Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2929/2022 21.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: X1 Cavabdeh1 Lazım oğluna və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2929/22 Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 fevral 2022-ci il tarixli, 2(106)2916/2021 saylı qərardadından Cavabdeh1 kassasiya şikayəti üzrə işə 21 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı X2 məhkəmədə Cavabdeh1 və digərlərinə qarşı iddia qaldıraraq, onlardan iddia ərizəsində göstərilən “qızıl-zinət əşyalarının və əmlakların” alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Lerik Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim A.Q.Kiçibəyov) iddia rədd edilib. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər T.S.Kərimov sədrlik edən, məruzəçi, T.X.Heydərov və İ.H.Əhmədov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Lerik Rayon Məhkəməsinin 10 iyun 2021-ci il qətnaməsi qızıl-zinət əşyalarının cavabdehlərdən alınmasının təmin edilməməsi hissəsində ləğv edilib, həmin hissədə iddia təmin edilib, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılıb. 16 fevral 2022-ci il tarixdə Cavabdeh1 qətnamədən kassasiya şikayəti verib və Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 fevral 2022-ci il tarixli qərardadı ilə onun həmin məhkəmənin 01 dekabr 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti geri qaytarılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslındırıb ki, Cavabdeh1 münasibətdə mübahisələndirilən hissədə iddianın qiyməti üç min səkkiz yüz manat təşkil etdiyindən Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Ona görə də Cavabdeh1 sözügedən qətnamədən verdiyi kassasiya şikayəti geri qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 402.1, 408.1.1, 409-cu maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair et iraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Həmin Məcəllənin 409-cu maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 408.1, 408.1.1-ci maddələrində göstərilir ki, kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə kassasiya şikayəti qaytarılır. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəs i). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi xahiş olunduğundan, qərardadın əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məh kəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib, işdə, apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, Mülki Proessual Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Həmin Məcəllənin 409-cu maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məc əllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 408.1, 408.1.1-ci maddələrində göstərilir ki, kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə kassasiya şikayəti qaytarılır. Apellyasiya instansiyası məhkəməsi sadalanan prosessual normaların tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işin hallarını nəzərə alıb düzgün olaraq qeyd etmişdir ki, hazırki mülki iş üzrə qəbul edilmiş sözügedən qətnamənin mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az, yəni üç min səkkiz yüz manat təşkil etdiyindən və Cavabdeh1 kassasiya şikayəti qeyd olunan prosessual normaların tələblərinə cavab vermədiyindən geri qaytarlmalıdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan pr osessual normaların tələblərini nəzərə alıb, Cavabdeh1 kassasiya şikayətində göstərdiyi dəlilləri əsassız sayıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi onun qətnamədən verdiyi kassasiya şikayətini geri qaytararkən düzgün nəticəyə gəlib və sadalanan prosessual normaların tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 fevral 2022-ci il tarixli, 2(106)-2916/20 21 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2929/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-2929/2022
21.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver