Məhkəmə qərarları › İş №2(102)-2937/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2937/2024

05.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2937/2024 05.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi Maraqlı şəxsnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: şəxsin ölmüş elan edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin ölmüş hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-523/2024 nömrəli, 17 aprel 2024-cü il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qər arı qəbul etdi. İşin halları

1. X8 xx.xx.1971-ci ildə Quba şəhərində anadan olmuşdur.

2. X2 Murad Firdovsi oğlunun bacısıdır.

3. Maraqlı şəxs xx.xx.2022-ci il tarixli, 470 №li arayışına əsasən X8 barəsində Maraqlı şəxsndə 1999-2005-ci illərdə ölüm haqqında akt qeydi aşkar olunmamışdır.

4. Maraqlı şəxs xx.xx.2022-ci il tarixli, 05/Q-584 nömrəli məktubuna əsasən X4 ölməsi barədə qeydlər aparılmadığından sonuncunun ölüm faktının müəyyən edilməsi üçün Ərizəçi məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur.

5. Quba Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli, 7/7-146-126 №li arayışa əsasən xx.xx.1971-ci il tarixdə Quba şəhərində anadan olmuş, Quba şəhəri, Ə.Orucov küçəsi, ev 10-da qeydiyyatda olmuş X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilərək istinta qdan yayındığına görə barəsində Quba RPŞ-də xx.xx.2003-cü il tarixli 25732 saylı axtarış işi açılmış, hazırda axtarışda olduğu qeyd olunmuşdur. X4 tutulması istiqamətində tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şəxsin olduğu yeri müəyyən etmək mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. Ərizəçi (bundan sonra - ərizəçi) Maraqlı şəxsnə qarşı məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1971-ci il tarixdə Quba şəhərində anadan olmuş X1 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Ərizəçi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, atası X6 ilə anası X7 birgə nikahlarından bacısı xx.xx.1971-ci il təvəllüdlü X8 və xx.xx.1973-cü il təvəllü dlü Ərizəçi anadan olmuşdur. X3 2002-ci il tarixdə Türkiyə Respublikasına getmiş və həmin gündən sonra ondan heç bir xəbər çıxmamışdır. O, bacısından bir xəbər çıxmadığı üçün onun axtarışı ilə bağlı Quba Rayon Polis Şöbəsinə müraciət etmişdir. Quba rayon polis şöbəsində X8 barəsində axtarış işi açılmışdır. Təxminən 10 il bundan qabaq xatırlamadığı nömrədən ona zəng edərək, bacısının Türkiyə Respublikasında öldüyünü, kimsəsizlər qəbiristanlığında dəfn edildiyi bildirilmişdir. Ona görə də o, bacısının ölümünün qeydə alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs xx.xx.2022-ci il tarixli, 05/Q-584 nömrəli məktubu ilə ona bu barədə imtina verilmiş və məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Hazırda bacısının ölmüş elan edilməsi ona vərəsəlik məsələsinin həlli üçün lazım olduğu qeyd edilmişdir. X1 ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilmədiyinə görə göstərilənləri nəzərə alaraq, xx.xx.1971-ci il tarixdə anadan olmuş X1 ölmüş elan edilməsinə dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

8. Quba Rayon Məhkəməsinin 2(027)-204/2023 nömrəli iş üzrə 16 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim Vüqar Seyidov) ərizəsi təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, qanunvericilikdə şəxsin məhkəmə qaydasında ölmüş elan edilə bilməsi üçün şəxsin yaşayış yerində onun harada olması barədə 5 il ərzində məlumatın olmaması, habelə ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşməsi və ondan 6 ay ərzində xəbər çıxmaması kimi hallar ın olması nəzərdə tutulmuşdur. Quba RPŞ-nin arayışından görünmüşdür ki, xx.xx.1971-ci il təvəllüdlü X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilərək istintaqdan yayındığına görə barəsində Quba RPŞ-də xx.xx.2003-cü il tarixli 25732 saylı axtarış işi açılmış, hazırda axtarışda olduğu qeyd olunmuşdur.

10. Belə olan halda məhkəmə, işdəki sübutlara hüquqi qiymət verərək, hesab etmişdir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir.

11. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Ərizəçi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellya siya şikayəti onunla əsaslandırılmışdır ki, bacısı Sevinc Səlimovanın harada olması barədə 2002-ci ildən ərizəçidə məlumat olmamış, 2003-cü ildən axtarış işi açılmışdır. Bundan da 20 ildən çox vaxt keçmişdir. Bundan əlavə, axtarış işinin heç bir nəticə vermədiyini görərək, 2013-cü ildə bacısının axtarışı ilə bağlı X16 Komitəsinə müraciət etmişdir. Məhkəmə şəxsin ölmüş elan edilməsi ilə bağlı maddi hüquq norması olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə istinad etsə də, həmin maddəyə əsasən şəxsin ölmüş elan edilməsi üçün kifayət qədər əsaslar olsa da, ərizəni rədd etmiş və rədd etmə səbəbini əsaslandırmamışdır.

14. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1031/2023 nömrəli mülki iş üzrə 19 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Zaur Məmməd ov (sədrlik edən və məruzəçi), Fuad Məmmədov və Almaz Süleymanova) ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, Quba RPŞ-nin arayışından görünmüşdür ki, xx.xx.1971-ci il təvəllüdlü X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilərək istintaqdan yayındığına görə barəsində Quba RPŞ-də xx.xx.2003-cü il tarixli 25732 saylı axtarış işi açılmış, hazırda axtarışda olduğu qeyd edilmişdir. Göründüyü kimi, ərizəçinin ölmüş elan edilməsini xahiş etdiyi X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirildiyindən onun barəsində a xtarış elan olunmuşdur.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarında ərizəçi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 313-cü maddəsində qeyd olunmuş müvafiq hallar şərh edilməmiş, ərizəçi öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməmişdir.

17. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41ci maddəsinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

18. Ərizəçi kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, bacısının harada yaşaması barədə nəinki 5 il, 20 ildən çoxdur ki, məlumat olmamışdır. Hər bir hal da 20 ildən çox şəxsin axtarıldığı yerdə olmaması onun ölməsi barədə əsaslı şübhələr yaratmışdır. Apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, yəni iddianı rədd edərkən, şəxs barəsində xx.xx.2003-cü ildən axtarış işinin açılması ilə əsaslandırmışdır. Hər bir halda axtarış işinin açılması ərizənin rədd edilməsi üçün əsas olmamalıdır. Bundan başqa, axtarış işi 2003-cü ildə açılmışdır. Üzərindən 20 ildən çox vaxt keçmişdir. Şəxs sağ olsa idi, bu vaxta qədər tapılardı.

20. Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-3866/2023 nömrəli mülki iş üzrə 28 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Vidadi Məmmədov (məruzəçi), Zaur Əliyev və Aqil Abbasov) ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmi ş, iş yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

21. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, bacısının ölmüş elan edilməsinin ərizəçiyə vərəsəlik məsələsinin həlli üçün lazım olduğu ərizədə göstərilmişdir. İddiaçı öz tələbinin əsası kimi hansı sübutları təqdim etsə idi, apellyasiya instansiyası məhkəməsi tərəfindən ərizənin təmin edilməsi üçün mötəbər və yetərli hesab oluna bilərdi, bu hallar qətnamədə müzakirə edilməmiş və əsaslandırılmamışdır.

22. Aşağı instansiya məhkəmələri araşdırmamışlar ki, ərizəçi əldə edilməsi ondan asılı olan hansı sübutları toplaya bilərdi və bunu etməmişdir, hansı sübutlar isə MPM-in 78.2-ci maddəsi anlamında ərizəçinin müstəqil əldə etmək imkanı xaricində olmuşdur. Bu kontekstdə, X4 ərizəçin in irəli sürdüyü kimi, həqiqətən Türkiyə Respublikasına gedibgetməməsi, orada olub-olmaması faktının məhkəmə tərəfindən dəqiqləşdirilməsi vacib idi.

23. Kollegiya qeyd etmişdir ki, araşdırılması zəruri olan məsələlərdən digəri isə X4 birinci növbə vərəsələrinin olub-olmamasıdır. Çünki, belə bir halın mövcudluğu ərizəçinin, yəni ikinci növbədən vərəsənin hazırkı ərizə ilə məhkəməyə müraciət etməklə bağlı müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsinə qiymət verilməsini tələb edəcəkdir.

24. Bundan əlavə, Mülki Məcəllənin 41.1-ci maddəsi şəxsin məhkəmə qaydasında ölmüş elan edilə bilməsi üçün sonuncunun yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumatın olmamasını yetərli saymışdır. Bu mənada, aşağı instansiya məhkəmələrinin qətnamələrindən aydın olmamışdır ki, həmin məhkəmələr sözügedən normanı hansı qaydada təfsir və tətbiq etmişlər.

25. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41ci maddəsinə istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

26. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məhkəmə sorğusuna cavab məktubuna əsasən xx.xx.1971-ci il təvəllüdlü X4 ailə tərkibi atası – X6 (xx.xx.1995-ci ildə vəfat edib), anası X10 (xx.xx.1996-cı il tarixində vəfat edib), qardaşı Ərizəçi ibarət olmuş, nikahı və övladları barədə məlumat isə aşkar olunmamışdır.

27. Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2024-cü il tarixli məhkəmə sorğusuna cavab məktubuna əsasən xx.xx.1971-ci il təvəllüdlü X4 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır.

28. Azərbaycan R espublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli məhkəmə sorğusuna cavab məktubuna əlavə edilmiş xx.xx.1971-ci il təvəllüdlü X8 barəsində əhalinin dövlət reyestrindən çıxarışa əsasən onun doğum tarixi xx.xx.1971-ci il, doğulduğu yer Quba rayonu olmaqla başqa məlumat əks olunmamışdır.

29. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-523/2024 nömrəli mülki iş üzrə 17 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), Gülnar Cabbarova və İlqar Dəmirov) ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

30. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.1971-ci il təvəllüdlü X4 atası X6 xx.xx.1995- ci ildə vəfat etmiş, anası X10 xx.xx.1996cı il tarixində vəfat etmişdir. Səlimova Sevincin ərizəçidən (qardaşı) başqa hər hansı birinci dərəcəli vərəsələri müəyyən olunmamışdır. Digər tərəfdən, Dövlət Sərhəd Xidməti tərəfindən kollegiyanın sorğusuna verilmiş cavabdan görünmüşdür ki, xx.xx.1971-ci il təvəllüdlü X4 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır.

31. Kollegiya qeyd etmişdir ki, ərizəçi ikinci növbədən vərəsə olsa da, məhkəmə kollegiyasının araşdırması zamanı birinci dərəcəli vərəsələr müəyyən olunmadığından, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etməklə bağlı subyektiv hüququna malik olmuşdur.

32. Kollegiya hesab etmişdir ki, ərizəçi vərəsəlik məsələsinin həlli üçün bacısının ölmüş elan edilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququna malik olsa da, X4 həqiqətən Türkiyə Respublikasına getməsi, orada olması faktı sübut olunmadığından, ərizə təmin oluna bilməz.

33. Kollegiya qeyd etmişdir ki, ərizə eyni zamanda ona görə təmin oluna bilməz ki, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmiş, istintaqdan yayındığına görə barəsində Quba Rayon Polis Şöbəsində xx.xx.2003-cü il tarixli 25732 nömrəli axtarış işi açılmış, hazırda axtarışda olmuşdur.

34. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41ci maddəsinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

35. Ərizəçi (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ərizə nin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

36. Kassasiya şikayətinin bir sıra dəlilləri iddia ərizəsi, apellyasiya və kassasiya şikayətlərinin dəlilləri ilə eynilik təşkil etmişdir.

37. Əlavə olaraq qeyd edilmişdir ki, İAMAS sistemi xx.xx.2012-ci il tarixdən qüvvəyə minən qərarla yaradılmışdır. Belə olan halda 2003-cü ildən 2012-ci ilə kimi heç bir məlumat əldə edilməməsi, şəxsin Türkiyə Respublikasına getməməsi anlamına gələ bilməz.

38. Mülki Məcəllənin 41.1-ci maddəsində şəxsin Türkiyədə, İranda, Rusiyada və digər ölkələrdə olub-olmaması, gedib-getməməsi, əgər gedibsə, 20 il ərzində məlumat yoxdursa ölmüş elan edilə bilməməsi barədə heç bir qeyd olmamışdır. Yəni şəxsin Türkiyə Cümhuriyyətinə getmədən də, Azərbaycan Respublikasında 20 il ərzində harada olması barədə məlumat yoxdursa o, ölmüş elan edilə bilər.

39. Apellyasiya Məhkəməsi yenə də ərizəni rədd edərkən, nəyə görə axtarış işi açılan şəxsin ölmüş elan edilməsinin mümkün olmamasını əsaslandırmamışdır. X8 Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini belə almamışdır. Bu da onu göstərmişdir ki, həqiqətən onun həmin vaxtdan harada olması məlum olmamışdır. Hazırkı halda ərizəçinin ərizəsi ona görə təmin edilməmişdir ki, Sevinc Səlimova barəsində axtarış işi açılmışdır, bu zaman ölmüş elan etmə mümkün olmamışdır. Ölmüş elan edilmənin ləğv edilməsi mümkündür. Şəxs məhkəmənin qərarı ilə təqsirli bilinməyib, bu halda onu hər hansı bir cinayətdə ittiham etmək özü belə təqsirsizlik prezumpsiyasına ziddir. Axtarış işi açıldığı üçün vərəsəlik işinin açıla bilməməsi, digər hərəkətlərin edilməməsi ərizəçi nin hüquqlarının məhdudlaşdırılması üçün əsas olmuşdur.

40. X4 birinci növbə vərəsələrinin olub-olmaması məsələsi idi. Bununla bağlı Maraqlı şəxsndən xx.xx.2024-cü il tarixdə sorğu verilərək, müvafiq məlumatlar alınmışdır. Lakin apellyasiya instansiya məhkəməsi özü də həmin sorğularla kifayətlənməyərək əlavə sorğular vermişdir. Həmin verilmiş sorğulardan da göründüyü kimi ərizəçi X5 ikinci növbəli vərəsəsi olmuşdur.

41. Ali Məhkəmənin göstərişləri tam olaraq icra edilməyərək, ərizə rədd edilmişdir.

42. Ərizəçi şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217, 420-ci maddələrinə, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydalarının və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 12 yanvar 2012-ci il tarixli 5 nömrəli Qərarına istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

43. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

44. Maddə 41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmə nin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

51. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməs i tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

56. Ərizəçinin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

57. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiy ası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

58. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 17 aprel tarixli 2(105)-523/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar