa götürmə haqqında qərar ləğv edilmiş olsa belə, bu iddiaçının vərəsə olaraq tanınması anlamına gəlmir. Hazırkı halda iddiaçının vərəsə olaraq mirasdan pay alması digər vərəsələrin razılığı ilə şərtləndirilmişdir. Belə bir razılıq isə mülki iş materialları ilə müəyyən edilmir.
53. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd edir ki, cavabdehlərin Ağsu rayon Dövlət notariat kontoruna deyil, Şamaxı şəhərində yerləşən “Asan Xidmət” Mərkəzinin Notariat kontoruna müraciət etmələrinin qanunsuz olmasına dair dəlili də tam əsassı zdır.
54. Belə ki, “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin Şamaxı şəhərində yerləşən “Asan Xidmət” Mərkəzinin Notariat kontoru tərəfindən verilməsi qanuna zidd olmamışdır və Şamaxı regional “Asan xidmət” mərkəzi olaraq qnunla üzərinə düşən vəzifəni icra etmişdir.
55. Digər tərəfdən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, cavabdehlərin adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə ləğv və ya etibarsız hesab edilmədiyi halda, iddiaçının mirasda payının müəyyən edilməsi əsaslı sayıla bilməz.
56. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutub Məhkəmə kollegiyası q ə r a r a aldı: İddiaçı Nadir qızının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 mart 2023-cü il tarixli, 2(107)-240/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.