Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2927/2019 23.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4 iştirakı ilə, İddiaçı X1 cavabdehlər X6, Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin MK-nın 06 dekabr 2018-ci il tarixli qətnaməsindən cavabdehlər X8, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir rayon Məhkəməsinin 03 iyul 2018-cı il tarixli qətnaməsi ilə (hakim H.Mirzəliyev) iddiaçı X1 cavabdehlər X6, Cavabdeh qarşı əmlak tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh və X2 1) 400 manat dəyərində, 585 əyarlı, 8 qram çəkidə, ortasında 7 ədəd iri, kənarlarında təxminən 40 ədəd xırda brilyant olan, qaşlarının təqribi çəkisi 1 karat olan nişan üzüyü; 2) 630 manat dəyərində, 585 əyarlı, 14 qram çəkidə, bir qramının qiyməti 45 manat olan, üzərində ağ rəngli qaşları olan bir cüt sırğa və ona uyğun üzük dəsti "damla"; 3) 150 manat dəyərində, 750 əyarlı, 3 qram çəkidə, bir qramının qiyməti 50 manat olan, üzərində 1 ədəd ağ rəngli qaşları olan qızıl üzük; 4) 520 manat dəyərində, 585 əyarlı, 13 qram çəkidə, bir qramının qiyməti 40 manat olan, bir ədəd qızıl boyunbağı və 5) 280 manat dəyərində, 585 əyarlı, 7 qram çəkidə, bir qramının qiyməti 40 manat olan bir ədəd qızıl qolbağın alınıb iddiaçı X3 verilməsi, həmin əşyalardan qətnamə icra olunan vaxt mövcud olmayan əmlakların qətnamədə göstərilən dəyərinin cavabdehlərdən alınıb iddiaçıya verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi və iş üzrə 120 manat ekspertiza xərci cavabdehlərdən alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 06 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən M.Əsədli, hakimlər Ə.Məcidov və İ.Quliyev) Mingəçevir rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdehlər X8, Cavabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin MK-nın 06 dekabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı X7 cavabdehlər X6, Cavabdeh qarşı iddia verərək, cavabdehlər Cavabdeh və X2 cəmi 75 adda qızıl-ziynət, cehiz və geyim əşyalarının, həmin əmlaklar mövcud olmadıqda onların 8679 manat dəyərinin və birgə nikah dövründə əldə edilmiş bir ədəd "Samsung j2” markalı miobil telefon və onun kartının yarı dəyəri ola n 135 manat pulun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı X7 iddia tələbinin həcmini azaldaraq göstərmişdir ki, cavabdeh X8 ilə 04 sentyabr 2015-ci il tarixdə el adəti üzrə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından 11 iyul 2016-cı il təvəllüdlü X adlı uşağı doğulmuşdur. Cavabdeh X ilə ailə quran vaxt özünə məxsus cehiz əşyalarını onun yaşadığı mənzilə yerləşdirmişdir. Cavabdeh X ilə bir müddət mehriban yaşasa da, sonradan münasibətləri pisləşmiş və faktiki olaraq ayrılmışlar. Məhkəmədə iddia qaldırdıqdan sonra cavabdehlər ona məxsus cehiz və geyim əşyalarını qaytarmışlar. Həmçinin iddia ərizəsində qeyd olunmuş 1 ədəd “Samsung j2” markalı mobil telefona dair hissə ilə bağlı cavabdehlərlə razılığa gəlmişdir. Lakin, ona məxsu s qızıl-zinət əşyaları cavabdehlərdə qalmışdır. Həmin zinət əşyaları bunlardır: 1) 720 manat dəyərində, 585 əyarlı, 8 qram çəkidə, ortasında 7 ədəd iri, kənarlarında təxminən 40 ədəd xırda brilyant olan, qaşlarının təqribi çəkisi 1 karat olan nişan üzüyü; 2) 630 manat dəyərində, 585 əyarlı, 14 qram çəkidə, bir qramının qiyməti 45 manat olan, üzərində ağ rəngli qaşları olan bir cüt sırğa və ona uyğun üzük dəsti "damla"; 3) 150 manat dəyərində, 750 əyarlı, 3 qram çəkidə, bir qramının qiyməti 50 manat olan, üzərində 1 ədəd ağ rəngli qaşları olan qızıl üzük; 4) 520 manat dəyərində, 585 əyarlı, 13 qram çəkidə, bir qramının qiyməti 40 manat olan, bir ədəd qızıl boyunbağı və 5) 280 manat dəyərində, 585 əyarlı, 7 qram çəkidə, bir qramının qiyməti 40 manat olan bir ədəd qızıl qolbaq dəfələrlə cavab dehlərdən ona məxsus qızıl-zinət əşyalarının qaytarılmasını tələb etsə də, cavabdehlər buna əməl etməmişlər. Buna görə də cavabdehlər Cavabdeh və X2 5 adda qızıl-ziynət əşyalarının və ya onların dəyərinin alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə iddiaçı 04.09.2015-ci ildə nikaha girməklə ailə qurmişdur. İddiaçının tələb etdiyi qızıl-zinət əşyaları nikaha girməsi ilə əlaqədar on a hədiyyə edilmiş əşyalardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmçinin işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə tərəflərin ailə münasibətləri pozulduqdan sonra iddiaçı cavabdehlərlə birgə yaşadığı mənzili tərk etmiş və evi tərk edərkən qızıl-zinət əşyaları ona verilməmişdir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 03 may 2018-ci il tarixli ekspert rəyinə əsasən 5 adda qızıl-zinət əşyalarının hazırda nəzəri qaydada orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2250 manat müəyyən edilmişdir. Beləliklə işin halları ilə müəyyən edilir ki, iddiaçının mülkiyyətində olan qızıl-zinət əşyaları cavabdehlərin qanunsuz sahibliyindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Cavabdehlər verdikləri kassasiya şikayətində iddiaçının razılığı ilə ona məxsus qızıl əşyasının bir qisminin satılması və müalicəsinə xərclənməsi və eyni zamanda digər qızılzinət əşyalarının isə iddiaçı tərəfindən aparmasını iddia etsələr də buna dair iş materiallarına sübut əlavə etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələblər inə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər X5 və Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 06 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2927/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2927/2019
23.04.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver